Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP Şəmkir rayon təşkilatınln məclis toplantısı keçirilib

    Vətəndaş Həmrəyliyi Partiyası Şəmkir rayon təşkilatınln məclis toplantısı keçirilib.
    Toplantıda rayon təşkilatının sədri Ülfər Zeynalov ölkədəki ictimai-siyasi durum, partiya qarşısında duran vəzifələr haqda geniş məruzə ilə çıxış edib. Məclis üzvləri məruzə ətrafında müzakirələr aparıb, Şəmkirdə baş verən hadisələr, rayon fermer və təsərüffatçılarının problemləri, rayonun iqtisadi-sosial vəziyyəti ilə bağlı təkliflərini verib. Sonda təşkilati məsələyə baxılıb, partiyaya 6 nəfər yeni üzv qəbul olunub.
  • VHP Yardımlı təşkilatının toplantısı

    Vətəndaş Həmrəyliyi Partiyası Yardımlı rayon təşkilatının məclis toplantısı keçirilib.
    Toplantıda rayon təşkilatının sədri Cəmşid Bəndəliyev çıxış edərək rayondakı vəziyyət, təşkilatın fəaliyyəti, görülmüş işlər, özək təşkilatlarının durumu və rayonda aparılan ideoloji-siyasi marifləndirmə işləri barədə məlumat verib. Son bələdiyyə seçkilərində təşkilatın üzvü Aygün Alışlınln rayonun Hamarkənd bələdiyyəsinə üzv seçilməsini uğur kimi qiymətləndirən Cəmşid bəy rayonda partiya fəaliyyətinin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
    Yığıncaqda iştirak edən VHP sədrinin cənub bölgəsi üzrə müşaviri Azad Yaşaroğlu ictimai-siyasi olaylar və partiyanın fəaliyyətindən danışıb, ötən bələdiyyə seçkiləri barədə məlumat verib.
    Məclis iştirakçıları çıxışlar ətrafında müzakirə aparıb, rayondakı sosial-iqtisadi vəziyyət barədə fikirlərini bildirib. Sonda təşkilati məsələyə baxılaraq oartiyaya 21 nəfər yeni üzv qəbul edilib.

  • VHP Tovuz təşkilatının toplantısı

    Vətəndaş Həmrəyliyi Partiyası Tovuz rayon təşkilatının genişləndirilmiş məclis yığıncağı keçirilib. Məclusdə ölkədə baş verən siyasi proseslər, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.
    İlk əvvəl qeyd olunub ki, son bələdiyyə seçkilərində təşkilat üzvü Telman Ələsgərov Tovuz şəhər bələdiyyəsinə üzv seçilməsi rayon təşkilatının uğurudur.
    Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu partiyanın fəaliyyəti, təşkilatın gördüyü işlər, ölkədə və dünyada baş verən siyasi olaylara partiyanın münasibəti barədə çıxış edib.
    Təşkilat sədrinin müavini Eldar Cəfər çıxışında təşkilati işlər, qarşıda duran vəzifələr və özək təşkilatlarının fəaliyyətindən danışıb.
    Məclisin yığıncağında həmçinin Tovuz rayonundakı iqtisadi-sosial məsələlər müzakirə edilib, təkliflər səsləndirilib. Partiyaya 16 nəfər yeni üzv qəbul edilib.

  • VHP Ağstafada toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası Ağstafa rayon təşkilatının növbəti məclis iclası keçirilib. Toplantıda rayon təşkilatının sədri Dürdanə Həsənova ölkədəki ictimai-siyasi durum, partiyanın məsələlərə münasibəti və qarşıda duran vəzifələr haqda çıxış edib. Məclis üzvləri təşkilat sədri Dürdanə Həsənovanın Ağstafa şəhər bələdiyyəsinin üzvü seçilməsi münasibəti ilə təbrik edib.
    Daha sonra çıxış ətrafında müzakirələr aparılıb, müxtəlif məsələlər üzrə təkliflər verilib. Gündəlik üzrə təşkilati məsələyə baxılıb, 7 nəfər yeni üzv qəbul edilib.

  • VHP Kürdəmir təşkilatının toplantısı

    Vətəndaş Həmrəyliyi Partiyası Kürdəmir rayon təşkilatının növbəti məclis toplantısı keçirilib. Toplantıda təşkilati məsələlər və qarşıda duran məsələlər müzakirə edilib.
    Rayon Təşkilatının sədri Əliqulu Cəfər ictimai-siyasi proseslər, rayondakı sosial-iqtisadi durum və təşkilatın fəaliyyətindən danışıb. Qeyd edib ki, 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilırində məclis üzvü Nigar Hasilova rayonun Cəyli bələdiyyəsinə üzv seçilib.
    Yığıncaq iştirakçıları təşkilatın fəaliyyəti, ictimai-siyasi məsələlər barədə fikir mübadiləsi aparıblar. Sonda 11 nəfər yeni partiya üzvü qəbul edilib.

  • VHP Mingəçevir şəhər təşkilatının toplantısı

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mingəçevir şəhər təşkilatının növbəti Məclis toplantısı keçirilib.
    Şəhər təşkilatının sədri Mübariz Camiyev məruzə ilə çıxış edərək ölkədəki ictimai-siyasi durum, qarşıda duran vəzifələr və şəhər təşkilatının fəaliyyəti barədə danışıb.
    Təşkilat sədrinin müavini Gernan Müseyibov təşkilati işlər, ötən müddət ərzində şəhər təşkilatında görülən işlər barədə məlumat verib.
    Yığıncaqda gündəliyə uyğun olaraq məclis üzvləri müzakirə aparıblar, partiya sıralarına 8 nəfər üzv qəbul edilib.
  • VHP Masallı təşkilatının toplantısı

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Masallı rayon təşkilatının növbəti məclis toplantısı keçirilib.
    Toplantıda Masallı rayon təşkilatının sədri Faiq Ağayev ölkədəki ictimai-siyasi durum, partiyanın mövqeyi, qarşıda duran işlər və rayon təşkilatınln fəaliyyəti barədə məruzə edib.
    Məruzə ətrafında məclis üzvləri müzakirə aparıb öz münasibətini bildiriblər. Müzakirələrdə Masallı rayon təşkilatının ötən parlament seçkilərində fəallığı qeyd edilmiş, partiya namizədinin seçki qələbəsindən sonra da bu fəallığın qorunmasının vacibliyi qeyd edilmişdir.
    Sonda təşkilati məsələyə baxılıb və Masallı rayon təşkilatı 28 nəfər yeni üzv qəbul edib.
  • VHP Tərtər və Göygölda toplantı keçirib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Tərtər və Göygöl rayon təşkilatlarının növbəti məclis toplantısı keçirilib.

    Toplantıda Tərtər rayon təşkilatının sədri Nizami İsmayilov və Göygöl rayon təşkilatının sədri Samil Bağırlı ölkədəki ictimai-siyasi durum, partiyanın mövqeyi, qarşıda duran işlər və rəhbərlik etdikləri rayon təşkilatlarının fəaliyyəti barədə məruzə ediblər.
    Gündəlikdəki məsələr ətrafında məclis üzvləri müzakirə aparıb və öz münasibətini bildiriblər.

    Sonda təşkilati məsələyə baxılıb. Göygöl təşkilatı 11 nəfər və Tərtər təşkilatı 7 nəfər yeni üzv qəbul edərək, məclis toplantısı yekunlaşıb.

  • VHP Sumqayıt təşkilatının toplantısı

    Vətəndaş Həmrəyliyi Partiyası Sumqayıt şəhər təşkilatının məclis toplantısı keçirilib.

    Məclis üzvləri və fəalların iştirak etdiyi toplantıda Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadiqli təşkilatın fəaliyyəti, Sumqayıt şəhərinin sosial-iqtisadi vəziyyəti barədə çıxış edib.
    E.Sadıqlının çıxışı ətrafında müzakirə zamanı üzvlər şəhər təşkilatının genişlənməsi haqqında təkliflərini bildirib. Eymi zamanda Sumqayıt şəhərinin sosial-iqtisadi problemləri ilə bağlı diskusiya aparılıb. Bildirilib ki, ölkənin ən böyük şəhərlərindən birinin xırda kanalizasiya problemindən tutmuş, işsizliyə qədər məsələlərin kompleks həlli vacibdir və bununla bağlı hökumətə təkliflər verilməli, şəhər rəhbərliyi qarşısında tələblər qoyulmalıdır.

    Daha sonra VHP sədrinin müavini Yusif Salmansoy ölkədə və dünyada baş verən siyasi proseslər, VHP-nin siyasi olaylara münasibəti, bölgədə cərayan edən hadisələr barədə məruzə edib, məclis üzvlərini maraqlandıran suallara cavab verib.

  • Şirvan və Siyəzəndə VHP toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan şəhər və Siyəzən rayon təşkilatlarının məclis toplantısı keçirilib.
    Yığıncaqlarda Şirvan şəhər təşkilatının sədri Ramil Vəliyev və Siyəzən rayon təşkilatının sədri Samir Nərimanoğlu ölkədə baş verən siyasi olaylar, bölgədəki proseslər və partiya fəaliyyəti haqda məruzə ilə çıxış edib, rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, qarşıda duran məsələlərdən danışıblar.
    Çıxışlar ətrafında müzakirə aparılıb, partiya və təşkilat fəaliyyətləri ilə bağlı təkliflər səsləndirilib.
    Sonda Şirvan şəhər təşkilatı 10 nəfər və Siyəzən rayon təşkilatı isə 16 nəfər yeni partiya üzvü qəbul edib.