Sanksiyalar dərinləşir, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbçilərini saxlaya bilməyəcəkCategory: Açıqlama
-
Samir Əsədli: “Ruslar Qarabağa “sülh” yaratmaq yox, Moskvanın siyasətini həyata keçirtmək üçün gəliblər”
Sanksiyalar dərinləşir, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbçilərini saxlaya bilməyəcək
Rusiya Silahlı Qüvvələrinin hərbi kalonunun Laçın dəhlizi ilə Xankəndidən yola düşməsi faktı qeydə alınıb. Bununla bağlı video-görüntülər yayılıb. Bəzi iddialara görə, rus hərbçiləri Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin, başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.Mediada yayılan video-görüntü ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, rus “sülhməramlı”ları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib və ölkə ictimaiyyətində rus “sülhməramlıları”na münasibət birmənalı deyil. Partiya funksioneri bildirib ki, ruslar Qarabağa “sülh” yaratmaq yox, Moskvanın siyasətini həyata keçirtmək üçün gəliblər:“Video-görüntülərə keçməzdən öncə onu deyim ki, Qarabağda baş verən bütün təxribatlarda, ordumuzun mövqelərinin erməni quldurları tərəfindən atəşə tutulmasında rus “sülhməramlıları”nın əli var. Rus hərbçiləri bölgədəki erməni silahlılarını təxribatlara təşviq edirlər. Rusiya hərbi maşınlarının Xankəndidən çıxışını əks etdirən video-görüntü ilə bağlı rəsmi məlumat yoxdur. Moskvadan bununla bağlı hansısa açıqlama verilməyib. Ancaq Ukrayna ərazilərini işğal edən və iki həftədən çoxdur müharibə aparan rus ordusunun itkilərinin çox olduğu məlumdur. Rusiya tərəfinin əlavə hərbi qüvvələrə ehtiyac duyduğu şübhəsizdir.Bu mənada Qarabağda “sülhməramlı” missiyanı yerinə yetirən rus hərbi kontingentinin bir hissəsinin Laçın dəhlizi vasitəsi ilə Ermənistana, Gümrüdəki 102-ci hərbi bazaya, oradan isə başqa bölgəyə aparılması mümkün ehtimallardandır. Həm də Qərbin hərtərəfli təzyiqlərinə, sanksiyalarına məruz qalan Rusiyada iqtisadi böhran dərinləşərsə, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbi qulluqçuları saxlaya, təmin edə bilməyəcək. Yayılan video-görüntülər təsdiqləyir ki, bu gedişlə rus hərbçiləri Azərbaycan torpaqlarında çox qalmayacaq.Ya əlavə qüvvə kimi Ukraynaya, ya da Rusiyaya geri dönəcəklər. Rusiya “sülhməramlı”ları əvvəl-axır Azərbaycan ərazisini tərk edəcəklər. O zaman ruslara arxayın olan erməni separatçıları da himayəsiz və dəstəksiz qalacaqlar”. -
Fransa siyasətçiləri erməni lobbisinin əsirinə çevrilib
Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama verilib. O, yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib. Bu azmış kimi, Azərbaycan Prezidentinin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu, sərsəmləyən Respublikaçılar partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib, əksinə, onun və Pekresin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı nümayiş etdirdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb. Fransa Xarici İşlər naziri də, prezident seçkilərində heç olmasa maliyyə dəstəyi naminə ermənilərin çirkli və qanlı əllərini öpməyə hazır olan namizədlər də öz hərəkətlərini və bəyanatlarını özlərinin elan etdikləri hüquqi dövlət prinsipləri çərçivəsində səsləndirməlidirlər. Onların Azərbaycanın sərhəd qanunlarına saymazlıq göstərməsi, xüsusilə də Azərbaycan Prezidentinin sözlərinə məsuliyyətsiz şərhləri qəbuledilməzdir və ikrah doğurur. Azərbaycan respublikası nisbətən gənc olmasına baxmayaraq, müstəqilliyini və milli maraqlarını öz gücünə qorumağı bacaran bir dövlətdir. Bunu 30 il davam edən bir münaqişənin Fransanın bütün destruktiv səylərinə baxmayaraq, Azərbaycanın özü tərəfindən həll etməsi də bir daha sübut etdi.
Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var. Bu qanuna zidd hallara görə məsuliyyəti də məhz Fransa rəhbərliyi daşıyır. Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Həmin ərazilərdə müstəqillik tələblərini qulaq ardına vuran rəsmi Paris digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə meydan verir?
Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar?
Fransa legionunun Afrika qitəsində törətdiyi soyqırımlar mövzusu süni şəkildə qapadılır, əvəzində isə “erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlər gündəmə gətirilir.
Məlumdur ki, bu gün Fransada yarım milyonadək etnik erməni yaşayır. Lakin bu o demək deyil ki, ermənilər Fransa dövlətinə istədiklərini diktə etməlidir. Onu da unutmaq lazım deyil ki, bu gün Fransa parlamentində prezident Makrona rəğbəti olmayan xeyli siyasətçi təmsil olunub. Onlar bu oyunda iştirak etmək istəmirlər. İstənilən halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir.
Fransa Senatı və hökuməti erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib. Paris isə əks mövqe nümayiş etdirir. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.
Görünən budur ki, Fransa da daxil olmaqla bir sıra ölkər Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər ilk növbədə öz maraqlarına zərbə vururlar.
Paris üçün Bakı hər baxımdan daha cəlbedici tərəfdaşdır. Lakin belə ədalətsiz addımlar iki ölkə arasında münasibətləri korlaya bilər.Vətəndaş Həmrəyliyi Partiyası
19. 01 2022 -
Azərbaycanda həmrəylik və uğur möhürünü vuranpartiya
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Maraqlı tarixdir. Bu tarix il baxımdan Azərbaycanın Dövlət Müstəqilliyindən bir il sonra, gün baxımdan Zəfər Savaşının başlamasından bir gün öncədir. Təsadüfi görünəcək uyğunluğun arxasında bir zərurət var. İstiqlalımızın qorunmasının, ərazi bütövlüyümüzün bərpasının təməlində məhz VƏTƏNDAŞ HƏMRƏYLİYİ ideyası durdu.1992-ci ilin payızında Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”
Bu çıxışdan və partiyanın yaranmaslnda 29 il keçib və bu günölkənin siysi durumu VHP liderinin irəli sürdüyüideologiyanın nə qədər doğru və çağdaş olduğunu təsdiqləyir. VHP 29 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azadedilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib. İdeologiyasına, siyasikursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında özsözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz millimövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakimpartiyadan sonra müstəqillik illərində keçirilən bütünseçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvüvar.
Bu gün Azərbaycan siyasi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox– millətimiz, bizimsözümüz yox– xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox– sevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq…Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.
Partiyanın 29 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
Vətəndaş Həmrəyliyi Partiyasının 29 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq! -
Sabir Rüstəmxanlı: “Hər kəs antiterror əməliyyatına hazır olmalıdır”
“Ordumuz hər an antiterror əməliyyatlarına hazır olmalıdır. Çünki Ermənistan bizim ərazilərimizi atəşə tutur, onlar Bəyənnamənin tələblərini pozurlar”.Bu sözləri VHP sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.O, bildirib ki, torpaqları qorumaq bizim borcumuzdur:“Ora bizim öz ərazimizdir, bu, bizim işimiz və borcumuzdur. Azərbaycan əsgərini, vətəndaşlarını, torpaqlarını qorumalıyıq. Buna görə də biz antiterror əməliyyatlarına hər an hazır olmalıyıq”. -
Samir Əsədli: “Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır”
“Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük”Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti parlamentə təqdim etdiyi illik hesabatda 44 günlük Vətən müharibəsi ilə bağlı bəzi məqamlar açıqlayıb. Hesabatda vurğulanıb ki, müxtəlif internet resurclarından fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı iki münaqişə tərəflərindən birinin tərəfdarı kimi təqdim etmək olub. Vurğulanıb ki, 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar. Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:“Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”. Qonşu Gürcüstanla normal əməkdaşlığımız ən çox Tiflis üçün vacibdir. Mühüm iqtisadi və nəqliyyat layihələrində tranzit ölkə rolunda məhz Gürcüstan çıxış edir.Amma qonşu ölkədə ermənilər də çox fəaldır. Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır. Ekspertlərin fikrincə, Gürcüstanın qarşısında o qədər də çətin seçim yoxdur. Bir tərəfdə hər çətinlikdə Tiflisin yanında yer alan, siyasi-maddi dəstəyini əsirgəməyən Azərbaycan, digər tərəfdə isə hər fürsətdə Gürcüstana ərazi iddiası irəli sürən, yaşadığı ölkədə qarışıqlıq yaratmağa çalışan ermənilər var.VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycanın bütün qonşularla dinc və qarşılıqlı əməkdaşlıq üzərində münasibət qurmaqda maraqlı olduğu hər kəsə bəllidir. Siyasi şərhçinin sözlərinə görə, ölkəmiz hətta işğalçı Ermənistana qarşı da sərsəm iddialarından əl çəkəcəyi təqdirdə eyni münasibəti göstərməyə hazır olduğunu bildirib:“Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük. Gürcüstan DTX-nin məlum hesabatında konkret hansı olayların nəzərdə tutulduğunu dəqiq deyə bilmərəm. Amma Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən, ölkəmizdən heç zaman zərbə almayan Gürcüstan bizimlə münasibətlərdə dəfələrlə qeyri-səmimiliyə yol verib. Məlum Keşikçidağ olayları, Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulması, bir neçə il öncə Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz açılması və digər olaylar buna misaldır. Ona görə də Gürcüstan hökuməti təxribatçı qruplardan ehtiyat etməklə yanaşı, öz siyasətində də konkretləşdirici korrektələr etməlidir”.S.Əsədli vurğulayıb ki, həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir:“Gürcüstan iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var. Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də çox ciddi dəstək verilir və Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Rəsmi Tiflis Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlayan və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır”.İsmayıl Qocayev -
“Erməni yalanlarına qarşı Azərbaycanda ciddi informasiya mərkəzi yaradılmalıdır”
“Dövlət imkanı daxilində şəhid ailələrinə, qazilərə böyük güzəştlər nəzərdə tutub: mənzillə təminat, birdəfəlik yardım, şəhidlərin büstünün qoyulması və s. bu qəbildəndir. Ancaq məncə, şəhid ailələrinə ən böyük təskinlik qələbəmizdir. Biz qələbənin möhkəmləndirilməsi üçün hələ çox iş görməliyik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.Deputat qeyd edib ki, biz qələbə eyforiyasını yaşadığımız vaxtda ermənilər bütün dünyada Azərbaycana qarşı informasiya işini gücləndirir:“Rusiya mediasına baxıram. Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik. Diaspor qurumları da aktiv olmalıdır”.S.Rüstəmxanlı təklif edib ki, Azərbaycana qarşı gücləndirilən ermənilərin informasiya savaşı ilə əlaqədar olaraq informasiya mərkəzi yaradılsın:“Mən buna ehtiyac görürəm. Bəlkə də adı “Qarabağ informasiya mərkəzi” ola bilər. Bu mərkəzdə antiazərbaycan yazılarına layiqli cavab verilə bilər”. -
Siyasi mübarizəyə ailəni qatmaq… – MM-də müzakirə
İş olmasa, 100 səhifəlik hesabat hazırlanmazdı. Mən hesabatla tanış oldum. Bu, millətimiz və dövlətimiz üçün mühüm sahədir – həm dövlətimizin beynəlxalq imici, həm də ölkə daxilində insanların problemlərinin həlli, hüquqlarının müdafiəsi baxımından.Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Xalq şairi xatırladıb ki, insan hüquqları dünyada ali dəyərdir və hökmən qorunmalıdır:
“Ombudsmanın məruzəsində insan hüquqları ilə bağlı maraqlı faktlar da var. Məruzə bütün problemləri, real vəziyyəti əks etdirir. Bura uşaq, qadın hüquqları və digər məsələlər daxildir. Müsbət haldır ki, ombudsman problemlərə öz münasibətini bildirib. Milli dövlət varsa, insanların hüquqları qorunmalıdır. Ombudsmanın səlahiyyəti artırmalıdır”.
Sabir Rüstəmxanlı əlavə edib ki, siyasi mübarizədə mənasız mübahisələrə yer yoxdur, bu işlərə ailəni qatmaq milli mentalitetə yaraşan iş deyil:
“Son hadisələrdə dövlətin marağının olmadığı düşüncəsindəyəm. Bu, hansısa təxribatçı işdir”.
-
VHP niyə yarandı?- Sabir Rüstəmxanlı: “1992-ci ildə ölkədə separatçılıq at oynadırdı”
“O vaxt respublikada separatçılıq at oynadırdı, Azərbaycanı parçalamaq istəyən qüvvələr üz-üzə gəlmişdi.Biz onda ölkənin bütün vətəndaşlarına bir gözlə baxmaq, heç bir ayrı-seçkilik olmayan ideyanı irəli sürdük.
M.Ə.Rəsulzadənin 30-cu illərdə irəli sürdüyü və zəruri hesab etdiyi milli birlik nəzəriyyəsinə söykənərək 1992-ci ildə bu partiyanı yaratdıq”.
Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı səsləndirdi.
Qeyd edək ki, millət vəkili sonuncu qurultaydan sonra bir daha VHP-nin sədri seçilib:“II Qarabağ savaşı ərəfəsində ölkənin ümumi siyasi-ideoloji xətində partiyalarla dialoqun müasir, sivil qaydada qurulması tələbi ortaya çıxdı. Prezident Aparatında belə bir şöbə yaradıldı.
Ayrı-ayrı partiyalar ilə bu dialoq start verdi və 50 partiya birgə bəyanat imzaladı. Bundan sonra müxtəlif mübahisəli məqamlarda beynəlxalq təşkilatlara da müraciətlər oldu.
Sevinirəm ki, 29 ildən sonra bizim partiyanın irəli sürdüyü vətəndaş həmrəyliyi respublikanın bütün siyasi qüvvələrinin ümumi bir xəttinə çevrilib. Həmrəylik, birlik bu dəqiqə üçün hamımızın əsas yolu və istəyimizdir”.
Millət vəklili bildirdi ki, partiyanın Qarabağın bütün rayonları üzrə təşkilatları var:
“Laçın, Qubadlı, Kəlbəcər… hamısında təşkilatlarımız var. Amma təbii ki, həmin təşkilatlar Bakı və respublikanın digər rayon mərkəzlərində yerləşir.
Şübhəsiz ki, Qarabağ bərpa olunandan sonra həmin təşkilatlar təmsil etdikləri rayonlara qayıdacaq”, – deyə Sabir Rüstəmxanlı fikrini bitirdi.
Anar Rəhimov, Bizim.Media
-
Millət vəkilindən sosial media istifadəçilərinə çağırış
Millət vəkili Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib.VHP sədri türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb:“Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney Azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək. Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir- birimizi anlamağın çətin olmadığını görəcəksiniz! Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”.Sabir Rüstəmxanlı bu işin artıq başlandığını qeyd edib:“Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla ilişkilərimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”. -
“Mən el-obaya cavab verə bilmirəm ki, neçə ildir millət vəkiliyəm, öz kəndimizə qaz çəkdirə bilmirəm”
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Sabir Rüstəmxanlı Baş nazir Əli Əsədovun iclasda iştirakından istifadə edib bəzi problemləri qaldırdı. Millət vəkilinə görə, müəyyən bir dövrdə Azərbaycanda yanlış bir yanaşma olub, hesab ediblər ki, kitabxanalara ehtiyac yoxdur. “Kitabxanalar bağlanıb, rayonlara kitablar getmir. Oxumayan millətin gələcəyi necə olacaq? Heç olmasa mövcud olanlar qorunub-saxlanılsın”,- S.Rüstəmxanlı bildirdi.Daha sonra deputat bildirdi ki, seçildiyi Neftçala qaz çıxarılan rayondur. Amma qaz kəməri kəndlərin yanından keçsə də, həmin yaşayış məntəqələrində qaz yoxdur: “Bu dövlətin müstəqilliyində böyük zəhməti olmuş Xəlil Rza Ulutürkün doğulduğu kənddə qaz yoxdur. Qaz xətti kəndin yanından keçir”.S.Rüstəmxanlı doğulduğu kəndin qaz problemindən də bəhs etdi: “Bu Məclisdə Yardımlının Hamarkənd kəndiindən iki millət vəkili təmsil olunur: mən və Musa Qasımlı. Qaz xətti bizim kəndin 3 km-liyindən keçir, amma sakinlər qaz üzünə həsrətdir. Bu, 3 km nədir ki? 1,5 km-i bir deputatın, 1,5 km-i digər deputatın payına düşür. Onda imkan versnlər, camaat öz hesabına qaz çəksin. Qarabağ meşələri kimi, unikal meşələr qırılıb məhv edilir. Mən xahiş edirəm, Əli müəllim, bu problemin həlli üçün göstəriş verəsiniz! Cənab prezidentə bir vaxt müraciət etdim, bir sərəncamı ilə 8 kəndə yol çəkildi, indi camaat o yoldan rahat şəkildə istifadə edir. İndi də qaz probleminin həllinə ehtiyacv var. Mən el-obaya cavab verə bilmirəm ki, neçə ildir millət vəkiliyəm, öz kəndimizə qaz çəkdirə bilmirəm. Onda millətin dərdini necə həll edə bilərəm?”Spiker Sahibə Qafaraova çıxışa reaksiyasında dedi ki, indiyədək bir çox məsələlər həllini tapıb, 3 km-lik qaz xətti məsələsi də həllini tapar.