Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Türk şirkətinin Bakıya xəyanətinə – Reaksiya

    “Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq.

    Bu sözləri Axar.az-a Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus”un İstanbuldan İrəvana uçuş həyata keçirmək qərarına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili “Pegasus”un bu addımını indiki şəraitdəAzərbaycan üçün məqbul saymadığını qeyd edib:

    “Görünür, Türkiyədə yaşayan ermənilərin maraqları əsas götürülərək belə bir addım atılıb. Azərbaycan Türkiyənin daxili işlərinə qarışmır, ancaq bu addımı məqbul hesab etmirik. Bu, Bakının maraqları baxımından düzgün deyil. Çünki Türkiyə Ermənistanın işğalçı siyasətinə qarşı İrəvanın iqtisadi blokadada qalmasına köməklik göstərməlidir. Düzdür, hazırda vacib olan Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurmamasıdır. Ancaq istənilən halda “Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq”.

    Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı sözügedən qərarı kəskin qınayıb:

    “Pegasus” onsuz happy wheels demo da indiyə qədər İrəvana iki dəfə uçuşlar həyata keçirib. Görünür, o vaxt adekvat reaksiya verməməyimiz indi “bəhrəsini” göstərir. Türkiyədə elə şirkətlər ola bilər ki, ki, başında ermənilər dayanar və öz qazanclarını dövlət maraqlarına qurban verməzlər. Bu gün İstanbulda 100 minə yaxın erməni çalışır və tərbiyəçi olaraq Türkiyədə evlərə buraxılırlar. Halbuki vaxtilə Türkiyədə evlərdə tərbiyəçi işləyən erməni qadınları çoxlu türk kişilərini əbədi şikəst etdiklərini və onların heç vaxt övladının olmayacağını etiraf ediblər və bunlar tarixi faktlardır. Buna baxmayaraq, bu gün erməni qadınları Türkiyədə uzun müddət sərbəst çalışırlarsa, Gürcüstan üzərindən Türkiyə və Ermənistan iqtisadi əlaqələri varsa, sabah sərhədlər açılsa, təəccüblənmərəm. Hər halda, Türkiyə rəsmiləri özlərinin qəbul etdikləri gərək Qarabağ şərtini heç vaxt unutmasınlar”.

    Qeyd edək ki, ucuz aviabiletləri ilə məşhur olan Türkiyənin tanınmış hava yolları şirkətlərindən “Pegasus” iyunun 1-dən etibarən İstanbuldan İrəvana birbaşa reyslər həyata keçirəcək.

  • QONDARMA «ERMƏNİ SOYQIRIMI» VƏ ONUN 102 İLLİK SAXTA TARİXİ

    Səməndər Çaxmaqlı

    VHP-nin şöbə müdiri, «İrəvan xanlığı torpaqlarına dönüş» İctimai Birliyinin rəhbəri

    Son zamanlar ermənilər yenə də fəallaşaraq guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədilmiş «soyqırım» nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. «faciənin 102 illik tarixini» qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar.  Onlar qondarma «soyqırımı»nın  102 illiyi» adlı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat tələb etməyə çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda heç 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi  tutmuşlar. Əslində isə, l Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm-dirim mücadiləsi apararkən Bizans, Roma və s. İmperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilər sonuncu sığınacaq yerləri olan Osmanlı imperiyasına  da xəyanət etdilər. Onlar rus qoşunlarının tərkibində «Böyük Ermənistan» yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımları törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı imperiyası onlar Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə  məcbur oldu. Rus yazışısı Yakov İliçov «Türkiyə karvanı» tarixi romanında göstərir ki, 1924-cü ildə Frunzenin rəhbərliyi ilə (V.İ.Leninin göstərişi ilə) Türkiyəyə yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri  ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görərik ki, l Dünya müharibəsi dövründə, sonralar türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımları erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma «erməni soyqırımı» cəfəngiyyat və saxtakarlıqlardan başqa bir şey deyildir.

    Ermənilərin saxtakarlıqlarından söz açan U. Çörçil yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir. Ermənilərin necə saxtakar bir xalq olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyahı Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veldişko, Qriboyedov, Nekrasov və s. kimi dünyada tanınmış şəxsiyyətlər də öz fikirlərini bildirmişlər. Ermənilər daim Rus imperiyası tərəfindən himayə edilmişdir.

    1724-cü ildə rus çarı I Pyotr ermənilərin çar Rusiyasının himayəsi altına alınması haqqında fərman imzalamışdır. 1768-ci ildə II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır. 1769-cu ildə isə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi «Ermənilərin Azadlıq Proqramı» rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir (proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu). 1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik kilsələrindən istifadə edilməsini vacib sayırdı.

    1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına birinci yürüş etmiş, lakin məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1808-ci ildə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə yenidən İrəvan xanlığına yürüş etmiş, lakin növbəti dəfə məğlub olaraq geri çəkilmişdir.

    1827-ci ildə rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına üçüncü yürüş etmiş və İrəvan xanlığını işğal etmişlər.

    1828-ci ildə mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində «müvəqqəti erməni vilayəti» yaradılmışdır. «Müvəqqəti erməni vilayəti»ni dövlət kimi formalaşdırmaq üçün bir sıra addımlar atılmış, həmçinin 1828-1988-ci illər arasında İrəvan xanlığı ərazisindən – Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovularaq çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığını ərazisindən qondarma «Ermənistan Respublikası» yaradılmışdır.

    Ermənilərin Azərbaycanda, Tükriyədə törətdikləri cinayətlər – soyqırımları, terrorçuluq, vandalizm barədə hansı tarixi faktlar məlumdur?

    Ermənilərin «qondarma soyqırımı» iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin olanların çar Rusiyasının avadanlığı ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:

    – 1827-1828-ci illərdə ruslar, erməni quldur dəstələri ilə, İrəvan qalasını işğal etmiş və şəhərdə «qayda-qanun» yaratmaq ermənilərə tapşırılmışdır. Onlar 70 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçilərini, Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar.

    – XIX əsrin II yarısında rus-türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər  rusların köməyi  ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illər), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımları törətmiş, yüz minlərlə dinc  əhalini qətlə yetirmişlər.

    – 1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımları törədərək  150 mindən çox azərbaycan türkünü qətlə yetirdilər.

    Bu illərin qanlı faciəsi yazıçı Mir Möhsün Nəvvabın «Erməni – müsəlman davası» tarixi kitabında, M.S.Ordubadinin  «Qanlı illər» əsərində və Cahangir  Zeynalovun «Müxtəsər Azərbaycan tarixi» elmi-publisistik  əsərində geniş şəkildə öz əksini tapmışdır.

    Bütün bu kimi vəhşiliklərə, soyqırımlara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi «Hnçaq» (zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış millətçi-terrorçu «Daşnaksütyun» (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış «ASALA» terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış «Erməni vətənpərvər ittifaqı», «Hamkavar», «Drosak» (bayraq) və başqa millətçi-terrorçu təşkilatları bu gün də,  «Böyük Ermənistan» dövləti yaratmaq yolunda hər cür qeyri-insani vasitələrdən istifadə etməkdədirlər.

    – 1914-1920-ci illərdə, əvvəllər çar  Rusiyasının,  sonralar isə bolşeviklərin  köməyinə arxalanan ermənilər müxtəlif illərdə Azərbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Ağbaba, Vedibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur və başqa mahallarında quldurbaşı Andranik Ozanyanın erməni quldur dəstələri əhalinin tam yarısını qətlə yetirmişlər.

    1914-cü ildə bütün ermənilərin katalikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri  yaradılaraq Türkiyənin şərq vilayətlərini  zəbt etmək üçün türk torpaqlarına soxuldular. Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir;

    – 1918-1920-ci illərdə Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmiş, 500 mindən çox mülki əhalinin həyatına son qoyulmuşdur.

    – 1948-1953-cü illərdə tarixi Azərbaycan torpaqları olan, indiki Ermənistan ərazisində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi  həyata keçirildi. 100 minə yaxın azərbaycanlı  deportasiyaya məruz qaldı. İqlim və yaşayış tərzinə uyğunlaıa bilməyən bu mülki əhalinin çoxu həyatını itirdi.

    1988-1990-cı illərdə SSRİ rəhbərliyin havadarlığından istifadə edən ermənilər (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycanlını dədə-baba yurdlarından zorla qovub çıxartdılar. Yüzlərlə azərbaycanlı qətlə yetirildi. Ümumilikdə, 1828-1988-ci illər arasında işğalçı siyasət nəticəsində İrəvan xanlığının inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə-baba yurdlarından çıxarılmış, 1 milyondan çox əhali soyqırımına məruz qalmışdır. 1986-cı ildə Yunanıstanın Afina şəhərində Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə «haqq-hesab» məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.

    Bu qərardan sonra Dağlıq Qarabağ  və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünki reallıqdır. Onlarn Xocalıda,Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilmişdir.

    Ermənistan bu gün də qondarma «erməni soyqırımı» cəfəngiyyatını gündəmdə saxlayaraq işğalçılıq siyasətini davam etdirməkdədir. Onların qarşısını yalnız bir yolla – müharibə yolu ilə Qarabağ və İrəvan xanlığı torpaqlarını azad edərək tarixi ədaləti bərpa etmək olar.

  • Müxalifət partiyaları nə işlə məşğuldur…

    Əksər təşkilatların başı özünə qarışıb, kimisi qurultaya hazırlaşır, kimisi də daxili təşkilatlanır…

    Adətən yaz-yay aylarında siyasi partiyaların fəaliyyətində müəyyən bir aktivlik hiss olunurdu. Lakin Azərbaycanda artıq bir neçə ildir ki, müxalifət partiyalarının fəaliyyətində mövsümi tərpənişlər müşahidə edilmir.

    Maraqlıdır, hazırda müxalifət partiyaları nə iş görür?

    Sorğumuz nəticəsində öyrəndik ki, hazırda partiyaların bir qismi qurultaya hazırlaşırlar.

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatını rəhbəri Samir Əsədli “Yeni Müsavat”a bildirib ki, onlarda da qurultay hazırlıqları davam edir:
    “Təkcə qurultay deyil, eyni zamanda partiyanın 25 illik yubileyinə də hazırlaşırıq. Demək olar ki, kənd rayonlarının konfranslarını keçirmişik, böyük şəhərlər, eyni zamanda Bakı qalıb. Nəzərdə tutmuşuq ki, sentyabr ayına qədər konfransları yekunlaşdıraq. Konfransların keçirilməsi əsasən texniki proseslərə görə yubanır. Yerlər tapmırıq, evlərdə də keçirəndə müdaxilələr olur. Dəfələrlə olub ki, rayon təşkilatlarının konfransını keçirən zaman polis müdaxilə edib. Ali Məclisin, İcra Aparatının, Siyasi şuranın fəaliyyət planlarına uyğun olaraq da gündəlik fəaliyyətimiz davam edir. Həm rayon təşkilatlarının, həm də digər sturukturların toplantıları keçirilir”.
    Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə partiya fəaliyyətləri ilə bağlı aşağıdakıları söylədi: “Partiya olaraq elə bu gün (dünən -red.)də toplantıdaydıq. Ölkədəki ictimai-siyasi prosesləri dəyərləndirdik. Hazırda rayon təşkilatlarının yeni konfranslarının keçirilməsi nəzərdə tutulub, regional müşavirələrə hazırlıq gedir. Digər partiyalarla isə hər hansı bir əməkdaşlıq, yeni layihələr planlaşdırmırıq”.
    ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, partiya olaraq cari işlərlə məşğuldurlar: “Çalışırıq ki, partiyanın bacardığımız qədər təşkilat işləri ilə məşğul olaq. Hər həftə toplantılarımız olur. Biz əslində nizamnaməyə uyğun olaraq qurultay keçirməli idik. Lakin obyektiv səbəblərə görə bu qurultayı təxirə salmışıq. Payızda qurultayımızı keçirməyi happy wheels demo planlaşdırırıq və bu istiqamətdə yerli təşkilatlarla iş aparırıq. Xüsusi, nəzərəçarpan hadisə olduğu zaman isə dərhal toplaşıb, buna reaksiya veririk. Çalışırıq ki, respublikanın ictimai həyatında baş verən hadisələrdən kənarda qalmayaq. Hazırda gördüyümüz işlər bundan ibarətdir. Hər həftənin birinci günü partiyanın idarə heyəti, nəzarət-təftiş qrupu toplanır, yerli təşkilatlar da ən azı 3 aydan bir toplantı keçirir. Həmçinin Ali Məclisin də toplantılarını il ərzində ən azı 2-3 dəfə keçiririk”.
    KXCP sədrinin müavini Xəzər Teyyublu isə söyləyib ki, onlar da daxili təşkilatlanma işləri ilə məşğuldurlar:
    “Eyni zamanda bizim bir sıra siyasi partiyalarla əməkdaşlığımız da mövcuddur və hər həftə onlarla toplantılarımız keçirilir. Ümumilikdə ictimai-siyasi hadisələrə münasibətlər bildirilir. Bu ayın da sonunda eyni ilə tədbir keçirməyi planlaşdırırıq. Hər həftə idarə heyətimizin toplantısı keçirilir. Aprelin 2-də isə partiyanın Ali Məclisinin toplantısı keçirildi. Hər həftə keçirilən toplantılar sayəsində müvafiq hadisələrə reaksiyalarımızı bildiririk”.

    Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirib ki, hazırda qurultaya hazırlığı yekunlaşdırırlar: “İstisna deyil ki, may ayında partiyanın növbəti qurultayı keçiriləcək. Hazırda bütün işlərimiz həmin qurultayın hazırlığına köklənib. Partiyanın təşkilat komitəsi hər şənbə və bazar günləri toplanıb, cari işləri müzakirə edir. Eyni zamanda partiya olaraq biz iki formatda təmsil olunuruq. Bunlardan biri partiyaların məşvərət heyətidir. Uzun müddətdir ki, bu formatda təmsil olunan partiyalarla hər həftənin birinci günü toplaşırıq. Bu formatda bizim aprel və may aylarına planlaşdırdığımız iki tədbirimiz var. Digər iştirak etdiyimiz format isə Milli Təşəbbüs Qrupu formatıdır. Orada aprel və may ayları üçün nəzərdə tutulan bir sıra tədbirlər planlaşdırılıb”.

    Əli Rais

    Yeni Müsavat qəzeti

  • “Borçalı” Cəmiyyəti Sabir Rüstəmxanlıya təşəkkür etdi

    Aprelin 18-də Borçalı Cəmiyyətinin İdarə Heyətinin növbəti iclası keçirilib.
    İclasda Cəmiyyətin əsasən ötən ay gördüyü işlər dəyərləndirilib və gələn ay üçün fəaliyyət proqramı müzakirə olunub. Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək görülən işlər haqda məlumat verdikdən sonra İH üzvləri Hüseyn Yadigarov, Rüfət Muradlı, Cəmiyyətin fəalları Nazim Musayev, Elbəyi Cəlaloğlu, Mustafa Vəliyev qoyulan məsələlərlə bağlı öz düşüncələrini paylaşıblar.
    İclasda Güney Azərbaycanda son günlər baş verən sel hadisəsinin qurbanları sayğı və rəhmətlə anılaraq Azərbaycan hökumətinə təbii fəlakətdən əziyyət çəkın soydaşlarımıza yardım üçün çağırış edilib. İH üzvləri qardaş Türkiyədə keçirilən referendumun sonuclarının da Türkiyə xalqı üçün uğurlu olmasını diləyiblər.
    Borçalı Cəmiyyəti İdarə Heyətinin  mövcud qərargahdakı son iclası qurumun dörd ilə yaxın qərargahla təmin olunmasına yardım edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri Sabir Rüstəmxanlıya təşəkkür müraciəti ilə öz işini sona çatdırıb.
  • «ЭТО – НЕ РАЙ, ЭТО – БАКУ…»

    Вячеслав АР-СЕРГИ

    «ЭТО – НЕ РАЙ, ЭТО – БАКУ…»

    Эскиз к портрету

     

    Мы сидели накануне лета на берегу Каспийского моря… Дул лёгкий утренний бриз, шевеля седоватые, но не утратившие непокорной густоты волосы моего собеседника. Он крепок в теле – видится деревенская закваска настоящего горца, не упущенная им ни в его министерские, ни депутатские годы… Мы сидели под шатром прибрежного кафе и ждали своего кутума – местной рыбки, которого здесь готовили просто изумительно. Стояла прекрасная погода. На голубовато-тёмные волны взбегали маленькие белые «барашки» и тут же исчезали, успев сообщить миру, что не стоит беспокоиться о настроении его Каспийского величества – настроение прекрасное, чего и вам желает во всех ваших хороших делах… Солнце, уже и вставшее высоко, всё ещё потягивалось спросонок и не спешило пока опалять, а просто грело – себя и нас… Под редкое, нераздражительное стаккато прибрежной гальки проносились грациозные фигуры молодых официантов, обслуживающих ряды своих прибрежных шатров. Где-то за нами, рядом, глубоко и высоко дышала махина мегаполиса. Баку жил там своей жизнью и нисколько не мешал нам… Хотелось отряхнуть свои крылья и взлететь высоко-высоко, прямо до этих белых редких облачков, неспешно уходящих к морскому горизонту…

    – Сабир-бей, наверное, это и есть – рай… – вдруг сказал я, оглянувшись вокруг.

    На что услышал краткое и чёткое:

    – Это – не рай, это – Баку …

    В этой фразе – молниеносном росчерке азербайджанской камчи, было много такого, о чём я понял лишь потом… А если и не понял до конца, то всё же кое о чём и догадался…

    В то утро мы сидели на Бакинской набережной с человеком, накрепко вошедшим в мои мысли, но даже и не догадывавшимся дотоле об этом. Это был – Сабир Рустамханлы. Имя, известное мне уже задолго до встречи с ним самим. О нём рассказывал мой литературный наставник, старший товарищ, поэт от Бога, Владимир Романов (1943-1989). Они когда-то, ещё молодыми и задиристыми, познакомились на Всесоюзном фестивале молодых поэтов (ах! было время… проводились и такие) и подружились там. Наш Владимир Васильевич частенько вспоминал своего азербайджанского друга, и в пору своих душевных откровений поучал меня: «Строка, мой друг, должна звенеть от собственного веса… Но при этом уметь лететь и бабочкой на свой огонь… Посмотри, как пишет Сабир Рустамханлы! В его строках нет ни одной половы, всё – полновесное зерно! Но ничего… Вот чуток подрастешь и поедем мы с тобой к Сабиру, моему другу, и всю неделю будем гулять у него, слушать балабан и радоваться. Ведь Сабир – это водопад в горах! Все ему радуются, восхищаются и всем нужна его живительная влага… Особенно в нижних долинах. Хотя никто не думает, как непросто и водопаду каждую секунду биться о камни, торить свой путь… Таков и он – удел поэта…».

    Но не пришлось удмуртскому поэту проведать своего азербайджанского собрата. Он упокоился на пригородном ижевском кладбище, вконец измотанный болезнями и бедностью, завистью придворных коллег к его большому таланту, травлей местных властей… Увы, нередкий финал жизненного пути настоящих национальных поэтов из глубин российских… Конечно, мы поддерживали нашего наставника, но наших усилий – не доставало… А всё, чем наполнил меня мой литературный пестерь, мой наставник, я с уважением и признательностью – сохранил, сохранил и приумножаю – по благодати Творца нашего. И тогда же я был почти что уверен, что судьба и меня одарит доброй встречей с самим Сабиром Рустамханлы. А тут и его «Книга жизни» (1990 г. «Омур китабы», перевод на русский язык Р.Бадалова) подоспела, восторженно встреченная во всех национальных регионах нашего Урало-Поволжья. Доходило до того, что в некоторых литературно-культурных сообществах нашего края было просто неприлично не прочитать эту книгу выдающегося азербайджанского Мастера, не знать о ней. О ней говорили, с ней спорили – равнодушных не было. Сабир Рустамханлы буквально криком души обращался и к своим сонародникам, и к нам – помните о корнях своих, не будьте «манкуртами», забывшими род свой и язык свой, народ свой и землю свою… Храните очаг горящий и святой от недругов! Берегите язык ваш, землю вашу! А с какой любовью, тактом и теплом он писал о своих сородичах, сонародниках – это было ново, ново и значительно. А сколько было печали в его страницах, пульсировавших болью за свой народ, поливший собственной кровью все камни древнего Азербайджана… Его север и его юг… И боль, и радость поэта – радость ожидания света завтрашнего дня, нам были очень понятны…

    И вот наконец-то это свершилось – наша встреча – в Казани, на праздновании Тукаевского юбилея. Судьба свела нас – и мы познакомились.

    Сабир Рустамханлы оказался среднего роста, матёрого вида неслабый человек. Но вместе с тем очень деликатный и интеллигентный – «зияллы киши», как называют такового тюрки. Народный поэт Азербайджана, доктор филологических наук, признанный Мастер-устад азербайджанской литературы. Он высоко ценит острое и сочное, умное слово, сказанное вовремя и по делу, умеет услышать его и сам сказать. Он не строит из себя всезнайку, надувающую от собственной важности щёки, он совершенно открыт всему новому, но меряет всё это собственным ярдымлинским аршином, не подводящим его никогда. В доброй компании он – совершенно свой. От души смеётся, собирая весёлые морщинки у глаз – родниково-притягательных, несколько подусталых, но очень внимательных, светящихся добрым теплом… Одет со вкусом, вид – располагающ. Стремителен в движении, задумчив при беседе. Таким я и представлял его по речам моего наставника и по фото, увиденным мною из его книг. Рукопожатие крепкое, ладонь – широкая и могутная, сухая и тёплая. Когда меня представили ему и он узнал – кто я и зачем подошёл к нему, он тут же солнечно улыбнулся и приобнял меня – салам, салам, друг – гардаш! Говорили мы много, обо всём, а расстались – не наговорившись.

    – Жду в Азербайджане, – сказал он при прощании. – Когда-то наши предки были одним народом – нынешние тюрки и финно-угры, и понимали друг друга без переводчиков. Поймём и мы сейчас. И да поможет нам наша пери – Поэзия… И ещё… добрым словом помянем Володю Романова, большого поэта и нашего друга.

    И вот я в Азербайджане.

    То, что почувствовал с первой минуты своего пребывания в этой стране, всё более укреплялось во мне – чувство доселе мною неведомого. Мало, очень мало мы знаем об Азербайджане, право-слово. Даже из курса средней нашей советской или российской школы, вуза, наших ТВ и разнообразных СМИ. Я смотрел в лица жителей Баку, Шемахи, Шеки, Евлаха, Билясувара, Сальяна, Масаллы, Ярдымлы – родного района Сабира Рустамханлы, и будто заново перечитывал бессмертные страницы произведений гениев мировой поэзии – Низами Гянджеви, Насими, Хатаи, Физули, Мирзы Фатали Ахундова, Микаэла Мушфига, Самеда Вургуна и многих других. И современных авторов, в том числе… А что не успелось до этого – читалось, именами заносилось в памятки уже здесь. Исподволь и с толком. Ведь я шёл по стране, ведомый верной и надёжной рукой большого поэта, истинного азербайджанского писателя – Сабира Рустамханлы. Он щедро дарил мне встречи со всё новыми и всё более захватывающими страницами книги его Азербайджана… И ещё… Я чётко осознал то, что те азербайджанцы, которые живут у нас, в российских провинциях, работают кто где, в основном в торговле, держат разные кафе – большие и малые, и те азербайджанцы, что живут и работают на исконной земле своих предков, дома, – это несколько разные люди. Суть не в том, что – лучше или хуже, нет, а в том, что – разные. Это можно понять только при близком рассмотрении, а именно – из самого Азербайджана, где уже на второй-третий день буквально по глазам начинаешь узнавать беженцев и собственным лбом ударяешься о нерешённую их проблему и при этом абсолютно не знаешь, как им помочь, когда и сам – «ведом ветрами разными…». Это оставляет тяжёлый отпечаток на душе… Но с этим люди там живут изо дня в день… А ты уезжаешь – уже к своим проблемам.

    Я попросился на несколько дней в Ярдымлы, в родное селение клана Рустамханлы – Хамаркенд. Добираться в этот горный район – целое приключение. Приключение занимательное и приятное, ведь оно прерывалось и на чаепитие у водопада Рустамханлы, находящегося уже в родных горах Сабир-бея. Хамаркенд – родина Сабира Рустамханлы, сына Худу. Здесь он родился 20 мая 1946 года. Учился в райцентре Ярдымлы, отсюда ушёл покорять свои вершины в Баку – поступил на филфак университета, премного и приятно удивив этим всех своих сородичей, отца и мать – тоже. И во многом судьба благоволила ему – одаряла удачами. В жизни, науке, работе и литературном творчестве. Много раз избирался депутатом Милли Меджлиса Азербайджанской Республики – это тоже в добрый зачёт. И в благодарность своей судьбе за дары её Сабир Рустамханлы очень много работал – всегда. Работает и сейчас…

    Я шёл пешком по каменистым улочкам этого древнего селения и слушал рассказы Садата, младшего брата Сабира Рустамханлы – директора местной школы. Он настоящий муаллим – учитель и наставник. Садат-муаллим – очень добрый человек, настоящий сельский интеллигент, скромный и аккуратный в поступках и словах. По-русски ему здесь говорить – мало практики, а он учитель русского языка. Но с течением времени я уже чувствую, что потихоньку сам перехожу на тюркский, помня своё бытовое знание татарского. Языку наших старинных соседей татар, неблизко, но сродственному азербайджанскому, я учился в юности – и вот, не всё ещё забыто. Наоборот, откуда-то тюркский появляется во мне всё новыми пластами – и самому удивительно. Может быть, по Сабиру Рустамханлы, и верно – это генетическое… Из глубин веков. Ведь что такое для большой Истории пара-другая тысячелетий – фу… мгновения и только…

    В Хамаркенде, ясное дело, все знают Сабира Рустамханлы и гордятся им. А как же? Ведь и Сабир-бей также гордится своими земляками и не устаёт благодарить их своими книгами. Сколько у него их сейчас? Полагаю, что если считать вместе с зарубежными изданиями, то с полсотни будет…

    В Хамаркенде потрясающие закаты и восхитительные рассветы – здесь невозможно не стать поэтом… Наверное, это оттого, что здесь, в горах, и небеса – поближе, а в небесах – и сам Творец вместе с гуриями, поющими на всем понятном здесь азербайджанском языке… Со здешних высоких яйлагов видно далеко-далеко… Да и тебя, наверное, сразу видно – от этого хочется быть стройным и красивым, как хамаркендцы.

    А затем было много и других встреч. Особенно в Баку. Мы говорили и говорили. Помянули, конечно, тех, кого не было с нами. Двух Володь. Один – Володя Романов, Владимир Васильевич, удмуртский поэт; другой – Володя Трофименко, Владимир Петрович, переводчик стихов Сабира Рустамханлы на русский язык. Много добрых слов услышалось о нём от Сабир-бея… Да упокоится душа русского поэта Владимира Трофименко с миром… На нашем столе московская книга с его переводами стихов Сабира Рустамханлы – «Жду весточки». И вот оттуда:

    Поворот – сдают нервишки:

    ветра гром, визжат покрышки,

    маков смазанные вспышки

    на дорогах Ярдымлы.

     

    Остановится машина –

    тишина ненарушима,

    впереди у нас вершина

    и дороги Ярдымлы.

     

    По долине были маки

    а в лесах – лесные арки,

    зубья скал, орлы во мраке

    на дорогах Ярдымлы.

     

    То охота к звёздам взвиться,

    то рекой греметь, клубиться,

    то без памяти влюбиться

    на дорогах Ярдымлы.

     

    Дубом стать патриархальным,

    хрупким мостиком надскальным

    иль источником хрустальным

    на дорогах Ярдымлы…

    («На дорогах Ярдымлы»)

    – Ах, Москва… Как мы всегда скучали по ней – именно литературной, – говорит Сабир Рустамханлы. – Сколько у меня там было друзей – не сосчитаешь… И везде принимали нас хорошо, главное – надо было самому быть человеком… А будучи за границей мы вообще с москвичами чувствовали себя роднёй. Так получилось, к слову, в Польше, где на литературных днях мы познакомились с Юрием Поляковым и другими. Мы были молоды, горячи, но как-то сразу находили дружеское, общее… А впрочем, что его нам было искать? Нас объединял Пушкин, Лермонтов, Гоголь, Толстой… целая русская литература… Эти имена дополнялись современниками, среди которых и мы, наверное, не были чужими…

    О том, что нас не разъединяет, а именно – объединяет, говорил Сабир Рустамханлы и на большой сцене в своей юбилейной речи – в прошлом году, в мае. Знаете, до этого мне ни разу не приходилось видеть такого, чтобы на творческий вечер поэта люди пробивались, простите меня, как на футбол. Столпотворение! Редкие обладатели пригласительных билетов буквально протискивались сквозь плотные ряды несчастливцев, пришедших к дверям театра, увы, без билета… Баку жаждал услышать своего Поэта, побыть рядом с человеком, вошедшим в новейшую историю Азербайджана – полновесно, красиво и достойно. И Баку был удовлетворён – Сабир Рустамханлы, как всегда, был в ударе. Переполненный зал дышал буквально в такт его дыханию – энергичному и глубокому; он был просто красив. Он потрясающе читал свои новые стихи, отвечал на вопросы зала – и всё это задушевно, с легким юмором и добрым участием ко всем. Мне казалось, что если сейчас Сабир-бей поднимет руку и поднимет народ, то – за ним пойдут. Все. Как за Шандором Петёфи. Но сегодня Сабир-бей приглашал людей слушать друг друга и слышать, быть внимательным друг к другу , беречь друг друга, но и простаками – не быть… Он как шах Хатаи, мыслью своею кружил по Азербайджану, как на коне, и стойко оберегал его границы… Видели это и други и недруги. И особенно при последующей презентации его романа «Восхождение на плаху», выпущенном московским издательством «Художественная литература».

    Вечер Сабир-бея удался на славу, право-слово. Но это была и встреча с Поэзией. Ах, как же мало ей остаётся места в нашей жизни… Потому что поэтов уровня Сабира Рустамханлы, увы, всё меньше и меньше… Лишь ему подобные, как посвящённые, могут выкликать апостолов-гениев на встречи с людьми в жизни живой. Своими строками – как молитвами.

    А у меня в память о том вечере остались мысленные чётки – метками на благодарной памяти. И знаете, из чего составлены были бусины этих чёток? Из имён людей, о которых я унёс из Азербайджана самую добрую память. Когда весь мой мир рядом уже спит, я – дома, заканчиваю свою работу и вынимаю из моей памяти эти заветные чётки и перебираю зёрнышки. Сначала я беру крупное зерно и говорю: «Яшасын, Азербайджан!» («Живи, Азербайджан!»). Второе зерно – «Дорогой мой старший товарищ Сабир-бей, доброй вам ночи. Мира и благоденствия вам и Роду вашему»… А затем и другие бусинки – именами братьев, детей, племянников Сабира Рустамханлы… Мадат, Садат, Дилавер, Фаиг, Закир, Алиовсат, Шахбаз, Джалал, Гюндуз, Джамиль, Намик, Туркел, Эльчин, Анар… И ещё многих-многих, кого знаю или вспомню сразу. Или чуть потом. В их числе и милых дам клана Рустамханлы – поклон им всем… Всем – самые добрые мои пожелания. И от этого в мою душу приходят радостный покой и благодать Божия.

    …А тогда… На берегу Каспийского моря стояла изумительная утренняя погода и мы запивали своего кутума, деликатесную морскую рыбу, добрым азербайджанским вином. Оглядевшись вокруг, переполненный изобилием земным и довольный дружеской беседой, я вдруг сказал:

    – Наверное, это и есть – рай…

    На что мой собеседник ответил:

    – Это – не рай, это – Баку. Рай – для святых, Баку – для людей.

     

    Ижевск

  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günüdür

    Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür.

    APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

    Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

    Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

    1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

    Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

  • “Nuru Paşanın Bakıda abidəsi qoyulmalıdır”

    Sabir Rüstəmxanlı: “Onun xalqımız qarşısındakı xidmətləri danılmazdır”

    Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib. Onun sözlərinə görə, Nuru Paşanın abidəsinin qoyulmasına çox böyük ehtiyac var:
    “Nuru Paşanın rəhbərliyi ilə türk ordusunun Azərbaycana gəlişi xalqımızı faktiki olaraq erməni-bolşevik qırğınından xilas etdi. Əgər Nuru paşa olmasaydı, o zaman Bakının özündə bir türk, bir müsəlman sağ qlamayacaqdı. Onun xalqımız qarşısındakı xidmətləri danılmazdır. Bu səbəbdən də Nuru Paşanın azad etdiyi Bakıda heykəlinin qoyulması təqdirəlayiq olardı. Nuru Paşanın heykəlinin bu günə kimi qoyulmamasının özü təəssüfedicidir ”.

  • Novruz bayramı münasibəti ilə VHP-nin təbriki

    Əziz soydaşlarımız!
    Sizi Azərbaycan xalqının ən qədim bayramlarından biri olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
    Novruz özündə xalqımızın zaman-zaman yeni dini baxışlarının da təsir etdiyi, başqa sözlə, bütövlükdə min illərlə xalqımızın həyatında mövcud olmuş dünyagörüşləri özündə əks etdirən bir bayramdır. Təbiətin oyanması, torpağın ayılmasını yeni il olaraq qəbul edən xalqımız bu bayramda ibtidai inanclarından başlayan və bu gün də sirrini özündə saxlayan mistik baxışlarını ifadə edir.
    Novruz həm də milli birlik, həmrəylik bayramıdır. Təsadüfü deyil ki, Novruzda küsülülər barışır, doğmalar, yaxınlar ziyarət edilir, el birləşir: hazırda bir ənənə olaraq saxlanılan, zamanında isə bütün evlərdə bayramın qeyd edilməsi üçün “qurşaq atdı” kimi pay bölgüsü aparılır…
    Əziz soydaşlarımız!
    Hər birinizi bir daha təbrik edir, ocağınıza ruzi-bərəkət, xalqımıza sülh, əmin-amanlıq, rifah arzulayırıq. Hər il olduğu kimi, bu il də əsas diləyimiz əlbəttə ki, işğaldakı torpaqlarımızın azad edilməsi, köçkünlərimizin Novruzu öz yurdunda qarşılaması, Qarabağda hər evdə Novruz tonqalının yanmasını görməyimizdir. İnanırıq ki, o gün uzaqda deyil.

    Hörmətlə,
    VHP Siyasi Şurası

  • Sabir Rüstəmxanlı: Bayramınız mübarək!

    Göz açıb- yumunca 2017-ci ilin bahar bayramı da gəlib çatdı. Düzünə qalsa ürəyimdə elə bir bayram ovqatı yoxdur. Amma hər halda ilin ən əziz bayramıdır. İndi də belədir, qadağan olunduğu illərdə də beləydi… Gözəlliyi nədədir bu bayramın? Bu sualın çoxlu cavabı var. Ancaq, görünür, əsas olan Novruzun təbiətdən doğulmasında, zamanla uzlaşmasındadır. Qışdan çıxmaq, dağın-daşın yenidən oyanmasını görmək, yenidən qolunu çirməyib toxumu torpağa, ümidlərini zəhmətinin bərəkətinə tapşırmaq, qanının yolların çağırışına qaynaması bunun göstəricisidir.. Bundan əlavə, qədim adət-ənənələrin xatırlanması, evlərin və ürəklərin təmizlənməsi, ölüləri ziyarət, dirilərə baş çəkmək, küsənlərin barışması, evlər arasında, azına-çoxuna baxmadan, bayram sovqatının dolaşması, uşaqların tonqal və papağatdı sevinci… Bütün bunlar Novruzun əsl ümumxalq bayranına çevrilməsinə, qutsallaşmasına və ən ağır qadağalar altında da yaşamasına səbəb olmuşdur.
    Novruz insanı ocağa, ailəyə, torpağa, Yurda bağlayan bayramdır. “Kim Novruz bayramını öz evində qarşılamasa yeddi il bayramı kənarda keçirər, evinə qayıda bilməz” inamı təsadüfən yaranmayıb…
    Torpağımızın od püskürməsi, Vətənimizin adının bir yozumu, qədim türklərin Yaranışla bağlı dastanları… hamısı Bahar bayramının Azərbaycan türklərinin və bütün türk dünyasının , eyni zamanda bizimlə iç-içə yaşamış qardaş xalqların halal bayramı olduğunu göstərir.
    Bayramınız mübarək olsun, əziz dostlar, qohumlar-qardaşlar, bu bayramı min illərin tufanlarından keçirmiş, cəfakeş, əzabkeş, bütün bəlalara baxmayaraq yaşayan və yaşayacaq Azərbaycan xalqı, bu bayramı keçirən bütün insanlar!..
    Bayramda niyyət tutarlar. Neçə illərdir mənim bütün gizli-açıq niyyətlərim, yazım, sözüm və mübarizəm milli taleyimizlə bağlıdır; faciələrimizə, bəlalarımıza son qoyacaq rahat, savaşsız, ədalətli, qayğısız bir həyat arzusuyla, torpağımızın və millətimizin bütövlüyü ilə bağlıdır..
    Kaş bu bayram bizi son illərdə qanımıza işləmiş bir sıra xəstəliklərdən xilas eləsin: ümidsizlik, özünü bəyənməmək və ya tam tərsinə, özünü tərifləməkdən yorulmamaq, giley-güzar, qeybət, bir-birimizə ögey baxmaq, əliəyrilik, nəfsin və yalanın azğınlaşması, milləti saymmaq, ədalətsizlik, qanunlarımıza sayqısızlıq, haqqını tələb etmək cəsarətinin azalması və s. Cəmiyyətdə qarşılıqlı sayqı və sevgi azalıb. Sosial mediyada öz vətəndaşına, yurddaşına nifrətlə dolu olan cahil, səviyyəsiz yazılar çoxalıb. “ Biz niyə bu yerə gəldik?” düşüncəsi yorucudur.
    Kaş bu bayram hamını xeyirə. xeyirxahlığa, haqqa, düzgünlüyə, Millət sevgisinə yönəltsin. Allah övladllarıımızı , gənclərimizi ehtiyacdan, şər-böhtandan, mühacirət yollarından qorusun! Bir-birimizlə yox, düşmənlə savaşaq! İtirdiyimiz bütün torpaqlarımızda tonqallarımız yansın, bayram süfrələrimiz açılsın!
    Hamıya can sağlığı və xoşbəxtlik arzulayıram!

  • Dost itkisi

    Sabir RÜSTƏMXANLI

    Yeniyetməlik, gənclik dostlarımdan birini də itirdim: İbad İbrahimov. 
    Altıncı sinifdə oxuyanda, rayon məktəblilərinin bədii olimpiadasında tanış olmuşduq… Xalq mahnılarını, muğamları və ya muğam təsniflərini yanğılı, yapışıqlı bir səslə oxuyurdu. Mənim də yeni-yeni şeir yazan vaxtımdı, öz şeirlərimi və məktəb proqramındakı şairlərimizin şeirlərini söyləyirdim… Sonra iki il ard-arda həmin olimpiadaların Bakıdakı yekun müsabiqəsində və Şamaxıda, Cəngi meşəsində məktəblilərin respublika turist toplantılarında iştirak etdik. Buna görə də kəndlərimizdəki yeddillik məktəblərdən sonra Yardımlı Qəsəbə onbirillik məktəbin 8-ci sinfində oxumağa gələndə aramızda yetərincə səmimi bir münasibət vardı. Bundan sonra onbirillik məktəbi bitirənədək keçən dörd il ömrümüzün ən xoşbəxt və ən unudulmaz illəri oldu. Həm təhsilin səviyyəsi, həm ictimai, milli şüuru biçimləndirməsi, həm də bir çox mənəvi keyfiyyətləri aşılamaq ənənəsi baxımından əsl bir universitet keçdik o dörd ildə. Hər gün dağ yollarıyla kəndlərimizə getmək çətin olduğuna görə internatın yataqxanasında qalırdıq. Bir növ müstəqilləşmiş və həyatı bütün acısı-şiriniylə, sevgisi- nifrətiylə dərk etməyə başlamışdıq. İlk sevgi, gələcəklə bağlı ilk planlar, oxumaq həvəsi və öz evinin altı- yeddi kilometrliyində yataqxanada yaşamaq sıxıntısı… Həyat öz sərt üzüylə qarşımızdaydı…
    İbad köhnə atəşpərəstlik mərkəzlərindən olduğuna görə Gavran adlanan kənddəndi. Yol yaxın olduğundan yataqxanada darıxanda ara-sıra ona qoşulub gedər və evlərinin ikinci mərtəbəsində, aynabənddə sabaha kimi söhbətləşər, arzularımızı bölüşməkdən yorulmazdıq. Burda onun el ağsaqqalı olan atası, ailəsi ilə tanış olmuşdum. Piyada yolu dağın yamacıyla dikəlirdi. Yuxarı qalxdıqca gözümüz önündə Peştəsər dağ silsiləsinin ruhu qanadlandıran görüntüsü açılırdı. Xüsusən aylı gecələrdə gümüş rənginə bürünən dağlar kosmik bir sehir saçırdı. Aşağıda yatağına sığmayan Viləş ərimiş qurğuşun kimi vadi boyu qıvrılıb gedirdi. Burdan baxanda qəsəbədən aralıda təklənmiş, yoxsul, lakin şən yataqxanamız da görünürdü. Aşırımdakı qayaların üstündə otururduq və İbad xahişsiz, minnətsiz oxumağa başlayırdı. Sanki hiss edirdi ki, bu qərib gecələrin təkrarsız mənzərəsinin tamamlanması üçün çatışmayan yeganə şey onun səsindəki kədərdir. Bu səsi dinləyəndə gözüm dolub- boşalırdı…
    Qum dənəsindən tutmuş gül ləçəyinə qədər hər şeyin bizə könül açdığı və ya bizim axşam mehinin, gündoğan şəfəqlərinin dilini anladığımız, duyğularımızın qanad açıb bizi dağlarımızın o üzündəki dünyaya, başımızın üstündə salxımlanan ulduzlara uçuran vaxtıydı. İçimiz ən təmiz və ən təmənnasız bir sevgiylə doluydu. İbad ürək dostum və sirdaşım idi. Bizə görə qohum əqrəbalarımıza da yaxınlaşmışdı.
    Sonra İbad müəllimlik kursunu qurtarıb kənddə müəllim işlədi, Bakı Pedaqoji İnstitutunda qiyabi oxudu. Mən Universitetə girib Bakıya bağlandım. Lakin müəllim işləsə də, rayonun mədəniyyət tədbirləri onsuz keçməzdi. Tədricən İbad ən gözəl muğam ustalarından biri, xalq mahnılarının bənzərsiz ifaçısı kimi bütün bölgədə məşhurlaşdı və hətta müəllimlikdən uzaqlaşmağa məcbur oldu. O zaman qolundan yapışan olsaydı, ölkənin ən usta və təkrarsız muğam ustası məqamına yüksələrdi. Ancaq o öz taleyi ilə barışdı. Yardımlı, Lerik, Masallı , Lənkəran və Astarada yüzlərlə gəncin toy- düyün məclisini öz səsiylə, iştirakıyla canlandırdı, ailələrin əziz qonağı oldu. Həyat yoldaşı olacaq qızla tanışlığı da belə toy məclislərindən birindən başlanmışdı. Lənkəran qızları hökmlüdür, onu Yardımlıdan qoparıb apardı. Lənkəranda özünə gözəl ev- eşik qurdu, şəhərin sevilən mədəniyyət xadimlərindən biri kimi sayğı qazandı, sevildi, üç qız, bir oğul atası oldu. Lakin sonra birdən bir qəfil tale rüzgarı onun nizamını pozdu və ömrünün yaşlı illərini Bakıda çox böyük çətinliklərlə keçirdi.
    Vətəndaş Həmrəyliyi Partiyasının fəallarındandı. Ömrünün sonuna bir gün qalmış partiyaya gəlibmiş, hamıyla görüşüb, zarafatlaşıb, mənə mane olmasın deyə görüşmədən gedib.
    Yay aylarını kənddə keçirməyi xoşlardı. Bu il də havaların qızmasını gözləyirdi ki, kəndə qayıtsın, çox sevdiyi dağlarının gözəlliyini bir daha görsün, havasını udub, suyunu içsin…
    Bu dəfə həmişəlik qayıtdı. Məzar yerini öncədən göstərmişdi, dağ döşündəki qəbiristanlıqda, cavan bir nil ağacının yanında…
    İbad son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dost idi…
    Onu yola salmağa çox adam gəlmişdi. Onun sevdiyi adamlar… Bütün ömrü boyu oxuduğu mahnıların kədəri çökmüşdü üstümüzə…
    12.03.2017