“Ermənilərin dövlət sərhəddində son təxribatı bu ölkənin sülhdən kənar olmasının növbəti təsdiqidir”. Author: vhpadmin
-
Samir Əsədli: “Ermənilər təxribatların nəylə nəticələndiyini unudublar”
“Ermənilərin dövlət sərhəddində son təxribatı bu ölkənin sülhdən kənar olmasının növbəti təsdiqidir”. Bunu “Sherg.az”a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.Partiya rəsmisi vurğulayıb ki, ermənilər atəşkəs pozuntularının və təxribatların nəylə nəticələndiyini unudublar:“Əgər elədirsə, yenidən başlarında Dəmir Yumruq zərbəsi hiss edə bilərlər. Azərbaycan öz imzasına və bölgədə sabitliyə tam sadiqdir. Amma müharibə istəyənlər üçün də cavabımızı 44 günlük savaşda dünyaya göstərmişik. Bu olayda təəssüf doğuran digər bir məqam rus sülhməramlılarının mövqeyidir. Necə yəni erməni əsgərlər “içkili” olub?! İndi bu işğalçı, vandal ordunun nümayəndələri hər dəfə “içkili” olacaq və biz bunu səbrlə qarşılayacaq? Belə getməz. Azərbaycanın mövqeyi qətidir və biz öz ərazi bütövlüyümüzü, dövlət maraqlarımızı qəbul etdirmək gücündəyik. Belə təxribatlarla nəyəsə nail olunacağını düşünmək sərxoş təxəyyülün məhsuludur”. -
Siyasi partiyalar ABŞ prezidentinin mövqeyini pisləyib – REAL İNTERVYU
Birləşmiş Ştatlar Prezidenti Co Bayden “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlıda baş verənləri “soyqırımı” adlandırıb. Bu əlbəttə ki, uzun illər Birləşmiş Ştatlarda kök salan erməni lobbisinin təsirinin nəticəsidir. Hazırda Amerika administrasiyası və konqresində erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmi şəxs var. Məhz tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə olunması da bunun nəticəsində mümkün olub. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Ştatlar Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyini pisləyib və bunu bəşəriyyətin dayanıqlı, sülhpərvər inkişafına təhdid adlandırıb.
Qonağımız Bəyanatı imzalayan partiyalardan biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
-
VHP-dən Gürcüstana etiraz: “Dövlət maraqlarında heç kəsə güzəşt edilmir”
Azərbaycanın mehriban qonşuluq və bölgədə barış siyasəti bəzilərində yanlış xəyallar yaradır və məkrli niyyətləri üzə çıxarır. Növbəti belə bir zərbəni Gürcüstandan almışıq. Yaxın keçmişdə Keşikçidağ olayı, Borçalıda yaşayan soydaşlarımıza qarşı diskriminasiya siyasəti, işğalçı Ermənistana yanacaq dəhlizinin açılması kimi xoşagəlməz hallara qonşuluq münasibətləri pozulmasın deyə göz yummağa çalışılıb. Bu dəfə Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa düşmən ölkəyə dəstək ifadə ediblər. Bu bir qrup deputatın fərdi münasibəti deyil, Gürcüstanın rəsmi mövqeyidir. Bu olaydan bir müddət öncə Ermənistan prezidentinin Tiflisə səfəri zamanı fəxri qonaqlar kitabına “ürək” sözlərini yazıb və Ağrı dağının rəsmini cəkməsini Gürcüstan prezidentinin sosial şəbəkə hesablarında paylaşıması da bunun təsdiqir.
Vətəndaş Həmrəyliyi Partiyası baş verənlərə qəti olaraq etirazını bildirir və Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən Gürcüstan hökumətindən Azərbaycana bağlı siyasətində ciddi korrektələr etməyi tələb edir. Azərbaycan mehriban qonşuluq siyasətinə hər zaman sadiqdir, amma dövlət maraqlarımızın heç kəsə güzəştə gedilmədiyini də hər kəs bilməlidir. -
Samir Əsədli: “Paşinyan ağır məğlubiyyətdən yaxasını qırağa çəkməyə çalışır”
Baş nazir ictimai rəyi xeyrinə dəyişməyə çalışırErmənistan Təhlükəsizlik Şurası Qarabağda döyüşlərin dördüncü günü baş tutan görüş zamanı Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın nitqinin səs yazısından fraqmentləri yayımlayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat verib. Keçən həftə Qasparyanın hesabatının mətni qismən ictimaiyyətə açıqlanmışdı, lakin indi bu fraqment səs versiyasında təqdim olunub. Məruzəsində Qasparyan əməliyyat vəziyyətinin dəyişmədiyini, düşmənin irəliləmədiyini bildirib: “Hər halda qoşunlar vəzifələrini yerinə yetirirlər, səhərlər Cəbrayıl istiqamətində kiçik bir hücum təşkil edərək uğur qazanıblar”. Sonda Qasparyan ordunun tapşırıqları yerinə yetirməyə davam etdiyini və sona qədər yerinə yetirəcəyini deyib.Mövzuya münasibət bildirən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun 44 günlük Zəfər Savaşının nəticələri Ermənistan hökumətini çətin vəziyyətə salıb. S.Əsədli əlavə edib ki, bu əməli ilə Paşinyan məğlubiyyətdə günahkar olmaması barədə cəmiyyətdə rəy yaratmağa çalışdı:“Ermənistanın ağır iqtisadi-sosial durumu, müxalifətin fəallığı və belə bir vəziyyətdə parlament seçkilərinin yaxınlaşması Paşinyan komandasına ağır günlər yaşadır. Erməni baş nazir suda boğularkən saman çöpünə belə əl atan şəxsə bənzəyir.Bir zamanlar Şuşada kef məclisi quran, separatçı rejimin rəhbərinin inaqurasiyasına qatılan, “Qarabağ Ermənistandır” sərsəmləməsinə imza atan Paşinyan indi əməllərinin bədəlini ödəyir. Həmçinin o, ağır məğlubiyyətdən yaxasını qırağa çəkməyə çalışır.Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın səs yazısının yayılması da eyni siyasətə hesablanıb. Bununla Paşinyan məğlubiyyətdə günahkar olmaması və ordu rəhbərliyinin onu aldatması haqda cəmiyyətdə rəy yaratmağa çalışır”. -
VHP-nin MSK üzvlüyünə namizədi məlum olub
Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyasısının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli APA-ya bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər. Bu gün VHP-nın Siyasi Şurasının onlayn toplantısı keçiriləcək və sabah parlamentə VHP-nın namizədi təqdim olunacaq: “Yalnız Almas Əlisultan qızı Qəhramanlının VHP-nın MSK üzvlüyünə namizədliyi irəli sürülüb. Yəqin ki, Siyasi Şurada da onun namizədliyi təsdiqlənəcək və sabah partiyanın bu barədə məktubu Milli Məclisə təqdim olunacaq”.
Qeyd edək ki, VHP Milli Məclisdə 3 deputat mandatına malikdir.
-
Sabir Rüstəmxanlı: “Rusiya sülhməramlılarının atdıqları hər bir lazımsız addım qıcıq doğurur və qəbuledilməzdir”
Rusiya sülhməramlı qüvvələri Qarabağda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.Hətta Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı qüvvələr artıq Xocalı hava limanında ilk məşqlərini keçiriblər. Məşqlərdə təxminən 400 hərbçinin iştirak etdiyi bildirilir.
Qurumdan qeyd olunub ki, paradda hərbi polis, xüsusi təyinatlı tibb hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.
Bəs, görəsən, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində parad keçirməyə səlahiyyətləri varmı?
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama verməsə də bəzi ekspertlər paradı Rusiyanın regionda üstün olan mövqeni nümayiş etdirmək niyyətilə keçirdiyini deyirlər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, VHP Sədri Sabir Rüstəmxanlı Turan-a bildirib ki, hər il Azərbaycan faşizm üzərində qələbə gününü qeyd edir: «Biz onu təqvimdən silməmişik və tariximizin bir parçası kimi özümüz burada qeyd edirik. Çünki Azərbaycan faiz hesabıyla II Dünya Müharibəsində Belarusdan sonra ən çox insan itirən respublikalardan biridir. Qafqazdan başlayaraq Avropanın ortasına kimi, Azərbaycana aidiyyatı olmayan torpaqlarda qardaşlıq qəbiristanlıqlarında Azərbaycanın on minlərlə igidinin məzarı var. Ona görə də faşizm üzərində qələbə həm də bizim bayramımızdır».
Deputat qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa gəliblərsə, onlar orada sülh yaratmaq niyyətilə gəliblər, parad keçirmək niyyətilə yox: «Rusiya sülhməramlıları bilirlər ki, onların atdıqları hər bir lazımsız addım onlara qarşı etimadsızlıq yaradır və Azərbaycanda qıcıq doğurur. Ona görə də onların bu hərəkəti qəbuledilməzdir».
Komitə üzvü vurğulayıb ki, Rusiyada Azərbaycanla Ermənistanın arasında yaranmış bu müvəqqəti anlaşmanı pozmaq istəyən qüvvələr çoxdur: «Vladimir Putinin öz ətrafında Rusiya rəhbərliyində erməniləri müdafiə edən, bəzilərinin isə əsli erməni olan şəxslər var. Onlar Putindən fərqli olaraq münaqişənin taleyini başqa cür görmək istəyirlər və Azərbaycanı qıcıqlandırmaq, müvəqqəti anlaşmanı pozmaq üçün bütün addımları atırlar. Rusiya mətbuatı antiazərbaycan yazılarla, çıxışlarla doludur».
Sabir Rüstəmxanlı bildirib ki, Rusiya ordusu Rusiya dövlətinin qərarı ilə Qarabağa gəlib və dövlət siyasətini nümayiş etdirməlidilər.
-
Samir Əsədli: “Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır”
“Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük”Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti parlamentə təqdim etdiyi illik hesabatda 44 günlük Vətən müharibəsi ilə bağlı bəzi məqamlar açıqlayıb. Hesabatda vurğulanıb ki, müxtəlif internet resurclarından fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı iki münaqişə tərəflərindən birinin tərəfdarı kimi təqdim etmək olub. Vurğulanıb ki, 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar. Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:“Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”. Qonşu Gürcüstanla normal əməkdaşlığımız ən çox Tiflis üçün vacibdir. Mühüm iqtisadi və nəqliyyat layihələrində tranzit ölkə rolunda məhz Gürcüstan çıxış edir.Amma qonşu ölkədə ermənilər də çox fəaldır. Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır. Ekspertlərin fikrincə, Gürcüstanın qarşısında o qədər də çətin seçim yoxdur. Bir tərəfdə hər çətinlikdə Tiflisin yanında yer alan, siyasi-maddi dəstəyini əsirgəməyən Azərbaycan, digər tərəfdə isə hər fürsətdə Gürcüstana ərazi iddiası irəli sürən, yaşadığı ölkədə qarışıqlıq yaratmağa çalışan ermənilər var.VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycanın bütün qonşularla dinc və qarşılıqlı əməkdaşlıq üzərində münasibət qurmaqda maraqlı olduğu hər kəsə bəllidir. Siyasi şərhçinin sözlərinə görə, ölkəmiz hətta işğalçı Ermənistana qarşı da sərsəm iddialarından əl çəkəcəyi təqdirdə eyni münasibəti göstərməyə hazır olduğunu bildirib:“Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük. Gürcüstan DTX-nin məlum hesabatında konkret hansı olayların nəzərdə tutulduğunu dəqiq deyə bilmərəm. Amma Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən, ölkəmizdən heç zaman zərbə almayan Gürcüstan bizimlə münasibətlərdə dəfələrlə qeyri-səmimiliyə yol verib. Məlum Keşikçidağ olayları, Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulması, bir neçə il öncə Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz açılması və digər olaylar buna misaldır. Ona görə də Gürcüstan hökuməti təxribatçı qruplardan ehtiyat etməklə yanaşı, öz siyasətində də konkretləşdirici korrektələr etməlidir”.S.Əsədli vurğulayıb ki, həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir:“Gürcüstan iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var. Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də çox ciddi dəstək verilir və Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Rəsmi Tiflis Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlayan və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır”.İsmayıl Qocayev -
Nəsimi Şərəfxanlı: “Rusiya ətrafındakı ölkələri NATO-dan uzaq tutmaq üçün onları KTMT-yə qoşmağa çalışır”…
Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Kremlin beyin mərkəzinə aid olan və danışan dillərindən biri olan Aleksandr Duqin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın geosiyasi layihələri olan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması üçün heç bir əngəl qalmadığını bildirib. Duqin bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmasının əsas şərti Dağlıq Qarabağ ətrafında olan rayonların azad olunması idi. İndisə bu maneə ortadan qalxıb.Mövzu ilə bağlı bu və digər məsələləri VHP sədrinin müavini Nəsimi Şərəfxanlı ilə müzakirə etdik.
– Nəsimi bəy, Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmasının indiki anda gündəmə gətirilməsi sizcə nə ilə bağlıdır?
– Əvvəla istərdim bir məsələyə tarixi aydınlıq gətirim ki, Azərbaycan bir zaman KTMT-yə üz olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsasını 15 may 1992-ci ildə Daşkənddə Qazaxıstan istisna olmaqla Mərkəzi Asiya Respublikaları, Rusiya və Ermənistan qoymuşlar. 1993-cü ilin sentyabr ayında Azərbaycan, dekabr ayında isə Gürcüstan və Belarus müqaviləyə qoşulmuşlar. Azərbaycan, Gürcüstan və Özbəkistan Müqavilədə iştiraklarını öz təhlükəsizliklərinə qənaətbəxş təminat hesab etməyərək, 1999-cu ildə onu prolonqasiya etməkdən imtina etdilər. Bu tamamilə doğru və vaxtında atılmış addım idi. Çünki 1992-ci illə 99-ci il situasiyası arasında təhlükələrin mənbələri və həlli imkanları arasında böyük fərqlər yaranıb.
Bu gün isə bütövlükdə reginda gepolitik durum və maraqlar dəyişib. Baydenin radikal antirusiya siyasəti qarşısında Kreml də müəyyən qoruyucu addımlar atmaq məcburiyyətindədir. Hesab edirəm ki, KTMT-yə yeni üzvlərin qəbulunun və Təşkilatın genişlənməsi məsələsinin gündəmə gətirilməsi bununla bağlıdır. Hazırda Rusiya əksər postsovet ölkələrini KTMT-yə qoşmaq və onların NATO-ya meyillənməsini önləmək üçün ciddi tədbirlər görür. Rusiya Avrasiyanın məqsədəuyğun hesab etdiyi bütün bölgələrində, bütün məqbul vasitələrlə “öz həyati maraqlarını” qorumaqda və geosiyasi təsir mexanizmlərini saxlamaqda davam edir.
“Heç bir rəsmi koalisiya, hərbi, yaxud iqtisadi-siyasi blok olmadan ortada Türkiyə-Azərbaycan-Pakistan üçlüyü var. Bu üçlük münasibətlərin maraqlardan daha çox xalqların səmimi yaxınlığı üzərində qurulduğundan istənilən blokdan daha güclüdür”.
Son illərdə bu ölkənin bəzi siyasi dairələrinin dilindən “böyük ölkələrin regional maraq dairələrinin və geosiyasi təsir zonalarının” tanınması və qorunması, belə demək mümkünsə, planetar məkanların “Jirinovski sxemi üzrə, müxtəlif iri dövlətlərin təsir və maraq dairələrinə bölünməsi”, kiçik ölkələrin hüquqlarının nəzərə alınmaması hesabına “böyüklərin təhlükəsizlik maraqlarının dönməz şəkildə təmin edilməsi” və s. kimi beynəlxalq hüquqa zidd çağırışlar səslənməkdədir.
– Dediklərinizdən belə bir nəticəyə gəlmək olur ki, Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətdir?
– Dünyanın maraq dairələri üzrə faktiki olaraq yenidən bölünməsini rəsmən bəyan edən və “planetin yeni təhlükəsizlik memarlığı” adlanan belə geostrateji plan və mülahizələrə, rəqib hərbi bloklara və ölkələrə meyil göstərən dövlətləri və xalqları müxtəlif iqtisadi, siyasi, sosial və s. təzyiq vasitələri ilə sıxışdırmaq cəhdinə bütün böyük ölkələrin timsalında rast gəlmək mümkündür.
Tədqiqatçıların fikrincə, son zamanlar bir çox kiçik ölkələrin regiondakı müstəqil geosiyasi amil kimi çıxış etməsinə mane olan əsas səbəblər onların böyük ölkələrdən strateji sahələr üzrə – təhlükəsizlik, enerji, iqtisadi, ərzaq və s. asılılığı hesab olunur. Amma Azərbayucanla bağlı hazırki durum belə deyil. Qarabağın işğalda olduğu zaman Rusiyanın ölkəmizə təsir imkanları daha böyük idi. İndi də Qarabağda sülhməramlı adı ilə yerləşdirilmiş rus hərbi kontingenti və 5-ci kolon adlandırılan qüvvələrlə Kreml öz təsir rıçaqlarını qoruyub saxlayır. Amma bu Azərbaycanın Qərbə tam arxa çevirib KTMT-yə üzvlük qərarı verməsinə səbəb olacaq dərəcədə deyil.
Azərbaycan “Qoşulmama Hərəkatı”ndakı aktivliyi ilə dünyada bitərəflik imici qazanıb və bu imic ölkəmizin maraqlarının təmin olunmasında mühüm rol oynayır. Buna görə də indiki situasiyada rəsmi Bakı Moskva ilə münasibətlərə soyuqluq gətirmədən KTMT-yə üzvlük məsələsini gündəmdən çıxarmaq yolunu tutmalıdır.
– Qeyd etdiyiniz kiimi dünyanın yenidən bölüşdürülməsi, böyük güclərin öz nüfuz xəritələrini cızması fonunda Azərbaycanın tərəfsizlik mövqeyi nə qədər realdır?
-Tərəfsizlik müttəfiqsizlik demək deyil. Heç bir rəsmi koalisiya, hərbi, yaxud iqtisadi-siyasi blok olmadan ortada Türkiyə-Azərbaycan-Pakistan üçlüyü var. Bu üçlük münasibətlərin maraqlardan daha çox xalqların səmimi yaxınlığı üzərində qurulduğundan istənilən blokdan daha güclüdür. Bu üçlüyü regiopnun, qitənin lideri edəcək iki mühüm faktor da var. Pakistan, Türkiyə və Azərbaycan bir çox ölkədə müsəlman azlıqlarlara qarşı İslamofobiya meyllərinin əleyhinədirlər. Bu prinsip hər 3 dövlət üçün vacibdir. Türkiyə müxtəlif ölkələrdə, o cümlədən İsraildə, Birmada və eləcə də Avropa ölkələrində müsəlman azlıqlara qarşı təzyiqləri tənqid edir.
Nəsimi Şərəfxanlı: “Rəsmi Bakı Moskva ilə münasibətlərə soyuqluq gətirmədən KTMT-yə üzvlük məsələsini gündəmdən çıxarmaq yolunu tutmalıdır”.
Azərbaycanla Ermənistan arasında müharibədən sonra müəyyənləşdi ki, işğaldan azad olunan böglələrdə məscidlər dağıdılıb. Azərbaycan istəyir ki, müsəlman ölkələri məscidlərin dağıdılmasını pisləsinlər. Pakistan isə Hindistanın Kəşmir bölgəsində yerli müsəlmanlara qarşı təzyiq siyasətini pisləyir. Ona görə də Pakistanın, Azərbaycanın və Türkiyə dünya müsəlmanları üçün qoruyucusu və müdafiəçisi statusundadır. Eyni zamanda bu üçlükdə yer alan Azərbaycan və Türkiyə Türk dünyasının öncül ölkələrindəndir. Başqa sözlə, Avrasiyada barışı təmin edəcək Türk-İslam birliyinin ilkin rüşeymləri yaranıb və bunu inkişaf etdirmək lazımdır.
Nərminə UMUDLU
pia.az -
“Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.
Samir Əsədli: “Rus sülhməramlılarının fəaliyyəti Azərbaycan suverenliyinə qarşıdır”Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq başlanıb. Sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak edəcək. Azərbaycan ərazisində xarici ölkə hərbçisinin parad keçirməsi, ümumiyyətlə sülhməramlı adlanan hərbi birləşmənin fəaliyyəti ilə bağlı VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli fikirlərini bildirərək qeyd edib ki, baş verənlöər Azərbaycan suverenliyinin tam şəkildə əleyhinədir: “Qarabağda sülhməramlı adı ilə yerləşdirilən rus hərbçiləri gerçək missiyasını unudaraq özlərini Abxaziyada, Krımda olan həmkarları kimi aparır. Başda Rüstəm Muradov olmaqla bu şəxslərə izah etmək lazımdır ki, onlar Azərbaycan ərazisindədirlər və fəaliyyətləri yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir. Rus hərbçisinin Xankəndində parad keçirməsi Sisyanov, Yazovdan başlanan imperalist rus düşüncəsinin təzahürüdür. Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.
Samir Əsədli bu kimi olayların sülhməramlı məsələsinə cəmiyyətdə mənfi rəy yaratdığı önə çəkərək geniş ictimai müzakirələrin vacib olduğunu bildirdi: “Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Axı bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, Mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq Parlament tərəfindən təsdiqlənir. 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı”.
VHP funsioneri hazırki situasiyanın Azərbaycandakı vətəndaş həmrəyliyinə ciddi təhdid olduğunu qeyd etdi: “Belə bir hüquqi qeyri-müəyyənlik İkinci Qarabağ Savaşı dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır. Savaş dövründə ölkənin bütün siyasi qüvvələrinin eyni ümummilli mövqedə durduğunun şahidi olduq. Amma indi 3-5 rus əsgərinə görə Qarabağ məsələsində fikir ayrılığı yarana bilər. Hazırki halda Rusiyanın təkbaşına sülhməramlı adı altında qoşunlarını Qarabağa yerlışdirməsi işğal sayılır. Rusiyanın Qarabağa bu qədər sərmayə yatırtmasında nə marağı var? Və eyni zamanda Rusiyanın Qarabağa nə gətirməsinə, nə tikmısinə bizim nəzarət mexanizmimiz yoxdur. Bu Rusiyanın öz qanunvericiliyinə də ziddir, Dövlət dumasında və federasiya şurasında hələ də təsdiq olunmayıb. Rusiyadan fərqli olaraq, Türküyə, bütün qanunvericiliyə uyğun olaraq, TBMM-in qərarı ilə öz hərbiçilərini ölkəmizə göndəriblər”.
-
“Ədəbiyyat millətin mənəvi əsgəridir və o, heç vaxt xalqın mübarizəsindən kənarda qalmayıb”
Sabir Rüstəmxanlı: “Qələbəmiz haqqında ən gözəl əsərlər bundan sonra yazılacaq”Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin əbədiləşdirilməsi baxımından yeni açılan Hərbi Qənimətlər Parkının mühüm rol oynadığı birmənalıdır.
Maraqlıdır, bəs bu böyük qalibiyyəti yaşatmaq, onu gələcək nəsillərin ilham mənbəyinə çevirmək baxımından ədəbiyyatın üzərinə hansı işlər düşür?
Moderator.az-a açıqlama verən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ədəbiyyatın hər zaman xalqın mübarizəsini əks etdirdiyini bildirib:
“Ədəbiyyat həmişə millətin mənəvi əsgəridir. Ədəbiyyat hər zaman millətin yaşamını, mübarizəsini, savaşını əks etdirib. Azərbaycan xalqının son 30 ildə yaşadığı əzablar, məhrumiyyətlə ədəbiyyatınızda bu və ya digər şəkildə öz əksini tapıb. Qələbəyə həsr edilən xeyli yazılar yazılıb.
Hərbi Qənimətlər Parkınnı açılması ədəbiyyatımıza da mənəvi ruh verir. Ədəbiyyatımız heç vaxt xalqımızın mübarizəsindən kənarda olmayıb. Bu baxımdan hesab edirəm ki, müharibə və qələbəmiz haqqında ən gözəl əsərlər bundan sonra yazılacaq”.