Vətəndaş Həmrəyliyi Partiyası

Category: Toplantı

  • VHP Şabran və Lerikdə toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şabran və Lerik rayon təşkilatlarınln məclis toplantısı keçirilib.
    Toplantıda Şabran rayon təşkilatının sədri Lətifə Camal və Lerik rayon təşkilatının sədri Elxan Hacıyev ölkədəki ctimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran vəzifələr barədə geniş çıxış edib.
    Daha sonra məclis üzvləri və fəallar çıxış ətrafında müzakirə aparıb.
    Sonda təşkilati məsələlərə baxılıb. Şabran rayon təşkilatı 19 nəfər və Lerik rayon təşkilatı isə 13 nəfər yeni üzv qəbul edib.
  • VHP Gəncə və Neftçalada toplantı keçirib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər və Neftçala rayon təşkilatları Məclisinin növbəti iclası keçirilib. Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov və Gəncə şəhər təşkilatının sədri Fizuli Həsənov ölkədə baş verən ictimai-siyasi məsələlər, növbədənkənar prezident seçkiləri və qarşıda duran məsələlərdən danışıblar.
    Hər iki Məclis toplantısında Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı il dönümü ilə bağlı çıxış edilib. Rəsulzadənin Azərbaycan tarixindəki rolu, Cümhuriyyət quruculuğunda və ondan sonrakı fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Rəsulzadə Azərbaycan tarixində silinməz iz buraxan tarixi şəxsiyyətidir. Azərbaycan dövlətçiliyinin ideoloji lideri olan Rəsulzadənin xalqımız üçün miras qoyduğu əsərləri bizim yolumuza bir mayakdır.
  • VHP Lerik təşkilatı Rəsulzadə ilə bağlı tədbir keçirib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Lerik rayon təşkilatı Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyi münasibəti ilə tədbir keçirib. Tədbirdə VHP sədrinin müşaviri Həşim Nəsirov və VHP Lerik rayon təşkilatının sədri Elxan Hacıyev çıxış edərək M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı, fəaliyyəti haqqında geniş məlumat verib.
    Daha sonra toplantı iştirakçıları böyük dövlət adamımız və ideoloq olan Rəsulzadənin Azərbaycan tarixindəki müstəsna yeri, dövlət quruculuğu, milli məfkurə sahəsində fikirləri haqqında danışıb.
  • VHP-də möhtəşəm toplantı: İşğaldan azad olunmuş rayon təşkilatları bir araya gəldi

    Sabir Rüstəmxanlı: “VHP böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə işğaldan azad edilmiş rayonların bölgə təşkilatının üzvləri ilə görüşü keçirilib. 11 rayon təşkilatının sədrinin qatıldığı tədbiri giriş sözü ilə Partiya Ali Məclisinin sədri Felmar Ələkbərli açıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Felmar bəy Zəfər savaşı və son antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün təmin edilməsinin böyük tarixi hadisə olduğunu bildirərək, Xankəndində və Qarabağın digər şəhərlərində üçrəngli bayrağımızın ucaldılmasının qələbəmizin yekunu olduğunu qeyd etdi.

    Daha sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli tədbirdə iştirak edən rayon təşkilatlarını təqdim edib və bildirib ki, bu tədbirdə Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayon, Xankəndi şəhər təşkilatlarının sədrlərinin və təşkilat rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə toplantı keçirilib.
    İlk olaraq çıxış edən VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov Qarabağ münaqişəsi başlayan ilk gündən Sabir Rüstəmxanlı bütün kəndləri gəzmiş və hər cür dəstəyini göstərmişdir. Meşəli qatili Xaçaturyanın məhkəmə prosesində iştirak edən Mikayıl bəy bu illər ərzində xalqımıza faciə yaşadan bütün erməni cinayətkarlarının layiqli cəzasını alacağını dedi.
    VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı bir şuşalı kimi hər zaman Qarabağlı günlərdən danışarkən kövrəldiyini amma indi yalnız sevinc göz yaşlarının olduğunu bildirdi: “Mənim Şuşa xatirələrim saatlarla bitməz, bu gün bizə o sevinci yaşadan o torpaqlarda ucalan şanlı bayrağımızdır”.
    Daha sonra VHP Ağdam rayon təşkilatının sədri Həsən Xəlilov və Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev çıxış edərək rayonlarının işğal tarixi, maddi və mənəvi ziyanlardan bəhs edib.
    Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Xankəndi şəhər təşkilatının sədri Şəhriyar Abdullayev, Xocavənd rayon təşkilatının sədri Arzu Abbasova və Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədov çıxış edərək Zəfər Savaşı və milli qələbəmizin yaşatdığı qürurdan danışıblar.
    Sonda Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bu görüşün tarixi günlərə təsadüf etdiyini bildirdi: “44 günlük Zəfər savaşı ilə biz düşmənə zərbə vurub torpaqlarımızı azad etmişdik, ancaq bir ay öncə keçirilən antiterror tədbirləri bizim qələbəmizi tam yekunlaşdırdı. Bu gün Xankəndində dövlət bayrağımız dalğalanır və bu ərazi bütövlüyümüzün möhtəşəm simvoludur. Azərbaycan xalqı 30 illik vətən həsrətinə son qoydu. 1988-ci ildən biz həm Vətən, həm də Azadlıq davamızın mərkəzindəyik. Bu yola “Nicatımız Vətəndaş Həmrəyliyindədir” deyə çıxmışdıq və zaman bizim yolumuzun, ideologiyamızın düz olduğunu təsdiqlədi. Bununla hər bir VHP-çi qürur duya bilər. Burda çıxış edən rayon təşkilat sədrlərinin bir çoxu həm də Birinci Qarabağ Müharibəsi veteranıdır. Bu da Qürurverici bir faktdır. Demək VHP bu böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

  • Neftçalada 25 yanvar olaylarının 33-cü il dönümü qeyd olunub

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatı və “20 yanvar” Cəmiyyətinin Neftçala şöbəsinin təşəbbüsü ilə 25 yanvar 1990-cı il Neftçala olaylarının ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, rayonda xalq hərəkatının öncüllərindən və  25 yanvar olaylarının iştirakçılarından biri Fərman Hüseynov çıxış edib. O bildirib ki, 25 yanvar 1990-ci ildə qan içən sovet hərbi birləşmələri Bakıdan sonra eyni senari ilə hərəkatın ən qaynar nöqtələrindən sayılan Neftçala rayonunda da qırğın törətdilər. O günün xatirələrini yada salan Fərman bəy qeyd edib ki,  axşam saat 18:30-da Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, əli silahlı əsgərlərlə dolu hərbi maşınlar xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular: “AXC-nin Qərərgahı darmadağın edildi. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən dinc insanlar, maşınlar, Bakıda həlak olmuş şəhidlərlə saxlanılan “Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutdular. Güllələnmiş, fiziki zədə almış  30-dan çox vətəndaşı amansız vəhşiliklə  tutub hərbi məaşınlara, bir-birinin üstünə qalaqlayıb Bankə qəsəbə Hərbi hissəsinin hamamına apardılar. Kimsə kənardan eşitməsin deyə tankların motorunu işə salıb həbs etdikləri hərəkat fəallarına olmazın vəhşiliklərlə döydülər, təhqir etdilər. Nəhayət döyülməkdən qana bələnmiş, yarımcan etdikləri insanları vertalyotlarla yığıb Bakıya, sonra da Şüvəlan həbsxanasına apardılar. Rayon ərazisində qanunsuz komendat saatı elan etdilər. İki aydan artıq tanklarla, BTR-lə rayon ərazisində hərakat fəallarının “ovuna” çıxdılar. Neftçala tarixi belə müsübət görməmişdi.

    ​Hərbçilərin cinayəti nəticəsində 2 nəfər, Cəfərov Əbülfəz, Ağahüseynov Nurəddin şəhid oldu, 7 nəfər güllə yarasından ölmcül yaralandı, 30 nəfərə yaxın hərəkat fəalı amansız fiziki təzyiqlərə məruz qaldı”.

    ​Həmən qəhrəmanlıq tarixindən, yanvar faciəsindən 33 il ötür. Hər il olduğu kimi bu ildə, 25 yanvar 2023-cü il tarixdə  25 yanvar hadisəsinin ildönümünü qeyd edilib. Abidənin önünə gül düzülüb. Tədbirdə VHP, Müsavat partiyası  AXP  üzvləri də iştirak ediblər.

  • VHP-nin bölgə iclasları davam edir- FOTO

    Şəmkir/ Vətəndaş Həmrəyliyi Partiyası Şəmkir rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Toplantıda çıxış edən rayon təşkilatının sədri Ülfət Zeynalov ölkədəki ictimai-siyasi durum, partiya qarşısında duran məsələlər, rayon təşkilatının fəaliyyətindən danışıb. Ölkədəki ictimai-siyasi durum haqda danışan Ülfət bəy Qarabağ cəbhəsində qazanılan hərbi və diplomatik uğurlara rəğmən iqtisadi-sosial sahədə ciddi problemlər yaşandığını bildirib: “Sürətli qiymət artımı fonunda işsizlik vətəndaşların sosial durumunu həddən artıq ağırlaşdırıb. Korrupsiya və məmur özbaşınalığı ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Xüsusilə kənd təsərrüfatı sahəsindəki problemlər, aqrar sektorun inkişaf etdirilməməsi ərzaq təhlükəsizliyimizi sual altına alıb”.
    Daha sonra təşkilat sədri VHP-nin yaranmasının 30 illiyi ilə bağlı fikirlərini bildirərək qeyd edib ki, VHP həm siyasi yolu, həm də ideologiyası ilə Azərbaycan siyasi sistemində özünə xüsusi mövqe qazanmış bir partiyadır. Təşkilat sədri məclis iştirakçılarının yubiley münasibəti ilə təbrik edib və partiya üzvləri qarşısında duran vəzifələrdən danışıb. Məclis üzvləri səsləndirilən fikirlərlə bağlı mövqelərini bildiriblər.
    Sonda VHP sıralarına yeni üzvlər qəbul edilib və iclas başa çatıb.
    ***
    Qazax/  Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qazax rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Yığıncaqda ölkədəki ictimai-siyasi durum, qərarların icra vəziyyəti, qarşıda duran işlər və təşkilati məsələlər müzakirə edilib.

    Rayon təşkilatının sədri Qoca Qocayev ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın və rayon təşkilatının fəaliyyəti, Qazax rayonundakı vəziyyət barədə geniş çıxış edib. O, bildirib ki, hazırda əhalini narahat edən əsas məsələ işsizlik, qiymət artımıdır: “Demək olar ki, gündəlik tələbat məhsullarının qiyməti hər gün artır, bu da insanların dolanışığına, yaşayışına ciddi təsir edir. Gənclər iş tapa bilmirlər, bu isə kənd yerlərinin kütləvi boşalmasına gətirib çıxarır ki, nəticədə kənd təsərüfatına ciddi ziyan dəyir. Digər tərəfdən kəndli də əkdiyini, biçdiyini istədiyi kimi sata bilmir. Monopoliya, rüşvət, məmur özbaşınalığı da buna təsir edir. Kəndlinin məhsulu maya dəyərindən də ucuz alınır, mərkəzdə, böyük şəhərlərdə marketlərdəki qiymət isə od tutub yanır.Hökumət buna ciddi əncam çəkməlidir, bu məsələlər qaydasına düşməsə kənd təsərrüfatı daha da bərbad günə düşəcək. Cünki kəndli əkir, biçir faydasını işbazlar, böyük market sahibləri görürlər”.
    Təşkilat sədri bildirib ki, bu il VHP-nin 30 yaşı tamam olur. Bizim üçün ələmətdar, böyük gündür. Qazax rayon təşkilatı da ilk təsis edilən partiya qurumlarından biridir. VHP 30 illik nümunəvi fəaliyyəti ilə bütün partiyalara örnək təşkilatdır.
  • Bölgələrdə VHP-nin yerli təşkilatları toplantı keçiriblər- FOTO

    Biləsuvar/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Biləsuvar rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
    Təşkilat sədri Məharət Ağayev çıxışında ölkədə baş verən siyasi olaylar, qarşıda duran vəzifələr və partiyanın fəaliyyətindən danışaraq bu günlərdə Londonda Azərbaycan səfirliyinə edilən hücuma xüsusi diqqət çəkdi. O çıxışında hadisənin Azərbaycan dövlətinə qarşı yönəldiyini qeyd edərək ictimaiyyətin olaya sərt reaksiyasının yerində olduğunu və VHP-nin bu məsələdə dövlətin yanında olduğunu qeyd edib. Məclidə həmçinin son günlər Qarabağda, həmçinin sərhəd boyu ərazilərdə erməni separatçıların törətdiyi təxribatlar müzakirə edilib və çıxışlarda bildirilib ki, Rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçı silahlı qruplar tərki silah edilməlidirlər. Ərazilər tam formada Azərbaycan dövlətinin tərkibinə verilməlidir. Toplantıda həmçinin ölkədəki sosial-iqtisadi durum müzakirə edilib, hökumətin gözlənilən böhranın qarşısını almaq üçün təxirəsalmaz tədbirlər görməsinin vacibliyi bildirilib. VHP-nin yaranmasının 30 illiyi ilə bağlı müzakirələrdə bildirilib ki , Biləsuvar rayon təşkilatı ilk yaradılan rayon təşkilatıdır. Bu tədbirə ciddi hazırlaşmağın və təşkilati işlərin gücləndirilməsinin zəruriliyini qeyd edilib.
    Sonda təşkilati məsələlər müzakirə edilib. Partiyaya yeni üzvlər qəbul edilib.
    ***

    Ucar/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ucar rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilati məsələlər, bölgədə baş verən olaylar müzakirə edilib.

    Rayon Təşkilatının sədri Badam Məmmədova çıxışında ictimai-siyasi proseslər, son günlər bölgədə və ölkədə baş verənlərdən danışıb. O məclis üzvlərini siyasi proseslərə VHP-nin yanaşması, rayon təşkilatının fəaliyyəti barədə məlumatlandırıb . Qarabağda baş verən təxribatların maraqlı qüvvələrin etdiyini, bu məsələləri törədənlərin niyyətlərinin sülh danışıqlarını pozmaq olduğunu ifadə edən Badam xanım Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu və Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəlincə, onlar Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra tam təhlükəsiz yaşayacaqlarını bildirib. Son əməliyyatlarda da ordumuzun zərbə hədəfi məhz bölgədəki qanunsuz silahlı birlikər olub. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın.
    Təşkilat sədrinin müavini Elxan Məmmədov çıxışında rayon təşkilatının fəaliyyətindən bəhs edib, bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Bu əlamətdar olayın Ucar təşkilatında da qeyd olunmasının vacibliyini vurğulayıb.
    Sonda təşkilati məsələlərə baxılıb. Partiya sıralarına yeni üzvlər qəbul edilib.
    Yığıncaqdan sonra Məclis üzvləri Qəzyan kəndində Vətən müharibəsi şəhidi gizir Ələkbərov Vüqar Telman oğlunun məzarını ziyarət edib. Şəhidimizin ruhi şad olsun.

    ****
    Şamaxı/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şamaxı rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib.
    Təşkilat sədri Ədalət Məmmədov rayon təşkilatının fəaliyyəti barədə danışaraq bildirib ki, bu il partiyanın 30 yaşı tamam olur. Şamaxı rayon təşkilatı ilk təsis olunan yerli təşkilatlatdan biridir. Biz 30 ildir bu yolu şərəflə gəlirik. Yolumuz millətə xidmət yoludur.
    Ədalət Məmmədov VHP-nin 30 illik üzvü olmasını qürurunu yaşadığını bildirib.
    Təşkilat sədri ölkədəki ictimai-siyasi durum barədə çıxış edib, son günlər cəbhə bölgəsində və Qarabağda yaranan vəziyyətə diqqət çəkib. O, bildirib ki, ordumuz bir sıra yüksəklimləri düşməndən azad edib. Erməni təxribatlarının qarşısı tam alınmalı, suveren ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bölgədə sülh və əminamanlıq öz həllini tapmalıdır.
    Sonda təşkilati məsələlərin müzakirəsi keçirilib, partiyaya yeni üzvlər qəbul edilib.

    ****
    Naftalan/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naftalan şəhər təşkilatının Məclisinin növbəti yığıncağı keçirilib.
    Şəhər təşkilatının sədri Nizaməddin Şirinov ölkədəki ictimai-siyasi durum, iqtisadi məsələlərlə bağlı məruzə edib. Naftalandakı vəziyyət, əhalinin vəziyyəti, təşkilatın fəaliyyətindən danışan Nizaməddin bəy ölkədəki iqtisadi vəziyyət, işsizlik məsələlərinə toxunub və son dövrlər müşahidə olunan bahalaşmadan söz açıb. Bildirib ki, bu bahalaşma insanların dolanışığına, az təminatlı və işsiz insanların gündəlik güzaranına mənfi təsir etdiyini bildirib. Təcili tədbirlərin görülməsinə, monopliyanın aradan qaldırılmasının vacibliyinə toxunub.
    Məclisdə təşkilatın fəaliyyəti, qarşıdan gələn 30 illik yubiley və Naftalandakı vəziyyət müzakirə edilib. Yığıncaq partiyaya yeni üzvlərin qəbulu ilə yekunlaşıb.
  • VHP Abşeron təşkilatı toplantı keçirib -FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Abşeron rayon təşkilatı Məclisinin  növbəti toplantısı keçirilib. Toplantıda təşkilati işlər, ictimai-siyasi məsələlər müzakirə edilib.

    Rayon təşkilatının sədri və VHP Ali Məclisinin üzvü İlqar Salmanov çıxışında ölkədəki mövcud ictimai-siyasi vəziyyət, Qarabağda və ətraf ərazilərdə baş verən proseslər barədə danışıb.

    O, bildirib  ki, Qarabağda erməni separatçıları və Ermənistan tərəfi yenə təxribatlarından əl çəkmir. Bölgədə olan qanunsuz erməni silahlı birləşmələri dəfələrlə  təxribat xarakterli silahlı insident törədiblər. Təxribatlar həm  Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də  Qarabağ əraisində baş verib, bu bölgədə  yerləşən bölmələrimiz atəşə tutulub .

    Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən də insident  törədilib. Erməni silahlı birləşmələri tam şəkildə  bölgədən çıxarılmalı və azərbaycanlıların Xankəndi, Xocalı, Ağdərə, Xocavənd  və digər ərazilərə qaytarılması prosesi başlamalıdır. Bu məqam 10 noyabr razılaşmasında nəzərdə tutulub. Təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəcəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər şərtlərimizə boyun əyməli, mövcud reallığı qəbul etməli, ya da açıq-aşkar bizimlə müharibəyə qalxmalıdırlar. Hər iki halda nəticə bizim xeyrimizə olacaq.

    Təşkilati məsələrin müzakirəsi zamanı təşkilat sədrinin birinci müavini Taleh Əliyarov çıxış edib, təşkilatın qarşısında duran işlər və təşkilatın fəaliyyəti barədə danışıb. Bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Abşeron rayon təşkilatı da partiyanın ilk təsis edilən təşkilatlarından biridir. Biz də bu ələmətdar olayı qeyd etməliyik.

    Sonda  Məclis qarşıda duran işləri müzakirə edib və partiya sıralarına yeni üzvlər qəbul edilib.

  • VHP Sumqayıt şəhər təşkilatı toplantı keçirib- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sumqayıt şəhər təşkilatı növbəti məclis iclası keçirilib.
    Məclis iclasında ictimai-siyasi məsələlər və təşkilati işlər müzakirə edilib.
    Təşkilatın sədri Elmar Sadıqlı yığıncağı açıq elan edərək ölkədəki ictimai-siyasi durum, Qarabağ ətrafındakı son proseslər, təşkilatın və partiyanın fəaliyyəti barədə geniş çıxış edib. O çıxışında bildirib ki, bu gün Azərbaycanda geopolitik müstəvidə çox ciddi proseslər gedir və VHP bu proseslərə münasibətdə düzgün ideoloji siyasi kurs götürüb. Elmar bəy həmçinin sosial narazılıqlara da toxunaraq bu narazılıqların hüquqi müstəvidə həllinin vacibliyini bildirib. Çıxışında E.Sadıqlı bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Sumqayıt şəhər təşkilatı da partiyanın ilk təsis olunan təşkilatlarından biridir. Bu il bizim təşkilatın da təsis olunmasından 30 il ötür.
    Məclis ölkədəki ictimai-siyasi proseslərin müzakirəsi ilə davam edib. Məclis üzvləri təşkilatın fəaliyyəti, qarşıda duran işlər və ictimai-siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
    Sonda təşkilati məsələlər müzakirə edilib və partiya sıralarına yeni üzvlər qəbul edilib.
  • VHP təşkilatları məclis toplantısı keçiriblər- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Quba rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Təşkilat sədri Sənan İmanquliyevin hesabatı dinlənilib. Daha sonra RT sədri ictimai-siyasi məsələlər və qarşıda duran işlər barədə danışıb. O, bildirib ki, VHP üçün bu il ələmətdar ildir, partiyanın yaranmasının 30 ili tamam olur. Bu müddət ərzində VHP siyasi ideologoyası və ideoloji prinsiplərinə daima sadiq qalıb . Vətəndaş Həmrəyliyi ideologiyasına uyğun işlər qurulub. Az saylı xalqlar və əhali arasında təbliğat aparılıb. VHP bu gün yeganə partiyalardandır ki, az saylı xalqlar xeyli sayda təmsil olunub. Bir amalımız var ki, Azərbaycan bizim gözümüzdür və birgə ölkəmizin birliyinə, həmrəyliyinə sadiq qalmalıyıq, neçə ki, qalırıq. Biz bir ağacın qollarıyıq, elimizə, obamıza və ölkəmizə sadiq qalmalıyıq.
    Sonda təşkilat daxili məsələlərə baxılıb, yeni müavin təsdiq edilib və partiyaya üzvlər qəbul edilib.
    ***
    Vətəndaş Həmrəyliyi Partiyası Ağsu rayon təşkilatının Məclis toplantısı keçirilib. Yığıncaqda ictimai-siyasi məsələlər və qarşıda duran işlər müzakirə edilib.
    Yığıncağı təşkilat sədri Tahir Əzimov açaraq ictimai-siyasi məsələlər, rayon təşkilatının fəaliyyəti, Ağsu rayonundakı mövcud vəziyyət barədə geniş danışıb.Natiq çıxışında son vaxtlar ərzaq, xüsusən gündəlik təlabat mallarının durmadan qiymətinin artmasının insanları, xüsusən az təminatlı ailələri narahat etdiyini, bu da işsiz təbəqənin dolanışığına mənfi təsirsiz ötüşmədiyini bildirib. O, Hökumətin, xüsusən müvafiq qurumların ciddi tədbir görməsinin vacib olduğunu deyib.
    Təşkilatın, partiyanın fəaliyyəti, qarşıdan gələn 30 illik yubiley, ictimai-siyasi məsələlərin müzakirəsi ilə davam edib məclis toplantısında həmçinin təşkilatın mərhum sədr müavini Mirzə müəllimdən söz açılıb, onun rayon ziyalısı kimi, təşkilatda fəaliyyətindən danışılıb və qeyd olunub ki, Mirzə müəllimin əziz xatirəsi hər zaman Ağsuluların arasında xoş izlərlə qalacaq.
    Məclisin sonunda VHP-yə yeni üzvlər qəbul edilib və iclas bununla da yekunlaşıb.

    ***
    Vətəndaş Həmrəyliyi Partiyası Lənkəran təşkilatı Məclisinin növbəti iclası keçirilib. Toplantıda təşkilati işlər və ictimai-siyasi məsələlər müzakirə edilib. Rayon təşkilatının sədri Rahib Ismayilov ölkədəki ictimai-siyasi məsələlər, rayon təşkilatının fəaliyyəti, Lənkərandakı durum barədə danışıb. Çıxışında xüsusən işsizlik problemindən söz açan təşkilat sədri rayon əhalisinin böyük əksəriyyətinin işsiz olduğunu, son vaxtlar bütün məhsulların qiymət artımından söz açıb. Bu durumun əhalinin yaşayışına mənfi təsir etdiyini bildirib. Əlavə edib ki, hökumət məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Lənkəran bölgəsində işsizlik, xüsusən gənclərin işsiz olması bölgə əhalisinin yaşayışına ciddi şəkildə mənfi təsir göstərir.
    Təşkilati məsələlərin müzakirəsi ilə iclas davam edib və VHP sıralarına yeni üzvlər qəbul edilib.