Category: Türk Elləri
-
Rusların Azərbaycanı qana boyadığı gündən düz BİR ƏSR SONRA – Moskvada maraqlı yığıncaq
Rusiya-Azərbaycan şairlərinin şeir bayramı keçirilib.Tədbirə qatılan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BakuPost-a açıqlamasında bildirib ki, tədbir Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində baş tutub. Xalq şairi maraqlı bir məqama toxunub: “Moskvada Azərbaycan və Rusiya şairlərinin poeziya axşamı XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərini pozub müstəqil dövlətimizi devirdiyi, kəndlərimizi, şəhərlərimizi qana boyadığı gündən düz yüz il sonra, aprelin 28-də, Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində Azərbaycan və rus şairlərinin birgə şeir axşamı keçirildi. Bu, həyatın gözlənilməzliklərindən, paradokslarından biridir. Zaman yaraları sağaldır, amma çapıqlar və xatirələr qalır. Ədəbiyyat, poeziya humanizm və xeyirxahlıq daşıyıcısı kimi həm yaraların sağalmasında, həm də faciələrin unudulmaması və örnək olaraq gələcək nəsillərin yaddaşı üçün qorunmasında misilsiz və bəlkə də həlledici rol oynayır”.S. Rüstəmxanlı qeyd edib ki, Moskva azərbaycanlıları cəmiyyətlərinin nümayəndələrinin və rus ziyalılarının iştirak etdiyi poeziya axşamını Rusiya azərbaycanlılarının milli-mədəniyyət mərkəzi və “Ocaq” cəmiyyəti təşkil edib: “Ənənə halını almış belə bir məclisin Yesenin mərkəzində keçirilməsi təsadüfi deyil, çünki böyük rus şairinin qısa həyatının bir parçası da Bakı ilə bağlıdır və onun xatirəsini yaşadan yerlər bizdə də qayğı ilə qorunur”.Rusiya-Azərbaycan şairlərinin şeir bayramında Xalq şairi Sabir Rüstəmxanlı, təşkilat komitəsinin həmsədrləri Moskvada yaşayan həmyerlimiz, tanınmış qələm sahibi İlham Bədəlbəyli, məşhur rus şairi, Azərbaycan ədəbiyyatının sadiq dostu və tərcüməçisi Mixail Sinelnikov, Azərbaycanda həm şeirləri, həm də ədəbi layihələri, ədəbiyyatın təbliği sahəsində xidmətləri ilə tanınan Nigar Həsənzadə, Moskva şairlərindən Afaq Şıxlı, Zümüd Quliyeva, Maya Bədəlbəyli, Sergey Karatayev, Natalya Varxanen və başqaları çıxış ediblər. Nazxanım Dadaşovanın röyalda ifa etdiyi musiqi parçaları və vokalist Ayla Çingizqızının mahnıları səsləndirilib. -
İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi
VHP-nin Şöbə müdiri, “Qərbi Azərbaycan – İrəvan Xanlığı Torpaqlarına qayıdış İctimai Birliyi”nin rəhbəri
XVI əsrin əvvəllərində (1502-ci ildə) Səfəvilər dövləti Qərbi Azərbaycanı öz inzibati ərazi bölgəsinə daxil edərək, mərkəzi İrəvan şəhəri olmaqla Çuxursəd bəylərbəyliyini yaratdı. Bu ad Qərbi Azərbaycanın ilk coğrafi adı hesab olunur. Qərbi Azərbaycanın əksər bölgələrinin bir bəylərbəyliyində birləşdirilməsi sonradan onun müstəqil dövlət kimi formalaşmasında çox böyük rol oynadı.
XVI əsrin ikinci yarısında Çuxursəd bəylərbəyliyi Rəvan (İrəvan) əyaləti kimi tanınmaqla Qərbi Azərbaycan bölgəsi yeni coğrafi ad qazandı. Bölgənin İrəvan şəhərinin adına uyğun olaraq adlandırılması sonralar bu yerin “İrəvan xanlığı”, “İrəvan quberniyası” və “İrəvan qəzası” kimi tarixə düşməsinə səbəb oldu və Qərbi Azərbaycan həmin adla tanındı. Tarixi mənbələrə görə, “İrəvan” sözü hələ e.ə.VIII əsrdə mövcud olmuş, eramızın VII əsrindən başlayaraq strateji mərkəz kimi tanınmışdır. “İrəvan” türk sözü olaraq rəvanlıq, düzənlik mənasını verir. Şərq mənbələrində və orta rus arxiv sənədlərində İrəvan şəhəri “Rəvan” adlandırılmışdır. Bu da şəhərin dağlarla əhatə olunmuş rəvan (düzənlik) yerdə yerləşməsi ilə əlaqələndirilmişdir. Məlum olduğu kimi, həmin bölgələrdə yaşayan azərbaycan türkləri “r” hərfinin əvvəlinə “İ” hərfi əlavə edirdilər. Məsələn, Rza-İrza, Mirzə-İmiızə, rahat-irahat, rəhmət-irəhmət və s. Ona görə də Rəvan şəhəri İrəvan adlandırılmışdır. Sonralar ermənilər bu sözü öz dillərinə uyğunlaşdıraraq onu “Erivan”, “Yerevan” kimi işlətmişdilər.
…”Erebuni” qalası hələ eramızdan əvvəl 782-ci ildə Urartu çarı I Arqişti tərəfindən İrəvan şəhəri ərazisində, şəhərin cənub-şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmışdır. O, qədim türk şəhər – qalalarından biri olmuş və e.ə. IV əsrə qədər mövcud olmuşdur. Tarixi mənbələrdə Erebuni şəhəri “İşpini” kimi də göstərilmişdir. Erebuni sözü qədim türk dilində “ərlər boyu” mənasını verən “erbi” və urartu dilində “ölkə” mənasını verən “uni” sözlərindən yaranmış, “ərlər boyunun ölkəsi” anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da öz təsdiqini tapmışdır. Sovet dönəmində ermənilər əski erməni əlifbası ilə yazılmış bir neçə daş parçasını İrəvan qalası ərazisində torpağa basdırmış, bir müddət sonra, guya, qazıntılar zamanı tapıldığını iddia edərək bütün dünyaya yaymışlar. Onlar İrəvanın erməni şəhəri olduğunu təsdiqləmək üçün hətta Yerevan şəhərinin 2500 illiyini də qeyd etdilər. Lakin onların tarixi saxtakarlıqları indi də kağız üzərindədir.
1590-cı ildə olduğu kimi, 1728 – ci ildə də İrəvan əyaləti Osmanlı imperiyasının tərkibində olarkən əyalətin müfəssəl dəftəri tərtib edilmiş, Naxçıvan bölgəsinin icma dəftərindən Zəbil, Zar, Şərur nahiyələri çıxarılaraq İrəvan əyalətinin tərkibinə daxil edilmişdir. Bu zaman İrəvan əyaləti Mülki, Axsaxala, Məvazeyi-Xatın, Aslanlı, Qarabağ, Dərəşam, Dərə-şahbuz, Bazarçay, Şərur, Zəbil, Zar, Əlincə, Sisyan, Azadçıqan, Ordubad, Şorlud, Dəmiqad kimi 16 nahiyədən və bir qəzası olan Naxçıvan livasından ibarət olmuşdur. Əyalətdə türk müsəlmanlar 73%, ermənilər və qeyri millətlər 27%i təşkil etmişdir.
1736 -1747-ci illərdə mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaradıldı. Bu zaman Çuxursəd bəylərbəyliyi də ləğv edilərək Qərbi Azərbaycan “İrəvan vilayəti” kimi Azərbaycan vilayətinin tərkibinə daxil edildi. 1747-ci ildə Azərbaycan vilayətində, 20 müstəqil xanlıq yaradıldı və bu xanlıqlardan biri də İrəvan xanlığı oldu. İrəvan xanlığı Ağrıdağ düzənliyini, Göyçə gölü hövzəsini və Araz çayının cənub-şərqə doğru uzanan ərazisini əhatə edirdi. Azərbaycanın şimal-şərqində yerləşən bu xanlıq mərkəzi İrəvan şəhəri olmaqla Naiblərin idarə etdiyi Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərə kənd, Saatlı, Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçədən ibarət 15 mahaldan və Şörəyel sultanlığından ibarət idi. İrəvan xanlığı 1797-ci ilədək 50 il müstəqil dövlət kimi mövcud olmuşdur. Hətta 1797-1828-ci illərdə də bu bölgədə İran hakimiyyəti bərpa olsa da, xanlıq öz mövcudluğunu itirməmişdir.
Xanlığın öz inzibati ərazi xəritəsi, bayrağı, xüsusi idarəetmə formaları var idi. Qeyd edək ki, erməni kilsələrinin katalikosu da ölkənin başçısı olan xan tərəfindən təyin olunurdu. Erməni tarixçisi Hovanes Şahxatun Erməni Sovet Ensiklopediyasında İrəvan xanlığından bəhs edərək yazır ki, 1410-cu ildən başlayaraq 1828-ci ilədək İrəvan xanlığını Azərbaycan türkü olan 49 xan idarə etmişdir.
Qərbi Azərbaycan İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycan türklərindən, az bir hissəsi isə erməni və qeyri millətlərdən ibarət olub. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya ilə İran arasında gedən müharibələr zamanı rus qoşunları birinci növbədə strateji əhəmiyyət daşıyan İrəvan qalasını ələ keçirməyə çalışmışlar. İrəvan qalası Zəngi çayının kənarındakı Qanlıtəpə adlı yüksəklikdə yerləşirdi. Qalanın mübarizəsinə qalxmış yerli əhali ölüm-dirim müharibəsinə girərək, böyük fədakarlıq göstərdilər. Ruslar bütün qüvvələrdən istifadə etsələr də, İrəvan qalasını ələ keçirə bilmədilər. Lakin xanlığın torpaqlarından Gorus, Qafan və Sisiyan mahallarını işğal etdilər. 1813- ci ildə bağlanmış Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan ikiyə bölündü. Naxçıvan və İrəvan xanlıqları İran torpaqları hesab edildi. 1826-1828-ci illərdə II Rus – İran müharibəsi çar Rusiyasının qələbəsi ilə nəticələndi. İrəvanda müvəqqəti idarə üsulu yaradıldı.
1828-ci ilin mart ayının 21-də Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, Rus çarının əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində “erməni vilayəti” adlı müvəqqəti idarə üsulu yaradıldı və İrəvan şəhəri ermənilərə paytaxt kimi “hədiyyə” verildi.
1828-ci ildən başlayaraq çar Rusiyasının havadarlığı ilə yaxın dövlətlərdən İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə ermənilərin kütləvi surətdə köçürülməsinə başlandı. Bu yeni erməni dövləti yaratmaq siyasəti bir əsrdən də çox davam etdirildi. Hətta bu köçürülmələrdən sonra da İrəvan xanlığı ərazisində azərbaycan türkləri və müsəlmanlar əhalinin 76,24 faizini, erməni və qeyri millətlər isə 23,46 faizini təşkil edirdi. Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq üçün ermənilər və onların havadarları birinci növbədə yerli əhalini, azəri türklərini sıxışdıraraq dədə-baba yurdlarından qovmağı, onlara məxsus tarixi abidələri məhv etməyi qarşılarına məqsəd qoydular. XIX əsrin əvvəllərindən XX əsrin sonunadək onlar öz məqsədlərini həyata keçirmək üçün insanlığa xas olmayan bütün vasitələrdən istifadə edərək, milyonlarla azərbaycan türkünü əzəli və əbədi yaşayış məskənlərindən didərgin saldılar. Minlərlə tarixi abidəni yer üzündən sildilər. Təkcə İrəvan şəhəri və onun yaxınlığında dağıdılmış möhtəşəm tarixi abidələrdən bir neçəsi barədə məlumat vermək istərdim;
- 1604-cü ildə I Şah Abbasın İrəvan qalası ərazisində Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.
- 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş möhtəşəm məscid.
- İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.
- 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi (1918-ci ildə həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırmışdılar).
- 1413-cü ildə inşa edilmiş Sərdarabad türbəsi.
- 1510-cu ildə İrəvan sərdarı Əmirquni xan Qacar tərəfindən ucaldılmış və İrəvan xanı Hüseynəlixan tərəfindən 1782-ci ildən təhkimləşdirilmiş Sərdar qalası.
- Sərdarabad qalası – Türk- müsəlman qalası.
- Uzunlar qalası və s.
Ümumiyyətlə, 1912-ci ilədək Qərbi Azərbaycanın İrəvan qəzasında 42, Üçmüəzzin qəzasında 33, Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr və məscidlər dağıdılaraq yer üzündən silinmişdir. Ermənilərin Qərbi Azərbaycana köçürülməsi 1828-ci ildən başlayaraq mərhələlərlə həyata keçirilmişdir. Tarixi faktlara əsasən görürük ki, ermənilərin indiki Ermənistana köçürülməsi 1953-cü ilədək davam etmişdir. Bununla bağli bir neçə dövrə nəzər salaq:
-1828-ci ildən başlayaraq;
İrandan – 40.000 nəfər,
Türkiyədən – 84.600 ııəiər,
Suriyadan – 30.000 nələr.
-1914-1922-ci illərdə;
Türkiyədən – 70.000 nəfər.
Fransadan – 30.000 nələr.
-1945-ci ildən başlayaraq;
İran, Suriya, Livan, Bolqarıstan,Yunanıstan, Rumıniyadan – 509.000 nəfər.
-1947-ci ildən;
Fələstin, Suriya, Fransa,
ABŞ, Misir, Yunanıstan,
İraq, Livandan – 35.400 ııəfər.
-1948-ci ildən başlayaraq;
Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan, İrandan – 40.000 nəfər,
Rumıniyadan – 100.000 nəfər köçürülmüşdür.
Əsası rus çarı I Pyotr tərəfindən qoyulan erməniləri himayə siyasəti sonralar Rusiyanın digər çarları və bolşevik Rusiyası tərəfindən davam etdirilmişdir. 1768-ci ildə Rusiya çariçası II Yekaterina ermənilərin himayə edilməsi haqqında əmr imzalamışdır. 1802-ci ildə çar I Aleksandr Sisyanova yazdığı məktubda deyilirdi: ‘Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır “.
Qərbi Azərbaycandan azərbaycan türkləri mərhələli şəkildə qovulanıq dədə-baba yurdlarından çıxarılmışdır:
- mərhələ: 1828-1905, 595.000 nəfər;
- mərhələ: 1905-1907. 275.000 nəfər;
- mərhələ: 1918-1920.00nəfər;
- mərhələ: 1948-1953.000nəfər;
- mərhələ: 1988-1989, 250.000 nəfər qovulmuşdur.
Bu mərhələlərdə 1 milyon nəfərdən artıq azərbaycan türkü öldürülmüşdür. Qərbi Azərbaycandan qovulan azərbaycanlılara 105 milyarddan çox ABŞ dolları həcmində maddi ziyan dəymişdir. Təkcə 1988-1990-cı illərdə Ermənistandan qovulan azərbaycanlılara 6,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur.
Göründüyü kimi, 1827-ci ildə İrəvan xanlığının işğalından sonra erməni faşistləri tərəfindən Qərbi Azərbaycan torpaqları tamamilə işğal edilmiş, azərbaycan türklərinə məxsus bütün tarixi abidələr dağıdılmış, bütün yaşayış yerləri məskənlərinin adları erməniləşdirilmiş, bütün azəri türkləri dədə-baba yurdlarından qovularaq, mülki əhalinin əmlakı talan edilmişdir. İndi Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı yaşamır.
XIX əsrin əvvəllərindən başlayaraq, əvvəllər Rus imperiyasının, sonralar isə bolşevik Rusiyasının havadarlığına arxalanan ermənilər qədim Azərbaycan torpağında qondarma erməni dövləti yaratsalar da, bu torpaqların kimlərə məxsus olduğunu çox yaxşı başa düşürlər. Bu torpaqların sahiblərinin gec-tez öz dədə-baba yurdlarına qayıdacağı, quldurların işğalından azad edəcəyi zaman uzaqda deyil. İndi tarixi havadarlarının böyük köməyinə arxalanaraq Qərbi Azərbaycan və Qarabağ torpaqlarını işğal altında saxlayan erməni daşnakları bilməlidirlər ki, bu torpaqlar hansı yolla olursa-olsun azad ediləcək və düşmən özü nəlayiq cəzasını alacaqdır.
Ölkə Prezidenti İ.Əliyevin son zamanlar İrəvan xanlığı torpaqlarının Göyçə, Zəngəzur və s. mahallarının qədim Azərbaycan torpaqları olması və bu torpaqların işğaldan azad edilməsi barədə “Ermənistan”a qarşı kəskin mesajları vaxtında atılmış addımdır. Qərbi Azərbaycanlılar nəyin bahasına olursa olsun, gec-tez öz dədə-baba yurdlarına qayıdacaqlar.
-
Sabir Rüstəmxanlı İraqlı siyasilərlə görüşüb. FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rustemxanli İraqın Türkmaneli Partiyasının sədri, İraq parlamentinin keçmiş deputatı Riyaz Sarıkahya ilə görüşüb. Görüşdə İraqda, Kərkükdə, Azərbaycan və türk dünyasında baş verənlərlə bağlı fikir mübadiləsi aparılıb.
Riyaz Sarıkahya türkmanların vəziyyəti, bölgədə keçirilən son referendum və ondan sonra Kərkükdə yaranan vəziyyət haqda geniş məlumat verib. Bildirib ki, Azərbaycan və Türkiyə Kərkükün taleyinə biganə olmamalı, sahib çıxmalıdır.
Sabir Rüstəmxanlı Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı qonaqları məlumatlandırıb.
Səmimi keçən görüşdə partiyaların əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İraqda, İranda və Suriyada yaşayan türklərin gələcək durumu ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusən türkmanların ciddi dəstəyə ehtiyacı olduğu vurğulanıb.
Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Türkməmeli Partiyasının təmsilçiləri Şahlar Azeroğlu və Yahya Ali Mehdi iştirak ediblər.
-
Xocalı faciəsinin qisasını almalıyıq…
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycan türklərinin öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycan türkləri bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və əsgəri iştirak etmişdir.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir:
“Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər”.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Azərbaycan xalqı gec-tez erməni faşistlərindən Xocalı faciəsinin qısasını alacaqdır. Xocalı soyqırımını heç vaxt unutmaq olmaz!Qələmə aldı: Səməndər Çaxmaqlı
Vətəndaş Həmrəyliyi Partiyasının Humanitar məsələlər Şöbəsinin müdiri, “Qərbi Azərbaycana – İrəvan Xanlığı Torpaqlarında Dönüş” İctimai Birliyinin rəhbəri
-
Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan Cümhuriyyəti əsəri
Hər bir Azərbaycan türkü, azərbaycanlı müsəlman Şərqində ilk demokratik respublikasının məhz Azərbaycanda yaranması ilə fəxr edə bilər. Ölkə prezidenti İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi və Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam verməsi bizi sevindirməyə bilməz. Hesab edirəm ki, sərəncamın AXC-nin tarixinin daha müfəssəl və dərindən öyrənilməsində, müstəqil dövlətimizin dünyada daha yaxşı tanıdılmasında mühüm əhəmiyyəti olacaq.
M.Ə.Rəsulzadə Azərbaycan və türk dünyasının görkəmli siyasi xadimi və ideoloqlarından biridir. Onun “Azərbaycan Cümhuriyyəti” əsəri ensiklopedik bilik verən məzmuna malikdir. Böyük istiqlalçı əsərini Türkiyədə mühacirətdə olarkən yazmış və 1923-cü ildə İstanbulda çap etdirmişdir. Bu əsərilə özünün böyük siyasi xadim kimi tanıtmışdır. On bir bölmədən ibarət olan əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, bolşevik Rusiyası tərəfindən işğalına, Qızıl Ordunun əsgər və zabitlərinin Azərbaycanda törətdikləri qırğın və vəhşiliklərə aid əsərdə son dərəcə qiymətli məlumatlar var. Biz məqaləmizdə əsərin daha çox “Bolşevik istilası”, “Şimdiki vəziyyət” və “Qızıl imperializm” bölmələrini şərh və təhlil etmişik. Belə bir nəticəyə gəlmişik ki, o, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həmişə prinsipial mübarizə aparmış, ardıcıl siyasət yeridib. Cəlladbaşı V.Pankratovun Bakıda törətdiyi vəhşilik və qətliamı tənqid və ifşa etmişdir. Bolşevik istilasına qarşı qəzalarda baş vermiş üsyanların tarixi əhəmiyyətinə ayrıca diqqət yetirib. Qızıl imperializmin gec-tez süqut edəcəyini sanki bir peyğəmbər kimi əvvəlcədən görmüş, bu haqda fikrini böyük bir inamla ifadə edib.
Azərbaycan və türk dünyasının görkəmli siyasi xadimi M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsəri ensiklopedik məzmuna malikdir. Əsər siyasi publisistikamızın ən gözəl nümunəsidir. Əsərdən müəllifin yüksək siyasi mədəniyyətə və siyasi təfəkkürə malik olduğunu aydın görmək olar. Böyük siyasi məzmuna və mahiyyətə malik olan əsər sovet rəhbərlərini, o cümlədən İosif Stalini maraqlandırmış, hətta narahat edib. Belə bir dəyərli əsərin hər bir müəllimin, alimin və ziyalının maşaüstü kitabı olması məsləhətdir. Müəllif burada Azərbaycanda 1918-1930-cu illərdə baş vermiş ictimai-siyasi hadisələri, Azərbaycan ədəbi və milli ibtibahını, qardaş Türkiyənin Azərbaycana imdadını, Xəlil paşanın Moskvaya nə məqsədlə getməsini, Mondrus müqaviləsini, Cümhuriyyətin süqutunun səbəblərini, hakimiyyətin bolşeviklərə təhvil verilməsini, bolşevik istilasını geniş işıqlandırmış, dərin və ətraflı siyasi təhlilini verib.
Mən bu qiymətli əsərin “Bolşevik istilası”, “Şimdiki vəziyyət” və “Qızıl imperializm” bölmələri üzərində məxsusi dayanmaq istəyirəm. Bəri başdan demək istəyirəm ki, ulu öndərin Azərbaycan məsələsində prinsipial mövqeyi, istiqlaldankənar heç bir məsələdə güzəştə getməməsi təqdirə layiqdir və qürur doğurur.
1920-ci ilin əvvəllərindən başlayaraq Bakıda dəhşətli hadisələr baş verir. Dəhşətli hadisələr bolşeviklər və Qızıl Ordunun zabit və əsgərləri tərəfindən törədilir. M.Ə.Rəsulzadənin yazdığına görə, Qızıl Ordunun siyasi şöbəsinin rəisi V.A.Pankratovun adı gələndə adamların canına titrətmə düşürdü. Bakıda hökumətin ən məsul mövqeləri əcnəbilərə verilmişdi. Adamlar harada gəldi öldürülür, güllələnir, təhqir edilirdi. O, əsərində bolşevik istilasının vəhşət və dəhşətlərini olduğu kimi təsvir edərək yazır: “Bakının Qızıl Ordu tərəfindən işğalından iki gün sonra türk komandanlar rus yoldaşlarla əvəz edildi. Fəqət iş bununla da qalmadı. “Əmiri-xeyir”i qəsid edən nə qədər Osmanlı zabiti varsa, həpsini ya həbs və yaxud qanı dişarı etdilər.”
Xalq bolşevik istilasına qarşı ayağa qalxır. Gəncə, Ağdam, Şuşa, Şəki, Lənkəran, Quba və b. qəzalarda üsyanlar baş verir. Şəki üsyanı amansızlıqla yatırılır. Qızıl Ordu Gəncə və başqa qəzalarda böyük itkilər verir. M.Ə.Rəsulzadə üsyanların əhəmiyyəti və şiddəti barəsində demişdir: “Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix bu üsyanları tədqiq və təfsilatı ilə əlbəttə, təhrir edəcəkdir. Bu üsyanların bihudə olduğunu və səlaməti-ümumiyyəyə zərər gətirdiyini iddia edənlə var. Fəqət bu üsyanlar dəxi olmasa idi Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi?!” Millət böyük bir qiyama qalxmışdı. Üzərinə ixtilal və hüriyyət maskası taxmış rus qüvvəti Nerona rəhmət oxutduracaq bir şiddət və zülmilə basıb kəsirdi. Hər tərəfdə fəaliyyətə başlayan ÇK-lar gecə-gündüz qanlı işlərinə davam edirdilər.
Belə bir vəziyyətdə gənc Azərbaycan əsgəri xalqla birlikdə üsyana qalxmaya bilməzdi. İstiqlalı əlindən alınmış xalqın üsyan etməkdən başqa çarəsi qalmamışdı. O çar Rusiyasının rejimindən daha dəhşətli bir rejim yaradan bolşevik istilasına qarşı mübarizə aparmalı idi və aparırdı. Qaniçən bolşevik istilaçılar cəlladlıq edir, yalnız üsyana qoşulan adamlara deyil, dinc əhliyə divan tuturdular. Bakıda milliyyətpərvərlərin kökünü kəsmək üçün onları sorğu-sualsız güllələyirdilər. Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı V.Pankratov bu işdə xüsusi fəallıq və canfəşanlıq göstərirdi. “Pankratovun əmri fövqündə bir əmr yox idi. ÇK məmurunun füzulluğu o dərəcəyi bulmuşdu ki, Azərbaycan komissarları rəisi bulunan Nəriman Nərimanovun kəndisini belə tovqif eyləmişlərdi.”
Ermənilər Azərbaycan və Türkiyə torpaqlarında dövlət yaratdıqdan sonra daha da fəallaşmışdılar. Ermənistan bolşevik hökuməti təsis edilər-edilməz Azərbaycana qarşı torpaq iddiasında bulundu. Xarici qüvvələrin köməyilə Naxçıvan və Zəngəzuru ələ keçirməyə çalışdılar. M.Ə.Rəsulzadə Zəngəzurun ermənilərə verilməsində N.Nərimanovun əli olduğunu qeyd edir və yazır: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin (N.Nərimanovun – İ.A.) səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütəntən bir surətdə Ermənistana hədiyyə etdi.”
Naxçıvan məsələsi barəsində bir neçə söz. M.Ə.Rəsulzadə bu haqa yazır: “Ermənistan Cümhuriyyəti bolşeviklər tərəfindən istila edildikdə Azərbaycan bolşevik hökumətinin rəisi Nəriman Nərimanov Naxçıvan qəzasını Ermənistana hədiyyə etmişdi. Vəqtilə ingilislərlə amerikalılar da Naxçıvanı ermənilərə tabe görmək istəmiş, bu xüsusda təşəbbüs eyləmiş, fəqət, müvəffəq olmamışlardı. İki sənədən ziyadə (1918-1919-cu illərdə – İ.A.) əlində silah alaraq Ermənistana ilhaq əleyhinə cəhadətlə hərb edən naxçıvanlılar bu dəfə də israr etdilər. Nərimanın (N.Nərimanovun – İ.A.) bəxşişi quru sözdən ibarət olub qaldı. Ermənistan Cümhuriyyəti Naxçıvan “hədiyyə”sini təslim olmaq üçün iyicə qan tökməli idi. Naxçıvanlılar isə hər tərəfə müraciət edərək Ermənistana tabe olmaq istəmədiklərini bildiriyorlardı. Bu məsələ türk heyəti-mürəxxəsəsinin dəxi nəzər-diqqətini cəlb eyləmişdi. Buna görədir ki, müahidə (11 iyul 1922-ci il tarixli Qars müqaviləsi nəzərdə tutulur – İ.A.) salis bir hökumətə tərk edilməmək şərtilə Naxçıvan qəzasını mümtaz bir vilayət şəklində Azərbaycan himayəsinə vermişdir.
Bax tarixi həqiqət budur! Yeri gəlmişkən deyim ki, Naxçıvanın Ermənistana ilhaq edilməsinə kəskin etiraz edən Naxçıvan ziyalılarından biri Hüseyn Cavid olmuşdur. O, ingilis və amerikan nümayəndələrilə görüşmüş, naxçıvanlıların Ermənistana tabe olmayacaqları haqqında “ultimatum” vermişdir.
O zaman Azərbaycanda da, Türkiyədə də vəziyyət ağır və mürəkkəb idi. Bəzi düşmən qüvvələr iki qardaş ölkəni üz-üzə qoymaq istəyirdilər. M.Ə.Rəsulzadə demişkən, bolşeviksayağı propaqanda yapır, onları düşmən etmək istəyirdilər. O, bu cür təbliğatın əleyhinə çıxaraq yazırdı: “Azərbaycan hökuməti-milliyyəsinin fəcaətli fəlakətdən daha acıqlısı bu idi ki, milliyyətpərvərlər Türkiyəyə qarşı vəfasızlıqla ittiham olunuyordu. Ehtimal ki, bəziləri hala bu qənaətlərində baqidirlər. İştə ən çəkilməz faciə bu faciədir!”
Türkiyəni Azərbaycana qarşı, Azərbaycanı Türkiyəyə qarşı vəfasızlıqda ittiham edənlərə qarşı çıxan M.Ə.Rəsulzadə yazır: “İki qardaş millət arasında təhəddüd edən sui-təfəhhüm daha acıdır, daha fəcidir. Türklüyünü anlamış Azərbaycan ilə türklük üçün qan tökən, can verən Anadolu arasındakı qardaşlıq bağını nə tarixin şimdiki Türk-Rus müxadinəti kibi təsadüfi vəqə epidozları, nə də bir taqım əşxasın siyasi xətaları çözəməz!”
Böyük siyasətçi, istiqlalçı və türkçünün dəyərli sözlərini bugünkü Azərbaycan-Türkiyə arasındakı siyasi, iqtisadi və mədəni ilişgilərə də aid etmək olar. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünən də sarsılmaz idi, bu gün də sarsılmazdır.
M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsərindəki “Şimdiki vəziyyət” bölməsi bolşevik Rusiyasının Cənubi Qafqaz siyasətinə, Moskvanın sovet Azərbaycanına cüzi məhəlli-muxtariyyat verməsinə, V.Leninin Cənubi Qafqazın sovetləşdirilməsilə əlaqədar teleqramlarına, Sovetlər İttifaqının yaradılmasına, sovet Rusiyası ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış müqaviləyə, Stalin, Buxarin və Kamenyevin sərəncamlarına və s. məsələlərə həsr olunmuşdur. Müəllif həmin bölmədə tarixi baxımdan dünən və bu gün üçün son dərəcə əhəmiyyətli və qiymətli məlumatlar vermişdir. Azərbaycan sovet hokumətinin, siyasiyyə və iqtisadiyyatının rusların əlinə keçməsini konkret tarixi faktlar əsasında göstərmişdir. Mən onlardan bir neçəsinin adını və vəzifəsini qeyd etmək istəyirəm. Azərneft xalq maarif şöbəsinin müdiri – Barçov, Bakı Şurası rəisi – Krılov, Bakı qəzası hərbiyyə komissarı – Anefski, Xüsusi Qafqaz Ordusu komandanı – Yeqoryev və s. Bir sözlə, Azərbaycan sovet hökumətində bütün mühüm vəzifələri tutan miliyyətcə rus, erməni, yəhudi və b. idi. Bakı şəhərinin bütün inzibati və təsərrüfat orqanlarını idarə edənlər də onlar idi.
Əhalini incitməkdə, Cümhuriyyət rəhbərlərini təhqir etməkdə bəzi yerli bolşeviklər rus bolşeviklərindən geri qalmırdı. Onlardan biri Əliheydər Qarayev idi. AXC-nin süqutunda bəzi yerli bolşeviklərlə yanaşı Ə.Qarayev də mühüm rol oynamışdır. O, açıq-açığına dövlətin və millətin əleyhinə çıxır, Stalinin Azərbaycanı parçalamaq planını müdafiə edir, “Azərbaycan” adında ölkə tanımadığını bildirirdi. Bolşevik qəddarlığı və amansızlığı ilə seçilirdi. M.Ə.Rəsulzadənin sözlərilə desək, belə bir heysiyəsiz hökmranı Azərbaycan heç bir zaman görməmişdir. “Füqəra füzyuzatı” məcmuəsində onun haqqında belə yazılmışdır:
Bax şu Qarazadə Əli Heydərə,
Töhfeyi-Şirvanə, mələk-mənzərə.
Bəhri-Xəzər, xütteyi-Azərbaycan,
Görməmiş ömründə belə hökmran.
Parlamentdə antimilli və antiazərbaycan çıxışına görə M.Ə.Rəsulzadə ona demişdir: “Sən rus casusu kimi çıxış edirsən.” Bu sözə görə o, M.Ə.Rəsulzadəni təhqir etmişdir. M.Ə.Rəsulzadə isə ona demişdir: “Əliheydər, bir gün səni bolşeviklərin özü güllələyəcək.”
Sovet hakimiyyətinin ilk illərində Bakıda və bütövlükdə Azərbaycanda çox acınacaqlı bir vəziyyət yaranmışdı. Rus bolşevikləri başda olmaqla, ölkənin varidatı, yerüstü və yeraltı sərvətləri talan edilirdi. Xalqın maddi və mənəvi sərvətinə təcavüz edilir, o daha da yoxsullaşdırılırdı. N.Nərimanov “Təzəpir” meydanında xalqa xitab edərək deyirdi: “Biz məxsusi bir komission təşkil etdik. Bu komission əski hökumətin (Müsavat hökumətinin – İ.A.) ovqatını tədqiq edir. Bir neçə gün sonra nəticəsi elan ediləcək. O vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər (istiqlalçılar – İ.A.) sizi idarə edirmişlər.” Halbuki dağıdan da, talan edən də, ölkənin sərvətini Moskvaya verən də, daşıtdıran da onların özləri idi.
N.Nərimanovun yaratdığı komissiya məsələsinə toxunan M.Ə.Rəsulzadə yazırdı: “Kaç gün deyil, kaç sənə keçdi. O komission bu nəticəyi hala elan etməmişdir. Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı, deyə ittiham olunan hökumətin (Müsavat hökumətinin – İ.A.) bir həbbə olsun hüquqi-millətdən əcanibə tərk etdiyini bir Nəriman (N.Nərimanov – İ.A.) deyil, bütün bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər! Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə varsa həpsini təslim etdilər…”
Cümhuriyyətə, onu qurub-yaradan, yaşatmaq üçün min cür əzab-əziyyətə qatlaşan, təhqir, təzyiq, tənqid və ittihamlara məruz qalanlara yalnız yerli bolşeviklər deyil, şair və yazıçılar, tarixçilər də böhtan atır, qara yaxırdılar. Bir sovet şairi bir şeirində yazırdı:
İndi xəbər verim oxucuma mən
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məscidə müsəlmanları,
Yağlı vədlərə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..”
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!
– Vətəni yadlara bunlar satacaq!..
– Bir dayan!
– Nə dedin?
– O, bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…
Bu yurdu talayan, dağıdan da siz,
Bu gün-sabahlıqdır səadətiniz!
Bolşeviklər bütün ölkədə var gücü ilə ruslaşdırma siyasəti aparırdılar. Diqqəti bu məsələyə yönəldən ulu öndər çar Rusiyası ilə sovet Rusiyasını müqayisə edərək, deyirdi: rus bolşevikləri zahirdə Nərimanların idarəsinə tərk etdikləri əraziyi belə əski çarizmdən daha qəddar və munid bir surətdə ruslaşdırmaqdadırlar.
O, əsərinin “Qızıl imperializm” bölməsində bolşeviklərin yürütdükləri Şərq siyasəti üzərində məxsusi dayanır. Hesab edir ki, bolşeviklər Azərbaycanın simasında Şərq millətlərinin xilas və nicatına aid şüarlar söyləsələr də, sözdə millətlərin hüquq, hürriyyət və istiqlalına hörmət etdiklərini bildirsələr də, əslində qırmızı imperializm siyasəti yeridirdilər. M.Ə.Rəsulzadə rus bolşevik imperializminin apardığı təcavüzkar siyasətinin mahiyyətini açır. Yalnız Rusiyanın deyil, Qərb ölkələrinin Şərq ölkələrinə qarşı apardıqları imperialist siyasəti tənqid və ifşa edir. Sovet İttifaqının siyasi mahiyyətindən danışarkən yazırdı: Mockva sovet respublikaları arasında təbii yolla deyil, güc yolu ilə, Qızıl Ordunun süngüləri sayəsində federasion yaratmışdır. Kommunizm propoqandası ilə xalqları aldadır. “Kommunizm süquta məhkumdur. Kommunizm süquta məhkum olduğu kibi süni vasitələrlə mərkəziyyəti-idarə vücudə gətirmək istəyən Moskva sistemi də məhkumi-zəvaldır. Müdhiş bir terrorist olan bu firqə (bolşevik (kommunist) firqəsi – İ.A.) üçün muslihanə bir surətdə mötədil bir hökuməti-əsriyyə şəklinə girmək, ruhiyyət nöqteyi-nəzərindən qeyri-mümkündür. Üsyanla və qanla sərkarə gələn bir qüvvət üsyan və qanla da gedəcək. Bu gün bu üsyanı yapan müntəzəm bir qüvvət yoxsa da, yarın o qüvvət, kommunizmin kəndi vücudə gətirdiyi təşkilat hüceyrəsindən olsa da doğuracaqdır…”
Nə qədər üzaqgörənliklə söylənmiş fikirlərdir?!. Belə bir müntəzəm qüvvət 1988-1990-cı illərdə Azərbaycanda meydana gəldi. Sosializm və kommunizm çökdü. Bir neçə sovet respublikasında demokratiya və müstəqillik uğrunda mübarizə başlandı. Azərbaycanda baş verən meydan hərəkatı və milli azadlıq uğrunda ümumxalq mübarizəsi Sovet İttifaqının dağılması və çökməsində əhəmiyyətli rol oynadı. M.Ə.Rəsulzadənin uzaqgörənliklə dediyi sözlər həqiqət oldu. Üsyan və qanla gələn sərkar üsyan və qanla da getdi. Biz vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizədə şəhidlər verdik. Qızıl imperializm yanvar qırğınını, ermənilər Xocalı faciəsi və soyqırımını törətdilər. Lakin Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Azərbaycan öz müstəqilliyi və dövlətçiliyini bərpa etdi, Cümhuriyyətinin siyasi varisi oldu.
Əlaqə tel.: (+99451) 877 46 69
E-mail: isgender.orucaliyev@gmail.com
İsgəndər Atilla
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
Спасибо, объявление скрыто.
Məhəmməd Əmin Rəsulzadə və happy wheels demo onun Azərbaycan Cümhuriyyəti əsəri

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin (“Mixaylo”nun) anadan olmasının 99 ili tamam oldu
Səməndər Çaxmaqlı Sovet İttifaqı və Sloveniya Respublikasının qəhrəmanı Mehdi Hüseynzadənin keçdiyi döyüş yollarını araşdırmaq və onun qəhrəmancasına həlak olduğu kəndi, dəfn olunduğu qardaşlıq məzarlığını və respublikamız tərəfindən xatirəsinin əbədiləşdirildiyi yerləri görmək ordan reportaj hazırlamaq üçün Sloveniyanın Novo Qorisa şəhərinin ucqar kəndlərinə səfər edib.Bu qəsəbə və kəndlər “Mixaylo”nun 1943-1944-cü illərdə İtaliya partizan hərəkatında böyük qəhrəmanlıqlar göstərdiyi yerlərdir. Sloveniyanın Vitovle kəndinə çatdıq. Bir neçə kənd sakinindən Mehdi Hüseynzadəni, Mehdi Hüseynovu soruşduq, tanıyan olmadı. Sonradan bu yerlərdə “Mixaylo” ləqəbilə tanınmış azərbaycanlı partizanın bu kənddə həlak olduğunu bildirdik. Kənd sakinləri bizi böyük sevgi və hörmətlə əhatəyə aldılar. Hamı onun qəhrəmanlığından danışmaq istəyirdi. Bir azərbaycanlı kimi böyük fəxr və qürur duyduq. Onlar bizi Mehdinin həlak olduğu evin yaxınlığına apardılar. İndi həmin ev uçub-dağılmaq vəziyyətindədir. Bu evdə heç kim yaşamır. Kənd sakinlərinin verdiyi bir məlumata görə, “Mixaylo”nun faşistlərlə axrıncı döyüşü bu evdə olmuş və döyüş zamanı qəhrəmancasına həlak olmuşdur. İkinci bir versiyaya görə, partizanlar silah-sursat, azuqə almaq üçün pul vəsaiti lazım olduğundan döyüş yoldaşları ilə birlikdə alman faşistlərinin işğalı altında olan yaxın ərazidə yerləşən İtaliyanın Triyest şəhərində ən böyük bankı partlatdıqdan sonra külli miqdarda pulla (mark) Vitovle kəndindəki bu evdə gizlənirlər. Lakin kiminsə satqınlığı nəticəsində almanlar bundan xəbər tutaraq və evi mühasirəyə alırlar. Gərgin döyüşlərdən sonra partizanların bir qismi dağlara-meşəliklərə çəkilmiş, Mehdi isə bu döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bir məlumata görə isə o, ağır yaralanmış, bir gün sağ qalmış, faşistlərin əlinə keçəcəyindən ehtiyat edərək, özünü tapança güllələmişdir. Ertəsi gün 1944-cü ilin noyabr ayının 16-da partizanlar Mehdini Vitovle kəndində həlak olduğu evin yaxınlığında dəfn etmişlər. Bir həftədən sonra isə onun nəşi çıxarılaraq o zaman partizanların nəzarəti altında olan Çepovan qəsəbəsində katolik kilsəsinin həyətində “Qardaşlıq Məzarında” dəfn etmişlər. “Mixaylo”nun qəbri üzərindəki dəmir lövhəcikdə bu sözlər həkk olunmuşdur:” Rahat yat Azərbaycan xalqının qəhrəman oğlu, əzizimin Mehdi! Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır.”
Fərəhli bir haldır ki, gec də olsa, bir neçə il bundan əvvəl Azərbaycan hökuməti həmin “Qardaşlıq Məzarını” abadlaşdırmış, həlak olmuş qəhrəmanların siyahısı tərtib edilmiş, “Mixaylo”nun adı isə birinci olaraq göstərilmişdir. İndi bu qəbristanlığa gələnlər müxtəlif millətlərə mənsub olan bu qəhrəmanların məzarını hörmətlə ziyarət edirlər. 2014-cü ildə Mehdi Hüseynzadənin qəhrəmanlıq xatirəsini əbədiləşdirmək üçün onun Vitovle kəndi yaxınlığındakı Çempas qəsəbəsində abidəsi ucaldılmış, xatirə muzeyi yaradılmışdır.Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi çox mürəkkəb və gərgin tarixi araşdırmalar nəticəsində çətinliklə nail olunmuşdur.
Məlumdur ki, Mehdi 1942-ci ildə Stalinqrad döyüşlərində ağır yaralanmış və almanlara əsir düşmüşdür. Stalin rejiminin sərt qanunlarına görə əsir düşən hər bir Sovet vətəndaşı vətən xaini hesab olunurdu. Mehdinin adı da bu siyahıda qeyd olunmuşdu…Lakin bir müddət sonra Mehdi dostlarıyla birlikdə alman əsirliyindən qaçmış və partizanlara qoşulmuş, faşistlərə qarşı əzmlə vuruşmuş, böyük qəhrəmanlıqlar göstərmişdir. Maraqlıdır ki, müharibədən sonra 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən, o, 1944-cü ilin dekabrında qəhrəmancasına həlak olmuş, bütün Balkan bölgəsinin fəxri qəhrəmanı kimi tanınmışdır.
1948-ci ildə İtaliya Kommunist Partiyasının birinci katibi Polmiro Polyatti Moskvada qonaq olarkən, Sovet İttifaqı Kommunist Partiyasının iclasında çıxış edərkən, İtaliya Partizan hərəkatının igid qəhrəmanı Mehdi Hüseynzadə haqqında geniş məlumat vermiş və bu qəhrəmanlıq sənədlərini, “Mixaylo”nun sağ qalan partizan
dostlarının müraciətini Stalinə təqdim etmişdir. Həmin sənədlərin araşdırılması məsələsi Azərbaycan MTK-ya tapşırılmış və bu məsələ o zaman MTK-nın mayoru H.Əliyevə həvalə edilmişdir. Lakin Stalin rejimi dövründə əsl həqiqətin öz əksini tapması o qədər də asan iş deyildi.Bir neçə ildən sonra Yuqoslaviya Kommunist Partiyasının baş katibi Bros Tito Moskvada Stalinlə görüşərkən “Mixaylo” haqqında qəhrəmanlıq sənədlərini, Yuqoslaviya partizanlarının müraciətini ona təqdim etmiş və onun qəhrəmanlığı haqqında geniş məlumat vermişdir. Lakin bu sənədlərə də əhəmiyyət verilməmişdir. Maraqlıdır ki, Stalinin ölümündən sonra da “Mixaylo”nun qəhrəmanlıq sənədləri bir müddət arxivdə saxlanılmışdır.
Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.
“Mixaylo” həqiqətən əfsanəvi qəhrəman olmuşdur. Onun göstərdiyi igidliklərin say-hesabını sadalamağa ehtiyac yoxdur. Bütün keçmiş Yuqoslaviya dövlətlərinin əksəriyyətində Mehdi Hüseynzadə hörmətlə yad edilir, onun qəhrəmanlığı böyük iftixarla yada salınır. Maraqlıdır ki, o əksər kəşfiyyatlara, ən çətin tapşırıqların yerinə yetirilməsinə, partizanlarının həyatını təhlükə qarşısında qoymamaq üçün təkbaşına gedirmiş. Alman, fransız, ispan, italyan, rus dillərini mükəmməl bilən “Mixaylo” bütün tapşırıqları nümunəvi yerinə yetirirmiş. Onun haqqında çox maraqlı tarixi əsərlər və məqalələr yazılmışdır. Bunlardan biri 2 cilddən ibarət çox mükəmməl tarixi əsər olan sloveniyalı tanınmış yazıçı Peter Amalettinin “Mixaylonun təkbaşına qisası” adlı povestidir. Bu tarixi əsərdə “Mixaylo”nun bütün qəhrəmanlıqları dolğun şəkildə öz əksini tapmışdır. Onun bütün qəhrəmanlıq yollarını nəzərdən keçirdikdə, xalqımızın bu igid oğlu ilə fəxr edirik. Sloven xalqının bu igid qəhrəmana böyük məhəbbətini ifadə etmək üçün bu yaxınlarda paytaxt Lyublyana şəhərində Mehdi Hüseynzadənin möhtəşəm abidəsinin açılışı olacaqdır. Sloveniyanın məşhur “Roqaşka” tibbi-istirahət mərkəzində dincələn və məşhur “Donat” mineral suyu ilə müalicə olunan həmyerlilərimiz Çepovan qəsəbəsində qardaşlıq məzarında uyuyan xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin qəbrini də ziyarət etməyi unutmamalıdırlar.Səməndər Çaxmaqlı
VHP-nin Şöbə müdiri
-
Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir- FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Türkiyədə işgüzar səfərdədir.VHP.az xəbər verir ki, o, səfər çərçivəsində Malatya İnönü Universitetində görüş keçirib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə rektor prof.dr. Əhməd Qızılay və dos.dr. Həsən Aydemirin açılış və təqdimat çıxışlarından sonra VHP sədri “Tarixdən bu günə Qarabağ” mövzusunda məruzə edib. Daha sonra Sabir Rüstəmxanlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.Xalq şairi səfər çərçivəsində Milliyətçi Hərəkat Partiyası Malatya il mərkəzində, Malatya Ülkü Ocaqlarında və Malatya Türk Ocaqlarında da görüşlər keçirib. VHP sədrinin Türkiyə səfəri davam edir. -
VHP Türk Şəhidliyini ziyarət etdilər
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bir qrup üzvü ziyalılarla birgə Şəhidllər Xiyabanında türk əsgərlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Mərasimdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, elmlər doktoru Yadigar Türkel, ziyalı Xaliq Bahadır, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu və jurnalist Sərdar Əlibəyli çıxış ediblər və bu günün önəmindən, Türk dünyası və Azərbaycan tarixində yerindən danışıblar.
Bu günün “Qardaşlıq günü” kimi qeyd olunmasının zəruriyi bildirilib və Nuru Paşanın Bakıda heykəlinin ucaldılmasının vacibliyi vurğulanıb. -
Dissident jurnalist Ağamalı Sadiq Əfəndinin 70 illiyi qeyd edilib [Fotolar]
Aprelin 22-də Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, dissident jurnalist, ictimai siyasi xadim, şair, yazıçı Ağamalı Sadiq Əfəndinin 70 illik yubileyi ilə bağlı BMM-də tədbir keçirilib.Abzas.net xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, jurnalistlər, yazıçılar və onun yaxınları iştirak edib.
Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açdı. Daha sonra Ağamalı Sadiq Əfəndi haqqında qısa film təqdim edildi.
Sabir Rüstəmxanlı dissident jurnalistin Milli Azadlıq Hərəkatı dövründən tanıdığını bildirdi, onun yaradıcılığı ilə bağlı danışdı.
“Meydan hərəkatı dövründə bir mövzunun mübahisəsi gedirdi ki, qələm adamı, yazıçı ictimai-siyasi məsələlərə qarışmalıdırmı, yoxsa yox. Bir tərəf deyirdi ki, xalqın problemlərinə, mübarizəsinə qoşulan şairlərin ədəbiyyatda yeri yoxdu, bu proseslərə qarışanda onlar ədəbiyyatdan çıxırlar. Digər tərəfin sözü isə odur ki, şair, yazıçı, jurnalist vətəndaşın, xalqın mübarizəsindən kənarda qalmamalıdır. Ağamalı Sadiq Əfəndi də bu mövqedə olan və onun nümunəsini yaradan insanlardan biri idi”.
Sabir Rüstəmxanlı çıxışından bildirdi ki, yüz minlərlə insan meydana çıxanda kimsə evdə qalırsa, deməli həmin insanların ruhu yoxdu. Qələm adamları yol göstərən olmalıdı. Xalqın mübarizəsində mütləq onun yanında olmalıdır.“Ağamalı Sadiq ilk gizli, dissident mətbuatı yaradan adamlardan biri idi. Biz bir yerdə işləmişik. Adil Cəmil, Ağamalı Sadiq orda işləyirdi. Çox sevinirəm ki, həmin insanların ilk kitablarının çapında mənim də köməyim dəstəyim oldu. O, Azərbaycan müxalifətinin səsi, sözü, siması olub”.
Ədəbiyyatşunas Rüstəm Kamal isə bildirdi ki, A.Sadiq həm milli tariximizin, həm də milli ədəbiyyayımızın ləyaqətli nümunəsidir.
“Mən fikirləşirəm ki, 1918-20-ci illərdə ilk cumhuriyyəti yaradan şair, yazıçılarla 90-ci illərdə ikinci cumhuriyyətimizi yaradanlara, o prosesdə iştirak edənlərə eyni baxmalıyıq. İmperiya dövlətləri üçün yazıçıların həyatı başqa əhəmiyyət kəsb edə bilər, amma Azərbaycan milli dövləti üçün bunun başqa əhəmiyyəti var. Ağamalı sadiq əfəndi ləyaqətli vətəndaş və şair kimi yaşadı”.
Müsavat Partiyasının keçmiş başqanı, MSDM sədri İsa Qəmbər də Ağamalı Sadiq Əfəndi haqqında fikirlərini xatirələrini danışdı. O, dedi ki, xalq hərəkatı fəalını həyatı boyu ən önəmli dostlarımdan biri kimi bilib.
“1986-87-dən başlamış vəfatına qədər biz bir yerdə olmuşuq. Sadiq əfəndi çox tərəfli insan idi. Bəlkə də ona görə onun haqqında çox danışılmır. Şairlər gözləyir ki, mübarizə yoldaşları onun haqqında danışsın, mübarizə yoldaşları gözləyir ki, jurnalistlər danışsın, jurnalistlər də gözləyir ki, yazıçılar danışsın. Amma bizim hamımız bu barədə dəfələrlə danışmalıyıq, tanıtmalıyıq. Gənclərimizə Ağamalı Sadiq Əfəndi haqqında həqiqətləri deməliyik”Siyasətçi bildirdi ki, o, Azərbaycan ədəbiyyatının ən nəhəng şairi, ən böyük jurnalisti, ən dəyərli vətəndaşı idi.
“Ağamalı Sadiq Xalq Cəbhəsinin təsis konfransının təşkilatçısı olub, sovet hökuməti imkan verilmirdi heç bir yerdə toplaşaq. Amma o oğlunun sünnət toyu adı altında AXC-nin təsis konfransını yaşadığı binanın qonşuluğunda bir məclis zalında təşkil etdi. Ağamalı Sadiq belə cəsarətli insan idi. Milləti, vətəni üçün bütün təhlükələrin altına girməyə hazır idi. Azərbaycan müstəqil mətbuatının yaranması prosesində 3-5 insanın adı çəkiləndə mütləq Ağamalı Sadiq Əfəndinin də adı çəkilməlidir. Azərbaycanın ən görkəmli şəxsiyyətilərindən biridir və Azərbaycan tarixində xüsusi yeri var. O, tək Qazaxın, Tovuzun deyil, heç Azərbaycana da aid deyil, türk dünyasının da şairi deyil, Ağamalı Sadiq Əfəndi bütün yaxşı adamların ürəyində olan, qalan bəşər miqyaslı insan idi”.
Ağamalı Sadiqin həm yaxın dostu, həm də tələbə yoldaşı Adil Cəmil də çıxış edib. O bildirib ki, dissident jurnalist onlardan çox fərqli idi, həm də ona müəllimləri kimi baxırdılar.“Bizimdə yadımızda azadlıq ideyalarının müəllifi kimi qalıb. 1973 ildə biz Fəxri Xiyabana milli yürüş təşkil etdik, Şixəli Qurbanovun məzarını ziyarət etdik. Küçə ilə gedərkən, gözləmədiyimiz halda bizə çoxlu insan qoşuldu, sonra bizi qara maşınlar elə ordan götürüb dəniz qırağına apardılar. Bizi hədələdilər, az qalmışdı hamımızı universitetdən qovsunlar. Amma yaxşı müəllimlərimiz bizi qorudu, biz qaldıq. Ağamalı Sadiq Əfəndi ilə bizim belə çoxlu xatirələrimiz olub”.
Politoloq Hikmət Hacızadə də tədbirdə çıxış etdi. O, xatirələrindən, Ağamalı Sadiq Əfəndi ilə dostluğundan danışdı.
“Məsələn, Səməd Vurğun utopik Azərbaycan haqqında yazırdı, amma Ağamalı Sadiq real azərbaycan haqqında yazırdı. Onunla möhkəm dostluğumuz var idi. Mən gitara aşiqi idim, o saz, amma biz çox yaxşı dost idik. O vaxt nə müstəqil ədəbiyyat çap etmək olurdu, nə yazı. Amma Ağamalı Sadiq Cəbhənin bütün yazı işlərini, çap işlərini ciddi təhlükə olmağına baxmayaraq görürdülər. Əlişar Səfərli ilə birgə gedib materialların çapını həyata keçirirdilər”.
TQDK-nın sabiq sədri Vurğun Əyyub Ağamalı Sadiq haqqında çox yazdığını, dəfələrlə müsahibələrində danışdığını bildirdi.“Hərəkat həm də bizə belə insanları tanış etdi, həmin insanları tanıdıq. Onun bir maşını var idi, həmin maşınla Azərbaycanı qarış-qarış gəzmişik. Ağamalı öz qiymətini hələ tam almayıb. Azərbaycan ədəbiyyatşünaslığının bu mənada hələ çox işi var”.
Ağamalı Sadiq Əfəndi kimdir?
Əfəndiyev Ağamalı Əhməd oğlu (Ağamalı Sadiq) — dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir.
Ağamalı Sadiq 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan olub. 1964-cü ildə burada orta məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlayıb. 1972-1977-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib. “Yazıçı” nəşriyyatında korrektor, “Maarif” nəşriyyatında redaktor, “Ulduz” jurnalında ədəbi işçi və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb.
“Müxalifət” qəzetini 1991-ci ildə yaradıb və onun ilk baş redaktoru olub. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövrü mətbuatda müntəzəm çıxış edib. Əsərləri türk rus və özbək dillərinə tərcümə olunub.Ağamalı Sadiq Əfəndi 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun qurucularından biri və onun təsis konfransının təşkilatçısıdır.
AXC-nin təsis konfransı 1989-cu il iyunun 16-ı 8-ci mikrorayonda onun yaşadığı binanın yaxınlığında, 27-ci binanın qarşısındakı xeyir-şər evində kiçik oğlunun sünnət toyu adı altında keçirilib. Həmin konfransda Ağamalı Sadiqin yaxın silahdaşı Azərbaycanın ilk demokratik seçilmiş prezidenti Əbülfəz Elçibəy AXC sədri seçilib.
1990-cı il 20 yanvar faciəsindən sonra üzvü olduğu SSRİ Yazıçılar İttifaqından istefa verib, ona kəsilmiş yüksək təqaüddən imtina etib, o zamankı rejimin təqib və təzyiqlərinə baxmayaraq informasiya blokadasını yarmaq üçün qeyri-leqal (samizdat) FV-ÇP “fövqəladə vəziyyət” qəzetlərini və bülletenləri məxfi şəkildə nəşr etdirərək xalqa yayıb. Onun imzası “Asəf” kimi tanınırdı, bu elə Ağamalı Sadiq Əfəndi demək idi.
O, bu qəzetlərdə yazırdı: “Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”.
1990-cı ildə Bakı şəhəri fövqəladə vəziyyət şəraitində olduğu zaman, fevral ayında fəaliyyəti dayandırılmış “Azadlıq” qəzetini bərpa edib və “Azadlığa” rəhbərlik edərək 12 nömrəsini nəşr edib. Faciə günündən az keçməmiş Almaniyanın Münxen şəhərindən yayımlanan “Azadlıq” radiostansiyasına hadisənin təfərrüatları barədə Mirzə Xəzərlə canlı müsahibələr verib və Bakı şəhərində günahsız, əliyalın insanların Sovet qoşunları tərəfindən kütləvi qətl edilmələrini bütün dünyaya bəyan edib.
1990-cı ildə Ağamalı Sadiq Azərbaycan Ali Soveti deputatlığına doğulduğu Qazaxdan namizədliyini irəli sürür. Xalqın səsini alsa da nəticələr kəskin şəkildə saxtalaşdırılır. Bu saxtakarlığın başında o zaman Moskvanın Azərbaycana təyin etdiyi səlahiyyətli canişini Viktor Petroviç Polyaniçko dururdu.
Ağamalı Sadiq 1992-ci ildə Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışmışdır. 1995-ci ilin noyabrında Sumqayıt 41 saylı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınsa da səhhətinin pisləşməsi ilə əlaqədar namizədliyini geri götürür.
1995-ci il dekabrın 12-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına eksperimental Tibb institutunda “koronar ürək çatışmazlığı” diaqnozu ilə 48 yaşında vəfat edir.
13 dekabr 1995-ci ildə ata yurdu Qazaxın Qaymaqlı kəndində (İncə dərəsi) böyük izdihamın müşayəti ilə torpağa tapşırılır.
-
QONDARMA «ERMƏNİ SOYQIRIMI» VƏ ONUN 102 İLLİK SAXTA TARİXİ
VHP-nin şöbə müdiri, «İrəvan xanlığı torpaqlarına dönüş» İctimai Birliyinin rəhbəri
Son zamanlar ermənilər yenə də fəallaşaraq guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədilmiş «soyqırım» nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. «faciənin 102 illik tarixini» qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar. Onlar qondarma «soyqırımı»nın 102 illiyi» adlı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat tələb etməyə çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda heç 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutmuşlar. Əslində isə, l Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm-dirim mücadiləsi apararkən Bizans, Roma və s. İmperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilər sonuncu sığınacaq yerləri olan Osmanlı imperiyasına da xəyanət etdilər. Onlar rus qoşunlarının tərkibində «Böyük Ermənistan» yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımları törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı imperiyası onlar Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə məcbur oldu. Rus yazışısı Yakov İliçov «Türkiyə karvanı» tarixi romanında göstərir ki, 1924-cü ildə Frunzenin rəhbərliyi ilə (V.İ.Leninin göstərişi ilə) Türkiyəyə yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görərik ki, l Dünya müharibəsi dövründə, sonralar türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımları erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma «erməni soyqırımı» cəfəngiyyat və saxtakarlıqlardan başqa bir şey deyildir.
Ermənilərin saxtakarlıqlarından söz açan U. Çörçil yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir. Ermənilərin necə saxtakar bir xalq olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyahı Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veldişko, Qriboyedov, Nekrasov və s. kimi dünyada tanınmış şəxsiyyətlər də öz fikirlərini bildirmişlər. Ermənilər daim Rus imperiyası tərəfindən himayə edilmişdir.
1724-cü ildə rus çarı I Pyotr ermənilərin çar Rusiyasının himayəsi altına alınması haqqında fərman imzalamışdır. 1768-ci ildə II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır. 1769-cu ildə isə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi «Ermənilərin Azadlıq Proqramı» rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir (proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu). 1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik kilsələrindən istifadə edilməsini vacib sayırdı.
1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına birinci yürüş etmiş, lakin məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1808-ci ildə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə yenidən İrəvan xanlığına yürüş etmiş, lakin növbəti dəfə məğlub olaraq geri çəkilmişdir.
1827-ci ildə rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına üçüncü yürüş etmiş və İrəvan xanlığını işğal etmişlər.
1828-ci ildə mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində «müvəqqəti erməni vilayəti» yaradılmışdır. «Müvəqqəti erməni vilayəti»ni dövlət kimi formalaşdırmaq üçün bir sıra addımlar atılmış, həmçinin 1828-1988-ci illər arasında İrəvan xanlığı ərazisindən – Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovularaq çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığını ərazisindən qondarma «Ermənistan Respublikası» yaradılmışdır.
Ermənilərin Azərbaycanda, Tükriyədə törətdikləri cinayətlər – soyqırımları, terrorçuluq, vandalizm barədə hansı tarixi faktlar məlumdur?
Ermənilərin «qondarma soyqırımı» iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin olanların çar Rusiyasının avadanlığı ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:
– 1827-1828-ci illərdə ruslar, erməni quldur dəstələri ilə, İrəvan qalasını işğal etmiş və şəhərdə «qayda-qanun» yaratmaq ermənilərə tapşırılmışdır. Onlar 70 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçilərini, Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar.
– XIX əsrin II yarısında rus-türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər rusların köməyi ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illər), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımları törətmiş, yüz minlərlə dinc əhalini qətlə yetirmişlər.
– 1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımları törədərək 150 mindən çox azərbaycan türkünü qətlə yetirdilər.
Bu illərin qanlı faciəsi yazıçı Mir Möhsün Nəvvabın «Erməni – müsəlman davası» tarixi kitabında, M.S.Ordubadinin «Qanlı illər» əsərində və Cahangir Zeynalovun «Müxtəsər Azərbaycan tarixi» elmi-publisistik əsərində geniş şəkildə öz əksini tapmışdır.
Bütün bu kimi vəhşiliklərə, soyqırımlara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi «Hnçaq» (zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış millətçi-terrorçu «Daşnaksütyun» (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış «ASALA» terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış «Erməni vətənpərvər ittifaqı», «Hamkavar», «Drosak» (bayraq) və başqa millətçi-terrorçu təşkilatları bu gün də, «Böyük Ermənistan» dövləti yaratmaq yolunda hər cür qeyri-insani vasitələrdən istifadə etməkdədirlər.
– 1914-1920-ci illərdə, əvvəllər çar Rusiyasının, sonralar isə bolşeviklərin köməyinə arxalanan ermənilər müxtəlif illərdə Azərbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Ağbaba, Vedibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur və başqa mahallarında quldurbaşı Andranik Ozanyanın erməni quldur dəstələri əhalinin tam yarısını qətlə yetirmişlər.
1914-cü ildə bütün ermənilərin katalikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri yaradılaraq Türkiyənin şərq vilayətlərini zəbt etmək üçün türk torpaqlarına soxuldular. Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir;
– 1918-1920-ci illərdə Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmiş, 500 mindən çox mülki əhalinin həyatına son qoyulmuşdur.
– 1948-1953-cü illərdə tarixi Azərbaycan torpaqları olan, indiki Ermənistan ərazisində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirildi. 100 minə yaxın azərbaycanlı deportasiyaya məruz qaldı. İqlim və yaşayış tərzinə uyğunlaıa bilməyən bu mülki əhalinin çoxu həyatını itirdi.
1988-1990-cı illərdə SSRİ rəhbərliyin havadarlığından istifadə edən ermənilər (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycanlını dədə-baba yurdlarından zorla qovub çıxartdılar. Yüzlərlə azərbaycanlı qətlə yetirildi. Ümumilikdə, 1828-1988-ci illər arasında işğalçı siyasət nəticəsində İrəvan xanlığının inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə-baba yurdlarından çıxarılmış, 1 milyondan çox əhali soyqırımına məruz qalmışdır. 1986-cı ildə Yunanıstanın Afina şəhərində Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə «haqq-hesab» məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.
Bu qərardan sonra Dağlıq Qarabağ və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünki reallıqdır. Onlarn Xocalıda,Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilmişdir.
Ermənistan bu gün də qondarma «erməni soyqırımı» cəfəngiyyatını gündəmdə saxlayaraq işğalçılıq siyasətini davam etdirməkdədir. Onların qarşısını yalnız bir yolla – müharibə yolu ilə Qarabağ və İrəvan xanlığı torpaqlarını azad edərək tarixi ədaləti bərpa etmək olar.