ŞUŞA-25.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası Şuşa rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
OĞUZ-25.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası Oğuz rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Məclisdə ölkədəki mövcud ictimai-siyasi durumu və təşkilati işləri müzakirə edilib .Təşkilat sədri Famil Zakirov təşkilatın fəaliyyəti barədə danışıb, qeyd edib ki, bir sıra yeni özək təşkilatları təsis edilib. F.Zakirov həmçinin çıxışında ictimai-siyasi məsələlər və partiyanın fəaliyyətindən danışıb.
Daha sonra məclisdə ictimai-siyasi olaylar, qarşıda duran işlər müzakirə edilib. Bildirilib ki, bu il partiyanın 30 illik yubileyi keçiriləcək, Oğuz rayon təşkilatı da partiyanın fəaliyyət istiqamətinə və məramnaməsinə uyğun işini qurub, fəaliyyət göstərir.
Sonda təşkilati məsələlərə baxılıb və VHP-yə yeni üzvlər qəbul edilib.
AĞSTAFA-24.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ağstafa rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib. Rayon təşkilatının Məclis iclasında ictimai-siyasi məsələlər və təşkilati işlər müzakirə edilib.
YEVLAX-21.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Yevlax rayon təşkilatının növbəti Məclis toplantısı keçirilib.
SURAXANI-21.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası Suraxanı rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Yığıncaqda ölkədəki ictimai-siyasi proseslər və təşkilati məsələlər müzakirə edilib.
VHP-nin bölgə təşkilatları yığıncaq keçiriblər- FOTO
GORANBOY/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Goranboy rayon təşkilatının növbəti Məclis toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi durum və təşkilati məsələlər müzakirə edilib.
Təşkilat sədri Zaur Məmmədli ölkədə və dünyada baş verən siyasi olaylar, Goranboy rayonundakı siyasi və iqtisadi vəziyyət, təşkilatın və partiyanın qarşısında duran işlər barədə geniş məruzə edib.
Qarşıdan gələn partiyanın 30 illik yubileyi münasibəti ilə məclis üzvlərinin təbrik edən təşkilat sədri, yubiley gününün Goranboyda da keçiriləcəyini bildrib.
Sonda təşkilati məsələlərə baxılıb və partiyaya yeni üzvlər qəbul edilib.
YARDIMLI/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Yardımlı rayon təşkilatının növbəti Məclis toplantısı keçirilib. Yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər və təşkilati məsələlər müzakirə edilib.
VHP Neftçalada yığıncaq keçirib- FOTO
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatının növbəti Məclis toplantısı keçirilib. Toplantıda təşkilatı məsələlər və ölkədə baş verən ictimai-siyasi durum müzakirə edilib.
VHP Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov ölkədə və dünyada baş verən siyasi olaylar barədə danışıb. Çıxışında partiyanın fəaliyyəti, qarşıda duran vəzifələr və Neftçala rayonundakı vəziyyət barədə də danışıb. Təşkilatın və partiyanın fəaliyyətindən danışarkən F.Hüseynov qeyd edib ki, VHP-nin bu ilə təsis olunmasından 30 il ötür. Həm Bakı şəhərində, həm də Neftçalada partiyanın yubiley tədbiri qeyd olunacaq.
Fərman Hüseynov çıxışında həmçinin bu gün xalq hərəkatının flaqmanı olan Xalq Cəbhəsinin təsis olunmasından 33 il keçdiyini bildirib . AXC xalqın təşkilatı idi, müstəqillik və azadlıq aşiqlərinin təsis etdiyi bir təşkilat idi.
Həmçinin F.Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin bu günlərdə Ankara şəhərində heykəlinin ucaldılmasını müsbət olay olduğunu bildiriv və Bakıda da Rəsulzadəyə heykəlinin ucaldılmasının vacib olduğunu qeyd edib.
Sonda təşkilati məsələlərə baxılıb, partiyaya yeni üzvlər qəbul edilib.
VHP Qusarda konfrans keçirdi – FOTO
Bu gün VHP Qusar rayon təşkilatının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə şəhidlərin və təşkilatın mərhum sədri Həsənbala Məmmədovun xatirərəsini yad ediblər.
Konfransın sədarəti seçildikdən sonra RT sədr müavini Məzahir İlyasov hesabat məruzəsi ilə çıxış edərək konfranslararası müddətdə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Ardınca
NTK sədri Gülarə Əlməmmədova da hesabat çıxışı edib.
Konfrans iştirakçılarından Əlişəfa Məmmədov, Edik Hacıxanov, Bəhruz Bədəlov, Xalidə Dadaşbalayeva və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, görülmüş işlər haqda danışıblar.
Konfransda iştirak edən VHP sədrinin müavini və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli çıxışında ölkədə, regionda baş verən siyasi olaylar, partiyanın fəaliyyəti, qarşıda duran işlər və partiyanın yaranmasının 30 illiyi ilə bağlı planlaşdırılan tədbirlər barədə geniş çıxış edib.
Konfransda təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatının sədri, Məclis və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib. Açıq səs vermə nəticəsində Əlişəfa Məmmədov rayon təşkilatının sədri, Edik Hacıxanov sədrin birinci müavini, Əfsanə Rəsulova, Elman Gərayxanov müavin, Məzahir İlyasov NTK sədri seçilib.



“Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır”.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında VHP Qadınlar Şurasının təşəbbüsü ilə “Qadınların cəmiyyətdə rolu” mövzusunda dəyirmi masa keçirilib.
VHP Qadınlar Şurasının sədri Aysel Səfərli çıxışında cəmiyyətdə qadınların rolu, VHP Qadınlar Təşkilatının fəaliyyəti barədə geniş danışıb.
Daha sonra çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqımızın tarixində mühüm yer alan Bahar bayramı ərəfəsində qadınlarla görüşün təsadüfü olmadığını bildirdi: “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır. Azərbaycan xalqı hər zaman qadına yüksək dəyər verərək onu ailənin və cəmiyyətin üstün məqamında görüb. Bu gün də tarixi ənənələrimiz yaşayır və Azərbaycan xanımları dövlət idarəçiliyində, ictimai-siyasi həyatda öz sözlərini deyirlər”.
Dəyirmi masada iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Narıngül Nadir, Şairə Şəfəq Sahibli, VHP Qadınlar Şurasının sədr müavini Aysel Bəgəliyeva, jurnalist İlhamiyyə Rza, Şairə Gülər Eldarqızı, 274 saylı orta məktəbin müəllimi Müşfiqə Baləddinqızı, əməkdar jurnalist Əntiqə Qonaq, “Harmoniya” Psixologiya Mərkəzinin direktoru Aygün Ağabalayeva, jurnalist Arzu Qaziyeva, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək görüş haqda xoş təssüratlarını bildirərək statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan qadınlarının hər zaman bir yerdə olmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğuladılar.

VHP Qadınlar Şurasına yeni sədr seçilib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının növbəti konfransı keçirilib. Toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi dəqiqəlik sükutla yad edildi.
İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı: Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı. İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”.
Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs etmişdir.
Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılmışdır. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış etmiş , partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib. VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçildi. Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçildi.




VHP bölgə təşkilatları Rəsulzadəni yad edib
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bölgə təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci il dönümü ilə bağlı toplantılar keçirilib.
VHP Tovuz, Yevlax, Şirvan, Biləsuvar və Goranboy rayon təşkilatlarının keçirdiyi toplantılarda Rəsulzadənin ictimai-siyasi fəaliyyəti, Cümhuriyyət dönəmindəki rolu və Azərbaycanın ictimai-siyasi fikir tarixindəki rolu müzakirə edilib.
VHP Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu çıxışında bildirib ki, Rəsulzadə Cümhuriyyətin ideoloji-siyasi bazasının əsas banilərindən biridir: “Bu gün biz də Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir”.
VHP Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biridir: “Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun taleyinin Cümhuriyyətdən sonrakı dövrü də çox keşməkeşli olub. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü dövlətimiz AXC-nin varisidir. Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq”.
VHP Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli Rəsulzadənin Cümhuriyyət dövründəki fəaliyyəti, AXC-nin quruculuğ dövründəki işlərindən geniş bəhs edib: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adına, həm də Şərqin ilk demokratik dövlətinin qurucusudur. Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mübarizə yolunu bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Rəsulzadənin ideoloji-siyasi sistemi yüz il sonra da aktuldır və “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı dünya siyasi sisteminin bu gün də qəbul etmək zorunda olduğu prinsipdir.”
VHP Şirvan şəhər təşkilatının sədri Aqil Vəli və VHP Biləsuvar rayon təşkilatının sədri Məharət Ağayev çıxışlarında Azərbaycan dövlətçilik tarixində Rəsulzadənin rolu və yeri barədə danışıblar. Natiqlər çıxışlarında Rəsulzadənin cümhuriyyətdən əvvəlki və mühacitdəki fəaliyyıtindən, Azərbaycan uğrunda fəaliyyətindən bəhs ediblər.





1990-cı ilin yanvar hadisələri Neftçalada qeyd edilib
1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət etdi. Digər rayonlarda olduğu kimi, Neftçalada da günahsız və əliyalın sakinlərə divan tutuldu, 2 nəfər öldürüldü, 50-ə yaxın insan həbs edildi. Yanvarın 25-də Nurəddin Ağahüseynov Neftçalanın mərkəzində şəhid olur. Sovet əsgərləri tanklarla rayon mərkəzinə daxil olarkən, onunla üz-üzə gəlirlər və Nurəddini şəxsi avtomobilində güllələyirlər.
Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatı və 20 Yanvar Cəmiyyətinin Neftçala Şöbəsi 25 yanvar faciəsinin 32-ci ildönümü qeyd edib. Neftçala şəhərindəki 20 Yanvar abidəsi ziyarət edilib.
Tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, o dönəmdə Neftçalada Milli Azadlıq Hərəkatının liderlərindən olan Fərman Hüseynov çıxış etmişdir. O deyib: “Sovet hərbi birləşmələri paytaxtımız Bakı şəhərində törətdiyi qanlı cinayəti 25 Yanvar1990-cı il tarixdə hərəkatın ən qaynar nöqtərindən sayılan Neftçala rayonunda da eyni vəhşiliklə davam etdirdi. Həmin gün axşam Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, 3 hərbi maşınla dolu əli silahlı əsgərlərlə heç bir xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən maşınlar, Bakıda həlak olmuş şəhidlərə saxlanılan “ Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutuldular. “Azadlıq, müstəqillik istəyirdiniz, indi sizləri güllələyib bu gölməçələrdə basdıracağıq” deyərək əsgərlərə avtomatlarını hazırlıq vəziyyətinə gətirmələri əmr edildi. Bu vaxtı ölümün yaxınlaşdığını hiss edən qorxmaz, qəhrəman övladlarımız xorla kəlmeyi-şəhadətlərini oxudular. Son anda əsgərlər güllələmə fikrindən daşındılar. Çoxlu güllə yarası almasına, üstəlik vəhşi əsgərlərin amansız fiziki təzyiqlərinə dözməyən Əbülfəz Cəfərovun bağıra-bağıra dediyi sözlər hamını diksindirdi: “Qardaşlar, ölürəm. Anama deyərsiz, mən Vətənim üçün ölürəm!”
Nəhayət əmr gəldi ki, tutulanlar vertolyotlara daşınsınlar. Əlləri tellərlə bağlanmış, döyülməkdən sir-sifətdən çıxmış, hər yanlarından qan axan hərəkat fəallarını döyə-döyə, qundaqla vura-vura vertolyotun döşəməsinə qalaqladılar. Vertolyot Xəzər dənizinin üstündən uçanda, əsgərin biri vertalyotun qapısını açaraq bağırdı: – Bu türkləri Xəzər dənizinə tullayın, azadlıq istəyirdilər, getsinlər balıqlara yemi olsunlar. Böyük cəhənnəm məşəqqəti yaşayan bu qəhrəman övladlar nəhayət Bakıya, Şüvəlan həbsxanasına atıldılar. Bəziləri xəstəxanaya, qalanları isə həbsxana həyatına məhkum etdildilər.
1990-cı ilin Yanvarında xalqımızın qanı axıdıldı, dəhşətli faciə yaşadıq. Ancaq məhz o günü Azərbaycan xalqı Sovet İmperiyasının bel sütununu sındırdı. Özünün Qəhrəmanlıq, şərəf tarixini yaratdı. 1991-ci ilin Oktyabrın 18-də Müstəqil dövlətini elan etdi. 20 Yanvar hadisələrində şəhid olanlar, qazi olanlar, zərər çəkənlər Azərbaycan Müstəqilliyinin ilk qaranquşları və ilk memuarları oldular”.

VHP Gədəbəy və Abşeron təşkilatı toplantı keçirib


VHP rayon təşkilatlarında ictimai siyasi müzakirələr
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mingəçevir şəhər və Tərtər rayon təşkilatı Məclis toplantısı keçiriblər. Yığıncaqda təşkilati məsələlər, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran işlər müzakirə edilib.
Mingəçevir şəhər təşkilatının sədri Mübariz Camıyev və Tərtər rayon təşkilatının sədri Nizami İsmayılov ictimai-siyasi proseslərlə bağlı məruzə ediblər, təşkilatın fəaliyyəti barədə məlumat veriblər. Təşkilat sədrinin çıxışlarından sonra məclis üzvləri müzakirələr aparıb. Müzakirələrdə ölkədəki ictimai siyasi durum geniş təhlil edilmiş, sosial problemlərə xüsusi diqqət yetirilərək vətəndaşların sosial halının getdikcə pisləşməsi tənqid olunmuşdur. Bildirilmişdir ki, Vətən savaşındakı Zəfərin yaşatdığı milli qürurun daim zirvədə saxlanması üçün hər bir vətəndaşın həyat şəraiti dpvlətin diqqətində olmalı, müvafiq iqtisadi sosial layihələr dövlət tərəfindən həyata keçirilməlidir.

