Fransa Senatının üzvləri Azərbaycanda səfərdədilər. Onlar həm də Fransa Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləridir. Fevralın 7-də fransalı qonaqlar Milli Məclisdə azərbaycanlı həmkarları ilə görüşüblər. Görüşdə iştirak etmiş deputat, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Sabir Rüstəmxanlının bu və digər məsələlərə dair fikirlərini təqdim edirik:
– Bu qrupun üzvlərinin əksəriyyəti senatda qondarma erməni soyqırımı ilə bağlı qərara səs verməmiş adamlardır. Özlərinin də danışıqlarından bəlli oldu ki, bəziləri daxili inamına, bəziləri söz azadlığını məhdudlaşdırdığını düşünərək o qanunun əleyhinə olublar. Biz Azərbaycan Parlamenti adından çox sərt şəkildə bu qanuna tənqidi münasibətimizi bildirdik.
– Bəs onlar bu münasibəti necə qarşıladılar?
– Senatorlar dedilər ki, «əvvəla, biz bu hadisənin Azərbaycanda belə sərt reaksiya doğuracağını və doğurduğunu bilmirdik. İkincisi də, Fransa Senatında və ümumiyyətlə Fransada cəmiyyətin çox böyük bir hissəsi Qarabağ savaşından xəbərsizdir». Dedilər dostluq qrupu olaraq bura daha çox Azərbaycanla tanış olmağa, bu ölkə haqqında məlumat toplamağa gəliblər.
Mən onlara dedim ki, indiki dövrdə Azərbaycan torpağının 20 faizi işğal olunub, bir milyon qaçqını var. Necə ola bilər ki, siz bundan xəbərsiz olduğunuz halda tarixin hansısa qatında nəsə axtarırsınız? Bu həqiqəti necə görməyə bilərsiniz? Hər halda güman edirəm ki, bu görüşlər xeyirlidir. Baxmayaraq ki, Fransa senatoru üçün ABŞ, Britaniya, Almaniya və digərləri ilə dostluq etmək daha xoşdur, nəinki, tanımadıqları ucqar və problemli Azərbaycanla.
– Xeyli vaxtdır rəsmi dairələr Azərbaycanın uğurlu xarici siyasət yürütdüyündən, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə uğurla çatdırılmasından danışırlar. Amma dünyanın düzəninə kifayət qədər təsir imkanına malik olan Fransanın nəinki sıravi vətəndaşı, heç senatorları də Azərbaycanla dostluq qrupunun üzvü olan şəxslər də bu həqiqətləri bilmirlər.
- Düzü mən gələn senatorların bəzilərinin Qarabağ məsələsi haqda məlumatları olmadığını eşidib çox təəssüfləndim. Dostluq qrupunun üzvləri belə deyirlərsə başqalarından nə gözləyəsən? Eyni zamanda Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkədir. Yəni Fransada maraqlanmırlar ki, bu nə qrupdur, niyə Fransa orada həmsədrdir? Bu həmçinin bizim işimizin zəifliyidir ki, dünyanın aparıcı ölkələrindən birində hələ öz həqiqətlərimizi göstərə bilməmişik. Ermənilər istəyəndə bu məsələni unutdurur, istəyəndə də dünya Dağlıq Qarabağdan danışır. Bu görüş bir daha onu göstərir ki, diplomatiyamız bu sahədə hələ çox işlər görməlidir.
– AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Bakıda rəsmilərlə görüşdən sonra ümidlə bildirdilər ki, İctimai Palatanın 2 aprel aksiyasına görə həbs edilənlər yaxın həftələrdə azadlığa buraxılacaqlar. Parlamentin Amnistiya aktı qəbul etmə ehtimalı nə dərəcə böyükdür?
- O barədə məlumatım yoxdur. Amma ola bilsin Novruz bayramı ərəfəsində yeni bir amnistiya olsun. Biz Fransadan söz azadlığını məhdudlaşdıran qanunu qəbul etməməsini tələb ediriksə, çalışmalıyıq ki, Azərbaycanda da fərqli düşüncəyə, fərqli fikrə görə insanlar həbs olunmasınlar. Fərqli, yaxud müxalifətçi mövqeyinə görə, eləcə də iqtidarın apardığı siyasətə qarşı fikir söylədiyinə, onunla mübarizə apardığına görə məhkum olunan adamların həbsini haqsız sayıram və hesab edirəm ki, onlar azadlığa buraxılmalıdır.
– Bu günlərdə Milli Məclisdə ölkənin adının dəyişdirilib «Şimali Azərbaycan Respublikası» qoyulması təklifi səsləndi. Buna münasibətiniz necədir?
– Bu ciddi məsələdir. Buna ciddi yanaşılmalıdır. Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu «Şimali Azərbaycan» məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində «Şimali Azərbaycan» adlandırılmalı idi. Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır. Və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Ona görə bu məsələ diqqətlə düşünülməlidir. Hər halda Azərbaycanın parçalanmış bir xalq olduğunu bildirmək baxımından indiki respublikanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur. Amma indiki vaxta buna nə dərəcədə ehtiyac var və bu necə edilməlidir kimi məsələlərin bir az müzakirəsi daha yaxşı olardı.
– «Ziyalılar Forumu»nda iştirak edənlər hər hansı siyasi iddiada olmadıqlarını dəfələrlə bəyan etsələr də, siyasi dairələrdən tənqidə məruz qalmaqda davam edirlər. YAP icra katibinin müavini deputat Siyavuş Novruzov onları «fərari ziyalı» adlandırıb deyir ki, «bu bir qrup adam vaxtilə – Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkəmiz haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır. Gətirib bir dənə məqalə göstərsinlər ki, ermənilərə qarşı bir yazı yazıblar».
- Tamamilə yanlış mövqedir ziyalılara o cür yanaşma. Öncə ziyalını məhv edib sonra da «ziyalı yoxdur» demək çox asandır. Bütün bunlara baxmayaraq Azərbaycanda ziyalılar da var. Hətta siyasətdə də 20 il öz mövqeyini qoruyub saxlayan ziyalılar var. Təvazökarlıqdan kənar da olsa, həm ziyalı olmaq, həm də öz mövqeyimi daimi qoruyub saxlamaq baxımından mən özümü onlardan biri sayıram. Ona görə də «ziyalı yoxdur», «ziyalılar satqındır» və sair bu kimi fikirlər qətiyyən həqiqəti əks etdirmir. Bu gün Siyavuş Novruzovla rastlaşanda onun özünə də dedim ki, sən ziyalılar haqqında tamamilə yanlış mövqedəsən. Bu cür çıxış edərək Azərbaycan ziyalısını gözdən salmaq doğru deyil. Düşünürəm ki, ziyalısı olmayan millət bədbəxtdir.
Foruma gəlincə, mən hesab edirəm ki, biz onun yaranmasına və fəaliyyətinə sevinməliyik. Hətta iqtidar da sevinməlidir ki, Azərbaycanda belə bir qurum var. O qurum müəyyən həqiqətləri dilə gətirir və deyilən qüsurları aradan qaldırmaq baxımından bu forumun fəaliyyətindən yararlanmaq olar. Cəmiyyəti davamlı olaraq sıxıb boğmaqla heç nə etmək olmaz. Əksinə, cəmiyyətdə mövcud olan problemlər deyilməlidir. Onlar Milli Məclisdə müzakirə olunmalıdır. Və bu gün xalqın içində toplanan və açıq-aşkar hiss olunan qəzəb bu yolla üzə çıxmalıdır. Çıxmasa vurub cəmiyyətin mövcud sistemlərini dağıda bilər və Azərbaycan üçün fəlakətli nəticələrə gətirib çıxarda bilər. Hesab edirəm ki, Azərbaycan ziyalısına hörmətlə yanaşılmalıdır.
Elə düşünmək lazım deyil ki, bütün ziyalılar ancaq iqtidara xidmət edəndə ziyalı olurlar. Azərbaycandan kənarda yaşayan və bu iqtidara xidmət etməyən Lütfü Zadə, və digərləri deməli ziyalı deyillər? Müslüm Maqomayev də Qarabağa dair məqalə yazmamışdı. Deməli o ziyalı deyildi? Əlbəttə mən ziyalının belə məsələlərdən kənarda qalmasını da istəməzdim. Amma müəyyən şəraitə uyğun olaraq qarışmayanları da ziyalılıqdan və azərbaycanlılıqdan çıxmayıblar. Ona görə də hamıya iqtidarın xeyri baxımından qiymət vermək olmaz.
Rəsul İlqar
Azadlıq Radiosu
Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” qanuna düzəlişlər layihəsinin müzakirəsi gözlənilir. 1992-ci ildə qəbul olunan qanuna əlavə və dəyişikliklər Prezident Administrasiyasında hazırlanıb. Layihədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələnin də öz əksini tapdığı söylənilir. 2011-ci ilin axırlarında
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Parlament İttifaqının Siyasi və İqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin yığıncağında çıxış etmişdir
1. Leyla Ağa qızı Əliyeva, 1959-cu ildə Bakı şəhərində anadan olub. Elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloqdur. Bakıda fəaliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidentidir. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olub. Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir.
2. İbrahim Zeynəddin oğlu İbrahimli, 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Zeynəddin kəndində anadan olub. Ali təhsillidir. Siyasətə gəlməzdən öncə Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olub. Orta məktəb müəllimi, məktəb direktoru, maarif şöbəsinin baş inspektoru işləyib. Naxçıvan MR-də AXC-nin vilayət və rayon şöbəsinin yaradıcılarından biri, AXC Babək rayon şöbəsinin, Naxçıvan Vilayət Xalq Cəbhəsinin sədri, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1994-cü ilə qədər deputat olub. AXC-nin təşəbbüsü ilə keçirilən mitinqin təşkilatçısı olduğu üçün 1994-cü ildə deputat mandatı qanunsuz olaraq alınıb. İstiqlalçı deputatlardandır. 1992-ci ildə Müsavat Partiyasının bərpasında iştirak edib. Müsavat Məclisinin, Divanının üzvü, Müsavat başqanının müavini olub. 1993-cü ildə AXC-nin İcraiyyə Komitəsinin sədri olub. 1994-cü ildə AXC sədrinin birinci müavini seçilib. 1995-ci ildə AXC-nin qurultayında böhran mərhələsinin arxada qaldığını əsas göstərərək yenidən Müsavat Partiyası üzvlüyünə qayıdıb. 2003-cü il oktyabrından 2005-ci ilin martına qədər həbsdə olub. 2010-cu ildə Müsavat Partiyasından istefa verib. 2011-ci ildə Vətəndaş Hərəkatı Təşəbbüs Qrupunu yaradanlardandır. Hazırda qurumun koordinatorudur.
3. Rahim Bahadur oğlu Hacıyev, Saatlı rayonunda anadan olub. AXC-nin ilk üzvlərindən və fəallarından olub. Ali təhsillidir. Xalq hərəkatının iştirakçısıdır. Ölkənin tanınmış politoloqlarındandır. “Azadlıq” qəzeti baş redaktorunun birinci müavinidir.
4. Rafiq Hidayət oğlu Manaflı, 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975-1980-ci illərdə Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980-1991-ci illərdə Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992-1996-cı illərdə özünün təşkil etdiyi “Plastik” kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-nin direktorudur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradıçılarından və fəal üzvlərindən olub, 1990-1992-ci illərdə AXC-nin Qaradağ rayon şöbəsinin sədri, AXC Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən VHP Siyasi Şurasının üzvüdür. 2001-ci ildən VHP Ali Məclisinin sədridir. 2010-cu ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilərdə 59 saylı Salyan Dairə Seçki Komissiyasından deputatlığa namizəd olub.
5. Qələndər Şəmil oğlu Muxtarlı, 1965-ci ildə Tərtər rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix fakültəsində aspiranturada təhsil alıb. İlk tələbə könüllü özünü müdafiə batalyonunun yaradıcılarından biri olub və Qarabağ müharibəsində iştirak edib. 1992-1993-cü illərdə Prezident Aparatının humanitar şöbəsində işləyib. 1993-cü ildə Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının yaradıcılarından olub. “Boz qurd” qəzetinin baş redaktoru işləyib. 1998-ci ildə seçki saxtakarlığına etiraz olaraq ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkilində ittiham edilərək 2 illiyinə həbs olunub. 2011-ci ilin iyulunadək Milli Demokrat Partiyasının rəhbərliyində təmsil olunub. 2011-ci ilin iyulundan Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədridir.
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası Fransa Senatının «erməni soyqırımı»nı inkar edənlərə cəza nəzərdə tutan qanun qəbul etməsinə bəyanatla münasibət bildirib. Bəyanatda deyilir:
Ictimai Palatanın gələn il yanvarın 8-də keçiriləcək sessiyasında Koordinasiya Şurasının yeni tərkibi seçiləcək. Koordinasiya Şurasına keçiriləcək seçkilərdə namizəd olmaq istəyən şəxslər yanvarın 6-ı saat 18.00-dək IP-nin katibliyinə müraciət edə bilər. Bu barədə qəzetimizə məlumatı Müsavat Partiyası başqanının müavini, Ictimai Palatanın katibi Gülağa Aslanlı verib.
Elə mən özüm yаşımа görə neçə iqtidаrlаr görmüşəm. Hələ görəcəyəm də…Bizdən qаbаq yüzlərlə iqtidаrlаr оlub. Оnlаrdаn elələri yаdа qаlıb кi, özünə, tаyfаsınа deyil, хаlqınа хidmət edib. Insаnlаr dа belədir. О şəхslər yаddа qаlıb кi, bütün ömrünü хаlqа хidmət edib, хаlqdаn heş nə ummаyıb. Belə insаnlаr həqiqətən hörmətə lаyiqdirlər. Хаlqın əsаs təmsilçilərindən biri də оnun elm аdаmlаrıdır. Хаricdə elm аdаmının sözü mənsub оlduğu dövlətin diplоmаtının sözündən yüкsəкdir. Çünкi diplоmаt dа elm аdаmının sözlərindən istifаdə edir. Elm аdаmı yаltаq оlmаz. Elm аdаmı öz хаlqınа bаğlı оlmаlıdır. Elm аdаmı pаdişаh qаrşısındа əyilməməlidir. “Elm аdаmı pаdişаhın аyаğinа deyil, pаdişаh оnun аyаğınа getmələdir”. Bu sözlər bütün dünyаnı bахışlаrı ilə fəth edən Cəlаləddin Rumiyə məхsusdur. Bəs görəsən Аzərbаycаndа həqiqətən bu qəlibə uyğun gələn nə qədər elm аdаmı vаr? Yəqin кi, bаrmаqlа sаyılаr.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Almaniyaya yola düşüb.