“Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır”Category: Slayder
-
Samir Əsədli: Türk Dövlətləri Təşkilatı Kremlin yuxularını qarışdırıb
“Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır”Rusiya Xarici işlər naziri Sergey Lavrov yeni yaradılan Türk Dövlətləri Təşkilatından danışıb. Lavrov bildirib ki, Moskva Türk Dövlətləri Təşkilatına normal yanaşır və soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yanlış görmür. Lakin Rusiya XİN başçısı Kreml hansı məqamda narahatlıq duyacağına da toxunub.Lavrov əlavə edib ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə yoxdur: “Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə Stokholmda görüşəcəm. Bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Burada yanlış bir şey görmürəm”.Ekspertlərin fikrincə, kifayət qədər açıq ifadə olunmasa da, Rusiyanın bu yöndə narahatlığı çoxdur. Kremldən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunmaq istəyi ilə bağlı verilən mesaj da təsadüfi deyildi. Türk siyasi gücünün yaranması, türkdilli dövlətlərin inteqrasiyası Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxaracaq. Moskva görür ki, Türkiyə yaxın illərədək girə bilmədiyi Qafqazda bu gün çox ciddi geosiyasi gücə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi ilə türk dünyasına körpü açılacaq ki, bu, türk dövlətlərini daha da gücləndirəcək. Türkiyə təkcə Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada ciddi strateji niyyətlərinin olduğunu ortaya qoyur.Rusiya xarici işlər nazirinin üstüörtülü xəbərdarlığına diqqət çəkən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında deyib ki, dünyada yeni düzənin formalaşması, iqtisadi layihələrin effektiv şəkildə icrası və birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır. Partiya təmsilçisinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatları məhz belə bir zərurətdən yaranıb:“Qurumun adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılması da simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Türk Dövlətləri Təşkilatı heç şübhəsiz, Rusiyanın regional iqtisadi-siyasi mövqelərini zəiflədən amil sayılır.Kreml bunun fərqindədir. Eyni zamanda Qərb də bundan yararlanmaq niyyətindədir. Lakin Təşkilat poliqon olmamaq üçün çalışır və müdafiə tədbirlərini gücləndirir. İndiki halda daha məqbul yol Rusiyanın Türk dünyası ilə ümumi işbirliyini genişləndirmək və Moskvanı bu ittifaqdan kənar tutmaqdır.Rusiya iki seçim arasındadır. Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır. Rusiyanın türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür”.S.Əsədli xatırladıb ki, türkdilli olmayan ölkələrin də TDT-yə müşahidəçi üzvlüyünə yol açılıb:“Macarıstan artıq presedentdir. Müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil. Yəni Türk Dövlətləri Təşkilatı Avrasiyada yeni güc mərkəzi kimi dirçəlir. Ona görə də ən ağıllı yol bu blokla dost olmaqdır, düşmən yox”. -
Samir Əsədli: “Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb”
Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb“Bu işdə “təcrübəli” sayılan rus general dərhal prosesə cəlb olunur və vaxt itirmədən Bakıya göndərilir”Rusiyanın müdafiə naziri Sergey Şoyqu təcili olaraq sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rustam Muradovu məzuniyyətdən geri çağırıb. Muradovun təcili şəkildə çağırılması generalın hərbi əsirlərlə bağlı İrəvan-Bakı arasında vasitəçi rolunu icra edəcəyi ilə əlaqəlidir. Məlumdur ki, Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni terrorçuları var.Ehtimala görə, Rusiya bu dəfə də əsirlərin Ermənistana verilməsini xahiş edəcək. Məlumat üçün bildirək ki, dünən Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu qəbul edib. Ötən gün Rustam Muradovun Bakıdan İrəvana yola düşməsi, generalın Bakıdan sadəcə bir erməni cəsədi ilə geri dönməsi ilə bağlı xəbərlər yayılmışdı. Xatırladırıq ki, baş vermiş döyüşlər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə 13 erməni hərbçisi əsir götürülüb. Bundan başqa qeyd edilib ki, 24 hərbçinin taleyindən hələ də xəbər yoxdur.Muradovun yenidən səhnəyə çıxması ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycan və Ermənistan arasında yaranmış istənilən konfliktdə, gərgin situasiyada Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb. Partiya rəsmisi bəyan edib ki, bu vaxta qədər Azərbaycanda olan erməni əsirlərin Ermənistana verilməsində Kreml vasitəçilik edib və Rustam Muradovun əli ilə həyata keçirilib:“Bu işdə “təcrübəli” sayılan rus general dərhal prosesə cəlb olunur və vaxt itirmədən Bakıya göndərilir. Muradov Azərbaycandakı erməni əsirlərin Ermənistana qatarılması prosesinin hamısında rol oynayıb. Amma bu halların hamısında Azərbaycanın güzəşti birtərəfli olub. Hələ də minalanmış ərazilərin tam və dəqiq xəritəsi ortada yoxdur. Birinci Qarabağ savaşında əsir götürülmüş, itkin düşmüş soydaşlarımızın taleyi haqda məlumat verilmir.Ancaq əsirlərin qaytarılması və digər bu kimi hallarda Azərbaycan tərəfinin humanizminin şahidi olmuşuq. Haqsız və təcavüzkar Ermənistan isə bütün hallarda Rusiyanın əli ilə mükafatlandırılıb. İndiki halda da fərqli nəticə gözləmək olmaz.Buna görə də istər Muradov, istərsə də başqa soyadlı rus hərbçisinin hər hansı vasitəçiliyindən imtina olunmalıdır.Şəhid olan və yaralanan Azərbaycan hərbçiləri var. Bu cinayətin iştirakçıları, qatillər isə məhz həmin erməni hərbçiləridir. Onlar ən sərt şəkildə cəzalarını almalıdır. Əsgərimizi şəhid edən erməni quldurlarının Ermənistana verilməsini Azərbaycan ictimaiyyəti heç cür qəbul edə bilməz”. -
VHP-dən sərt mövqe: Rus “sülhməramlıları” bölgəni tərk etsin
Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik. Biz Azərbaycan ordusunun apardığı əməliyyatları alqışlayır və ordumuzla birgə olduğumuzu bildiririk.Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitlilin, sülhün pozulmasına yönələn addımların qarşısının almasını tələb edir. Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, “sülhməramlı” adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur. Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur. Rusiya son illərdə himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir.
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasını çağırır. Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir.
-
Şəhid Surxay Cəfərov anılıb
Bu gün İkinci Qarabağ Savaşı şəhidi Surxay Cəfərovun anım günü keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Göygöl rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.Şəhid Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 2004-cü ildən 2005-ci ilədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə son mənzilə yola salınıb. Ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
VHP Göygöl rayon təşkilatının sədri, İkinci Qarabağ Savaşı veteranı Samil Bağırlı 44 günlük Vətən Savaşından danışıb. O bildirib ki, Azərbaycan xalqı zamanı gələndə gücünü və birliyini ortaya qoymağı bacarıb: “33 il öncə 17 noyabrda istiqlalı üçün Meydanda yumruğa dönən xalqımız Vətən Savaşında da eyni gücü və iradəni göstərdi. Bizə ruh və döyüş əzmi verən xalqımızın birliyi idi. Torpaqlarımız şəhidlərimizin qanı və canı hesabına azad olundu. Döyüşə böyük ruh yüksəkliyi ilə qatılan, qəhrəmancasına döyüşənlərdən biri Surxay Cəfərov idi. Surxay vətənpərvər gənclərimizdən biri idi, vətənini və millətini çox sevirdi. Bu sevgi onu döyüşə apardı. Surxay kimi qəhramanlar heç vaxt unudulmayacaq. Biz qələbəmizi də, istiqlalımızı da şəhidlərə və qazilərə borcluyuq”.



-
VHP dən cəmiyyətə çağırış: Milli iradə zamanıdır
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulması onu göstərir ki, Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yaradır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar. Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. Üç tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi həm də ona işarə idi ki, sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər.
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bütün addımları qətiyyətlə pisləyir və o inamdadır ki, dövlətimiz bütün bunlara layiqli cavab vermək gücündədir. İndiki halda Azərbaycan cəmiyyətinin yenidən yumruğa dönüb iradəsini ortaya qoymaq zamanıdır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.
-
VHP-nin rayon təşkilatları toplantı keçirib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabirabad, Qazax və Biləsuvar rayon təşkilatlarının Məclis toplantıları keçirilib.
Toplantıda təşkilati məsələlər, ictimai-siyasi proseslər, partiyanın fəaliyyəti müzakirə edilib. Sabirabad rayon təşkilatının sədri Elman Əliyev, Qazax rayon təşkilatının sədri Qoca Qocayev və Biləsuvar rayon təşkilatı sədri Məharət Ağayev ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatın qarşısında duran məsələlər barədə məruzə ediblər.
Təşkilati məsələlərin müzakirəsindən sonra 17 noyabr Milli Dirçəliş günü və milli dirçəliş gününün ölkımiz, millətimiz üçün əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Sovet imperiyasının anti-Azərbaycan siyasəti nəticəsində 1988-ci ildə böyük bir xalq hərəkatı başladı. Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağıldı və nəticədə Azərbaycan ikinci dəfə öz istiqlalını əldə etdi. Müstəqillik illərində dünya güclərinin himayədarlığı ilə ermənilər Azərbaycan torpaqlarının 20%-i itirdik. 2020-ci ildə başlanan Vətən Müharibəsində torpaqlarımınız böyük hissəsi işğaldan azad edildi. Bu gün Qarabağda yaranmış yeni gərginlik Azərbaycan cəmiyyətində narahatlıq yaradır. Bütün bu təxribatlara son qoyulmalıdır.

VHP Sabirabad rayon təşkilatı 
VHP Biləsuvar rayon təşkilatı 
VHP Qazax rayon təşkilatı -
VHP rayon təşkilatları ölkə ictimaiyyətini fəallığa çağırır
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Lerik , Yevlax, Yardımlı və Qobustan Rayon Təşkilatlarının Məclis toplantıları keçirilib.
Toplantılarda VHP Lerik rayon təşkilatının sədri Həşim Nəsirli, Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli, Qobustan rayon təşkilatının sədri Eminağa Niftəliyev və Yardımlı rayon təşkilatının sədri Azad Yaşaroğlu ölkədəki ictimai-siyasi durum haqda geniş məlumat verib. Onların çıxışları ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı VHP üzvləri Qarabağda son zamanlar yaranmış gərginlikdən narahatlıq ifadə edərək, Azərbaycan hökumətinin sülhməramlı missiyasını üzərinə götürən Rusiyadan müəyyən tələblər irəli sürməsinin vacibliyini, bütün Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarının bərpasının mütləqliyini ifadə ediblər.
Çıxışlarda eyni zamanda bildirilib ki, ölkə ictimaiyyəti, siyasi partiyalar, qeyri-hökumət təşkilatları da bu məsələdə fəal olmalı Azərbaycan maraqlarına qarşı olan xarici qüvvələrə sərt təpki göstərilməlidir.
Keçirilən Məclis iclaslarında təşkilatı məsələlər də müzakirə edilmiş, VHP qarşısında duran məqsədlərdən irəli gələn işlərin sürətlənməsi vurğulanmışdır.

VHP Lerik Rayon Təşkilatı 
VHP Yevlax Rayon Təşkilatı 
VHP Qobustan Rayon Təşkilatı 
VHP Yardımlı Rayon Təşkilatı -
VHP rayon təşkilatları Qarabağdakı gərginliyi müzakirə edib
Vətəndaş Həmrəyliyi Partiyasının Sumqayıt şəhər, Ağstafa rayon, Qaradağ rayon və Goranboy rayon təşkilatlarının Məclis toplantıları keçirilib. Toplantılarda təşkilati məsələlər, ölkədə baş verən ictimai siyasi olaylar, qarşıdan gələn 17 noyabr Milli Dirçəliş günü və son vaxtlar Qarabağ və cəbhə xətdində baş verənlər müzakirə edilib.
VHP Ağstafa Rayon Təşkilatının sədri Dürdanə Həsənova, Qaradağ Rayon Təşkilatının sədri Bakir Əsədli, Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadıqlı və Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli çıxışlarında ölkədə və dünyada baş verən olaylardan danışıblar. Son günlər cəbhə boyu ərazilərdə və Qarabağda erməni separatçılarının təxribatları kəskin
şəkildə pislənilib . Bu təxribatların məqsədli şəkildə edildiyi, bölgədə sülhün və davamlı əminamanlığın yaradılmasını istəməyənlərin etdikləri vurğulanıb. Həmçinin rus “sülhməramlılarının” bu təxribatlara bilərəkdən cavab vermədiyi, məqsədlərinin burda daima kök salmaq olduğu bildirilib. Qeyd olunub ki, bu bölgədə heç bir dövlətin sülh yaratma missiyası olmamalıdır. Yalnız BMT-in mandat verdiyi qüvvələr bölgəyə gəlməlidirlər. Əgər Rusiya burda qalırsa bölgəyə Türkiyə ordusu da gəlməlidir.
Toplantılarda son vaxtlar Qarabağın dağlıq bölgəsində baş verənlər həm Ermənistan, həm də Rusiya tərəfindən 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması demək olduğu bildirilib. Ermənistan separatçı rejimlə əlaqələrini saxlamaqla, Rusiya isə Laçın koridorundan qanunsuz gediş-gəlişə imkan yaratmaqla sazişin şərtlərini pozur. Azərbaycan ordusunun döyüşlə azad etdiyi və sonradan boşaldılan bölgələrdən başqa, Xankəndi, Əsgəran, Xocalı və digər ərazilər də Azərbaycan Respublikasının qanuni ərazisidir. Burada dövlətimizin suveren hüquqları bərpa olunmalıdır. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz hərəkətləri ilə bu prinsipləri ayaqlar altına alır. Bölgədə rus hərbi birləşmələrinin yerləşməsinə ilk gündən etirazlar edilir. Çünki rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb.Ümumiyyətlə, Rusiyanın imperiya maraqları hamımıza bəllidir. Moskvanın Abxaziya və Krımda heç bir beynəlxalq normalara sığmayan hərəkətləri uzaq tarixdə baş verməyib. Kreml rus əsgərinin ayağı dəyən yeri “özününküləşdirmək” siyasətindən əl çəkmir. VHP üzvlərinin belə bir fikri qəti ifadə olunub ki, Rus “sülhməramlılarının” Şuşa ətrafında Azərbaycan hərbçilərinə qarşı planlaşdırılmış silahlı terror aktı həyata keçirmiş şəxsi terroristlərə təhvil verməsi onları bu cinayətdə iştirakçı etdi. Terror dəhlizinə” çevrilmiş “Laçın dəhlizi” dərhal Azərbaycan tərəfindən nəzarətə götürülməlidir! -
VHP bölgələrdə 17 noyabr Milli Dirçəliş gününü qeyd edib
17 noyabr Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Tovuz, Qusar, Ağsu və Kürdəmir Rayon Təşkilatları yığıncaq keçiriblər.
Təşkilatların Məclis toplantılarında 17 noyabr Milli Dirçəliş Gününün əhəmiyyəti və yaxın tariximiz üçün fəlsəfəsi haqda danışılıb.
VHP Qusar rayon təşkilatının iclasında 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlayan xalq etirazının səbəbləri və o zamankı şəraitlə bağlı müzakirələr açılıb.
Çıxış edən təşkilat sədrinin müavini Əlisafa Məmmədov bildirib ki, Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən parlaq hadisələrindəndir. Qeyd olunub ki, bu hərəkat elə bir hadisədir ki, bütün bayramlardan yüksəkdə durmalıdır. Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı. O zaman Qarabağın Ermənistana birləşdirilməsi yönündə separatçı hərəkat başlamışdı və Mixail Qorbaçov Qarabağı rüşvətlə ermənilərə vermişdi. Əgər bu hərəkat olmasaydı, Qarabağ sakit şəkildə ermənilərə veriləcəkdi. Məhz xalqımızın birliyi və həmrəyliyi ilə Qarabağ torpaqlarının böyük hissəsi bu gün azad edilib.
Yığıncaqda Qusar Rayon Təşkilatı təşkilatın mərhum sədri, xalq hərəkatının öncüllərindən və Qusarda liderlərindən olan Həsənbala Məmmədovun xatirəsini anılıb. Həsənbala Məmmədovun xatirəsinin hər zaman əziz olacağı və yaddaşlarda yaşayacağını bildirilib. Hərəkat vaxtı, ondan sonrakı illərdə də Həsənbala Məmmədovun insanların hüquqları, təhsil alması və bölgədə marifçilik ideyalarının yayılmasında xidmətləri vurğulanıb. Qeyd olunub ki, həm siyasətçi, həm də müəllim kimi Qusar üçün, bölgə və Azərbaycanın azadlığı üçün Həsənbala Məmmədov mücadilə aparırdı. İstəyi o idi ki, xalqı firavan yaşasın, gənclər, xüsusən qız uşaqları təhsil alsın.
Sonda Qusar Rayon Təşkilatının Məclisi növbəti konfransa kimi təşkilatın sədr əvəzi vəzifəsini Əlisafa Məmmədova həvalə edib.
Tovuz Rayon Təşkilatının iclasında təşkilat sədri Nəsimi Tovuzlu bildirib ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. 1989-cu ildı yenə də ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları, tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda qırmızı ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür”.
VHP Kürdəmir Rayon Təşkilatının yığıncağında isə təşkilatın sədri Əliqulu Cəfərli çıxışında Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Bu onu göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.
VHP Ağsu Rayon Təşkilatının sədri Tahir Əzimov bildirdi ki, Xalq Hərəkatı möhtəşəm bir tarix idi. Xalqımızın azadlıq, müstəqillik və ədalət hisslərinə uyğun hərəkat idi. Meydan hərəkatı daha çox Qarabağ məsələsinə görə başlamışdı və sonradan böyük xalq kütləsinin cəmləşməsi ilə azadlıq hərəkatına çevirldi. Meydan Hərəkatının əsas liderlərindən biri Sabir Rüstəmxanlıdır və biz bu gün də onun liderliyi ilə Vətəndaş Həmrəyliyi Partiyasında fəaliyyət göstəririk.
Meydan tarixdə bir zirvə idi. O zirvəni Millətimiz əldə etdi. Meydan hərəkatı millətin birliyini göstərdi. Tariximizdə ən şərəfli tarixlərdən biri idi. Bu günkü qələbəmiz də Xalq Hərəkatında olan birliyimizin bir nümunəsi idi.Sonda təşkilatların Məclis toplantılarında bir sıra təşkilati məsələlərə baxılıb. VHP-yə Tovuz, Qusar, Ağsu və Kürdəmirdən üzv olmaq üçün müraciət edən şəxslər üzvlüyə qəbul edilib.
-
Samir Əsədli: “Paşinyan sülhə getmək yolundan çəkilməyəcək”
Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsində nəzərdə tutulan məsələlər həyata keçirildikcə Ermənistandakı revanşist qüvvələr hökumətə daha güclü təzyiq göstərməyə çalışırlar. Erməni mediası həmin qüvvələrin çağırışı ilə dünən Respublika meydanında keçirilən etiraz aksiyası zamanı gərginlik yaşandığını bildirib.
“Nikol satqındır” şüarını səsləndirən bir qrup iştirakçı hərəkəti dayandırmağa cəhd göstərsə də, polis onları yolun hərəkət hissəsindən sıxışdırıb çıxarmaqla yanaşı, hökumət binasına çox yaxınlaşmağa da imkan verməyib. Nəticədə basabas və əlbəyaxa çəkişmə yaranıb. Dünən Ermənistan parlamentindəki “Ayastan” müxalif fraksiyasının deputatı Qeqam Manukyan öz “Facebook” səhifəsində “Qarşıdurma üçün səhər saat 11:00-da Respublika meydanına gəlin. Kim gələcək? Gözləyirik. Bu gün hakimiyyət Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olduğunu rəsmi şəkildə bəyan etdi. Hələ üstəlik də hökumətin üzvü bu gün Sünikə getdi və dolama yolun tikintisinin başa çatdığını açıqladı, düşmən isə dərhal trassı bağladı. Dözəcəyik? Bunun cavabını kim verəcək? Hökumət? Səhər hökumətin növbəti iclası olacaq və bizim sual vermək hüququmuz var. Biz hökumətdən cavab tələb edəcəyik” çağırışını edib. Manukyan bu müraciəti Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gecəyarısı Azərbaycanın Qafan-Gorus yolunda nəzarət-buraxılış məntəqəsi quracağı barədə verdiyi bəyanatdan sonra paylaşıb. Bir müddət əvvəl keçirilən mitinqdə isə Manukyanın üzvü olduğu “Ayastan” blokunun rəhbəri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ya seçkilər, ya da ki, barikadalar yolu ilə hakimiyyəti devirməsinin bir neçə həftənin işi olduğunu deyib.
Mövzu ilə bağlı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Azərbaycanla normal, ağla, siyasi reallığa söykənən münasibətlər gündəmə gələndə hər zaman Ermənistan siyasi düşərgəsində gərginlik yaranır:
“Diqqət edin, bir neçə gün öncə Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sensasiyalı məlumat yayıldı. Həmin məlumat Ermənistanın əksər KİV-i tərəfindən tirajlandı. Sonra isə Kremlə yaxın “RİA Novosti”nin də təsdiqlədiyi həmin məlumatda deyilirdi ki, noyabrın 9-da, ya da 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək və Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar. Rusiyanın vasitəçiliyi ilə imzalanacağı gözlənilən yeni sənədlərin təfərrüatı haqda hələ dəqiq bilgilər olmasa da, erməni müxalifəti mitinqlərə qərar verdi. Bəlkə də düşünmək olar ki, qeyri-adi heç nə baş vermir. Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi müxalif “Hayastan” bloku mitinq qərarını belə izah edir ki, hakimiyyət erməni xalqının və dövlətçiliyin maraqlarına xidmət etmir. Müxalifət bloku hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edir. Ancaq hesab edirəm ki, Paşinyan sülhə getmək yolundan çəkilməyəcək”.