Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Laçın, Ağdam, Zəngilan və Qubadlı rayon təşkilatlarının Məclis üzvlərinin iştirakı ilə toplantl keçirilib.
Toplantıya sədrlik edən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli 17 Milli Dirçəliş günü ilə bağlı hər kəsi təbrik edib, daha sonra ölkədə baş verən siyasi proseslər, partiyanın fəaliyyəti və qarşıda duran işlər barədə məlumat verib.
Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Ağdam rayuon təşkilatının sədri Həsən Xəlilov, Qubadlı rayuon təşkilatının sədri Xasay Vəliyev və Zəngilan rayuon təşkilatının sədri Kamil Əliyev başçılıq etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər.
Category: RT
-
VHP-də toplantı (17.11.2019)- FOTO
-
Sabir Rüstəmxanlı Naxçıvan VHP-çiləri ilə görüşüb
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiya sədri Sabir Rüstəmxanlı partiyanın Ordubad, Şərur və Şahbuz rayon təşkilatlarının sədrləri və Naxçıvan MR təşkilatı Gənclər Şöbəsinin sədri ilə görüşüb.
Görüşdə ictimai siyasi proseslər, VHP rayon təşkilatlarının fəaliyyəti müzakirə edilib. Bildirilib ki, Naxçıvanda yerli təşkilatların konfransları keçirilib və may ayında VHP Naxçıvan Muxtar Respublika təşkilatının konfransı keçiriləcək.
Həmçinin Ordubad RT sədri Saleh Adıgözəlov, Şahbuz RT sədri Sirac Ələşov, Şərur RT sədri Qafar Qulusoy öz təşkilatlarının fəaliyyətindən, VHP-nin Naxçıvan MR Gənclər Şöbəsinin sədri Nüsrət Abdullayev isə gənclərin fəaliyyəti barədə məlumat verib. -
VHP Zaqatalada konfrans keçirib- FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Zaqatala rayon təşkilatının növbəti konfransı keçirilib.
Qurultaya hazırlıq çərçivəsində baş tutan konfrans sədarət, mandat və say komissiyaları seçildikdən sonra öz işinə başlayıb.
Təşkilat sədri Ziyadxan İbrahimov konfranslararası dövrdə VHP Zaqatala rayon təşkilatının fəaliyyəti, seçkilərdə iştirakı, üzvləri, aktivliyi və ictimai nüfuzu ilə bağlı hesabatla çıxış edib.
Daha sonra NTK sədri Ramazan Əliyevin məruzəsi dinlənilib.
Konfransın işində iştirak edən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyəti, qurultay hazırlıqları barədə danışıb və ölkədə, o cümlədən regiondakı ictimai-siyasi vəziyyət fonunda siyasi aktivliyin aşağı olması səbəblərini izah edib. S.Əsədli çıxışından sonra yerli fəalların suallarını cavablandırıb.
Sonda təşkilati məsələlərə baxılıb.
Ziyadxan İbrahimov VHP zaqatala rayon təşkilatına növbəti dəfə sədr seçilib.
VHP Zaqatala rayon təşkilatının Məclisi, Nəzarət Təftiş Komissiyasının üzvləri, həmçinin partiya qurultayına nümayəndələr də konfrans iştirakçılarının səsverməsi ilə müəyyənləşib. -
VHP Nərimanov RT Konfrans keçirib- FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Nərimanov rayon təşkilatı növbəti, VII konfransını keçirib. Konfransda təşkilatın 27 özək təşkilatından seçilmiş 68 nümayəndədən 57 nəfəri konfransın işinə qatılıb.
Partiya rəhbərliyindən VHP sədri Sabir Rüstəmxanlı, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbərli konfransa qatılıblar. Dövlət himninin oxunması və sədarətin seçilməsi ilə konfrans öz işinə başlayıb. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Səidə Dadaşlı, Mandat komissiyasının sədri Dəniz Həsənovanın məlumatları dinlənilib.
Təşkilat sədri Şəmsəddin Mirzəxanlı geniş hesabat məruzəsi ilə çıxış edib, təşkilatın ötən müddət ərzində fəaliyyəti, qarşıda duran vəzifələr və seçkili qurumların fəaliyyəti barədə məlumat verib. Nəzarət Təftiş Kimissiyasının sədri Mehbarə Novruzovanın da hesabatı dinlənilib.
Konfrans nümayəndələrindən Arif Aslanov, Aidə Bağırova, Fətulla Mustafazadə, Səlahəddin Əsgər, Elçin Dadaşov, Yaşar Zeynalov və Şahlar İsmayılov çıxış ediblər.
Partiya sədri Sabir Rüstəmxanlı çıxışında partiyanın fəaliyyəti, ölkədə və regionda baş verən siyasi proseslərdən danışıb. O, həmçinin rayon təşkilatının nümunəvi fəaliyyətini də alqışlayıb. Rayon təşkilatının fəal üzvlərinə təşkilat rəhbərliyinin fəxri fərmanları verilib.
Təşkilati məsələlərə baxılıb. Şəmsəddin Mirzəxanlı yenidən sədr, Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr seçilib. Sonda cari və təşkilatın qarşısında duran məsələlərin müzakirəsindən sonra konfrans öz işini yekunlaşdırıb.
-
VHP Xətai təşkilatının konfrans keçirilib- FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xətai rayon təşkilatının növbəti konfransı keçirilib. Təşkilatın seçkili qurumlarının hesabatları dinlənilib. Konfrans iştirakçıları təşkilatın və partiyanın fəaliyyəti barədə təkliflərini veriblər.
Təşkilatın seçkili qurumlarına seçki keçirilib. Faiq Balabəyli yenidən sədr, Şahzadə Ağayev NTK sədri, yeni Məclis, Nəzarət Təftiş Qrupu və partiya qurultayına nümayəndələr seçilib.
Konfransda VHP Siyasi Şurasının üzvləri Samir Əsədli, Arif İsmayılbəyli və MNTK sədri Felmar Ələkbərli iştirak ediblər. -
VHP Binəqədi rayon təşkilatı konfrans keçirib-FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Binəqədi rayon təşkilatının növbəti VI konfransı keçirilib. İlk öncə ADNA-da baş verən terror zamanı dünyasını dəyişənlərin xatirəsi yad edildi. Dövlət himni və VHP-nin marşı səsləndirilib.
Namiq Rəhimli rayon təşkilatının və Pünhan İmamlı isə MNT-nın hesabatlarını veriblər. Hesabatlar ətrafında müzakirələr aparılıb.
VHP-nin qurultayına nümayəndələr seçilib. Sonda Namiq Rəhimiv təşkilatın sədri, 17 nəfərlik Məclis və 3 nəfərlik NTK üzvləri seçiliblər.
Konfransın işində VHP MNTK sədri Felmar Ələkbərli, Siyasi Şura üzvləri Samir Əsədli və Arif İsmayılbəyli iştirak ediblər. -
VHP Quba rayon təşkilatına yeni sədr seçilib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Quba rayon təşkilatının növbəti konfransı keçirilib. Konfransda özək təşkilatlarından seçilmiş nümayəndələr, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin üzvü Həsənbala Məmmədov iştirak ediblər.
Təşkilat sədrinin müavini Teymur Burcəliyev geniş hesabat məruzəsi ilə çıxış edib, rayon təşkilatının və onun seçkili qurumlarının fəaliyyəti barədə məlumat verib.
Nurməmməd Dəmirov isə təşkilatın Nəzarət Təftiş Komissiyasının hesabatını çatdırıb və bildirib ki, təşkilatın seçkili qurumları partiya nizamnaməsinə uyğun fəaliyyət göstərib.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qarşısında duran işlər barədə məlumat verib.
VHP Ali Məclisinin üzvü Həsənbala Məmmədov partiyanın bölgə təşkilatılarının fəaliyyəti və konfrans hazırlıqlarından danışıb və konfransı yüksək qiymətləndirib.
Konfransda təşkilatın fəaliyyəti ilə bağlı fəaliyyət planı, görüləcək işlər və qarşıda duran məsələlər ətrafında müzakirə aparılıb.
Sonda Sənan İmanquliyev VHP Quba rayon təşkilatına yeni sədr seçilib. Həmçini təşkilatın yeni Məclis, NTK üzvləri müəyyənləşib və partiya qurultayına 5 nəfər nümayəndə seçilib.
-
VHP Şəki rayon təşkilatı konfrans keçirib-FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şəki rayon təşkilatı özünün VI konfransı keçirdi.
Konfrans dövlət himninin, VHP marşının oxunması və şəhidlərin xatirəsinin sayğı duruşu ilə anılması ilə işinə başladı.
Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Adil Yusubovun məlumatı dinlənildi. Rayon təşkilatının sədri Fikrət Daşdəmirov təşkilatın və onun seçkili orqanlarının fəaliyyəti, görülən işlər və rayondakı siyasi durum barədə geniş məlumat verdi.
NTK sədri Sadiq Babayev də hesabatını təqdim etdi və təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdi.
Konfrans iştirakçılarından Ağsaqqallar Şurasının sədri Hamil Süleymanov, gənclər şöbəsinin sədri Habil Məmmədov, Sadiq Şıxıyev, Elman Məmmədov və digərləri çıxış etdilər, təşkilatın fəaliyyəti barədə təkliflərini verdilər.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən proseslər, partiyanın fəaliyyəti, qarşıda duran işlər və qurultay hazırlıqları barədə məlumat verdi.
Sonda təşkilati məsələlərə baxıldı. Təşkilat sədrliyinə Fikrət Daşdəmirovun və Sadiq Şıxıyevin namizədlikləri irəli sürüldü, Fkirət Daşdəmirov böyük səs çoxluğu ilə təşkilatın sədri seçildi. Konfransda VHP Şəki Rayon Təşkilatının yeni Məclis, Nəzarət Təftiş Komissiyasının üzvləri və partiya qurultayına nümayəndələr seçildilər.
Konfrans bununla da öz işini bitirdi. -
VHP Şuşa təşkilatı konfransını keçirib-FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şuşa rayon təşkilatının sayca IV konfransı keçirilib.
Konfrans dövlət himninin oxunması ilə işə başlayıb, şəhidlərin xatirəsi yad edilib. Təşkilat sədri Ofelya Rəşidqızı çıxışında bildirib ki, bu gün Şuşanın işğalından 24 il ötür. Biz 24 ildir ki, vətəndə didərgin həyatı yaşayırıq və rayonumuz isə düşmən tapdağı altındadır, şəhidlərimizin ruhları inildəyir, biz də vətən həsrəti ilə alışıb yanırıq. Ağəbəyin xanım Qarabağ həsrəti ilə qürbətdə əzablar çəkdiyi kimi, biz də 24 ildir ki, Şuşa həsrəti ilə qovruluruq. Özümüz kimi təşkilatımızın üzvləri də 15 müxtəlif rayonda yaşayırlar, bu da bizim normal fəaliyyətimizə mane olur. Buna baxmayaraq təşkilat partiyanın Nizamnaməsi və Məramnaməsinin tələblərinə uyğun işini qurub və fəaliyyət göstərir.
Öz rayonumuzdan aralıda didərgin formada fəaliyyət göstərsək də, üzvlərimiz fəaldır və işinin öhdəsindən də gəlməyə çalışır.Daha sonra NTK sədri Vüsalə Həsənova hesabat verdi. Bildirdi ki, təşkilatın seçkili orqanları vaxtaşırı öz yığıncaqlarını keçirib, Nizamnamə tələblərinə uyğun işini qurub.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qurultay hazırlıqlarından, Siyasi Şura üzvü Aygün Qurbanlı isə partiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə məlumat verib.
Konfrans iştirakçılarından Sona Qurbanova, Şahanə Həsənova, Süleyman Hüseynzadə və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı təkliflərini veriblər.Sonda təşkilati məsələlərin müzakirəsinə keçildi. Ofelya Rəşidqızı yenidən sədr, 15 nəfər Məclis üzvü, 3 NTK üzvü və partiya qurultayına isə 11 nəfər nümayəndə seçilib.
-
VHP Mingəçevir və Göygöldə konfrans keçirib-FOTO
02 may 2016-cı il tarixdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mingəçevir şəhər və Göygöl rayon təşkilatlarının növbəti konfransı keçirilib. Təşkilat sədrlərinin hesabatları dinlənilib, partiya üzvlərinin təklifləri və yeni görüləcək işləri müzakirə olunub. Mübariz Camıyev Mingəçevir şəhər, Samil Sakitoğlu Göygöl rayon təşkilatına sədr seçilib. Hər iki təşkilatın Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr seçilib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin üzvü Ülfət Zeynalov konfransın işinə qatılıblar.





























































































