Vətəndaş Həmrəyliyi Partiyası

Category: Açıqlama

  • Müxalifət 2018-ci ilin prezident seçkilərinə hazırlaşırmı…

    Siyasi partiyalar prezident seçkilərinə hazırlıqlara start verməsə də, məsələni diqqət mərkəzində saxlayır; vahid namizəd mümkünmü?..

    2018-ci il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümumilli seçki olacaq.

    Bəs digər müxalifət partiyaları seçkilərə necə hazırlaşırlar? Onların namizədləri bəllidirmi?

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli də bildirib ki, seçkilərlə bağlı partiya daxilində müzakirələr aparılır: “Bütün hallarda siyasi partiyaların əsas fəaliyyətlərindən, müzakirə mövzularından biri də seçkilərdir. Təbii ki, prezident, parlament, bələdiyyə və digər seçkilərlə bağlı müzakirələr gedir. Eyni zamanda ölkənin taleyi, gələcəyi, demokratik seçkilərlə bağlı da fikir mübadilələri aparılır. Bunlardan biri də qeyd olunan prezident seçkiləridir. Lakin partiya seçkilərə öz namizədi ilə və ya digər bir formada qatılacaq, onu indidən söyləmək çətindir. Təbii ki, bu barədə də müzakirələrimiz gedir. Ancaq bunu yəqin ki, seçki ərəfəsində partiyanın müvafiq qurumu müəyyənləşdirəcək”.

    Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Yeni Müsavat”a bildirdi ki, seçkilərlə bağlı hələ ki konkret qərarları yoxdur: “Gələn il partiyanın qurultayı keçiriləcək. Seçkilərlə bağlı qurultay öncəsi rayon təşkilatları demək olar ki, hər şənbə mərkəzi qərargahda toplanır, müzakirələr aparılır. Həmçinin 2017-2018-ci il üçün yol xəritəsi planımız da hazırlanır. 2018-ci il seçkilərinə gəlincə isə bu barədə qəti bir fikir olmasa da ola bilsin ki, partiya ya da digər qurumlarla seçkilərə qatıla bilərik. Konfranslar, regional müşavirələrimiz başa çatdıqdan sonra bununla bağlı tam qərar veriləcək”.
    ADP sədrinin müavini Həsrət Rüstəmov partiya daxilində məsələ ilə əlaqədar hələ ki heç bir müzakirənin aparılmadığını dedi: “Seçkilər növbəti il olacaq, ona görə də, doğrusu, bununla bağlı müzakirə aparmamışıq. Ümumiyyətlə, bizim mövqeyimiz belədir ki, partiya mümkün qədər seçkilərdə iştirak etməlidir. Biz də imkanlarımız çərçivəsində seçkilərə qatılmağa çalışırıq. Daha çox parlament hakimiyyətində təmsil olunmağa üstünlük veririk. Ancaq bildiyiniz kimi, Azərbaycanda prezidentli respublikadır və siyasi partiya hakimiyyətə gəlmək istəyirsə, prezident hakimiyyəti uğrunda mübarizə aparmalıdır. Seçkilərlə bağlı partiyamızda prezident seçkilərinə yaxın qərar veriləcək. Buna da partiyanın daha yüksək qurumları qərar verməlidir. Hələlik isə belə bir qərar yoxdur”.
    VİP sədri Əli Əliyev hesab edir ki, müxalifət bu seçkilərə təmərküzləşmiş formada qatılmalıdır: “Bizim partiyada bu məsələ müzakirə olunub və ehtimalımız belədir ki, bu ilin ikinci happy wheels demo yarısında seçkilər olacaq. Prezident seçkiləri bizim hesablamalarımıza görə, namizəd dəyişikliyi ilə müşahidə olunacaq. Yəni YAP bu dəfə seçkilərə başqa namizədlə gedəcək. İlham Əliyevin prezident olmasını hesablamırıq. Təbii ki, bu, ehtimallardan biridir. Bizim yanaşmamız ondan ibarətdir ki, müxalifət mümkün qədər prezident seçkilərinə təmərküzləşmiş halda qatılmalıdır. Əks halda isə şanslar çox minimaldır. Hesab edirik ki, bugünkü vəziyyəti nəzərə alarsaq, müxalifət təmərküzləşməsə, növbəti hakimiyyət dönəmi də iqtidarın yürüşü ilə müşahidə olunacaq. Əgər müxalifətin daha geniş formatda seçkilərə qatılması baş tutmasa, iştirak etdiyimiz formatlarla seçki prosesinə qatılacağıq. Hazırda 3 formatda təmsil olunuruq. Bu formatların birində 9, digərində 7 partiya təmsil olunur. Üçüncüsü isə Milli Təşəbbüs Qrupu adlı qeyri-siyasi əməkdaşlıq formatıdır ki, orada da varıq. Bu formatların biri ilə seçkiyə qatılmaq variantı da alınmasa, ikitərəfli münasibətlərimiz olan təşkilatlarla seçkiyə qatılmağı düşünürük. Yəni partiya olaraq seçkilərə qatılmaqda niyyətliyik. Bu ilin birinci yarısında gözlənilən qurultayımızda da çox güman ki, ehtimal olunan prezident seçkilərinə münasibəti ifadə edən qərarlarımız olacaq”.
    AĞ Partiyanın lideri Tural Abbaslı bildirib ki, hər bir partiya üçün istənilən seçki özünü təqdim və əlavə siyasi dividentlər qazanmaq üçün bir şansdır: “Əgər nəzərə alsaq ki, bu seçki prezident seçkiləridir və Azərbaycan da prezident üsul-idarəsi ilə idarə olunur, o zaman bu seçkilərin vacibliyi daha bariz şəkildə görünür. Bizim də AG Partiya olaraq bu seçki ilə bağlı təbii ki, planlarımız və fikirlərimiz var. Ancaq nəzərə alsaq ki, prezident konstitusiya dəyişikliyindən sonra orada nəzərdə tutulan səlahiyyətlərdən istifadə edib 1-ci vitse prezident təyin edirsə, belə düşünmək olar ki, hakimiyyət 2018-ci ildə bu seçkiləri keçirməyəcək. Ola bilər ki, hakimiyyət iddia etsin ki, prezidentin səlahiyyət müddəti yeni konstitusiyaya görə, müddəti 7 ildir. Ancaq belə olmayacaq və 2018-ci ildə seçkilər keçiriləcəksə, indiki siyasi durumu nəzərə alaraq deyə bilərəm ki, bizim partiya olaraq öz namizədimiz olacaq. Təbii ki, əgər həmin siyasi vəziyyətdə hansısa müxalifət lideri digərlərindən qabaqda olacaqsa, seçkinin hansısa mərhələsində demokratiya və müsbət dəyişiklik naminə ona da dəstək verə bilərik. Məncə, hələ bu məsələlər barədə danışmaq və konkret bir söz demək üçün bir az tezdir. Prosseslərin hələ bir az da inkişaf etməsi lazımdır”.

    Əli RAİS

    Yeni Müsavat qəzeti

  • Türk şirkətinin Bakıya xəyanətinə – Reaksiya

    “Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq.

    Bu sözləri Axar.az-a Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus”un İstanbuldan İrəvana uçuş həyata keçirmək qərarına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili “Pegasus”un bu addımını indiki şəraitdəAzərbaycan üçün məqbul saymadığını qeyd edib:

    “Görünür, Türkiyədə yaşayan ermənilərin maraqları əsas götürülərək belə bir addım atılıb. Azərbaycan Türkiyənin daxili işlərinə qarışmır, ancaq bu addımı məqbul hesab etmirik. Bu, Bakının maraqları baxımından düzgün deyil. Çünki Türkiyə Ermənistanın işğalçı siyasətinə qarşı İrəvanın iqtisadi blokadada qalmasına köməklik göstərməlidir. Düzdür, hazırda vacib olan Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurmamasıdır. Ancaq istənilən halda “Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq”.

    Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı sözügedən qərarı kəskin qınayıb:

    “Pegasus” onsuz happy wheels demo da indiyə qədər İrəvana iki dəfə uçuşlar həyata keçirib. Görünür, o vaxt adekvat reaksiya verməməyimiz indi “bəhrəsini” göstərir. Türkiyədə elə şirkətlər ola bilər ki, ki, başında ermənilər dayanar və öz qazanclarını dövlət maraqlarına qurban verməzlər. Bu gün İstanbulda 100 minə yaxın erməni çalışır və tərbiyəçi olaraq Türkiyədə evlərə buraxılırlar. Halbuki vaxtilə Türkiyədə evlərdə tərbiyəçi işləyən erməni qadınları çoxlu türk kişilərini əbədi şikəst etdiklərini və onların heç vaxt övladının olmayacağını etiraf ediblər və bunlar tarixi faktlardır. Buna baxmayaraq, bu gün erməni qadınları Türkiyədə uzun müddət sərbəst çalışırlarsa, Gürcüstan üzərindən Türkiyə və Ermənistan iqtisadi əlaqələri varsa, sabah sərhədlər açılsa, təəccüblənmərəm. Hər halda, Türkiyə rəsmiləri özlərinin qəbul etdikləri gərək Qarabağ şərtini heç vaxt unutmasınlar”.

    Qeyd edək ki, ucuz aviabiletləri ilə məşhur olan Türkiyənin tanınmış hava yolları şirkətlərindən “Pegasus” iyunun 1-dən etibarən İstanbuldan İrəvana birbaşa reyslər həyata keçirəcək.

  • VHP qərargahını dəyişir

    REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qərargahını dəyişir.

    Bu barədə “Report”a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

    O bildirib ki, qərargah təmir ediləcək: “Partiyanın qərargahının altına su yığılıb, bu da binanın divarlarının nəmlənməsinə və uçulub tökülməsinə gətirib çıxarıb. Eyni zamanda, binanın damı da yağış yağarkən damır. Ona görə də qərargah yenidən təmir ediləcək, həmçinin lift quraşdırılacaq və istilik sistemi tamamilə yenilənəcək. Bu baxımdan müvəqqəti olaraq “Qanun” Nəşrlər Evində fəaliyyət göstərəcəyik. Təmir başa çatdıqdan sonra yenidən həmin binada fəaliyyətimiz davam edəcək”.

    Qeyd edək ki, VHP-nin qərargahı Bakının Xətai rayonunda, “Qanun” Nəşrlər Evi isə paytaxtın Nəsimi rayonunda yerləşir. Nəşrlər Evi VHP sədri Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğluna məxsusdur.

  • Əsil düşmənçilik mövcud xəstəliyi aşkar edib sağaltmaq əvəzinə, onu gizlədib, xroniki vəziyyətə gətirib, ölkə üçün təhlükə yaradanlardır.

    “Bu şərəfsiz təhqirlərinizlə məni də radikal yola çəkmək istəyirsiniz? Keçməz, balası! Mənim konstruktivliyim şəxsi marağa yox, milli marağa xidmət edir. Sənin kimiləri ortabab həyat sürən ziyalıların, siyasətçilərin üstünə qışqırdanlar bu yolla özlərinin və böyür-başındakıların cinayətlərini pərdələməyə çalışanlardır. Ancaq bu yolla ünvan azdırmaq olmaz!” Bu fikirləri xalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı, mətbuatda ona qarşı aparılan çirkin qaralama kampaniyası ilə bağlı verdiyimiz suala cavab verərkən bildirib.

    İnterpress.az Xalq şairi və siyasətçi Sabir Rüstəmxanlıdan aldığı müsahibəsini təqdim edir.

    Sabir bəy mətbuatdan oxuduq ki, bugünlərdə Almaniyada, İsveçdə olmusunuz. Görüşləriniz barədə fikirlərinizi bilmək istərdik.

    Bunlar Dünya Azərbaycanlıları Konqresinin (DAK) iş planına uyğun səfərlər idi. Almaniyada DAK idarə heyətinin üzvləri ilə və orda yaşayan yazıçı həmkarlarımla görüşməli idim. İsveçdə isə Avropada fəaliyyət göstərən 7 Güney Azərbaycan Partiyasının və DAK in birgə toplantısı oldu. Biz Yöteburq şəhərinin mərkəzində, İranda fars rejiminintürkləri assimiliyasiya siyasətinə etiraz olaraq 60 gündən aclıq elan etmiş gənclərimizi müdafiə məqsədi ilə mitinq keçirtdik. Mitinqdə İran siyasilərinin Azərbaycanla bağlı mənfur siyasətinə Ermənistanı dıstıkləməsinə qarşı şüarlar səsləndi. Sonda mən çıxış etdim və İranda aclıq etmış gənclərdən aclıq aksiyanı dayandıqmağı xahış etdim. Belə bir müraciət partiyaların görüşündə də qəbul edildi.

    Güney Azərbaycan içtimai təşkilat və patriyalarının 4 saatdan artıq davam edən görüşündə 21 Azərlə bağlı çıxışlar oldu və gələcək əməkdaşlıq, işbirliyi barədə razılığa gəldik.

    Almaniya və İsveç səfərində bir daha bizim diaspora təşkilatlarının güclənməsinə, Azərbaycanın maraqlarına xəyanət etməyən vətəndaş cəmiyyətlərinin Avropa təşkilatları ilə daha sıx əməkdaşlığının genişləndirilməsinin zərurət olduğunu hissetdim.

    Bilirik ki, qardaşınız Əlövsət bəy də Almaniyada yaşayır, onu ziyarət edə bildinizmi?

    Bəli, fürsətdən istifadə edib Almaniyada mühacir həyatı yaşayan qardaşım Əlövsətə də baş çəkdim. 2 ildən artıqdır görüşmürdük. Uşaqlar üçün darıxmışdım. Onun və uşaqlarının sürətlə alman həyatına alışmaları və həyatlarını qurmaları məni sevindirdi. Əlövsət Almaniyada da öz işini davam etdirir. Hüquq müdafiəçisidir. Azərbaycandan qanunları bilmədən Avropa yollarına düşən, bəzən işbazlar tərəfindən aldadılan, pulları əllərindən çıxsa da heç bir sığınacaq tapa bilməyən məzlum vətəndaşlarımıza miqrasiya qanunları daxilində yardım edir. Özünün etirafına görə, ona müraciət edənlər arasında vəzifə sahibləri də az deyil. Amma bütün bunların hamsından daha vacibi Əlövsətin və uşaqlarının gördükləri haqsızlıqlar, böhtanlar, yalançı məhkəmə və çəkdikləri əziyyətlər qarşısında sınmamalarıdır. Orda da siyasətdən uzaq və millətimizin xeyrinə olan işlərlə məşğul olurlar.

    Sabir bəy, ara-sıra mətbuatda sizə sataşmalar, sözatmalar olur. Konkret ad çəkməli olsaq Eynulla Fətullayev və onun ətrafı tərəfindən hücumlar olur. Bu hücumun sifariş yoxsa şəxsi məqsəd və ədavət zəminində olduğunu yəqin ki, siz daha gözəl bilirsiniz, amma yaxınlarda başqa bir jurnalistin də ünvanınıza dediyi sözlər onu göstərir ki, kimlərisə narahat edirsiniz. Pərdə arxasında kuklaların ipini tərpədən birimi var? Nə baş verir? Haradan gəlir bu hava?

    Əslində bu məsələ ilə bağlı danışmaq istəməzdim, amma madam ki soruşdunuz üstündən keçməyəcəm. Bir neçə nüansı xatırladim.

    “Bir neçə il öncə Difai hərəkatı ilə bağlı material toplarkən ermənilərin “Armanian house.org” saytında Pavel Şextman adlı bir müəllifin “Uzaq yanğınların alovu” adlı “oçerki” ilə rastlaşmış və surətini çıxarmışdım. Heç bir reallığa əsaslanmayan bu cızma-qaranı diqqətlə oxumağı artıq iş sayaraq düşünmüşdüm ki, ermənilər yeyib doyublar, qoy indi də Pavel Şextman onların ağıznı yalasın. Eyni zamanda , Rusiyada yazılan bu böhtanlara o mühiti daha yaxşı və Rusiyada yaşayan azərbaycanlı ziyalıların cavab verməsinə ümid bəsləyirdim, bu, daha məntiqli görünür. Allaha şükür, sayları da az deyil. Rusiya mətbuatındakı yazılara ilk növbədə onlar münasibət bildirməlidirlər. Difai iıə bağlı işim yekunlaşandan və kitabım çıxandan sonra ,köhnə qeydlərimi sahmana salanda Şextmanın həmin yazısı yenidən əlimə keçdi.Onun kimliyi və digər yazıları ilə maraqlandım.Məlum oldu ki,təxminən 70 səhifəlik bu səfsəfə hələ 1992-1993-cü illərdə Moskvada “Pro Ameniya” jurnalında dərc edilibmiş. Şəklinə baxan kimi onun normal adam olmadığını hiss etdim. Sonra məlumatları oxuyanda gördüm hissim məni aldatmayıb, öz cinsi təyinatını bilməyən adam vicdan və ağıl təyinatını hardan biləcək! İnternet səhifələrində verilən məlumatlardan bəlli olur ki, Şaxtman rus vikipediyaları, internetforumları və çeşidli internet konfranslarının fəal iştirakçılarındandır. Yəhudidir.Bilgisayar ilişgilərində istifadəçi adı Şifrantzidir. Onun vəhşi və qəddar nifrətinin obyektləri Stalin, Rusiyanın rejimi və şəxsən Putin, Türkiyə və Atatürk, Azərbaycan və bütün Azərbaycan xalqıdır. Əksinə, Ermənistana və PKK-ya, İzrailə, uşaqbazlara və qomoseksuallara dəli bir eşqi var.”Pro Armeniya” jurnalı ilə əməkdaşlıq etmişdir. Rusiya rəhbərliyi və Azərbaycan haqqındakı yazıları iyrənc tərbiyəsizlik nümunələridir və tərbiyyəsizlikə doludur. Erməni seperatçılarına və terroruna isə haqq qazandırır. Sadaladığım məlumatları oxuyarkən “Gey Şifrantzi” nin Xocalı ilə bağlı bir yazısına rast gəldim. Hətta Xocalı soyqırımı kimi ağır faciə də onun Azərbaycana münasibətini dəyişdirə bilməmişdir və o da faciənin günahını tərəddüt etmədən azərbaycanlılarda və xalq Cəbhəsində görür. Təbii ki, bunu yazarkən həqiqəti, vicdanı və milli maraqları ayaq altına atan bizimkilərə də əsaslanır.”

    Sözlərimə bir neçə il bundan əvvəl yazdığım məqalədən nümunə ilə başlamağım təsadüfi deyil. Bizimkilər deyəndə “Haqqın.az” saytı və onun böyüyü Eynulla Fətullayevi nəzərdə tuturam. Eynullanın hansı yollardan keçdiyi barədə söhbətlərə qayıtmaq istəmirəm. Onun cəmiyyətdə formalaşmış imici və bunun hamıya məlum olan səbəbləri də məni az maraqlandırır; insanların şəxsi həyatının, məişət qalmaqallarının mətbuata daşınmasının tərəfdarı deyiləm; bu, mənim üslubum deyil. Onu istedadsəz istedadsız adam da saymıram. Lakin erməni saytları və digər anti-Azərbaycan mətbu orqanlarının azərbaycanlıları günahlandırarkən daha çox onun yazılarına istinad etməsi də bir gercəkdir və hər kəsi narahat edir.. Yəni ermənilərin ilham aldıqları qaynaqlarını bəzən uzaqda axtarmağa ehtiyac olmur. Indi də Əkbər Həsənov adlı bir gənc bir jurnalıstin ukraynalı Lyaşkonu da araya qatması ilə Şextman- Lyaşko- Feto- və onların balası olan Əkbərlə dairə qapanır.

    Kimdir bu Əkbər? Yazısının arxasında kimlər və nələr durur sizcə?

    “Haqqın.az”a qədər, daha doğrusu mənim haqqımda təriyəsiz yazılarına qədər bu adda jurnalist tanımamışam. Bu da yenim bir tanınmaq metodudur. Ölkənin tanınmış adamlarını söy, “hörmət qazan”, səni bu yola itələyənlər də “molodes” desinlər.

    Əlli illik yaradıcılığımda hər hansı Azərbaycan vətəndaşının şəxsiyyətinə toxunan, onu təhqir edən bircə cümlə də tapa bilməzlər. Yazılarımın bir çoxu millətimizə açıq düşmənçilik edən Şextman, Balayan kimilərə birbaşa və ya dolayı cavabdır, tarixin və bu günün həqiqətlərini xatırlatmaqla, yalanların təkzibidir. Yəni bu söz savaşında mənim səngərim məlumdur. Belə bir vəziyyətdə “Haqqın.az” saytında ildə bir neçə dəfə Əkbər Həsənov adlı bir cavan jurnalistə məhz milli duruşuma, xalqın haqqını müdafiə etdiyimə görə söydürülürəmsə, iyrənc yalanlar, böhtanlar uydurulursa, bu, açıq-aşkar kürəkdən vurmaqdır, adımı ölüm siyahısina salan və ya haqqımda ölüm fitvası çıxartdıran fars, erməni həmkarlarının yolunu davam etdirməkdir və Şextmanların əlini-ayağını yalamaqdır. Bu yolla onlar mənim kitablarımda cavablarıni verdiyim, həqiqəti anlatmağa çalışdığım tərəflərə mesajlar ötürürlər. Bunun başqa adı yoxdur!

    Hazırda millət vəkili deyilsiniz, məclisdə də olanda bir çox millət vəkillərinin əksinə müzakirə olunan məsələlərdə müstəqil fikrinizi deyirdiniz. Nədənsə məclisdə sözün düzünü deyib, haqlı olsan da süngü ilə qarşılanırdınız. Buna müxaliflik damğası vurulurdu. Elə mətbuata baxsaq görərik ki, sizə qarşı bəzi Milli Məclis üzvləri də çıxışlar ediblər. Bundan əlavə siz baş verən sosial-iqtisadi məsələlərə də sosial şəbəkələr, saytlar vasitəsi ilə fikir bildirirsiniz. Bəlkə bu dediyiniz fikirlər iqtidar cəbhəsində kimlərisə xoşuna gəlmir və ara-sıra belə bir kampaniya başladırlar?

    Bunu iqtidar-müxalifət dialoqlarıyla bağlamaq səhv olar. Çünki mən Azərbaycan iqtidarından heç vaxt belə tərbiyəsiz və düşmən münasibəti görməmişəm. İyirmi beş illik millət vəkili fəaliyyətimdə, müftəlif iqtidarlar vaxtinda mənim ardıcıl və dəyişməz mövqeyim olub. Bu, milli mövqedir, milli birlik, vətəndaş həmrəyliyi mövqeyidir, çətinlikləri səbrlə, qarşılıqlı hörmətlə adlamaq yoludur; sözün düzünü və xalqımızın mənafeyinə uyğun olanını demişəm; bəzən sərt, bəzən mülayim… Ancaq Milli Məclisdəki ən kəskin mübahisələrdən sonra da iqtidar mətbuatında buna bənzər nifrət saçan yazılar olmayıb. Deməli, bu yazıların kökünü məhz Şextmanın aramızdakı fikir qohumlarında, onun silkinin törəmələrində və ya iqtidarin üzə çıxmayan metastazlarında axtarmaq lazımdır.

    Bu gün bir yazımı oxuyan kimi, “bəs deputat olanda niyə demirdi bu sözləri?” ittihamını püskürənlər də bilərəkdən yanlış rəy yaratmaga çalışırlar. Bu, bəzi rəqiblərimin otuz ilə yaxın davam etdirdikləri bir “siyasətdir” və ya MM-ə dəki fəaliyyətimdən xəbərsiz adamların işidir. Əkbər Həsənovun indiki və bundan əvvəlki böhtan və təhqirlərinə ciddi cavab verilməz.. Ciddi cavab ağlıkəsən, başa düşən adama verilər. Onun yazılarının hər birində kifayət qədər məhkəməlik, cinayət xarakterli böhtan var, lakin mən keçən dəfə bu yola əl atmadım, düşündüm ki, yəqin bunun bir böyüyü var, yetirmələrinin və ya gül balalarının ağzından hansı zibillər töküldyünü görəndə onun başına ağıl qoyar, deyər, bala, həmişə halal zəhmətiylə yaşamış, bütün ömrünü millətinin azadlığına, mədəni inkişafına sərf etmiş və zəhməti həm xalq, həm dövlət tərəfindən dəyərləndiilmiş bir adam haqqında belə tərbiyəsiz yazılar yazmağa sənin nə haqqın? Kimin qələtini eləyirsən? Axı yazdıqlarının cavabını verə bilməzsən.. Belə olmadı və mən anladım ki, bunun böyükləri də elə bu ağıldadır.

    Hüquqi yola, yəni məhkəməyə müraciət etməyi düşünürsünüz?

    Düzü, mən mətbuatla məhkəmə diliylə danışmağın tərəfdarı deyiləm, bu işə vaxt sərf etmək istəməmişəm. Lakin belə görünür ki,”kiş-kiş deməklə donuz darıdan çıxmaz!”…

    Söhbətinizdən elə hissetdim ki, siz bu yazının sifariş olduğunu və sifarişin haradan gəldiyini bilirsiniz, əgər ad çəkmək mümkündürsə deyə bilərsinizmi bu yazılar və sifariş kim tərəfindən gəlir?Və ya Əkbər adlı jurnalisti şəxsən tanıyırsınızmi? Bəlkə hansısa bir məsələdə sizdən narazı qalanlardandır?!

    Əkbər Həsənov adlı adamı tanımıram, Eynulla Fətullayevlə də arada heç bir konflikt olmayıb, ona görə də bu yazıların sifarişlə prezident Aparatının yüksək çinli bir məmurundan gəldiyinə heç bir şübhəm yoxdur! Hesab edirəm ki, erməni jurnalistləri işə götürmək də yalnı zEynullanın istəyi və iradəsinə bağlı deyil. Bunun arxasında dayananlar da var və buna heç bir siyasi maraq donu biçmək olmaz.Əvvəllər FETO-çular sifariş verirdi, indi də onların törəmələri sifariş verir… Sifariş bayquşları əmr quludur, yaz! Vəssalam. Yalan-doğru, çirkabı tök, cəmiyyətin gözündən salmağa çalıış!

    Bəlkə qazın və işiğın qiymətinin qaldırılmasından sonra Facebook səhifənizdə bir çox millət vəkillərinin əksinə tənqidi fikirlərinizi yazdığınız üçün oldu? Çünki o ərəfədə hər kəs çıxıb bunun gözəl addım olduğuna, aşağı gəlirli insanlara heç bir təsirinin olmayacağına inandırmağa çalışırdı xalqı. Siz isə başqa fikir yazdınız. Bəklə kökündə bu dayanır?

    Sosial şəbəkədə hər gün ölkənin iqtisadı vəziyyəti, problemlər, MM-də müzakirə olunan məsələlər barədə onlarla tənqidi fikir səslənir. Sakitcə üstündən keçirlər, ancaq məni görən kimi elə bil düşmənlərini görürlər.

    Bəli, Əkbərin sifarişçisini özündən çıxaran mənim o qeyd etdiyiniz Tarif Şurasının qərarı ilə bağlı fikirlərim, etirazım olub. Görəsən onların bu millətdən xəbərləri var? Yoxsa xalqın durumu onları ilgiləndirmir? Əgər bu xalqa az-çox canınız yanırsa onda baxın, görün o qərardan sonra qiymətlər hara fırladı, Bəs məmurlarımız deyirdi bu qərar aztəminatlılara təsir göstərməyəcək. Əgər mən populistlik etmişəmsə o balaca yazım niyə iki-üç gündə yarım milyondan çox oxundu və yüzlərlə təşəkkür aldım… Xeyir olsun, niyə sizləri ancaq mənim sözüm dingildədir? Bəlkə mətbuatdakı, Milli Məclisdəki sərt çıxışlardan xəbərin yoxdur? Bəs onları niyə təhqir etmirsiniz?

    Onda belə çıxır ki, sənin arxanda dayanan, səni maliyyələşdirən dövlət məmuru və ya bu gün hakimiyyətdə olanların hamısı, bütün millət vəkilləri Lyaşkonun və sənin tayındır, hamısı özünü satır? Sənin quş beynin belə işləyir?

    Tarıf şurasının qərarınin aztəminatlı ailələrə ciddi zərbə olduğu Əkbərin də yazısında etiraf edilir. Onda bəs bu təhqirlərin səbəbi nədir? Ax, sən demə, bunları yandıran bu problemi mənim kimi “özünün, öz nəslinin yüz il bundan sonrasını da təmin etmiş bir adamın” qaldırması olub. Əgər mən kənardan belə düşmən gözü çıxarırcasına, varlı görünürəmsə, xoşbəxtəm. Ancaq, belə deyil! Sən məni saytınızı maliyyələşdirənlərlə, köhnə Milli Təhlükəsizlik naziri ilə, Bank müdirləri ilə səhv salırsan… Təəssüf ki, Rüstəmxanlı nəslinin onlarla sənin yaşıdın olan nümayəndəsi bu gün ehtiyac içində çabalayır, işsiz-gücsüzdür, sənin kimi satıla bilmədiklərindən öz qürurlarının əsiridirlər. Halbuki bütün vətəndaşlarımız kimi, işləmək, minumum tələblərini ödəmək onların da konstitutsiya hüququdur. Buna bənzər ittihamlar vaxtilə böyük Bəxtiyar Vahabzadə və başqa ziyalılarımız haqqında da səsləndirilirdi. Sanki bizim övladlarımız bu ölkənin vətəndaşları deyıl və havayla yaşamalıdırlar, amma quldurlar ölkədə at oynatmalıdır. Bu sözü o adamlar dedirtdirir ki, övladları Azərbaycanın yolunu unudub, xaricdə qayğısız yaşayırlar və intizarla dədələrinin ölkədən qovulub onların yanılna gedəcəyi günü gözləyirlər…

    Əkbər Həsənov yeni “yazı”sında “Ba, tanıdığım Rüstəmxanlı!” deyərək ilan çalmış kimi qışqırır və sərsəm bir nağılla məni Ukrayna siyasətçisi Oleq Lyaşko ilə müqayisə edir. Onun sürüşkən təfəkkürünə görə və ya atasının vermədiyi tərbiyəyə görə xalq tribunu olmaq, Mətbuat və İnfotrmasiya naziri vəzifəsini daşımaq, iyirmibeş il millət vəkili seçilmək, Lyaşko kimi, özünü satmaqmış. Elə bu cümlə yetərlidir ki, bu gədənin boynundan burub həbsxanaya soxsunlar. Sən kimsən və hansı haqla dövlətin naziri, millət vəkili olmağı və ya millətin sözünü deyən meydan liderliyinə yüksəlməyi istehzayla dilə gətirib, bir homoseksualın özünü satmağı ilə eyniləşdirəsən? Onda belə çıxır ki, sənin arxanda dayanan, səni maliyyələşdirən dövlət məmuru və ya bu gün hakimiyyətdə olanların hamısı, bütün millət vəkilləri Lyaşkonun və sənin tayındır, hamısı özünü satır? Sənin quş beynin belə işləyir?

    Son vaxtlar Azərbaycan mətbuatında bu homoseksual söhbəti dəbə minib. Kimi cəmiyyətin gözündən salmaq istəyirlərsə ona belə bir damğa vurmağa çalışırlar. Adamlar da abrına qısılıb qalır. Bu da bir xəstə şüurdur. Bizim cəmiyyət bütün geyləri də, keyləri də, fikir fahişələrini də yaxşı anıyır. Heç kimin böhtanlara cavab verməsinə ehtiyac yoxdur. Ancaq Əkbərcikin Lyaşkodan bərk yapışması çox şübhəlidir və bu meyl onda Ukrayna ilə qohumlaşandan sonra daha da güclənib və yəqin artiq Lyaşko onu da öz silkinə bağlayıb…

    Bu şərəfsiz təhqirlərinizlə məni də radikal yola çəkmək istəyirsiniz? Keçməz, balası! Mənim kosktruktivliyim şəxsi marağa yox, milli marağa xidmət edir. Sənin kimiləri ortabab həyat sürən ziyalıların, siyasətçilərin üstünə qışqırdanlar bu yolla özlərinin və böyür-büşındakıların cinayətlərini pərdələməyə çalışanlardır. Ancaq bu yolla ünvan azdırmaq olmaz!

    Ancaq bu “hökumət jurnalisti”ni Ukraynada da yaxşı tanıyırlar. Onun dövlətlər arasında münaqişə yarada bilən bir şərhinə münasibət bildirərkən Ukraynanın Azərbaycandakı səfirliyi hələ 2015-ci ilin 14 avqust tarixli bəyanatında rəsmən bəyan etmişdi ki, Əkbər Həsənovun yazısınin “həm başlığındakı, həm məzmunundakı ağılsızlıq və yekəbaşlıq peşəkarlığının və elementar tərbiyəsinin olmamasından irəli gəlir”. Yəni onun tərbiyəsizliyi mənim kəşfim deyil, beynəlxalq müzakirə mövzusudur.

    Əkbərcik yəqin bilmir ki, tribunaya məni milətin inamı və sevgisi gətirmişdi və mən bu gün də o inamı qorumağa çalışıram. Məhz buna görə nazirlik vəzifəsindən özüm istefa vermişəm, Milli Məclisə son seçkilərə özüm getməmişəm. Vəzifə hərisi, pul düşkünü olsam nazir kürsüsündən bərk-bərk yapışar və ya Milli Məclisdə ağzıma su alıb oturar və yenidən seçkilərə gedərdim. Amma mən həmişə sözümü demişəm və indi də deyirəm. Mənim real, konsktrutiv müxalifət olmağım sənə sifariş verənləri niyə narahat edir? İqtidarı söyənlər, ailələrini, nəsil-nəcabətlərini gorundan çıxarıb bütün dünyada biabır edən və dolayı yolla Azərbaycan dövlətini gözdən salanlar Sizə azlıq edir? Bu şərəfsiz təhqirlərinizlə məni də radikal yola çəkmək istəyirsiniz? Keçməz, balası! Mənim kosktruktivliyim şəxsi marağa yox, milli marağa xidmət edir. Sənin kimiləri ortabab həyat sürən ziyalıların, siyasətçilərin üstünə qışqırdanlar bu yolla özlərinin və böyür-büşındakıların cinayətlərini pərdələməyə çalışanlardır. Ancaq bu yolla ünvan azdırmaq olmaz! Ağıllı jurnalist də belə fitvalara uymaz!

    Hitlerin belə bir sözü var idi. “Əgər bir yalanı yetərincə uzun, yetərincə gurultulu ve tez-tez söylərsəniz, insanlar bu yalana inanar. İnsanları, bir yalana inandırmağın sirri, yalanı davamlı təkrar etməkdir. Sadəcə təkrar, təkrar və təkrar söyləyin… Sizcə, sizin haqqınızda belə fikirləri tez-tez yazaraq yalanlarına həm özlərini, həm də xalqı inandırmağa nail olurlar?

    Əsil düşmənçilik mövcud xəstəliyi aşkar edib sağaltmaq əvəzinə, onu gizlədib, xroniki vəziyyətə gətirib, ölkə üçün təhlükə yaradanlardır.

    Düzünə qalsa, məni maraqlandıran bu gənc jurnalist yox, onun kimiləri qoltuğunun altına alıb qoruyanlar, gənc yaşlarından onların peşə, vətəndaş əxlaqını pozanlar və böhtançı mətbuata dövlətin küllli miqdarda vəsaitini xərcləyənlərdir. Doğrudanmı, onlar elə düşünürlər ki, Azərbaycanda heç bir aydın, yazar, vətəndaş ağzını açıb, millətli çörək sınağına çəkənlərə “gözün üstə qaşın var” deməməlidir? Doğrudanmı, onlar elə bilirlər bu dövlətin qurulması yollarında ömrünün ən gözəl illərini vermiş biz “populistlər, kürsü qəhrəmanları, öz dilini bilməyənlər üçün cild-cild kitab yazan Don Kixotlar” ayaqlar altına atılmalıyıq və ya dövlətı bizdən qorumaq lazımdır. Oturduqları yerə layiq olmayan bu fürsətgirlər doğrudanmı belə hesab edirlər ki, məni təhqir etdirməklə millətin gözündən salacaq, dövlətimə məhəbbətimi sarsıdacaq, susduracaq və ya qələmimi əlimdən alacaqlar? Bəlkə bu yollarla öz vecsiz vücudlarını qiymətə mindirmək istəyirlər?

    Bu məxluqlar cahilcəsinə özlərini iqtidarın qapı köpəkləri kimi aparırlar. Zərrə qədər məsuliyyəti olan məmur əsassız və şit mədhiyyələrlə, yalan təriflərlə ölkə böyüklərinin başının altına yastıq qoymaz. Əsil düşmənçilik mövcud xəstəliyi aşkar edib sağaltmaq əvəzinə, onu gizlədib, xroniki vəziyyətə gətirib, ölkə üçün təhlükə yaradanlardır. Bu məsələlərə münasibətdə mənim mövqeyim dəyişilməzdir. Hələ 1995- ci ildə prezidentin mətbuat xidmətinin “xidməti” haqda yazdığım və çap etdirdiyim bir məqalədə saray məddahlığının və onları himayə edənlərin ölkəyə nə boyda bir ziyan vurduğunu aydın göstərmişdim: “Məmurluğun dəmir-beton qılafı bu fikirlərin ürəyə sızmasına imkan vermir. Onlar bu cür düşüncəni Heydər Əliyevə sədaqət hesab edirlərsə və belə güman edirlərsə ki, belə “sədaqət”, “dostluq” ona çox lazımdır və bunun səmimiliyinə, xeyrinə inanır, səhv edirlər. Respublikanın bütün tanınmış siyasi qrup, təşkilat və partiya liderlərini, “Azərbaycan” qəzetindən başqa az qala bütün kütləvi informasiya vasitələrini prezidentin düşməni və 13-17 mart dövlət çevirilişi cəhdinin iştirakçısı saymaq, əslində, preidenti təkləmək, onun ayağını yerdən üzmək cəhdidir, xalq və dövlət qarşısında məsuliyyətsizlikdir!”

    Bu fikirləri elə bil bu gün üçün yazmışam. Bu gün də Tarif Şurasının qərarını və buna bənzər düşünülməmiş, səmərəsiz addımları islahat kimi qələmə vermək, xalqın yoxsulluq həddini gizlətmək, ölkədəki problemləri görməzdən gəlmək dövlətə və prezidentə xidmət deyil, dövləti uçuruma sürükləməkdir.

    O vaxt Heydər Əliyev mənim məqaləmi oxuyandan sonra öz mətbuat xidməti işçilərinə “vəziyyəti belə təhlil edərlər!” deyə bir dərs vermişdi. İnanıram ki, prezident İlham Əliyev də məsələlərə belə ayıq yanaşaraq, yaxasını və yaxamızı bu yalançı mədhiyyəçilər sürüsündən və ağzını açıb sözün düzünü deyən hər kəsi dövlətin düşməni kimi qələmə verib milli birliyin, normal vətəndaş münasibətlərinin güclənməsinə imkan verməyənlərdən xilas edəcək.

    Əlinə qələm götürüb yazı yazan, özünü jurnalist sayan hər kəs özündən böyüklərə, bütün ömrünü sözə, jurnalistikaya vermiş adama sayqıyla yanaşmırsa, deməli, onun ya əxlaqı, ya vicdanı yoxdur! Gec-tez millət belələrinin üzünə tüpürəcək! Çünki millət bunlardan fərqli olaraq, düz sözün qədrini bilir.

    Bunlar belə təhqirlərlə məni sındırıb səsimi kəsə bilməzlər. Çünki mənim səsim və sözüm onlarin və onların maliyə “boss”larının iradəsinə bağlı deyil. Və o səs bu ölkənin sərhədlərini çoxdan adlayıb.

    Fikir orientasiyasını, yəni istiqamətini səhv salmaq da cinsi təyinatını səhv salmaq qədər böyük faciədir. Şextmanların, Lyaşkoların və onların gənc Azərbaycan davamçılarının timsalında bu faciələr birləşir.

    Ramal Hüseynov
    İnterpress.az

  • Sabir Rüstəmxanlı: “Biz İranın havası ilə oynamalı deyilik”

    İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri gözlənilir. Ötən həftə İsrailin baş naziri Benjamin Netanyahunun Bakıya gəlişindən sonra bu səfərin tezləşdiriləcəyi barədə məlumatlar yayılmaqdadır. Çünki İran tərəfi Netanyahunun Bakıya səfərinə absurd iddialarla etiraz bildirir.
    Baş nazirin gəlişindən əvvəl və sonra da İranın bir sıra siyasiləri və din xadimləri Azərbaycan əleyhinə etiraz notalar, açıqlamalar verməkdədir. Məsələn, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin sözlərinə görə guya Netanyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir. İranın bir sıra din xadimləri və rəsmiləri isə Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər.
    Ümumiyyətlə, İranın Azərbaycanın daxili siyasətinə müdaxilə etməsi ilk dəfə deyil. Bu cür proses Bakıda “Evrovizion” yarışması ərəfəsində də yaşanmışdı. İran həmin yarışmanın Azərbaycanda keçirilməməsi ilə bağlı etiraz notalar verirdi.
    O zaman Azərbaycanın bir sıra güneyçi və milliyyətçiləri bu məsələyə biganə qalmayaraq İran səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdilər. Lakin nədənsə bu dəfəki olayda susqunluq müşahidə olunmaqdadır. Millətçilər bu dəfə İran səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi düşünürmü?
     
    DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı qeyd etdi ki, hazırda ölkədə deyil, lakin geri qayıdan kimi bu məsələ müzakirə ediləcək: “Biz İranın havası ilə oynamalı deyilik. İran 20-30 ildir ki, Azərbaycana düşmənçilik edir. Torpaqlarımızı işğal edən yad bir ölkə ilə yardım edir, onu qoruyur, onu qoltuğunun altında saxlayır . Və hər cür yardım edir. İran olmasa Ermənistan ayaq üstə dura bilməzdi. Qarabağı da bir yerdə çapıb-talayırlar. Ona görə də İranın heç bir mənəvi haqqı yoxdur. 35 milyon soydaşımızı əzə-əzə, milli fəallarımızı zindanlarda çürüdərək hələ bizə buynuz, yol göstərməyə haqqı yoxdur.
    Güney Azərbaycan Konqresi etirazlarla bağlı həmişə fəal olub. Bu günlərdə isə mən ölkədən kənardayam. İsveçdə “21 Azər”lə bağlı görüşələr keçiririk. Buradakı Avropadakı Güney Azərbaycan siyasi partiyalarının görüşlərini keçirik. Bu məsələlər ilə bağlı müzakirlərimiz olub. Ölkəyə gedir döndükdən sonra isə bu məsələni müzakirə edəcəyik”.
    Xalidə Gəray
    Musavat.com
  • Gürcüstandakı seçkilər və Azərbaycan hakimiyyəti

    Samir Əsədli

    Gürcüstanda keçirilmiş parlament seçkilərinin ikinci turunda mübarizə aparan şanslı soydaşımızın gözlənilməz məğlubiyyəti səsvermənin nəticələrini şübhə altına aldı. Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonundakı birmandatlı seçki dairəsində keçirilən təkrar seçkidə soydaşımız, müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin deputat seçilməsi proqnozlaşdırılsa da, nəticələr hakim Gürcü Arzusu Partiyasından irəli sürülmüş namizəd Tamaz Naverianin “xeyrinə” oldu.

    Əhməd İmamquliyev seçkilərin birinci turunda təqribən 48 faiz səs toplasa da, ona ikinci turda cəmi 27 faiz səs yazdılar. Baş verənlər yalnız bir dairənin nəticəsi olsa da, bu həm Gürcüstanda yaşayan soydaşlarımız, həm də bizlər üçün mühüm bir proses idi. Gürcüstanda yaşayan azərbaycanlıların liderlərindən olan Əhməd İmamquliyevin və Samirə İsmayılovanınseçki mübarizəsini hamımız həyəcanla izləyirdik. Bu olay həm də bir çox nəticələr baxımından önəmli oldu.

    Nəticə 1. Borçalıdakı soydaşlarımızın həyatında yeni mərhələ

    Hər şeydən öncə qeyd edim ki, Gürcüstanda keçirilmiş bu parlament seçkiləri orada yaşayan soydaşlarımızın təşkilatlanmasında əhəmiyyətli keyfiyyət dəyişikliyi olduğunu göstərdi. Əhməd İmamquliyevə gəldikdə isə onun ikinci turda deputat seçiləcəyi şübhə doğurmurdu. Çünki soydaşımız birinci turda 48 faiz səs qazanmışdı.

    Azərbaycanda soydaşımızın fəaliyyətini izləyənlər Əhməd İmamquliyevi və Samirə İsmayılovanı bir daha kəşf etdilər. Bu parlaq siyasətçilərin qələbəsi oğurlansa da, onlar möhtəşəm seçki kampaniyası aparmağı və inzibati resurslardan istifadə imkanı olan hakim komandanın namizədlərinə üstün gəlməyi bacardıqlarını göstərdilər.

    Əhməd İmamquliyevin və Samirə İsmayılovanın seçki prosesi soydaşlarımızın Gürcüstandakı siyasi proseslərdə fəallığının, siyasi ayıqlığının göstəricisidir. İnanırıq ki, Əhməd İmamquliyev və Samirə İsmayılova kimi demokratik dəyərlərə sadiq peşəkar və nüfuzlu siyasətçilərin yetişməsi soydaşlarımız arasında bir stimul rolunu oynayacaq və onlar Gürcüstan siyasi mühitində bundan sonra daha fəal iştirak edərək, öz mövqelərini gücləndirməyi bacaracaqlar.

    Nəticə 2. Gürcüstan da demokratiya relsindən çıxır
    samir%c9%99Əhməd bəyin ikinci turda cəmi iyirmi beş faiz səs yığdığı haqda rəsmi açıqlamanı qəbul etmək qətiyyən mümkün deyil. Seçkiləri və seçki texnologiyasını yaxından bilən şəxs kimi deyirəm ki, namizədin bir həftə ərzində seçicilərinin tam yarısının səsini itirməsi real deyil. Üstəlik bunun üçün heç bir ciddi hadisə baş verməyib. Əksinə, birinci tur seçkilərində Əhməd İmamquliyev yüksək səs topladı və onun tərəfdarları onu aktiv şəkildə müdafiə etdilər.
    Ən çox səs toplayan namizədin ikinci turda birdən birə 21 faiz səs itirməsi seçkilərin nəticələrindən şübhələnməyə ciddi əsaslar verir. Əhməd İmamqulievin qələbəsi oğurlandı, birinci turda rəqibini qabaqlayan soydaşımızın ikinci turda bu cür uduzdurulması, əlbəttə, Gürcüstanda seçki saxtakarlığının bariz nümunəsidir.
    Karusel əməliyyatı, qutuya topa bülletenlərin atılması, işıqların söndürülməsi, müşahidəçilərin və müxalifətdən olan komissiya üzvlərinin məntəqədən qovulması ilə Marneuldakı seçki Azərbaycandakı bəzi dairələri xatırladırdı. Yəqin ki, hüquq müstəvisində bu məsələlər araşdırılacaq. Amma Qafqazda “demokratiya adası” olan Gürcüstanın bu halı təəssüf doğurur.
    Nəticə 3. Azərbaycan hökuməti soydaşlarımıza sahib çıxmır
    Bu prosesdə təəssüf doğuran digər bir məqam rəsmi Bakının mövqeyi oldu. Seçki ərəfəsində Bakıdan ramiz-h%c9%99s%c9%99nov-tamazmüəyyən “emissarlar” Gürcüstanda olublar, çox məmnun əhvalda soydaşımızın rəqibi ilə kameralara pozalar veriblər. Onların niyə bu addımı atdıqlarına özləri daha dəqiq aydınlıq gətirə bilərlər. Lakin istənilən halda belə hərəkətlər ciddi təəssüf doğurur.
    Azərbaycan səfirliyinin və SOCAR-ın işçiləri prosesə cəlb edildi, səfir Azər Hüseyn və əslən gürcüstanlı olan məmur Ramiz Həsənov Marnueliyə göndərildi və nə qədər gülməli olsa da, məqsəd soydaşımıza dəstək yox, azərbaycanlı Əhməd İmamquliyevi bazarkom Tamaz Naverianiyə uduzdurmaq idi. Heç olmasa, dönüb ermənilərin yaşadığı Cavaxetiyaya baxın, Saakaşvilinin partiyasından erməni qalib gəldi, İvanişvili hakimiyyəti də müdaxilə edə bilmədi.
    Yekun
    Hər şeyə rəğmən Əhməd İmamquliyev əslində qalibdir və bundan sonra seçki saxtakarlığına qarşı aparacağı mübarizə onun ictimai-siyasi nüfuzunun daha da güclənməsinə şərait yaradacaq. Əminik ki, soydaşlarımız da belə bir siyasi xadimi sona qədər dəstəkləyəcəklər.
  • Sabir Rüstəmxanlı: ‘Həmin gün parlament əhatəyə alınmışdı…’

    Səs verildi. Bir anlıq sükut çökdü. Sonra ağlayan kim, qucaqlaşan kim. Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib… Hamı qışqırırdı: “Qəbul edildi!”. Uşaq kimi atılıb-düşürdük. Salon dağılırdı. Biri ağlayırdı, biri gülürdü… Belə qeyri-adi bir əhval-ruhiyyə vardı”.

    Keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı25 il əvvəl – oktyabrın 18-də Milli Məclisdə Müstəqillik Aktının qəbul olunduğu günü belə xatırlayır.

    “Birdən salona Azərbaycanın üçrəngli bayrağı gətirildi. Sonradan bildik ki, bunu hökumətin öz adamları təşkil edib, DTK əməkdaşıdır bayrağı gətirən də…”

    – Müstəqilliyə gedən yol hardan başladı?

    – “18 oktyabr”a gedən yol Mixail Qorbaçovun hakimiyyətə gəlişindən, “yenidənqurma və aşkarlıq” adlandırılan dövrdən başlandı. Ondan sonra bütün SSRİ-də mərkəzdənqaçma hərəkatı gücləndi, milli hərəkatlar yarandı. Azərbaycanda buna təkan verən Dağlıq Qarabağda baş verənlər, ermənilərin torpaq iddiaları oldu. Nəhayət, 1988-ci ilin payızında Bakıda 18 günlük aramsız mitinq keçirildi. İndi çoxları deyir ki, onsuz da SSRİ dağılacaq, Azərbaycan da başqaları kimi ayrılacaqdı. Əslində, SSRİ-nin dağılması elə Azərbaycandakı meydan hərəkatından sonra başlandı. Moskva Azərbaycanın qopmaq istəməməsi üçün təzyiqi artırırdı. Buna görə də 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Bəhanə də bu oldu ki, Xalq Cəbhəsi SSRİ sərhədlərini dağıtmaq istəyir, silahlanır… Bundan sonra fövqəladə vəziyyət elan edildi – yanvardan 1991-ci ilin avqustunadək – 18 ay davam etdi.

    Buna da bax: “Müstəqilliyin cəfasını biz, səfasını onlar çəkdi”

    – Yəni “QKÇP” hadisələrinə qədər?

    – 1991-ci ilin avqustunda “QKÇP” deyilən qurum Qorbaçovu bir neçə günlüyə hakimiyyətdən uzaqlaşdırdı. Bizim respublikanın hakimiyyət orqanları “QKÇP”ni dəstəkləyən bəyanatla çıxış etdi. Amma biz Xalq Cəbhəsi olaraq, bunun dövlət çevrilişi olduğunu bildirdik. Bundan sonra bizim qərargaha polis hücumu oldu. İdarə Heyətinin iclası keçirilirdi. Binaya qaz buraxdılar. Hamını ordan çıxardılar. Bircə rəhmətlik Elçibəylə məni ölümümüzə döydülər. Sonra hər ikimizin başına 7 tikiş qoydular. Həkim dedi ki, zərbə bir az o yan bu yana dəysəydi, ölə bilərdiniz. Bu tapşırıq da Azərbaycan rəhbərliyindən gəlmişdi birbaşa. Əbülfəz Elçibəyi dostları maşına qoyub qaçırsalar da, məni qan içində ovaxtkı Oktyabr rayon milis idarəsinə apardılar. Sonra deputat olduğumu bilib buraxdılar, amma mən qaldım, 50 nəfərədək cəbhəçi uşaqları döymüşdülər, paltarları cırılmışdı, qan içindəydilər. Mənlə İsa Qəmbər səhərədək – uşaqların hamısı buraxılanadək orda oturduq. Ertəsi gün Elçibəyin ismarışı əsasında Azadlıq Meydanında mitinq keçirdik. Meydanın ətrafı hərbi maşınlarla əhatə edilmişdi, İsa Qəmbərlə mən onları aşıb meydana girdik. Beləliklə, neçə aydan sonra Azadlıq Meydanında ilk mitinq keçirildi. Bundan sonra məcbur qalıb fövqəladə vəziyyəti də ləğv etdilər. Qorbaçovun qayıtmasından sonra respublika rəhbərliyi ilə Moskva hakimiyyətinin münasibətləri pozulmuşdu. Bunun da təsiri altında avqustun 30-da Müstəqillik Bəyannaməsi qəbul edildi.

    – Münasibətlər niyə pozulmuşdu? Respublika rəhbərliyi “QKÇP”ni dəstəklədiyinə görə? Axı həmin günlərdə rəsmi mətbuatda İranda olan Ayaz Mütəllibovun adından dəstək məktubu çap edilmişdi…

    – Özünün razılığı olmuşdu, ya yox, – bilmirəm. Məlum oldu ki, AXC “QKÇP”ni dəstəkləmir, respublika rəhbərliyi isə dəstəkləyir. Sentyabrın 1-də Moskvada SSRİ Ali Sovetinin sessiyası çağrıldı. Təklif olundu ki, oraya respublikaların bir neçə deputatı da qatılsın. Başım sarıqlı olsa da, mən də getdim. O sarğını uzun saçlarımın altında gizlətdilər. Tofiq Qasımov, Araz Əlizadə, mən, bəlkə başqaları da vardı… Orda bizə bəlli oldu ki, bu artıq SSRİ-nin sonudur. Bəzi respublikalar müstəqillik bəyannaməsini qəbul etmişdilər. Ordan yüngülləşmiş qayıtdıq. Bundan sonra müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktını hazırlamağa başladıq. Bu, xeyli vaxt apardı. Nəhayət, 1991-ci ilin 18 oktyabrında o sənəd qəbul edildi.

    Buna da bax: Heydər Əliyev «QKÇP» haqqında

    – Amma o hadisədən cəmi bir neçə ay öncə Azərbaycanda Sovet İttifaqının saxlanılmasına səs verilmişdi…

    – Martın 17-də referendum keçirildi və Azərbaycan hakimiyyəti bütün respublikanı SSRİ-nin tərkibində qalmağa səs verməyə məcbur etdi. Referendum məsələsi müzakirəyə çıxarılanda cəmi 42 nəfər buna etiraz etdi. Bunun 25 nəfəri mənim həmsədr olduğum “Müstəqil Azərbaycan” deputat blokunun üzvü idi, 17 nəfər bizə kənardan qoşulmuşdu. Yerdə qalanı SSRİ-nin qalmasına səs verdi. Bu gün həmin şəxslər vəzifədədirlər və yekə-yekə müstəqillikdən danışırlar. Amma qısa müddətdə vəziyyət dəyişdi, 18 oktyabrda Müstəqillik Aktı səsə qoyulanda, referenduma “hə” deyənlər məcbur qalıb lehinə səs verdilər.

    – Nə baş verdi ki?

    – Həmin gün parlament əhatəyə alınmışdı. Etirazçıların bir hissəsi içəridə arxa cərgədə oturmuşdu. Bəyan olunmuşdu ki, bu gün Müstəqillik Aktı qəbul edilməlidir, əks halda burdan heç kim çölə çıxmayacaq. Bir az da təzyiq vardı, bəli. Başqa yol qalmamışdı, çünki. Səsə qoyuldu və 260 nəfər lehinə səs verdi.

    Buna da bax: “O millət yaxşı yaşayır ki, hökuməti özbaşına buraxmır”

    – Müstəqillik Aktı qəbul edildi… O an nə düşündüyünüzü, nə hiss etdiyinizi necə xatırlayırsınız?

    – Səs verildi… Bir anlıq sükut yarandı. Sonra ağlayan kim, qucaqlaşan kim. Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib… Hamı qışqırırdı: “Qəbul edildi!”. Uşaq kimi atılıb-düşürdük. Salon dağılırdı. Biri ağlayır, biri gülürdü… Belə qeyri-adi bir əhval-ruhiyyə vardı.

    – Bəs siz?

    – Mən ağlayırdım. Firudin Ağasıoğlu ilə yanaşı oturmuşduq. Bir-birimizə baxıb ağladıq, sonra qucaqlaşdıq…

    – Və bu arada iclas keçirilən zala bayraq gəldi…

    – Bayraq gələndə düşündüm ki, gözün aydın, Vətən, gözün aydın, Azərbaycan! Biz indi rahatca ölə bilərik, mənim davam bura qədərdi. Daha arxayınlaşa bilərik. Belə düşünürdük o vaxt. Sonra yazmışdım ki, qalx, bayraq gəlir! Üçrəngli, ay-ulduzlu bayraq gəlir, qalx, yoldaş kommunist, dünən bunu tanımayan, həqarət edən, o bayrağı cıran, ayaq altına atan, qalx! Qəzəbdən əssən də, ürəyin partlasa da qalx… Həmin gün ömrümün ən xoşbəxt günü idi.

    Buna da bax: Tarixin böyük anları…

    – Amma problemlər silsiləsi də başlanırdı. Torpaqların işğalı, dövlət çevrilişləri, itkilər, yarımçıq qalan islahatlar…

    – Hə, amma müstəqilliyimizi qazandıq. Bu, hər şeydən qiymətlidir. Müstəqilliyimiz varsa, bu sadalanan problemlər bir gün həllini tapacaq.

    – Sabir bəy, o zaman çıxışlarınızın birində demişdiniz ki, neftdən gələn gəlirlə Azərbaycanın torpaqlarını bir neçə millimetr qızıla bürümək olar…

    – Bunu demişdim, amma xarici mətbu orqana istinadla.

    – Amma torpaqlar qızıla bürünmədi. Artıq postneft dövrü başlanıb…

    – Bəlkə də bu eniş yaşanmalıydı ki, başqa bir yüksəliş başlasın…

    Azadlıq Radiosu

  • Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd edilib – REPORTAJ, FOTOLAR, VİDEO

    Mayın 25-də xalq şairi, sabiq deputat, VHP-nin sədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olundu. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirildi. 

    Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, xarici qonaqlar, eləcə də media nümayəndələri iştirak etdilər.
    Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, Elmira Axundova, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin İsa Qəmbər, tarixçi alim Cəmil Həsənli və digərləri qonaqlar arasında idi.
    Sabir Rüstəmxanlının yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşandı. Gələnlər uzun müddət teatrın qapısı önündə gözləməli oldular.
    Açılış nitqi ilə çıxış edən şair İlqar Fəhmi Akademik Milli Dram Teatrının qapısı önündə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi.
    Tədbir öncəsi musavat.com-a danışan baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırdı: “Sabir Rüstəmxanlı həm poeziya, həm də nəsr sahəsində yazdığı əsərlərlə bugünkü ədəbiyyatımızın ən gözəl nümunələrini yaradıb”.
    Səhnədə çıxış edənlər də Sabir Rüstəmxanlının fəaliyyətindən, yaradıcılığından və şəxsi keyfiyyətlərindən bəhs etdilər. İstanbul metropol bələdiyyəsinin koordinatoru, tanınmış şair-yazar Özcan Ünlü yubilyarın yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirdi.
    Daha sonra şairin əsərlərindən parçalar oxundu, şeirlər səsləndirildi. Xalq şairinin kürəkən müğənni Elçin Cəfərov da qayınatasının yubileyində onu oxuduğu mahnıları ilə təbrik etdi. Xalq artisti Nurəddin Mehdixanlı və bir neçə gənc aktyor şairin əsərlərindən parçalar səsləndirdilər.
    Musavat.com-a danışan tarixçi alim Cəmil Həsənli Sabir Rüstəmxanlını həm ədəbi fikrin, həm də siyasi mühitin öndə gedən nümayəndələrindən biri adlandırdı: “Mən onu gənclik illərindən tanıyıram. O zaman gənc şairlər gəlib tələbə yataqxanalarında, müxtəlif auditoriyalarda öz şeirlərini oxuyurdular. Hamısı da vətənpərvər şeirlər idi. Yadıma gəlir ki, Sabirin “Gəncə qapısı” kitabı çıxanda necə sevgi ilə qarşılandı. Hər yerdə onun müzakirələri gedirdi. Sabirin Azərbaycan ədəbiyyatında, siyasətində, ictimai fikrində yeri əvəzsizdir. Onun ən gözəl əsərlərindən biri də “Ömür kitabı”dır. Bu kitab sanki Azərbaycan ədəbi sözünün millətə xidmət nümunəsidir. Təsadüfi deyildi ki, bu kitab milyon tirajla çap olunmuşdu və böyük maraq doğurmuşdu. Əslində Sabir Rüstəmxanlı özü də elə bu ömür kitabından keçmişdi. Sabirin həm şeirləri, poeziyası, publisistikası, nəsr əsərləri həm ictimai fikir, həm də ədəbiyyat üçün çox önəmli əsərlərdir”.
     
    Deputat Qüdrət Həsənquliyev isə yubilyarı Milli Azadlıq Hərəkatı dövründən tanıyıb: “Sabir bəyi mən tələbəlik illərindən sevmişəm. Onun kitablarını sevə-sevə oxumuşam. Sabir bəy Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub. Azərbaycanda milli ruhun oyanışında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. O, bu millətin qənimət insanlarından biridir. Mən ona can sağlığı və uğurlar arzulayıram. Allah ona ömür versin və bizlərə də ömür versin ki, onun yüzilliyini qeyd edək”.
    Deputat Qənirə Paşayeva yubilyarı Azərbaycanın dəyərli aydınlarından biri adlandırdı: “Sabir Rüstəmxanlı bizim ədəbiyyatımızda, poeziyamızda öz yeri olan böyük şairlərimizdən olmaqla bərabər çox dəyərli ziyalılarımızdan biridir. Azərbaycanın müstəqillik hərəkatının fəallarından biri olub. Onun ictimai, siyasi fəaliyyətinin önəmini sözlə ifadə etmək mümkün deyil. O, türk millətinin birliyi, Azərbaycanın demokratik bir respublikaya çevrilməsi üçün gözəl işlər görən aydınlarımızdandır. Allah Sabir bəyə uzun ömür, can sağlığı versin, bundan sonra da fəaliyyətinə davam etsin”.
    Deputat Fazil Mustafa Sabir Rüstəmxanlını Azərbaycanın ən böyük ziyalılarından biri adlandırdı: “Sabir bəy, XXI əsrdə Azərbaycan davasını gündəmə gətirən, xüsusən də Güney Azərbaycan problemini aktuallaşdıran, bu hərəkatın öncüllüyünü öz üzərinə götürən liderlərdən biridir və çox böyük işlər görüb. Sabir bəyin fəaliyyət sferası o qədər genişdir ki, hərdən fikirləşirsən ki, bir insan bu qədər yükü çiyinlərinə necə götürə bilər? Bu da bir ziyalı məsuliyyəti və vicdanı ilə bağlı məsələdir. Sabir bəy məsuliyyətin bilincində olan bir şəxsiyyətdir. Həm gözəl şair, həm siyasi xadim olasan, uzun illər parlamentdə təmsil olunasan, həm Dünya Azərbaycanlılar Konqresinin işini öz üzərinə götürüb aparasan, bu nadir bir istedad sahibinin qabiliyyətidir. O, Azərbaycan xalqının gəlmiş-getmiş ən ciddi ziyalıları içindədir və adı həmişə fəxrlə xatırlanacaq”.
    Vətənpərvərlik, türkçülük haqqında mahnılarının mahir ifaçısı, müğənni Əhməd Şəfəq Sabir Rüstəmxanlını tanımaqdan qürur duyduğunu bildirdi: “Sabir Rüstəmxanlı ilə 2004-cü ildə Azərbaycana konsert verməyə gəlməzdən öncə tanış oldum. Təbii ki, onu şeirləri ilə tanıdım, sevdim. Sonradan o şeirlərin sahibinin böyük bir ədəbiyyatçı, gözəl bir insan olduğunu gördüm. Onun türk tarixinə bu qədər vaqif olması məni ayrıca təəccübləndirdi. Sabir bəy eyni zamanda bir türkçü və ədəbiyyat filosofudur. Onlar mənim ailə dostumdur və çox xoşbəxtəm ki, belə bir ailə ilə tanış oldum. Sabir bəyin bu gün 70 yaşı olsa da, o, yazdığı hər əsərlə əslində, bir qədər də gəncləşir. Allah ona uzun ömür nəsib etsin ki, o da ədəbiyyatımıza gözəl əsərlər verməkdə davam etsin”.
    Tədbirin sonunda söz yubilyara verildi. Alqışlar altında səhnəyə çıxan Sabir Rüstəmxanlı onun yubiley tədbirində iştirak edənlərə və tədbiri təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
    Həmçinin zalda yer olmadığı üçün qapıdan dönən qonaqlarına da üzrxahlıq etdi: “Mən  çox təəssüfləndim ki, dəyərli dostlarımın bir hissəsi yer olmadığı üçün qapıdan qayıdıblar. Yəqin ki, mədəniyyət nazirimiz qonaqların bu qədər çox olduğunu bilsəydi, bizə Heydər Əliyev adına Sarayı açardı. Ümumiyyətlə, zalları, salonları şairlərin, yazıçıların üzünə açmaq lazımdır”.
    S.Rüstəmxanlı bu mərtəbəyə gəlib çıxmaqda gənclik illərində ona kömək edən xeyirxahlarından danışdı. Həyat yoluna nəzərə salaraq keçdiyi çətinliklərdən bəhs etdi, qazandığı uğurları isə bu xalqın sevgisinə borclu olduğunu dedi.
    Xalq şairi yazdığı hər kiçik bir misranın ona doğma olduğunu və səhnədə səsləndirilən şeirlərini həvəslə dinlədiyini ifadə etdi: “Bir dəfə dostlarımdan biri mənim kitabımı istədi və dedi ki, kitabı mənə verəndə içində ən sevdiyin şeirlərini işarələ ki, onları oxuyum. Mən də kitabı vərəqlədikcə, xoşuma gələn şeirləri işarələməyə başladım. Axırda bir də gördüm ki, kitabda nə qədər şeir varsa, hamısını işarələmişəm. Mənə elə gəlir ki, biz hər birimiz bu millətin dərdi, sevgisi ilə yaşayırıq. Mənim xoşbəxtliyim ondadır ki, mən heç vaxt bu millətə sayğımı, sevgimi itirmədim. Ən ağır gündə belə, bu millətin gücünə güvəndim”.
    Çıxışda tədbirlə bağlı təəssüratlarını  bizimlə bölüşən yubilyar ən böyük diqqətlərdən birini də “Yeni Müsavat” qəzetindən gördüyünü etiraf etdi və təşəkkürünü bildirdi: “Yubiley ərəfəsində mənim haqqımda ən gözəl yazılardan birini də siz hazırladınız. Sizə və iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Çox təəssüf edirəm ki, bəzi qonaqlarım ayaq üstə qaldı, bəziləri içəri keçə bilmədi. Onlar bizi üzrlü saysınlar. Bu, məni həm sevindirdi, həm də təəssüfləndim. Türkiyədən, Qazaxıstandan, Rusiyadan, Tatarıstandan, Udmurtiyadan çoxlu dostlarım gəlib. İllər uzunu mənimlə çiyin-çiyinə gələn qələm dostlarım gəlib, insanın bundan böyük qazancı ola bilməz”.
    Nərgiz LİFTİYEVA,
    Musavat.com,
    Fotolar Məğrur Mərdindir.
    img2093027 1a7ecb5d3639 11e985537fe8 41a3bc0dfbe5 57d1d119732e 612a8f19d315 724be4ee619d 67052d792e1d a4ca18d8de75 a735bcc93040 aa7d5751d71f bb68a29e2596 cec3e0600eb8 f19eb93e0a17 f3704ca8cddc
  • Rafiq Manaflı sərbəst burxılıb

    Bugün Xocalı faciəsi qurbanlarının anım yürüşündə iştirakdan sonra partiyada VHP Bakı və Abşeron rayon təşkilatları sədrləri ilə keçirilən görüş əsnasında Ali Məclisin sədri Rafiq Manaflıya DİN-in Baş Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən zəng gəldi və onu idarəyə dəvət etdilər. İclas bitdikdən sonra Rafiq Manafli çağrışa əsasən saat 17:00-da adı çəkilən idarəyə getdi. Son məlumatımıza əsasən, Manaflı sərbəst buraxılıb.
    Onu da qeyd edək ki, Rafiq bəy həm də Milli Şuranın koordinasiya mərkəzinin üzvüdür.

  • Bəşər Əsədi legitim prezident saymaq özü siyasi lətifə sayıla bilər

    samirasadli“Rusiya yenə də imperalist düşüncə ilə idarə olunur və 1992-ci ildə Xocalı qətliamında iştirak edən 366-cı alaya əmr verənlər yenə bu dövlətin siyasətində yer tuturlar”.

     

    Türkiyənin Rusiya təyyarəsini vurması nəticəsində Rusiya-Türkiyə münasibətlərindəki yaranan gərginlik artmaqda davam edir. Artıq bu iki dövlətin mümkün müharibə ehtimalı barədə də danışılır. Bütün bu proseslərin fonunda isə həm Suriya ətrafında hadisələr kritik hal almağa başlayıb, həm də Rusiyyanın aqressiv siyasəti bir az da kəskinləşib. Regiondakı son geopolitik durum və bu şəraitdə Azərbaycanın mövqeyi ilə bağlı cumhuriyyet.az-ın əməkdaşı Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədliyə suallarla müraciət edib. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

    – Rusiya ilə Türkiyə münasibətlərindəki gərginliyin artdığı şəraitdə Azərbaycan tərəf tutmaq məcburiyyətində qala bilərmi?

    – Azərbaycan tərəf tutmaq məcburiyyətində qalmamalıdır. Çünki Azərbaycan 2010-cu ildən Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb. Bu müqaviləyə görə, tərəflərdən biri ehtiyac lazım olarsa, digərinə müraciət edə bilər, digər tərəf isə ona yardım göstərməlidir. Azərbaycan-Türkiyə münasibətləri müttəfiq münasibətləridir. Bu baxımdan Azərbaycanın kimi seçəcəyi sual olunmamalıdır, bu tam açıq bir məsələdir.

    – Amma Azərbaybaycan dövlətinin Suriya hadisələrinə rəsmi mövqeyi Rusiyanın siyasətinə daha yaxındır. Bu günlərdə Xarici İşlər Nazirliyi rəsmisinin açıqlaması da bunu bir daha təsdiqlədi.

    – Əvvəla onu diqqətə alaq ki, qeyd etdiyiniz açıqlama Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Demokratik və bəşəri dəyərləri əsas tutan hər kəs, hər bir təşkilat Əsəd rejiminə qarşıdır. Artıq 5 ildir ki, Suriya xalqının rəsmən qətliamı prosesi həyata keçirilir, bu savaş Suriya xalqının Əsəd rejiminə qarşı çıxışı ilə başlayıb və bu hakimiyyət mübarizəsində ölkənin yüzminlərlə insanı öldürülüb, milyonlarla suriyalı qaçqın düşüb. Bu gün Suriyada bir neçə hərbi-siyasi qüvvənin hökmranlığı var və Bəşər Əsəd bu qüvvələr arasında ortabab gücdə olan bir şəxsdir. Artıq onu legitim prezident saymaq özü siyasi lətifə sayıla bilər. Əslində Azərbaycanın Suriya məsələsindəki mövqeyi bu ölkədəki proseslərə heç bir təsir gücünə malik deyil. Amma bununla belə, Suriya ətrafında cərəyan edənlər yeni dünya düzəninin formalaşmasına aparan yolun mühüm bir parçasıdır və həm Türkiyənin, həm də Azərbaycanın bu prosesdən uduşla çıxması hər birimizin istəyidir.

     – Bütün bunların fonunda Azərbayacana və Türkiyəyə qarşı gizli qüvvələrin hərəkətə keçdiyi də ortadadır. Ankaradakı məlum terror olayının təsirindən ayrılmamış, Rusiyanın Ermənistana silah satması faktı ilə üz-üzə qaldıq.

    – Bu, doğurdan da belədir. Türk Dünyasının iki dövləti açıq və gizli təhdidlərlə üz-üzədir. Baxın, bu gün Türkiyə ABŞ və Avropanın əsas rəqibi olan Rusiya ilə üz-üzədir. Qərbin Gürcüstan və Ukrayna olaylarında göstərmədiyi cəsarəti bu gün Rusiyaya qarşı Türkiyə nümayiş etdirir, amma həlledici an gələndə PKK nəinki terror təşkilatı kimi tanınmır, əksinə, hələ imkan düşdükcə müdafiə olunur. Eyni durum Azərbaycanla da bağlı yaşanır. Azərbaycanın rəsmi dövlət siyasətində Rusiya və İranın maraqlarına toxunan bir addım belə atılmayıb. Rəsmi Bakı doğru və ya yanlış hər addımında şimal və cənub qonşularının maraqlarını nəzərə alıb. Əvəzində qarşılaşdığımız mənzərə nədir? İran Ermənistanın əsas iqtisadi dayaqlarından birinə çevrilib. Hətta Tehran rejimi Gürcüstanla qaz danışıqlarında boru xəttinin Ermənistan ərazisindən keçməsinə qədər düşmən ölkənin əlinə oynayır. Rusiya isə Ermənistanın rəsmi himayədarıdır. Son silah satışı Kremlin bütün iç üzünü ortaya qoydu. Minsk Qrupunun üzvü olan, münaqişənin həll edilməsinə məsul olunmuş dövlərlətlərdən biri tərəflərdən birini silahlandırırsa, bu o deməkdir ki, Rusiya yenə də imperalist düşüncə ilə idarə olunur və 1992-ci ildə Xocalı qətliamında iştirak edən 366-cı alaya əmr verənlər yenə bu dövlətin siyasətində yer tuturlar. Bütün bunlar isə bir daha onu təsdiqləyir ki, Azərbaycan və Türkiyə regionda bir-biri üçün yeganə səmimi müttəfiqdir.

    VHP Mətbuat Xidməti