Vətəndaş Həmrəyliyi Partiyası

VHP Kürdəmir təşkilatının toplantısı

Written by

in

,

Vətəndaş Həmrəyliyi Partiyası Kürdəmir rayon təşkilatının növbəti məclis toplantısı keçirilib. Toplantıda təşkilati məsələlər və qarşıda duran məsələlər müzakirə edilib.
Rayon Təşkilatının sədri Əliqulu Cəfər ictimai-siyasi proseslər, rayondakı sosial-iqtisadi durum və təşkilatın fəaliyyətindən danışıb. Qeyd edib ki, 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilırində məclis üzvü Nigar Hasilova rayonun Cəyli bələdiyyəsinə üzv seçilib.
Yığıncaq iştirakçıları təşkilatın fəaliyyəti, ictimai-siyasi məsələlər barədə fikir mübadiləsi aparıblar. Sonda 11 nəfər yeni partiya üzvü qəbul edilib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir