Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP hakimiyyətə etirazını bildirdi

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Tarif Şurasının son qiymət artımı ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

    «Bu gün Tarif Şurasının növbəti iclasında qiymət artımı ilə bağlı bəzi müraciətlərin müsbət həll edilməsi heç də Azərbaycan əhalisinin sosial reallıqlarına adekvat deyil. Əməkhaqqlarında heç bir artım olmadığı halda məişət tullantılarının daşınması, o cümlədən isti su təchizatı qiymətlərinin qaldırılması əhalinin onsuz da çətin olan sosial güzaranının bir qədər də çətinləşdirməyə xidmət edir.

    Xüsusən, daha çox tələbə və təqaüdçülərin istifadə etdiyi Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin 20 qəpiyə qaldırılması da iqtisadi baxımdan əsaslandırılmayıb. Metro tikintisi və yeni avadanlıqların alınması heç də Metropolitenin gəlirləri hesabına həyata keçirilmir, bundan ötrü dövlət büdcəsindən vəsait ayrılır. Həmçinin Bakı Metropoliteninin ziyanla işləməsi nəzərə alınaraq, bu quruma büdcədən hər il dotasiyalar verilir. Bu baxımdan, 2012-ci ilin dövlət büdcəsi, gəlirləri və xərcləri təsdiqləndikdən sonra Bakı Metropolitenində sərnişin daşımalarının qiymətinin qaldırılmasının səbəbi izah olunmalıdır.

    Dövlətin qiymət tənzimləməsi təkcə iqtisadi deyil, həm də siyasi amillərə dayanmalı, dünyada gedən proseslər nəzərə alınmalı və əhalinin iqtisadi-siyasi maraqları gözlənilməlidir. Bütün dünyada sosial gərginliklərin fəsadlarının yaşandığı indiki dönəmdə Tarif Şurasının xalq arasında narazılıq yarada biləcək qiymət artımı siyasəti ölkəninin və xalqın taleyini təhdid etməkdən başqa bir şey deyil.

    Vətəndaş Həmrəyliyi Partiyası olaraq ölkə rəhbərliyini bu qiymət tənzimləməsinə dərhal reaksiya verməyə çağırırıq».

     VHP Siyasi Şurası  

  • VHP sədri Almaniyadadır

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Almaniyaya yola düşüb.
    Qeyd edək ki, dekabrın 10-da, Hannover şəhərində yerli vaxtla saat 16:00-dan 24:00-dək “Aran” otelində 21 Azər Dərnəyinin təsis konfransı keçiriləcək. Konfransdan sonra Güney Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləriylə əlaqədar seminar keçiriləcək.
    Toplantıda, VHP sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlıda iştirak edəcək.  
    Səfər zamanı Sabir Rüstəmxanlı Almaniyada siyasi mühacir həyatı yaşayan güneyli soydaşlarımız və bu ölkədə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları ilə görüşəcək. 

  • Şahinə lağ edən Koramal

    Dilavər ƏZİMLİ

    Sürünməк üçün yаrаnаnlаr uçа bilməzlər

    Həyаtdа heç кəsə bənzəməк istəməmişəm. Istəmişəm кi, həmişə özümə bənzəyim. Хəyаllаrımdа öz оbrаzımı yаrаtmışаm. Həyаtdакı yаşаm tərzimi оnunlа tutuşdurmuşаm. Dərhаl elədiyim səhvləri düzəltmişəm. Uşаqlıqdаn belə оlmuşаm. Bu isə tərbiyə аldığım аilə, ünsiyyətdə оlduğum cəmiyyət və bir də həyаtımdа böyüк iz burахаn müəllimlərimlə bаğlıdır. Оnlаr mənə Vətəni necə sevməyi öyrətdi. Mənim üçün Vətən, Tоrpаq və Dövlət vаr. Yаddаn çıхаrmаyın Dövlət….Iqtidаr yох…..Iqtidаrlаr gəldi-gedərdi…..

    Elə mən özüm yаşımа görə neçə iqtidаrlаr görmüşəm. Hələ görəcəyəm də…Bizdən qаbаq yüzlərlə iqtidаrlаr оlub. Оnlаrdаn elələri yаdа qаlıb кi, özünə, tаyfаsınа deyil, хаlqınа хidmət edib. Insаnlаr dа belədir. О şəхslər yаddа qаlıb кi, bütün ömrünü хаlqа хidmət edib, хаlqdаn heş nə ummаyıb. Belə insаnlаr həqiqətən hörmətə lаyiqdirlər. Хаlqın əsаs təmsilçilərindən biri də оnun elm аdаmlаrıdır. Хаricdə elm аdаmının sözü mənsub оlduğu dövlətin diplоmаtının sözündən yüкsəкdir. Çünкi diplоmаt dа elm аdаmının sözlərindən istifаdə edir. Elm аdаmı yаltаq оlmаz. Elm аdаmı öz хаlqınа bаğlı оlmаlıdır. Elm аdаmı pаdişаh qаrşısındа əyilməməlidir. “Elm аdаmı pаdişаhın аyаğinа deyil, pаdişаh оnun аyаğınа getmələdir”. Bu sözlər bütün dünyаnı bахışlаrı ilə fəth edən Cəlаləddin Rumiyə məхsusdur. Bəs görəsən Аzərbаycаndа həqiqətən bu qəlibə uyğun gələn nə qədər elm аdаmı vаr? Yəqin кi, bаrmаqlа sаyılаr.

     Islаm peyğəmbəri deyirdi кi, “аlimi biəməl, аləmi biəməl”. Yəni, аlimin əməlsizliyi, аləmin əməlsizliyidir. Bir neçə gün bundаn qаbаq аdı reкet qəzetləri siyаhısınа düşən “Gündəliк Аzərbаycаn” qəzetində “Tаriхin əlifbаsını bilməyən tаriхçi prоfessоr” məqаləsi diqqətimi cəlb etdi. Məqаlənin müəllifi mənə tаnış оlmаyаn hаnsısа Каmrаn Məhərrəmlidir. Məqаlə qəzetin 17 nоyаbr nömrəsində dərc оlunub. Məqаlə müəllifi tаriхə münаsibətdə dоğrudаn dа sаyıqlаmаlаr edir. Bu nаdаn bаşа düşmür кi, tаriхin əlifbаsı оlmur. Tаriхin fəlsəfəsi оlur. Bir-iкi кitаb охumаqlа tаriхçi оlmаq оlmаz. Tаriх məntiqə söyкənir. Tаriхin əlifbаsını heç кəs yаzа bilməz. Çünкi оnun əlifbаsını ucа Tаnrı yаzıb. Tаnrı yаzаnı bəndə yаzа bilməz. Bəndə оndа yаzılаnı ахtаrır və misqаl-misqаl tоplаyır. Tаriх оlduqcа çətin elmdir. Оnu dərк edib nəticə çıхаrmаq оndаn dа çətindir. Аdаm vаr yüzlərlə кitаb yаzır. Nə fаydа… Оnlаr аdı tuаlet каğızlаrıdır. Аdаm dа vаr bir-iкi кitаb yаzır, аmmа əbədəliк tаriхdə izi qаlır. Məsələn, Türк dünyаsının məşhur tаriхçisı Ə.Z.Vəlidi Tоqаn özünün ilк elmi əsərini 30 ilə yаzmışdı. Аmmа gör necə fundаmentаl əsər yаzıb. Və yахud məşhur Frаnsа tаriхçisi Fernаn Brоdel özünün ilк əsərin 25-30 ilə yаzıb. Аmmа necə əsərdir….. Məqаlə müəllifi Аzərbаycаndа və хаricdə tаnınаn tаriхçi Cəmil Həsənlini hədəfə götürərəк оnu sаvаdsız аdlаndırır və оnа nəsihətlər verməyə çаlışır. Nədir Cəmil müəllimin günаhı? Günаhı оdur кi, cəmiyyətdə bаş verən eybəcərliкlərə etirаz edir. Günаhı оdur кi, кimisə tərifləmir, hаqsız yerə əziləni müdаfiə edir.

     Məqаlədən bəlli оlur кi, müəllif Cəmil müəllimi tаnımır. Mən оnun tələbəsi оlmuşаm. Hаzırdа коlleqаyıq. Universitetdə tələbələrə müəllifin yаzdığı кimi elmin “əlifbаsı”nı öyrədiriк. Universitetdə охuduğum illərdə ən hörmət bəslədiyim müəllimlərimdən biri də Cəmil müəllim idi. Sаvаdlı оlmаqlа bərаbər, öz şəхsiyyətinə hörmətlə yаnаşırdı. Кimsə deyə bilməz кi, tələbəliк illərində Cəmil müəllim оnu incidib, və yа qiymət üçün “pul” аlıb. Cənаb Каmrаn müəllim, tələbə bilirsənmi hаnsı müəllimə hörmət edir və оnu sevir? Tələbə оlmusаnsа bilirsən кi, rüşvət аlmаyаn və tələbəyə hörmətlə yаnаşаn müəllimi. Cəmil müəllim belələrindəndir. Mühаzirələri zаmаnı sаnкi lаylа çаlırdı. Şəхsən mənim bir insаn кimi, bir tаriхçi кimi yetişməyimdə оnun böyüк əməyi vаrdır. Özümü pis tаriхçi də sаymırаm. Dünyа səviyyəli tаriхçilərlə pоlemiкаyа girə bilərəm. Yаzılаrındаn bəlli оlur кi, sən belə şeyləri qаnmаzsаn. Sən yаzındа Ə.Əylisliyə istinаd edirsən və söhbəti iyrənc bir istiqаmətə yönəldirsən. Yаdınа sаlım кi, Əкrəm müəllim о zаmаnа səhvə yоl verdi. Оnun həmin sözləri dediyi аlim dоğrudаn dа аlimdir. Əsərlərinin çохu хаricdə dərc оlunub. Çох yахşı tədqiqаtçıdır. Yахşı təşкilаtçıdır. Оnun yetirmələrindən biri də mənəm. Yüzlərlə аlim yetişdirib, yetişdirməкdə dаvаm edir. Indi strаteji bir institutа rəhbərliк edir. Dаnışаndа insаnlаr hаqqındа bir məlumаt tоplа, sоnrа yаz. Hаqqındа jurnаlistə yаrаşmаyаn sözlər işlətdiyin Cəmil müəllim хаricdə nəinкi tаnınır, eyni zаmаndа qəbul edilir. Bilirsən, о аlim həqiqi аlim sаyılır кi, dünyаnın nüfuzlu аlimləri öz tədqiqаtlаrındа оnun tədqiqаtlаrınа mürаciət edir və istinаdlаr göstərirlər. Cəmil müəllim belə аlimlərdəndir. Sоn illərdə оnun elmi əzələri Аvrоpа və АBŞ-ın nüfuzlu universitetlərində dərc оlunub, tələbələr dərsliк кimi istifаdə edirlər. Yаdınа bir şeyi də sаlım кi, Cəmil müəllimə mərhum prezidentimiz H.Əliyev də hörmətlə yаnаşırdı. Yаzdığı elmi əsər diqqətini о dərəcədə cəlb etmişdi кi, evinə telefоn аçmış və təbriк etmişdi. Каmrаn müəllim, bu yахınlаrdа qаrdаş Türкiyədə elmi коnfrаnsdа iştirак edirdim. Оrаdа Sаnкt-Peterburq Universitetindən bir qаdın iştirак edirdi. Məndən Cəmil müəllimi sоruşdu, sоnrа isə əlаvə etdi:”Dünyаnın bütün аrхivlərində оlmuşаm. Heç кəs bu sаhədə mənə çаtа bilməz. Lакin bir nəfəri üstələyə bilmirəm. О dа Аzərbаycаndаn оlаn Cəmil müəllimdir. О, məni üstələyir”. Indi gördünmü кimdir Cəmil müəllim! Bu gün Cəmil müəllim кimilərə görə Аzərbаycаnı tаnıyırlаr. Bu gün Аzərbаycаnın Cəmil müəllim кimilərə ehtiyаcı vаrdır.

     Sоndа sənə məsləhət verərdim кi, insаnı öyrənmədən оnun hаqqındа yаzmа. Bu gün sənə “sifаrişlər” verib səni pis vəziyyətdə qоyаnlаr Cəmil müəllimi görəndə оnа fəхrlə sаlаm verirlər. Çаlış heç vахt sürünən оlmа. Bаcаrırsаn şərəfli həyаt yаşа. Yохsа həmişə pis vəziyyətdə qаlаcаqsаn. Uşаqlıqdаn Mакsim Qоrкi yаrаdıcılığıni sevmişəm. Həyаtımdа оnun “Şаhin nəğməsi” heкаyəsi хüsusi iz burахıb. Göylərdə qаnаd аçıb, ənginliкlərə bаş vurаn Şаhin və bütün ömrünü sürünməкdə кeçirən коrаmаl… Yаrаlı Şаhinlə üz-üzə gələn коrаmаl оnа lаğ edir və deyir кi, nə görmüsən göylərdə. Həttа sübut üçün qаyа üzərinə çəхıb tullаnır və dаş кimi yerə düşür. Sоnrа isə qəh-qəhə çəкir və Şаhini ələ sаlır. Deyir кi, bi imiş göyün ləzzəti, bu кi, heç nədir. Şаhin isə оnа аcıyır və gücünü tоpаrlаyıb yаrаlı qаnаdlаrıylа sоn dəfə hаvаyа qаlхır, göyləri sevgi ilə süzür və qаnаdlаrını sıхıb özünü dаğlаrа çirpır. Bаşа düş, uçmаq üçün yаrаnаnlаr sürünə bilməz, кiminsə qаbаğındа əyilə bilməzlər. Коrаmаllаr isə sürünməк üçün yаrаnıblаr. Оnlаrın işi sürünməк və özündən güclünün qаbаğındа dillərinin çıхаrıb yаlvаrmаqdır. Cəmil müəllim Şаhin həyаtı yаşаyır, о sürünə bilməz. Sən isə коrаmаl həyаtı yаşаyırsаn, bütün ömrün bоyu sürünməlisən. Məncə аrtıq sözə ehtiyаc yохdur….

     

  • Klassik Xalq Cəbhəsi Partiyası müstəqilliyin 20-ci ildönümü ilə bağlı tədbir keçirib

    Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, Dövlət Himni ifa edildikdən sonra Ali Sovetdə dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan deputatlar yad olunub, rəhmətə gedənlərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dua oxunub.

    Tədbiri giriş sözü ilə açan KXCP sədri Mirmahmud Mirəlioğlu 1988-1991-ci illərdəki tarixi prosesləri xarakterizə edib, SSRİ-nin dağılmasında Azərbaycandakı xalq hərəkatının önəmindən danışıb. Sabiq prezident Əbülfəz Elçibəyin xalq hərəkatının lideri kimi fəaliyyətinə toxunan M. Mirəlioğlu qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi kimi təşkilatlanmış qurum olmasaydı, qarşıya çıxan bir sıra problemlərin həlli mümkün olmazdı.

    Ali Sovetin sabiq deputatı, dövlət müstəqilliyi barədə Konstitusiya Aktının hazırlanması üzrə işçi qrupun rəhbəri Hacıbaba Əzimov o vaxtkı parlamentdə “Müstəqil Azərbaycan” Deputat Blokunun fəaliyyətinə diqqət çəkib: “Müstəqillik Aktı səsə qoyulanda bəzi deputatlar məqsədli şəkildə iclasa gəlməmişdi, bəziləri isə həmin vaxt parlamentin koridoruna çıxaraq, bu səsvermədə kvorumun olmamasına çalışırdılar. Lakin səsvermənin adbaad olacağı elan edildikdən sonra bəzi deputatlar zala daxil oldular”.

    H. Əzimov Müstəqillik Aktına imza atan deputatlara və suverenlik uğrunda mübarizədə öndə gedən şəxslərə qarşı diqqətsizlik olduğunu söyləyib.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan Sabir Rüstəmxanlı isə keçmiş hərəkatçıları partiya maraqlarından çıxış etməməyə və birgə fəaliyyət göstərməyə çağırıb: “1991-ci ildə bizim bir səhvimiz oldu. Bu da dövlətimizin adını Şimali Azərbaycan Respublikası kimi göstərməməyimizdir. Bununla biz həm də cənubda yaşayan soydaşlarımıza dəstək vermiş olardıq”.

    Azərbaycan Milli İstiqlal Partiyasının lideri, dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan Etibar Məmmədov deyib ki, noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra ABŞ Türkiyəyə rəsmi şəkildə müraciət edərək müttəfiq ölkənin atdığı bu addımdan narahatlığını bildirib: “Bu gün demokrat kimi özlərini təqdim edən həmin Qərb ölkələri SSRİ-nin bu şəkildə dağılmasının tərəfdarı deyildilər. Onlar yalnız Baltikyanı ölkələrin müstəqilliyini qəbul edirdilər. SSRİ-dəki xalq hərəkatlarının içərisində ən güclü olan Azərbaycan xalq hərəkatının fəaliyyəti nəticəsində həmin ideya müəllifləri öz məqsədlərinə çatmadılar”.

    Mərasimdə çıxış edən keçmiş istiqlalçı deputatlar – İsgəndər Həmidov, Sülhəddin Əkbər, Tahir Kərimli, Firudin Cəlilov (Ağasıoğlu), Tahir Əliyev, İxtiyar Şirin, Füzuli Axundov, Məryəm Həsənova və digərləri də çıxışlarında dövlət müstəqilliyinin qazanmasında xalq hərəkatının önəmini vurğulayıblar.

  • Sabir Rüstəmxanlının “Difai fədailəri”

    Hafiz Mirzə

    Roman bir çox tarixi həqiqətlərin üzərinə parlaq işıq salır

      Erməni və müsəlman xalqları arasında ötən əsrin əvvəllərində başlamış qanlı toqquşmadan bəhs edən çox əsərlər yazılmışdır. “Difai fədailəri” romanı bu barədə həqiqətləri bütün çılpaqlığına qədər incələməsinə görə onu tarixi monoqrafiya kimi də dəyərləndirmək olar. Bədii məziyyətlərinə görə zatən tezliklə unudulası əsər deyil. Tarixi sənədlərin əsasında yazılmış və maraqlı bədii obrazlarla zəngin olan bu əsərdə müəllif erməni vəhşiliklərini elə dolğun tablolarla əks etdirib ki, məncə ürək xəstələrinin onu oxuması məsləhət deyil. Sanki oxucunun gözləri önündə qələmlə çızılmiş bir dəhşət filmin nümayişi başlanır. Amma bu “film” həm də sadə, əliyalın bir xalqın qəhrəmanlıq eposunu xatırladır. Burada Azərbaycan barədə çox sözlər deyilir. Hamısı da gözəllikdən, ucalıqdan, humanizmdən və mərdlikdən xəbər verir. Təbiətin qız gözəlliyinin qoynu ilə irəliləyən və atların nal və zınqırov səsləri ilə həmahəng musiqi ritmləri ifa edən dilican Azərbaycanın dilbər guşəsi Qrabağın qənirsiz gözəli Şuşaya tələsir. Belə dilicanlar geriyə dönərkən bir vaxtlar apardığı yeniyetmə oğlan uşaqlarını yetgin mütəxəssis, nurlu sima, elmli ziyalı kimi geri qaytarır. Romanın ilk obrazı kimi təsvir edilən yollar və dilican bu yerlərə elm-təhsil ziyası gətirir. Dilicanda təsvir edilən şəxslərin hər biri əsərin gələcək hadisələrinə ipucu verir. Əhməd bəy Ağaoğlu Şuşa və Tiflis gimnaziyasından sonra Parisdə, Sarbonna universitetində hüquq təhsili almış, bir neçə Avropa dilini öyrənmiş, müxtəlif elmlərə vaqif olmuşdur.
    Valideynlərinin ölümündən xəbərsiz olaraq doğma yerlərə dönən Əhməd bəy bir müddət burada qalmağa, ailə təsərrüfatını qaydasına qoymağa məcbur olacaq. Sonra isə onu xalqının ziyalanması və tamamilə erməni qətliamından qorunması yollarında məşəqqətli, qəhrəmanlıq və müdriklik dolu çətin bir həyat gözləyir. Vaxtı ilə gimnaziyada onun kimi müsəlman balalarının təhsil-savad almasına imkan verməyən erməni keşiş Nikol isə Şuşaya növbəti nifaq toxumlarını səpməyə gedir. Dilicanın digər sərnişini olan Kərim bəy Mehmandarov həkimdir və xalqının sağlamlıq keşiyində durmaq onun həyat amalıdır. Sonralar o bir fəal Difai üzvü olacaq. Bilal isə sürgündən qayıdır. Onun dədə-baba torpağında ermənilər kilsə tikdirmək istərkən torpağının müdafiəsinə qalxmış və tutulub Sibirə sürgün edilmişdi. Qayıtdıqda artıq hər şeyini: torpaqlarını, sevimli bacısını və sevgilisini itirmişdir. Onun içində rus çarizminin ayrı-seçkilik siyasətinə qarşı nifrət və mübarizə eşqi alovlanır. Sonra o Şüşada erməni-müsəlman davası zamanı xalq qəhrəmanı kimi çıxış edəcək. Fransız qonaq tacirdir. Onu bu yerlərə erməni Levon Qarabağ xalıları ilə şirnikləndirərək dəvət etmişdir. Yəqin ki, ona Azərbaycan xalılarını erməni sənət nümunələri kimi sırıyacaq. Şuşa komendantı Qolaşarovun xanımı Anna da müsafirlərin arasındadır.
    Ərinin yanına gələn bu rus zadəganı sonralar Qolaşarovun erməni qadınları ilə ifrat isti münasibətlərindən, türklərə qarşı haqsız nifrətindən zinhara gəlib Bakıya köçəcək və burada Azərbaycan həqiqətlərini müdafiə edəcək. Bu dilican əsərdə ixtişaşlara doğru irəliləyən Azərbaycanın obrazlı təsviridir. Ölkəni milli münaqişəyə sürükləyən isə rus çarizmidir. Xristian təəssübkeşliyini əsas tutaraq erməniləri açıq-aşkar müdafiə edib, Azərbaycan türklərini dalana dirəyən hökumət milli ədavət salmaqla guya ki, ölkəni siyasi ixtişaşlardan yayındırmaq istəyir, amma erməni-müsəlman davasının sonunda siyasi mübarizəyə çevriləcəyi artıq tarixi labüdlükdür. Əhməd bəy inqilab beşiyi Avropada təkcə elm və təhsil deyil, həm də siyasi dərslər almışdır. Bu dərslər onu millətini inkişafa doğru aparmağa səsləyir. O, Parisdə Qərblə Şərqin fundamental fərqlərini batili fərqlərə qədər dərk edə bilir. Amma heç vaxt Şərqi, öz dinini və milli dəyərlərini qərblilərin ayağına vermir. Əksinə, öz şəxsində və çıxışlarında avropalılara əsil İslamı tanıdır. Məşhur fransız filosoflarından dərs almaqla yanaşı, onlara da bir əfqan dərvişinin düşüncə və bilik səviyyəsi ilə dərs verir. Lakin ölkəsində onu gözləyən həqiqətlər bəşəriyyətin elit səviyyəsindən çox aşağıdır. Burada həmvətənlərinin ən sadə insani haqları da tapdalanır, hökumət gəlmə xalqı yerli xalqın təpəsinə çıxardır. Amma xalq sarsılmır. Əhməd bəy dədə-baba qaydası ilə ailə qurmaqdan ötrü Sitarənin valideynlərinin xeyir-dua verməsini daha əsas tutur və gələcək qaynanasını yola gətirməkdən üçün hətta sevgilisinin dayısını yola gətirməyi qərar verir və uzaq Peterburqa yollanır. Lakin onun xalqı da azadlığa aşıq olmuşdur.
    Onun vüsala qovuşması üçün isə heç uzağa getmək lazım deyil, xalqı özünə qaytarmaq, oyatmaq, marifləndirmək milli birliyə nail olmaq lazımdır. Buna görə də Əhməd bəy millətin maariflənməsi istiqamətində konkret və radikal addımlar atmağa başlayır. Onun əqidə yoldaşları Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov da bu sahədə mücadilə verir. Bakıda o əvvəlcə “Kaspi” qəzetində çalışır. Sonra Bakı şəhər dumasına üzv seçilərək fəaliyyətini daha da genişləndirir. Artıq Bakını erməni vəhşilikləri bürümüşdür. Müsəlmanlar onların cavabını daha sərt qaydada verməkdən çəkinmirlər. Erməni və türk məhəllələri arasında silahlı qarşıdurmalar daha da şiddətlənir və bütünlüklə ölkəni bürüyür, insanlar öldürülür, evlər, dükanlar, hətta neft mədənləri yandırılır. Erməni qoçularının, Amazaspın, Lalayanın və digərlərinin başçılığı ilə erməni quldur dəstələrinin törətdiyi vəhşiliklər əsərdə elə dolğun təsvir edilir ki, oxucu bütün bunları sakit oxuya bilməyəcək.Amma hökumət yenə də birtərəfli və qərəzli mövqe tutur. Ermənilər bütün bunlara görə yalnız müsəlman türkləri qınayır və mərkəzə bu cür yanlış məlumatlar göndərirlər. Peterburqda fəaliyyət göstərən ermənilər də bu sahədə qızğın fəaliyyət göstərir, hökumətə yanlış məlumatlar verirlər. Məqsəd türklərin Bakıdan deportasiya olunmasıdır. Belə bir vaxtda Əhməd bəy və dostları Hacı Zeynalabidin Tağıyevin də iştirakı ilə əks tədbirlər tökür və Peterburqa nümayəndə heyəti göndərirlər. Xarici İşlər Nazirliyində xarici ölkə səfirlərinin də iştirakı ilə keçirilən görüşdə Əhməd bəy və dostları əsil həqiqiətləri, müsəlman türklərin mədəni və elmi səviyyəsini göstərir və talanları əslində kimin törətməsini onlara sənədlərin dili ilə sübut edərək Bakını xilas edir. O eyni zamanda Qafqaz canişini ilə görüşüb türk dilində yeni bir qəzetin buraxılmasına razılıq alır.
    Millətin Əhməd bəy Ağaoğlu kimi övladları olmazdısa bütün Qarabağda, Zəngəzurda, Yelizavetpolda (Gəncədə), İrəvanda baş alıb gedən erməni talanları, qırğınlar onu tamam məhv edib tükəndirə bilərdi. Azərbaycanın müxtəlif yerlərində baş verən erməni vəhşilikləri, haqsızlıq, namərdlik, əclaflıq, zülm və talançılıq Azərbaycan türkləri arasından təbii qaydada Difai fədailərini yetişdirir. Malıbəyli, Sırxavənd, Umudlu və digər kəndlərdə ermənilərin törətdiyi vəhşilikləri Sabir bəy elə dolğun təsvir etmişdir ki, bunları sakitçə və bir dəfəyə oxumaq mümkün olmur. Sırxavəndli Şirəli kişinin bir oğlu Şuşaya köməyə getmişdir. Digər iki oğlunu ermənilər oğurlamışlar. Atasının yalvar-yaxarından sonra uşaqları qaytarırlar. Amma başları kəsilmiş və payaya keçirilmiş vəziyyətdə. Ananın ürəyi partlayır, ata isə sonra özünü asır. Mirəli bunun hayıfını almaqda haqlı deyilmi? Ermənilərin yaşadığı Heyvalı kəndi ayağa qalxmış digər türk kəndlərinin intiqamından qorxub qaçır, gəlib Umudlu kəndinə sığınır. Burada onlara rəhm edir, hər kəs öz evində gizlədir. Hətta intiqam üçün gələn türklərlə mübahisə də edirlər. Amma 10 gün sonra eyni vəziyyətə Ümudlu sakinləri düşür. Onlar Tərtərə Heyvalıdan keçərək getmək istəyirlər. Amma 10 gün əvvəl ölümdən qoruduqları Heyvalı erməniləri, onlara xəyanət edir, ələ verirlər. Nəticədə bir kəndin sakinləri büsbütün öldürülür, qocaların başı kəsilir, hamilə qadının qarnı yırtılır, körpəsi çıxarılıb təpiklənir, meyitlər yandırılır,.. Bunları görən Cəmil nişanlısı Ayçiçəyi qorumaq üçün buradan qaçır, amma çayda tiri tutaraq ermənilərdən gizlənərkən, Ayçiçək suda batır. Cəmilin qışqırığı, ağlaması, hayqırtısı bir qurd ulaması kimi ətraf kəndlərdə eşidilir. Cəmil bir Difai döyüşçüsü olaraq intiqamını almaya bilərmi?
      Artıq Difai döyüşçüsü olan Cəmilin bir gün Ağdam məsçidinin qarşısında Həmidə xanım Cavanşirin dəstəsilə gəlmiş bir döyüşçü ilə – Ayçıçəklə qarşılaşması cəhnəsi də çox təsirli yazılmışdır və sakit oxumaq mümkün deyil. Umudlu itlərinin erməni oğrularını kəndə buraxmaması da yazıçının ustad qələminin məhsuludur.
      Bakı və Qarabağla yanaşı Quba, Naxçıvan və Lənkəran da qan içindədir.
      Türk dilində “Əkinçi”dən sonra 2-ci qəzet olan “İrşad”da Əhməd bəy hər gün müxtəlif qəzalardan aldığı dəhşət dolu xəbərləri, hökumətdən narazılıqları və özünün şərhlərini dərc etdirir. Amma bununla hər şeyin düzəlməyəcəyinə əmin olaraq, o bir intiqam təşkilatı yaratmağa doğru hər gün bir addım atır. Bu təşkilat “Difai”dir. Məmməd Əmin Rəsulzadə və Doktor Nərimanla da görüşləri onu solçuluğa -“Hümmət”çiliyə deyil, millətçiliyə və intiqama səsləyir. On minlərlə insanın qırılmasından, kəndlərin, şəhərlərin məhv olmasından sonra çar canişinliyinin Tiflisdə sülh yaratmaq cəhtləri əbəsdir. Çünki iki xalqı bir-birinə onlar düşmən etmişlər. Əhməd bəy və dostları burada erməni nümayəndələrini və çar hökumətini bir daha ifşa edir. Bu görüş bir həqiqəti təsdiq edir: düşmənin qarşısına eyni cür silahlı güc qoymaq! Bu məqsədlə də o, Yelizavetpolda (Gəncədə) müdafiə xarakterli, amma silahlı və hücum partiyası – Difaini yaradır. Milləti qorumaq üçün rusun, erməninin topuna, tüfənginə eyni cür güclə cavab vermək! Əks təqdirdə onları məhv edəcək, özləri üçün respublika yaradacaqlar. Gəncədən sonra Şuşada və Qarabağın digər yerlərində, eləcə də Bakıda Difainin təşkilatları yarandı. Varlılar xəlvətcə maliyyə köməkliyi göstərdilər. Müsəlman türklərə həqarət və xəyanət etmiş hər kəs, hətta eyni soy kökdən olanlar da cəzalanmağa başladı. Belə xainlərin sinəsindən asılan vərəqədə Difainin qərarı göstərilirdi.
    Beləcə bu təşkilat bütün xainlərin, əsasən də erməni və hökumət nümayəndələrinin gözünü qorxutmağa, müsəlmanlardan çəkindirməyə, o cümlədən haqsızlığa və qətliama son qoymağa başladı. Umudlunun intiqamını əvvəlcə Cəmil aldı. Şuşa komendantı Koşalapovu da eyni hökmlə öldürdülər. Difai ölkənin hər yerində, hər kəndində yaradılır, milli birlik güclənir, bütün günahkarlar sərt və qəti cəzalarını alırdılar. Qafqaz canişinliyi Əhməd bəyi liberal düşüncəli bir yazar kimi tanıdığı, Difainin məramnaməsində qısasçılığa, hərbi birləşmə yaradılmasına və qətllərə çağrış barədə bir şey tapa bilmədiyi üçün onu ləğv edə bilmir. Amma Difai öz işini görməkdədir. Tədricən o özünün rəsmi məramına uyğun olaraq maarifçılık, hüquqi yardım və siyasi savadlanma işlərilə məşğul olur. Hətta hökumət idarələrinin görməli olduğu bir sıra işləri də o görür, insanlara yardım göstərir. Amma müsəlmanların təşkilatlanması da təhlükəli sayıldı və yerlərdə onlarca insan həbs olunub Həştərxana sürgün olundu. Bakıda axtarışlar, bəhanəli həbslər aparıldı. Belə bir zamanda təşkilatı durdurmaq və mühacirətə getmək lazım idi. Artıq onun çalışdığı “İrşad” qəzetində axtarış aparılırdı. Nəhayət qəzetin sahibi Hacı Zeynalabidin Tağıqev də bir müddət İstanbula yaşamağı məsləhət bilir. Mübarizəni orada da davam etdirmək olardı. Və oldu da. 1918-ci ilin 15 sentyabr tarixində Bakıya daxil olan Türk qoşunlarının başında Nuru Paşa ilə yanaşı Əhməd bəy Ağaoğlu və dostları da vardı. Əsərin qələbə sonluğu ilə bitməsi roman boyu hökm sürən ağırlığı müsbət və xoş məcraya yönəldir.
      Məhz Difai hərəkatı davam etmədiyinə görə də ermənilər bolşeviklərin əli ilə əvvəlcə Zəngəzuru, 80 il sonra isə bütün Qarabağı işğal etdilər.
      Erməni xislətinin iç üzünü, vəhşiliklərini, torpaq iddialarını, Rusiyanın ədalətsiz və qızışdırıcı mövqeyini, Azərbaycanın haqq mübarizəsini, münaqişənin tarixi köklərini bilmək, dünyaya çatdırmaq baxımından bu sənədli tarixi romanın ingilis, rus və digər dillərə tərcüməsi və Avropada yayılması ümummilli istəklərə, informasiya müharibəsində qələbəyə ən yaxşı töhvə olardı. Bunu rəsmi qurumlar edə bilməyəcəksə, kitabı nəfis şəkildə ərsəyə gətirən “Qanun” nəşriyyatı bacaracaq.
      Oxucu əmindir ki, Sabir Rüstəmxanlı ötən əsrin əvvəllərində dünyaya gəlmiş olardısa, Difai təşkilatını məhz o özü yaradar və ya Əhməd bəy Ağaoğlunun ən yaxın silahdaşlarından biri olardı. Buna görə də bu məqalənin adını “Sabir Rüstəmxanlının “Difai fədailəri” romanı” deyil, sadəcə, “Sabir Rüstəmxanlının “Difai fədailər” qoymağı daha münasib sandım. Səhv etmədiyimi onu tanıyanlar və romanı oxuyanlar təsdiq edəcək.

  • VHP-nin təkrar seçkilərdə 7 namizədi qeydə alınıb

    Noyabrın 30-da boş qalan yerlərə keçiriləcək təkrar bələdiyyə seçkilərində Vətəndaş Həmrəylik Partiyasının 7 üzvü namizəd kimi iştirak edir.  

    VHP Təşkilat Şöbəsinin müdiri Samir Əsədli VHP.az saytına deyib ki, VHP-nin 10 nəfər üzvü namizədliyini irəli sürmüşdü və onlardan 7-sinin namizədliyi qeydiyyata alınıb: “ VHP-dən olan namizədlər öz təşəbbüsləri ilə seçkilərə qatılıblar.  VHP olaraq təkrar, əlavə və yeni  bələdiyyə seçkilərinə partiya olaraq qatılmamışıq. Təkrar seçkilər olduğu üçün, prosesdə fərdi qaydada təmsil olunmaq qərarına gəldik”.

    S.Əsədli sonda bildirdi ki, VHP  bütün seçki dairələri üzrə müşahidə aparmayacaq, yalnız üzvlərinin namizəd olduğu seçki məntəqələrində bələdiyyə seçkiləri müşahidə edəcək.

    VHP Təşkilat Şöbəsi namizədləri seçki dairələri üzrə elan edib:

    14 
    Saylı Xəzər I DSK

    1. Zirə bələdiyyəsi- Quliyev Yaşar yaqub oğlu

    50 saylı Qobustat-Xızı-Sumqayıt DSK

    2. Poladlı bələdiyyəsi – Atayev Təbiyyət Əlirza oğlu

    3. Sündü bələdiyyəsi -Yunusov Təbriz Qüdrət oğlu

    64 Sabirabad II DSK

    4. Şəhriyyar bələdiyyəsi – İbayeva Aysel Abbas oğlu

    71 Masallı kənd DSK

    5. Boradigah bələdiyyəsi – Muxtarov Əli Mütəllim oğlu

    96 Goranboy-Naftalan-Tərtər DSK

    6. Muzdular bələdiyyəsi – Abdullayev Əli Məhərrəm oğlu

    108 Ağstafa  DSK

    7. Xətai bələdiyyəsi -Qasımov Nəsimi Qəməndər 

  • VHP seçkilərə partiya yox, fərdlər səviyyəsində qatılıb

    Samir Əsədli: “Namizədliyi irəli sürülən 10 nəfərdən 7-si qeydiyyata alınıb”.

    Noyabrın 30-da boş qalan yerlərə keçiriləcək təkrar bələdiyyə seçkilərində Vətəndaş Həmrəylik Partiyasının 10 namizədi iştirak edəcək.

    VHP sədrinin müavini Samir Əsədli Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, 10 nəfərdən 7-sinin namizədliyi qeydiyyata alınıb. Onun sözlərinə görə, namizədlər öz təşəbbüsləri ilə seçkilərdə iştirak edirlər.

    “Təkrar bələdiyyə seçkilərinə partiya olaraq qatılmamışıq. Sadəcə olaraq, partiyamızın 10 üzvü seçkilərdə iştirak edir və hamısı da partiya mənsubiyyətini göstərib. Namizədlərin 2 nəfəri Bakı, yerdə qalanları isə rayon bələdiyyələrinə keçirilən seçkilərdə iştirak edir. Təkrar seçkilər olduğu üçün, prosesdə fərdi qaydada təmsil olunmaq qərarına gəldik”, – S.Əsədli dedi.

    Onun sözlərinə görə, seçkilərə ilk əvvəl 50 nəfərin qatılmaq fikri olsa da, sonradan VHP-də aparılan müzakirələr nəticəsində həmin şəxslərdən yalnız 10 nəfər bələdiyyələrdə təmsil olunmaq üçün mübarizəyə qatılmaq qərarını qətiləşdirib.

    S.Əsədli sonda bildirdi ki, VHP üzvlərinin namizəd olduğu bələdiyyə seçkiləri müşahidə edəcək.

    Orxan Hun 
    Milli.Az

  • “Bayraq dövlətin ən ciddi atributlarından biridir””

    Sabir Rüstəmxanlı: “9 noyabr Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırır”

    “Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, dövlətçiliyinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırmağa imkan verir”- bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib: “Bayraq dövlətin ən ciddi atributlarından biridir, xüsusilə türklər arasında ta qədimdən bəri bayraqlar son dərəcə müqəddəs tutulub və bizim bütün qədim milli adətlərdə, tariximizdə və mədəniyətimizdə bu ənənə qalıb”.
    Onun sözlərinə görə, bayrağa sitayiş, bayrağı müqəddəsləşdirmək çox qədim bir ənənədir və bizim dövlət ənənələrimizin qədimliyindən və milli təşkilatlanmanın çox böyük ənənələrə malik olmasından xəbər verir: “Azərbaycan Respublikasının bayrağı da bizim millətin ideallarına uyğun, son dərəcə mükəmməl düşünülmüş bir bayraqdır. Dünayının ən gözəl, ən böyük bayraqlarından biri Bakıda ucaldılıb. Bayraq bir növ bizi öz ətrafında birləşdirən simvollardan, rəmzlərdən biridir və gələcəyimizi müəyyənləşdirməkdə, savaşımızı, milli yolumuzu müəyyənləşdirməkdə bizə kömək edir və ona görə də mən bu bayrama ciddi bir bayram kimi baxıram”.
    Sabir Rüstəmxanlı bildirib ki, bayraq sevgisini uşaqlarımıza da öyrətməliyik.
    Xatırladaq ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

  • Forum Condemns Government’s Youth Policy

    The office of the Azerbaijan Civil Solidarity Party (ACSP) held a forum of youth activists of opposition parties and independent youth organizations today. The speeches during the Forum expressed an idea that the official youth policy is directed against the democratic youth. At the same time, demands were made for the release of the convicted youth activists.

     “The authorities pursue policies that have resulted in the political imprisonment of 9 youth activists,” said the head of the ACSP youth organization Samir Asadli.

    “Universities put pressure on the democratically minded youth. They violate the freedoms of assembly and expression,” he added.

    The participants noted that the youth policy of the government collapsed and the waste of huge sums of money had no effect.

    “There are big problems before the young. This is the liberation of the occupied territories, the elimination of the authoritarian regime and social injustice, the holding of free and fair elections, and the struggle for the rights of 35 million Azerbaijanis in Southern (Iranian) Azerbaijan,” said the head of the Popular Front Party’s (PFPA) youth committee Abulfaz Gurbanli.

    He also pointed out that the authorities jail young activists, but are not interested in the fate of soldiers at the front. At the same time, the oligarchs spending millions on the weddings of their children.

    The forum participants urged young people to consolidate. “Young people must fight against the false policy of the authorities,” said the deputy chairman of the youth organization of the Musavat Party Sakhavat Soltanly.

    The lawyer Khalid Bagirov noted that the authorities imprisoned the children of those who fought for the independence of Azerbaijan.

    The forum adopted a declaration calling for political reforms, respect for civil liberties, an end of repression, and release of political prisoners.

     

  • Gənclər Atatürk parkinda Türkiyəyə dəstək aksiyasi keçirdi

     Oktyabrın 26-da müxalif gənclər Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə keçirilən aksiyaya VHP, Müsavat, ADP, üzvləri, “Nida” və başqa gənclər təşkilatlarının fəalları qatılıb.

    Səfirliyin önündəki Atatürk parkına yığışan fəallar Türkiyəyə qarşı PKK terrorunu lənətlədiklərini bildiribər. Gənclər hər zaman Türkiyənin yanında olduqlarını və ona dəstək verəcəklərini qeyd ediblər.

    “Media forum” saytının məlumatına görə, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qeyd edib ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir: “Azərbaycan hakimiyyəti də öz manefələri naminə çıxış etməli deyil. Biz heç zaman Türkiyə ilə soyuq münasibətlərin tərəfdarı olmamışıq və bundan sonra da olmayacağıq. Türkiyə həmişə Azərbaycanın yanında olub və gələcəkdə də belə olacaq. Azərbaycan hökuməti isə Türkiyəyə münasibəti dəyişməli, PKK-nı rəsmi bəyanatlarında səsləndirdiyi kimi reallıqda da terrorçu təşkilat kimi tanımalıdır”.

    Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı deyib: “Hamıya məlumdur ki, ötən günlərdə xain PKK hücumu zamanı qardaş ölkə Türkiyə bir gündə 24 şəhid verdi. Terror aktları, demək olar, hər gün davam edir. Üstəlik, Vanda baş verən zəlzələdə 400-dən çox insan həyatını itirib. Bu gün bütün dünyaya çatdırmaq istədik ki, hər zaman qardaş Türkiyənin yanındayıq. Biz gənclər təşkilatlarının fəalları olaraq Türkiyəyə əlimizdən gələn yardımı və dəstəyi verməyə hazırıq və verəcəyik də”.

     VHP sədrinin gənclərlə iş üzrə müşaviri Samir Əsədlidə çıxış edərək  bildirib ki, Atatürk dediyi kimi  Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Bizdə, Azərbaycan türkləri olaraq hesab edirik ki, Türkiyənin kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Biz bir millətik və bizi heç bir qüvvə və iqtidarlar bir-birimizdən ayıra bilməz. İqtidarlar arasında münasibətlərin aslı olmayaraq biz Türk milləti olaraq bir yerdəyik.  

    Polis aksiyaya müdaxilə etməyib.