Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Beyaz atkılı adam 70 yaşında

    AZERBAYCAN’ın bağımsızlık mücadelesinin önderlerinden, şair ve yazar Sabir Rüstemhanlı’nın 70’inci doğum günü, İstanbul Büyükşehir Belediyesi Kültür Daire Başkanlığı ve Türk Dünyası Araştırmaları Vakfı’nın düzenlediği etkinlikle kutlandı.

    Fatih Kültür Merkezi’nde önceki gün yapılan etkinlikte, İBB Sosyal Medya Koordinatörü Özcan Ünlü’nün yönetiminde Ord. Prof. Dr. Rafael Hüseyinov ile Prof. Dr. Ali Yavuz Akpınar, Prof. Dr. Gülşen Alışık Rüstemhanlı’nın siyasi ve sanatçı kişiliğini anlattı.İstanbul Büyükşehir Belediye Başkanı Kadir Topbaş’ın önsözüyle Özcan Ünlü’nün yayıma hazırladığı Rüstemhanlı’nın şiirlerinden bir seçki olan ‘Yurdumun En Güzel Nağmesi’ adlı kitap da davetlilere sunuldu.

    Etkinliğe Sabir Rüstemhanlı’nın yanı sıra Azerbaycan Başkonsolosu Kenan Murtuzov, Azeri bakanlar, Türk Eğitim-Sen Başkanı İsmail Boncuk, Macar-Turan Vakfı Başkanı Adras Biro ile Rüstemhanlı’nın eşi Tenzile Rüstemhanlı da katıldi. Tenzile Rüstemhanlı, 1990-93 yılları arasında Karabağ’da Ermenistan’a karşı savaşan 78 gazi kadından biri. Sabir Rüstemhanlı, sanatçı siyasetçi olarak Azerbaycan’ın yakın tarihindeki rolünü şöyle anlattı:

    MİLLET EDEBİYATÇILARA İNANDI
    “Sovyetler Birliği’nin dağıldığı dönemde, benim bir vatandaş olarak omuzlarıma aldığım görev vardı. O görev de edebiyattan kaynaklanıyordu. Çünkü o zamanAzerbaycan’da öne çıkan siyasetçiler, siyasi parti yoktu. Topraklarımızı savunmak için milleti alanlara toplamak lazımdı. Millet görevlilere, Komünist Parti yöneticilerine, gazetecilere, çoğu bilim adamına inanmıyordu. Millet, doğruları söyleyen birkaç insana inanıyordu. O zaman benim birkaç şiir kitabım çıkmıştı. Gence adının yasak olduğu dönemde, Gence Kapısı, Kan Hafızası bunlardan biriydi. Sonra Ömür Kitabı çıktı. Millet meydanlara çıkarken edebiyatçılara inandı. Bahtiyar Vahapzade, Halil Rıza Ulutürk… 1986-87 yıllarıydı. Ebulfez Elçibey de saygın bir bilim adamıydı. Siyasi değil, edebi hareket vardı. Çamlıbel Derneği’nde şiir kitaplarımı tartışıyorlardı. Elçibey’le birlikte 11 kişi Varlık Derneği’ni kurduk. Bu dernek, daha sonra Sovyetler’e karşı millet hareketine rehberlik etti.

    1988 Kasım’ında 1 milyon insanı Azatlık Meydanı’na biz topladık. 18 gün süren bu hareketi iki kişi yönetti. Biri bendim, diğeri de fabrika işçisi Nimet Penahlı’ydı. Meydana Elçibey de gelirdi. 1989’da bu meydan hareketinde yetişen insanlarla Halk Cephesi’ni kurduk. Elçibey de başkanı oldu. Elçibey dönemi başladı ve lider oldu. Sovyetler Birliği yıkılmamıştı henüz. Azerbaycan adlı gazete çıkardım. 500 bin tirajlıydı. Azerbaycan’daki tek bağımsız gazeteydi. 1990 Ocak’ta Rus ordusu girdi, 131 kişiyi öldürdü. Rus askerleri benim gazetemin binasını da alt üst etti. Aynı yıl ekim ayında yapılan seçimlerde millet beni Halk Cephesi’nden milletvekili seçti. 25 kişi parlamentoda grup kurduk, Eşbaşkan oldum. Komünist Parti’nin 360 milletvekili vardı. Açlık grevi yaptık, sabahlayıp nöbet tuttuk, terk ettik, döndük. 1991’de Basın Yayın ve Enformasyon Bakanı oldum. 25 yıl milletvekilliği yaptım.
    46 yıllık yazarlığım var. 27 kitabımdan dokuzu Türkiye’de yayınlandı. Şiir, roman, tarihi araştırmalarım, makalelerim var. Sanatçı iflah olmaz muhaliftir. Ben kendime de herkese de muhalifim. Sanatçı, milletin sesi olmalı. Kitaplarıyla topluma yol göstermeli.

    ÖMÜR KİTABI: KIZLARA ÇEYİZ
    Şubat 1988’di. Arkadaşlarıma, ‘Bugün kefenimi boğazıma giyip Azatlık Meydanı’na gidiyorum’ demiştim. Hava çok soğuktu. Konuşma yaparken genç ve güzel bir kadıngelip beyaz atkısını boynuma sardı. O benim kefenimdi. Beyaz atkı yaygınlaştı, meydana inen on binlerin boynunda beyaz atkılar vardı. Gençlerin ellerinde de ‘Ömür Kitabı’ adlı kitabım. Öyle ki babalar, kızlarına çeyiz olarak Ömür Kitabı’nı alıyorlardı. Beyaz atkıyı yine bir miting sonrasında genç ve güzel bir kadına verdim. Eğer yaşıyorsa, o atkıyı saklıyordur hâlâ.”

    Hürriyyət

  • Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

    Şəhər bələdiyyəsi və Türk Dünyası Araşdırmalar Vəqfi ilə birgə Sabir Rüstəmxanlının 70 illik yubileyini qeyd edir.

    Türkiyə hökumətinin Sabir Rüstəmxanlının 70 illiyinə həsr etdiyi “Sabir Rüstəmxanlının 70 yaşında” adlı yaradıcılıq gecəsi başladı.

    İnterpress.az xəbər verir ki, Tədbir, İstanbul Böyük Şəhər Bələdiyyəsinin Fatih Kültür Mərkəzində iki ölkənin himni ilə başladı. İlk olaraq qonaqları Türk Dünyası Araştırmaları Vakfı Başkanı Közhan Yazgan və İBB Kültür Dairə Başqanı Əbdürrəhman Şen salamladı.

    Tədbirin moderatoru Özcan Ünlü Sabir Rüstəmxanlının bioqrafiyasını qonaqların diqqətinə çatdırdıqdan sonra, söz Azərbaycanın tanınmış alimi və millət vəkili Rafael Hüseynova verildi. Rafael Hüseynov, Sabir Rüstəmxanlının Azərbaycan tarixinə, siyasətinə və ədəbiyyatına verdiyi tövhələrdən danışdı. Xalq, millət, mütəqillik və türk dünyası üçün gördüyü işləri xatırlatdı. Rafael Hüseynovun çıxışından sonra tədbirin aparıcısı şairin Türkiyədə çap olunmuş “Yurdumun En Güzel Nağmesi” adlı kitabından şerlər oxudu.

    Söz professor Gülşən Alışıka verildi. Türkiyəli professor Sabir Rüstəmxanlının yaradıcılığından danışarkən, onun ədəbiyyat dünyası üçün dəyərli bir şəxsiyyət olduğunu vurğuladı. Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin Sabir Rüstəmxanlı haqqında dediyi sözləri qonaqların diqqətinə çatdırdı.

    Gecədə Azərbaycanın keçmiş Təhsil Naziri professor Firudin Cəlillov da Sabir Rüstəmxanlının həyat yolu və yaradıcılığından danışdı.

    Rəsmi hissə bitdikdən sonra bədii hissədə Sabir Rüstəmxanlının şeirlərindən ibarət Savalan qrupunun mahnı ifası səsləndi. Programın aparıcısı və Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı da şeirlər oxudu. Sonda müğənni Elçin Cəfərov Sabir Rüstəmxanlının sözlərinə bəstələnmiş mahnı ifa etdi.

    1463233940_savalan

    1463233676_prof

    1463233741_sefir

    1463233747_aydan

    1463233751_rafael

    1463233761_firudin

    1463233820_zal

    1463233897_savalan2

  • Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb – FOTOLAR

    Güney Azərbaycanın Urmu şəhərində ermənilər tərəfindən qətliam edilmiş Azərbaycan türklərinə məxsus daha bir kütləvi məzarlıq tapılıb.

    Radikal ermənilərin tarixi cinayətlərini əks etdirən məzarlıq ötən əsrin əvvələrinə aiddir.

    Məlumata görə, yeni aşkar edilən kütləvi məzarlıqla bağlı “Yol press” xəbər agentliyi tarixi sənədlərə istinadən raport yayıb. Raportda sözügedən cinayətin erməni daşnakları tərəfindən törədildiyi və məzarlığın 1912-1915-ci illərinə aid olduğu bildirilib.

    Qeyd edək ki, ötən il də Urmu şəhərində qədim bir məktəb binasında yenidənqurma işlərinin aparıldığı zaman daha bir kütləvi məzarlıq aşkar edilmişdi. Lakin İran rejimi erməni daşnaklarının cinayətlərini ört-basdır etmək məqsədilə Azərbaycan türklərinə məxsus kütləvi məzarlığın izlərini qısa zamanda itirdi və məzarlıq betonlar altında dəfn olundu.

    Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb3 Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb1 Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb2

  • Türk dərgahı

    Sabir RÜSTƏMXANLI

    Qardaş Türkiyənin bütün gözəlliklərini, təbiət və mədəniyyət möcüzələrini, milli-mənəvi dəyərlərini görüb, öyrənməyə bir necə ömür bəs etməz.

    Anadolu torpaqları bütövlüklə insanlığın tarix aynasıdır. Bu aynaya baxandə türkün yaradıcılıq qüdrəti və türk ruhunun böyüklüyü qarşısında heyrətə düşürsən. Otuz ilə yaxın bir zaman içində Türkiyəyə dəfələrlə gəlsəm və bu torpaqları dörd dəniz boyunca, eninə-uzununa gəzsəm də, hər gəlişimdə onun yeni bir zənginliyinin şahidi oluram.

    Bu dəfə Kırşəhir Ahi Avran Unuiversitetinin dəvətlisiydim, Azərbaycan -Türkiyə ədəbi əlaqələri timsalında mili-mənəvi birliyimiz mövzusunda konfransım olacaqdı. Ankaradan Kırşəhirə gedən yol Orta Anadolunun baharın oğlan çağında gözalan bir yaşıllığa bürünmüş geniş yaylalarından keçir. Bu yaylalar, dağlar türklüyün yüksəliş çağlarını, zəfər və fəthlərini xatırladır.

    Yol yoldaşlarım – Türkiyənəni ünlü yazarlarından olan və Türk dünyası ədəbiyyatını Türkiyədə ardıcıl çevirib nəşr etdirən köhnə dostum İmdat Avşar və millət sevdalısı, iş adamı Mövlud Toprakla yol boyu bu duyğuları paylaşırıq. Mənim Kıpşəhirə ilk dəfə gəldiyimi bildiklərindən, Anadolunu vətən eləmiş, bura türklüyün silinməz imzasını atmış böyük insanların türbələrini, təkkələrini ziyarət edə-edə gedirik: Həsəndədə və onun övladlarının türbələri, Sofu Baba türbəsi, Hacı Bektaş dərgahı, Əxi Evran camesi… Kalehöyük muzeyi… Bunlarsız nə Kırşəhirin ruhunu duymaq olar, nə də Orta Anadolunun türk tarixindəki yerini dərk etmək…

    Bu yaylalarda insan özünü dünyanın damındaymış kimi hiss edir, elə bil, Yer üzünün qalan yerləri səndən xeyli aşağıdadır. Elə bir genişlikdən keçirsən ki, sanki yamac-yamac, səhifə-səhifə, üfüq-üfüq açılan bu əkin-biçin yerləri, tarlalar, bağlar, dağarası vadilər dünyanın sonunadək uzanıb gedir və bu gözəlliyə heç vaxt payız nəfəsi dəymir, bu genişliyi dolduran gün işığı heç vaxt çəkilib getmir. Ancaq İmdat bəy bu ilki yazın yağmursuz keçdiyindən və quraqlığdan narahatdır.

    Orta Anadoluda belə “Dədə”, “Baba” türbələri çoxdur. Şübhəsiz, Azərbaycandakı eyni adlı məzarlar və ziyarətgahlar da eyni yolun yolçusu olmuş insanlara məxsusdur. Ziyarət etdiyimiz türbələrin, camelərin hər biri Türk-Osmanlı tarixində mühüm rol oynamış adamların haqqa qovuşduqları – Haqqa yürüdükləri yerdə böyük sevgiylə ucaldılıb, bugünədək diqqətlə və minnətdarlıqla qorunub; hər birinin cildlər dolduracaq tarixi var; fərqli olan Kalehöyük muzeyidir. Bu muzey yaponların yayladakı bir kurqanda onillərlə apardıqları qazıntılar sonucu olaraq yaradılıb. Muzey də elə bir kurqandır. Kənardan baxanda yaşıl təpədir, ancaq yandan yolu var, içəridə zəngin və yüksək texnolojı özəllikləri olan bir muzey yerləşir. Arxeoloqların bu səliqəsi və sayqısını mən bizim Qəbələdə koreyalı mütəxəssislərin qazıntılarında da görmüşəm. Muzeydə 6-7 min illik bir tarixin yadigarları qorunur.

    Yol boyu diqqətimi çəkən ən mühüm cəhət adamların qeyri-adi dərəcədə xeyirxahlığı və yardım etmək duygusu oldu. Yaşlı adamların marağı, cavab vermək, izah etmək şövqü adamı həyəcanlandırır. Bunun özü də o ziyarətdə yatanların müqəddəs ruhlarının ölməzliyindən, nəsillərin ürəyində yaşadığından xəbər verir.

    Bu günün ən unudulmaz anlarını Hacı Bektaş Vəli dərgahında yaşadıq. Bu ziyarətə çoxdan can atırdım. Hacı Bektaş türk irqinin yetişdirdiyi ən böyük, ən müqəddəs şəxsiyyətlərdən biridir. Hacı Bektaş – Yəsəvidən başlanan türk milli fikir intibahının ən uca zirvələrindən olmaqla, “bektaşilik” adlanan və sonralar bütün Şərqə yayılan, sırasına bizim böyüklərimizdən Nəsimini, Şah İsmayıl Xətayini, Füzulini də qatan və Həzrəti Əliyə bağlı olan bir təriqətin yaradıcısıdır. Maraqlıdır ki, böyük Yəsəvinin fikir babası, müəllimi azərbaycanlı Yusif Həmədani olmuşdu.

    Burda bektaşilikdən geniş bəhs etmək niyyətim yoxdur. Qısaca onu deyə bilərəm ki, Türkiyədə Əxilər Hərəkatının və bektaşiliyin tarixindən danışılarkən, Azərbaycan kənarda saxlanıla bilməz. Çünki bektaşiliyin təməl qaynaqlarından olan əxilik-qardaşlıq təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı.

    Kırşəhirdə (o zaman Gülşəhəri) əxiliyi yayan, əxilərin piri olan Əxi Evran da əslən azərbaycanlı idi. O, 1175-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Bu vaxt artıq Gəncədə dahi Nizami Gəncəvinin də daxil olduğu əxilik-qardaşlıq geniş yayılmışdı. Əxi Evran (Əvran) Anadoluda ilk sənətkar birliklərini qurmuşdu. Özü 32 sənətin ustadı və müəllimiydi. Onun qurduğu sosial-iqtisadi-siyasi sistem Osmanlı imperatorluğunun idarəçilik fəlsəfəsi oldu. Osmanlı sultanları özlərini əxi-qardaşlıq birliyinə bağlı sayırdılar. Əxilərin bir deyimi məşhurdur: “Əxi olanın əli-qapısı-süfrəsi açıq, sözü-beli-dili bağlı olar”.

    Əxi Evran 1264-cü ildə, 93 yaşında əlində qılınc monqollarla savaşarkən öldürülmüşdü. Məni dəvət edən universitet də onun adını daşıyır. Kırşəhirdə bu gün də qadınların, kişilərin bir-birinə “qardaş” deyə müraciət eləməsi əxilik ruhunun yaşadığını göstərir.

    Ələvi və bektaşi böyükləri, onların ağlasığmaz mərifət və kəramətləri haqqında çox yazılıb. Biz də birinin şahidi olduq. Yol boyu İmdat bəy quraqlıqdan şikayətlənirdi dedim. Sonuncu ziyarətimizdən, yəni Hacı Bektaş dərgahından çıxan kimi havanın tutulduğunu gördük. Seyrək, iri damlalar səpələnməyə başladı. Bir dəqiqə sonra, özümüzü maşına çatdırmağa inkan tapmamış elə bir leysan başladı ki, dükanların birində daldalanası olduq. Yazın bu çağında əsil bərəkət yağırdı və sonrakı iki gündə də davam elədi. Kim bilir, bəlkə də sidq-ürəkdən edilən ziyarət və verilən nəzirlərin bir sirli kəraməti də bu idi.

    ***

    Hacı Bektaş və onun yaratdığı təriqətin biçimlənməsində yuxarıda adlarını çəkdiyim Böyük Azərbaycan-türk şairlərinin yaradıcılığı kimi, təsəvvüf düşüncəsi – o dövrün əsas dini-fəlsəfi fikir axını kimi – mühün rol oynamışdı. Təsəvvüfə görə, insan və gördüyümüz bütün var olan hər şey Tanrı ilə birdir. Varlıq birliyi – vəhdəti-vücud –  anlayışı da burdan qaynaqlanır. İnsan Allahın ruhundan yaranıb, Mütləq Yaradan insanda təcəlla edib. Ay, ulduz Allahın zərrələridir. Şiəliyin bir qolu olan ələviliyin əsas fəlsəfəsi insana sevgidir. Yaradan və yaradılmışların ən alisi-mükəmməli olan insan bir-birindən ayrılmazdır. İnsanı sevmək – Yaradanı sevməkdir. Allahdan qorxmaq yox, onu sevmək lazımdır.

    Ələvi-bektaşi humanizm ənənələri – insanlığın əxlaq dəyərlərinin yox edildiyi, haqqın, ədalətin Zora və Qanunsuzluğa əsir düşdüyü indiki zamanda bəşəriyyətin Ana Yasası – Konstitusiyası olmaq səviyyəsində üstün bir normadır.

    Ələviliyə görə, insan dörd kamilləşmə qapısından keçəndən, özünü tanıyandan sonra günəş, ulduz kimi kainatın bir parçası olur, dünya onun ətrafında dövr edir. Ələvi alimlərinin yazdığına görə, ələviliyi islamın başqa təriqətlərindən ayıran əsas fərq Allaha və Qadına münasibətdədir. Başqa məzhəblərdə Allahdan qorxu olduğu halda, ələvilər Allaha “dost” deyir, dost gözüylə baxır. Ələvilər qadını erkəklə bərabər tutur, onun yaşınmasını mənasız və əsil islamla əlaqəsi olmayan bir şey sayırlar. Bu baxımdan onlar dünyanın inkişaf etmiş xalqlarını yüzillərlə qabaqlamışlar. Ələvi-bektaşiləri anlamaq baxımından Türkiyənin tanınmış alimlərindən İsmət Zəki Eyuboglunun sözləri yerinə düşür: “…Bektaşilik tarixinin Anadolu insanının tarixinin bəlli bir kəsimi olduğu anlaşılır. Bu düşüncə Anadolu insanıyla yaşıddır. Anadolu insanı, insan kavramından nə anlamışsa, bektaşiliyin anladığı da odur aşağı-yuxarı”.

    Maraqlı məsələlərdən biri də yüzillər boyu Osmanlının əsas güclərindən biri olan, onu ayaqda tutan happy wheels demo yeniçərilərin bektaşiliyə bağlı olmasıdır. Yeniçərilər öz ocaqlarını həm də Hacıbektaşi ocağı sayırdılar. Bəzi ələvi-bektaşi araşdırıcılarının yazdığına görə, Osmanlının çöküşü 1826-cı ildə Yeniçəri Ocağının ləğvindən başlanmışdı. Yeniçərilər “bizim başımızdakı geyim Hacı Bektaş börkü, qurşandığımız qılınc Həzrəti Əli qılıncıdır” deyirdilər… Bu bağlılığı göstərmək baxımından Yeniçəri gülbankı (duası) da maraqlıdır: Allah, Allah, illallah. Baş üryan, köküs qalxan, didə al qan, sinə püryan. Bu meydanda neçə başlar kəsilir, heç olmaz soran. Kahrımız, qılıncımız düşmənə ziyan. Qulluğumuz padşaha əyan. Sayılmarız barmaqla, tükənməriz kırmakla. Üçlər, Beşlər, Yeddilər, Qırxlar… Nuri Nəbi, kərəmi Əli, kəraməti Vəli, Gülbank-i Məhəmmədi, pirimiz, hünkarımız, ustadımız, Kutb-ul Arifin Hacı Bektaş-i Vəli. Dem-ü devranına hu deyəlim huuu..

    Yaxın Asiyada bu boyda nüfuz və təsirin arxasında Hacı Bektaşın böyük mərifət və insanlıq fəlsəfəsi dayanır. O deyirdi: Ara, bul. Kadınları oxudunuz. İncinsən də incitmə. Murada yetmək səbir ilədir. … Hər nə ararsan, özündə ara. Əlinə, dilinə, belinə sahib ol. Mərifət elminin ilk məqamı ədəbdir. İnsanın camalı sözünün gözəlliyidir. Heç bir milləti və insanı ayıblamayın. Elmlə gedilməyən yolun sonu qaranlıqdır. Düşüncə qaranlığına işıq tutanlara nə mutlu. Düşməninizin dəxi insan olduğunu untmayın və s.

    Bektaşi alimləri bu sözlərə dayanaraq BMT-nin İnsan Haqları Bəyannaməsinin kökündə bektaşi fəlsəfəsi və türkün insan sevgisinin dayandığı qənətindədirlər.

    ***

    Bakıdan çıxandan cəmi bir neçə saat sonra insanlığın fikir tarixinin ən parlaq səhifələrinin yarandığı, o səhifələri yaradan insanların adının, sözünün, xatirəsinin müqəddəs tutulduğu yerlərdəydim. Burdakı bilgilər bir çox sirlərin üstündən pərdəni götürür. Böyüklərimizin keçdikləri yollar, türkü altıyüz il üç qitənin Baş ağası (Paşası) etmiş böyük fiziki və mənəvi gücün qaynaqları burda daha canlıdır və daha aydın görünür. İdrak qapısı təkcə keçmışə yox, həm də gələcəyə açılır. Çünki zaman insan ağlının çox böyük imkanlarını göstərsə, bir çox sahələrdə ağlasığmaz intellekt sıçrayışları olsa da, insanlığın zəiflikləri də davam edir və bir sıra mənəvi məsələlərdə irəliləməkdənsə, geriləmələr müşahidə olunur. Türk ərənlərinin, pirlərin, dədələrin, babaların, abdalların, dərvişlərin, övliyaların əxlaq dərsləri bu meydanda öz parlaq gözəlliyi ilə yenidən ortaya çıxır, yeni savaşları dinc yola yönəldən ən təsirli, çağdaş vasitə, məktəb kimi dəyər qazanır.

    Hacı Bektaş dərgahının mətbəx bölümündə əfsanəyə görə eyni zamanda 12 inəyin ətinin bişirildiyi nəhəng qazanlar var. Bu dərgahda minlərlə, on minlərlə insan illər uzunu bu mətbəxin bərəkətini dadıb, aclıqdan xilas olub. Ancaq indi daha o qazanlar da, onlarin iki metrlik sapı olan yekə çömçələri də, ocaq qurdalamağa uzun maşaları da sadəcə muzey əşyalarıdır. Amma Hacı Bektaşın söz və hikmət qazanı odsuz-alovsuz hələ də qaynamaqda və fikir aclarını doyurmaqdadır.

    Kırşəhir həm də türk dünyasının ən böyük şairlərindən olan Yunus Əmrənin, Aşıq Paşanın vətənidir.

    İmdat bəy və dostlarının buraxdıqları “Koroğlu” dərgisinin mənə həsr olunmuş irihəcmli nömrəsini başqa vaxt görsəm, “buna ehtiyac varmı?” deyə narahat olardım. Ancaq indi böyük Yəsəvilərin, Hacı Bektaşların, Yunus Əmrələrin,, Aşıq Paşaların yolunda olmağın, onların dilində yazmağın, onların sözünü, ürfan və mənəviyyat ənənələrini davam etdirməyin nə qədər böyük bir xoşbəxtlik olduğunun rahatlığı dolmuşdu ürəyimə.

    Axşam Universitetdəki görüşün təşkilatçısı olan Ayfər xanım da bizə qoşuldu. Gördüm elə o da qardaşlıq ruhunu, türk birliyi ruhunu yaşadan qız qardaşlarımızdan, Türkiyənin əsil aydınlarından biridir.

    Ertəsi gün şəhərlə tanış olduq, Cacabəy Gökbilim (astronomiya) Mədrəsəsinə baxdıq, Aşıq Paşa türbəsini ziyarət etdik. Türkiyənin böyük xalq aşığı, ozan Neşet Ərtaşın muzeyindən aldığım təəssürat, dinlədiyim musiqilərin oyatdığı duyğular ayrıca qeyd olunmalıdır.

    Burda yenə Türkiyə ilə Azərbaycan bir yerdədir. Anadolu sazı ilə yanaşı Azərbaycan sazı… Kamança, tar, tulum da beləcə. Yunus Əmrə, Aşıq Paşa ilə yan-yana Nəsiminin, Füzulinin, Xətayinin, Aşıq Ələsgərin rəsmləri və şeirləri təqdim olunur. Ayrı-seçkilik qoyulmadan.

    Muzeyin ən gözlənilməz eksponatı Ərtaşın öz mum heykəlidir. Kənardan baxanda elə bilirsən canlıdır; geyim-kecimi yerində, saz sinəsində, “çalır, oxuyur”…

    Unudulmaz görüşlərimizdən biri Kırşəhir valiliyində oldu. Vali Necati Şəntürk məni çoxdankı tanışı kimi qarşıladı. Şair olduğunu dostlarımız öncədən demişdilər; aramızda əsil ruh qohumlugu varmış. Yeni çapdan çıxmış kitabını açıb “gəl sənə şeir oxuyum, görüm bəyənirsən?” deyərək oxumağa başladı:

    Yəsəvicə kükrəmiş, bizə Pir-i Türküstan,

    Anadolu türkündür, diyar-i Rum müslüman,

    Horasandan yürümüş, neçə alp, neçə aslan,

    Horasan, insanlığın irfan çağlayanısan,

    Tarixi istikbala hale bağlayanısan.

     

    …Tarixə toxum səpmiş bu kəntdən Əxi Evran,

    Bursada çinar olmuş Dövləti-ali Osman,

    Üç qitə, yeddi iqlim, nə möhtəşəm bir dövran,

    Kırşəhir, dövranların irfan çağlayanısan,

    Sən ki, Anadolunun qədim Xorasanısan…

     

    Şairləri bilirəm, birini oxudumu, ikincisini oxumaq istəyir. Amma Vali qardaşımızın şeirlərində Kırşəhirə yaraşan yüksək bir milli ləyaqət, tarixinə sahib çıxmaq, sevgi ruhu var.

    Söhbətimiz uzanır. Bu arada Bakının Qala kəndində hərbi xidmətdə olmuş bir zabit də gəlib məclisimizə qoşulur. Bu da birlik duyğusunu gücləndirən başqa bir reallıqdır. Öz-özümə düşünürəm ki, görəsən Türkiyədə neçə vali, Azərbaycanda neçə icra başçısı ürəyində belə yüksək Vətən sevdası daşıyır, neçəsinin tarix şüuru bu qədər itidir, neçəsi kitaba bu qədər bağlıdır?..

    ***

    Universitetin böyük salonu dolu idi. Türkiyənin demək olar ki, bütün universitetlərində Bakıdan getmiş müəllim və tələbələrlə rastlaşmaq olur. Bura da istisna deyildi. Adını çoxdan eşitdiyim riyaziyyat alimlərimizdən Vaqif Quliyev bu universitetdə çalışır. Onunla, azərbaycanlı tələbələrlə görüşdük. 1990-cı ildə Kaysəri Ərciyəz Universitetində keçirilmiş Birinci Böyük Azərbaycan Konfransında tanış olduğum ədəbiyyatşünas-folklorşünas alim Mahmud Sarıqaya, dekanlar Rafiq Balay, Nadir İlham, rektor yardımçısı Mustafa Kurt ilə görüşlərimizin xoş ovqatını, onların konfransda iştirak və çıxışlarını xüsusi qeyd etməliyəm.

    Konfransda Ayfər xanımdan başqa İmdat Avşar da Azərbaycan-Türkiyə əlaqələri barədə öyrəncilərə ətraflı məlumat verdilər. Qalan iş mənim boynumaydı.

    Ancaq konfransla iş bitmədi. Yorulmaz təşkilatçı olan Ayfər xanım həyat yoldaşı Əli bəy və gözəl qızları Münəvvər İlay Vüslat və Gülbəyaz Dilşadı da yanlarına alıb, axşam bizi qonaq çağırdılar. Təkcə bizi yox, həm də Kırşəhirin şairləri və musiqiçilərini. İkinci bir şeir axşamı burda başlandı və gecə yarısınadək davam etdi…

    ***

    Yazımı burda bitirərkən dostumuz İmdat Avşarın ədəbiyyatımızın Türkiyə türkcəsinə axtarılmasında göstərdiyi fədakarlığı, tərcümələrinin yüksək keyfiyyətini bir daha minnətdarlıqla yada salmaq istəyirəm. Əslində, bunun əsas səbəbi onun istedadla yazılmış gözəl şeir və hekayələr müəllifi olmasıdır.

    …İstanbula Kaysəridən uçacaqdım. Fürsətdən istifadə edib, yolüstü köhnə dostumuz, erməni dili və ədəbiyyatı üzrə sayı çox olmayan mütəxəssislədən biri, Ərciyəz Universitetinin müəllimi Qafar Çaxmaqlı ilə görüşüb onu professor adı alması münasibətiylə təbrik etdik… Özünü gözə soxmadan, sakitcə, amma vicdanla, elmi dəqiqliklə gördüyü işlər onu bizlərə və tələbələrinə sevdirən əsas keyfiyyətlərdəndir..

    Bu səfərdə gördüyüm, tanış olduğum adamların hamısının üzündə Hacı Bəktaş dərgahının, türk dərgahının işığını gördüm…

    8.05.2016. İstanbul. 

  • Canımız hesabına pul qazanırlar

    Sabir RÜSTƏMXANLI

     

    Bakıda, Füzuli küçəsində bir Dərman evi – aptek var. Almaniyadan gətirilən tibb ləvazimatının satıldığı yerdir. Sahibi kimdir? – bilmirəm. Hər kimdirsə, sağ olsun, zəhmət çəkib, saxta ilacların bazarı bağlansın deyə, Almaniyadan, keyfiyyəti şübhə doğurmayan dərmanlar gətirib satdırır. Amma…

    Məsələ elə bu əmmadadır! Bir gün həkimlərin məsləhət gördüyü üç-dörd dərman üçün (təzyiq və xolesterinə qarşı) müraciət elədim onlara. Qiyməti eşidəndə heyrətə gəldim. 250 manat civarında bir rəqəm dedilər. Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı. Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azi 10 dəfə ucuz… “Bu, nə qiymətdir, kim qoyub bu qiyməti?” – soruşanda, “axı bu alman malıdır, keyfiyyətlidir!” – dedilər.

    Ordan çıxıb, öz apteklərimizdən birinə getdim və eyni dərmanları 26 manata aldım.

    Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün yenə o alman dərmanxanasında 103 manat ödəyəsi oldum. Alternativ olmayanda əlacsız qalırsan.

    Bu gün İstanbulda həmin təzyiq dərmanının bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!.. Yəni Bakıda satılandan 34 dəfə ucuz! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eyni tərkib! İndi görün “Avropa keyfiyyəti” adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət var, yoxsa yox?

    Keyfiyyət məsələsini buraxaq həkimlərin öhdəsinə. Əvvəla, mən Türkiyə iş adamlarının və əczaçılarının öz xalqlarına sevgisinin almanların öz millətlərinə sevgisindən az olduğunu düşünmürəm. Türkiyə texnologiyası da bu gün Avropa texnologiyasından az fərqlənir. Belə olan halda Almaniyadan gətirilib Bakıda satılan dərmanla Türkiyədəki dərman arasındakı bu fərqə nə ad vermək olar? İki-üç qat baha olsa, başa düşmək olar. Yol var, gömrük var, – deyərsən. Hərçənd ki, onların da xərci bu qədər fərq yarada bilməz. Fərqi yaradan doğmalarını xilas üçün ev-eşiyindən çıxmağa hazır olan bu milləti avam sayan, əslində isə özləri nəfs cəhalətində boğulan insanlardır. Bu qədər olmaz! İki qat, üç qat bahasına sat! Yoxsa on, iyirmi qat nə deməkdir!

    Xəstələrin canından qoparılan bu gəliri necə yemək və balalarına yedizdirmək olar? Təəssüf ki, bu fantastik qiymət “siyasəti” təkcə dərmana aid deyil. Özəl bölümdəki qiymət özbaşınalığı milləti boğaza yığıb. Xalqın əlindəki qəpik-quruşunu bu cür vicdansızcasına qoparıb almaq günahdır, insanlığa yaraşmaz, desəm az olar; bu, bir cinayətdir! Avropadan, ABŞ-dan dərman gətirmək yaxşı işdir, lakin gələn malların maya dəyərini və o ölkələrdəki ikin qiymətini bilməyən alıcının məlumatsızlığından istifadə edib onu soymaq olmaz!

    Yeri gəlmişkən deyim ki, millətin həssaslığı, qüruru, mərhəməti ilə oynamaq məsələsi təkcə apteklərə aid deyil. İkili standart hər yerə kök atıb. Şadlıq sarayına girirsən, verilən cavablar eynidir: Qonağını ləyaqətlə yola salmaq, keyfiyyətli yemək vermək istəyirsənsə, stolun biri 100 manat! Daha bahalıları da var…

    Adam qalır boğula-boğula. Əlbəttə, qonağını hər kəs ləyaqətlə qarşılamaq istəyir. Ancaq kim deyir ki, qiymətin 50 manata düşməsi ləyaqətlə bağlı bir məsələdir? Yaxud kim norma qoyub ki, qiymət 60-70 manat olanda yeməklər keyfiyyətsiz olmalıdır? Bu nə saymazyanalıq və vəhşilik bazarıdır? Bu toyxanaların başında kim dayanır?

    “Ay Allah bəndəsi, mənim qonağımın o qədər yemək imkanı yoxdur, qonaq dəyirman deyil ki, iki-üç saata 100 manatlıq yemək üyütsün, mənim masalarımı o qədər yükləmə!” “Yox! Olmaz! Bizə tapşırıq belədir!”

    Kim verib bu soyğunçuluq göstərişini, milləti hər məclisdə yemək torbasına döndərmək tapşırığını? Hər şeyin bir əndazəsi var. Yemək-içmək də bir ədəb, ölçü, öz sağlamlığını qorumaq işidir. Bəlkə elə bu toyxana israfçılığı da milləti növ-növ xəstəliklərə düçar edib “alman apteklərinə” möhtac etmək, toyxanalardan qoruya bildiklərini də orda əlindən almaq siyasətidir?!

    Hər nə isə, bu işlər düz getmir. Bütün bunların arxasında xalqa sayğısızlıq, onu adam yerinə qoymamaq, əlindəkini alıb, onu dövlətdən, cəmiyyətdən, öz taleyindən küsdürmək meyli dayanır. Xalqı dirigözlü bir ehtiyac tonqalında yandırıb bu oda əllərini qızdıranlar bir gün elə həmin odda yana biləcəklərini düşünmürlər!

    Adət-ənənə, vərdiş adına lazımsız bəhsəbəhs oyunlarında gözütox, ruhu yüksək bir milləti qarınotaran, maddiyyətçi, yeyib-içib bir-birinə tərif deməkdən başqa işi olmayan bir kütləyə çevirmək də düşmənçiliyin bir ayrı formasıdır. Bir xalqın toyunu, yasını da öz qazanc imkanına çevirənlər, çarəsizlikdən boğazı əllərinə keçən hər kəsin boğazını üzmək istəyənlər Allahdan qorxsunlar. Bu yolla qazanılan rahat yeyilə bilməz! İnsan oğlu bunu görə-görə gəlir…

    Keyfiyyət adı altında “keyfiyyətli” soyğunçuluq durdurulmalıdır!..

    10.05.2016. İstanbul

  • VHP Şuşa təşkilatı konfransını keçirib-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şuşa rayon təşkilatının sayca IV konfransı keçirilib.

    Konfrans dövlət himninin oxunması ilə işə başlayıb, şəhidlərin xatirəsi yad edilib.  Təşkilat sədri Ofelya Rəşidqızı çıxışında bildirib ki, bu gün Şuşanın işğalından 24 il ötür. Biz 24 ildir ki, vətəndə didərgin həyatı yaşayırıq və rayonumuz isə düşmən tapdağı altındadır, şəhidlərimizin ruhları inildəyir, biz də vətən həsrəti ilə alışıb yanırıq. Ağəbəyin xanım Qarabağ həsrəti ilə qürbətdə əzablar çəkdiyi kimi, biz də 24 ildir ki, Şuşa həsrəti ilə qovruluruq. Özümüz kimi təşkilatımızın üzvləri də 15 müxtəlif rayonda yaşayırlar, bu da bizim normal fəaliyyətimizə mane olur. Buna baxmayaraq təşkilat partiyanın Nizamnaməsi və Məramnaməsinin tələblərinə uyğun işini qurub və fəaliyyət göstərir.
    Öz rayonumuzdan aralıda didərgin formada fəaliyyət göstərsək də, üzvlərimiz fəaldır və işinin öhdəsindən də gəlməyə çalışır.

    Daha sonra NTK sədri Vüsalə Həsənova hesabat verdi. Bildirdi ki, təşkilatın seçkili orqanları vaxtaşırı öz yığıncaqlarını keçirib, Nizamnamə tələblərinə uyğun işini qurub.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qurultay hazırlıqlarından, Siyasi Şura üzvü Aygün Qurbanlı isə partiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə məlumat verib.
    Konfrans iştirakçılarından Sona Qurbanova, Şahanə Həsənova, Süleyman Hüseynzadə və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı təkliflərini veriblər.

    Sonda təşkilati məsələlərin müzakirəsinə keçildi. Ofelya Rəşidqızı yenidən sədr, 15 nəfər Məclis üzvü, 3 NTK üzvü və partiya qurultayına isə 11 nəfər nümayəndə seçilib.

    VHPSusaRT VHPSusaRT1 VHPSusaRT2

  • VHP Mingəçevir və Göygöldə konfrans keçirib-FOTO

    02 may 2016-cı il tarixdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mingəçevir şəhər və Göygöl rayon təşkilatlarının növbəti konfransı keçirilib. Təşkilat sədrlərinin hesabatları dinlənilib, partiya üzvlərinin təklifləri və yeni görüləcək işləri müzakirə olunub. Mübariz Camıyev Mingəçevir şəhər, Samil Sakitoğlu Göygöl rayon təşkilatına sədr seçilib. Hər iki təşkilatın Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr seçilib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin üzvü Ülfət Zeynalov konfransın işinə qatılıblar.

    VHPGoygol VHPMingecevir VHPMingecevir1 VHPMingecevir2

  • VHP Kürdəmir, Ucar və Yevlaxda konfrans keçirib-FOTOLAR

    01 may 2016-cı il tarixdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Kürdəmir, Ucar və Yevlax rayon təşkilatlarının konfransları keçirilib. Əliqulu Cəfərov Kürdəmir, Ağasəf Ələkbərov Ucar və Vüqar Cəfərli isə Yevlax rayon təşkilatına sədr seçilib. Hər üç təşkilatın Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr seçilib. Müsavat və Ümid partiyalarından konfranslarda nümayəndələr iştirak ediblər. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin üzvü Real Cəfərli konfransa qatılıblar.

    VHPKurdemir1 VHPKurdemir2 VHPKurdemir3 VHPKurdemir4 VHPUcar VHPYevlax0 VHPYevlax1 VHPYevlax2 VHPYevlax3

     

  • VHP Gəncədə bölgə müşavirəsi keçirib-FOTO

    03 may 2016-cı il tarixdə Gəncə şəhərində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bölgə müşavirəsi keçirilib.  Müşavirədə partiya sədri Sabir Rüstəmxanlı ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr, VHP-nin qurultay hazırlıqları və son günlər Qarabağ ətrafında baş verən olaylar barədə geniş məruzə edib.
    Həmçinin Gəncə, Naftalan, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Göygöl, Goranboy, Yevlax, Mingəçevir, Bərdə, Tərtər və Xocalı təşkilat sədrləri də çıxış edərək rəhbərlik etdikləri təşkilatların fəaliyyəti barədə məlumat verdilər. VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, partiya sədrinin müavini Arif İsmayılbəyli və MNTK-nın sədri Felmar Ələkbərli də çıxış ediblər.
    Müşavirədə partiyanın bölgə təşkilatlarının fəaliyyəti geniş müzakirə edilib və partiya sədri təşkilat sədrlərinə tapşırıq və tövsiyyələrini verib.

    VHPGencemusavire VHPGencemusavire1 VHPGencemusavire2 VHPGencemusavire3 VHPGencemusavire4 VHPGencemusavire4a VHPGencemusavire4b VHPGencemusavire5

  • “Sabir Rüstəmxanlının 70 illiyini keçirəcək, kitabını çap edəcəyik“

    İstanbul metropol bələdiyyəsinin koordinatoru, tanınmış şair-yazar-tədqiqatçı Özcan Ünlünün Lent.az-a müsahibəsi

    – İstanbul metropol bələdiyyəsi deyəndə insanın gözünün qabağına bir şəhərin yox, bir dövlətin ən yüksək idarəçilik qurumu gəlir. Bələdiyyənizin mədəniyyət və sənət işlərinə verdiyi önəmi bildiyimə görə,söhbətə oradan başlamağın daha məntiqli olacağını düşünürəm…

    – Dediyiniz kimi, İstanbul bələdiyyəsi dövlət qədər böyüklüyü, 30 ölkənin əhalisindən çox əhalisi olan bir metropolu idarə edən qurumdur. Şəhərimizin 8 min illik tarixi var. Yerin altındakı və üstündəki tarixi abidələriylə yer kürəsində əmsalına az rast gəlinən bir şəhərdən bəhs edirik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın İstanbul bələdiyyə başqanı olduğu dönəmdə burada mədəni inkişaf həmləsi edilmişdi. O həmlənin mayası tutmuş və meyvələri alınmışdı. Mən buradakı fəaliyyətimlə mədəniyyət idarəsinin rəisinə dəstək verirəm, idarə rəisimiz mənim də jurnalistika işinə yanında başladığım ağabəyim Əbdürrəhman Şəndir. Ondan əlavə, mən İstanbul bələdiyyəsində sosial media koordinatoruyam, bələdiyyəsinin sosial media fəaliyyətini mən yönləndirirəm. İstanbul bələdiyyəsinin mədəniyyət sahəsindəki həmləsinə hamımız öz fikir və layihələrimizlə dəstək veririk. Mən də Mövlananın məşhur “pərgər” metodundan yola çıxaraq, əvvəlcə bu torpaqlar, sonra coğrafiyamız, daha da önəmlisi qədim torpaqlarımızla- Türk dünyası, Balkanlarla yaxndan maraqlanıram. Oralardakı dəyərli şəxsləri və əsərləri Türkiyəyə tanıtmaq üçün əlimdən gələn hər şeyi etməyə çalışıram. Əlimdəki aynanı torpaqla vətəndaşlarımızın arasına qoyub, onları üzbəüz gətirməyi özümə borc bilirəm.

    – Son vaxtlarda mərhum Əhməd Kabaklı, Arif Nihat Asya kimi ədəbiyyat adamlarının həyat və fəaliyyətinə dair önəmli tədbirlər keçirdiniz. Layihələri necə hazırlayıb necə həyata keçirirsiniz? Bu sahədəki təcrübənizi bizimlə də bölüşməyinizi xahiş edirəm.

    – Mən siyasi konyukturaya uyğun heç bir layihəni hazırlamıram və o layihələrdə iştirak etmirəm. Mənim üçün əsas iş-bu torpaqlarda və Türk dünyasında dəyərlər yaratmış, öndə gedən ustaları xatırlatmaqdır, bunu özüm üçün əsas vəzifə bilirəm. Əlbəttə, insanlar yaşayarkən haqq etdikləri dəyəri görməlidirlər. Təəssüf ki, biz insanlara yaşayarkən haqq etdikləri dəyəri verə bilmirik. Mənim prinsipimə görə, qiymətli insanlara həyatda ikən layiq olduqları dəyərləri hiss etdirməliyik. Öləndən sonra isə onların tamamilə unudulmasına əngəl olmalıyıq. Məsələn, Əhməd Kabaklı 15 il əvvəl vəfat edib, Türkiyə və Türk dünyası üçün soyuq savaş dönəmində təkbaşına ordu kimi mübarizə aparmış bir adamdır. Qurduğu Türk Ədəbiyyatı Vəqfi hamımız üçün çox önəmli bir yer olsa da, ədəbiyyatçılardan başqa onu indi tanıyan çox az insan var. Vəfatının 15-ci ilində Əhməd Kabaklını dünyaya yenidən tanıtdırmağı təklif etdik. Mədəniyyət idarəmizin rəisi layihəmizi o dəqiqə təsdiq etdi və biz Əhməd Kabaklı ilə bağlı 2 tədbir keçirdik. Bu insanlar ən çətin dönəmlərdə Türkiyə və Türk dünyası üçün öz sözlərini deməkdən qorxmayıblar. Həbs ediliblər, onlara cəza verilib, ancaq öz idealları yolunda heç nədən çəkinməyiblər. Biz bu gün onların sayəsində rahat şəkildə yaza bilirik, ona görə daima onlara olan vəfa borcumuzu ödəməli və daşın üstünə yeni daşlar qoymalıyıq. Mərhum professor Turan Yazqanın vəfatının 3-cü ilində İstanbul bələdiyyəsi böyük tədbir keçirdi. O mərasimdə Ak Partidən, CHP-dən, MHP-dən təmsilçilər vardı. Arif Nihat Asya ilə bağlı keçirdiyimiz tədbir də həmçinin. Bunlar Türkiyə və Türk dünyası üçün bayraqlaşmış insanlardır. Yaxın günlərdə İstanbul metropol bələdiyyəsi Azərbaycanlı şair Sabir Rüstəmxanlının 70 illiyini qeyd edəcək, Rüstəmxanlının şeirlər kitabı bələdiyyəmizin mədəniyyət idarəsi tərəfindən çap ediləcək.

    – Sovet vaxtında dövlət kitab nəşrinə dotasiya verirdi, şeir-nəsr kitabları 50-10 min tirajlarla çıxırdı. İndi isə Türk dünyasında çıxan kitabların ortalama tirajı 500 ədədi keçmir. İstanbul bələdiyyəsinin çıxardığı şeir kitablarının ortalama tirajı isə 10 mindir ki, bu da Türk dünyasına başqa bir örnəkdir. Bələdiyyələrin ədəbiyyata və sənətə verdiyi dəstəklə bağlı təcrübələrinizi Türk dünyasıyla hansı formalarda paylaşa bilərsiniz?

    – Bu, çox gözəl sualdır. ”Türk ocaqları”nın 100-cü ilində “Türk ocaqları” İstanbul şöbəsinin başqanı Cəzmi Bayram ağabəyimizin başçılığı altında Azərbaycana getmiş, orada bir neçə gün toplantılar keçirmişdik. Danışanda hamımız çox gözəl danışırıq, ancaq danışdığımız şeylərin hamısı elə oradaca qaldı. Uzun-uzadı danışandan sonra heç kim bir-birini nə axtarır nə də soruşur. Qabaqlar Türkiyədə də belə idi. Ancaq bu cür olmamalıdır, biz ədəbiyyatdan-mədəniyyətdən-sənətdən bəhs edirik. Bütün bunlar olmadan bir millət, bir cəmiyyət necə formalaşa bilər? Bunları bir cəmiyyətin əlindən alsanız, o toplumun nə dəyəri olar? İstənilən bələdiyyə nə qədər gözəl bina tiksə də onun içində mədəniyyət ünsürləri yoxdursa, binanın heç bir dəyəri yoxdur. Kapitalizm bizə tələ qurur: biz qəbristanlıqlarımızı şəhərin mərkəzindən çıxarıb şəhərin kənarına aparırıq. İndi biz kimsə öləndə məzarlıqları axtarmağa başlayırıq. Mədəniyyətə dair fəaliyyətlər də bu cür oldu. Azərbaycan dinamik mədəniyyətə sahib ölkədir, köhnə və orta nəsildə sovet dönəmindən də qalma bir sənət-mədəniyyət ənənəsi var. Gənc nəslin isə ənənəvi mədəniyyətlə əlaqəsi itib, İstanbulun mərkəzi küçələrindəki gənclik nədirsə, Bakıda, Astanada da odur. Ona görə də Türkiyədəki “Mədəniyyətə dəyər verən bələdiyyəçilik” modelini Türk dünyasında yaymağımız lazımdır. Bunun üçün çox böyük pula da ehtiyac yoxdur. Buradakı idarə rəisimizi oralara dəvət etməyimiz, oradakıların buraya gəlməsi lazımdır. Təkrar köklərimizə dönməyimiz üçün bələdiyyələrin aktiv əməkdaşlığına böyük ehtiyac var. Bu baxımdan mən TÜRKSOY-un fəaliyyətini də qənaətbəxş saymıram. Məsələn, Bəxtiyar Vahabzadə ilə bağlı tədbirin birini İstanbulda, o birini Bakıda ortaq şəkildə keçirə bilərik. Biz buna həmişə hazırıq.

    – Türk dilinin önəmli söz ustalarından biri olduğunuzu bilirik. Növbə öz əsərlərinizə gəldi…

    – Hərbi litseydə oxudum, sonra musiqi təhsili aldım, ancaq heç birinə davam edə bilmədim. Çünki mənim könlüm daima ədəbiyyatda olub. Litseydə ikən gecə şeir yazanda müəllimim gördü, dəftərimi əlimdən aldı. Hərbi litsey olduğuna görə, məktəbdən qovulmalıydım. Ertəsi gün müəllim məni çağırıb dedi ki, şeirlər gözəl imiş. O gecə yata bilmədim, çünki atama xəbər getsəydi, çox üzüləcəkdi. Müəllimim dedi ki, bu işlər bu cür olmaz, dərgilərə şeir göndərirsənmi? Kənd uşağıyıq, dərgini hardan bilirik? Şənbə günü müəllimim icazəylə məni “Varlık” dərgisinə apardı, ilk şeirim də orada çıxdı. Çox önəmli ədəbiyyat dərgisi olan “Mavera”da şeirlərim-hekayələrim çıxmağa başlayandan sonra mən özümü bir daha ayrılmamaq şərtiylə ədəbiyyat mühitinin içərisində gördüm. 1991-ci ildə ilk şeir kitabım çap edildi. Bu günə qədər 7 şeir kitabım, 2 romanım, bir neçə araşdırma kitabım çıxıb. Kamal Tahir, Nəcib Fazil Qısakürəklə bağlı kitablar yazdım. Təxminən 20 kitabın müəllifiyəm. Ədəbiyyatı, şeiri, musiqini mənim həyatımdan çıxarsanız, heç nə qalmaz. Bu işlərdən heç bir maddi qarşılıq gözləmirəm. Jurnalistlik həyatımda da ədəbiyyat-sənət-mədəniyyətlə bağlı yazılar yazdım, daha sonra şöbə müdiri, redaktor oldum. Azərbaycanda və digər Türk dillərində kitablarımın çıxmasını istərdim, bu, mənim üçün dəyəri heç nə ilə ölçülə bilməyəcək sevinc olacaq. Əziz Qarabağ torpaqlarının işğal altında olması mənim içimdə bir yaradır. Biz Türk dünyasını dolaşmalı, təsirli toplantılar keçirməliyik. Niyə İstanbulda Azərbaycan şeir antologiyasını çap etməyək? Niyə Bakıda, Astanada, Kazanda, Bişkekdə Türk ədəbiyyatının yaxşı örnəklərini oxuculara təqdim etməyək? Biz ziyalılar yaşadığımız zəmanəyə cavabdehik. Yazarlarımız, şairlərimiz, musiqiçilərimiz “Biz qardaşıq!”- deyə hayqırmalıdırlar.