Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Qarabağ böyük siyasətin məngənəsində

    Fəzail İbrahimli
    VHP sədrinin müavini, millət vəkili

    Qarabağ böyük siyasətin məngənəsində

    80-cı illərin sonunda keçmiş SSRİ ərazisində dövrümüzün ən kəskin münaqişələrindən biri olan Dağlıq Qarabağ problemi meydana çıxdı. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə məkrli fəaliyyətə başladı. 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bütün dünyanın gözü qabağında Ermənistan Azərbaycana açıq hərbi təcavüzə başladı. Rusiya hərbi qüvvələrinin və Qərb himayədarlarının havadarlığı ilə 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları sonuncu yaşayış məntəqələrini işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi törədildi. 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etməklə ermənilər bütün Yuxarı Qarabağa yiyələndilər. 1992-ci il mayın 17-də Laçın şəhəri işğal edildi. Dağlıq Qarabağ bölgəsinin sərhədlərindən kənarda olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalı ilə Azərbaycan öz ərazisinin 20 faizini itirdi, 1 milyon insan öz vətənində qaçqına çevrildi. Bütün bunlar dünyanın gözü qabağında baş verdi, dünya susdu, Ermənistanı təcavüzkar dövlət adlandırmadı və bu gün də adlandırmır. Nədir səbəb?

    Tarixi keçmişimizə nəzər salaq: 1723-cü ilin sentyabrın 3-də I Pyotr Peterburqda Bakının alınmasını təntənə ilə qeyd etdi. 1724-cü il 10 noyabrda üç erməni katalikosunu qəbul edib, onların Xəzəryanı əyalətlərdə yerləşmək barədə xahişini dinlədi. Bu məsələ ilə bağlı Pyotrun verdiyi göstərişdə deyilirdi: “Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa yerlərdə yerləşdirilməsinə çalışın, bu bölgədəki yerli əhalini isə imkan düşdükcə sıxışdırıb çıxarın. Tarixə “Pyotrun vəsiyyəti”adıyla daxil olan böyük siyasətin reallaşması Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra mümkün oldu. Türkmənçay müqaviləsinin (1828-ci il 10 fevral) 12, 14 və 15-ci maddələri “Təbəə alış-verişi”ilə bağlı idi. Bu maddələrə əsasən, İrandan köçürülən ermənilər Naxçıvanda və Qarabağda bəy-xan torpaqlarında yerləşdirildi.

    N.Şavrov yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətinə Güney Qafqazda rus əhalisinin deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq. 1828-ci ildən 1830-cu ilə kimi Güney Qafqaza İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni köçürülərək, onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200 min desyatindən çox xəzinə torpağı ayrılmış və 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ – F. İ.) və Göyçə gölünün sahilində həmin ermənilər yurd saldı.”Məhz bu vaxtdan başlayaraq Dağlıq Qarabağ müxtəlif tarixi dövrlərdə böyük siyasətin məngənəsinə düşdü. Rusiyanın siyasi və hərbi dəstəyi nəticəsində XX əsrdə Azərbaycana qarşı dəfələrlə təcavüzkar mövqedən çıxış edən Ermənistan siyasi proseslərdə “girova”çevrildi. Bolşeviklərin hakimiyyətə gəldiyi dövrdə Zəngəzur torpaqlarını mənimsəyən, Dağlıq Qarabağa Muxtariyyət statusu verilməsi ilə kifayətlənən ermənilər bolşeviklərin hakimiyyətinin süqutu dövründə Dağlıq Qarabağı işğal etdilər. Bütün bunlar Azərbaycanın geosiyasi mövqeyi, dünya dövlətlərinin Azərbaycana marağı və bu maraqlar altında gizlənən məkrli niyyətlərin nəticəsində baş vermişdir.

    Lakin tarixi bir həqiqət hamıya məlumdur: Haqq əzilər, lakin üzülməz. Xalq tarixin bir anında ayağa qalxıb öz tarixi torpaqlarının sahibi olacaq, təcavüzkarlar öz layiqli cəzasını alacaq, Azərbaycan öz müstəqil dövlətinin əbədi və əzəli sahibi olacaqdır.

  • «Qurultaya gələnləri geri qaytarmışdılar»

    Sabir Rüstəmxanldı: «Güneyin, İraq türkmanlarının, Borçalının, Dərbədin, səsini eşitmədik, Ukraynadan gələnlərə isə söz verilmədi»

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, deputat Sabir Rüstəmxanlı «Bizim Yol»a müsahibəsində Dünya Azərbaycanlılarının qurutlayı ilə bağlı fikirlərini açıqlayıb. DAK sədri təşkilatçıları kəskin təqdid edərək ali tədbiri bərbad vəziyyətdə keçirməkdə ittiham edib. Müsahibəni təqdim edirik.

    – Sabir bəy, günün siyasi-ictimai müzakirələri sırasında Dünya Azərbaycanlılarının III qurultayı özünəməxsus yer tutur. Qurultay iştirakçısı kimi tədbiri necə qiymətləndirirsiniz?

    – Tədbirdən sonra ParkİNN Hotelində nümayəndələrin bir hissəsinin və hökumətin bir neçə nazirinin iştirakı ilə keçirilən toplantıda mən öz mövqeyimi bildirdim. Küll halında, hətta heç bir qərar qəbul olunmasa, yekun sənəd ortalıqda olmasa belə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Bakıda bir araya gəlməsi, ünsiyyət mühitinin yaranması özlüyündə bir bayramdır. Bu danılmazdır və yalnız Azərbaycanın müstəqillik əldə etməsindən sonra mümkün olub. Bunları bir kənara qoysaq, qurultayda ən yaxşı çıxış ölkə başçısının idi və o, bir sıra məsələlərə səmimi münasibətini də bildirdi.

    – İradlarınız nədən ibarətdir?

    – Əvvəla, qurultay üçün 1 gün azdır. Azərbaycanın dostları çoxdur, müxtəlif ölkələrdən gələn, o cümlədən xarici ölkələrdə yaşayan millət vəkilləri, Milli Məclisimizdəki komitələrlə dostluq qruplarının başçıları və iş adamları var. Deyək ki, birinci gün bayram ovqatı üstündə qonaqların çıxışları oldu, amma azərbaycanlıların ağrılarını yaşayan, millətin 200 ildən bəri çəkdiyi acıları öz üstündə hiss edən adamlara yer qalmadı. Təsəvvür edin ki, qurultayda 35 milyonluq güney azərbaycanlılarının səsini eşitmədik. Bir güneyliyə söz verilmədi. Əgər tədbir Dünya Azərbaycanlılarının qurultayı adlanırsa, biz niyə onların səsini eşitməyək?

    – Belə izah olunur ki, güneylilər dəvət olunsayda Bakı-Tehran münasibətləri gərginləşə bilərdi. Siz bu fikirlə razısınızmı?

    – Onsuz da nə qədər yumşaq olsan da, İran daha kəskin bəyanat verir. İran rejimi həmin adamlara zülm edibsə və onlar Güneydə yox, Avropa və Amerikada yaşayırlarsa, bu adamlar niyə qurultayda öz dərdini söyləməsin? Onsuz İranda yaşayanlara qurultaya gəlmək üçün imkan vermirlər. Təsəvvür edin ki, İranın içində söz deməyə imkan yoxdur, o cümlədən xaricdə də. Belə olanda Dünya Azərbaycanlılarının ali tədbiri olan qurultaydadamı söz vermək olmaz, yaxud dəvət edilməməlidirlər? Onda gözləməliyik ki, bunlar bütün millətimizi əridib yox etsinlər, bununla da hər şey bitsin?! İndi biz nəyin Tehranın xoşuna gəlib-gəlmədiyini bilməliyik? Axı İranın əyaləti deyilik ki, müstəqil dövlətik. Yaxud İraqda olan azərbaycanlıların səsini eşitmədik, İraq türkmanlarından da heç kim dəvət edilməmişdi. O cümlədən, Borçalının, Dərbəndin səsini eşitmədik. Bundan başqa 500 min azərbaycanlının yaşadığı Ukrayna diaspor təşkilatlarından kiməsə çıxış üçün imkan vermədilər. Elə ölkə var, 5-6 azərbaycanlı yaşayır, onların adından kimsə danışır, amma yarım milyon azərbaycanlının yaşadığı Ukraynadan bir nəfər də çıxış edə bilmədi. Biz bir neçə dəfə Dünya Azərbaycanlıları Konqresi adından Diaspora Komitəsinə müraciət edib çıxış istədik. Amma heç bir reaksiya olmadı. Necə izah edilə bilər ki, İdarə Heyətinin üzvlərinə dəvətnamə verilməyib. Baxmayaraq ki, siyahını təqdim etmişdik. Amma mən qurultayda elə adamlar gördüm ki, onların bu tədbirə heç bir aidiyyatı yoxdur. Məsələn, bütün millət vəkilləri dəvət olunmuşdu, çox yaxşı, təsəvvür edin ki, prezidentin çıxışından sonra 90 faizi çıxıb getdi. Əgər tədbir bunların maraq dairəsində deyilsə, niyə çağırılır?! Bir sıra diaspora ilə məşğul olan adamlar var ki, illərdir bu işlə məşğul olsalar da, kənarda qalırlar. Bunun əvəzinə dost-tanış, məmur… Nə bilim, elə bil ki, növbəti yığıncaq keçirilir, o adamlar da gəlib oturur, sonra iclasın yarısından çıxıb gedirlər, zalın yarısı boş qalır. Görünür, çıxışlar da əvvəlcədən hazırlanmışdı, çünki prezident yox idi, ancaq salona “hörmətli prezident” deyə müraciətlə başlanılırdı. Bir sözlə, səliqəsizlik vardı və iclas pərdə arxasından idarə olunurdu, qurultayın gedişində bir adamın söz demək imkanı yox idi. Mənim ürəyimdən söz demək keçirdi, kimə müraciət etməliydim? Sanki qeybdən bir səs gəlirdi ki, söz verilir filankəsə, bir sözlə canlı ünsiyyət yox idi. Hesab edirəm ki, növbəti dəfə belə qurultay keçirilsə, dəvət olunanların çoxunun da gəlmək həvəsi qalmayacaq.

    – Siz bu barədə iradlarınızı komitə sədri Nazim İbrahimova bildirdinizmi?

    – Mən iradlarımı Nazim İbrahimova yox, ParkİNN hotelindəki çıxışımda dedim. Düzdür, həmin görüşdə təhsil, iqtisadi inkişaf, mədəniyyət və turizm, idman nazirliklərinin və Dini İşlər üzrə Komitənin rəsmiləri olsa da, XİN, Miqrasiya Komitəsindən heç kim yox idi. Çünki Azərbaycanın xarici ölkələrdəki konsul və səfirlikləri ilə bağlı deyiləsi sözlər var idi. Təsəvvür edin ki, Təbrizdən gəlmək istəyənlər var idi, günlərlə konsulluqda gözlətdiklərindən gələ bilməmişdilər. Əgər hava limanında gəlib viza ala bilirlərsə, niyə Tiflisdən gələnləri Qazax sərhədində geri qaytarmışdılar? Qurultaya gələnlər bu problemləri qaldırmaq istəyirdilər, amma adlarını çəkdiyim dövlət orqanlarından heç kim gəlmədiyindən dərdlərini bizə deyirdilər.

    – Əgər söylədikləriniz dəqiqdirsə, bu tədbiri necə qurultay adlandırmaq olar?

    – Qurultay bir araya gəlməyin sevincini ifadə etdi, amma problemləri dinləmək və onların həlli istiqamətində addımlar atılması unuduldu. Başqa bir inciklik, ParkİNN hotelinə gələnlər yer azlığından görüşə daxil ola bilmədilər. Tutaq ki, mənim çıxışımda kimsə gizli “barmaq işarəsi” ilə mətbuatı zaldan çıxartdırdı. Mən Azərbaycanın millət vəkili, xalq şairiyəm, nədən danışacaqdım ki, bunları narahat etdi?! Əgər mən də iradlarımı söyləməsəydim, Avropadan gələnlər çox narazı gedəcəkdi, amma onların dərdlərini dilə gətirəndən sonra onlarla adam yaxınlaşıb təşəkkür etdi. Onsuz da İran rejimi dözülməz şərait yaratdığından güneylillər Avropaya mühacir ediblər, amma gəlib öz dövlətində yurdunda çıxış edə bilmirsə, bizim Tehran rejimindən nə fərqimiz olur?

    – Komitə qurultayı niyə bu səviyyədə hazırlamışdı? Versiyanız varmı?

    – Mətbuatda yalan məlumatların yayıldığı məqamda bütün günahı Nazim İbrahimovun üzərinə atmaq istəmirəm. Onunla normal münasibətlərimiz var. Amma ümumiyyətlə, milli ideologiyanın konturlarının dəqiq müəyyənləşməsi, bu istiqamətdə ardıcıl və səmərəli iş Azərbaycan bir nömrəli problemdir. Bölgədə 15 il sonra hansı vəziyyət yaranacaq, ümumi strateji xəttimiz necə olacaq, İran azərbaycanlıları ilə bağlı elmi-araşdırma institutu yaratmaq vacib deyilmi? Dost-tanışı ətrafına yığıb diaspor yaratmaq olmaz, diaspor Azərbaycanın bütün təbəqələrini əhatə edib insanları bir araya toplayıb fikirlərini dinləməkdir. Hakimiyyətdən narazı olanlar da var, ancaq onlar dövlətin zəifləməsini istəməzlər. Buna görə diasporaya ehtiyatla yanaşmaq da doğru deyil. Təəssüf ki, Azərbaycan sevdası ilə yaşayanların bir hissəsini qurultayda görmədim.

    – Ümumiyyətlə, qurultaya bəzi müstəqil mətbuat orqanlarının və müxalifətin dəvət olunmaması necə qiymətləndirirsiniz?

    – Qurultaya hamı dəvət olunmalı idi. Əslində bu milli qurultaydır, belə olanda bütün qeydiyyatdan keçmiş partiyaların nümayəndələri və azad mətbuat da dəvət edilməliydi.

    Natiq CAVADLI

  • VHP təhsil haqqlarının artırılmasına etiraz etdi

    Vasif Həsənli: “Minimum əməkhaqqı 85, orta yalıq əmək haqqı 340 manat hesab olunan Azərbaycanda ən yuxarı təhsil haqqı 2500 manatdırsa, orta aylıq əməkhaqqı 310 dollar olan Gürcüstanda dövlət sifarişli yerlərdə təhsil haqqı maksimum 1800 dollardır”.

     

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin katibi Vasif Həsənli unversiterlərdə təhsil haqqlarının qaldırılması ilə bağlı açıqlama yayıb:  “Reytinqinə görə Afrikanın geridə qalmış ölkələri ilə qoşa addımlayan Azərbaycan universitetlərində təhsil haqları növbəti dəfə artırılıb. Təhsil Nazirliyinin hansı keyfiyyətə əsaslanıb, hansı göstəricini əlində “bayraq” edib bu addımı atması təəccüb doğurur. Çünki Azərbaycanda əhalinin gəlirlərinə nisbətdə təhsil haqları kifayət qədər yüksəkdir.

    Amma Təhsil Nazirliyi 2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılacağına qərar verib. Nazirlik hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. Halbuki dünyanın 100 reytinqli universitetlərinin hamısında dövlət sifarişli ixtisaslarda təhsil pulsuzdur. Görünür, nazirlik ali məktəblərdə təhsil haqlarının aşağı olduğunu düşünür. O zaman təhsilin yüksək inkişaf etdiyi ölkələrdə təhsilə görə ödənişləri və əhalinin gəlirlərini müqayisə edək”.

    Həsənli deyib ki, minimum əməkhaqqı 85, orta yalıq əmək haqqı 340 manat hesab olunan Azərbaycanda ən yuxarı təhsil haqqı 2500 manatdırsa, orta aylıq əməkhaqqı 310 dollar olan Gürcüstanda dövlət sifarişli yerlərdə təhsil haqqı maksimum 1800 dollardır. Özəl universitetlərdə belə yüksək təhsil haqlarını bəlkə də başa düşmək olar, amma dövlətə məxsus tədris müəssisələrində ödənişlərin fantastik qiymətdə olması anlaşılan deyil”. 

    VHP rəsmisi əlavə edərək bildirib: “Ən acınacaqlısı odur ki, Azərbaycanda ixtisasların qiymətinin kim tərəfindən və necə hesablanması qeyri-müəyyəndir. Bu gün dövlət müəssisələrində təhsil haqlarının formalaşmasında xaos hökm sürür. Halbuki “Tənzimlənən qiymətlər haqqında”  Qanuna əsasən, Nazirlər Kabinetinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısının 15-ci sırasında bu məsələ əks olunub. Qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma 2004-cü ildən 2010-cu ilədək ödənişlərin 5 dəfə qalxmasına baxmayaraq, şuranın qəbul etdiyi qərarlar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Qiymətlərin qalxdığı yalnız Təhsil nazirinin bəyanatı ilə baş verir. Son baş verənlər isə əhalinin aşağı təbəqəsinə aid abituriyentlərin konkret olaraq ödənişli təhsildən məhrum edilməsidir. Bu isə gələcəyə yönəlik çox böyük təhlükə deməkdir”.

    Vasif Həsənli sonda deyib ki, Vətəndaş Həmrəyliyi Partiyası olaraq təhsil haqlarının qanunun tələblərinə və sosial reallıqların ziddinə olaraq yüksəldilməsinə qəti şəkildə etirazımızı bildirir və ən yüksək səviyyədə bu məsələyə müdaxilə olunaraq prosesin qarşısının alınmasını tələb edirik.

  • Yıxın millətin evini, dağıdın bu ölkəni…

    Qayğıkeş və vətəndaşın problemləri ilə gecə-gündüz yorulmadan çalışan YAP hakimiyyəti qiymət artımına gedəndə mütləq xalqın razılığını alır. Haqqüçünə, bu hakimiyyət həmişə belə eləyib – iqtidara gələndə də xalqin rəyini alir, seçki də keçirir. Yəni xalqsız heç nə etmirlər. Hara gedirlər, xalqı da ora sürükləyirlər, nə etmək istəyirlər, xalqın səsini – çığır-bağırını eşitmədən bir addım atmırlar.

    İndi də nəqliyyat gedişlərinin qiymətini qaldırmaq üçün xalqa gənəşməyə başlayıblar. Hörmətli Ziya Məmmədovun idarəsi, yəni Nəqliyyat Nazirliyinın rəsmisi maraqlı açıqlama verib: “ Terror aktlarının qarşısının alınması üçün sistemdə bəzi yeni funksiyalar nəzərdə tutulur. Əgər əvvəlcə dayanacaqlarda quraşdırılacaq informasiya terminallarının sayı 300 nəzərdə tutulurdusa, indi bunların sayı 664 olacaq. Digər əlavə tədbirlər də nəzərdə tutulur və nəticədə layihə 21 milyon dollar bahalaşıb”.

    Ay başınıza dönüm, bütün küçə, meydan, yol və digər yerlərə kamera qoyub vətəndaşı güdürsünüz. Və öz təhlükəsizliyiniz üçün qoyduğunuz bu kameraları coxaldaraq pulunu vətəndaşın cibindən cıxarırsınız? Acından ölən, iş tapa bilməyən, borc içində sürünən vətəndaşın nəyinə lazım o kameralar? Lap qoydunuz, vətəndaşın yaşam tərzində nə dəyişəcək? Nə olacaq? Biri mən, aldığım maaşın 30%-ni yol haqqına verirəm. İndi məmurların gözü doysun deye, mən maaşımı təkcə Nəqliyyat nazirliyinə verməliyəm?

    Bəs, o biri nazirliklər? Onlar adam deyilmi? Onlar pul almaq istəmirmi? İmkan verin, azca pulum qalsın ki, onu da digər məmurlara paylaşdırım da!

    Tikilən körpü 3 gündən sonra təmirə dayanırsa, çəkilən asfalt 2 günə dağılırsa, şəhər içinə döşənən pilitələr sökülüb yenidən döşənirsə, bunun qiymətə nə dəxli var? 21 milyon bahalaşdırmısız – cəhənnəmə bahalaşsın, qara gora bahalaşsın – odey, neft fondu, götürün də ordan? İldə 36 milyardlıq neft pulunu basıb yeyirsiz, 21 milyon “artımı” mənim cibimdən çıxarırsınız?

    Məni yandıran odur ki, camaatda heç bir reaksiya yoxdur. Benzin qalxada əhalinin “müqaviməti” o oldu ki, vedrə, qazan, qaşıq götürüb yanacaqdoldurma məntəqələrinə qaçdılar – guya, bununla qabağa düşəcəkdilər. İndi də yəqin gedişhaqqı qaldırılanda vətəndaşlar 1 gündə 1 aylıq işə gedib gələcək ki, pulu az cıxsın.

    Sonda deyəcəyim: Yıxın millətin evini, dağıdın bu ölkəni…

    Görək axırı(nız) necə olcaq.

    Samir Əsədli
    20/06/2011

  • Qan yaddaşı

    “Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır”

    Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir.
    Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş simvoludur…
    İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən onun ruh verdikləri. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.
    Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünün, “Türk” və “Yer” sözünün, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları – Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.
    Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır.
    Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında.
    Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.
    Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. Mən “Heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”
    Ömrün belə bir başlanğıcı və… Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir… Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur!
    Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi – “Titrəyib özünə dönən Türk”!
    Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
    Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var… Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.
    Şairin üz tutduğu ulu məkan nə qədər qədimdirsə, ona münasibət bir o qədər yenidir, çağdaşdır.
    Sabir Rüstəmxanlı sözünün oyanışı – ruhunun silkələnməsi, qan yaddaşının oyanışıdır.
    Dirəkdəki yəhəriylə,
    Axşamıyla, səhəriylə,
    Qıyıq gözlü uşaqların
    Cingiltili səsləriylə
    Bu yurd mənə tanış gəlir…
    Cənubi Azərbaycanın paytaxtı sayılan şəhərə digər şairlərimizin yazdığı şeirlərdən fərqli olaraq Sabir bəyin Təbriz poetikasında nisgildən, üzüntüdən və pessimizmdən daha çox, mübarizə ruhu, qələbə əzmi və gələcəyə nikbin ümidlər hakimdir. “Məqsədin hara, mənzilin də ora” deyimi Sabir Rüstəmxanlının həyat yoludur.
    Sabir bəyin bütövlük ideyaları türkçülükdən yoğrulmuşdur. Onun publisistikası ictimai-siyasi xarakterli şeirlərinə də öz təsirini əsirgəmir və oxucu bir şeirində bir qəzetlik mətləb yükünü anlayır, qəbul edir. Düşmən əsarətində olan torpaqlarımız qarşısında şair özünü xəcalətli sanır və “O torpaq bizləri götürməyəcək!” deyir.
    Sabir bəyin namərdliyə, ədalətsizliyə, ləyaqətsizliyə, əclaflığa, rəzilliyə qarşı hayqırtısı təkcə bir şairin deyil, həm də başıpapaqlı hər bir türk kişisinin zəhmidir, hökmüdür. Peşəsi diz çöküb yalvarmaq olan Kişi
    mərhəmətsiz ölsə yaxşıdır. Əcnəbi payına göz dikən xalqın Payı Əzrayıldan gəlsə yaxşıdır!
    Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.
    Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yolu mən ağartmışam, yollar göydən düşməyib.
    Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu boyük yolu duya bilməz.
    Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…
    Həm də ömrün 69-cu ilinin tamamında xoş illər diləmək…
    Təbrik edirik…

    Samir Əsədli

  • Daşkəsən təşkilatı da konfrans keçirdi – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qurultay hazırlıqları çərçivəsində bu gün VHP Daşkəsən rayon təşkilatının növbəti konfransı keçirilib.

    Konfrans dövlət himninin və partiya marşının oxunması ilə işə başlayib. Sədarət, katiblik və işçi heyət seçilib. Konfransda özək təşkilatından seçilmiş nümayəndələr, VHP Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Samir Əsədli, Asəf Məmmədəliyev, Ədalət və BQP rayon təşkilat sədrləri iştirak ediblər.

    Təşkilat sədri Nəsimi Qafarov geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın fəaliyyəti, rayondakı vəziyyət, siyasi proseslər və konfrans hazırlıqlarından danışıb.

    NTK sədri Əfqan Məmmədov təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirib.
    VHP Siyasi Şurasının üzvü Samir Əsədli, Gəncə şəhər təşkilatının sədri Asəf Məmədəliyev, Ədalət Partiyasının təşkilat sədri Elşad Məmmədoğlu, Qarabağ qazisi, polkovnik Sərdar Rüstəmov da çıxış ediblər, ölkədə baş verən siyasi olaylar, müxalifət daxili durum barədə danışıblar.

    Konfrans iştirakçilarından Emin Mürsəlov, Elnur Abdiyev, Rövşən Qafarov və Sərdar Verdiyev çıxış edərək təşkilatın fəaliyyəti barədə təkliflər irəli sürüblər.

    Sonda seçki keçirilib. Nəsimi Qafarov sədr, 7 nəfər Məclis, 3 nəfər NTK üzvü seçilib. Nəsimi Qafarov və Elnur Abdiyev isə VHP-nin növbəti Qurultayına nümayəndə seçiliblər.

    Daşkəsən təşkilatı da konfrans keçirdi - FOTO

    Daşkəsən təşkilatı da konfrans keçirdi - FOTO

    Daşkəsən təşkilatı da konfrans keçirdi - FOTO

    Daşkəsən təşkilatı da konfrans keçirdi - FOTO

    Daşkəsən təşkilatı da konfrans keçirdi - FOTO
  • Şuşanın işğalından daha bir il keçdi

    Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. 

     Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilər Şuşa üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün imkanlarını səfərbər edərək Şuşaya doğru irəliləyirdi.

     Qısa müddət ərzində bir neçə istiqamətdən bu məşhur Azərbaycan şəhəri mühasirəyə alındı. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçdu. Bu, Azərbaycan ordusunun Şuşanın süqutuna qədər etdiyi sonuncu həmlə idi.

     Bundan sonra Xankəndindəki rus bazalarından Şuşaya müxtəlif istiqamətdə raket zərbələri endirilməyə başlanıldı. Qısa zaman çərçivəsində mülki əhali şəhərdən çıxmağa başladı. Buradan qaçanlar Laçına doğru yön aldılar. Az bir müddət ərzində Şuşanın mühasirəsi daha sıxlaşdırıldı. Ermənilər bütün istiqamətlərdən hücuma başlamışdılar. Artıq şəhərdəki ordunun bir qismi Şuşadan çıxarılmışdı. Yerdə qalan dəstələr isə yavaş-yavaş döyüşərək geriyə çəkilmək məcburiyyətində qalmışdılar. Həmin an şəhərə girmək istəyən 422 nömrəli tank Azərbaycan döyüşçüləri tərəfindən məhv edilə bildi. Tankı idarə edən hərbçilər həlak olmuşdular. Məhz bu tank Xocalıya hücum zamanı xüsusi aktivliyi ilə seçilmişdi.

     Şuşanın işğalı ermənilərə asan başa gəlmədi. 11 min əsgərə qarşı döyüşən Azərbaycan hərbçiləri azlıqda qaldıqlarına görə kömək gözləyirdilər. Amma bu kömək gəlib çatmadı. Nəticədə 10 saatdan çox davam edən döyüşdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu. Bu işğal 22 min insanı öz yurdundan didərgin düşməyə məcbur etdi. Nəticədə 289 kvadrat kilometr ərazisi olan Şuşa ermənilərin nəzarətinə keçdi.

     Maraqlı məqam orasındadır ki, işğaldan iki gün öncə mayın altısında hücumu müşahidə etmək üçün bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın Müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın Baş Qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Yelena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri yer almışdılar.

     Lakin Şuşa təkcə işğalla canını qurtara bilmədi. İşğaldan sonra isə ermənilər tərəfindən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdıldı. Dağıdılan yerlər sırasında 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki də var idi.

     Beləliklə, Şuşaya girməklə ermənilər Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Onlar növbəti hədəflərinə doğru yaxınlaşırdılar. Bu isə Qarabağı Ermənistanla birləşdirəcək Laçın koridorunun tutulması idi… 

     


    Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür.

     

    Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilər Şuşa üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün imkanlarını səfərbər edərək Şuşaya doğru irəliləyirdi.

     

    Qısa müddət ərzində bir neçə istiqamətdən bu məşhur Azərbaycan şəhəri mühasirəyə alındı. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçdu. Bu, Azərbaycan ordusunun Şuşanın süqutuna qədər etdiyi sonuncu həmlə idi.

     

    Bundan sonra Xankəndindəki rus bazalarından Şuşaya müxtəlif istiqamətdə raket zərbələri endirilməyə başlanıldı. Qısa zaman çərçivəsində mülki əhali şəhərdən çıxmağa başladı. Buradan qaçanlar Laçına doğru yön aldılar. Az bir müddət ərzində Şuşanın mühasirəsi daha sıxlaşdırıldı. Ermənilər bütün istiqamətlərdən hücuma başlamışdılar. Artıq şəhərdəki ordunun bir qismi Şuşadan çıxarılmışdı. Yerdə qalan dəstələr isə yavaş-yavaş döyüşərək geriyə çəkilmək məcburiyyətində qalmışdılar. Həmin an şəhərə girmək istəyən 422 nömrəli tank Azərbaycan döyüşçüləri tərəfindən məhv edilə bildi. Tankı idarə edən hərbçilər həlak olmuşdular. Məhz bu tank Xocalıya hücum zamanı xüsusi aktivliyi ilə seçilmişdi.

     

    Şuşanın işğalı ermənilərə asan başa gəlmədi. 11 min əsgərə qarşı döyüşən Azərbaycan hərbçiləri azlıqda qaldıqlarına görə kömək gözləyirdilər. Amma bu kömək gəlib çatmadı. Nəticədə 10 saatdan çox davam edən döyüşdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu. Bu işğal 22 min insanı öz yurdundan didərgin düşməyə məcbur etdi. Nəticədə 289 kvadrat kilometr ərazisi olan Şuşa ermənilərin nəzarətinə keçdi.

     

    Maraqlı məqam orasındadır ki, işğaldan iki gün öncə mayın altısında hücumu müşahidə etmək üçün bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın Müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın Baş Qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Yelena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri yer almışdılar.

     

    Lakin Şuşa təkcə işğalla canını qurtara bilmədi. İşğaldan sonra isə ermənilər tərəfindən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdıldı. Dağıdılan yerlər sırasında 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki də var idi.

     

    Beləliklə, Şuşaya girməklə ermənilər Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Onlar növbəti hədəflərinə doğru yaxınlaşırdılar. Bu isə Qarabağı Ermənistanla birləşdirəcək Laçın koridorunun tutulması idi…  

     

    – See more at: http://axar.az/news/51566#sthash.09HNeiiD.dpuf

  • Nazli Agayeva-55

    Vətəndaş Həmrəyliyi Partiyası VHP Qebele RT sedri Nazlı Ağayevanı ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əziz Nazlı xanım!

    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayırıq.

    Siz Azərbaycanın ədəbi mühitində və siyasi aləmində öz dəsti-xətti və mövqeyi olan şəxs kimi tanınırsınız. Şəxsiyyətiniz, ədalətli mövqeyiniz, vətəndaş təəssübkeşliyiniz sizi hamının sevimlisinə çevirib.

    Siz öz həyat tərzinizlə ziyalılıq missiyasını şərəflə danışırsınız. Bölgədə yaşamağınıza rəğmən, ölkədə baş verən prosesləri aktiv şəkildə izləyir, virtual aləmin verdiyi imkanlardan layiqincə istifadə edir və öz ziyalı mövqeyinizlə vətəndaşların düzgün rəyinin formalaşmasında iştirak edirsiniz.

    Sizi bizə bağlayan daha bir məqam isə həm də yaradıcı şəxs olmağınızdır. Əlbəttə, Sabir Rüstəmxanlı kimi ziyalının partiyamızın sədri olması və VHP-nin vətəndaş həmrəyliyi, milli birlik ideologiyasını daşıması yaradıcı şəxslərin daha çox bu qurumda birləşməsi üçün stimul rolu oynayır. Biz çox şadıq və qürur duyuruq ki, sıramızda Nazlı Ağayeva kimi ziyalı xanım var.

    Əziz Nazlı xanım!

    Bir daha Sizi ad gününüz münsibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayır, millətimiz və şəxsiniz üçün istəklərinizin həyata keçməsini diləyirik.

    Bütöv yazını göstər
  • Qondarma erməni soyqırımı – 100 illik cəfəngiyyat!

    Müxbirimiz Dünya Azərbaycanlıları Konqresinin (DAK) tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan dövləti) Nümayəndəliyinin rəhbəri tədqiqatçı-siyasətşünas Səməndər Çaxmaqlı ilə görüşmüş, qondarma erməni soyqırımı, onun saxta “tarixi kökləri” və s. suallarla müraciət edib.
    – Səməndər müəllim, ermənilərin yaxın günlərdə qondarma erməni soyqırımının 100 illiyini təntənəli surətdə qeyd etməyə hazırlaşdıqları bu cəfəngiyyatın kökləri hansı tarixi faktlara əsaslanır və ya belə bir məsələ olmuşdurmu?
    – Bildiyimiz kimi, son zamanlar ermənilər guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə erməni millətinə qarşı törədilmiş soyqırım nəticəsində 1,5 milyon ermənilərin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. “faciənin 100 illik tarixini” qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər – böhtan, hədə – qorxu dolu vasitələrindən istifadə edərək bu məsələnin həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarına sırımağa çalışırlar. Qondarma “soyqırımın 100 illiyi” adı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat qoparmağa çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırıma məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərin araşdırılması faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etdə də onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutmuşlar. I Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm-dirim mücadiləsi apararkən Bizans, Roma və s. imperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilərin sonuncu sığınacaq yeri tapdıqları Osmanlı imperiyasına da xəyanət etdilər. Onlar Rus qoşunlarının tərkibində “Böyük Ermənistan” yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımlar törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı İmperiyası köçürülmə əməliyyatı ilə onları Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə məcbur oldu. Rus yazıçısı Yakov İlicov “Türkiyə karvanı” tarixi romanında göstərir ki, 1924-cü ildə Frunzenin rəhbərliyi ilə (V.Leninin göstərişi ilə) Türkiyəyə yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görürük ki, I Dünya müharibəsi dövründə və sonralar Türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımlar erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma erməni soyqırımı cəfəngiyyat və saxtalarlıqdan başqa bir şey deyildir. 
    Ermənilərin saxtakarlıqlarından söz açan U.Çörçill yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir.
    Tarixçi Aleksandr Düma “Qafqaz səfəri” tarixi əsərində ermənilərin tarixi  saxtalaşdırmaq kimi “ ustalıqlarından bəhs edərək yazırdı ki, Dağıstanın Şilda kəndində gedən döyüşlərdə ləzgilər tayfa başçısının evinə hücüm edirlər. Bu adamın Yefim Sukyazov adlı tarixi saxtakarlıqla qələmə alan erməni katibi varmış. (Bu erməni Dağıstan torpaqlarının da bir hissəsinin qədim erməni torpaqları olduğunu qələmə alıbmış.) Ləzgilərin evi ələ keçirdiyini görən Sukyazov ölümdən xilas olmaq üçün özünü ölülüyə vuraraq üzü üstə yerə yıxılır. Onu tanıyan ləzgilərdən biri erməninin “cəsədinə” ilişir və onun sağ olduğunu bilir. Xəncərlə onun sol əlini kəsərək bayıra çıxarkən səhv etdiyini başa düşür və geri qayıdaraq onun sağ əlini də kəsir. Ermənilərin hansı şərəfsiz keyfiyyətlərə malik olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyah Alfred Karte, I Çavçavadze, Korneli Tatsis, V.Velicko, Qribayedov, Nekrasov və s. Kimi dünyada tanınmış şəxsiyyətlər də öz fikirlərini bildirmişlər.
    – Çar Rusiyası tərəfindən ermənilərin himayə edilməsi və Cənubi Qafqazda erməni dövlətinin yaradılması tarixi haqqında nələri deyə bilərsiniz?
    – Gəlin, əvvəlcə ermənilərin himayə edilməsi və Rus imperiyası tərəfindən qondarma “erməni dövləti”nin yaradılması tarixinə nəzər salaq:
       – 1724-cü ildə rus çarı I Pyotr erməni millətinin çar Rusiyasının himayəsi altına alınması haqqında fərman imzalamışdır.
       – 1768-ci ildə rus çariçası II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır.
       – 1769-cu ildə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi “Ermənilərin Azadlıq Proqramı” rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir. (Proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu.)
       – 1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik kilsələrdən istifadə edilməsini vacib saymışdır.
       – 1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədi ilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına I yürüş etdilər, lakin məğlub olaraq geri çəkilməyə məcbur oldular.
       – 1808-ci ildə Rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına II yürüş etdilər, lakin məğlub olaraq geri çəkildilər, Naxçıvan xanlığına hücum etdilər.
       – 1808-ci ildə Rus qoşunları erməni qoşunları erməni quldur dəstələri ilə birlikdə Naxçıvan xanlığını işğal etdilər, xarici ölkələrdən gətirilmiş erməniləri xanlığın ərazisində məskunlaşdırdılar.
       – 1827-ci ildə Rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına III yürüş etdilər və İrəvan xanlığı işğal edildi.
       – 1828-ci ildə, mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində “müvəqqəti erməni vilayəti” yaradıldı və İrəvan şəhəri ermənilərə paytaxt kimi hədiyyə verildi.
    Müvəqqəti erməni vilayətini dövlət kimi formalaşdırmaq üçün 1828-1988-ci illər arasında İrəvan xanlığının ərazisindən – Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovulub çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığının 29 min kv² ərazisində qondarma “Ermənistan Respublikası” yaradılmışdır. Sonralar Sovet Rusiyası öz sələflərinin yolunu davam etdirmiş və ermənisiz erməni dövləti yaradaraq öz siyasi məqsədləri üçün istifadə etmiş və indi də istifadə etməkdədirlər.
    – Ermənilərin Azərbaycanda, Türkiyədə törətdikləri cinayətlər – soyqırımlar, terrorçuluq, vandalizmi barədə hansı tarixi faktlar məlumdur?
    – Bildiyimiz kimi, ermənilərin qondarma soyqırımı cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin onların Rusiyanın havadarlığı ilə Türklərə, azərbaycanlılara və müsəlmanlara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımların, terror əməliyyatlarının, vandalizminin və s. dünyada misli bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:
    – 1827-1828-ci illərdə ruslar erməni quldur dəstələri ilə İrəvan qalasını işğal etdikdən sonra qalada və şəhərdə “qayda-qanun” yaratmaq ermənilərə tapşırıldı. Onlar 70 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçiləri Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar.
    – XIX əsrin II yarısında Rus-Türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər rusların köməyi ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illərdə), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımlar törətmiş, yüz minlərlə dinc əhalini qətlə yetirmişlər.
    – 1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımlar törədərək 150 mindən çox Azərbaycan türkünü qətlə yetirdilər.
    Bu illərin qanlı faciələrinin geniş şərhi yazıçı Mir Möhsun Nəvvabın “Erməni – Müsəlman davası” tarixi kitabında, M.S.Ordubadinin “Qanlı illər” əsərində və Cahangir Zeynalovun  “Müxtəsər Azərbaycan tarixi” elmi  publisistik əsərində erməni vəhşiliklərini geniş şəkildə öz əksini tapmışdır.
    Bütün bu kimi vəhşiliklərə, soyqırımlara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi “Hnçaq” (Zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış, millətçi – terrorçu “Daşnaksütyun” (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış “Asala” terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış, “Erməni vətənpərvərlər ittifaqı”, “Hamkavar”, “Droşak” (bayraq) və başqa millətçi – terrorçu təşkilatları bu gün də “Böyük Ermənistan” dövləti yaratmaq yolunda hər cür qeyri – insani  vasitələrdən istifadə etməkdədirlər.
    – 1914-1920-ci illərdə, əvvəllər çar Rusiyasının, sonralar isə Sovet Rusiyasının köməyinə arxalanan ermənilər müxtəlif iilərdə Azərbarbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-ci ildə yaradılmış qondarma Ermənistan dövlətinin tərkibində daxil edilmiş İrəvan xanlığının ərazisində yaşayan Azərbaycan türkləri daha çox vəhşiliklərə məruz qalmışlar. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Ağbaba, Vedibasar, Zəngibasar, Dərələyəz , Zəngəzur və başqa mahallarında quldurbaşı Andronik Ozanyanın erməni quldur dəstələri bu bölgələrdə yaşayan əhalinin tam yarısını qətlə yetirmişlər. 
    1914-cü ildə bütün ermənilərin katolikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri yaradılaraq Türkiyənin şərq vilayətlərini zəbt etmək üçün türk torpaqlarına soxuldular.  Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya Müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir.
    – 1918 – 1920-ci illərdə Bakıda Qubada, Şamaxıda, Göyçayda, Qərbi Azərbaycan torpaqlarında, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmişdi, 500 mindən çox mülki əhalinin həyatına son qoyuldu.
    – 1948 – 1953-cü illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirildi.100 minə yaxın azərbaycanlı deportasiyaya məruz qaldı.İqlim və yaşayış tərzinə uyğunlaşa bilməyən bu mülki əhalinin yarıdan çoxu həyatını itirdi. 
    Hələ 1943-cü ildə Tehran konfransında Sovet – İran münasibətləri müzakirə edilərkən, daşnaklar İran ermənilərinin Sovet Ermənistanına köçürülməsinə razılıq aldılar. 1947-ci ildə isə Mircəfər Bağırov və Qarlen Haryutunovun razılıq məktublarına əsasən “ermənistanlı Türklər” Azərbaycanın Kür – Araz ovalığına, İran erməniləri isə Ermənistan ərazisinə köçürüldü. 
    1988 – 1990-cı illərdə Sovet Rusiyasının havadarlığından istifadə edən ermənilər Qərbi Azərbaycanda (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycanlını dədə – baba yurdlarında zorla qovub çıxardılar. Yüzlərlə insan qətlə yetirildi. Ümumilikdə, 1828-ci ildən 1988-ci illər arasında rus-erməni ittifaqının işğalçı siyasəti nəticəsində İrəvan 29,8 kv² inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə – baba yurdlarından çıxarılmış, 1 milyondan çox əhali soyqırıma məruz qalmışdır. Hələ 1986-ci ildə Yunanıstanın Afina şəhərində Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə haqq – hesab məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.
    1989 – 1994-cü illərdə Dağlıq Qarabağ və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünkü reallıqdır. Onların Xocalıda, Qaradğlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında 100 mindən çox dinc əhali qətlə yetirilmişdir.
    Bu gün ermənilər çox gözəl bilirlər ki, havadarlarının köməyi ilə işğal etdikləri Qərbi Azərbaycan  –  İrəvan xanlığının, Dağlıq Qarabağ və digər bölgələrin torpaqları heç vaxt onların olmamış, olmayacaqdır. Yaxın zamanlarda bu torpaqlar işğaldan azad ediləcək və törətdikləri əməllərə görə qisas alınacaqdır.
    Bu yaxınlarda Fransada yaşayan erməni milyonçusu, erməni ordusuna ən çox maliyyə vəsaiti çatdıran daşnak Şarl Aznaur jurnalistin sualına əsəbi şəkildə cavab verərək bildirdi ki, biz Dağlıq Qarabağın müstəqil olması üçün bu işə girişdik. Əgər 1923-cü ildə bu torpaqları Stalin Azərbaycana vermişdisə, bəs bundan əvvəl bu torpaqlar kimə məxsus idi?!
    Məlumdur ki, Dağlıq Qarabağ torpaqları əsrlərlə Qarabağ xanlığının yaylaqları olmuşdur. Gördüyünüz kimi, təxminən bu əsr ərzində ermənilər havadalarının hərtərəfli köməyi ilə Türkiyədə törətdikləri soyqırımlar nəticəsində 2 milyondan çox, Şimali və Cənubi Azərbaycanda 1,5 milyondan çox insanların həyatlarına son qoymuşlar. İndi isə qondama erməni soyqırımından danışır, haray – həşir salır, onun “100 illik yubileyini” dünya ölkələrinə sırımaq istəyirlər.
    Əslində onların özləri havadarlarının köməyi ilə türklərə, azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar törətmişlər. Qeyd etdiklərimizin hamısı tarixi sənədlərə və faktlara əsaslanır. Əgər ermənilər həqiqətən soyqırıma məruz qalmışlarsa, niyə onlara qardaş olan Rusiya, Fransa kimi dövlətlərinin arxivlərində bu məsələ ilə barədə bir səhifə də olsun belə tarixi sənəd yoxdur? Bu gün Türk dövləti ona görə arxivlərin açılmasını, araşdırılmasını, bu məsələ ilə tarixçilərin məşğul olmasını tələb edir.
    Ermənilər isə bu məsələyə tarixi sənədlərlə yanaşmadan boyun qaçırırlar.
    Ermənilərin soyqırıma dair əsaslandıqları yalnız saxta bir sənədi həmişə ortaya atırlar; 1914-cü ilin axırlarında erməni silahlı dəstələri Rus qoşunları ilə birlikdə Türk torpaqlarına soxularkən erməni silahlılarının əksəriyyəti Suriyadan gələn ermənilər idi. Osmanlı Türkiyəsi yerli erməniləri Şərqi Anadoluya köçürən ərəfədə, Osmanlı paşalarından biri Suriya valisinə məktub göndərir. ( Həmin illərdə Suriya Osmanlı imperiyasının tabeliyində idi.) Həmin məktubda göstərilir ki, suriyalı silahlı erməni dəstələri türklərə qarşı böyük vəhşiliklər törədirlər, buna görə də Suriya ermənilərinin Türkiyəyə keçməsinin ya qarşısını alın, ya onları ölkədən xaric edin ya da xəncərdən keçirin. Lakin bu məsələnin həll edilməsi mümkün olmamışdır. Ermənilər isə bu işin icra edildiyini bəyan edirlər. Bu həmin 300 min ermənidir ki, sonralar onun sayı şişirdilərək 500 minə, 800 minə indi isə 1,5 milyona çatdırılmışdır. Halbuki, nə Suriya arxivlərində, nə də qonşu dövlətlərin arxivlərində bu məsələ barədə heç bir sənəd yoxdur. 
    Birmənalı şəkildə bütün dünya bilir ki, qondarma erməni soyqırımı cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin dünyada bu məsələyə münasibətlərdə ikili standartlar öz işini görməkdədir.
    – Neçə illərdir ki, torpaqlarımız, işğal altındadır. Və bunu dünyanın bütün ölkələrinə, bütün nüfuzlu ictimai – siyasi təşkilatlarına məlumdur. Lakin işğalçı dövlətə qarşı heç bir tədbir görülmür. Bu barədə fikirlərinizi bilmək istərdik.
    – Bilin ki, ermənilərə qarşı heç vaxt tədbir görülməyəcək. Neçə ki, bu məsələyə yanaşmada ikili standartlar var, xristian – müsəlman məsələsi var, işğalçı Rusiya və digər dövlətlərin himayəçiliyi mövcuddur ermənilər işğalçılıq siyasətlərindən əl çəkməyəcəklər.
    Azərbaycan dövləti və ölkəmizin bütün ictimai – siyasi təşkilatlarının apardıqları səmərəli fəaliyyətin nəticəsidir ki, bizim bütün məsələlərdə haqlı olduğumuz bütün dünyaya məlumdur. Lakin bildiyimiz standartlar Ermənistan, Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi hələ ki, ləngidir.
    – Bu gün ermənilərə qarşı hansı vasitələrdən istifadə edərək mübarizə aparmaq məqsədə uyğundur?
      
    – Bildiyimiz kimi, Azərbaycan dövləti işğalçı Ermənistan dövləti ilə beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir. Erməni quldurları isə bu məsələyə münasibətdə kəskin qeyri – konstruktiv yol seçərək, daha da azğınlaşırlar. İndi ermənilərlə öz əməlləri fonunda münasibətdə olmaq vaxtı çatmışdır. Son zamanlar belə bir yolun seçilməsi təqdirəlayiqdir. Hələ 1905 – 1907-ci iilərdə erməni-müsəlman davası zamanı erməniləri yalnız qana-qan yolu ilə islah etmək mümkün olmuşdur. 
    1905-ci ildə şuşalı Əhməd Ağaoğlu  tərəfindən Difai partiyası (Azərbaycan Milli Müdafiə Təşkilatı) yaradılmış və bu təçkilata qoşulan fədailər anti Azərbaycan , anti Türk siyasəti aparanlara qarşı ölümə ölüm, qana-qan, terrora-terror, qırğın-qırğınla cavab vermiş, Bakıdan-Batuma, Qarabağdan-Dağıstana qədər böyük nüfuz qazanmış, düşmənləri yerində oturmağa məcbur edərək bütün Qafqazda güc və ədalətin Türklər tərəfində olduğunu sübuta yetirmişdilər. Difai sözü düşməni dəf etmək, milləti müdafiə etmək, düşməndən törətdikləri əməllərə görə qisas almaq mahiyyəti daşıyır.
    Yazıçı Sabir Rüstəmxanlının “Difai fədailəri” tarixi əsərində həmin illərdə erməni quldurlarına qarşı mübarizə aparmış Vətən fədailərinin mübarizə üsulları geniş şəkildə göstərilmiş, onların qəhrəmanlıq əməlləri tarixi faktlarla şərh edilmişdir. Bu əsər düşmənlərimizdən qisas almaq üçün hər bir azərbaycanlının, xüsusən gənclərin stolüstü kitabı olmalıdır.
    Bu gün ermənilərlə heç bir ictimai, mədəni və s. əlaqələr yaratmaq haqqında düşünülməməlidir. Dünyanın heç bir ictimai – siyasi təşkilatlarına məhəl qoymayan və zor gücü ilə hər şeyi həll etməyi qarşısına məqsəd qoymuş erməni daşnaklarını məhv etmək və ya Cənubi Qafqazdan qovub çıxarmaq yeganə yoludur.
    Ölkə prezidenti cənab İ.Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, indiki Ermənistan dövləti İrəvan xanlığının, Zəngəzur mahalının torpaqları üzərində formalaşdığına görə biz Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarını da ermənilərdən azad etməli və onlardan qisas almalıyıq. Ölkə başçısının bu çağırışına hər bir azərbaycanlı qoşulmağa hazırdır.
    Müsahibəni qələmə aldı – Qaşqay Ziyəddinoğlu



  • Felmar Ələkbərli-65

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Felmar Ələkbərlini 65 illik yubileyi münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz Felmar bəy!

    Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

    Siz uzun illər müxtəlif vəzifələrdə özünüzü peşəkar kadr kimi göstərmisiniz. Amma Şin zavodunun direktoru ikən tutduğunuz yol Azərbaycanın müstəqillik, birlik, azadlıq ideyalarına sadiqliyinizin bariz nümunəsi kimi sizi bizlərə və xalqa tanıtdı. Siz heç bir təzyiqə baxmayaraq, Milli Azadlıq Hərəkatının içərisinə atıldınız və o dövr üçün böyük bir cəsarət göstərərək, Məhəmməd Əmin Rəsulzadənin heykəlini zavodun həyətində ucaltdınız. Bu, Azərbaycanda Rəsulzadənin ilk heykəli olaraq şərəfli tariximizə və sizin tərcümeyi-halınıza yazıldı.

    Azərbaycan müstəqilliyini əldə etdikdən sonra başlayan vətəndaş cəmiyyəti quruculuğundan da kənarda qalmadınız və biz sevinirik ki, siz demokratiya, insan haqları və vətəndaş cəmiyyəti istiqamətində apardığınız mübarizəni vətəndaş həmrəyliyi ideologiyası daxilində, bizimlə bir sırada aparırsınız. Milli birlik, vətəndaş həmrəyliyi ideologiyasının hər bir dönəmdə nə qədər önəmli olduğunu siz də bizim qədər çiyinlərinizdə və cəmiyyətimizdə hiss etmisiniz. Qarabağ savaşında, torpaqlarımızın işğalında vətəndaş həmrəyliyi və milli birliyin olmamasının da rol oynadığı tarix o qədər də uzaqda deyil. Hazırda da dünyanın indiki nizamında, daha doğrusu, nizamsızlığında milli birlik ideyasının Azərbaycan xalqı və dövlətçiliyimiz üçün qiymətini anlamaq çətin deyil.

    Bu ideyanı insan haqları və vətəndaş cəmiyyəti quruculuğu ilə uzlaşdırmaqla aparılan mübarizə bir ziyalı missiyasıdır və siz də bu missiyanızı uzun illərdir ki, şərəflə daşıyırsınız.

    Hörmətli Felmar bəy!

    Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, uzun illərdir uğurunda çalışdığınız Vətəni bütöv görmək səadətinin nəsib olmasını arzu edirəm.