Vətəndaş Həmrəyliyi Partiyası

Category: Güney Azərbaycan

  • Siyasi məhbus olan ata-oğul: Təbrizin mərkəzi həbsxanasına aparılıb

    Birlikdə 12 ay həbs cəzasına məhkum edilən güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə dünən Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə getdikdən sonra saxlanılıblar.

    DAK İdarə Heyətinin üzvü Ağrı Qaradağlının dak.az-a verdiyi məlumata görə, İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq milli fəallar iyunun 6-də Təbriz Mərkəzi Zindanına aparılıblar.

    Təbrizin Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi milli fəalların həbs cəzasını təsdiq edib. Daha öncə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi “Sepah”ın təhlükəsizlik bölümünün raportunu əsas götürərək fəalların hər birini 6 ay azadlıqdan məhrum edib.

    Ata və oğul “bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da ittiham olunublar. 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.

  • Bakıda Həsən Dəmirçinin anım mərasimi keçirilib

    Bakıda Azərbaycan Respublikasında yaşayan güneyli mühacirlərin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış musiqisi, ictimai xadim Həsən Dəmirçinin anım mərasimi keçirilib.
    Tədbiri Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı açaraq Həsən Dəmirçinin həyat və yaradıcılığı barədə məlumat verib: “O, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mədəni və sivil formada mübarizə aparıb. Nəticədə bir çox çətinliklərlə qarşılaşıb, fars rejimi tərəfindən təzyiqlərə məruz qalıb, haqsız yerə dəfələrlə həbs olunub. Üzləşdiyi bütün çətinliklərə rağmən öz əqidəsindən dönməyən, son nəfəsinədək Güney Azərbaycanın milli haqları, ana dili uğrunda savaş aparan Həsən Dəmirçi ürəklərdə hər zaman yaşayacaq! Qutlu mübarizəsi bundan sonra da Güney Azərbaycanın milli azadlıq mücadiləsi üçün işıq salacaq”.
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Həsən Dəmirçinin ölümünün Arazın hər iki tayındakı azərbaycanlılar üçün böyük itki olduğunu bildirib: “Güney Azərbaycanın səsi, böyük ziyalı aramızdan ayrıldı. Həsən bəy milli fəaliyyəti, yaratdığı əsərləri ilə daima yaşayacaq. O, Güney Azərbaycanın milli haqları, ana dili tələbinə görə dəfələrlə zindan həyatı yaşayıb, ev həbsində tutulub, təqib və təziyqlərə məruz qalıb. Yolundan və əqidəsindən dönməyib. Güney Azərbaycanın milli hüquqları uğrunda mücadiləsini davam etdirib. . Güney Azərbaycan adı gəldikdə Həsən Azərbaycani mütləq xatırlanacaq, adı duyulacaq”.
    Tədbirdə həmçinin AMEA-nın əməkdaşları – professor Bayram Səmədzadə, Yasəmən Qaraqoyunlu, Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşir, güneyli yazıçı Sayman Aruz, “Borcalı” Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Muradlı çıxış edərək mərhum ustadla bağlı xatirələrini bölüşüblər.
    Sonda Həsən Dəmirçi ilə bağlı hazırlanmış film nümayiş etdirilib.
    Qeyd edək ki, H.Dəmirçi (Həsən Azərbaycan) 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib. Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. O, Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabın müəllifidir. H.Dəmirçi bu il iyunun 24-də Təbrizin “Alinəsəb” Xəstəxanasında vəfat edib.

     

  • İranın Ali Məhkəməsi azərbaycanlı alimin edam hökmünü təsdiqləyib

    Təbrizli araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

    “İran Wire”in yaydığı məlumata görə, Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü müvəkkilinin anasına göstərib.

    Əhmədrza Calalinin anası isə bildirir ki, iki gün öncə edam hökmünün təsdiq edildiyini eşitdiyim və çox pis hala düşdüm. Həmən oğlumun vəkilinə zəng etdim. O bildirdi ki, “bu şayiədir, hələlik ali məhkəmə bu barədə qərar verməyib. Lakin bu gün vəkil  hökmün təsdiq edildiyi ilə bağlı sənədi alıb.”

    Hakim Abbas Cəfəri Dolətabadi oktyabr ayında Əhmədrza Calalini Mossad Kəşfiyyat Xidmətinə casusluqda günahlandırıb. Qondarma iddiaya görə, o terror edilən bəzi iranlı nüvə alimləri ilə bağlı “Mossad”a məlumat ötürüb. Alimin özü, ailəsi v ə vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.

    Mətbuatda yayılan xəbərə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

    Azərbaycanlı alimin anası təkcə bir istəyi olduğunu bildirir. “Bizim səsimizi dünya ictimaiyyətinə çatdırın. Deyin ki, Əhmədrza məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsini istəyir. Qoy oğlumun günahı varsa açıq desinlər və bütün insanlar buna şahid olsun. Biz yalnız bunu tələb edirik”- deyə o vurğulayıb.

    Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O 9 il əvvəl İsveçin (Sued) Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

    Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

    Edam hökmü oktyabrın 21-də elan olunub.

    Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

    Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

    GünAz TV

  • Bu gün “21 Azər” Hərəkatının ildönümüdür- VİDEO

    Dekabrın 12-də Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan “21 Azər” Hərəkatının 71-ci ildönümüdür.
    1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.
    Bu il də ötən illərdə olduğu kimi, “21 Azər Hərəkatı”nın ildönümü ərəfəsində Güney Azərbaycan və xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilib, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılıb və ictimai-siyasi qurum və partiyalar bəyanat yayaraq Azərbaycan Milli Hökumətinin xidmətlərini bir daha göz önünə gətiriblər. Bu tarixi gün bir neçə gündür sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
    Xatırladaq ki, 1945-ci il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. S.C.Pişəvəri 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub.
    Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb. Milli Hökumət eyni zamanada aşağıdakıları həyata keçirib.
    – Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
    – Hökümət iri bankları milliləşdirdi;
    – Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
    – Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
    – Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
    – Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
    – Güney Azərbaycan Milli Ordusu yaradıldı.
    Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb.

  • İran parlamentində ilk dəfə Türk Fraksiyası yaradıldı

    “Səhər” portalının yazdığına görə, bu barədə İSNA agentliyinə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib.
    O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.
    Zəhra Sainin sözlərinə görə, Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.
    Zəhra Şai fraksiyanın yaradılmasının məqsədindən də danışıb: “Ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bu bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradıldı”,deyə o bildirib.
    “Amerikanın səsi” radiosu hələ bundan əvvəl belə bir fraksiya yaradılması ilə bağlı məlumat yaymış və məsələyə siyasi ekspertlərin münasibətini öyrənmişdi.
    “Səhər” portalının yazdığına görə, bu barədə İSNA agentliyinə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib.
    O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.
    Zəhra Sainin sözlərinə görə, Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.
    Zəhra Şai fraksiyanın yaradılmasının məqsədindən də danışıb: “Ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bu bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradıldı”,deyə o bildirib.
    “Amerikanın səsi” radiosu hələ bundan əvvəl belə bir fraksiya yaradılması ilə bağlı məlumat yaymış və məsələyə siyasi ekspertlərin münasibətini öyrənmişdi.
    Buna da baxın: ABŞ İrana investisiya yatırmaq istəyir
    Hazırda Ankarada yaşayan siyasi ekspert Kərim Əsgəri Amerikanın Səsinə müsahibədə 60-dan çox millət vəkilinin İran Məclisində türk fraksiyası yaratmasınınn önəmli olduğunu bildirib, amma qeyd edib ki, onun nüfuz və təsirini zaman göstərəcək.
    Onun sözlərinə görə, fraksiyanın yaradılması xəbərindən sonra əsas diqqət çəkən mövzu da elə onun adı olub:
    ““İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə ‘Türk’ adı inkar olunub yerinə qondarma ‘Azəri’ çıxarılmışdı. Bu gün İran məclisində, özəlliklə də 60-dan çox millət vəkilinin təşkil etdiyi qrupun adı olaraq türk sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki, türkdilli dedikləri zaman yəni ‘Türk’ü tamamilə rəsmiyyətə tanımırlar. Ancaq bu ‘Azəri’ kəlməsindən qat-qat yaxşıdır”.
    Əhməd Əlirza Beygi İran Parlamentində millət vəkillərinin dörddə birinin (təxminən 72 nəfər) türklərdən ibarət olduğunu deyir. Onun sözlərinə görə, türk millət vəkilləri 31 vilayətdən 19-da məclisə düşə biliblər.
    Buna da baxın: Azərbaycanlı fəal həbsxanada bir neçə xəstəlikdən əziyyət çəkir
    Əsgəri bu heyətin türklərin ən çox yaşadığı vilayətlərdən seçilməsinin həmçinin bir mesaj olduğunu vurğulayır.
    Təbrizli siyasi ekspert fraksiyanın yaradılmasını ümumilikdə önəmli bir addım kimi qəbul edir, amma deyir ki, bu barədə dəqiq fikir bildirmək hələ ki, çox tezdir.
    Kərim Əsgərinin sözlərinə görə, fraksiyaya həm mühavizəkar, həm də islahatçı millət vəkilləri daxildir.
    Əsgəri fraksiyanın müxtəlif siyasi qanadların üzvlərindən təşkil edilməsinin diqqətəlayiq olduğunu vurğulayır.
    Onun sözlərinə görə, Türk Fraksiyası parlamentdə bir qrup kimi hər hansı bir qanunun qəbulu və ya qəbul olunmamasında rol oynaya bilər.
    Əsgəri həmçinin deyir ki, “bu fraksiya ilə bağlı ən önəmli məqam kimlik məsələsidir.
    Fraksiyaya üzv olan millət vəkilləri bunu hamıdan daha yaxşı bilirlər. Seçkilərdən öncə bunların hamısı muhafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq kimlik məsələsi ilə bağlı verdikləri vədlərə görə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var…”, deyə o vurğulayıb.
  • İranda azərbaycanlılar yenidən etirazlara başladı – VİDEO

    Bu gün Bakı vaxtı ilə saat 19:30-dan etibarən Güney Azərbaycanın çoxlu sayda şəhərlərində kütləvi etirazlara başlanılıb.

    Musavat.com bildirir ki, Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində “Biz istəyirik diri qalaq”, “Mən türkəm” və digər yazılı plakatlar tutaraq “Haray, haray, mən türkəm”, “Ölüm olsun faşizmə”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi şüarlar səsləndirib, etiraz mitinqləri keçirirlər. Etirazlara səbəb bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb. Onların arasında “Traxtur” futbol komandasının lideri Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə, Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə, Hüseyn Balaxani, Xoydan Səlman Əraqi və digərlərinin olduğu bildirilir.

    Xatırladaq ki, bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi əslən azərbaycanlıdır. Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub. Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara, çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan “Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, hiddətləndirib. Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda 20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir.

  • Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb – FOTOLAR

    Güney Azərbaycanın Urmu şəhərində ermənilər tərəfindən qətliam edilmiş Azərbaycan türklərinə məxsus daha bir kütləvi məzarlıq tapılıb.

    Radikal ermənilərin tarixi cinayətlərini əks etdirən məzarlıq ötən əsrin əvvələrinə aiddir.

    Məlumata görə, yeni aşkar edilən kütləvi məzarlıqla bağlı “Yol press” xəbər agentliyi tarixi sənədlərə istinadən raport yayıb. Raportda sözügedən cinayətin erməni daşnakları tərəfindən törədildiyi və məzarlığın 1912-1915-ci illərinə aid olduğu bildirilib.

    Qeyd edək ki, ötən il də Urmu şəhərində qədim bir məktəb binasında yenidənqurma işlərinin aparıldığı zaman daha bir kütləvi məzarlıq aşkar edilmişdi. Lakin İran rejimi erməni daşnaklarının cinayətlərini ört-basdır etmək məqsədilə Azərbaycan türklərinə məxsus kütləvi məzarlığın izlərini qısa zamanda itirdi və məzarlıq betonlar altında dəfn olundu.

    Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb3 Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb1 Güney Azərbaycanda erməni soyqırımına uğramış türklərin kütləvi məzarlığı tapılıb2

  • Abbas Lisaninin zindandan Milli Hərəkata dəstəyi

    Şirazın Adilabad zindanında məhbuslar arasında türk millətçiliyi yayılır. Şiraz zindanında qaşqay türklərinə mənsub çoxsaylı məhbus saxlanılır. İranda milli və ictimai ayrı-seçkilik siyasətindən öz nəsibini alan qaşqay türkləri tədricən milli və demokratik haqlarını tələb etməyə başlayıb. Bu vəziyyət Şiraz zindanına da sıçrayıb. Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin Şiraz zindanına sürgün edilməsi və fəalın apardığı maarifləndirmə fəaliyyəti nəticəsində qaşqay türkləri məhbusları arasında millətçilik meyilləri daha da güclənib. mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, məhbuslar A.Lisani ilə birlikdə həbsxananın həyətində milli şüarlar səsləndiriblər.

    Türk millətçiliyinin məhbuslar arasında yayılmasından narahat olan zindan məsulları isə buna qarşı tədbir almağa başlayıb. Onlar məhbuslara qarşı hədə-qorxu, sorğu-sual və saxlanma bölümlərinin dəyişdirilməsi üsullarına əl atıblar.

    Xatırladaq ki, tanınmış azərbaycanlı milli-mədəni fəal A.Lisani bundan öncə də mədəni fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb və uzun illər həbs edilib. O bundan öncəki həbs dövründə Yəzd zindanına sürügn edilmişdir.

  • İran Allahı, Quranı o qədər unudub ki…

    Sabir Rüstəmxanlı

    Sayın millət vəkili Sabir bəy Rüstəmxanlıya

    Hər şeydən öncə ana dilimdə qüsurlu yazdığıma görə üzr istəyirəm. 80 ildən çox haqsızlıq mühitində yaşayan toplumun övladı olaraq sizə müraciət edirəm.

    Azərbaycanın Güneydəki 30 milyon xalqının həmişə, sayının əksinə olaraq səsi və hayqırtısı Savalandan ötəyə keçə bilməmişdi. Sanki Savalan bu dərdləri sinəsində saxlamağa and içmişdir. Torpaq müqəddəsdir. Heç vaxt mətanətini satmaz. Nə qüsur varsa səbəbi insandır. Savalan da müqəddəsliyini qoruyub qürurunu saxlamışdır. Bu gün Güney gəncliyi Savalana ağ üzlə, alnı dik baxa bilməyir. Hələ də Ərk qalasına borcluyuq. Bu qara ləkə ortadan qalxmadıqca Savalan susqunluğunu qoruyacaqdır. Bu gün hələ də “ana dili” şüarı elə sözdə məhbusdur. Hələ də ilk məktəbdə ana dilimizdə dərsliklərin yeri boşdur. Biz doğma olan heç nəyi yaşaya bilmədik. Bayrağımızın dalğalandığı bu müqəddəs cümhuriyyətə gəldiyimdə yaşamadığımız doğmalığı geri almaq istədim. Ana dilimdə təhsil! Bir çox insan üçün önəmsiz olsa da, bizim üçün həddindən çox qutsal və mübarəkdir! Ona görə ki, o bir həyatdır! Həm də doğma həyat…

    Universitet üçün hazırlıq kursunda Azərbaycan dili dərsində tapşırıq olaraq verilən “arzunuz” adlı mövzuda yazdıqlarım 12 il fars məktəbində olmayan və yasaq olunan diləklər idi. Mənim üçün bu bir səhifəlik mövzu illərlə şovinizm ayağı altında oxuduğum dərslərdən daha dəyərlidir. Ona görə ki, anamı, toprağımı, tariximi gerçək mənada hiss edə bilmirəm.

    Bakıya gəlmədən yaratdığımız təsəvvürlərin bir çoxu bura gəldikdən sonra nə yazıq ki, əksinə çıxdı. Təəssüflə “iranlı” müamiləsindən qurtula bilmədik. Həmişə dar bir çərçivəyə salıb və beləcə bizi qəbul etməyə çalışdılar. Biz bütün çətinliklərə baxmayaraq vətənimizin böyük hissəsi olan Güneyimizin parlaq gələcəyini düşünərək dözməyi və mücadiləni sürdürməyi borcumuz bildik. 45-ci ildə dahi liderimiz S.C.Pişəvəri demişkən, “Sizi Bakıya göndərib orada başınızı qızıl edib burada qızılbaş ordunu təşkil etməyi düşünürəm”. Biz də eyni görəvi düşünüb burada təhsil almağa qərar verdik. Ancaq bu gün nə Liderimiz həyatda, nə də mövcud durum ürəkaçan deyil. Bir tərəfdən isə Güneydən kənar mühacir həyatı yaşayan insanlar Güneyi olduğu kimi əks etdirə biləcək imic və davranış sərgiləyə bilməmişdir. Tribunaları işğal etmək, Şöhrətpərəstlik ön planda olmuşdur. Güney Azərbaycan milli hərəkatının təməlini Dr. Zehtabi, Dr. Heyət, Pr. Nutqi kimi dahi insanlarımız qoymuş və bu gün onların yaratdığı işıqda irəliləməkdəyik. Ancaq təəssüf ki, xaricdəki əzizlərimizin bir çoxu bu görəvi düzgün başa düşməmişdir. Hərəkatın içərisində milli məfkurə və mənəviyyatı formalaşan uşaqlar nə yazıq ki, bu cərgənin içində görünmür. Sonradan yamaq kimi yapışmaq istəyən qruplar və şəxslər hərəkatın imicini korlamaqdan başqa heç nəyi ifadə etmirlər.

    Güneydə olan gerçəklər həqiqətən bambaşqadır. Bizim amacımız düzgün istiqamətdə kadrlaşmaqdır. Bunun üçün də dərin savada və təcrübəyə yiyələnmək lazımdır.

    Gələcəyimizi anlamaq üçün bu gün müstəqil Azərbaycan cümhuriyyətini izləməmiz gərəkir! Müstəqil Azərbaycan bizim ən böyük olqumuzdur. Bura gücləndikcə, sorunlardan arındıqca Güneydəki həvəs bir o qədər də çoxalır. Əksinə olaraq, Güneydəki hərəkat genişləndikcə Müstəqil Azərbaycanımız da güclənməyə doğru hərəkət edə bilər. Bütün bunlar fikrimizcə sistemli bir birliyin içərisində həyata keçə bilər. O birlik ki, orada hər iki toplum bir-birini düzgün tanıyıb və başa düşə bilsin. Mənəvi dəstəyi sözdə, ədəbiyyatda yox əməldə göstərməyin daha düzgün olduğunu düşünürük. Gələcək nəslə nəyi ötürəcəyimiz çox önəmlidir. Bu gün mənim kimilər çətin durumda ola bilər. Ancaq gələcəkdəkilər ruhdan düşməməlidir. Onun üçün biz bu gün onlara şəraiti hazırlamağı özümüzə borc bilirik. Keçmiş nəsilləri yarqıladığımız kimi gələcək nəsil də bizi yarqılamaqda haqlı olacaq.

    Siz, Azərbaycanımızın müstəqilliyi və bütövlüyü uğrunda illərlə mücadilə etmiş, böyük işlər görmüşsünüz. Bu gün sizin durmadan göstərdiyiniz özveri və zəhmətlər bizim vicdanlarımızda həkk olunur.

    Buna görədir ki, sizə müraciət etmək bizim üçün şərəfdir. Sizin bizi “iranlı” kimi yox, Azərbaycan türkü kimi, həm də bu yolun bir əsgəri kimi gördüyünüzdən əminik. Bu isə bizləri sevindirir və daha da ümidləndirir. Siz sədaqətin və haqqın yolunu gedir, biz də sizə baxıb örnək alırıq. Güneydən kənar Güneyi təmsil etməkdə israrlı olan bəzi Güneyli insanlarımız zəngin ictimai və siyasi şüura malik toplumun səsini əks etdirməkdə çətinlik çəkir. Xaricdə olan atmosferlə daxildəki arasında mütənasiblik yoxdur. Bu isə çox üzücüdür. Bizə bu yolda yardımçı olacağınıza inanırıq.

    Güneydə səslənən ən anlamlı şüarlardan biri “Gələcək bizimdir” şüarıdır. Biz buna bütün vücudumuzla inanıb və əl-ələ həqiqi bir birlik içərisində olan mübarizədən yanayıq. Arzu etmirəm, əminəm ki, Urmiyadan Şuşaya və Bakıdan Təbrizə pasportsuz keçəcəyik.

    Güvənlik məsələlərindən dolayı hüzurunuza gələ bilmədiyim üçün üzr istəyirəm.

    Tanrı yar və yardımçınız olsun.

    Sayğı və sevgilərimlə,
    Yaşar Savalanoğlu
    Bakı, 9 sentyabr 2013

    ***

    Bu məktubu mənə bir mühacir gətirdi. Oxudum və bir xeyli özümə gələ bilmədim. Ona görə yox ki, milli faciələrimizdən doğan ağrının, böyük gücümüzü görmək sevinci ilə o gücdən istifadə edə bilməməyimizin, ümidin və ümidsizliyin, inamın və inamsızlığın bu cür dəqiq və ölçülü-biçili ifadəsindən duyğulandım. Yox! Azərbaycanın bütövlük həsrətiylə dolu çox məktub alıram, müxtəlif ölkələrdə görüşdüyüm Güneyli gənclərin ruhunu, böyük vətən sevgisini yaxşı bilirəm. Məni duyğulandıran bu məktubu yazanın Bakıda yaşaya-yaşaya mənimlə görüşməyə cəsarət etməməsi, özünə və ailəsinə haqsız sorunlar yaratmaq istəməməsiydi. Məktubu bir çinli miqrantdan göndərmişdi. Haqq qazandırdım ona! Eyni zamanda, düşündüm ki, İran deyilən ölkədəki qardaşlarımızın durumu, dil, məktəb tələbləri ilə bağlı iki-üç kəlmə söz deyən kimi nota dalınca nota göndərən hörmətli İran cümhuriyyəti insan haqlarını, Allahı, Quranı o qədər unudub ki, türk gənclərinin İrandan kənarda da nəfəs almasına, düşündüyünü sərbəst ifadə eləməsinə imkan vermir. Müstəqil Azərbaycanı da gənclərimiz üçün zindana çevirib… Heç mənimlə görüşməsələr də, keçdiyim yoldan keçdiklərini görsələr sorğu-sual başlanacaq!

    Məncə, məktub müəllifinin adı da şərtidir (öz əsil adını sonra öyrəndim). İranda uşağına öz ana dilində ad vermək imkan tanımırlar. Nə olsun türksən? Nə qədər istəsən yəhudi, yunan, ərəb, fars, moltanı adı qoy! Keyxosrov, Keyqubad, Şəddad (zülümkar), Keyumərz, Lohqarsp, Bijən, Güsərz, Əndəriman, Mənucöhr, Huşəng, Dəhhak, Zöhhak, Göydafərid, Feriburz, amma Meta, Atilla, Gürşad, Yaşar, Orxan, Qorqud, Araz olmaz; çünki bunlar türk adlarıdır.

    Dünya tarixini vərəqləsən hələ heç bir zülümkar və ya cahil hakimiyyətin belə yasaqları olmayıb: Ana öz uşağını dədəsinin, babasının adıyla çağıra bilməz. Halbuki min il öncə böyük şair və böyük fars şovinisti Firdovsi belə, “Şahnamə” də türk adlarının çoxunu tarixdə olduğu kimi saxlamışdı.

    Təxminən 20 il öncə İranın o vaxtkı mədəniyyət naziri, sonralar prezident olmuş ağaye Xatəmi ilə bir söhbətimdə demişdim: Biz İrana da öz dövlətimiz kimi baxırıq, əhalinin yarısı bizdəndir, onun iç işlərinə qarışmaq niyyətimiz də yoxdur, gənc dövlətik, dərdimiz də başımızdan aşır. Ancaq əynimizə Qurandan köynək geysək də bizə inanmayacaqsınız; çünki Güneydəki qardaşlarımız səslərini çıxaran kimi elə biləcəksiniz orda bizim əlimiz var. Siz Avropada oxumuş adamsınız, dünyanın hara getdiyini yaxşı bilirsiniz. İranın bütövlüyünü istəyirsinizsə, burda yaşayan xalqların haqqını tanımalısınız. Bunu eləməsəniz İran gec-tez içindən partlayacaq. Və bizim zərrə qədər iştirakımız olmasa da yenə bizdən şübhələnəcəksiniz (Bax “Bu sənin xalqındır”. Bakı, 1995).

    İndi həmin proses gedir. İranda milli oyanış qaçılmazdır və İran yetgililəri bu məsələlərin hamısında Azərbaycan Respublikasını və bizi günahkar sayırlar.

    Guya Quzey Azərbaycanda müstəqil dövlət olmasa Güney elə əsrlərcə yata-yata qalacaqdı. Düzdür, İranın siyasəti bəzi güneyli qardaşlarımızı çox dərin yuxuya verib. Ancaq nəzərə almırlar ki, Güneyin yuxusu aldadıcıdır, o, bir gözünü açanda bütün Şərqi yerindən oynadır və İran dəfələrlə bunun şahidi olub.

    Türk düşmənçiliyi bizim düşündüyümüzdən daha dərin məsələdir və bu cəbhədə İran, Rusiya, Qərb ölkələri çox asanlıqla birləşirlər. Öz başları üstündən milçək uçanda dünyanı ayağa qaldıran böyük güclər, Qərb ölkələri 25 ildir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumur. Minsk qrupu sirk truppası kimi, Ermənistanla Azərbaycan arasında kəndirbazlıq edir! 200 il öncə parçalanmış, bir neçə yerə bölünmüş və assimilə edilmiş Azərbaycanın ümumi taleyinə baxış da bundan az fərqlənir.

    Azərbaycanın birləşmə məsələsi 1920-ci illərdə, 1940-cı illərdə daha çox diqqət mərkəzindəydi, beynəlxalq aləmdə daha çox müzakirə olunurdu, nəinki, indi. Çünki onda Rusiyayla bir yerdəydik.

    Arxamızda böyük dövlət dayanmır deyə bütün hüquqlarımızdan imtina eləməli deyilik ki? Bəlkə bu problemləri Rusiya özü yaratmamışdır? Rusiya böyükdür, düzdür! Amma kimin hesabına – Türk torpaqlarınımn hesabına! Heç bir zülm sonsuza qədər davam edə bilməz!

    Ş.M.Xiyabani deyirdi: “Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır!”

    Qorxaqlığın, çəkingəliyin də bir əndazəsi var! Biz bir xalq olaraq nə istəyirik və bu istəyi nə vaxt ortaya qoyacağıq? Bunun üçün neçə əsr gözləməliyik? Bəlkə əriyib, itib getməkdən başqa bir arzumuz yoxdur!

    İndi də Güneydən danışan kimi deyirlər, amandı, bunu yada salmayaq, çünki Qarabağ məsələsi var. Bu ilin aprel ayında Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq ABŞ konqresində görüşüm vardı. “Önəmli nöqtələrdən birinə toxunmaq istəyirəm, dedim, – Siz dünyanın super dövlətinin təmsilçiləri İranda və bölgədə mənim xalqımın taleyini və gələcəyini necə görürsünüz? Əlbəttə hər xalq öz gələcəyini özü qurur və qurmalıdır. Ancaq bu işlə bağlı layihələriniz ortadadır. Orda biz necə görünürük?” Cavab verdilər ki, əlbəttə azərilər çox əziyyət çəkiblər, parçalanıblar, haqları tapdalanıb, öz haqlarına qovuşmalıdırlar və biz buna kömək etməliyik.

    “Siz bu yollamı kömək etmək istəyirsiz?” deyərək Güneyli, Quzeyli Azərbaycanın məlum və tarixi xəritəsini, bir də ABŞ-da hazırlanmış Orta Doğu Projesini əks etdirən xəritəni qoydum ortaya!

    “Siz bu cürmü həll edəcəksiniz bizim xalqın gələcək taleyini?.. Burda siz İran Azərbaycanı ərazilərinin böyük bir hissəsini, Urmiyə də daxil olmaqla, bütün Qərbi Azərbaycanı, Naxçıvana qədər (bəlkə ona da gizli bir tor qurulub) Kürdüstanın tərkibinə daxil etmisiniz. Rusiya işğalçı Ermənistana yardım edir, siz də Qərbi Azərbaycanın işğalına yardım etmək istəyirsiniz? Mənim xalqım silahsızdır, terror yolu tutmayıb, demokratik yollarla mübarizə aparır. Bu o demək deyil ki, onun torpaqlarını hərraca qoymaq lazımdır”.

    Yəqin söhbətin bu istiqamət alacağını gözləmirdilər.

    Xəritələrə diqqətlə baxdılar. “Bilirsiniz, bu Orta Doğu projesi rəsmi bir şey deyil!” dedilər. “Nə olsun!” dedim. On ildən artıqdır ki, yüzlərlə kitabda, qəzetdə, jurnalda çap olunur və bütün dünyanın gözü öyrəşdirilir ona. Üstəlik Türkiyə Cümhuriyyətinin başbakanı özünü bu projenin eşbakanı kimi təqdim edir. Bu xalqları qarşı-qarşıya qoymağın bir üsuludur.

    O məclisdəki konqresmenlər Azərbaycana rəğbəti olan adamlardı. Ancaq gördüm ki, biz onları düzgün məlumatlandıra, bölgədəki problemlərin mahiyyətini çatdıra bilməmişik.

    Ona görə ki, Güneyli dostumun yazdığı kimi, birlik yoxdur. Güney, Quzey əlaqələrinə və gələcəyimizə dair milli bir konsepsiya hazırlanmamışdır. Halbuki bu bizim haqqımız və vəzifəmizdir. Heç kim bu haqqı əlimizdən ala bilməz.

    Təəssüf ki, bu sahədə bir addım atan kimi, böyrünə on nəfər ayaqaltıqazan, xəbərdaşıyan qoşurlar. Bir təşkilat yaradılan kimi üç-dörd alternativini də qoyurlar ortaya. İşin mahiyyətindən xəbərsizlər düşür ortaya ki, mənim pulum var, mən bu təşkilatı ələ ala biləcəyəm!

    İndiyədək Güneyə yönəlmiş və ya ümummilli mədəniyyətə xidmət edən bir dənə radiomuz, televiziyamız yoxdur. Ana dilində ədəbiyyat nəşrində onlara yardım etmirik. Cənubdan gəlmiş gənclərin burslu, yəni təqaüd alaraq və ya dövlət hesabına təhsil alması üçün bircə manat vəsait xərcləmirik.

    Güney Azərbaycandan və İranın çeşidli bölgələrindən gələn gənclərin Müstəqil Azərbaycan Respublikasına hansı ümid və sevgilərlə bağlı olduqları və bura və hansı sevinc və həyəcanla üz tutduqlarını bu məktub aydın göstərir.

    Əvəzində biz nə edirik, necə qarşılayırıq, necə qayğı göstəririk onlara?

    Vaxtilə, 20-ci illərin əvvəllərində təhsil haqlarının bu qədər yüksək olmadığı və rəsmi vəzifəm olanda İrandan və Türkiyədən gələn onlarla gəncin ali məktəblərimizdə oxumasına köməklik eləmişəm. Amma indi, mənəvi, hüquqi yardımım qalsa da təhsil haqlarının ödənilməsinə yardım etmək imkanım yoxdur.

    Rəsmi mövqeyi başa düşürük, ancaq Hacı Zeynalabdin Tağıyevdən daha zəngin olanlarımızdan bircə nəfər xeyriyyəçi tapılmır ki, ordan gələn beş gəncin təhsil haqqını boynuna götürsün.

    Milli təəssübkeşlik duyğumuz niyə bu qədər zəifləyib, gələcəyimizi niyə düşünmürük?

    Bakıda İrandan və Türkiyədən gələn gənclərin qarşısına onlarla süni maneə çıxardılar. Onları sayıb və yazını uzatmaq istəmirəm.

    Köhnə sovet, Moskva xiffətini daşıyanlar, yarırus yarıazərbaycanlı eybəcər söz qarışığıyla danışanlar dilimizin köhnə ərəb və fars kəlmələrindən təmizlənməsi üçün yeni-yeni atılan addımları görəndə, təmiz ana sözlərimizi eşidəndə göyə çıxırlar “amandı qoymayın bunlar türk sözləriylə dilimizi zibilləyirlər”. Zibilin özü təmiz suya qarşı çıxır!

    İrandan və Türkiyədən gələn qardaşlıq duyğusuna da təxminən bu cür qısqanclıqla yanaşanlar var!

    Parçalanmalarımızın, faciələrimizin səbəbkarı bunların dədələriydi, indi də özləri yeni işğallar və yeni köləlik təbliğatını köürkləyirlər.

    Təkcə güneyli gəncin bu məktub min elə təbliğatdan daha güclü və daha dəyərlidir.

    Çünki halal milli ruhdan doğulub.

  • “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabı ictimaiyyətə təqdim olundu

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında aprelin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı və professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevin məsul redaktorluğu ilə buraxılmış iki cildlik “Cənubi Azərbaycanədəbiyyatı tarixi” kitabının təqdimat-müzakirəsi keçirilib. Tədbirdə AMEA-nın əməkdaşları, tanınmış ziyalılar, şairlər, yazıçılar, güneyli soydaşlarımız, eyni zamanda kitabın redaksiya heyətinin üzvləri iştirak ediblər.

    Elmlər Akademiyasının qrifi ilə yayımlanmış bu tədqiqatın birinci cildi 2009-cu ildə Diaspora ilə iş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə “Nurlar” nəşriyyatında çapdan çıxmışdır. İkinci cild 2013-cü ildə “Qanun” nəşriyyatında

    qurumun öz maddi dəstəyi hesabına buraxılmışdır. Böyük ictimai hadisə olan bu

    məşr Nizami adına Ədəbiyyat İnstitutunda 30 il ərzində aparılnış elmi axtarışların

    yekunudur.

    Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı açaraq bidirdi ki, əslində bu kitabın təqdimatı akademiyada olmalı idi: “Bu kimi elmi araşdırmaların aparıldığı yerAMEA-nın müvafiq institutlarıdır. Akademiyanın bu işlə məşğul olan bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk. Hər halda bizim də bir ədəbiyyat adamı kimi bu kitabları tədqim etməyə haqqımız çatır. Bu sevinci biz akademiyasız da bölüşə bilərik. Bu kitabların yaranması ideyası, Güney Azərbaycan ədəbiyyatının bizdə öyrənilməsi məsələsi Mirzə İbrahimovla başlayır. Yeri gəlmişkən, Mirzə İbrahimov həm ədəbiyyat, həm cəmiyyət, həm də ictimai fikir tariximizdə müstəsna xidmətləri olan bir insandır. O, çox böyük mütəfəkkir, alim, yazıçı idi. Bu gün onun qiyməti bəlkə də hələ yetirincə bilinmir. Mirzə İbrahimovun 1948-ci ildə Güney Azərbaycandakı hərəkat, məğlubiyyətdən sonrakı faciələr haqqında yazdığı bir neçə yazı var ki, onları sakit ürəklə oxumaq mümküm deyil. Güney Azərbaycanla maraqlanan insanlar həmin yazıları oxusalar, çox şey aydınlaşar. Mirzə İbrahimov hiss edirdi ki, ədəbiyyatın bağladığını heç kim bağlaya bilməz. Ən böyük siyasət ədəbiyyat, söz siyasətidir. Milli birliyin kökü də əslində o sözün birliyindədir, mənəvi birliyimizdədir. O bunu dərk edirdi.

    Mirzə İbrahimovun təşəbbüsü ilə 1977-ci ildə Akademiyada X1X-XX əsr Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaradıldı, Cənub Azərbaycan ədəbiyyatı araşdırıldı. Bu araşdırmalar əsasında çoxcildli “Cənubi Azərbaycan ƏdəbiyyatıAntologiyası” nəşr edildi. Amma antologiya işin birinci hissəsi idi. İkinci hissə Cənubi Azərbaycan ədəbiyyatının tarixinin yazılması idi. Bu iş də başlanıldı. Görünür, ömür vəfa qılmadı, Mirzə İbrahimov özü bu ədəbiyyat tarixini nəşr edə bilmədi. Ancaq sonra bu kitabların nəşri, bu yolun davamı Teymur Əhmədov və Rəhim Əliyevin boynuna düşdü. Rəhim Əliyev məsul redaktor kimi bu işi son on il ərzində Cənub Ədəbiyyatı şöbəsində davam etdirdi. Çox sevinirəm ki, bu kitablar ərsəyə gəlib”.

    S.Rüstəmxanlı dedi ki, Cənubi Azərbaycan ədəbiyyatını öyrənmək də, nəşr etmək də çətindir: “Çünki ərəb əlifbası söhbəti var. Oçerk yazmaq, oçerkləri sistemləşdirmək belə çətin işdir. Bu ədəbiyyatı oxuyanda bir şeyə heyrət etdim. Bugünkü Cənub Azərbaycan ədəbiyyatı çox modern ədəbiyyatdır. Hətta bəzi

    cəhətlərinə görə o taydakı modern şer Quzey ədəbiyyatından irəlidədir. Baxmayaraq ki, ana dilində məktəbləri yoxdur. Bəkə də bu irəliləyişin səbəblərindən biri elə məktəblərinin olmamasıdır. Bizim indiki məktəblərimiz hamıya bir şablon düşüncə öyrədir.  Amma Güney Azərbaycanda ədəbiyyata birbaşa həyatdan gəlirsən və xalq dilinin bütün gözəlliyi yazılarda qalır. Digər tərəfdən, Güney Azərbaycan ədəbiyyatında Yaxın Şərqdə baş verənlərin əks-sədası da var. Səttarxan hərəkatından  Xiyabani, Pişəvəri hərəkatınadək inqilablar yer alır.

    Onların hamısı xəzinədir və araşdırılmalıdır.

    İki cildlikdə ən çox adamı o sevindirir ki, Güney-Quzey söhbəti nisbidir. Şimal və Cənub ədəbiyyatda  ayrılmayıb.  Dildə, düşüncə tərzində ayrı deyillər. 200 ildir siyasətdə bizi istəməyənlər çalışırlar ki, o tayla bu tayı ayırsınlar. Ona görə də bu kitablar ən böyük ədəbi, mənəvi hadisədir. Bizim birliyimizi göstərən bir hadisədir. Bu kitablar – Cənubda yaradılan ədəbiyyat hökmən bizim ali və orta məktəblərimizdə daha geniş öyrədilməlidir. Öyrəndikcə gənclərimiz görəcəklər ki, Azərbaycanı heç bir sərhəd, müqavilə ayıra bilməz. Bu gün ingilis, alman dilində də yazan güneyli yeni nəsil adamları var. Onlar da araşdırılmalıdır. Hesab edirəm ki, ədəbiyyat mükafatları varsa, bu iki cild həmin mükafatlara layiq görülməlidir.

    Rəhim Əliyev Mirzə müəllimin layiqli davamçısıdır, tələbəsidir. Mən onu, bu cildləri hazırlayan, zəhməti olan hər kəsi təbrik edirəm! İnşallah, GüneyAzərbaycanla siyasi birliyimiz də olacaq. Bu ədəbi birliyin zəifləməsinə imkan vermək olmaz. Ədəbiyyat ən etibarlı körpüdür”.

    AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev məsul redaktoru olduğu kitab haqda ümimi məlumat verdi: “Əvvəlcə Mirzə İbrahimov barəsində bir-iki kəlmə demək istəyirəm. O, 21 Azər Hərəkatında birinci adam idi, yəni hərəkatı idarə edən gizli “Üçlüy”ün rəhbəri olub. Stalinin Pişəvəri hərəkatı ilə bağlı təsdiqləmədiyi və partiya Siyasi Bürosunun qərarı olmayan hansısa sənəd yoxdur. “Üçlüy”ün tərkibi də Ümumittifaq Siyasi Bürosu tərəfindən təsdiqlənib. Bunlar mayor Mirzə İbrahimov sədr, Azərbaycan SSR

    Dövlət Təhlükəsizliyi xalq komissarının birinci müavini, general-mayor Ağasəlim Atakişiyev və Həsən Həsənov olub. Hesab edirəm ki, Mirzə İbrahimovun Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bu işləri görməsi divan tutulmuş hərəkata, qətlə yetirilmiş 30 min soydaşımıza daxilində hiss etdiyi mənəvi məsuliyyətdən, müəyyən günah hissində irəli gəlirdi. Ona görə də 1977-cı ildə İranda inqilabın əlamətləri seziləndə AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi açıldı və Mirzə İbrahimov da həmin işləri davam etdirməyə, unutmadığı mübarizə yoldaşlarının prinsiplərini yeritməyə başladı. Bu kitabın redaksiya heyətinin üzvü

    Mirzə İbrahimov, Teymur Əhmədov və bir də mənəm. Teymur müəllim olmasaydı, bu kitabları çap etdirə bilməzdik. Çünki bu kitablar institut və akademiya instansiyalarının hamısından keçməyib.

    Mirzə İbrahimov ilkin olaraq Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı dördcildlik antologiya nəşr etdirdi. Həqiqətən də bunun ardınca Cənubi Azərbaycan ədəbiyyatına aid böyük bir ədəbi məktəb meydana gəldi. Cənubi Azərbaycan ədəbiyyatı olduqca zəngindir. Mirzəli Möcüzün 1946-cı ildə bir əlyazmasını Mirzə İbrahimova vermişdilər. Həmin vaxt onun ölümündən on il keçmişdi və 1921-ci ildə cəmi iki şeiri çap olunmuşdu. Ancaq indi onun barəsində üç doktorluq dissertasiyası yazılıb, Azərbaycanda, Türkiyədə və ABŞ-da kitablar buraxılıb. Bu

    da Mirzə İbrahimovun layihəsinin nəticələrinin nə qədər böyük olduğunu göstərir. Cənubi Azərbaycanın ədəbiyyati cildlərinin mənbə siyahısına baxanda adam heyrətə gəlir. İranda da, mühacirətdə də Cənubi Azərbaycan ədəbi məktəbləri var. Türkiyə və Azərbaycanda Cənubi Azərbaycana böyük önəm verilir, bununla bağlı kitablar buraxılır, tədqiqatlar aparılır. Cənubi Azərbaycanda da fərqli də olsa, belə bir proses gedir. Mirzə İbrahimov yalnız sakit şəkildə öz işini görürdü, yəni heç bir hay-küy salmırdı. Onun işgüzarlığı da bir məktəb idi”.

    Onun sözlərinə görə, Cənub Azərbaycanın ədəbiyyat tarixinə nəzər saldıqda Arazın hər iki tayı arasında elə bir ayrılığın olmadığı görünür: “Bütün ideyalar, bizdə olan məsələlərin hamısı Cənubda da olub. Məsələn, Məşrutə İnqilabı zamanı əncümənilər yığıldıqları iclası açmamış minbərədən Mirzə Ələkbər Sabirin şeirləri ilə oxunubdur. Bundan sonra Cənubi Azərbaycanda Mirzəli Möcüz poeziyası yarandı. 1930-cu illərdə bizdə ədəbiyyat tarixçiliyi yarandı. Nəriman Nərimanovun rəhbərliyi altında klassik ədəbiyyat çap olundu. CənubiAzərbaycanda isə Məhəmmədəli Tərbiyət meydana çıxaraq “Daneşməndani-Azərbaycan ” kitabını 1935-ci ildə Tehranda fars dilində çap etdirdi. M.Tərbiyət Nizami Gəncəviyə türkcə yazılmış 10-12 nəzirəni göstərib ki, bizim alimlərimizin hələ də onlardan xəbəri yoxdur. O, Azərbaycan ədəbiyyatının məhək daşı olan Mirzə Fətəli Axundova, həmçinin Abbasqulu ağa Bakıxanova dəqiq qiymət verib. Yəni Şimalla Cənubun siaysi, elmi, ədəbi-mədəni birliyi qırılmaz olub və indiyədək də davam edir. Məsələn, Səməd Vurğun 1930-cu illərdə ədəbi çevriliş edərək xalq şeiri üslubuna keçdi. Həmin vaxt Cənubi Azərbaycanda da heca vəznli şeir üslubu formalaşdı. Bunu Həbib Sahirin, Etimadın, daha sonra Səhəndin və digərlərinin yaradıcılığında görə bilərik. Yəni Cənubi Azərbaycan ədəbiyyatı Səməd Vurğunun ədəbi irsindən təsirlənib və türkcə yazan böyük şairlər də onu seviblər, pərəstiş ediblər”.

    Rəhim Əliyev vurğuladı ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi Mirzə İbrahimovun zamanında hazırlanıb: “Biz də indi onun qoyduğu klassik prinsipi davam etdiririk. Bu kitablara yalnız Cənubi Azərbaycanda yaşayıb-yaradan ədəbiyyat adamlarını daxil etmişik. Biz hesab edirik ki, orada zülmlərə və təzyiqlərə dözmək, farsca oxuyub türkcə yazmaq böyük hünərdir. Azərbaycanda və xarici ölkələrdə yaşayıb-yaradanları da daxil etsəydik də, gərək daha bir necə cildlik kitab ortaya gələrdi. Biz bunu Cənubi Azərbaycan üçün yazmışıq”.

     

     

     

    AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, kitabda getmiş bir neçə oçerkin müəllifi İslam Qərib bildirdi ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi “Gülüstan” müqaviləsindən 1900-cu ilə qədər olan ədəbiyyatı əhatə edir: “Bu cilddə XIX əsrdə Cənubi Azərbaycanda yaşamış bir sıra görkəmli sənətkarlar haqda oçerklər, həmçinin“Gülüstan”  müqaviləsindən sonra  Cənubi Azərbaycandakı ədəbi hərəkat, proses barədə icmallar verilib. Bunlar da ayrılığın xalqlar arasında deyil, dövlətlər arasında getdiyini göstərir. Nə qədər tikanlı məftillər çəkilsə belə, Azərbaycanın o tayı da, bu tayı da mənəvi və mədəni cəhətdən qətiyyən bir-birindən ayrı düşməyib. Məmmədbağır Xalxali, Mirzə Mehdi Şükuhi, Hacı Rza Sərrafi necə yazıbsa, təxminən həmin stildə Mirzə Ələkbər Sabir, Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi də yazıb”.

    Onun sözlərinə görə, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildində millətçi olduqları üçün İranda qəbul edilməyən, SovetAzərbaycanında da əvvəlcə qəbul edilsə də, sonradan sıxışdırılaraq məhbəslərdə çürüdülən, üstündən xətt çəkilmiş ədəbiyyat adamları yer alıb: “Bunlardan biri də Məhəmməd Biriyadır. Bu şəxsi XX əsrdə Mirzə Ələkbər Sabirdən sonra ən böyük satiriklərdən hesab etmək olar. Eyni zamanda XX əsr Azərbaycan ədəbiyyatında tədqiqinə, araşdırılmasına qadağa qoyulan şəxsiyyətlərdən biri Məhəmməd Biriyadır. Bundan başqa, kitaba cəmi 22-23 il ömür sürmüş, vətən, millət və el yolunda canını fəda etmiş Səid Salmasini daxil etmişik. Yəni “Cənubi Azərbaycanədəbiyyatı tarixi” kitablarını oxuyan şəxs Cənubi Azərbaycan ədəbiyyatının yalnız Məhəmmədüseyn Şəhriyardan ibarət olmadığını biləcək. Yəni XX əsrdə Cənubi Azərbaycan ədəbiyyatında gözəl nəsr, dramaturgiya yaranıb. Bu kitab 30 illik əməyin məhsuludur, şöbənin əməkdaşları kollektiv şəkildə bunun üzərində işləyib. Əslində bu kitabı ərsəyə gətirməklə Vahid Azərbaycan prinsipini ortaya qoymuşuq”.

    AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhməd kitabdakı üç sima ilə bağlı oçerklərin müəllifi olduğunu söylədi: “Mən həyatımın 20 ilini Güney Azərbaycan ədəbiyyatına, tarixinə və musiqisinə həsr eləmişəm. Güney Azərbaycan musiqisi ilə bağlı teleradioda musiqilər, konsertlər təşkil etmişəm. Güney Azərbaycan tarixi, ədəbiyyatı, poeziyası ilə bağlı dövrü araşdırıram. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının ərsəyə gəlməsi də əlamətdar hadisədir. Bu da bizim şöbənin əməkdaşlarının hamısının zəhmətinin bəhrəsidir. Bu layihə Mirzə İbrahimova məxsusdur, ancaq indi onun davamçısı Rəhim Əliyev bu işi görür”.

    AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmlər doktoru Şirindil Alışanov dedi ki, ədəbiyyat tarixini yazmaq çox çətin məsələdir: “Azərbaycan ədəbiyyatı tarixinin 7 cilddə buraxılması nəzərdə tutulub. Artıq Azərbaycan ədəbiyyatı tarixinin 4 cildi çapdan çıxıb və ən qədim dövrdən XIX əsrə qədər olan dövrü əhatə edir. Beşinci cild XX əsrin əvvəllərini əhatə edəcək. Altıncı və yeddinci cildlərdə isə Sovet dövrü, Cənubi Azərbaycan ədəbiyyatı, müstəqillik dövrü və mühacirət ədəbiyyatı yer alacaq. Bundan əlavə, Azərbaycan fəlsəfə tarixi iki cilddə, siyasi tarix üç cilddə, ədəbi dil tarixi buraxılıb”.

    Onun sözlərinə görə, Mirzə İbrahimov böyük təşkilatçı idi: “Əgər Mirzə İbrahimov olmasaydı,  AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi də olmazdı. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitablarının ərsəyə gəlməsində Teymur Əhmədovun da böyük rolu var. Bizim hazırladığımız “Azərbaycan ədəbiyyatı tarixi” kitabının yeddinci cildinin üçdən birini Cənubi Azərbaycan ədəbiyyatı təşkil edir. Ancaq Söhrab Tahir, Balaş Azərolu, Mədinə Gülgün və Hökumə Bülluri Güney Azərbaycanla bağlılıqlarına baxmayaraq, burda yaşayıb – yaratdıqlarına görə “Azərbaycan ədəbiyyatı tarixi” kitabının altıncı cildində Şimali Azərbaycan ədəbiyyatçıları kimi təqdim olunublar.

    Hazırda Cənubi Azərbaycanda çox böyük ədəbi hərəkat var. Bu iki cildkitabı prezident fərmani ilə latın qrafikasında buraxılan kitabların siyahısına təqdim etmək lazımdır və ən azı on min tirajla buraxılmalıdır. Çünki belə dəyərli bir kitab üçün 300 tiraj çox azdır”.

    Ş.Alışanov həmçinin hazırki nəşr siyasətini də tənqid etdi: “Hazırda Azərbaycanda kitab nəşr etmək, naşirlik çox çətin məsələdir. Çünki nəşriyyat sistemini məhv ediblər, mətbəələrin sayı kifayət qədərdir. Axı mətbəə nəşriyyat deyil. Hazırda peşəkar redaktor, korrektor qəhət olub, kitablar başdansovdu buraxılır. Ümumiyyətlə, nəşriyyatlar vergi, yoxlama sistemindən azad edilməlidir. Qəzet və jurnallar, dərsliklər və prezident fərmanı ilə buraxılan kitablar vergidən azad olunub, onlardan yalnız əlavə dəyər vergisi tutulur. Axı bundan dövlət büdcəsi nə böyük gəlir götürür? Ona görə də kitabların qiyməti baha olur. Dövlət qurumları, dövlət kitabxanaları kitabları almır”.

    AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, professor Qurban Bayramov vurğuladı ki, istər bədii, istərsə də elmi ədəbiyyat olsun, onun ictimai funksiyası var: “Ədəbiyyatın, ədəbiyyat elminin funksiyası var və bu da “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabında özünü bariz şəkildə göstərib. Bu kitab ağır elmi, fiziki və mənəvi zəhmətin bəhrəsidir. Ümumiyyətlə, ədəbiyyata kommersiya baxımından da yanaşmaq lazımdır. Bu kitab böyük tirajlaburaxılmalıdır, həmçinin ərəb əlifbası ilə çap edib Cənubi Azərbaycanda, diaspora təşkilatlarında yaymaq lazımdır. Bu kitabları xarici ölkələrdə yaşayanazərbaycanlıların da oxuya bilməsi üçün elektron variantını hazırlayıb elektron resurslara yerləşdirmək lazımdır. Yəni bizim əməyimiz, zəhmətimiz bar gətirən ağacın meyvəsi kimi dibində çürüməsin”.

    Filologiya elmləri namizədi Aslan Salmansoy kitabı əlyazmada oxuduğunu, onda korrektə işləri apardığını, müəyyən mənbələri dəqiqləşdirdiyini, həmçinin müəyyən redaktə işləri apardığını söylədi: “Həqiqətən bu kitabı oxumağım mənə çox xeyir verib. Çünki hamı kimi mən də Cənubi Azərbaycan ədəbiyyat adamlarının bir hissəsini tanıyırdım, ancaq bu kitabı oxuyandan sonra onların əksəriyyəti haqda məlumat əldə etdim. Bu da mənim üçün çox faydalı oldu. Həqiqətən Rəhim Əliyev bu kitabın meydana gəlməsində böyük təşəbbüsü, əməyi

    olub. Onun Cənubi Azərbaycan ədəbiyyatına olan meyli, marağı kitabın müqəddiməsindən və danışığından da sezilir. Bu maraq sanki Mirzə İbrahimovun

    özünə olan maraq qədərdir. Yəni Rəhim Əliyevin Mirzə İbrahimova olan sevgisi,

    ehtiramı onu Cənub mövzusuna müraciət etməyə sövq edib. Rəhim Əliyev həqiqətən Mirzə İbrahimovun davamçısıdır, layiqli varisidir  və öz əməli ilə də bunu sübut edib. Kitaba nəzər saldıqda isə müəlliflərin öz işlərinə çox məsuliyyətlə

    yanaşdıqları, dərindən araşdırmalar apardıqları görünür. Bu kitabda yeni yanaşma, yeni metod var”.

    Sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov (Ağasıoğlu) belə bir kitabı ərsəyə gətirdiklərinə görə redaksiya heyətinin üzvlərini təbrik edib: “Hər

    kəs Rəhim Əliyevi ədəbiyyatçı kimi təqdim etsə də, ancaq o, həm də klassiktürkoloqdur. Yəni nə qədər ədəbiyyatçı olsa da, o qədər də dilçidir. BizAzərbaycan ədəbiyyatşünaslığını, dilşünaslığını yaradanların tələbələri olmuşuq.Ancaq indi təəssüflər olsun ki, həmin universitetin koridorlarında cilızlaşma grdir, adamın ürəyi ağrıyır. Çünki elmimizdə cırlaşma gedir”.

    Professor Cəmil Həsənli bildirdi ki, bu kitab doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının akademik nəşridir və Azərbaycan elmi üçün böyük nailiyyətdir: “Cənubda gözəl bir ədəbiyyat var və bu ədəbiyyatın da elmi cəhətdən işlənilməsinə böyük ehtiyac var idi. Kollektiv də bunu böyük uğurla yerinə yetirib.Yəqin ki, bu kitabı oxuyanlar bir daha asılı xalqların taleyinin ədəbiyyatdan keçdiyinə əmin olacaqlar. Ədəbiyyat asılı xalqları saxlayan ən mühüm amildir. Çünki dövləti, milli idarəsi olmayan bir toplum, xalq özünü yaşatmağa vasitələr axtarır və bunlardan da ən mühümü ədəbiyyatdır. Digər tərəfdən, Azərbaycanın şimalında da, cənubunda da qəribə bir tarixi proses var. Hər bir millətin millidirilik uğrunda mübarizəsi milli dil uğrunda mübarizədən keçir. Ona görə də millidildə yaranmış ədəbiyyatın elmi təsvirini yaratmaq Azərbaycan elmi qarşısında mühüm bir vəzifə idi və bu kollektiv də bunu həyata keçirib”.

    Onun sözlərinə görə, bu kitab Mirzə İbrahimovun xatirəsinə ucaldılmış ən böyük abidədir: “O buna layiqdir. Əgər nə vaxtsa Azərbaycanın müstəqilliyinə abidə qoyulsa, onun böyük bir hissəsi Azərbaycan ədəbiyyatını, ədəbi simalarını özündə ehtiva etməlidir. Həmin ədəbi simalardan biri də Mirzə İbrahimovdur. AMEA-da Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin açılması ilə bağlı maraqlı bir epizodu qeyd etmək istərdim. Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqından çıxarılandan sonra bir müddət cəmiyyətdən təcrid olunmuş vəziyyətdə idi və nəyəsə ehtiyacının olması ilə bağlı da heç kəsə müraciət etməyib. Mirzə İbrahimovdan bir səs çıxmayanda mərhum Heydər Əliyev Azad Şərifovu onun

    yanına, bağa göndərir. Mirzə müəllim şəxsi mənada hansısa ehtiyaclarınınödənilməsini deyil, yalnız Akademiyada bu Cənub şöbənin yaradılmasını vəözünün də sədr təyin edilməsini istəyir.

    Bu kitablar da Mirzə İbrahimovun uzaqgörənliyinin məhsuludur. Elmə qoyulan investisiya heç vaxt itməz. Bu gün bu kitabların ərsəyə gəlməsi həmin şöbələrin doğru-düzgün yaradılmasının, Azərbaycan elmi üçün lazımi şöbələr olmasının nəticəsidir. Kitabdakı bəzi mövzularla tanışam. Doğrudan da Cənubi Azərbaycan ədəbiyyatının mükəmməl elmi təhlili əks olunub. Ona görə də bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan Teymur Əhmədovu, Rəhim Əliyevi və kollektivi təbrik edirəm”.

    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiyaşöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel Azərbaycan dövlətinin birinci ideologiya institutunda belə bir ortamın olmamasına, bu cür işlərin görülməməsinə görə təəssüfləndiyini söylədi: “Güney Azərbaycan ədəbiyyatını ilk dəfə öyrənən Mirzə İbrahimov olmayıb. Məhəmməd Əmin Rəsulzadə 1928-ci ildə yazdığı “İran türkləri” kitabında böyük bir bölümü Güney

    Azərbaycan ədəbiyyatına həsr edib. Ona görə də Güney Azərbaycan ədəbiyyatı

    öyrənilməsinin 40-50 il geriyə çəkilməməsini xahiş edirəm”.

    “Ulduz” jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva vurğuladı ki, Güney Azərbaycanın ən yaralı yerlərimizdən biridir: “Mənim də yaralarımı sarıyan bir yerdir. Bu yaxınlarda Təbrizə gedəcəyəm və bu kitabı sevə-sevə öz güneyli qardaşlarımıza aparacağam. Bu kitabın da öz mükafatını tezalmasını arzulayıram. Çünki indi istedadlıya da, istedadsıza da eyni qiyməti verirlər. Həmin istedadsızlar istedadlının öz mükafatını almasına imkan vermirlər. 40-50 kitabı, şeiri, adı olanlan var, ancaq nə kitab, nə şeir deyil, nə də həmin ada layiqdirlər”.

    Hazırda İsveçdə mühacirətdə yaşayan güneyli soydaşımız, “BütövAzərbaycan” Televiziyasının (BATV) rəhbəri Cavad Derəxti də GüneyAzərbaycan ədəbiyyatına dəyər verdiklərinə və belə bir kitaba ərsəyə gətirdiklərinə görə kollektivə öz təşəkkürünü bildirdi.

    Qeyd edək ki, “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabı iki cilddən ibarətdir. Əsərin ilk cildi 1813-1900-cəı illəri əhatə edir. 9 fəsil, 480 səhifədən ibarət olan ilk cild 2009-cu ildə “Nurlar” nəşriyyatında dərc olunub. 11 fəsil, 680 səhifədən ibarət olan ikinci cild isə 2013-cü ildə “Qanun” nəşriyyatı tərəfindən ərsəyə gətirilib. Kitabda 1900-cu ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd ilk növbədə o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilmişdir. Burada Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.

    Hazırladı:

    Real Cəfərli