Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib

    Bu gün İctimai Palata (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.

     

    Bu barədə APA-ya məlumat verən İP KŞ üzvü Rafiq Manaflının sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatı məsələlər və İctimai Palatanın taleyi müzakirə edilib. R. Manaflı qeyd edib ki, İP KŞ üzvlərinin böyük əksəriyyəti hazırkı vəziyyətdə qurumun buraxılmasının əleyhinə olduğunu bəyan ediblər.

     

    İclasda İP-in növbəti sessiyasının vaxtı açıqlanmayıb.

  • “Nizami və zərdüştilik”

    İstedadlı şair və jurnalist kimi tanıdığımız İbrahim Quliyevin “Nizami və zərdüştilik” kitabı yenicə çapdan çıxıb. Kitab dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri ilə bağlı elmi şuranın qərarı ilə nəşr edilmişdir. Bu qiymətli əsər müəllifin AMEA Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsində çalışarkən apardığı onillik araşdırmaların nəticəsidir. Məlumdur ki, zərdüştilik dinşünas, filoloq və dilşünasların öyrəndiyi çox geniş və qədim bir elmi mövzudur. İbrahim Quliyev bu mövzunu filologiya elmləri doktoru, professor, AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşəliyevanın elmi rəhbərliyi ilə işləmiş, nəhayət, sözügedən bu əsər monoqrafiya kimi “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Kitab elmi məzmunu, ciddi analizləri və dəqiq nəticələri ilə diqqəti cəlb edir. Alim dünyanın ən qədim dinlərindən olan zərdüştiliyin Nizami Gəncəvinin dini – fəlsəfi baxışlarına, poetik məfkurəsinə təsirini, bədii obrazlarının formalaşmasında rolunu, əsərlərinin ideya istiqamətində yerini dərindən araşdırmışdır. Azərbaycanlıların Novruz mərasimlərində izləri qalmış atəşpərəstliyin əlamətləri, dünya alimlərinin dediyinə görə, sonrakı səmavi dinlər olan yəhudi dininə, xristian və islama güclü təsir etmişdir ( Meri Boys) . Eyni zamanda Şərqdə dini-fəlsəfi düşüncənin formalaşmasında zərdüştiliyin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, III əsrdə Mani özünün dinini məhz zərdüştilik, musəvilik, xristianlıq və bütpərəstlik dini üzərində qurmuşdur. Həmin din indi bəhayilər tərəfindən bir təriqət kimi yaşadılır. Eləcə də zərdüştilik indiyədək Şirazda gəbrilərin və Hindistanda parsların əsas inancıdır və “Avesta” onların müqəddəs kitabıdır.

    İbrahim Quliyev öz monoqrafiyasında bütün bu qaynaqları lazımınca incələyir və Nizami Gəncəvinin zərdüştiliklə bağlı fəlsəfi fikirlərini dərindən təhlil edərək, müqayisəli metodla zərdüştiliyin digər dinlərə və Şərq poeziyasına təsirini araşdırır. Onu da qeyd etmək lazımdır ki, Nizaminin zərdüştiliklə bağlı fikirlərinin elmi şərhi məsələsi vaxtilə Qafar Kəndli, B. Şəfizadə tərəfindən az-çox işlənmiş və bu mövzunun ədəbiyyatşünaslıq qarşısında bir problem kimi hələ də qaldığı bildirilmişdir. (“Nizami -859”, Bakı, 1992) Çox yaxşı haldır ki, həmin problemin həllinə istedadlı şərqşünas alim İbrahim Quliyev girişmişdir.

    Ümumiyyətlə, əsərin elmi əhəmiyyətindən daha geniş danışmaq olar. Müəllif kitabın birinci fəslində Nizaminin dini görüşlərindən və ona nə üçün “Şeyx” ləqəbi verilməsindən ətraflı bəhs edir. Həqiqətən də islam dünyasında “Şeyx” ləqəbi o adamlara verilirdi ki, onlar sufi təriqətlərindən birinin başçısı olur və ya dini icmaya rəhbərlik edirdi. Onun mürşidi olur və müridlər yetişdirirdi. O, bir lider kimi, Quran ayələrinə təfsirlər, şərhlər yazır, islam məntiqini və fəlsəfəsini təlim edirdı. Nizami Gəncəvinin həyat və fəaliyyətində göstərilən şərtləri təsdiq edən konkret tarixi sübutlar olmadığını önə çəkən müəllif mənbələrə istinad edərək bu ləqəbin həm də elm, mərifət, mədəniyyət, ədəbiyyat sahəsində yüksək məharət göstərən şəxsiyyətlərə verildiyini bildirir. Məsələn, Şah İsmayıl Xətainin dövründə “Şeyx” ləqəbini şah özü verirdi və həmin ləqəb irsi olaraq nəslin başqa üzvlərinə də keçirdi. İbrahim Quliyev monoqrafiyanın birinci fəslində bu məsələ üzərində geniş dayanır və bu ləqəbin Nizamiyə verilməsinin şairin sufizmi ilə nə dərəcədə bağlı olub-olmamasını aydınlaşdırır.

    Doğrudur, Nizamiyə bu ləqəbin irsən keçməsini də iddia etmək olar; çünki şairin əmisi Abbasilər xilafətinin tanınmış sərkərdələrindən biri olmuşdur. Amma əsərlərində həyatındakı əlamətdar hadisələri qeyd edən Nizami nə lirik şeirlərində, nə də iri həcmli epik əsərlərində bu məsələyə işarə etməmişdir. Yalnız Eloğlu Soytürkün Tehranda nəşr etdirdiyi “Nizami Gəncəvinin türkcə divanı”ndakı bəzi şeirlərdə şair sənətdəki xidmətlərinə görə bu ləqəbə layiq olduğunu bildirir. Lakin həmin divanın Nizamiyə məxsus olub-olmamasının özü hələ ədəbiyyatşünaslıq elmində mübahisə predmeti olaraq qalmaqdadır. Həmin şeirlərdən birində deyilir:

     

    Yüzinə əhli-nəzər cənnəti-əla dedilər,

    Çənənə pərtövi-ənvari-təcəlla dedilər.

    Zahidin yüzünə baxmadığını eşitcək,

    Pərtövi-şəmsi nədir, dideyi- əmma dedilər.

     

    Gördülər məni məhəllində məlamət əhli,

    Ey nə bol imiş yönü, əhli-məhəlla dedilər.

     

    Dayələr mehrü məlahətdə yüzünə baxcaq,

    Xəlqi-aləm, hamı bu tiflə tüfeyla dedilər.

     

    Əhli-məəni görcək surətin ayinəsini,

    Həqq bilənlər, nola bu surətə məna dedilər.

     

    Xəlq artıq yana cənnətdə, cəhənnəmdə əgər,

    Sənə filcümlə müşabe olu hura dedilər.

     

    Ey Nizami, görcək nəzmini ərbabi-nəzər,

    Yaraşar sənə mürid olmağa, Şeyxa dedilər.

    (Nizami Gəncəvi, Türkcə divanı. tərtib. Eloğlu Soytürk, Tehran, 1381, səh. 116)

     

    Şairin adıçəkilən “Divanı”na istinad edənlər onun gənclik çağlarında daha çox sufi məzmunlu şeirlər yazdığını və Sənai Qəznəvi sufizmi ilə xüsusən yaxın olduğunu vurğulayırlar. Nizaminin ilk epik əsəri olan “Sirlər xəzinəsi”nin də məhz Sənai Qəznəvinin “Hədiqətül-həqaiyiq” məsnəvisinin təsiri ilə yaıldığını və lirik şeirlərindəki sufiyanə fikirlərin bu əsərdə inkişaf etdirildiyini qeyd edirlər. Amma İbrahim Quliyev bu deyilənləri birmənalı şəkildə qeyd etmir, polemikaya girərək ortaya fərqli mövqe qoymuşdur. O, Nizaminin bütün təriqətlərdən daha yüksəkdə dayanmasını, ümumbəşəri din və fəlsəfələrin ən humanist dəyərlərini özündə ehtiva edən bir dahi mütəfəkkir olmasını elmi dəlillərlə sübut edir.

    Yeri gəlmişkən qeyd edək ki, Tehranda nəşr edilən “Türkcə divan”dan çıxış edənlərin bir qismi Nizamidə sufizm notları yanaşı, onun daha çox şiə məzhəbinin bir nümayəndəsi olmasını qeyd edir və fikirlərinin təsdiqi üçün məhz adıçəkilən divandan şiə məzhəbinin müqəddəslərinə həsr olunmuş mərsiyələri nümunə gətirirlər. İbrahim Quliyev şairin epik əsərlərinin təhlilinə əsasən Nizaminin hər iki məzhəbə eyni dərəcədə ehtiramla yanaşdığını göstərir, mərsiyələrin isə dil və üslub baxımından sonrakı dövrlərdə yazılmasına işarə edir.

     

    Sevdim yenə bir mahı ki, dövran gözəlidir,

    Sevdayi-qəmi-eşqi könüldə əzəlidir,

    Bustani-canan gülşəninin tazə gülüdir.

    Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

    (Nizami Gəncəvi, Türkcə divanı.

    tərtib. Eloğlu Soytürk, Tehran, 1381, səh. 116)

     

    Alim yazır ki, bu tipli nümunələr zaman-zaman Nizami adına təqdim olunsa da, onların hələlik heç biri nüfuzlu elmi ictimaiyyət tərəfindən təsdiqlənməyib.

    Nizami dövrünün sosial-siyasi mənzərəsinə və şairin dünyagörüşünə təsir edən o zamankı dini-fəlsəfi baxışlar sisteminə ötəri nəzər saldıqdan sonra İbrahim Quliyev şairin yaradıcılığında qədim zərdüştiliyin izlərini axtarır. Ümumiyyətlə, Nizami Gəncəvinin əsərlərində zərdüştilikdən qalma müdrikliyin və onların dərin qatlarında isə bu dinə rəğbətin dərin izlərini görürük. Məlum məsələdir ki, hikmətli fikirlər söyləmək ənənəsi atəşpərəstlikdə geniş yayılmışdır. Od, atəş sözündən göründüyü kimi Günəş bu dinin əsas simvolu idi. Şair şeirlərindən birində deyir:

     

    Gəlməz, yüzi şövqilə, Nizami, gözə zülfi,

    Hər güşədə kim, pərtövi-şəms ola, şəb olmaz.

     

    Yəni harda ki, Günəş şüası olar, orada qaranlıq ola bilməz. Ümumiyyətlə, Nizaminin söz dünyasına baş vurduqca fikirlər dərinləşir və onun ucu-bucağı görünmür. İbrahim müəllim də dahi Nizaminin söz dünyasına baş vurub, onun dünyasında olan zərdüştiliyə aid bütün dərin fəlsəfi fikirləri üzə çıxarmış və konseptual şəkildə kitabının ikinci və üçüncü fəslində vermişdir.

    Müəllif kitabı dərin elmi mülahizələrlə yazmışdır və işlədiyi mövzunun aktuallığını həm də bu günümüzün kontekstində şərh etmişdir: “Nizami “Xəmsə”si bu gün… xeyir və şər qismində təqdim edilən Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında da açar ola bilər. Nizami də Zərdüşt kimi bəşəriyyətin xoşbəxtliyinin humanist triadadan-xeyirxah düşüncə, xeyirxah söz və xeyirxah əməldən keçdiyini göstərməklə şər üzərində qələbənin mümkünlüyünü təsdiqləyir”. Müəllifin bu sözləri həm Nizami dühasının möhtəşəmliyini, həm Zərdüşt həqiqətinin daimiliyini, həm də bu günümüzün reallığını özündə əks etdirir. Onu da xüsusi qeyd etmək lazımdır ki, müəllifin dili elə kamil, o qədər elmidir ki, kitabı oxuyanlar ondan məna baxımından zövq aldığı kimi, fikirlərin rəvanlığından və ahəngindən də zövq alır. Müasir elmi ictimaiyyət arasında belə elmi təfəkkürə və poetik dilə malik ikinci alimimizə rast gəlmirik. Olsun ki, İbrahim müəllimin bişmiş elmi təfəkkürü uzun illərki naşirliyi, redaktorluğu ilə, bəlkə də istedadlı şairliyi ilə bağlıdır.

    Mən ona elmi axtarışlarında uğurlar diləyirəm və ümid edirəm ki, elmi kitabları ilə ədəbiyyatşünaslığımızı daha da zənginləşdirəcək və şərqşünaslığımıza aid problem mövzuların açılmasında böyük işlər görəcəkdir.

     

    Sənan İBRAHİMOV

    Filologiya elmləri doktoru, professor

     


  • Qarakənd terrorundan 22 il keçdi

    Azərbaycanın dövlət rəsmilərinin olduğu helikopterin vurulması ilə bağlı müəmmalar hələ də qalır 

     

    Bu gün içərisində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, siyasi xadimlərin olduğu vertolyotun ermənilər tərəfindən  vurulmasından 22 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili  kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri Xankəndinə gedən Mİ-8 N72 helikopterini vurublar. 

    Məlum olanlar bunlardır…

    1991-ci il noyabrın 20-də,  Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində, 22 nəfər həlak olub. Məlumata görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotut saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib.   Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov,  jurnalistlərOsman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “.. ermənilər göstərib…”

    Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi….

    Belə ki, Vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumat da yayıldıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokurror İ.Lazutkin hamını aldatdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.

    Qəzanın səbəbləri…

    Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşaiyət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.


    Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 kmməsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

    Qəza nəticəsində şəhid olan vətən oğulları: Allah rəhmət eləsin.

    1. Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
    2.  İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
    3.  Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
    4.  Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
    5.  Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
    6.  Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
    7.  Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
    8.  Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
    9.  İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
    10. Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
    11.  Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
    12.  Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
    13.  Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
    14.  Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
    15.  Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
    16.  Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
    17.  Alı Mustafa oğlu Mustafayev – telejurnalist
    18.  Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
    19.  Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
    20.  Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
    21.  Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
    22.  Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
  • Sabir Rüstəmxanlı: “Türkiyə hökumətinin hərəkəti PKK-ya qol-qanad verir”

    Vətəndaş Həmrəyliyi” Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının “Yeni Müsavat”a müsahibəsi.
    – Sabir bəy, PKK liderlərindən Məsud Bərzaninin Diyarbəkrdə dövlət rəsmisi olaraq qarşılanması, AKP iqtidarının terror liderləri ilə bunca yaxınlaşması Türkiyədə barış və sabitliyə gətirib çıxaracaqmı?
    – Bu gün Türkiyədə yaşananlar çox mürəkkəb prosesin bir parçasıdır. Əgər bu sürəc doğrudan da türk və kürd xalqlarının yaxınlaşmasına, ölkə daxilində demokratiyanın inkişafına, hər xalqın öz dilini, öz mədəniyyətini inkişaf elətdirməsi üçün şərait yaradılmasına xidmət eləsəydi, buna normal baxmaq olardı. Özünü dərk eləmiş hər hansı xalq əgər öz dilində məktəbi, televiziyası olmasını istəyirsə,  buna zorla mane olmaq, ya da müqavimət göstərmək doğru deyil. Əgər kürd xalqının Türkiyə daxilində normal insan haqları ilə bağlı tələbləri Türkiyə dövləti tərəfindən qarşılanırsa, indiyə qədərki maneələr aradan qaldırılırsa, bu, Türkiyəni xeyrinə olan,  əslində Türkiyənin bir dövlət  olaraq möhkəmləndirən bir prosesdir. Ancaq çox təəssüf,  Türkiyədə bu prosesin ayrı bir tərəfi də var. Türkiyədə bu işlərin arxasında bir terrorçu təşkilat dayanır. Türkiyə dövləti ilə danışıqlara gələn təpədən-dırnağa silahlanmış və Türkiyəyə qibtə eləyən terror qruplaşmasıdır. Bu qruplaşmanın 10 minlərlə insanın qətlinə fərman vermiş cani lideri  bu gün İmralı cəza evində oturub özünü elə aparır ki, guya bütün ssenarini bu yazıb və Türkiyənin rəhbərləri də elə bu ssenari üzərində hərəkət eləyirlər. Ara-sıra bəyanatlar verir, ara-sıra məktublar göndərir,  tez-tez görüşlər keçirilir. Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğrunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam.

  • Vatanparvarlik tuyg‘usi insonni buyuk ishlarga, mo‘jizalar yaratishga undaydi

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının Özbəkistanın “Ozbekiston ovozi” qəzetinə müsahibəsi.

    Vatanparvarlik tuyg‘usi insonni buyuk ishlarga, mo‘jizalar yaratishga undaydi

    deydi Azerbayjan xalq yozuvchisi, Azerbayjan Milliy Majlisi deputati Sobir Rustamxonli

    — Men O‘zbekistonga ilk bor 1985 yilda jurnalist sifatida kelgandim. U paytlarda Azerbayjanning «Adabiyot va san’at» gazetasida ishlar edim, — deydi u. — Safardan ko‘z­langan maqsad Samarqandni ko‘rish edi. O‘shanda mo‘‘jizalar shahri Samarqand haqida maqola yozganman. Keyinchalik «Umr kitobi» nomli asarimda ham Samarqand xotiralarini yodga olgandim. Ayniqsa, Af­ro­siyob, Ulug‘bek observato­riya­si, Shohi Zinda, Go‘ri Amir maqbarasi va albatta, Registon maydoni menda chuqur taassurot qoldirgandi. O‘sha paytda Samarqandni o‘rganish uchun turli mamlakatlardan olimlar kelgan ekan. Men ular bilan ham suhbatlashib kitobimga kiritganman. O‘z­bekistonga bo‘lgan ilk tashrifim xotiramdan hech qachon o‘chmaydi.

    2004 yilda ikkinchi marta Toshkentga parlament saylovlari paytida kuzatuvchi sifatida kelganman. Poytaxtdan tashqari Namangan va Andijonga ham borgan edik. Bundan tashqari, mening iltimosim bilan Buxoro va Xiva shaharlarini ham ziyorat qildik. Samarqand, Buxoro va Xiva nafaqat O‘zbekistonning, balki butun dunyoning marvaridi hisoblanadigan tarixiy shaharlardir.

    O‘zbekistonlik yaqin do‘stlarim mening «Ko‘k tangri» kitobimni o‘zbek tiliga tarjima qilishdi va uning taqdimotida qatnashish uchun yana keldim. Taqdimot marosimida o‘zbekistonlik ko‘plab adabiyot darg‘alarining ishtirok etgani ko‘nglimni ko‘tardi. Ushbu tadbirda Azerbayjanning klassik shoiri Fuzuliyning g‘azallar to‘plami ham taq­dim etildi. O‘ylaymanki, O‘z­bekistonda Fuzuliyni Azerbayjandagidan kam sevishmaydi. Navoiyga qanday ehtirom ko‘rsatishsa Fuzuliyni ham shunday e’zozlashadi.

    — Yuqorida yurtimizning qadimiy shaharlarida bo‘lganingiz haqida gapirdingiz. Poytaxtimiz Toshkent to‘g‘risida qanday fikrdasiz?

    — Men bu safargi tashrifimda Toshkentda qanchalik keng ko‘lamda ishlar olib borilayotganining guvohi bo‘l­dim. Yo‘llar keng va ravon, shaharning tarixiy qismlari, ko‘ngilochar bog‘lar saqlanib qolgan.

    Yana bir narsani alohida ta’kidlashni istardim, o‘zbek xalqi o‘zining tarixiga hurmat bilan qaraydi. Sovet tuzumi davrida tazyiq o‘tkazish evaziga sizlarning tarixingiz soxtalashtirilgan. O‘sha davrda chop etilgan ensiklopediya­ga Amir Temur nomi kiritilmagandi. Bu esa tarixga nisbatan juda katta nohaqlik edi. Bugun shahar markazida buyuk sarkarda Amir Temurning haykali savlat to‘kib turibdi. Bu galgi kelishimda Nizomiy nomidagi pedagogika universitetiga ham bordim. Uning oldida buyuk azer shoiri Nizomiy Ganjaviyning ajoyib hay­kali ishlangan ekan. Men bundan nafaqat ich-ichimdan xursand bo‘ldim, balki shunday shoirning vatandoshi ekanimdan g‘ururlandim. O‘z navbatida bu ehtirom uchun o‘zbek xalqiga, O‘zbekiston hu­kumatiga tashakkur izhor qi­laman.

    Bundan tashqari, O‘zbekiston tarixi davlat muzeyiga ham bordim. Bu dargoh yurtingizning buyuk tarixini o‘zida mujassam eta olgani bilan aha­miyatli deb o‘ylayman. U yerdagi bir-biridan noyob eksponatlarni maroq bilan tomosha qildim. Kunning ikkinchi yarmida esa do‘stlarim meni «Qatag‘on qurbonlari xotirasi» muzeyiga olib borishdi. Juda ham go‘zal majmua yaratilibdi. Yana bir narsani alohida ta’kidlashni istardim, ushbu majmuani kuzatish jarayonida qadimiy o‘zbek me’morchiligining zamonaviy texnologiyalar asosida takomillashgan ko‘rinishiga guvoh bo‘ldim. Yog‘och o‘ymakorligining mahsuli bo‘lmish ustunlarga qaragan kishi hayratlanadi. Ichkarida esa mustabid tuzum qurbonlari aks etgan suratlar bor. U davrlar juda og‘ir bo‘lgan. Buni nafaqat o‘zbek xalqi, balki azerbayjan xal­qi ham boshidan o‘tkazgan.

    Bundan tashqari, Ikkinchi jahon urushi ham bizning qalbimizda bitmas yaralarni qol­dirgan. O‘shanda qanchadan-qan­cha kavkaz xalqlari O‘zbekiston­ga yoppasiga ko‘chirilgan. Mehmondo‘st o‘zbek xalqi ularni quchoq ochib kutib olgan.

    Sobiq ittifoq mafkurasining eng razil tomoni xalqni o‘z o‘tmishidan uzoqlashtirish bo‘lgan. Ya’ni ularga manqurtlar kerak edi. O‘zining mustaqil fikri yo‘q, kitob o‘qimagan, hayot haqida tasavvurga ega bo‘lmagan odamlarni istalgan tomonga boshqarish mum­kin. Ular aynan o‘sha qabih yo‘l­dan foydalanishgan.

    Mustaqillik maydonini aylanishni ham yoddan chiqarmadim, albatta. Markazga o‘rnatilgan Mustaqillik va ezgulik monumentining bir qismi bo‘lgan ona va bola haykali go‘zal ishlangan. Ushbu maydon O‘zbekiston mustaqilligining ramzi. Aynan siz yoshlar mustaqillikning abadiyligini ta’minlashingiz kerak. Bilasizmi, maydonda menga eng ma’qul kelgan joy qayer bo‘l­di? Xotira maydoni. Bu maydonda Ikkinchi jahon urushi qurbonlarining ismi yozilgan ramziy kitoblar bor ekan. Bunday katta ko‘lamdagi ishni amalga oshirish ota-bobolarga ko‘rsatilgan juda katta hurmat belgisi. Motamsaro ona haykali juda ham ta’sirchan ishlangan.

    Men Toshkentni aylangan paytimda ko‘plab kitob do‘konlariga kirdim, tarixiy obidalarni aylandim. Va O‘zbekistonda ma’naviyat masalalariga alohida e’tibor qaratilayotganiga amin bo‘ldim. Maktab darsliklarini ham kuzatdim. 5-6 sinfdan boshlab ma’naviyatga oid darslar o‘tilar ekan. Bu juda ham to‘g‘ri qaror. Chunki o‘sib kelayotgan avlodlar o‘zlarining buyuk ma’naviy qadriyatlaridan xabardor ulg‘ayishlari kerak, ajdodlariga munosib bo‘lib voyaga yetishlari zarur. Ota-bobolaringiz ularni eng mukammal holatda sizga yetkazganlar. Sizlar ham o‘z navbatida avlodlarga qoldirishingiz kerak.

    Eng asosiy jihatni ham ­aytib o‘tay. Men Prezident Islom Karimovning «Yuksak ma’naviyat yengilmas kuch» asarini azer tilida o‘qib chiqdim. Bu kitobni men ma’naviyatga kirishning kaliti deb hisoblayman. Yoki masalaga boshqacharoq yondashadigan bo‘l­sak ma’naviyat masalalari Islom Karimovning ana shu kitobidan boshlanadi. U ma’naviyatga bag‘ishlangan eng mukammal asar.

    Men Toshkentga ko‘p marta kelganimni yuqorida aytdim. Lekin har safar yangi taas­surotlar og‘ushiga tushib qolaman. Odamlar ochiqko‘ngil, mehmondo‘st. Toshkent ozoda shahar. Eng asosiysi tinchlik hukmron. Odamlar bir-biri bilan o‘zaro hurmatga qat’iy rioya qilgan holda muomalada bo‘lishadi. Xalqingizni ma’naviyati yuksak ekani ham yaqqol ko‘rinib turibdi.

    — Siz yozuvchi bo‘lish bilan birga Azerbayjan Milliy Majlisining deputati hamsiz. Siyosatchi sifatida O‘zbekiston va Azerbayjanning aloqalarini qanday baholaysiz?

    — Bir gal O‘zbekiston Prezidenti Azerbayjanga tash­rifi sharafiga uyushtiril­gan marosimda men ham qatnashganman. O‘shanda Prezidentingizning azerbayjan ­xalqi sha’niga aytgan samimiy gaplari bir umrga yodimda saq­lanib qolgan. Shuningdek, Bokuda Navoiy hayka­lining ­ochilish marosimida Islom Karimovning chiqishi juda ham ta’sirli bo‘lgan edi. O‘shanda biz bu inson azerbayjan xal­qini qanchalik sevishini, hurmat qilishini his qilgandik.

    Shuningdek, Azerbayjanda O‘zbekiston bilan turli sohalarda o‘rnatilgan o‘zaro aloqalar yuksak qadrlanadi. Jahon va mintaqada tinchlik hamda barqarorlikni ta’minlash masalalarida ham ikki davlat rahbarlarining fikri ko‘pincha bir joydan chiqqan.

    — O‘zbek adabiyotining hozirgi davr vakillaridan kimlarni taniysiz?

    — Ikki qardosh mamlakatning bu sohadagi aloqalari ko‘p asrlik tarixga ega. Bu ezgu an’ana hamon saqlanib kelayapti. Azerbayjanga borishgan paytlarida Normurod Nar­zullayev, Abdulla Oripovlar bilan tanishib, uzoq suhbat qur­ganmiz. Ulardan tashqari Ibrohim Yusupov va Zulfiyaxonim hurmatga loyiq ijodkorlar edi.

    Azerbayjanda kitoblari azer tiliga tarjima qilingan o‘zbek adabiyoti namoyandalarini yaxshi bilishadi. Jumladan, Oybek, Mirtemir, Abdulla Qahhor, Abdulla Qodiriy, Hamid Olimjon, Maqsud Shayxzodalarni tilga olishim mumkin. Maqsud Shayx­zoda Azerbayjanda tug‘ilgan bo‘lsa ham umrining asosiy qismini O‘zbekistonda o‘tkazdi va o‘zbek xalqining eng sevimli shoirlaridan biriga aylandi. Biz bu bilan faxrlanamiz.

    Yaqinda buyuk sarkarda, davlat arbobi Amir Temurning «Temur tuzuklari» kitobi azer­bayjan tiliga tarjima qi­linib, nashr etildi. Bokuda Mirzo Ulug‘bek ko‘chasi bor. Albatta, Alisher Navoiy haykali­ni ham alohida aytish kerak.

    Bizni xursand qiladigan bir jihat borki, O‘zbekistonda chop etiladigan «Jahon adabiyoti» jurnalida azerbayjanlik ko‘plab shoir va yozuvchilarning ijod namunalari e’lon qilinadi. O‘z nav­batida O‘zbekistondagi do‘st­larimiz bizga uni yetkazadilar.

    Sobiq ittifoq davrida turmush tashvishlari bilan o‘ralashib qolgan odamlar kitob­dan, tarixdan, ma’naviyatdan, ma’rifatdan uzoqlashdilar. Hozir o‘sib kelayotgan yosh avlod esa kitob o‘qishga qaytayotgani meni quvontiryapti. Bu holatni O‘zbekistonda ham, Azerbayjanda ham kuzatishimiz mumkin.

    — O‘zbekiston xalqiga tilaklaringiz?

    — Qardosh xalqlar ko‘p. Lekin ular orasida o‘zbek va azerbayjan xalqlari kabi yaqin bo‘lgani kam topiladi. Istardimki, ikki davlat o‘rtasida aloqalar faqat mustahkamlansin, yangi darajalarga ko‘tarilsin, yuksalsin. O‘zbek yoshlari Amir Temurning, Ulug‘bekning avlodi ekanliklarini hech qachon unutishmasin. Ularga munosib bo‘lishga doimo intilishsin. Inson hayotda biror-bir narsaga erishishni istasa unda eng avvalo, vatanparvarlik tuyg‘usi kuchli bo‘lishi kerak. Ana shu tuyg‘u sizlarga doim hamroh bo‘lsin.

    «O‘zbekiston ovozi» muxbiri

    Temur A’ZAM suhbatlashdi

    http://www.uzbekistonovozi.uz/uz/articles/index.php?ELEMENT_ID=4487

  • Azərbaycanda Milli Dirçəliş Günüdür

    17 noyabr Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur 

     

    25 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin “olum, ya ölüm” savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü.
    Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.
    Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı – 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
    Bayramınız mübarək!!!
  • Bizə diplomat lazım deyil

    İbrahim Quliyev

    Deyilənə görə, yeni hökumətin tərkibinə düşməyən nazirlər bu dəfə də səfir göndəriləcəklər. Ona görə bu dəfə deyirəm, çünki hər dəfə belə olur. Polisdən, məhkəmədən, nazirlik və PA-dan işlərinin öhdəsindən gələ bilmədiklərinə görə xaric edilənlər  adətən əcnəbi ölkələrə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunurlar. Artıq məndə belə bir təəssürat yaranıb ki, bu səfirlik məsələsi Azərbaycan üçün çox vecsiz və mənasız bir şeydir. Daha doğrusu, Azərbaycan hökumətinin heç səfirə- zada ehtiyacı yoxdur, qalıb burada ziyanlı əməllərlə məşğul olmasınlar deyə, bəzi keçmiş məmurların ölkə sınırlarından uzaqlaşdırılması üçün bu bir vasitədir. (Ümumiyyətlə, Azərbaycanda hamı və hər şey vasitədir).

    Deyirəm, bu ingilisin, amerikalının, rusun, almanın, fransızın başı xarabdır ki, bir diplomatı hazırlamaq üçün illərlə çox ağır zəhmət və çox böyük maliyyə xərci çəkirlər. Görəsən, bu ölkələrdə işdən çıxarılan bir polis, prokuror yoxmu ki, ondan səfir düzəldib, uzaq – uzaq ellərə göndərələr. Sonra da ona fövqəladə səlahiyyətlər nə verməyə nə var ki…

    Ümumiyyətlə, bizim səfir göndərilən məmur yoldaşlara heç səlahiyyət verilməsə də, onlar keçmiş vərdişləri üzrə bu məsələni avtomatik həll edə bilərlər. Çün onlar ölkə daxilində olarkən hansı sahəyə rəhbərlik ediblərsə, həmin sahənin elə fövqəladə və səlahiyyətli səfirləri olublar. Məsələn, bu gün hansı rayonun icra başçısı özünü çalışdığı (təbii ki, özü üçün) yerdə fövqəladə və səlahiyyətli səfir hesab eləmir. Yaxud hansı nazir başının üstündə Milli Məclisin qan-tər tökə-tökə qəbul etdiyi qanunu görür. Hər bir nazir istədiyi vaxtda xalqa nota da verə bilər, onunla siyasi-iqtisadi- hərbi- diplomatik  və sair əlaqəni kəsə də bilər. Bu boyda təcrübədən sonra bizim hökumətə nə düşüb ki, ingilis kimi, amerikalı kimi xüsusi diplomatlar hazırlasın, bu işə xərc çəksin, onlara təlimat keçsin və s. və i.a. Əslində, mən heç nazirləri, icra başçılarını, polisləri demirəm, elə hər bir deputatımız, mollamız, şeyximiz də xaricdə səfir işləməyə layiqdirlər. Məsələn, o gün MM-in vitse – spikeri Bahar Muradovanın Amerika ilə diplomatik danışıqlarına şəxsən mən valeh oldum. Bahar xanım çox incə üsulla amerikalıların nəzərinə çatdırdı ki, onlar da Barak Obamanı saxta yolla seçiblər. “Hələ bir üzləri var, bizə irad tutmağa da”, – dedi.  Yaxud bir neçə il öncə rəhmətlik bir deputatımız var idi, deyəsən, adı Şamil idi. Onun çox böyük diplomatik gedişlə Fransanın o zamankı prezidentini susdurması indiyədək heç kəsin yadından çıxmayıb. “Bu Jak Şirak qudurub, onun nə həddi var Azərbaycanın işlərinə qarışır, belələrinin dərhal cəzasını vermək lazımdır”. Rəhmətliyin bu incə diplomatik sözlərini xatırlayanda yadıma o məşhur lətifədəki azərbaycanlı qadının ərinə verdiyi sual düşür: “Nəynən, Alış?”

    Fəaliyyətdə olan başqa bir diplomatımız Elxan Süleymanov (AvroNest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri) isə  ATƏT sədrinə və AvroNest PA həmprezidentlərinə ünvanladığı məktubunda diplomatiya baxımından son illərin ən uğurlu ifadələrindən istifadə edərək görün necə gözəl bir məktub yazıb: “Siz böhtan və iftiralarla məşğulsunuz, siz Azərbaycanın mənfi imicini formalaşdırmaq üçün əlinizdən gələni edirsiniz, Siz bizim ölkəmizi təxribat və iğtişaşlara sövq edirsiniz…” Və sair.

    Bax, diplomatiya belə olar… Görün polis, prokuror səfir göndəriləndə necə effektiv nəticə alınır. Əldə etdiyimiz son məlumata görə, sabiqliyinin artıq üçüncü-dördüncü gününü yaşamaqda olan müdafiə naziri Səfər Əbiyev də səfirlik həyatının ecazkar dövrünə başlamaq üçün artıq yol tədarükü görməkdədir. Səfər müəllim indiki həmkarlarından fərqli olaraq, hərbi nazir olub, yalnız əmr verib və əmr eşidib. Bundan sonra vay Avropanın halına, Səfər müəllim diplomatik görüşlərdə “icazə verin”, “bağışlayın”, “üzr istəyirəm” kimi ifadələr işlətməcək e… , “ mən əmr edirəm” deyəcək. Məsələn, gedib ATƏT-in binasının qabağında dayanıb, hökmlə qışqıracaq: “ Mən əmr edirəm ki, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri qeyd-şərtsiz tanınsın,  əks halda “lazım müəllim”dən istifadə edəcəyəm”.             

    Səfər müəllim 20 il ərzində sərhədlərimizi necə qoruyubsa, diplomatik fəaliyyətində də yəqin ki, dövlətimizin imicini o sayaq qoruyacaq. Əsl tapıntıdır bu kişi. Onun dilomatik gücünü bu günlərdə ABŞ səfiri Moninqstarla  görüşündə daha aydın gördük.

    Bir sözlə, hələlik səfir getməyə iki layiqli namizəd var. Çün komandadan iki nəfər vurulub çıxarılıb…

  • İctimai Palatanın taleyi ilə bağlı qərar noyabrın əvvəllərində keçiriləcək sessiyada veriləcək

    Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.

    Bu barədə APA-ya məlumat verən İP KŞ üzvü Rafiq Manaflı bildirib ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, prezident seçkilərinin nəticələri və İctimai Palatanın gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

     

    R. Manaflının sözlərinə görə, noyabrın əvvəlində İP-in sessiyasının çağırılması haqqında qərar qəbul edilib. Sessiya qurumun saxlanıb-saxlanmaması barədə yekun qərar verəcək: “İclasda İctimai Palatanın bu vaxta qədər fəaliyyəti təqdir edilib. Lakin Milli Şuranın fəaliyyəti ilə əlaqədar olaraq, İctimai Palatanın sonrakı taleyi, hansı formada fəaliyyət göstərməsi haqqında qərarın verilməsi sessiyaya saxlanılıb”.

  • Özünü tanımayanların sözü

    Nəsimi Şərəfxanlı

    Sabir Rüstəmxanlının YOL karvanına kənardan yönələn səslər

    Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlənın son yazısı üzərində çox düşündüm. Dəyərdimi? “Üstümə küçüklər hürür” deyən fikir adamımızın bu cavabı verməsinə ehtiyac var idimi? Özü Sabir bəyin bir Sözü dəyərində olmayanlara qələm sərf etmək heyif deyildimi?…

    Cavabı S.Rüstəmxanlının özündə tapdım: “Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə öyrəşmişəm. Olanımız sözdür! Onu da içimizdə axtalayıb danışsaq, bu millətin sözü qısırlaşar və gələcək nəsillər bizi lal-kar hesab edər…”  Bu Sabir Rüstəmxanlının  “Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar” ….. başlıqlı məqaləsinin girişindəndir. Məq  alənin yazılma tarixindən(22 may 2013-cü il) o qədər də uzun zaman keçməyib. SÖZün gücünü güc bilən SÖZ ADAMInın SÖZÜ təsdiqləndi…

    Söz müqəddəsdi. Öncə SÖZ yarandı… Yaradanın bir «ol» sözündən yarandı hər şey, yaradılanlar özləri yaratmaq eşqinə düşdülər.. Sonra beynin çevrədən dərk etdiyi nəyəsə ad verdi İnsan və özü Söz yaratdı. Sanki yaratdığının sehrinə düşdü, gözəlliyinə, gücünə vuruldu insan. Bu vurğunluq sehrində yaşaya-yaşaya yaratdı, yarada-yarada yaşatdı. Yaradanın SÖZün deyənlərin özünə də yaradıcı, Aydın insan dedik. Yalnız yazıb, yaratmadılar, həm də gərəkən anda qələmlərin silaha çevirib “demə şairinki dil davasıdı, şapalaq vurmağa əlimiz də var” mesajı verdilər.
    Əslində bu bir savaşdır, səngərlər qazılmasa da, əlimizdə silah olmasa da itkimiz-ölənimiz, döyülənimiz, tutularaq əsir alınanımız var. Ortada iki ordunun savaşı gedir. İllərdir millətinin və dövlətinin adına haqq bildiyi bütün mövqelərin ən sərt məqamında Sabir bəyi gördük. Keçilən yolda həbs də oldu, təqib də, işgəncə də, təhqir də…Qara vicdanlarını qara əməllə ortaya qoyanlar Millətin Söz Adamını buxovlamağın mümkün olmadığının fərqinə varmadılar. Milyonlarla kapitala, minlərlə boynuyoğunlara, zor və işgəncə aparatına, daha nələrə, nələrə sahib olanlar bir söz adamının qələmi qarşısında aciz qaldılar. Ötən illər ərzində nələr yaşamadıq ki… harda Azərbaycan, Demokratiya, Vətəndaş söhbəti oldusa o söhbətlərin başında Sabir bəy də oldu…
    Nə zaman rejim azadlığa, millətə qarşı durdusa, cismi və əqidəsi ilə dəyənəyə və zorakılığa qarşı Sabir bəy gördük… Ölümü, şəri, həbsi göz önünə alıb çıxdı bu yola. «Çeynənən bir millətin haq bağıran səsi» kimi hər kəsi susdurdu. Xalqının qolundakı buxovları qırmaq üçün mübarizəyə qalxan Sabir Rüstəmxanlı bu yolda hansı məşəqqətlərə məruz qalmadı ki… Haqqında hansı iftiralar səsləndirilmədi ki… Bu vətəni qarşılıqsız sevən Sabir Rüstəmxanlıya qarşı sapı özümüzdən olan baltalar hansı çirkin işlərdən çıxmadılar ki… Ancaq heç bir haqsızlıq Sabir Rüstəmxanlının vətəninə olan sevgisini azaltmadı, mübarizəsinin kəskinliyini azaltmadı. Əksinə, namərdlərin acığına Sabir Rüstəmxanlı bu millət mübarizənin hər zaman önündə oldu! Bu gün də önündədir!

    … «Sizlərdən heç biri bir başqasının içində yaşadıqlarını duymazsınız. Onun çətinliklərini təsəvvür etdiyiniz halda bilə bilmədiyiniz kimi…” bu  da səmavi kitabdan-İncildəndir.

    …Ömür kitabını rus imperiyasına açıq savaş açdığı vaxt hələ qələm tutmağı bacarmayanlar indi əllərinə daş alıblar. Yenə də daş atan səhvinin və günahının fərqində deyil. Kimsənin adını çəkmək fikrində deyilik. Onsuz da bu zümrə fitini o qədər dəqiq notlarla tanıyır ki, öz sözünü götürəcək. Həm də adlarını çəkib də nə deyisiyik ki? Bunlara “Yol daşını yol quşuna atma, qardaş, kərəm eylə” demək də olmur, çünki qardaş dediklərimizin ata gözündə gördüklərini tanıdığımız andan düşmən bildiklərimizin cəbhəsində yer alan görmüşük. Anlayan üçün hər şeyi dəqiq ifadə etdik. Qanmayansa qanmayacaq boğsan onu dəryada…

    … Daş atan günahını bilməsə də cəzasını çəkəcək. Amma biz də günahsız deyilik. Bəzən YOL karvanımıza kənardan yönələn səsləri yerindəcə kəsmədik. Halbu ki, bəzilərinin tək sözün yox qulağın da kəsmək az olardı…O qulağı ki, şəklənib haqq deyənlərin də sözün nahaqqa yozub ağzına gələni danışır və qanmır ki, nə Sabir bəy millətinin bir gəncinin (özü də şərəfli, mübariz bir gəncinin) sözünə sərt reaksiya verəcək diktatordur, nə də özünü tanımayanların sözüylə yolunu dəyişəcək YOL ADAMI…

    … Sovetin qılıncının dalı da qabağı da kəsəndə Meydanın önündə olan, QKÇP qiyamında cismən özünü fəda edən, millətin şərəfi naminə Şöhrət ordenindən imtina edən bir İnsana indi deputat mandatı, filanla misallar gətirirlər. Ay yazıqlar, Sabir rüstəmxanlıya xalq şairi adı verilməyib o XALQIN ŞAİRİ olub. Sabir Rüstəmxanlıya deputat mandatı verilməyib o MİLLƏTİN VƏKİLİ olub. Qafası və ruhu yad maya ilə yoğrulan ağalarından aldıqları sifarişin fərqinə varmayanlar huşun başın o qədər itirib ki, iblisi biət, yalanı haqq məqamında görür. Amma belə sərgərdanlar üçün tarixin ibrət dərsi var. Ziyalı və hakimiyyət münasibətləri tarixin bütün dövrlərində mürəkkəb olub, çünki sənətkarlar, yazıçılar, alimlər, istedad sahibləri seçilmiş, millətə şöhrət gətirən adamlardır. Bu, kiminsə istəyindən asılı deyil, Allahın iradəsidir. Belə adamlar, onların daxili azadlıqları təbii şəkildə yaranmış bir ənənəylə toxunulmazdır və qorunmalıdır. Ziyalı cəmiyyətin barometridir, millətin əsəb nöqtəsidir, ona kobud əllə toxunmaq olmaz.

    Burası da var ki, əsil namuslu, millətinin ruhunun tərcümanı olan yazıçı ilə hakimiyyətin konflikti, demək olar ki, həmişə yazıçının xeyrinə sonuclanıb… İndi Sabir bəyə öz aləmlərində nələrisə xatırladanlar əvvəl özlərin tanısınlar. Qara qapılar arxasındakı qara vicdanlı rəislərindən sifariş alanlar üçün tək bir məsləhət qaldı: özünüzü tanıyın… Özünü tanıyanın sözünün altında imzası olar…

  • VHP Siyasi Şurasının iclası keçirilib.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının iclası keçirilib.

     APA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

     Qeyd edək ki, mətbuatda VHP Siyasi Şurasının iclasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyi üçün partiyadan uzaqlaşdırılması ilə bağlı qərar veriləcəyi barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

     Samir Əsədli APA-ya açıqlamasında deyib ki, partiyadan uzaqlaşdırılacağı ilə bağlı məlumat həqiqəti əks etdirmir: “Hər həftə partiyanın Siyasi Şurasının iclası keçirilir. Bu gün keçirilən iclasda da ictimai-siyasi vəziyyət, partiyadaxili nizam-intizamın yüksəldilməsi və digər məsələlərlə bağlı qərar qəbul edildi. O ki qaldı yayılan məlumata, yalnız onu deyə bilərəm ki, partiyadan uzaqlaşdırılacağımla bağlı qərar veriləcəyini mətbuat özündən yazıb”.

     VHP funksioneri partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) tərəfindən ona hər hansı xəbərdarlıq olmadığını da qeyd edib: “Mənə hər hansı xəbərdarlıq olunmayıb. Komissiyanın sədri Felmar Ələkbərovun fikirləri təhrif olunub. O, sözügedən mətbuat orqanı ilə mənim yanımda danışıb və elə bir fikir səsləndirməyib”.

     MNTK sədri Felmar Ələkbərov da APA-ya açıqlamasında S.Əsədlinin fikirlərini təsdiq edib. O, yayılan məlumatın yanlış olduğunu vurğulayıb: “Deyilən sözü olduğu kimi yazmaq lazımdır. Mən dedim ki, özüm də daxil olmaqla, partiyada 6 nəfər Milli Şuranın üzvüdür. 20 min nəfərdən ola bilər ki, 6 nəfər hansısa təşkilata meylli, radikal olsun. Biz Cəmil Həsənlini bir alim kimi, prezidentliyə namizəd kimi dəstəkləmişik. Seçki qurtardı və partiya da partiyalığında qalıb. Sabir Rüstəmxanlı bizim rəhbərimizdir, Samir Əsədli isə onun yetişdirməsidir. Sabir Rüstəmxanlının Samir Əsədlini partiyadan qovmaq, çıxarmaq kimi fikri yoxdur. Yeri gələndə, tənqid edir ki, bunu belə eləmə, onu eləmə. Çünki onu Sabir Rüstəmxanlı yetişdirib və yetkin gənc edib. Jurnalistlər bilmirəm sözü niyə başqa cür yazırlar. Mən sözü olduğu kimi deyirəm. Partiyanın rəhbəri Sabir Rüstəmxanlıdır, mən ona və onun ideyasına görə bu partiyadayam. Cəmil Həsənlini partiyanın bütün üzvləri deyil, 6 nəfər Milli Şuranın üzvü kimi biz dəstəkləmişik. Samir elə bir iş görməyib ki, onu partiyadan çıxarsınlar. VHP və Milli Şuranın üzvü, bir vətəndaş kimi fikrini bildirib”.

     F.Ələkbərov MNTK tərəfindən S.Əsədliyə xəbərdarlıq olunması barədə məlumata da münasibət bildirib. O, fikirlərinin təhrif olunduğunu iddia edib: “Sözü deyəndə təhrif edirlər. Samir Əsədliyə gördüyü işlərə görə, gündə 50 dəfə xəbərdarlıq edirlər. Samir Əsədli partiyaya gələndə xam uşaq idi, Sabir Rüstəmxanlı onu yetişdirib az qala siyasi xadimə çevirib”.