Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Nazirlərin oliqarxa çevrilməsi iyrənc bir anormallıqdır” – Müsahibə

    “Müxalifət prezident seçkilərinə vahid namizədlə, vahid komanda kimi gedə bilməsə, ciddi rəqabət olmayacaq”

    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflının “Qafqazinfo”ya müsahibəsi:

    – Azərbaycanın mövcud ictimai-siyasi mənzərəsini necə xarakterizə edərdiniz?

    – Bu gün Azərbaycanda nisbi sabitlik görüntüsü olsa da, əslində ictimai-siyasi vəziyyəti bir cümlə ilə ifadə etmək olar – kritik nöqtəyə çatmaqda olan böhran. Bu böhran əsasən cəmiyyətdə sabitliyin bel sütunu olan iqtidar-cəmiyyət münasibətlərində özünü əks etdirir. Bu iqtidarın dövlətçilik baxımından anlaşılmaz fəaliyyəti özü ilə xalq arasında dərin uçurum yaranmasına, legitimliyinin tam itirilməsinə gətirib çıxarmışdır.

    Bilirsiniz, legitimliyin problemi təkcə qanunçuluqla bağlı deyil. Qanunilik legitimliyin ikinci dərəcəli elementlərindən sadəcə biridir, çünki hakimiyyəti mənimsəmiş qrupların əlində kifayət qədər vasitə var ki, öz hakimiyyətlərinə qanuni don geyindirsinlər. Legitimliyin problemi cəmiyyətin münasibətindədir və bu münasibətlər yazılmamış qanunlarla, stereotiplərlə tənzimlənir. Bu stereotiplər cəmiyyətdəki qeyri-bərabərliyi, oyun qaydalarına riayət edilməsini və sairi özündə əks etdirir.

    Daha bir qrup – mənəvi stereotiplər ümumbəşəri dəyərləri ehtiva edir – oğurlama, aldatma, öldürmə. Oğurluq, yalan və cinayət bu günkü hakimiyyətin adi həyat tərzidir. Artıq xalq onu kinin, hara və necə aparmasının fərqindədir. Cəmiyyət tam acıqlı, narazı, diskomfort bir vəziyyətdədir. Mən Azərbaycandakı bu günkü ictimai-siyasi vəziyyətin gərginliyini 1988-ci illə müqayisə edərdim; fərq yalnız subyektlərdədir və 1988-ci ilin subyektləri daha qəbuledilən idilər.
    Görünən sabitlik sadəcə müqavimətin olmamasında, bu müqaviməti təşkil edəcək qüvvələrin pərakəndəliyindədir. Amma bir kritik qaynama nöqtəsi var ki, ondan sonrasını proqnozlaşdırmaq qeyri-mümkündür.

    – Ölkənin gələcəyi ilə bağlı siyasi proqnozunuz nə qədər optimistdir?

    – İnsan ümidlərlə yaşayır, optimizm daha çox gənclər üçün xarakterikdir. Mən də özümü bir elə qoca saymıram, amma bu gün hakimiyyət mənsubları optimizm üçün yer qoymayıblar. İqtidar sosial ədaləti, cəmiyyətdə barışı bərpa etməyi, ölkədə düzgün həyata keçirilməyən idarəçiliyin yaratdığı köklü problemləri çözmək üçün dialoqu təsəvvürünə belə gətirə bilmir.

    Dövlət qulluqçuları olaraq maaşa işləməli olan nazirlərin Azərbaycan oliqarxlarına çevrilməsi artıq hamının qəbul etdiyi həqiqətdir ki, bu, əslində idarəçilikdə iyrənc bir anormallıqdır. Hakimiyyət kürsüsündən istifadə edərək, imkanı olanlar Azərbaycanın sərvətlərini, olmayanlar isə xalqı talamaqla məşğuldur. Bunlar artıq o yerə çatıblar ki, taladıqlarını başqa-başqa adamların deyil, çox anlaşılmaz bir biganəliklə özlərinin – prezident ailəsinin, nazir oğul-qardaşlarının adına sənədləşdirirlər. Bütün bunlar sosial partlayışa gətirib çıxara biləcək problemlərdir, bunun isə heç kimə xeyri yoxdur, hətta Azərbaycanın dövlətçiliyinə belə təhlükə törədə biləcək qaçılmazlıqdır.

    – Bir anlıq təsəvvür edək ki, 2013-cü il prezident seçkiləri ərəfəsindəyik: nə dəyişib və ümumiyyətlə, nəsə dəyişibmi?

    – Növbəti prezident seçkilərinə hələ 2 ildən çox vaxt var və hadisələr çox sürətlə inkişaf edə bilər. Lakin belə olmasa da çox ciddi dəyişiklik ondan ibarətdir ki, iki dəfəlik prezidentlik limiti ləğv edilib və bununla da İlham Əliyev bugünkü hakimiyyət komandasını dağılmaqdan müvəqqəti də olsa xilas edə bilib. Amma bu, vahid komanda deyil, bir-biri arasındakı ziddiyyətlərin getdikcə antoqonist xarakter aldığı qruplar toplumudur. İlham Əliyev bu ziddiyyətlərdən yararlanaraq hakimiyyət toplumunu idarə etmək ümidindədir, fəqət bu çox mürəkkəb bir mövqeyə gətirib çıxarmış şahmat oyununa bənzəyir. Düzgün hesablanmamış hər bir gediş gələcəkdə taxta üzərindəki mövqeyin darmadağın olmasına gətirib çıxara bilər. Bununla belə, hesab edirəm ki, hadisələrin inkişafını sürətləndirəcək katalizator olmasa, İlham Əliyev bu iqtidar toplumunu növbəti prezident seçkilərinə qədər qoruya biləcək. Müxalifət prezident seçkilərinə vahid namizədlə, vahid komanda kimi gedə bilməsə, ciddi rəqabət aparacağı mənə müşkül görünür.

    – Altı müxalifət partiyasının görüşünə VHP niyə dəvət olunmamışdı?

    – O görüşü təşkil edən Qurban Məmmədovdur. Dəvət edəcəyi partiyaları seçəndə hansı meyarları əsas götürüb, onu yalnız özü bilir. Ona görə hesab edirəm ki, sual Qurban bəyə ünvanlanmalıdır.

    – Həmin 6 partiyanın görüşünü, yaydıqları birgə bəyanatı necə qiymətləndirirsiniz?

    – Mən bilən həmin görüşə 8 partiya dəvət almışdı. Amma Müsavat və AXCP-nin dəvəti rədd etməsinin nəticəsində bu tədbir altıların görüşü kimi alınıb və bunun özü elə görüşün nəzərdə tutulan səviyyədə alınmaması deməkdir. O ki qaldı Qurban bəyin müxalifətin birliyini yaratmaq cəhdinə, çox qəribədir ki, Azərbaycanda bir çoxları bu gün müxalifəti birləşdirmək imkanında olduğu iddiasındadır. Heç kimin yox, məhz onun özünün bacaracağı iddiadadır və başqalarının bu istiqamətdə fəaliyyətlərinə məhəl qoymamaqla, ona müxtəlif vasitələrlə mane olmaqla özü həmin cəhddə bulunur. Qurban Məmmədov öz qardaşı ilə bir partiyada duruş gətirə bilmədi, indi müxalifəti birləşdirir.

    Parlament seçkilərindən sonra müxalifəti birləşdirməyə çalışan İctimai Palata adlı bir qurum yaradıldı və kifayət qədər ciddi şəkildə fəaliyyətə başladı. Niyə bunlar İctimai Palatanin işinə kömək etməyə, onu gücləndirməyə çalışmırlar, əksinə diqqəti bu qurumdan yayındırmağa, onu parçalamağa səy göstərirlər, bax, bu, çox maraqlıdır.

    – Son günlərdə İctimai Palata müxalifət partiyalarının bir çoxunun, hətta öz üzvlərinin tənqidinə məruz qalır. Siz İP-nın fəaliyyətini necə qiymətləndirirsiniz?

    – Mən də İctimai Palatanın üzvüyəm və mən də İP-in hazırkı fəaliyyətindən razı deyiləm. Bilirsiniz, İP ictimai birlik kimi yaradılmayıb, bu qurum Azərbaycanda nəyisə dəyişmək məqsədi ilə siyasi qurum olaraq yaradılıb. Üfüqi idarəçiliklə buna nail olmaq mümkün deyil və belə idarəçiliyin nəticəsidir ki, xalq arasında böyük ümidlərlə qarşılanan İP-in fəaliyyəti getdikcə sönükür. İctimai Palata strukturlaşdırılmasa, şaquli idarəçilik sisteminə keçməsə, qurumda partiyadaxili intizama uyğun olan münasibətlər qurulmasa, nəyəsə nail olmaq qeyri mümkündür.

    – Sabir Rüstəmxanlının partiya sədrliyindən gedəcəyi ilə bağlı bəyanatına münasibətiniz necədir?

    – Belə bir bəyanat eşitməmişəm. Bu, Sabir bəyin çoxdankı bir müsahibəsindəki fikrin kontekstdən çıxarılaraq çox uğursuz yozulmasıdır. Əlbəttə, vaxtı gələndə hamı gedəcək, amma bu, hələ yaxın vaxtların söhbəti deyil.

    – VHP niyə ayrı-ayrı üzvlər şəklində yox, partiya şəklində müxalifət birliklərinə qoşulmur?

    – VHP vaxtı ilə müxalifətin yaratdığı Demblokdan tutmuş SİDSUH və sairə kimi bütün bloklara çox fəal şəkildə qoşulub. Bizim hətta Müsavat partiyası ilə, sonradan AXCP ilə strateji müttəfiqliyimiz də olub. Amma 2000-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat Partiyası öz partiya mənafelərini əsas tutaraq həmin dönəmdə Azərbaycan Xalq Cəbhəsinin bu gün KXCP kimi fəaliyyət göstərən hissəsini tanımaqla həm AXCP-nin parçalanmasını rəsmiləşdirdi, həm də siyasi mübarizəni ideoloji müstəvidən mənafe müstəvisinə keçirdi. Bu gün də müxtəlif birliklər yaratmağa cəhd göstərən partiyaların öz partiya mənafelərini öndə tutması bütün səyləri puça çıxarır. VHP-nin üzvlərinin əksəriyyəti ideya daşıyıcıları olaraq mənafe mübarizəsinə hazır deyildi və ona görə də öz dostlarımızdan aldığımız zərbələrə adekvat cavab verə bilmirdik, heç indi də vermirik. Partiya mənafeləri bir kənara qoyulub ümummüxalifət, ümumazərbaycan mənafeləri ortalığa qoyulan anda VHP orada olacaq.

    – Alternativ Parlamentin yaradılmasına münasibətiniz necədir?

    – Mənasız zəhmətdir. Təyin olunmuşlardan ibarət rəsmi parlament nə iş görür, hansı səlahiyyətlərə malikdir, qəbul etdiyi qanunlar necə işləyir ki, alternativ parlament nəyə nail olsun?! Alternativ hökumət yaradılmalıdır, birinci şəxsindən tutmuş sonuncuya kimi. Hakimiyyətin hansı prinsiplərlə idarə olunacağı açıqlanmalıdır. İqtidarın Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində millətə, dövlətə düşmənçiliklə yaratdığı katastrofik problemlərin həlli yolları bəyan edilməlidir. Vəhşicəsinə varlanmaq həvəsi ilə oliqarx-nazirlərin yaratdığı sosial ədalətsizliyin necə bərpa olunacağı xalqa çatdırılmalıdır. Xalq əmin olmalıdır ki, müxalifət problemləri görür, onların həlli yolunu bilir və həll etmək iqtidarındadır.

    Və nəhayət, gecikmədən prezidentliyə vahid namizəd müəyyənləşdirilməli, onun prezidentliyə namizəd kimi qəbul edilməsi, namizəd olaraq legitimliyinin təmin edilməsi istiqamətində işlər başlanılmalıdır. Bütün bunlar İctimai Palata çərçivəsində həyata keçirilə bilər, əgər yuxarıda dediyim mənafelər bir kənara qoyulsa.

    – Partiya sədrliyinə namizəd olmaq ehtimalınız varmı?

    – Bu istefa söhbətləri partiyanın siyasi şurasının üzvü Arif İsmayılbəylinin yaxın günlərdə verdiyi bir müsahibə ilə bağlıdır. Hesab edirəm ki, belə məsələlər daha çox partiyadaxili müzakirələr mövzusudur, amma bir halda ki, bu məsələ ictimailəşib, fikrimi bildirmək zorundayam. Yadınıza salım ki, öz müsahibəsində Arif bəy “istefa” sözündən sonra “istefalar” ifadəsini də işlədib. Yəni VHP sədri, ali məclisin sədri, siyasi şura üzvləri partiyanı idarə edən komandadır. İstefaya səbəb olacaq uğursuzluq varsa, bu təkcə sədrin yox, bütün komandanın uğursuzluğudur. Bu baxımdan istefa olacaqsa, istefalar da olacaq və bu mənə də aiddir.

    – Söhbətimiz AXC-nin ildönümü gününə təsadüf edir. Deyəcəyiniz bir söz varmı keçmiş əqidədaşlarınıza?

    – Əqidəmiz dəyişməyib ki, “keçmişi”, “indisi” də olsun. Əqidə birdir: müstəqil, güclü, demokratik, sivil Azərbaycan! Mən ilk cəbhəçilərdənəm, AXC Məclisinin üzvü və ilk rayon təşkilatlarından olan Qaradağ rayon təşkilatının sədri olmuşam. Bu gün təkcə hazırkı AXCP-çilər yox, bütün cəbhəçilər üçün əzizdir. AXC qarşısına qoyduğu məqsədə nail olan və Azərbaycan tarixində müstəsna rol oynayan qurumdur, iftixar yerimizdir. Hamını – Milli Azadlıq Hərəkatında canı və qanıyla, səmimi olaraq iştirak edən hər bir kəsi AXC-nin ildönümü münasibətilə təbrik edirəm. Hesab edirəm ki, AXC-nin varisləri də bu günü firqə daxilində qeyd etməməlidirlər və bizim təbrikimizi gözləməməlidirlər; əksinə, biz onlardan gözləyirik və buna da haqqımız var deyə düşünürəm.

    Fatimə Kərimli

  • VHP sədri Milli Mətbuat Günü ilə bağlı KİV-i təbrik etdi

    Hörmətli media nümayəndələri!

     Sizi Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

     136 il əvvəl Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə təməlini qoyduğu Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Keçilən bu yolun cəfası səfasından qat-qat çoxdur; dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini – əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir sürə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq sözünü deməyə çalışıb. Gah Ezop dilindən, gah bənzətmələrdən, Azərbaycan dilinin zəngin və çoxmənalı qatından istifdə edən jurnalistlər hər zaman bu və ya digər formada xalqa həqiqəti çatdırmağı özlərinə borc biliblər. Təsadüfü deyil ki, Azərbaycanda Milli Azadlıq Hərəkatı başlananda da onun önündə gedənlər qələm əhli, yaradıcı insanlar oldular.

     Azərbaycan mətbuatı ilk fürsətdəcə, 1989-cu ildə müstəqil mətbuatı yaratdı. 1989-cu il oktyabrın 3-də işıq üzü görən «Azərbaycan» qəzeti müstəqilliyimizin qaranquşu oldu və qısa müddətdən sonra yeni, azad, müstəqil mətbuatın bünövrəsi qoyuldu.

     Müstəqil mətbuatın təşəkkül tapdığı bu 22 ildə mətbuat çox böyük nailiyyətlər qazandı: Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.

     Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, bu güzgü hələlik, o qədər də gözəl mənzərə əks etdirmir. Ancaq mən heç bir zaman ümidsiz olmadım: hamı xoş bir xəyal sananda belə Azərbaycanın müstəqilliyinə inandım, indi də Güneyli-Quzeyli Bütöv, güclü və demokratik bir dövlətimizə qovuşacağımıza əminəm.

     Hörmətli mətbuat nümayəndələri!

     Bir qələm adamı və jurnalist olaraq bir daha Sizləri, həmkarlarımı təbrik edir və media əhli başda olmaqla, arzularımıza gedən yolda yürüyən hər bir kəsə uğurlar arzulayıram.

    Hörmətlə,

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı

     

  • ABŞ səfirliyinin katibi Sabir Rüstəmxanlı ilə görüşdü

    Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin ikinci katibi cənab Rayan T.Kembel VHP sədri Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə görüş keçirdi.

    Görüşdə əsasən bölgədəki vəziyyət, Azərbaycanın öz qonşuları – Rusiya, İran, Gürcüstan, xüsusilə Türkiyə ilə münasibətləri, iqtisadi-siyasi və mədəni-mənəvi əlaqələri müzakirə olundu. Türkiyədə baş verən son proseslər, ordu komandanlarının istefası və bu istefaya Azərbaycan ictimai fikrinin reaksiyası görüşün əsas danışıq mövzusunu təşkil etdi.

  • Elçibəyin vəfatından 11 il ötür

    Ötən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olan Əbülfəz Elçibəy (Əliyev) 24 iyun 1938-ci ildə Naxçıvanda anadan olub.
    Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
     O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.
    1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Naxçıvanın Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.
    Uzun zaman əziyyət çəkdiyi xəstəlikdən sonra 2000-ci il 22 avqust tarixində Türkiyənin paytaxtı Ankarada vəfat edib, daha sonra I Fəxri xiyabanda dəfn olunub.

      Əbülfəz Elçibəy haqqında geniş məlumatı bu linkdən oxuyun.
       

        http://az.wikipedia.org/wiki/Əbülfəz_Elçibəy

  • İranda Azərbaycanlı milli fəal həbs edilib

    Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan urmiyalı fəal Məhsa Mehdili tutulub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları Məhsa Medilini avqustun 21-də atasının mənzilindən aparıblar.

    Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.

  • Sadələşdirilmiş rejim Azərbaycana turist axınının artmasına səbəb olacaq

    Media Mərkəzində Azərbaycanın “Şərq tərəfdaşlığı” ölkələri viza rejiminin müqayisəli təhlilinin təqdimatı keçirilib. Sənədi  miqrasiya sahəsində ekspert, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev hazırlayıb.

    Sənəd Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) Azərbaycan Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) dəstəyilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

    Layihənin işçi qrupunun rəhbəri Yaşar Cəfərli qeyd edib ki, proqramda məqsəd Azərbaycanın Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi işinə yardım göstərməkdir.

    Ə.Əliyevin sözlərinə görə, Aİ ilə viza rejiminin sadələşdirilməsi üçün Azərbaycanın sərhədlərinin təhlükəsizliyini möhkəmləndirmək, bu sahədə idarəçiliyi təkmilləşdirmək, miqrasiya proseslərini tənzimləmək və readmissiya haqqında sazişi imzalamaq lazımdr.   Readmissiya haqqında saziş sadələşdirilmiş viza rejiminin tətbiqində əsas elementdir.  

    Bu məsələdə Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının digər iştirakçılarından – Ukrayna, Gürcüstan və Moldovadan geri qalır.

    Readmissiya başqa ölkələrdə qeyri-leqal miqrant kimi olan vətəndaşların qaytarılması ilə bağlı dövlətlərin üzərinə öhdəlik qoyur. Bundan əlavə, dövlət Azərbaycan vasitəsilə Avropaya gedən əcnəbiləri də qaytarmalıdır.

    Eyni zamanda ölkə vətəndaşları sadələşdirilmiş viza rejimindən üstünlüklər əldə edəcəklər. Belə ki, Şengey zonası ölkələrinə vizanın qiyməti 60 avrodan 35 avroya  kimi azaldılacaq. Qalma müddəti isə yarım il ərzində 90 günədək təşkil edəcək.

    Sadələşdirilmiş rejim müraciətə 10 gün ərzində baxılmasını və sənədlərin siyahısının azaldılmasını (bank hesabı, daşınmaz əmlak haqqında və s. məlumatlar olmadan) nəzərdə tutur.

    Sadələşdirilmiş rejim Azərbaycana turist axınının artmasına səbəb olacaq.  Belə ki,  2010-cu ildə Azərbaycana 1 mln. 400 min əcnəbi gəlib. Onların yarısı İran və Gürcüstan vətəndaşlarıdır. Readmissiya haqqında sazişə malik olan Gürcüstana təkcə Avropadan 1 mln. nəfər gəlib.

    Əliyev readmisiya haqqında dövlət strategiyasının hazırlanması üzərində işin sürətləndirilməsini və Aİ ölkələri ilə sadələşdirilmiş viza rejiminin tətbiqini zəruri hesab edir.

  • Uyğurların lideri: «Ya azad olacaqlar, ya da öləcəklər»

    Çinin cənubunda Sinszyan Uyğur Muxtar Respublikasında etnik uyğurlar və han çinlilər arasında qanlı toqquşmalar davam edir.

    Uyğur fəalları deyirlər ki, onların qəzəbini Çin repressiyası coşdurur. Pekin isə uyğurları seperatizmdə, terrorşuluqda ittiham edir və zorakılığın alması üçün sərt kütləvi təhlükəsizlik tədbirlərinə əl atıb.

    «ÇİN HAKİMİYYƏTİ HƏLƏ DƏ İNSANLARI HƏBS EDİR»

    Uyğur müsəlmanlarının sürgün edilmiş lideri Rabiya Kadeer AzadlıqRadiosuna verdiyi müsahibəsində Sinszyandakı vəziyyəti təhlil edib. O, «son zamanlar Sinszyanda zorakılıq hadisələri artıb. Bu qədər qan tökülməsinə nə səbəb olub və bütün bu hadisələrin bir-biri ilə əlaqəsi varmı?» sualına belə cavab verib:

    «Bəli, bütün hadisələrin bir-biri ilə əlaqəsi var. 2009-cu ildə iyulun 5-də regional paytaxt Urumçidə han çinləri ilə uyğurlar arasında baş verən iğtişaşlar zamanı 10 minə yaxın adam həbs olundu. 4-5 min adam itkin düşdü, 4-5 min adam öldürüldü.  Fikrimcə, indiki qarşıdurmalara ölənlərin yaxınları qatılıb».

    Rabiya Kadeerin sözlərinə görə, Çin hakimiyyəti hələ də adamları həbs edir, onların sayı 70 minə çatıb: «İtkin düşənlərin də sayı artıb. Hakimiyyət uyğurların evinə polis göndərir. Kişiləri sorğu-sual edirlər, onlara işgəncə verirlər ki, iyulun 5-dəki hadisılərlə əlaqələri varmı, bu hadisələrdə iştirak ediblərmi? Ona görə də biz deyirik ki, hadisələr iyulun 5-dən başlayıb. Fikrimcə, Çin uyğurların öldürülməsini dayandıracaq, amma uyğurlar dayanmayacaq. Çin öz siyasətini dəyişənə qədər. Ya azad olacaqlar, ya da öləcəklər».
     

    «HADİSƏLƏRİ TERRORÇULUĞA BAĞLAYAN HAKİMİYYƏT YALAN DANIŞIR»

    Rabiya Kadeer Çinin bu iğtişaşların arxasında Pakistan hərbçiləri tərəfindən öyrədilmiş müsəlman extremistlərinin durması ilə bağlı iddialarını rədd edir, deyir ki, bu, yalandır: «Hərkəs, Çin hökuməti də, uyğurlar da, çinlilər də, jurnalistlər də bunun  yalan olduğunu bilir». Onun sözlərinə görə, zorakılıqda əli olan adamlara işgəncə verildiyi faktdır və görünür, Çin 5-6 adamı məcbur edib ki, islamçı və Pakistan terrorçuları ilə əlaqələri olduğunu  söyləsin: «Onlar hadisələri saxtalaşdırmağı bilirlər. Mənə qarşı da bu medotdan yararlandılar, «etiraf» etdirdilər, sonra da bu «etiraf» əsasında məni sürgünə göndərdilər».

    Rabiya Kadeerin fikrincə, qarşıdurmaların arası kəsilməyəcək. O deyir ki, Çin qarşıdurmalarda terrorizm izi axtarır və bu bəhanə ilə də uyğurları öldürəcək. Amma belə olarsa Çin böyük səhvə yol vermiş olacaq. Rabiya Kadeerin sözlərinə görə, uyğurlar hər yerdə ayağa qalxır və bu davam eləsə, qazaxlar, monqollar da qalxacaq. Çində yaşayan qazaxların bir etnik qrup kimi güncə sıxışdırıldığını söyləyən xanım Kadeer əlavə edir ki, uyğurların savaşı azadlıq uğrundadır, bunu terrozim adlandımaq səhvdir:

    «Bu savaş uyğurlarla hökumət arasındadır. İkinci dünya müharibəsində Yaponiya Çinin bir hissəsini işğal etdi, çinliləri öldürdü. Çin də cavabsız qalmadı. İndi Çinin hərəkətini terrorizmmi adlandırmalıyıq? Uyğurlar indi eyni vəziyyətdədilər».

    «UYĞURLARLA BƏRABƏRHÜQUQLU DAVRANILMALIDIR»

    Rabiya Kadeer Çin hökumətinə məktub yazıb qan tökülməsinin dayandırılmasını, dialoqa getməyi, uyğurlara bərabərhüquqlu və insani rəftar göstərməyi, həbs edilənlərin dərhal azadlığa buraxılımasını istəyib. Amma cavab alıb ki, onlar milli separatçıların və terrorçuların liderini dinləmək niyyətində deyillər:

    «Amma hələ də ümid edirəm ki, Çin hakimiyyəti özündə güc tapıb həbs olunmuş uyğurları sərbəst buraxacaq, onlarla yaxşı rəftar edəcək, bərabər hüquqları olduğunu tanıyacaq. Ona da ümid edirəm ki, uyğurların müsadirə edilmiş torpaqlarını vaxt itirmədən özlərinə qaytaracaqlar. Yurd-yuvalarından qovulmuş uyğurlara evlərinə qayıtmağa izacə verəcəklər».

    Rabiya Kadeer deyir ki, bu problemlər həll olunandan sonra uyğurlar müstəqilliklə bağlı suallara cavab tapa və bu məsələni də beynəlxalq normalara, uyğurların arzularına uyğun həll edə bilərlər.

     

    Rabiya Kadeer kimdir?
    • 11 uşaq anası olan Rabiya Kadeer 1976-cı ildə Çində bir camaşırxana açıb işlətməklə pul qazanmağa başlamışdı. 1990-cı illərin ortalarında isə o, artıq Çində böyük ticarət mərkəzinə sahib olan ölkənin beş ən varlı adamından biri idi. Sincan əyalətində uyğurların hüquqları uğrunda mübarizə aparması onu az qala hər şeydən məhrum edib. İlk dəfə 1997-ci ildə Sincanın Yining şəhərində nümayişçilərə divan tutulmasına görə Pekini tənqid edən Kadeeri hakimiyyətin hədəfinə çevrildi. Bundan dərhal sonra parlamentdəki yerini itirdi, ölkədən çıxmasına qadağa qoyuldu. 1999-cu ildə ABŞ konqresmenləri ilə görüşüb uyğurların hüquqlarının pozulması barədə məlumat verməyə cəhd etdiyinə görə həbs olundu. 2000-ci ildə dövlət sirrini yaymaq ittihamı ilə azadlıqdan məhrum olundu. 2005-ci ildə səhhətinə görə azadlığa çıxandan sonra ABŞ-a sığındı. Rabiya Kadeer 2006-cı ildə Amerika Uyğurları Assosiasiyasının və Dünya Uyğur Konqresinin prezidenti seçilib. Bundan dərhal sonra onun Çində yaşayan oğlunu vergi pozuntuları ittihamı ilə həbs ediblər.
  • VHP 57 Sеçкi Dаirəsi üzrə 58 nаmizəd irəli sürüb

    Mərкəzi Sеçкi Mоmissiyаsının 19 iyul 2011-ci il tаriхli iclаsındа  Dаirə Sеçкi Коmissiyаlаrının tərкibi təsdiqlənib

       Vətəndаş Həmrəyliyi Pаrtiyаsındаn Аzərbаycаn Rеspubliкаsı Sеçкi Məcəlləsinin 30.3-cü mаddəsinin tələblərinə əsаsən 57 Sеçкi Dаirəsi üzrə 58 nəfər  şəхsi nаmizədliyini müvаfiq Sеçкi Dаirələri üzrə həllеdici коmissiyа üzvlüyünə irəli sürüb. 
     Mərкəzi Sеçкi Mоmissiyаsının 19 iyul 2011-ci il tаriхli iclаsındа  Аzərbаycаn Rеspubliкаsı Sеçкi Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu mаddələrinə uyğun оlаrаq VHP-nin irəli sürdüyü аşаğıdакı nаmizədlərin  nаmizədləyi təsdiq оlunub.
     1.     6 sаylı Culfа – Bаbəк Sеçкi Dаirəsi-  Аbdullаyеv  Hüsеyn Qurbаnəli оğlu 
     2.     8 sаylı Binəqədi birinci Sеçкi Dаirəsi –   Əliyеv Fаiq Хudu оğlu 
     3.     11 sаylı Qаrаdаğ  Sеçкi Dаirəsi- Əsədоv Bакir Аtduхаn оğlu 
     4.     12 sаylı Qаrаdаğ – Binəqədi –Yаsаmаl  Sеçкi Dаirəsi -Əsədоv Şакir Аtduхаn оğlu 
     5.     13 sаylı Хəzər birinci  Sеçкi Dаirəsi- Sаdıqоv  Tеlmаn Cəfər оğlu
     6.     16 sаylı Yаsаmаl iкinci  Sеçкi Dаirəsi- Sultаnоv Nəbi Bаğı оğlu
     7.     19 sаylı Nərimаnоv birinci  Sеçкi Dаirəsi- Niftəliyеvа Еlnаrə Tаfiq qızı 
     8.     20 sаylı Nərimаnоv iкinci  Sеçкi Dаirəsi-  Mirzəyеv Şəmsəddin Dаvud оğlu 
     9.     23 sаylı Nəsimi – Səbаil  Sеçкi Dаirəsi- Hаcıyеv Еtibаr Məmməd оğlu 
     10.  25 sаylı Nizаmi iкinci Sеçкi Dаirəsi – Mеhdiyеv Səməndər Qələndər оğlu 
     11.  26 sаylı Sаbunçu birinci Sеçкi Dаirəsi –  Sаlаyеv Sаlеh Mirхаs оğlu 
     12. 28 sаylı Sаbunçu üçüncü Sеçкi Dаirəsi- Quliyеv Qаlib Nüsrət оğlu 
     13.  29 sаylı Səbаil  Sеçкi Dаirəsi- Həsənli Vаsif Əlihаsil оğlu 
     14. 30 sаylı Surахаnı birinci  Sеçкi Dаirəsi- Həsənоv Sаbir Tеhrаnхаn оğlu 
    15. 31 sаylı Surахаnı iкinci  Sеçкi Dаirəsi- Şəкərоv Аsif  Nаdir оğlu 
     16. 33 sаylı Хətаi birinci  Sеçкi Dаirəsi- Əhədоv Tаlıb Səхаvət оğlu 
     17. 34 sаylı Хətаi iкinci  Sеçкi Dаirəsi- Səfərоv Fаiq Аğаş оğlu 
    18. 38 sаylı Nizаmi iкinci (Gəncə)  Sеçкi Dаirəsi- Məmmədəliyеv Аsəf Акif оğlu 
     19. 39 sаylı Кəpəz birinci (Gəncə)  Sеçкi Dаirəsi- Bаğırоv Sакit Səməndər оğlu 
     20. 42 sаylı Sumqаyıt iкinci  Sеçкi Dаirəsi- Bахşiyеv Pənаh Əlкişi оğlu 
     21. 44 sаylı Sumqаyıt – Аbşеrоn  Sеçкi Dаirəsi- Qubаdоv Şövqi Bахаs оğlu
     22. 45 sаylı Аbşеrоn Sеçкi Dаirəsi- Rüstəmхаnlı Nаmiq Mədət оğlu
     23. 46 sаylı Şirvаn  Sеçкi Dаirəsi- Аstаnоv Vаqif Pоlаd оğlu 
     24. 48 sаylı Yеvlах  Sеçкi Dаirəsi- Cəfərоv Vüqаr Qаlib оğlu 
    25. 50 sаylı Qоbustаn – Хızı – Sumqаyıt  Sеçкi Dаirəsi- Dəmirli Əlvаn Каmаl оğlu 
     26. 51 sаylı Qusаr Sеçкi Dаirəsi- Məmmədоv Еlşəfа Həsənbаlа оğlu 
     27. 52 sаylı Qubа Sеçкi Dаirəsi- Əlizаdə Nаdir Zеynаl оğlu 
     28. 54 sаylı Şаbrаn – Siyəzən Sеçкi Dаirəsi- Cаmаlоv Rаhib Şərif оğlu 
    29. 56 sаylı Хаçmаz кənd Sеçкi Dаirəsi- Qаsımоv Оrхаn Cаvаnşir оğlu 
     30. 57 sаylı Кürdəmir Sеçкi Dаirəsi- Cəfərоv Əliqulu Аbаsqulu оğlu
     31. 59 sаylı Sаlyаn Sеçкi Dаirəsi- Аbdullаyеv Аğаmusа Əvəzаğа оğlu 
     32. 60 sаylı Sаlyаn – Nеftçаlа Sеçкi Dаirəsi- Mənəfоv Çingiz Hidаyət оğlu 
     33. 63 sаylı Sаbirаbаd birinci Sеçкi Dаirəsi- Sultаnlı Mеjdun Sultаn оğlu 
     34.  64 sаylı Sаbirаbаd iкinci Sеçкi Dаirəsi- Vəliyеv Аqil Rəhimdil оğlu  – Qаsımоv Inqilаb Аğаmməd оğlu                                                                                                
     35.   66 sаylı Biləsuvаr Sеçкi Dаirəsi- Əliyеv Məmmədаğа Аğаmаlı оğli 
     36. 67 sаylı Cəlilаbаd şəhər Sеçкi Dаirəsi- Quliyеv Sаlеh Əzizullа оğlu
     37. 69 sаylı Cəlilibаd – Mаsаllı – Biləsuvаr Sеçкi Dаirəsi- Quliyеv Еmin Sаlmаn оğlu 
     38.  71 sаylı Mаsаllı кənd Sеçкi Dаirəsi- Аğаyеv Inаm Rаsim оğlu
     39. 72 sаylı Yаrdımlı – Mаsаllı Sеçкi Dаirəsi- Rzаzаdə Аzаd  Yаşаr оğlu 
     40. 76 sаylı Lənкərаn – Аstаrа Sеçкi Dаirəsi- Qurbаnоvа Gülхаr Tоfiq qızı
     41. 81 sаylı Bеyləqаn Sеçкi Dаirəsi-  Quliyеvа Sоlmаz Qədir qızı 
     42. 87 sаylı Аğsu – Ismаyıllı Sеçкi Dаirəsi- Əzimоv Tаhir Ələşrəf оğlu
     43. 89 sаyl Göyçаy – Аğdаş  Sеçкi Dаirəsi- Ələsgərоvа Еlmirа Аbdullа qızı 
     44. 94 sаylı Bərdə кənd Sеçкi Dаirəsi- Cаbbаrоv Rövşən Qаfаr оğlu 
     45. 97 sаylı Gоrаnbоy – Аğdаm – Tərtər Sеçкi Dаirəsi- Məmmədоv Zаur Mityа оğlu 
     46. 100 sаylı Şəmкir – Dаşкəsən Sеçкi Dаirəsi- Zеynаlоv Ülfət Isrаfil оğlu 
     47. 104 sаylı Gədəbəy – Tоvuz Sеçкi Dаirəsi- Cəfərоv Еldаr  Hüеynаlı оğlu 
     48. 105 sаylı Tоvuz Sеçкi Dаirəsi- Ələsgərоv Nəsimi Tеlmаn оğlu 
     49. 107 sаylı Qаzах Sеçкi Dаirəsi- Qоcаyеv Qоcа Dilənçi оğlu
     50. 111 sаylı Zаqаtаlа – Bаlакən Sеçкi Dаirəsi- Ibrаhimоv Аqil  Ziyаdхаn оğlu 
     51. 113 sаylı Şəкi şəhər Sеçкi Dаirəsi- Sülеymаnоv Hаmil Tаpdıq оğlu 
     52. 115 sаylı Şəкi кənd iкinci Sеçкi Dаirəsi- Yusifоv Аdil Аbdullа оğlu 
     53. 116 sаylı Qəbələ Sеçкi Dаirəsi- Quliyеv Mеhdi Хеyirbəy оğlu 
     54. 119 sаylı Аğdаm кənd Sеçкi Dаirəsi- Хəlilоv Həsən Bəhrаm оğlu 
     55. 122 sаylı Хаnкəndi  Sеçкi Dаirəsi- Qаdаşlı MəhəmmədАllаhyаr оğlu 
     56. 124 sаylı Şuşа – Аğdаm – Хоcаlı – Хоcаvənd Sеçкi Dаirəsi- Bаğırоvа Оfеlyа Rəşid qızı 
     57. 125 sаylı Zəngilаn – Qubаdlı Sеçкi Dаirəsi- Ələкbərоv Ruslаn Fеlmаr оğlu   
    VHP Təşkilat Şöbəsi
  • VHP Füzuli Rayon Təşkilatının konfransı keçirilib

    Sosial ədalətsizlik, korrupsiya düşmən dəyirmanına su tökməkdir

    Sabir Rüstəmxanlı: «Xalq özü əsl müxalifətdir və bu müxalifətlə hesablaşmaq vacibdir».

    Bu gün VHP mərkəzi qərargahında Füzuli rayon təşkilatının növbəti konfransı keçirildi. Konfranda partiya sədri Sabir Rüstəmxanlı, Ali Məclisin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Ələkbərli iştirak edirdi.

    Tədbiri giriş sözü ilə açan VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirdi ki, Füzuli rayon təşkilatı partiyanın 81 rayon təşkilatı içərisində ən aktivlərindən biridir: «Təəssüf ki, rayon işğal altında olduğundan sakinlər kimi, təşkilat da bir neçə yerdə fəaliyyət göstərməyə məhkumdur. Özək təşkilatlarının bir hissəsi Horadizdə, bir hissəsi isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir».

    Hesabat məruzəsiylə təşkilatın sədr əvəzi Yavər Həsənov və NTK sədri Qurban Namazəliyev çıxış etdi.

    Daha sonra VHP sədri Sabir Rüstəmxanlı konfrans iştirakçılarını salamladı və partiyanın sosial-siyasi həyatdakı yeri barədə açıqlama verdi. Partiya sədri həmçinin VHP-nin mövqeyi haqda deyilənlərə də aydınlıq gətirdi: «Azərbaycanın taleyüklü məsələlərində əsas çətinlik, bizi hədəfdən yayındıran məsələ vətəndaş həmrəyliyinin olmamasıdır. Yerləşdiyimiz coğrafi mövqe və şərait elədir ki, biz yalnız vətəndaş həmrəyliyi ilə hədəflərimizə çata bilərik». Daxili didişmələri, barışmazlığı tənqid edən Sabir Rüstəmxanlı bir-birini qəbul etməmək kimi ziyanlı vərdişlərin düşmən dəyirmanına su tökmək olduğunu söylədi: «Əslində, sosial ədalətsizlik, korrupsiya və rüşvət, daxili siyasi didişmələr, siyasi rəqiblərin bir-birini qəbul etməməsi və bir-birinə düşmən kimi baxması ilə dövlətçiliyə xəyanət eyni anlam daşıyır. Çünki bunların Azərbaycandha olmasını yalnız düşmənlər, ermənilər arzulaya bilər».

    S.Rüstəmxanlı «müxalifətin olmaması» ilə bağlı fikirlərə də toxundu: «Müxalifət yoxdursa, deməli, demokratiya, söz azadlığı, sivil toplum da yoxdur. Əslində, xalq özü əsl müxalifətdir, ayrı-ayrı siyasi partiyalara güvənməmək isə başqa mövzudur. Bu müxalifətlə – xalqla hesablaşmaq vacibdir».

    Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Gizli səsvermə ilə Qurban Namazəliyev rayon təşkilatının yeni sədri seçildi.

    Eyni zamanda, 21 nəfərdən ibarət məclis və 3 nəfər NTK üzvü müəyyənləşdirildi. NTK-nın iclasında Şərqiyyə Orucova sədr seçildi. Məclisin iclasında isə 9 nəfər Şura üzvü və 5 nəfər müavin seçildi.

     

  • VHP Qusar rayon təşkilatınini konfransı keçirilib

    Vətəndaş Həmrəyliyi Partiyasının qusar rayon təşkilatının növbəti, 5-ci konfransı keçirilib. Konfransda rayon təşkilatının özəklərindən seçilmiş nümayəndələr, həmçinin VHP mərkəzi aparatından təşkilat şöbəsinin müdiri Samir Əsədli və Gənclər Təşkilatının sədri Emil Bağırov iştirak ediblər. “Qafqazinfo”nun məlumatına görə, konfransda təşkilat sədri Həsənbala Məmmədovun hesabat məruzəsi dinlənilib.

    VHP-nin 1992-ci ildə, AXC-nin bazası əsasında yarandığını diqqətə çatdıran H.Məmmədov «vətəndaş həmrəyliyi» ideologiyasının qusarlılar üçün böyük önəm daşıdığını bildirib: «Bu gün Qusarda ən güclü və fəaliyyət imkanları geniş olan yeganə partiya məhz VHP-dir. Bütün müxalif düşüncəli insanlar bizə üz tutur və bizə güvənirlər. Çünki həm ideoloji baxımdan yerli camaatın rəğbətini qazanmışıq, həm də ictimai-siyasi kursumuza görə qəbul edilirik. Bu amillər 19 ildir ki, bizim ayaqda qalmağımıza səbəb olub».

    Nəzarət-Təftiş Komissiyasının sədri Fərahim Hacıyevin təşkilatın Nizamnaməyə uyğun fəaliyyəti və pozuntuya yol verməməsi barədə məruzəsindən sonra VHP təşkilat şöbəsinin müdiri çıxış etdi. Samir Əsədli demokratik mühitin boğulduğu hazırkı ictimai-siyasi şəraitdə bölgələrdə siyasi mübarizə aparmağın xeyli çətin olduğunu söylədi: «Xüsusilə dövlətçilik üçün həssas olan səhəd rayonlarında bu fəaliyyət ikiqat çətinləşir. Məhz belə şəraitdə siyasi qurumun mübarizədən bir addım da olsun çəkilməməsi və daha da güclənməsi siyasi təcrübə tələb edir və hesab edirəm ki, VHP-nin bu baxımdan bəxti gətirib». H.Məmmədovun 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatına qoşulan ilk ziyalılardan olduğunu xatırladan Əsədli AXC-nin Qusar rayon təşkkilatının qurucusu və ilk sədri kimi onun böyük siyasi məktəb keçdiyini söyləyib: «Yeri gəlmişkən, AXC-nin yaranmasının 22-ci ildönümü, AXC-nin nail olduğu dövlət müstəqilliyimizin isə 20 illiyi münasibəti ilə Həsənbala müəllimi ayrıca və xüsusi olaraq təbrik edirəm».

    Daha sonra Kamran Xammətov, Albert Rəhimov, Radik Abamuradov, Ağabala Muradov, Vladimir Orucoviç və s. çıxış edərək rayondakı ictimai-siyasi vəziyyət, siyasi mübarizə imkanları barədə fikirlərini bölüşdülər.
    Sonda gizli səsvermə ilə Həsənbala Məmmədov yenidən rayon təşkilatının sədri seçilib və konfransda 25 nəfərlik Məclis, 3 nəfərlik NTK formalaşdırılıb. Məclisin yığıncağında 9 Şura üzvü və sədrin 5 müavini müəyyənləşib.
    NTK üzvləri isə toplantı keçirərək Rahib Babayevi NTK sədri seçiblər.