Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 75 saylı Yardımlı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Çayüzü kəndində keçirib.
Görüşü açıq elan edən VHP sədrinin müavinin Nəsimi Şərəfxanlı namizəd barəsində məlumat verib. O, əslən Yardımlıdan olan namizədin siyasi fəaliyyəti, gənclər hərakatında və ictimai-siyasi həyatda aktiv fəaliyyəti haqqında danışıb. Daha sonra seçicilər qarşısında çıxış edən Samir Əsədli VHP-nin siyasi fəaliyyətindən, 1 sentyabr parlament seçkilərində iştirakından danışaraq Yardımlı rayonunun indiki sosial-iqtisadi durumu və deputat seçiləcəyi halda görəcəyi işlər haqda məlumat verib: “Mən Bakıda yaşasam da hər zaman Yardımlıya bağlı olmuşam, bu rayonun problemlərindən, insanların yaşayışından məlumatlıyam. Yardımlı təbii potensialı baxımdan ölkənin öncül rayonlarından biridir, amma bu potensialdan düzgün istifadə olunmadığından bu gün rayon datasiyada olan yeganə rayondur. Yardımlının tam şəkildə qazlaşdırılması, su probleminin həlli, iş yerlərinin açılması və ən başlıcası turizm sektorunun inkişafı ən vacib məsələlərdən biridir. Deputat seçiləcəyim halda bu problemlərin həllinin müvafiq dövlət qurumları qarşısında qaldıracağıma əmin olun. Bütün hallarda hər zaman sizinlə birgə, sizin yanınızda olacam!”.
Çıxış edən şəhid atası Elşan Aslanov kəndin problemlərindən, müvafiq qurumların diqqətsizliyindən danışıb.
Digər görüş iştirakçıları da fikirlərini bildirərək namizədlə müzakirə aparıblar. Sonda seçicilər 1 sentyabr seçkilərində Samir Əsədlini dəstəkləyəcəklərini bildiriblər.







Milli Məclisə sentyabr ayının 1-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov növbəti görüşünü Kürdəmir rayonunun ən böyük və qədim kəndlərindən olan Sığırlıda keçirdi.

Vətəndaş Həmrəyliyi Partiyasının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi, VHP qadın qolunun rəhbəri, tanınmış şair Aysel Səfərli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Məzahir Rüstəmov məhəlləsində keçirib.

Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər təşkilatının sədri Orxan İslamzadə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidəçiləri Aleksandra Tein və Narve Rio ilə görüşüb.
VHP-nin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyasını davam etdirir.

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Göytəpə şəhərində keçirib. Tədbirdə iştirak edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı F.İbrahimli haqqında öz fikirlərini bildirib. Fəzail bəyin ziyalı, alim kimi üstünlüklərini bildirən xalq şairi onun millət vəkili kimi hər zaman ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirir. Növbəti görüş Yardımlı rayon Zevin kəndində keçirilib. İlk öncə kənd şəhidlərinin məzarını ziyarət edən Samir bəy kənd meydanında seçicilərlə görüşüb.


Bu gün Vətəndaş Həmrəyliyi Partiyası sədr müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri Diana Braunla görüşüb. Görüş zamanı parlament seçkiləri ilə bağlı ölkədəki ictimai-siyasi durum, seçki mühiti haqda müzakirələr aparılıb.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında 1 sentyabr növbədənkənar parlament seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib. S.Rüstəmxanlı VHP-nin seçki təcrübəsi, 1 sentyabrda keçiriləcək parlament seçkilərində partiyanın iştirakı, qeydə alınmış namizədlər haqda qonaqlara ətraflı məlumat verib. Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən partiya sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.
