

Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasından 30 il ötür. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Goranboy, Tərtər, Qaradağ, Ağsu, Lerik rayon təşkilatları dövlət müstəqilliyinin bərpasının 30-cü il dönümü ilə bağlı tədbir keçiriblər. Adıçəkilən rayonlarda şəhidlər xiyabanı, tariximiz və müstəqilliyimizlə bağlı abidələr ziyarət edilib. Tədbirlərdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı ötən yüzillik boyunca imperiyalarla savaşaraq öz istiqlalı uğrunda mübarizədən bir addım da geri durmayıb. Bu gün dünya siyasi sistemində Azərbaycan adlı dövlətin varlığı, üç rəngli bayrağın qürurla dalğalanması xalqımızın azadlıq savaşının nəticəsidir.
VHP rayon təşkilatlarının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı tədbirlərində istiqlalımız yolunda şəhid olanların ruhu sayğı ilə yad edilib.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ucar, Lerik, Ağdam, Zərdab rayon və Şirvan şəhər təşkilatlarının növbədənkənar konfransı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn qaydada keçirilən konfranslara VHP Mərkəzi icra Aparatının rəhbəri Samir Əsədli də qatılıb. Konfranslarda təşkillat sədrləri hesabatla çıxış edib.
07.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının Qobustan, Neftçala və Sabirabad rayon təşkilatlarının Onlayn Konfransları keçirilib. Konfransda seçkili qurumların hesabatları dinlənlilb və təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatların Məclis, NTK üzvləri və partiyanın VIII Qurultayına nümayəndələr seçiliblər. Fərman Hüseynov Neftçala, Elman Əliyev Sabirabad və Eminağa Niftəliyev isə Qobustan rayon təşkilatına sədr seçiliblər.
04.02.2021/ VHP dörd rayonda təşkilat sədrin dəyişdi
Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Saatlı, Biləsuvar, Daşkəsən və Xətai rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Saatlı rayon təşkilatına Surxay Cahangirov, Biləsuvar rayon təşkilatına Məharət Ağayev, Xətai rayon təşkilatına Kəmalə Səfərli və Daşkəsən rayon təşkilatına Zemfira Qafarlı sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.
01.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.
Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının konfrans səlahiyyətli yığıncağı keçirilib.
Təşkilatın sədr əvəzi Faiq Əliyev təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirdi ki, partiya Siyasi Şurasının qərarı ilə təşkilat buraxılıb: ” “Covid19” pandemiyası ilə bağlı yığıncaqlar keçirilmir. Buna görə də, qərara aldıq ki, özək təşkilat sədrlərinin iştirakı ilə konfrans səlahiyyətli yığıncaq keçirək. Pandemiya bitəndən sonra təşkilatın tam tərkibdə konfransı keçiriləcək”.
Iclasın gündəliyinə uyğun olaraq təşkilati məsələlərə baxıldı. Açıq səsvermə yolu ilə İlqar Salmanov təşkilata sədr seçildi. Taleh Əliyarov birinci, Vaqif Abdullayev, İlkin Vəliyev və Nurəddin Məmişov isə müavin seçildilər.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və MNTK sədri Felmar Ələkbərov ölkədə baş verən ictimai-siyasi vəziyyət, pandemiya və partiya fəaliyyətindən geniş danışdılar.
Sonda İlqar Salmanov görəcəyi işlər, nəzərdə tutulan fəaliyyət barədə danışdı.


Karantin şərtlərini qoruyaraq Vətəndaş Həmrəyliyi Partiyasının həm mərkəzi aparatı, həm də yerli təşkilatları fəaliyyətini davam etdirir. Dünən VHP Suraxanı rayon təşkilatının Məclisinin onlayn iclası keçirilib. Toplantıda təşkilat sədrinin fəaliyyəti müzakirə edilib. Müzakirələr nəticəsində təşkilat sədri Aydın Fərhadov rayon təşkilatının sədrliyindən azad edilib. Növbəti konfransa kimi Suraxanı rayon təşkilatının sədri vəzifəsinin icrası Rüstəm Fətullayevə həvalə edilib.
VHP Xətai rayon təşkilatının sədri, şair-publisist Faiq Balabəylinin Moderator.az saytıa müsahibəsini təqdim edirik.
“Cəzalanma müstəvisində görülən işlərlə yanaşı hüquqi sahədə də ciddi islahatlar aparılmalıdır”
Həmsöhbətimiz VHP Siyasi Şurasının üzvü, şair, publisist Faiq Balabəylidir.– “Bayıldan bayırda” nə var?
– Mən Bayıldan bayıra bacardıqlarımı çıxara bildim. Müşahidə etdiklərim, yaranan münasibətlər, edilən söhbətlər, aparılan istintaqların sonucu, haqsızlıq, dərənin xəlvət olan yerdə tülkülərin necə bəy olmaları və sair yaddaşıma köçdü, kitab halında oxuculara təqdim etdim. Müsahibələr götürdüm, reportajlar yazdım və içərinin kəşf qoxulu ab-havasını bayırdakılara göstərdim. “Burda darıxmaq olmaz”, “Bayıldan bayıra” və 100 dən çox hekayət Bayıldan bayıra daşıdıqlarım oldu. Və günlərin bir günü gözəl şairimiz Fərqanə Mehdiyeva mənə həsr etdiyi bir şeirində dedi ki, Çöl də elə içəri kimidir, qardaş- dedi və bu dəfə Bayılda bayırı gözlərimin qabağına gətirdim. Haqlı idi Fərqanə. Bir şeir yazdım, buranın(Bayılın) qanunları oranın (bayırın) qanunlarından daha qəddar və daha ədalətlidir.
– Dənizçisiniz. Amma bu çoxuna romantik, adrenalin dolu gözəl görsənir. Əslində necədir?
– Dəniz maraqlıdır. Dənizçi olmaq şərəfli bir peşənin sahibi olmaq deməkdir, necə ki, hərbiçi olmaq, müəllim, həkim və sair sənətin sahibi olmaq kimi. Dənizi kənardan görənlər əlbəttə, romantik ab-havada olacaq. Dənizi kənardan tanımaq çox çətindir. Gərək dəniz səni “dişinə vura”, sən dənizlə üz-üzə, göz-gözə gələsən, onun içində nələr var, büruzə verə və dözəsən. Necə deyərlər, çəkişəsən ki, bərkişə biləsən. Mən dünyanın bir-çox sularında üzmüşəm, ilk baxışdan fərq bilinməz. Amma Xəzərin həm küləyi, həm sualtı və suüstü maneələri dənizçidə böyük məsuliyyət tələb edir. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər.
– Dənizçilərin “şorgöz” olduğu deyilir. Bəlkə nələrisə etiraf edəsiniz?
– Məsəl var, deyərlər ki, dənizçinin hər limanda bir evi olur. Bu həqiqətən də belədir. Uzaq səfərlərdə olan dənizçilər hansı limana gəldisə boş vaxtlarını “səmərəli” keçiriblər. Deyim ki, bu istiqamətdə əks tərəfin də marağı və təşəbbüsü xüsusi rol oynayıb. Mən də bəzən belə səfər sonları vaxtımı “səmərəli” başa vurmuşam.
– İfadəm kobud çıxa bilər, yaradıcılığınızla işim yoxdur. Amma şair kimi uğursuz oldunuz bir qədər. Sırf mühitdəki uğur baxımdan deyirəm bunu.
– Mən belə deməzdim. Bizim oxucu qıtlığımız var, bu aydın məsələdir ki, müəllif olaraq adının az çəkilməsinə səbəb ola bilər. 8 kitabım çıxıb, satışından gileyim yox. 5.000 tirajla da çıxıb, 500 tirajla da. Mənim şair kimi uğursuz görünməyimin səbəbi əslində heç bir qruplaşmada ola bilmədiyimdir. Əslində bu çox yaxşı bir üsul imiş. 2-3 dəstə var ki, biri digərinin “bezdarnı” yazılarını da bəh-bəhlə təqdim edir. Sosial şəbəkələrdə və ayrı-ayrı tədbirlərdə və sair. Xüsusi ilə də sosial şəbəkələrdə. Oxucularımızın da əksəriyyəti öz fikirləri ilə yox, digərlərinin zövqü ilə “ayaqlaşır”. Təxminən belə; Adə, filankəs filankəsi bəyəndi, onun əsəri haqda xoş söz dedi, müsahibədə adını çəkdi, mən bunu qeyd etməsəm, məni zövqsüzlükdə qınayarlar. Nə isə, mən səninlə bu məsələ ilə bağlı razı deyiləm. Kifayət qədər oxucum var, oxunuram, şeirlərimə müraciət olunub. Qonaqlığa, qonorara və sairə haqqımda yazı yazdırmamışam.
– Yeni kitab, yeni mətnlərdən üzərində çalışıdığınız var?
– “Bakirə qayalar” romanını bitirmişəm. Amma lazım bilmirəm hələ kitab halında oxuculara təqdim edəm. Sonuncu dəfə baxmaq fikrim var, əl gəzdirməliyəm. Yeni şeir və “Səfillər” hekayətlər kitabım hazırdır, “Qanun” nəşriyyatına təqdim edəcəm.
– Oğlunuz Turalı ədəbi mühitə gətirmək istəyinizin yanlış olduğunu deyənlər var. Onunla bağlı ədəbi mühit baxımdan enerjini xərcləməyə dəyər?
-Yenə yanlış fikirdəsiz. Yəni, onu deyənlərin fikirləri yanlışdır. Mənim Turalın şeir yazmasına, yaxud ədəbi cameəyə gəlməsinə heç bir müdaxiləm olmayıb. Ürəyi nəyi istəyib, onun ardınca atını səyridib. Turalın iki kitabı çıxıb, çox maraqlı şeirləri var. Onun yaradıcılığı haqda rəhmətlik Vaqif Səmədoğlu, professor Vaqif Yusifli, şair Aqşin Yenisey, Əsəd Qaraqaplan və sairlər xoş sözlər deyiblər. Çünki oxuyublar. Məsələn, içi sən qarışıq sən yaşda olan digər qələm dostların və heç dost olmadığın ədəbi nəslin çoxu onu oxumayıb. Niyə? Ona görə ki, Turalın ədəbi aləmdə dostu, “sabutilniki”yoxdu. Qeybət edən, yaxud bir-biri haqda tərifnamə deyib, zəncirvari bir birinə bağlı olan qrupun üzvü deyil. Tural pis-yaxşı nə yazırsa özü yazır və əgər dərc olunursa da öz adına dərc olunur.
– Şeir, hekayə, publisistika, müsahibələr və.s. Bütün bunlarda özünü sınamaq. Bu özünü axtarışdır, yoxsa nə? Özünüzü harda tapdınız? Və ya tapmısınızmı?
– Mən özümü itirməmişəm ki, axtarış elan edəm və hansısa janrda özümü tapmaq istəyəm. Ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika… Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Həm də bədii yaradıcılıqla məşğul olmaq bir növ mənim hobbimdir. Heç vaxt fikirləşməmişəm ki, hansısa yazıma görə ədəbiyyat tarixində qalmalıyam, buna görə də istedadımın çatmadığı nöqtəyə tərəf əlimi uzatmamışam. Nəyi necə yaşamışamsa, eləcə də qələmə almışam. Məhz ona görə də məni oxuyanlar yaradıcılığımda səmimiyyətdən bəhs ediblər, əllaməçilik etməmişəm, ədəbiyyatda artistlik etmirəm…
-Məhbəsdən məktublar yazdınız. Bu bəs etmədi hətta o məktubları kitaba çevirdiniz. Çox darıxmaqdan idi?
– Məhbəsdən yazılan, hələ kitaba çevrilməyən yazılar yetərincədir. İnşallah yaxın vaxtlarda bu da gerçəkləşəcək. O ki, qaldı darıxmağa, mən məhbəsdə də, çöldə də darıxdım. Amma məhbəsdə yazdığım şeirlərdən ibarət kitaba ” Burda darıxmaq olmaz” adını verdim.
-Son zamanlar sosial şəbəkədə yaradıcılıq və mətndən çox nəvənizlə görürürük. Qocalıq əlamətidir, sevgidir, ya yenidən gəncləşmək?
– Sosial şəbəkədə son vaxtlar çox az şeirlər paylaşıram, bu düzdür. Amma o demək deyil ki, yazmıram. Amma nəvəmlə bağlı şəkillərin yayınlanmasına gəldikdə, özümü saxlaya bilmirəm. O, sanki mənə yeni həyat verdi. Onsuz həyatımı, özümü təsəvvür etmək çətindir. Balalarımı da çox istəmişəm, amma nəvə sevgisi ifadə olunmazdır. Nəvəmin adı Dənizdir. Mən də dənizçiyəm, Dənizimin ata babası da dənizçidir, atası da dənizçidir, dayısı və sizin də haqqında sual verdiyiniz Tural da dənizçidir. Uşağın adını gənclər bu baxımdan Dəniz qoyublar…
Söhbətləşdi: Emin Piri