Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP Gündəmi

  • Xalqımızın iradəsilə işğal olunmuş torpaqlarımız azad ediləcək.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Novruz bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    Novruz bayramı münasibətilə hamınızı təbrik edir, hər birinizə, uzun ömür və xoşbəxtlik arzulayıram. Azərbaycanın ən qədim bayramlarından biri olan Novruz Şərq təqviminə görə yeni ilin gəlişini göstərməklə yanaşı, baharın, saflığın və bərəkətin rəmzi sayılır. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz, ən qədim dövrlərdən bəri, xalqımızın sevinc, şadlıq bayramı olmuşdur.
    Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
    Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Çox təəssüf ki, artıq neçə illərdir Novruzu Azərbaycanın ərazilərinin işğal altında olduğu durumda qeyd ediriktacı sayılan doğma Qarabağımızda qeyd etmək bizlərə nəsib olmur. Ancaq sosial – iqtisadi çətinliklər dövrü olsa da, milli adət – ənənələrimizin qorunması və onun inkişaf etdirilməsi milli kimliyimizin, bütövlüyümüzün formalaşmasına yardımçı olacağına əminəm. Xalqımızın iradəsilə işğal olunmuş torpaqlarımız azad ediləcək. Bu müqəddəs bayramın Bütöv Azərbaycanda qeyd ediləcəyi gün uzaqda deyil.
    Eyni zamanda bu günlər ölkəmizdə və dünyada baş verənlər insanlardan sevgi, həmrəylik və mərhəmət tələb edir. Hər birimizin bəşəriyyətin və insanlığın gələcək taleyi üçün narahatçılığımız bizdən bir-birimizə sevgi və mərhəmət tələb edir. İnanıram ki, millətimiz gücü və Novruz müqəddəsliyi bu bəlanı adlatmamıza yardımçı olacaq.

    Əziz soydaşlarım!
    Bir daha Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm.
    Tanrı Azərbaycanımızı qorusun!”.

  • VHP-nin 2019-cu il üçün maliyyə hesabatı

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Partiyalar haqqında qanunun tələblərinə uyğun olaraq 2019-cu il üçün maliyyə hesabatını verib.

    Həmin hesabat audit rəyi ilə birgə 11 mart 2020-ci il tarixində Mərkəzi Seçki Komissiyasına təqdim edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq VHP-nin 2019-cu il üçün maliyyə hesabatını olduğu kimi dərc edirik:

    VHP Mərkəzi İcra Aparatı

  • VHP İlaxır çərşənbə ilə bağlı Azərbaycan xalqını təbrik etdi

    Bu gün qədim inanclarimizdan gələn ilaxır çərşənbələrin sonuncusudur. Azərbaycan xalqının min illərlə yaşatdığı inanca görə bu gün təbiətin dörd ünsüründən sonuncusu-torpaq oyanır. Bu yeni ilin, yeni fəslin başlanğıcı sayılır. Xalqımızı axır çərşənbə münasibəti ilə təbrik edirik. Torpaq oyanişlarını tarixi torpaqlarımızda yaşayaraq qeyd etmək diləyi ilə xalqımıza gözəl günlər nəsib olsun.

    VHP- Vətəndaş Həmrəyliyi Partiyası

  • VHP-nin sədr müavini vitse-spiker oldu – Fəzail İbrahimli kimdir?

    Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli vitse-spiker seçilib.
     
    BakuPost xəbər verir ki, bununla da Parlametin rəhbərliyi tam formalaşıb.
    Spiker Sahibə Qafarova, birinci vitse-spiker Əli Hüseynli, spikerlər isə Adil Əliyev və Fəzail İbrahimli olub.

  • Milli Məclisdə Sabir Rüstəmxanlı kimi müdrik, sayıq insanların olması zəruridi

    Xalqın,millətin xosbəxt gələcəyini düşünən hər bir vətəndaş bu seçkidə düzgün qərarlar qəbul etməlidir

     

    Çox hörmətli Sabir bəy!

    Rayonumuzda olarkən mənə hədiyyə etdiyiniz milli taleyimizlə bağlı dəyərli “Milli taleyimiz və biz” kitabınızı (Bakı – 2018) bir daha oxudum, dəqiq, dürüst analitik təfəkkürünüzü bir daha alqışladım.  Ona görə bir daha ki, Sizin bu və başqa bu kimi vacib mövzulardakı incə polemikalarınızı mətbuat səhifələrində, televiziya verlişlərində, internet saytlarında və şəbəkələrində, elektron mediada çox oxumuş, izləmiş, həmişə də analitik təfəkkürünüzün dərinliyinə, dürüstlüyünə, geniş eridusiyanıza, yüksək polemika mədəniyyətinizə heyran qalmışıq.

    Heyif ki, bizdə polemika mədəniyyəti çatmır, diskussiya iştirakçıları çox vaxt söysöylənən fikirləri təhlil etmək, o fikirlərdəki səhvləri, yanlışlıqları açıb göstərmək, aydınlaşdırmaq əvəzinə onları kökündən inkar edib danır, yalnız öz həqiqətini sübut etməyə çalışırlar. Buna ümumən nihilizim deyilir. Bu da olduqca səhv, ziyanlı yoldur. Siz heç vaxt heç kəsi inkar edib danmırsınız, söylənən fikirlərə münasibətinizi bildirir, həmin fikirlərdəki məhz səhv məqamları açıb göstərir, aydınlaşdırırsınız. Özü də qışqır-bağır salmadan, səsinizin tonunu zərrə qədər də qaldırmadan, özünüzün sakit, təmkinli və təkidli ahənginizlə. Çoxumuza elə gəlir təkid səsin tonunda, sözlərin bərkdən deyilməsindədir, unuduruq ki, bu, fikrin mahiyyətində, həqiqətin özündədir. Var gücünlə qışqırıb təkidlə aləmə car çəksən də ikini ikiyə vuranda heç vaxt beş etməz, ikini  ikiyə vuranda dörd etməsi kimi sadə həqiqəti isə lap yavaşdan desən də təkidli səslənər.

    Çox hörmətli Sabir bəy, Sizin parlament seçkilərinə namizədliyinizi bizim 61 saylı Neftçala Seçki Dairəsindən irəli sürmək təşəbbüsünüz köhnə tanış kimi məni ürəkdən sevindirdi. Namizədliyinizi Azərbaycanın istənilən bölgəsindən irəli sürsəydiniz yekdilliklə dəstəklənərdiniz, Neftçalanı seçməyiniz bizə etimadınızdan xəbər verir. Buna görə həmyerlilərimiz adından Sizə təşəkkürümü bildirirəm… Əksər Neftçala seçiciləri, Neftçala ictimaiyyəti, Neftçala hərəkatçıları kimi, onlardan bir qədər də artıq maraqla mən də ilk gündən milli azadlıq hərəkatındakı fəaliyyətinizi ardıcıl izləmiş, həlledici məqamlardakı dəyanətinizi, qətiyyətinizi ürəkdən alqışlamışam. Ona görə bir qədər artıq maraqla ki, rayonumuzun sakinlərindən Sizə bir köynək yaxınam, Sizi gənclik illərindən tanıyıram. Dövrünün elitar ali məktəblərindən olan Azərbaycan Dövlət Universitetinin eyni fakültəsində, eyni kursunda təhsil almışıq. Filoloji fakültənin sizin təhsil aldığınız dil-ədəbiyyat şöbəsində, gərək ki, hər birində 20-dən artıq tələbə olan 2 qrup var idi, həmin fakültənin tərkibindəki bizim jurnalistika şöbəsində isə 17 tələbə təhsil alırdı. Fəlsəfə, Sov.İKP tarixi, Azərbaycan ədəbiyyatı tarixi, xarici ölkələr ədəbiyyatı tarixi, digər bu kimi ümumi fənlərin mühazirələrində qruplarımız patok halında birləşdirilir, böyük bir auditoriya əmələ gəlirdi. O qədər tələbənin arasında ilk gündən sayılıb-seçilmək, müəllimlərin, tələbə yoldaşlarının diqqətini cəlb etmək, yaddaşda qalmaq asan deyildi. Amma o vaxt Siz bunu bacardınız, sonrakı dövrdə də götürdüyünüz xətti dönmədən davam etdirdiniz.

    O vaxt o böyük auditoriyadakı tələbələr arasında çox istedadlı gənclər var idi. Sonralar onların bir çoxu tanınmış alim, şair, nasir, siyasətçi kimi yetişdi, müxtəlif sahələrdə ölkəmizə layiqli xidmətlər göstərdi. Həmin nəslin nümayəndələri arasında Siz özünüzün istedadınız, mərdliyiniz, cəsarətiniz, vətənpərvərliyinizlə həmişə diqqəti cəlb etmiş, ən çətin, həlledici vaxtlarda milli azadlıq hərəkatının ön cərgələrində olmusunuz.

    Yuxarıda yazdıqlarım məsələnin subyektiv tərəfidir. Sizə hörmətimizin, rəğbətimizin, etimadımızın kökü, səbəbləri isə dərindir. Siz azad, müstəqil Azərbaycanımızın təməl daşını qoyanlardan biri, birincilərindənsiniz, son dövr milli azadlıq hərəkatının həmişə ön cərgələrində addımlamış, onu çətin yollardan keçirib qələbəyə qovuşdurmusunuz. Vətən, xalq qarşısındakı çoxsaylı xidmətlərinizi saymaqla qurtarmaz. Təkcə müstəqillik düşüncəmizin ilk carçısı “Ömür kitabı”nızı happy wheels demo və müstəqil mətbuatımızın ilk qaranquşu “Azərbaycan” qəzetini götürmək bəsdir. Ən önəmlisi isə Sizin heç kəsə bənzəməyən ölən ruhunuz, xüsusiyyətinizdir. Hər bir xalqın, millətin birliyi, uğuru üçün vacib olan özəl ruhunuz, xüsusiyyətiniz.

    Ölkə başçısı byük siyasi iradə nümayiş etdirərək parlamentin buraxılması və yeni parlamentin formalaşdırılması barədə sərəncam imzalayıb. Allah eləsin xalqımız, səsvermə hüququna malik seçicilər bu imkandan istifadə edərək  özünün ən layiqli nümayəndələrini yer parlamentə üzv seçsin, fəal, çevik, işgüzar bir Milli Məclis formalaşdırsın. Heç kəsin bacarığını, qabiliyyətini, vətənə, xalqa xidmət hisslərini şübhə altına almadan yeni parlamentə ən layiqli namizədlərdən birini  də Sizi hesab edirik. Çox istərdik yeni formalaşan Milli Məclisin tərkibində Sizi də görək. Bunun üçün malik olduğunuz xüsusiyyətləri bir daha seçicilərin yadına salmağı, onları həlledici məqamda düzgün addım atmağa çağırmağı vacib hesab edirik. Bir heç tanınmayan, bir də hamıya yaxşı tanış olan şəxslər barədə söz demək, fikir formalaşdırmaq çətindir. Sizin geniş təbliğə, seçicilərə əlahiddə təqdim olunmağa ehtiyyacınız yoxdur, bütün respublika ictimaiyyəti kimi rayonumuzun sakinləri, namizədliyinizi irəli sürdüyünüz dairənin seçiciləri də şəxsiyyətinizə, ədəbi, ictimai-siyasi fəaliyyətinizə hərtərəfli bələddirlər. Amma deputatlığa namizədlərimiz arasında Sizə üstünlük verilməsi zərurətini hörmətli seçicilərin diqqətinə çatdırmaq, onların yadına salmaq vacibdir.

    Hər bir cəmiyyətdə üç təbəqəyə böyük ehtiyac duyulur: ziyalılara, ağsaqqalara və möminlərə. Bütün cəmiyyətdə də ən az təsadüf olunan məhz bu üç təbəqədit. Bəzi cəmiyyətlərdə onların sayı yox dərəcəsindədir. Ziyalını, ağsaqqalı, mömini başqa təbəqələrdən fərqləndirən başlıca xüsusiyyət bütün məsələlərə münasibətdə şəxsi anbisiyadan uzaq olmaq, cəmiyyətin fövqündə dayanmaq, yalnız xalqın, millətin, kütlənin taleyini, müqəddəratını düşünməkdir. Dünyanın kəskin şəkildə qütbləşib üz-üzə dayandığı bir dövrdə bu qəbildən olan insanlara daha ciddi ehtiyac duyulur. Yalnız bu mövqedə dayanan insanlar bütün təbəqələrə yaxınlaşıb onları eyni məcarada birləşdirməyi bacararlar. Sizin şəxsiyyətiniz, sədri olduğunuz “Vətəndaş həmrəyliyi” partiyası da bu ali məqsədə xidmət edir, xalqı, milləti eyni ideya ətrafında birləşdirərək müstəqilliyimizi möhkəmlətməyə cəhd göstərir.

    Ən dəyərli xüsusiyyətlərinizdən biri xalqın, millətin taleyinə, müqəddəratına heç vaxt biganə qalmamağınız, bununla bağlı ən vacib məsələlərin müzakirəsi zamanı vaxtında sözünüzü deməyiniz, təklifinizi verməyiniz, qəbul olunan qərarlara təsir göstərməyinizdir. Biz bunların dəfələrlə canlı, əyani şahidi olmuşuq. Inanırıq bundan sonra da həmin təsirin çox şahidi olacağıq.

    Gələcək gəncliyə məxsusdur, ölkəmizdə yeni təfəkkürə malik güclü müasir gənclik yetişib. Son illər gənclərə etimad daha da artəb, ən mühüm vəzifələr onlara həvalə olunub. Ancaq gənclər o vaxt xalqımız, millətimiz üçün faydalı, dəyərli işlər görə bilərlər ki, köklərindən, əsllərindən qopub ayrılmasınlar, milli-mənəvi dəyərlərimiz üzərində ucalsınlar. Bu cəhətdən Milli Məclisdə Sizin kimi müdrik, sayıq yaşlı nəslin nümayəndələrinin mövcud olması zəruridir. Müdriklər yaş yetirəndə qocalmırlar, Dədə Qorqud kimi piraniləşib bir olurlar, cavanlar onlardan daim məsləhət, tövsiyə alırlar. Xalqın, millətin xöşbəxt gələcəyini düşünən hər bir vətəndaş, hər bir seçici bütün bunlar barədə ciddi düşünməli, bu ali məclisə məhz Sizin kimi vaxtında dürüst fikirlər söyləyib, düzgün qərarlar qəbul etdirməyi bacaran şəxsləri deputat seçməlidirlər. inanırıq rayonumuzun seçiciləri də seçimlərini düzgün aparacaq, yekdilliklə Sizin lehinizə səs verəcəklər. bu, Sizdən çox seçicilərin özlərinin xeyrinə atılmış mühüm bir addım olacaq.

                                                            Əlövsət Polad

    Neftçala şəhəri

     

  • Sabir Rüstəmxanlı Piter Teylerlə görüşüb – FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı Seçki Müşahidə Missiyasının rəhbəri səfir Piter Teyler və missiyanın siyasi təhlilçisi Sasha Pajevic ilə görüşüb.
    Görüş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşəbbüsü ilə baş tutub.
    Görüşdə fevralın 9-na təyin edilmiş növbədənkənar Milli Məclis seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.
    Sabir Rüstəmxanlı VHP-nin seçki fəaliyyəti, namizədlərin fəaliyyəti, seçkilərlə bağlı VHP-nin mövqeyi və ölkədəki seçki mühiti barədə məlumat verib.
    Görüşdə VHP Siyasi Şurasının üzvləri Samir AsadLiArif Ismayilbeyli və Felmar Alakbarli də iştirak ediblər.

  • Fəzail İbrahimli Cəlilabadda seçicilərin problemlərini dinlədi – FOTOLAR

    69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli Cəlilabad rayon Privolnoye kəndində əhali ilə görüş keçirib. Hər yerdə böyük coşqu ilə keçən görüşlərdə əhali öz problemlərindən danışıb və namizədə onları maraqlandıran suallarla müraciət edib.
    BakuPost xəbər verir ki, Fəzail İbrahimli seçiciləri qarşısında öz platformasını geniş formada izah edərək seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib.
  • “Bu, neftçalalılar üçün tarixi şansdır” – Sabir Rüstəmxanlı görüşlərini davam etdirir – VİDEO

    61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, Xalq şairi Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir.

    Bu gün Yuxarı Qaramanlı kəndinə gedən Xalq şairini sakinlər alqışlarla qarşılayıb, onun Neftçalanı seçməsindən məmnun olduqlarını bildiriblər.

    Deputatlığa namizədin vəkili, Neftçalanın tanınmış ziyalılarından olan Etibar Əbilov Sabir bəyin Neftçalanı seçməsinin yerli əhali üçün tarixi şans olduğunu dilə gətirib.
    O, Sabir bəyin yaradıcılığından, keçdiyi həyat yolundan bəhs edib və hər bir sakini bu prosesdə aktiv olmağa səsləyib: “Milli Məclis təcrübə meydanı deyil. Orda xalqın dərdini dilə gətirə bilən, səsi hər yerdən eşidilən, hörmət sahibi olan şəxslər təmsil olunmalıdır. Şəxsən mən çox fəxr edərəm ki, bizim rayonu Sabir Rüstəmxanlı boyda şəxsiyyət təmsil etsin. Müstəqilliyə gedən yol Meydandan başladı. Meydan hərəkatı deyəndə isə ilk yada düşən Sabir Rüstəmxanlı olur. S.Rüstəmxanlı xalqımızın o şəxsiyyətlərindədir ki, meydan hərəkatında bütün Azərbaycan xaliqi ona öz adından danışmaq səlahiyyəti vermişdi. İndi biz Neftçala adından ona bu səlahiyyəti niyə verməyək?
    Onun biz neftçalalıları Milli Məclisdə təmsil etməsini niyə istəyirəm? Mənə Milli Məclisdə xalqın güvəndiyi, xalqın istək-arzularını dilə gətirən, cəsarətli, qətiyyətli insan lazımdır. Mənə Milli Məclisdə xalqımızın rifahına xidmət edəcək qanunları qaldıran, onu həyata keçirə bilən, tətbiqinə nail ola bilən insanlar lazımdır. Mənə Milli Məclisdə xalqın mənafeyini öz mənafeyindən üstün tutan insanlar lazımdı. Mənə Milli Məclisdə sözü ciddiyə alınan söz sahibi lazımdı.

    Sadaladığım keyfiyyətləri yalnız Sabir Rütəmxanlıda görürəm. Milli Məclisə seçkilərdə səhvə yol vermək bağışlanmazdır. Çünki bu səhvi düzəltmək üçün 5 il lazımdır. Ona görə də seçimimizdə yanılmayaq və Sabir bəyə səs verək”.
    Sonra sakinlər çıxış ediblər, kəndin problemlərindən danışıblar, S.Rüstəmxanlıdan bu problemlərin həlli üçün kömək istəyiblər.
  • Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ABŞ səfirinin müşaviri Piter Kaufmanla görüşüb.

    Görüşdə ölkədə və regionda baş verən ictimai-siyasi məsələlər, Azərbaycan-ABŞ əlaqələri müzakirə edilib.
    Görüşdə VHP Mərkəz İcra Aparatının rəhbəri Samir Əsədli də iştirak edib.

  • VHP-də toplantı (17.11.2019)- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Laçın, Ağdam, Zəngilan və Qubadlı rayon təşkilatlarının Məclis üzvlərinin iştirakı ilə toplantl keçirilib.
    Toplantıya sədrlik edən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli 17 Milli Dirçəliş günü ilə bağlı hər kəsi təbrik edib, daha sonra ölkədə baş verən siyasi proseslər, partiyanın fəaliyyəti və qarşıda duran işlər barədə məlumat verib.
    Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Ağdam rayuon təşkilatının sədri Həsən Xəlilov, Qubadlı rayuon təşkilatının sədri Xasay Vəliyev və Zəngilan rayuon təşkilatının sədri Kamil Əliyev başçılıq etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər.