Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP sədri Sabir Rüstəmxanlının Novruz bayramı ilə bağlı təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz soydaşlarım, bacı və qardaşlar!

    Sizlərin hər birini xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı münasibəti ilə təbrik edir, elimizə sülh, firavanlıq, əminamanlıq arzulayıram.

    Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz tərkib hissəsi olub, Odlar diyarında hər zaman uca tutulub. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan və yaşadan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqləri fonunda yaşanan və adladılan təbəddülatlara baxmayaraq, həmin ənənələrin günümüzədək layiqincə qorunub saxlanması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.

    Yazın gəlişi həm də bir ruh, ovqat və nikbinlik gətirir: sabaha inamı, daxili əminliyi artırır, həyatın amansız reallıqlarına rəng qatır, onu daha cəlbedici romantikaya bürüyür.

    Novruz – torpaqla birgə insanın duyğularının oyanması, min illər əvvəlki inamda ifadə edildiyi kimi, Xeyirin Şər üzərində qələbəsi ilə həyatın canlanmasıdır. Qoy bu canlanma sizin ömrünüzdə xüsusi iz buraxsın, xalqımızın taleyində önəmli, ruzi-bərəkətli illərdən olsun.

    Hamınızı bir daha təbrik edir, yeni ildə yeni uğurlar arzulayıram.

  • VHP Xətai rayon təşkilatı Məclisinin növbəti sessiyası keçirilib.

    VHP Xətai rayon təşkilatı Məclisinin növbəti sessiyası keçirilib. Toplantıda yanvarın 31-də doğum günü qeyd olunacaq Məhəmməd Əmin Rəsulzadə anılıb, böyük öndərin ictimai-siyasi fəaliyyətindən danışılıb.

    Çıxış edən təşkilat sədri, şair Faiq Balabəyli Rəsulzadə barədə məlumat verərək, onun həyat və yaradıcılığı barədə geniş məruzə edib.

    Daha sonra gündəliyə uyğun olaraq rayon təşkilatının növbəti konfrans hazırlıqları və qərarların icra vəziyyəti müzakirə edilib. Təşkilat sədrinin birinci müavini Teymur Kəsəmənli konfrans hazırlıqları barədə geniş məlumat verib: “Artıq özək təşkilatlarında ümumi yığıncaqlar keçirilir və konfransa nümayəndələr seçilir. Üzvlərlə müzakirələr aparılır və təşkilatın növbəti konfransının may ayında keçirilməsi nəzərdə tutulur”.

    Yığıncaqda iştirak edən VHP İcra Aparatının rəhbəri Samir Əsədli və partiya sədrinin müavini Arif İsmayılbəyli ölkədə baş verən ictimai siyasi prosseslər və partiyanın qarşısında duran vəzifələr barədə məruzə ediblər.

    Təşkilat sədrinin müaviniləri Fərqanə Mehdiyeva, Səlcuq Elçin, Ağsaqqal Şurasının sədri Ənvər Namazaliyev, məclis üzvlərindən Narıngül Nadir, Sultanağa Sultanov, NTK sədri Ülkər Məmmədli və başqaları çıxış edərək, təşkilatının fəaliyyəti və digər məsələlərə fikirlərini bildiriblər.

    Sonda bu ilin noyabr ayında keçiriləcək parlamant seçkilərində 33 saylı Xətai birinci seçki dairəsinindən Şəfəq Qulusoyun, 34 saylı Xətai ikinci seçki dairəsində Felmar Ələkbərlinin, 35 saylı Xətai üçüncü seçki dairəsinindən Ənvər Namazaliyevin, 36 saylı Xətai dördüncü seçki dairəsində İsmi Şahzadənin namizədliyinin irəli sürülməsi üçün hazırlıqların aparılması barədə qərar verilib.

  • Xocalı soyqırımının anılması və ya İstanbul baş konsulluğumuz barədə bir neçə söz…

    Sabir RÜSTƏMXANLI

    Xocalı soyqırımının bu il Türkiyədə əvvəlki illərdən daha dolğun, daha yüksək səviyyədə anıldığını kimsə inkar edə bilməz. Böyük Millət Məclisindən başlamış universitetlərə, sivil toplum örgütlərinə, mədəniyyət mərkəzlərinə, televiziya proqramlarına qədər… Fevralın sonuncu ongünlüyündə qardaş ölkənin əksər ellərindən bir Xocalı rüzgarı keçdi; yürüşlərin, mitinqlərin, konfransların, simpoziumların, televiziya verilişləri və xəbərlərinin dəqiq sayını kimsə deyə bilməz; bu tədbirlərdə on minlərlə insan iştirak etdi.

    Türkiyənin bu ilki “Xocalı həssaslığının”, “Xocalıya ədalət” çağırışına bu qədər ürəklə cavab verməsinin səbəblərindən biri, şübhəsiz, ermənilərin aprel ayında uydurma “erməni soyrıqımı”nın 100 illiyi ilə əlaqədar hazırladıqları şoudur. Türkiyə də, bizim kimi, dünyaya demək istəyir ki, 1915-ci ildə türklər heç bir soyqırımı törətməyiblər, əsil soyqırım 23 il öncə, bu gün yaşayan bir çox insanın gözünün önündə, Xocalıda Azərbaycan türklərinə qarşı törədilmişdir. Yüz il Doğu Anadoludan köç etdirilən neçə yüz min erməninin dərdinə yanan dünya nədən 25 il öncə Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulan 1 milyon insanı görməzdən gəlir, bu qaçqınların faciəsini düşünmür.

    Xocalı soyqırımının şahidləri hələ yaşayır. Bu faciəni törədən insanlıq qatilləri bu gün cinayətlərinin mükafatı olaraq Ermənistana rəhbərlik edirlər.

    Müharibə vaxtı əhalinin bir bölgədən başqa bölgəyə köçürülməsi təcrübəsi yeni deyil. Eyni iş SSRİ-də də görülmüşdü; Stalin rejimi türklərə güvənməzlik bəhanəsiylə Krım, Axıska, Quzey Qafqaz türklərini bir neçə gündə qatarlara doldurub yaşanılmaz, boş çöllərə sürgün etmişdi. On minlərlə insan bu köçün qurbanı olmuşdu, şəhərlər, kəndlər viran qalmışdı, xalqların yüz illər ərzində yaratdıqları bütün maddi-mənəvi dəyərlər əllərindən çıxmışdı.

    Gəlin bu iki hadisəni müqayisə edək; ermənilərin Doğu Anadoludan köçürülməsinin əsası vardı. Onlar Osmanlı vətəndaşı ola-ola Osmanlıya qarşı vuruşan çar Rusiyasına yardım göstərir, öz ölkələrinə xəyanət edirdilər. Bəs Axıska, Krım, Quzey Qafqaz türklərinin nə günahı vardı? Nədən bu gün SSRİ-nin varisi olan Rusiya bu ağır köçlərə görə “türklərə soyqırım yapdı!”- deyə ittiham edilmir, ancaq Türkiyə haqsız bir ittihamla üz-üzədir.

    Nədən bəzi Qərb ölkələrinin əsil soyqırım cinayətləri  xatırlanmır, amma Türkiyənin adı hallanır?

    Bu suallar keçirilən mitinq və konfranslarda tez-tez səslənirdi.

    “Xocalıya ədalət” çağırışının bütün dünyada ildən-ilə daha gur səslənməsinin bir səbəbi də, məncə, Azərbaycan Dövlətinin bu işə xüsusi diqqət verməsi, qazanılan təcrübə və bu işin ildən-ilə daha peşəkarlıqla görülməsidir.

    Xarici ölkələrədəki diplomatik nümayəndələrimizin, səfirliklərimizin fəaliyyəti bu baxımdan ayrıca qeyd olunmalıdır.

    Millət vəkili və Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq mən hər ilin fevral ayının sonlarını xarici ölkələrdə, diaspor təşkilatlarımızla keçirməyi özümə borc sayıram;adım rəsmi siyahılarda oldu-olmadı. “Xocalıya ədalət” tələbini ardıcıl olaraq, Azərbaycanı təmsil etdiyim İslam İş Birliyi Təşkilatı ölkələrinin Parlament İttifaqında, DAK-ın ABŞ, Avropa tədbirlərində və Türkiyədə səsləndirməyə çalışmışam.

    Bu il Türkiyədə iştirakçısı olduğum yürüş, mitinq, görüşlər və televiziya verilişləri barədə mətbuatda məlumat verilib, özüm də vaxt tapanda isti-isti qeydlərimi yazırdım, təkrara ehtiyac duymuram.

    Məncə, Türkiyədə Xocalı tədbirlərinin yüksək səviyyədə, peşəkarlıqla keçirilməsinin bir səbəbi də qardaş ölkədəki diplomatik nümayəndəliyimizdir.

    Mən və həyat yoldaşım Tənzilə xanım həmin günlərdə yaşadığımız ailə faciəsinin ağrılarını içimizdə boğaraq, bəzən bir yerdə, bəzən ayrı-ayrılıqda İstanbulda, Sakaryada, Muğlada, Yalovada, İnəgöldə, Amasyada, Samsunda – universitetlərin və çeşidli qurumların təşkil etdiyi çoxlu gur məclislərdə, yürüş və mitinqlərdə millətimizin böyük faciəsindən danışdıq.

    Bunların hazırlanması tanıdığımız və il boyu əlaqə saxladığımız sivil toplum örgütləri ilə yanaşı, daha çox Azərbaycanın İstanbul baş konsulluğunun və xüsusən baş konsul, hörmətli Həsən Zeynalovun zəhmətinin nəticəsidir.

    Mən yalnız bizim iştirak etdiyimiz tədbirlərin yığcam coğrafiyasını cızdım, əslində isə konsulluğun həmin günlərdə təşkil etdiyi görüşlərin əhatə dairəsi daha geniş idi. İstanbula Bakıdan bu məqsədlə başqa millət vəkilləri – Fəzail İbrahimli, Aqil Abbas, Ayaz Quliyev də gəlmişdilər və onların da öz iş proqramları var idi. Bütün bu proqramların əlaqələndiricisi İstanbul konsulluğmuz idi.

    Dünyanın müxtəlif ölkələrini gəzməyim və diplomatik nümayəndəliklərimizin işini müşahidə etməyim mənə müqayisə aparmaq imkanı verir və İstanbul baş konsulluğumuzun fəaliyyəti haqqında müsbət rəyim də iştirakçısı olduğum tədbirlərin nəticəsində formalaşmışdır.

    Mən bu yazının verdiyi imkandan istifadə edərək İstanbulda ölkəmizi ləyaqətlə təmsil edən, Qarabağ faciəsinə, Azərbaycan həqiqətlərinə həsr edilən tədbirlərin peşəkarlıqla hazırlanmasına, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə saxlanılması yolundakı xidmətlərinə görə Azərbaycanın İstanbul baş konsulu, köhnə həmkarımız Həsən Zeynalova təşəkkürümü bildirmək istəyirəm.

    Həsən Zeynalovu çoxdan tanıyıram, mövqeyindəki ardıcıllığa, ən əsası vətənini sevən bir insan olduğuna görə ona hörmətim var. Onun Naxçıvanın ağır günlərindəki fəaliyyəti barədə də çox danışmaq, yazmaq olar. İstanbul baş konsulu olduğu illər isə, məncə, onun həm siyasətçi, həm diplomat, həm ziyalı, həm Azərbaycanın mənafeyini qoruyan bir vətəndaş kimi yeni keyfiyyətlərini üzə çıxartdı.

    Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, orda, burda yaşayan millət birdi, dövlətlərimizin rəsmi əlaqələri yüksək səviyyədədir, lakin bütün bunlar əlimizi-qolumuzu sallayıb oturmağımıza haq vermir; bu münasibətləri pozmağa çalışan ciddi qüvvələr orda da, burda da fəaliyyətlərini davam etdirirlər, bəzi xarici ölkələrin fitvası və maliyyə dəstəyi ilə işləyən qurumlar hər xırda imkandan istifadə edib arada soyuqluq, inamsızlıq, münqaişə yaratmağa çalışırlar. Türk, azəri soyadı daşısalar da əslində türk düşməni olanetnik separatçılar yatmırlar.

    İstanbul Asiya ilə Avropanın qovşağında və ya ayrıcında yerləşməklə bərabər, həm də dünyanın bir çox ideoloji, dini, ictimai, siyasi fikir cərəyanların kəsişmə, toqquşma nöqtəsidir. Boğazdan təkcə çeşidli ölkələrin bayraqları altında, çeşidli yüklər daşıyan gəmilər keçmir, həm də bu şəhərə heyrətlə, nifrətlə, paxıllıq və iştahla baxan onlarla dövlətin insanları, o insanların dolaşıq fikirləri keçir. İstanbul yüz illər boyu dünyaya hökm etmiş, Avropanın yuxusunu qaçırmış və bu gün də onun qisasçılıq niyyəti ilə üz-üzə olan, hər cür siyasət rüzgarlarının dolaşdığı şəhərdir. Bütün bunları bilmədənvə görmədən orda normal diplomatik fəaliyyət göstərmək olmaz.

    Bir millət olma, ortaq hədəflərə doğru irəliləmə münasibətlərimizin bütün spektrinə hopmuşdur. Bununla belə, hər ölkənin çoxlu özəl sorunları, lokal, məxsusi işləri, vəzifələri var. İstanbul türk dünyasının fəxri olmaqla yanaşı provoslavlığın da mərkəzi, türk düşmənçiliyinin yuva bağladığı erməni kilsəsinin də baş yönəticiliyinin kök atdığı, onlarla xalqın diaspor təşkilatlarının, onlarla dini cərəyanların sərbəst, yan-yana yaşadığı bir mərkəzdir. Həm də ölkəmizə gəlib-gedən yolların bir çoxu üçün dayanacaqdır, nəfəs – dərmə yeridir. Yəni bu şəhərin iqtisadi, mənəvi-mədəni, istimai-siyasi və o cümlədən diplomatik həyatı daim qaynayır. Burda arxayın mürgüləmək imkanı yoxdur.

    Azərbaycanın İstanbuldakı baş konsulluğu və baş konsul Həsən Zeynalov da bu rejimə uyğun çalışır.

    O, ayıq, dövlətinin mövqeyini təqdim və təbliğ eləməyi, sözünü deməyi, şəhərin gur həyatının nəbzini tutmağı bacaran adamdır. İstanbulda Azərbaycanın bayramlarına və acı günlərinə həsr olunmuş toplantılarda, tematik konfrans və simpoziumlarda, universitetlərdə, mitinq və televiziya proqramlarında bunun dəfələrlə şahidi olmuşam. Azərbaycandan bura “fəaliyyət” adına gəlmiş bəzi missiyalardan fərqli olaraq, o daim dəyişilməz dövlətçilik mövqeyindən çıxış edir və bu məqamda qardaş Türkiyənin bəzi “niyyəti” bəlli olan qəzet və televiziya cızmaqaraçılarına da güzəştə getmir.

    Qarsda Ermənistanla sərhədlərinin açılması və ya dostluq heykəli ətrafında gedən kompaniyalardan başlayaraq, lap yaxın günlərdə “O səs Türkiyə” mahnı yarışmasının nəticələri barədə mətbuatda könül bulandıranlara qədər, gedən heç bir proses Azərbaycan baş konsulluqlarının diqqətindən kənarda qalmamışdır.

    Onun fəaliyyəti bu tipli məsələləri çəkinmədən dəyərləndirərək, qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə xidmət baxımıdan önəmliydi.

    Ölkəmizə aid olan bütün sahələrdə qüsurlarla yanaşı yaxşı işləri də görmək və qeyd etməyi özümə borc sayıram.

  • “Gələcəkdə övladınız şərlənsə, neyləyərsiz?”

    Gənc fəalın şərlənərək həbs olunduğu elə ilk məhkəmə iclasında ifşa edildi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş 19 yaşlı blogger Ömər Məmmədovun işi üzrə dünəndən məhkəmə istintaqı başlanıb. Külli miqdarda narkotik satışı ittihamı ilə mühakimə olunan Ömərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə baxılır. Dünənki məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Ömər yanvarın 24-də Nərimanov rayonu ərazisində stomotoloji klinikadan çıxarkən saxlanılıb və onun üzərindən 6,124 qram heroin tapılıb.

    Ömər Məmmədov elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilməyib. Gənc fəalın məhkəməyə ifadə verməsi məsələsinə gəlincə, onun vəkilləri ittihamın sübutları araşdırılandan, şahidlər dindiriləndən sonra Ömər Məmmədovun ifadə verəcəyini bildiriblər.

    Şahid qismində isə əvvəlcə Öməri həbs edən Daxili Işlər Nazirliyinin Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları dindirilib. Ardınca da hal şahidləri ifadə verib. Polis polkovnik-leytenantı Xəyal Nəsibov dindirilərkən xeyli maraqlı məqamlar üzə çıxıb. Məsələn, məlum olub ki, heç Ömərin üzərinə baxış keçirilməmiş tərtib olunan baxış protokolunda artıq onun cibindən 6,124 qram heroin aşkarlandığı göstərilib. Polis əməkdaşı bunu “texniki səhv” kimi izah edib.

    Ömər Məmmədovun vəkili Xalid Bağırovla polis əməkdaşı Xəyal Nəsibov arasında maraqlı sual-cavab olub. 

  • Ölkədaxili Miqrasiya

    Əlövsət Əliyev

    Ölkədaxili miqrasiya ölkə əhalisinin könülülük əsasında ölkə hüdudları  cərcifəsində yerdəyişməsidir. Nəzərə alsaq ki,  vətəndaşın yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir onda həmin şəxs yaşadıgı ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almalıdır. Qeydiyyata alınmış şəxs haqqında müvafiq məlumatlara uyğun olaraq DİN və  Statistika Komitəsi daxili miqrasiya haqqında məlumatları ümumiləşdirir və illik hesabatlar hazırlayirlar.   Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün şəxsiyyət vəsiqəsi kifayət edir və ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.  

    Lakin nəzərə alsaq ki,  ölkə əhalisinin  35 – 40 faizə qədəri yaşadıqları ünvana qeydiyyata alınmır onda demək olar ki, ölkədaxili miqrasiya proselərinin tənimlənməsində ciddi problemlər var və mövcud statistika reallıgı əks etdirmir.  

     Azərbaycan  Respublikasında  ölkədaxili miqrasiyanın idarəolunmaz vəziyyətdə olması səbəblərini  aşagıdakı kimi  qruplaşdırmaq olar:

    1. Regionlar arasindakı qeyri bərabər həyat şəraiti və iqtisadi vəziyyət  daha cox əhalinin xüsusilə   kişilərin regionları  tərk edərək Bakıya gəlməsinə şərait yaradır.  Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış “siyasət” əslində ğörülən işlərin deyil,  ayırlan pullarin məbləginin hesabatlarda təkrarlanması ilə yadda qaldı. Cünki reqionlarda aparılan tikinti işlərin əksəriyyəti ( məktəblərin tikilməsi, yollarin cəkilişi, bəzi sahibkarlarin öz sərmayələri ilə gördükləri işlər) bu proqrama aid deyil. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası nətinəsində ğözlənilən dəyiçiklik də  hələ ki, hec bir regionda hiss olunmur. Regionların iqtisadi inkişafı olmadan isə əhalinin bölgələrdən mərkəzə axının qarşısının alınması mümkün deyil. Bu isə ölkədaxili miqrasiyanın çox böyük hissəsini təşkil edir. 

  • Ömər Məmmədov məhkəmədə ifadə verdi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən dünənki iclasda necə şərləndiyi barədə danışıb. 19 yaşlı Ömər ifadəsinin əvvəlində bildirib ki, 2 il yarımdır “NİDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub:

    “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz aksiyalarında iştirak edirdim…”

    Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bu yerdə Ömər Məmmədovun sözünü kəsir:

     – İttiham üzrə danış.

     Ömər Məmmədov:

    – İttihama gəlirəm, niyə tələsirsiz? Mənə verilən ittihamın kökündə dayanan məsələlərdən danışıram. Mən 2012-ci ildən başlayaraq, “facebook”dakı “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin admini idim. Bunlar ən məşhur və hökuməti kəskin tənqid edən səhifələr idi. Xüsusilə “Heydər Əliyev adına Səhifə” çox məşhur idi. Buna görə “HİDA”nın iki üzvü həbs olundu. Bilirdim ki, bu səhifəyə görə nə vaxtsa məni də tutacaqlar. Kiprdə təhsil alırdım deyə, ölkədə olmurdum. Keçən ilin noyabrında anam ağlaya-ağlaya mənə zəng eləyib dedi ki, “atanı “banditizm” idarəsinə apardılar”. Bildim ki, səhifəyə görədir. Təxminən 2-3 saatdan sonra anam yenə zəng eləyib dedi ki, oradakı adamlara sənin nömrəni verdim. Az sonra “banditizm”dən bir polkovnik zəng elədi. Dedi ki, “atan yanımdadır, boynuna al ki, “AzTV-dən seçmələr” səhifəsini sən idarə edirsən. Əgər boynuna almasan, atanı həbs edəcəyik”. Doğrusu, əvvəl boynuma almadım, dedim ki, mən Kiprdə yaşayıram, burada təhsil alıram, mənim səhifə idarə eləməyə vaxtım yoxdur. Təxminən bir saatdan sonra yenidən zəng elədi. Dedi ki, “bütün koordinatlar sənə aparır, IP ünvanlar da sənə aiddir”. Bu dəfə boynuma almağa məcbur oldum. Çünki ortada atam vardı. Dedim ki, mən idarə eləyirəm, atamı buraxın, yanvarda Bakıya gələcəm, mənim özümə nə istəyirsiz, eləyərsiz. Razılaşdı. Təxminən 2-3 saatdan sonra atamı buraxdılar. Evə gələndən sonra atam “Skype”la mənimlə danışdı. Məni danladı, dedi ki, daha səhifəni idarə eləmə, təhsilinlə məşğul ol. Polkovnik də bildirmişdi ki, “səhifənin idarəçiliyini dayandırmasan, atanı həbs edəcəyik”. Ona görə səhifənin adminliyindən çıxdım, bir daha idarə eləmədim. Atam mənimlə danışanda dedi ki, gəlmə. Dedim ki, yox, gələcəm, yoxsa səni həbs edərlər. Dekabrın 31-də yenidən atamı “banditizm” idarəsinə çağırdılar. Qarşısına bir şəkil qoyublar, guya, mən sosial şəbəkədə İlham Əliyevi təhqir etmişəm. Amma belə bir fakt olmayıb. “Ksereks”dən çıxarılmış şəkil olub, düzüb-qoşublar. Atamı bir qədər saxlayandan sonra yenə buraxdılar. Atam da təkrar mənə xəbərdarlıq elədi ki, ölkəyə gəlmə, mühacirətə get. Razılaşmadım. Yanvarın 20-də Bakıya gələndə gözləyirdim ki, elə aeroportda həbs edəcəklər. Amma sakitçilik oldu. Axşam saat 6 radələrində gəlmişdim, anam qarşılamışdı. Amma yanvarın 21-də səhər saat 8-də artıq “banditizm”in işçiləri evimizə gəlmişdilər. Səhər tezdən mən yatmışdım, həyətimizdə itin hürməyindən bildik ki, kimsə gəlib. Atam çıxdı. Təxminən 10 dəqiqə onlarla danışdı. Bayıra çıxmasam da, söhbətin uzun çəkməsindən başa düşdüm ki, mənə görə gəliblər. Geyinib çıxdım, atamla birlikdə onlarla getdik. Beləliklə, “banditizm” sərgüzəştlərim başladı. Bizi ikinci mərtəbəyə qaldırdılar, məni sorğu-sual elədilər. Doğrusu, təzyiq olmadı. Mənə təklif elədilər ki, bir protokola imza atım. Guya, dayanacaqda olarkən bir maşın üstümə su sıçradıb, mən də təhqiramiz ifadələr işlətmişəm. İki-üç nəfər yaxınlaşıb sakitləşdirmək istəyib və s. Dedi ki, ya protokola imza atacaqsan, ya da cibindən narkotik çıxacaq. Mən də fikirləşdim ki, protokolu imzalamağı seçdim, fikirləşdim ki, narkotikdənsə 10-15 sutkalıq həbslə canım qurtarar. Dedilər ki, polkovnik səni çağırır. Onun yanına apardılar. Yeri gəlmişkən, evdən aparanda noutbukumu da götürmüşdülər. Mən polkovnikin yanına gedəndə artıq kompüterim hakerin əlində idi. Məndən səhifənin, “facebook”, “twitter”, hətta “instagram” parolumu istədilər, vermədim. Haker bir az əlləşəndən sonra parolları sındırdı, hətta “gmail” postuma da girib məktublara baxdı. Səhifə ilə bağlı sualları cavablandırarkən dedim ki, noyabrdan idarə eləmirəm, parolu yadımdan çıxıb. O səhifəni saxta profildən idarə edirdim. Həmin profili tapıb parolunu sındırdılar, içinə girəndə “bandotdel”in işçiləri bildilər ki, “Heydər Əliyev adına Səhifə”ni də idarə eləyənlərdən biri mən olmuşam. Polkovnik bunu biləndə dedi ki, “mən bu səhifəyə görə iki nəfəri həbs eləmişəm”. NİDA-çılar Məmməd Əzizov və Bəxtiyar Quliyevin adlarını çəkdi. Dedim ki, onlar həbs olunsalar da, çöldə xeyli NİDA-çılar var. Gülümsədi, dedi ki, cibində narkotik var? Dedim ki, mən ölkəyə dünən axşam gəlmişəm, bu gün səhərdən də buradayam, məndə necə narkotik ola bilər. Bundan sonra general zəng eləyib çağırtdırdı, atamla birlikdə onun yanına getdik. Adını bilmirdim, sonradan bildim ki, Mirqafar Seyidovdur. Qayıtdı ki, “birlikdə möhtərəm prezidentimizin uğurlu siyasətini davam etdirməliyik, sən də cavan oğlansan, təhsil alırsan, bəlkə gələcəkdə hansısa vəzifə sahibi olarsan”. Dedim ki, mən doğru nədirsə, onu eləyirəm. Atamın yanında çox təhqiramiz ifadə işlətdi. Dedi ki, “səni idarənin zirzəmisində butılkaya oturdarıq, atan da baxa-baxa qalar”. Ağlıma gətirməzdim ki, bir idarənin rəisi belə fikirlər səsləndirsin, özü də atanın gözü qarşısında. Güldüm. O da əsəbindən qayıtdı ki, “rədd ol”. Atam 20-30 saniyə içəridə qaldı, bilmədim ki, o müddətdə nə danışdılar. Yenə getdik polkovnikin yanına. Orada parollarla bağlı söhbət oldu. 2-3 saat onun yanında qaldıq. Hətta polkovnik oxumaq üçün mənə Heydər Əliyevin kitabını da verdi. Saat 6 radələrində general polkovnikə zəng elədi, nə dediyini bilmirəm, amma o zəngdən sonra buraxdılar. Həmin gün deyəsən, Daxili İşlər Hazirliyinin kollegiya iclası vardı, başları qarışıq idi, yəqin, fikirləşdilər ki, buraxaq, işini sonra bitirərik. Atam sevindi ki, buraxıldıq. Amma mən bilirdim ki, əl çəkməyəcəklər. Onu da bilirdim ki, bütün bloggerləri narkotiklə tuturlar, mənə də bu ittihamı verəcəklər. Yanvarın 24-də saat 12 radələrində Hərimanovdakı stomotoloji klinikaya getdim. Mən həkimin yanında olanda bir nəfər 3 dəfə qapını açıb-bağladı, mən onda şübhələndim. Saat 1 radələrində oradan çıxanda 3 nəfər mənə tərəf qaçmağa başladı. Dostuma zəng eləmək istədim, çatıb telefonu əlimdən aldılar. Əllərimi qandallayıb, başımı aşağı əyib maşına oturtdular. Əlimdə kitab vardı, onu da aldılar. Heç nə demədən başıma, böyrəklərimə vururdular. Başa düşdüm ki, gözlədiyim baş verdi. Harkotiklərlə Mübarizə İdarəsinə apardılar. Həmin vaxt üzümdə saqqal vardı, başladılar vəhhabi damğası vurmağa. Dedilər, vəhhabisən, narkotik alverilə məşğulsan. Əllərim qandallı oturmuşdum, gətirildiyim idarənin adını da bilmirdim. Oturandan sonra da döyməyə başladılar. Bir qədər sonra hal şahidinə zəng elədilər, o da gəlib digər hal şahidini çağırdı. Əvvəl siyasi məhkəmələrdə olmamışdım deyə, bilmirdim ki, bunlar “paykovoy” şahidlərdir. İkinci hal şahidi də ağırdan kəm idi, yolu tapa bilmirdi, ona görə nə qədər onu gözlədilər. Bəlkə başqa yerdə də şahidlik eləyirdi. Gəlib çıxandan sonra məni döyən əlini salıb cibimdən bir büküm çıxartdı. Bilmirəm ki, onu əlini cibimə salanda qoymuşdu, yoxsa yolda maşında məni döyəndə. Harkotiki çıxaranda gülümsündüm, çünki şübhələrim özünü doğrultmuşdu. Sonra “paykovoy” vəkilə zəng elədilər. Dedim ki, öz vəkilim var, əhəmiyyət vermədilər. O da gəldi, sənədləri imzaladı. Hal şahidləri də imzalayıb gedəndə məni tutanlardan biri onlarla çıxdı, başa düşdüm ki, gördükləri işə görə onlara pul verir. Yenə məni döyməyə başladılar. Vəziyyətim pis idi, yerdə iməkləyə-iməkləyə qalmışdım. Döydülər ki, döyməkdən bir iş çıxmır, atamla hədələdilər. Dedilər ki, atanın iş yerini bilirik, əməkdaşlar da hazırda xəstəxananın qarşısındadır, boynuna almasan, atanı həbs edəcəyik. Məcbur olub boynuma aldım. Sonra məni Nərimanov rayonundakı müvəqqəti saxlama təcridxanasına apardılar. Orada hətta yataq da yox idi, paltomu başımın altına qoyub yatırdım. Səs-küy saldım ki, məni istintaq təcridxanasına aparsınlar. Müstəntiqlə görüşəndə dedim ki, siyasi fəaliyyətimə görə həbs olunmuşam. Orada vəziyyətim son dərəcə ağır idi, amma yardım göstərən bir adam yox idi. Müstəntiq diqtə elədi, mən də yazdım, guya, narkotiki Keşlədə tanımadığım adamdan almışam. İstəyirdim ki, nə olursa olsun, tez Kürdəxanıya köçürülüm. Fikirləşdim ki, bəlkə orada həkim oldu. Ora hal şahidlərini də gətirmişdilər. Şahidlərdən biri məni kameranın çəkmədiyi hissəyə çağırıb başladı ki, “sən Əli Kərimlinin adamısan?” Ötən məhkəmə iclasında hakim məndən soruşdu ki, işgəncələrlə bağlı kiməsə şikayət etmisənmi? Təcridxanada sənə həkim yardımı göstərilməsi, şikayətlərinə əhəmiyyət verilməsi üçün ya qapını sındırmalısan, ya da damarlarını kəsməlisən, siz oranı təsəvvür edə bilməzsiz”. Ömər Məmmədov daha sonra vəkilinin suallarını cavablandırdı.

    Məhkəmə prosesi mayın 29-da davam edəcək.

    Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  və N!DA Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir.  Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

  • Özü qədər şirin türklük nəğməsi

    “Azərbaycan Türkiyə Evi” (ATEV) türk dünyasının bilriyi yönündə daha bir ilkə imza atdı. May ayının 2-də Opera və Balet Teatrının səhnəsində türk dünyasını təmsil edən sənətçilərin çıxışları dinlənildi.

     

    Buna qədərsə…

     

    Buna qədərsə düşüncələr vardı. Bu tədbirə qədər keçirilən tədbirlər türk dünyası kişilərinin sözünün tədbiri idi. Görünür, təkcə söz türk vəhdətini ortaya qoymaqda yetərli olmur. Daha bir məqam gəldi. Artıq sözün yox, səsin məqamı başladı. Artıq dil, düşüncə yox, ruh özü danışmağa başladı.

    Bu səs məqamı bir az anlaşılmaz idi. Amma tamamilə unudulmuş da deyildi. Tarixin o başından gəlirdi bu səslər. Altaylarda, Tanrı dağlarında, Xakasiyada, Saxada, Türküstan və Uyğurstanda idi bu səslər. Elə oralarda qalmışdılar. Atillanı, Mete xaqanı, Bilge xaqanı, Oğuz oğullarını düşmən qılınc və oxlarından, uğuruszluqlardan qorudu bu səslər. Türk şamanlarının səsləri (duaları) ilə. Qapının Tanrıya açıq vaxtında, hələ Tanrı ilə insan arasına vasitəçilər gəlməmiş. Şaman səslə, sözlə ağrıları, əzabları, bəlaları öz üzərinə çəkdi. Tanrı yanında məqamına görə dözümü adi insanlarla müqayisədə ölçüyə gəlməz idi. İnsanların gözündə adidən adi, sadədən sadə olan bu kimsələr türklüyün mühafizləri idilər. Əsrar sahibi olanlar məqam sahibi olmasa olmaz. Bu tarixə qədərki tarixdir.

    Hamıya elə gəldi ki, türk bunları unutdu və xəzinələrini itirdi. Amma xəzinələr şəhərlərdə olmaz, abad yerlərdə olmaz, xəzinələr elə əlçatmaz, ün yetməz, ağılkəsməz yerlərdə olar. Ona görə də türkün ruhu olan səsi dağlarda, qurşların, qurdların səslərində, bəşər sivilizasiyasından uzaq məkanlarda qaldı. Yaxşı ki, oralarda qaldı. Elə qaldı ki, Tanrı verən kimi. Bəşər onun harada saxlandığını bilmədiyi üçün də ona əl gəzdirə bilmədi. Tanrıdan necə bakirə gəlmişdisə elə bakirə də qaldı. 

     

    Qərib səslər…

     

    Bu səslərə Azərbaycan türkləri bir az qərib, bir az da qəribə yanaşdı. Bu səslər ona yad deyildi, amma yadırğadığı idi. Elə yadırğadığına ğörə də yad idi, qərib idi bu səslər. Səs onu tanıyırdı, o səsin sahibi də onu tanıyırdı. Amma yadırğayan türk onu qərib bilirdi. Bu ritm, bu ahəng onun bu günkü ritmilə uzlaşmırdı. Yox muğam deyildi, mahnı deyildi, heç bir janra uyğun gəlmirdi.

    Eyni zamanda əldə tutulan qopuz onun idi. Bu qopuzun müşayətilə ərsəyə gəlirdi bu səslər. Qopuzu tanıdı, amma bu qopuz onun bu gün əlində olan saz da deyildi.

     Tanrıdan gələnə bəşər əlavələr etməmişdi, necə var elə qalmışdı. Qopuz səsə yox, səs qopuza uyğunlaşmışdı. Bu bakirə səslərdə son akkord səsin, ifanın başa çatması yox, ömrün başa çatması kimi, son nəfəsi kimi tamamlanırdı.

    Bu qərib səslər ifa sənəti deyildi, şamanların duaları idi. Görəsən, sahibləri bunun fərqində idilərmi? Göz yumulmayana qədər ruh özü belə onun ahənginə uyuşmurdu dəcəl uşaq kimi. Amma elə ki, gözlər yumuldu, ruh özü onu axtardı, o zaman için ah çəkməsi başlar.

    “Harada idin? Bəs sən harada idin? Hara qoyub getdiz bizi? Nədən bir dəfə belə arxaya baxaraq nəyi qoyub getdiynizin fərqində olmadınız? Özünüz bizləri unutdunuz, nəsilləriniz isə bizləri və ruhları”. Belə bir təqribi dialoq yaşandı.

    Bu qərib səslər dinlənildikcə doğmalaşdı. Elə doğmalaşdı ki, olmayan kimi. Munislik yaşandı. Boz qurdlar gəldilər səhnəyə ulartıları ilə, şamanlar gəldilər könül duaları ilə. Qopuz özü kimi kökləndi və bizləri özünə köklədi.

      Sən demə, dinlədildikcə, qəriblik aradan qalxırmış. Ruhlar qəriblik sərhədlərindən doğmalıq sərhədlərinə keçirmiş. Bu qəriblik sərhədləri dağıldı həmin gün Opera Balet Teatrının səhnəsində.

    Tamaşaçıların öncə sakit-sakit, bir qədər də müəmmalı dinlədikləri ritmlərə bir qədər sonra çoşqu ilə yanaşması, onu hərarətlə alqışlması artıq ruhi bağlantının yarandığını göstərdi.

     Gəncəbay qopuzu mizrabla yox, birbaşa əlllərinin təması ilə dilləndirdi. Qopuz barmaqlardakı hikməti alaraq dilləndi. Amma qopuzu Gəncəbayın barmaqları yox,  ruhu çaldı, həm də öz isətdiyi kimi.

     

     Ruhun meydan oxuması

     

    Həmin gün türk ruhu meydan oxudu. Sadə, adi və elə sadə, adi olduğu qədər də əzəməti, səmimiyyəti, möhtəşəmliyi ilə. Bu səhnəyə türkün təbiətin bir hissəsi olduğu çağların ruhu hakim kəsildi. Sanki divarlar uçuldu, otaq ölçüləri aradan qalxdı, sanki hamı güllü-çiçəkli, dağlı-daşlı məkanlarda, uçanlardan gəzənlərə qədərki varlıqlar arasında idilər. Şəlalələr də, qar altındakı zirvələr də, yamyaşıl yamaclar da, ormanlar da burada idilər.

    Yuliyananın,  (Gülyana) Marinanın (Möminay), İrinanın (Solunay), Çıltısın, Fatmanın (Batma) Sultanın, Saaran Irıanın ifasında bunu təkcə iss etmədik, həm də yaşadıq. O doğma qərib səslər, o adi və möhtəşəm türk ruhu bizləri ora apardı və qaytardı. Türkün bir qədər unudulan övladları o səhnədə idilər. Rus imperiyasının aşağılayıcı adlarla damğaladağı, gözdən salmağa çalışdığı, böyük mədəniyyət sahibi ikən mədəniyyətdən uzaq göstərmək istədiyi türk ölavladları burada idi. Bax, o gözdən-könüldən uzaq qalan türk övladları doğmalıq, əqrəbalıq ortamı yaratdılar. Adı mahnılarla yox, hər gün eşitdiyimiz ritmlərlə yox, məhz həmin doğma qərib səslərlə bu ortamı yaratdılar.

    Ruh özü meydan oxudu, türk ruhu altaylardan, Tanrı dağlarından, aşaraq Bakıya gəldi. Özü də necə?

      Ahmet Şafak bəstələrində bu ruhun dinamikliyini yaşatdı. Bu coşdurucu hal və həzz bütün məkana təsirini göstərdi. Gənclərin öz növbəsində A.Şafakı coşdirmağa çalışmaları vu buna nail olmaları bu coşğunun yaşanmaq isətnilməsi məqamı idi və tərəflər bundan imtina etmədilər.

     

    Nə qədər doğmayıq?

     

    Biz bir-birimizin türk soy-kökündən olduğunu bildik. Amma biz bir-birimizə münasibətdə nə qədər türk ola bildik, günün sualı budur. Lap sadə şəkildə türk olaraq bir-birimizə nə qədər canıyananlıq göstərə bildik? Nə qədər dərdlərimizə şərik olduq? Yəni, bu sualları istənilən qədər uzatmaq olar.

    Doğmalaşmanın yolu demə səhnələrdən, keçmirmiş. Əkisnə, həmin səhnəyə gətirilən ruha dönməkdən keçirmiş. Gələnlər o ruhdan ayrılmayıblar, buradakılar o ruhdan uzaq düşüblər. Doğmalıq sərhədi itib. İndi o ruha dönmədən necə doğmalaşaq? Bu da bir sual. Həm də indi ən əsas sual. Görəsən o gələnlər, o ruhu gətirənlər qərib idilər, yoxsa, o ruhdan uzaq düşən bizlər? Kim idi  qərib?

    Dünyanın bu başından o başına məkan sahibi olan türkün bütpərəsti də, xristianı da, müsəlmanı da, yəhudisi də var. Deməli, dini-ruhani müstəvi türk üçün birlik müstəvisi deyil. Yalnız öz soykökündə, türklüyündə birlik mümkündür. Bir də Turançılığında. Bəlkə buna görə idi ki, Şəmistan Əlizamanlının az qala  Turançılığın himni kimi səslənən bas-bariton səslə ifa etdiyi “Turan ellər var olsun” bəstəsi hamının diqqətini özünə çəkdi. Bəlkə, bu təmas nöqtəsi elə həmin doğmalıq nöqtəsidir. Bəlkə, elə bundan başlamaq lazmdır türkün birliyi naminə.

    Amma bu hipotezlər də yenə “necə” cavabı istər. O doğmalıq, o əzizlik düsturunu tapmaq üçün. Yəqin ki, türk böyüklərimiz “türkləşmək, müasirləşmək və islamlaşmaq” devizində ilk yerə türkləşməyi əsassız qoymayıblar. Ola bilər ki, türkləşmənin zaman-zaman aktual olacağı işarələrini veriblər. Zamanın inkişaf istiqamətlərini görən o türk böyükləri işğalı da, parçalanmaları da, əsarəti də, milli mənəvi dəyərlərdən uzaq salınacağımızı da gördülər. Buna görə də bunun yeganə çarə olan türkçülüyü başa çəkdilər.

    Tarixin var olmaq sınağından türklər üzüağ çıxdılar. Tarixin yollarında “batıb” qalmadılar. Zaman onlara, onlar da zamana şahid oldular və zaman şəhidi oldular.

     

      Orda bir yol var uzaqda

     

      Türklərin birliyi də hələ gedilməmiş yoldur. O cığırları da ot basıb. Hələ “el, elat” yoluna dönməyib. Arabir o yolda kimsələrsə görünür, sonra qar yağan kimi əlaqə kəsilən dağ kəndinə dönür və yazın açılması, qarların əriməsi gözlənilir.

    Türklük hələ ki, könül istisinə qızınır. Düşüncənin məhsulu olan bir şey ortaya qoyulmayıb. Daha doğrusu ideya ortada var, həmin ideyanı gerçəyə çevirəcək strateji və taktiki gedişlər hazırlanmayıb.

    Hələ türk dövlətləri bu yöndə nəzərə çarpacaq addım atmayıb. Türk böyüklərindən İsmayıl Kasıralı demişkən “düçüncə birliyi, dil birliyi, əməl birliyi” yaratmayıblar. Görünür, türk dövlətləri rəhbərlərinin hakimiyyət sevgisi vətən, millət, irq sevgisindən qat-qat üstündür.

    Əgər elə olmasaydı, türklər arasında bu qədər qəriblik, bu qədər ayırlıq yaşanmazdı. Türk xalqları arasında mehribanlıq ortamı yaradılması üçün hansısa konkret sistemi hazırlardılar.  Amma təəssüf…. bunların heç biri olmadı.

     

     Hələ görüşəcəyik

     

    Hələ görüşəcəyik, hələ bir-birimizi tanıyacağıq. Tanımadan mərifət olmaz ki? Tanımaqsa asan məsələ deyil. Bir-birimizi tanıyanda, məhz bir-birimizi tanıyanda türklüyün həsrəti bitəcək. Tanıyanda! Tanımaqsa bir-birini simaca, vücud olaraq görmək deyil.

    Tanımaq daha çətindir. Sənlik, mənlik, bilzik ruhları gəlməyincə, eşqin özü gəlməyincə. Görüşəcəyik, tanımağa isə hələ var.

    “Bir ömür sevdaya getdi, mali-səf yol bitmədi” deyirdi böyük Nəsimi. Amma sonuna gəlinəcək… 

    Tofiq Türkel

  • VHP qurultaya hazırlaşır-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

    VHP mətbuat xidmətinin məlumatına görə, konfransın gündəliyinə ictimai-siyasi məsələlərin və qarşıdan gələn bələdiyyə seçkilərinin müzakirəsi, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, partiyanın növbəti qurultayının keçirilməsi və cari məsələlər daxil edilib.

    VHP Ali Məclisinin sədri Rafiq Manaflının sədrliyi ilə başlayan konfransda Türkiyədəki Soma faciəsində həyatını itirən türklərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ictimai-siyasi məsələlər və seçkilərlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məruzə edib. Partiyanın keçdiyi yol və hazırkı məqamda tutduğu mövqedən danışan S.Rüstəmxanlı bildirib ki, hazırda milli birliyə daha çox ehtiyac var:

    “VHP ilk növbədə milli birlik və həmrəylik ideologiyasını əsas götürür və keçdiyimiz yol sübut etdi ki, bu ideologiya Azərbaycanın nicat yolu kimi hər zaman prioritetdir. Hazırda ciddi siyasi-hərbi böhranın yaşandığı dünyada Azərbaycan milli birliyinə hər zamankından daha artıq ehtiyac hiss olunur”.

    Azərbaycanın müstəqilliyinin müqayisəyəgəlməz nemət olduğunu bildirən S.Rüstəmxanlı bu neməti qorumaq missiyasının gənclərin üzərinə düşdüyünü və onların siyasi partiyalarda kadr kimi yetişməsinin zəruriliyini önə çəkib.

    Bələdiyyə seçkilərində iştiraka qərar verən Ali Məclis rayon təşkilat sədrlərinin iştirakı ilə müzakirələr aparıb.

    Daha sonra VHP Siyasi Şurasına tanınmış rejissor Rövşən Almuradlı və VHP Qadınlar Şurasının sədri Aygün Qurbanlıüzv seçilib, Ali Məclisə isə yeni 7 üzv qəbul edilib.

    Təşkilatı məsələlərlə bağlı Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin çıxışından sonra VHP-nin növbəti qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

    Konfrans ölkədəki vəziyyət, siyasi durum, müxalif qurumlara qarşı yerlərdə hakimiyyətin tutduğu qeyri-konstruktiv mövqe və sairlə bağlı yerli təşkilat sədrlərinin çıxışları və müzakirələri ilə davam edib.

     

     

  • İran Allahı, Quranı o qədər unudub ki…

    Sabir Rüstəmxanlı

    Sayın millət vəkili Sabir bəy Rüstəmxanlıya

    Hər şeydən öncə ana dilimdə qüsurlu yazdığıma görə üzr istəyirəm. 80 ildən çox haqsızlıq mühitində yaşayan toplumun övladı olaraq sizə müraciət edirəm.

    Azərbaycanın Güneydəki 30 milyon xalqının həmişə, sayının əksinə olaraq səsi və hayqırtısı Savalandan ötəyə keçə bilməmişdi. Sanki Savalan bu dərdləri sinəsində saxlamağa and içmişdir. Torpaq müqəddəsdir. Heç vaxt mətanətini satmaz. Nə qüsur varsa səbəbi insandır. Savalan da müqəddəsliyini qoruyub qürurunu saxlamışdır. Bu gün Güney gəncliyi Savalana ağ üzlə, alnı dik baxa bilməyir. Hələ də Ərk qalasına borcluyuq. Bu qara ləkə ortadan qalxmadıqca Savalan susqunluğunu qoruyacaqdır. Bu gün hələ də “ana dili” şüarı elə sözdə məhbusdur. Hələ də ilk məktəbdə ana dilimizdə dərsliklərin yeri boşdur. Biz doğma olan heç nəyi yaşaya bilmədik. Bayrağımızın dalğalandığı bu müqəddəs cümhuriyyətə gəldiyimdə yaşamadığımız doğmalığı geri almaq istədim. Ana dilimdə təhsil! Bir çox insan üçün önəmsiz olsa da, bizim üçün həddindən çox qutsal və mübarəkdir! Ona görə ki, o bir həyatdır! Həm də doğma həyat…

    Universitet üçün hazırlıq kursunda Azərbaycan dili dərsində tapşırıq olaraq verilən “arzunuz” adlı mövzuda yazdıqlarım 12 il fars məktəbində olmayan və yasaq olunan diləklər idi. Mənim üçün bu bir səhifəlik mövzu illərlə şovinizm ayağı altında oxuduğum dərslərdən daha dəyərlidir. Ona görə ki, anamı, toprağımı, tariximi gerçək mənada hiss edə bilmirəm.

    Bakıya gəlmədən yaratdığımız təsəvvürlərin bir çoxu bura gəldikdən sonra nə yazıq ki, əksinə çıxdı. Təəssüflə “iranlı” müamiləsindən qurtula bilmədik. Həmişə dar bir çərçivəyə salıb və beləcə bizi qəbul etməyə çalışdılar. Biz bütün çətinliklərə baxmayaraq vətənimizin böyük hissəsi olan Güneyimizin parlaq gələcəyini düşünərək dözməyi və mücadiləni sürdürməyi borcumuz bildik. 45-ci ildə dahi liderimiz S.C.Pişəvəri demişkən, “Sizi Bakıya göndərib orada başınızı qızıl edib burada qızılbaş ordunu təşkil etməyi düşünürəm”. Biz də eyni görəvi düşünüb burada təhsil almağa qərar verdik. Ancaq bu gün nə Liderimiz həyatda, nə də mövcud durum ürəkaçan deyil. Bir tərəfdən isə Güneydən kənar mühacir həyatı yaşayan insanlar Güneyi olduğu kimi əks etdirə biləcək imic və davranış sərgiləyə bilməmişdir. Tribunaları işğal etmək, Şöhrətpərəstlik ön planda olmuşdur. Güney Azərbaycan milli hərəkatının təməlini Dr. Zehtabi, Dr. Heyət, Pr. Nutqi kimi dahi insanlarımız qoymuş və bu gün onların yaratdığı işıqda irəliləməkdəyik. Ancaq təəssüf ki, xaricdəki əzizlərimizin bir çoxu bu görəvi düzgün başa düşməmişdir. Hərəkatın içərisində milli məfkurə və mənəviyyatı formalaşan uşaqlar nə yazıq ki, bu cərgənin içində görünmür. Sonradan yamaq kimi yapışmaq istəyən qruplar və şəxslər hərəkatın imicini korlamaqdan başqa heç nəyi ifadə etmirlər.

    Güneydə olan gerçəklər həqiqətən bambaşqadır. Bizim amacımız düzgün istiqamətdə kadrlaşmaqdır. Bunun üçün də dərin savada və təcrübəyə yiyələnmək lazımdır.

    Gələcəyimizi anlamaq üçün bu gün müstəqil Azərbaycan cümhuriyyətini izləməmiz gərəkir! Müstəqil Azərbaycan bizim ən böyük olqumuzdur. Bura gücləndikcə, sorunlardan arındıqca Güneydəki həvəs bir o qədər də çoxalır. Əksinə olaraq, Güneydəki hərəkat genişləndikcə Müstəqil Azərbaycanımız da güclənməyə doğru hərəkət edə bilər. Bütün bunlar fikrimizcə sistemli bir birliyin içərisində həyata keçə bilər. O birlik ki, orada hər iki toplum bir-birini düzgün tanıyıb və başa düşə bilsin. Mənəvi dəstəyi sözdə, ədəbiyyatda yox əməldə göstərməyin daha düzgün olduğunu düşünürük. Gələcək nəslə nəyi ötürəcəyimiz çox önəmlidir. Bu gün mənim kimilər çətin durumda ola bilər. Ancaq gələcəkdəkilər ruhdan düşməməlidir. Onun üçün biz bu gün onlara şəraiti hazırlamağı özümüzə borc bilirik. Keçmiş nəsilləri yarqıladığımız kimi gələcək nəsil də bizi yarqılamaqda haqlı olacaq.

    Siz, Azərbaycanımızın müstəqilliyi və bütövlüyü uğrunda illərlə mücadilə etmiş, böyük işlər görmüşsünüz. Bu gün sizin durmadan göstərdiyiniz özveri və zəhmətlər bizim vicdanlarımızda həkk olunur.

    Buna görədir ki, sizə müraciət etmək bizim üçün şərəfdir. Sizin bizi “iranlı” kimi yox, Azərbaycan türkü kimi, həm də bu yolun bir əsgəri kimi gördüyünüzdən əminik. Bu isə bizləri sevindirir və daha da ümidləndirir. Siz sədaqətin və haqqın yolunu gedir, biz də sizə baxıb örnək alırıq. Güneydən kənar Güneyi təmsil etməkdə israrlı olan bəzi Güneyli insanlarımız zəngin ictimai və siyasi şüura malik toplumun səsini əks etdirməkdə çətinlik çəkir. Xaricdə olan atmosferlə daxildəki arasında mütənasiblik yoxdur. Bu isə çox üzücüdür. Bizə bu yolda yardımçı olacağınıza inanırıq.

    Güneydə səslənən ən anlamlı şüarlardan biri “Gələcək bizimdir” şüarıdır. Biz buna bütün vücudumuzla inanıb və əl-ələ həqiqi bir birlik içərisində olan mübarizədən yanayıq. Arzu etmirəm, əminəm ki, Urmiyadan Şuşaya və Bakıdan Təbrizə pasportsuz keçəcəyik.

    Güvənlik məsələlərindən dolayı hüzurunuza gələ bilmədiyim üçün üzr istəyirəm.

    Tanrı yar və yardımçınız olsun.

    Sayğı və sevgilərimlə,
    Yaşar Savalanoğlu
    Bakı, 9 sentyabr 2013

    ***

    Bu məktubu mənə bir mühacir gətirdi. Oxudum və bir xeyli özümə gələ bilmədim. Ona görə yox ki, milli faciələrimizdən doğan ağrının, böyük gücümüzü görmək sevinci ilə o gücdən istifadə edə bilməməyimizin, ümidin və ümidsizliyin, inamın və inamsızlığın bu cür dəqiq və ölçülü-biçili ifadəsindən duyğulandım. Yox! Azərbaycanın bütövlük həsrətiylə dolu çox məktub alıram, müxtəlif ölkələrdə görüşdüyüm Güneyli gənclərin ruhunu, böyük vətən sevgisini yaxşı bilirəm. Məni duyğulandıran bu məktubu yazanın Bakıda yaşaya-yaşaya mənimlə görüşməyə cəsarət etməməsi, özünə və ailəsinə haqsız sorunlar yaratmaq istəməməsiydi. Məktubu bir çinli miqrantdan göndərmişdi. Haqq qazandırdım ona! Eyni zamanda, düşündüm ki, İran deyilən ölkədəki qardaşlarımızın durumu, dil, məktəb tələbləri ilə bağlı iki-üç kəlmə söz deyən kimi nota dalınca nota göndərən hörmətli İran cümhuriyyəti insan haqlarını, Allahı, Quranı o qədər unudub ki, türk gənclərinin İrandan kənarda da nəfəs almasına, düşündüyünü sərbəst ifadə eləməsinə imkan vermir. Müstəqil Azərbaycanı da gənclərimiz üçün zindana çevirib… Heç mənimlə görüşməsələr də, keçdiyim yoldan keçdiklərini görsələr sorğu-sual başlanacaq!

    Məncə, məktub müəllifinin adı da şərtidir (öz əsil adını sonra öyrəndim). İranda uşağına öz ana dilində ad vermək imkan tanımırlar. Nə olsun türksən? Nə qədər istəsən yəhudi, yunan, ərəb, fars, moltanı adı qoy! Keyxosrov, Keyqubad, Şəddad (zülümkar), Keyumərz, Lohqarsp, Bijən, Güsərz, Əndəriman, Mənucöhr, Huşəng, Dəhhak, Zöhhak, Göydafərid, Feriburz, amma Meta, Atilla, Gürşad, Yaşar, Orxan, Qorqud, Araz olmaz; çünki bunlar türk adlarıdır.

    Dünya tarixini vərəqləsən hələ heç bir zülümkar və ya cahil hakimiyyətin belə yasaqları olmayıb: Ana öz uşağını dədəsinin, babasının adıyla çağıra bilməz. Halbuki min il öncə böyük şair və böyük fars şovinisti Firdovsi belə, “Şahnamə” də türk adlarının çoxunu tarixdə olduğu kimi saxlamışdı.

    Təxminən 20 il öncə İranın o vaxtkı mədəniyyət naziri, sonralar prezident olmuş ağaye Xatəmi ilə bir söhbətimdə demişdim: Biz İrana da öz dövlətimiz kimi baxırıq, əhalinin yarısı bizdəndir, onun iç işlərinə qarışmaq niyyətimiz də yoxdur, gənc dövlətik, dərdimiz də başımızdan aşır. Ancaq əynimizə Qurandan köynək geysək də bizə inanmayacaqsınız; çünki Güneydəki qardaşlarımız səslərini çıxaran kimi elə biləcəksiniz orda bizim əlimiz var. Siz Avropada oxumuş adamsınız, dünyanın hara getdiyini yaxşı bilirsiniz. İranın bütövlüyünü istəyirsinizsə, burda yaşayan xalqların haqqını tanımalısınız. Bunu eləməsəniz İran gec-tez içindən partlayacaq. Və bizim zərrə qədər iştirakımız olmasa da yenə bizdən şübhələnəcəksiniz (Bax “Bu sənin xalqındır”. Bakı, 1995).

    İndi həmin proses gedir. İranda milli oyanış qaçılmazdır və İran yetgililəri bu məsələlərin hamısında Azərbaycan Respublikasını və bizi günahkar sayırlar.

    Guya Quzey Azərbaycanda müstəqil dövlət olmasa Güney elə əsrlərcə yata-yata qalacaqdı. Düzdür, İranın siyasəti bəzi güneyli qardaşlarımızı çox dərin yuxuya verib. Ancaq nəzərə almırlar ki, Güneyin yuxusu aldadıcıdır, o, bir gözünü açanda bütün Şərqi yerindən oynadır və İran dəfələrlə bunun şahidi olub.

    Türk düşmənçiliyi bizim düşündüyümüzdən daha dərin məsələdir və bu cəbhədə İran, Rusiya, Qərb ölkələri çox asanlıqla birləşirlər. Öz başları üstündən milçək uçanda dünyanı ayağa qaldıran böyük güclər, Qərb ölkələri 25 ildir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumur. Minsk qrupu sirk truppası kimi, Ermənistanla Azərbaycan arasında kəndirbazlıq edir! 200 il öncə parçalanmış, bir neçə yerə bölünmüş və assimilə edilmiş Azərbaycanın ümumi taleyinə baxış da bundan az fərqlənir.

    Azərbaycanın birləşmə məsələsi 1920-ci illərdə, 1940-cı illərdə daha çox diqqət mərkəzindəydi, beynəlxalq aləmdə daha çox müzakirə olunurdu, nəinki, indi. Çünki onda Rusiyayla bir yerdəydik.

    Arxamızda böyük dövlət dayanmır deyə bütün hüquqlarımızdan imtina eləməli deyilik ki? Bəlkə bu problemləri Rusiya özü yaratmamışdır? Rusiya böyükdür, düzdür! Amma kimin hesabına – Türk torpaqlarınımn hesabına! Heç bir zülm sonsuza qədər davam edə bilməz!

    Ş.M.Xiyabani deyirdi: “Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır!”

    Qorxaqlığın, çəkingəliyin də bir əndazəsi var! Biz bir xalq olaraq nə istəyirik və bu istəyi nə vaxt ortaya qoyacağıq? Bunun üçün neçə əsr gözləməliyik? Bəlkə əriyib, itib getməkdən başqa bir arzumuz yoxdur!

    İndi də Güneydən danışan kimi deyirlər, amandı, bunu yada salmayaq, çünki Qarabağ məsələsi var. Bu ilin aprel ayında Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq ABŞ konqresində görüşüm vardı. “Önəmli nöqtələrdən birinə toxunmaq istəyirəm, dedim, – Siz dünyanın super dövlətinin təmsilçiləri İranda və bölgədə mənim xalqımın taleyini və gələcəyini necə görürsünüz? Əlbəttə hər xalq öz gələcəyini özü qurur və qurmalıdır. Ancaq bu işlə bağlı layihələriniz ortadadır. Orda biz necə görünürük?” Cavab verdilər ki, əlbəttə azərilər çox əziyyət çəkiblər, parçalanıblar, haqları tapdalanıb, öz haqlarına qovuşmalıdırlar və biz buna kömək etməliyik.

    “Siz bu yollamı kömək etmək istəyirsiz?” deyərək Güneyli, Quzeyli Azərbaycanın məlum və tarixi xəritəsini, bir də ABŞ-da hazırlanmış Orta Doğu Projesini əks etdirən xəritəni qoydum ortaya!

    “Siz bu cürmü həll edəcəksiniz bizim xalqın gələcək taleyini?.. Burda siz İran Azərbaycanı ərazilərinin böyük bir hissəsini, Urmiyə də daxil olmaqla, bütün Qərbi Azərbaycanı, Naxçıvana qədər (bəlkə ona da gizli bir tor qurulub) Kürdüstanın tərkibinə daxil etmisiniz. Rusiya işğalçı Ermənistana yardım edir, siz də Qərbi Azərbaycanın işğalına yardım etmək istəyirsiniz? Mənim xalqım silahsızdır, terror yolu tutmayıb, demokratik yollarla mübarizə aparır. Bu o demək deyil ki, onun torpaqlarını hərraca qoymaq lazımdır”.

    Yəqin söhbətin bu istiqamət alacağını gözləmirdilər.

    Xəritələrə diqqətlə baxdılar. “Bilirsiniz, bu Orta Doğu projesi rəsmi bir şey deyil!” dedilər. “Nə olsun!” dedim. On ildən artıqdır ki, yüzlərlə kitabda, qəzetdə, jurnalda çap olunur və bütün dünyanın gözü öyrəşdirilir ona. Üstəlik Türkiyə Cümhuriyyətinin başbakanı özünü bu projenin eşbakanı kimi təqdim edir. Bu xalqları qarşı-qarşıya qoymağın bir üsuludur.

    O məclisdəki konqresmenlər Azərbaycana rəğbəti olan adamlardı. Ancaq gördüm ki, biz onları düzgün məlumatlandıra, bölgədəki problemlərin mahiyyətini çatdıra bilməmişik.

    Ona görə ki, Güneyli dostumun yazdığı kimi, birlik yoxdur. Güney, Quzey əlaqələrinə və gələcəyimizə dair milli bir konsepsiya hazırlanmamışdır. Halbuki bu bizim haqqımız və vəzifəmizdir. Heç kim bu haqqı əlimizdən ala bilməz.

    Təəssüf ki, bu sahədə bir addım atan kimi, böyrünə on nəfər ayaqaltıqazan, xəbərdaşıyan qoşurlar. Bir təşkilat yaradılan kimi üç-dörd alternativini də qoyurlar ortaya. İşin mahiyyətindən xəbərsizlər düşür ortaya ki, mənim pulum var, mən bu təşkilatı ələ ala biləcəyəm!

    İndiyədək Güneyə yönəlmiş və ya ümummilli mədəniyyətə xidmət edən bir dənə radiomuz, televiziyamız yoxdur. Ana dilində ədəbiyyat nəşrində onlara yardım etmirik. Cənubdan gəlmiş gənclərin burslu, yəni təqaüd alaraq və ya dövlət hesabına təhsil alması üçün bircə manat vəsait xərcləmirik.

    Güney Azərbaycandan və İranın çeşidli bölgələrindən gələn gənclərin Müstəqil Azərbaycan Respublikasına hansı ümid və sevgilərlə bağlı olduqları və bura və hansı sevinc və həyəcanla üz tutduqlarını bu məktub aydın göstərir.

    Əvəzində biz nə edirik, necə qarşılayırıq, necə qayğı göstəririk onlara?

    Vaxtilə, 20-ci illərin əvvəllərində təhsil haqlarının bu qədər yüksək olmadığı və rəsmi vəzifəm olanda İrandan və Türkiyədən gələn onlarla gəncin ali məktəblərimizdə oxumasına köməklik eləmişəm. Amma indi, mənəvi, hüquqi yardımım qalsa da təhsil haqlarının ödənilməsinə yardım etmək imkanım yoxdur.

    Rəsmi mövqeyi başa düşürük, ancaq Hacı Zeynalabdin Tağıyevdən daha zəngin olanlarımızdan bircə nəfər xeyriyyəçi tapılmır ki, ordan gələn beş gəncin təhsil haqqını boynuna götürsün.

    Milli təəssübkeşlik duyğumuz niyə bu qədər zəifləyib, gələcəyimizi niyə düşünmürük?

    Bakıda İrandan və Türkiyədən gələn gənclərin qarşısına onlarla süni maneə çıxardılar. Onları sayıb və yazını uzatmaq istəmirəm.

    Köhnə sovet, Moskva xiffətini daşıyanlar, yarırus yarıazərbaycanlı eybəcər söz qarışığıyla danışanlar dilimizin köhnə ərəb və fars kəlmələrindən təmizlənməsi üçün yeni-yeni atılan addımları görəndə, təmiz ana sözlərimizi eşidəndə göyə çıxırlar “amandı qoymayın bunlar türk sözləriylə dilimizi zibilləyirlər”. Zibilin özü təmiz suya qarşı çıxır!

    İrandan və Türkiyədən gələn qardaşlıq duyğusuna da təxminən bu cür qısqanclıqla yanaşanlar var!

    Parçalanmalarımızın, faciələrimizin səbəbkarı bunların dədələriydi, indi də özləri yeni işğallar və yeni köləlik təbliğatını köürkləyirlər.

    Təkcə güneyli gəncin bu məktub min elə təbliğatdan daha güclü və daha dəyərlidir.

    Çünki halal milli ruhdan doğulub.

  • Milli Məclis deputatlarına şok müraciət

    Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Milli Məclisin deputatlarına və ictimaiyyətə  müraciət edib.

    Müraciətdə deyilir:

      Milli Məclisin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olduğuna görə qəbul edilə bilməz. Belə ki, Qanunun 6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin vətəndaşlığı təsdiq edən sənəd olması) ləğv edilməsi əsaslandırılmalıdır. Çünki təcrübəsini öyrəndiyimiz bütün ölkələrin  qanunvericiliyində doğum haqqında şəhadətnamə uşağın vətəndaşlığını təsdiq edən sənəd kimi göstərilir.  Vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum  haqqında şəhadətnamənin çıxarılması məntiqə və  hüquqa söykənmir.  Bu bənd ləğv edilərsə,  şəxsiyyət vəsiqəsi verən bütün polis və ASAN xidmət əməkdaşları xaricdə doğulan və ya valideynlərindən biri əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyəti haqqında Dövlət Miqrasiya Xidmətindən arayış tələb edəcəklər. Bu da öz növbəsində  məmur özbaşınalığını  inkişaf etdirəcək, Miqrasiya Xidmətinin qarşısındakı növbələrin sayını bir neçə artıracaq, vətəndaşların sənədləşdirilməsində  əsasız süründürməçilik hallarını dəfələrlə artıracaq.   Bu dəyişiklikdən  300 000 çox ailə zərər çəkəcək.

     

    Qanunun 10-cu maddəsinə əlavə olunması nəzərdə tutulan: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir”  vəzifəsinin vətəndaşın üzərinə qoyulması yolverilməzdir.  Üstəlik, belə məlumatı verməyən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət ” müəyyən olunması dövlətin öz vəzifəsini vətəndaşın üzərinə qoyulması kimi qiymətləndirilməlidir. Bəzi dövlətlərin vətəndaşlıq haqqında qanunları həmin ölkənin vətəndaşları ilə nikaha daxil olan şəxsləri öz vətəndaşı kimi tanıyır və ya həmin şəxslərə sadələşdirilmiş qaydada öz vətəndaşlığını verir. Hər il minlərlə AR vətəndaşı ailə birləşməsi proqramları çərçivəsində  başqa ölkələrin vətəndaşlıqlarını əldə edirlər. Bu  maddənin qəbul ediləcəyi halda 100 000 nəfərə kimi insan bu normanın acısını yaşamalı olacaq.

     

     Layihənin 12- ci maddəsində nəzərdə tutulan dəyişiklik  (təqdim olunan layihəyə ğörə  “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir”) isə Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi,  Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 5-ci maddəsi və Vətəndaşlıq Haqqında Qanunun  1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Konstitusiyanın 52 –ci maddəsinə görə  Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs  Azərbaycan  Respublikasının vətəndaşıdır. 52 –ci maddə eyni zamanda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsi Azərbaycan Respublikasının vətəndaş hesab edir. Vətəndaşlıq haqqında qanunun 1-ci maddəsi də qeyd olunan şəxsləri qeyri-şərtsiz AR vətəndaşı kimi tanıyır.  Bu dəyişiklik ediləcəyi halda da  200 000  nəfərdən çox şəxs bu problemlərin qurbanına çevriləcək.

     

            Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununa tam ziddir və xüsusi siyasi məqsədlərə hesablanmışdır. Təqdim olunan dəyişikliyin birinci bəndində nəzərdə tutulan əsas  əslində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunu ilə deyil, şəxsin vətəndaşlığını qəbul etdiyi ölkənin qanunu ilə tənzimlənməlidir. Məsələn, Almaniya və ya Rusiya Federasiyası o şəxsi öz vətəndaşlığına qəbul edir ki, həmin şəxs öz ölkəsinin vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim etmiş olsun.

     

    İkinci bənddə  nəzərdə  tutulan  “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könülü xidmət etməsi” halları isə vətəndaşlığın itirilməsinə səbəb ola bilməz. Fikrimizcə  bu məsələlər şəxsi müəyyən siyasi hüquqlardan məhrum edə bilər və happy wheels demo ya qanunla müəyyən edilmiş digər nəticələrə səbəb ola bilər. (seçkili vəzifələrin tutulması, cinayət məsuliyyətinə cəlb olunması və s.).  Çünki, Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda  vətəndaşlığından məhrum edilə bilməz.  Qeyd olunan hal isə əslində nəticəyə görə vətəndaşlıqdan məhrum etmədir.  Eyni zamanda bu bənd Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə konkret olaraq “Vətəndaşsızlığın  azaldılması haqqında” BMT konvensiyasına ziddir.  Bu bəndin qanuna əlavə edilməsi xaricdə yaşayan minlərlə AR vətəndaşlarının  yaşadıqları ölkələrə inteqrasiyasını zəiflədəcək və onsuz da zəif olan diaspora fəaliyyətinə mənfi təsirini göstərəcək.

     

    Üçüncü  bənddə göstərilən  “Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” da şəxsin vətəndaşlığının itirilməsinə səbəb ola bilməz. Çünki bu hal birbaşa olaraq şəxsin vətəndaşlığı olmayan şəxs vəziyyətinə salır bu da yuxarıda qeyd olunduğu kimi yolverilməzdir. Ümumiyyətlə  törətdiyi cinayət əməlinə görə şəxsin vətəndaşlıqdan məhrum edilməsi müasir təfəkkürə ziddir və SSRİ qanunlarının bərpasına rəvac verməkdir. Eyni zamanda “təhlükəsizliyə ciddi zərər vuran davranış” həmdə  qeyri müəyyən  bir anlayışdır və konkret bu hərəkətin nədə ifadə olunması məlum deyil.  Siyasi hakimiyyət istədiyi zaman bu normanı tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmamağı üçün istənilən şəxsi bu əsasla vətəndaşlıqdan məhrum edəcək.

     Ümumiyyətlə hesab edirik ki, layihə müəllifləri 18-ci  maddəyə münasibətdə konvensiyaya düzgün yanaşmayıblar. Belə ki, Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası[1] nın məqsədi  vətəndaşsızlıq halının qarşısını almaqdan ibarətdir  və bu sənədə görə dövlət ərazisində doğulma və ya mənşəcə ona bağlı olma kimi amillərlə həmin dövlətə bağlı olan və əks halda (vətəndaşlıq verilməyəcəyi halda) vətəndaşlığa malik olmayacaq uşaqlara vətəndaşlıq verməlidir.  Konvensiya dövlətlər arasında yarana biləcək vətəndaşsızlıq problemlərinin həlli yollarını təklif edir, onu imzalamış dövlətlərə vətəndaşlıq haqqında qanunvericilik qəbul etmələrini və orada vətəndaşlığın əldə edilməsi və itirilməsi ilə əlaqədar yarana biləcək vətəndaşsızlıq vəziyyətinə qarşı təminatları əks etdirməyi tövsiyə edir. layihə müəllifləri isə  qanunvericiliyi konvensiyaya uyğunlaşdırmaqdansa, qanuna konvensiyaya uyğun olmayan  daha mürtəce normalar təklif edir.

    Konvensiyanın 5-ci və 7-ci maddələrinə görə  vətəndaşlığın itirilməsini və ya vətəndaşlıqdan imtina etməni  o zaman dövlət qəbul edə bilər ki, şəxs digər ölkənin vətəndaşlığına malik olsun  və ya onu əldə edəcəyi haqqında müvafiq sənədə malik olmuş olsun.

    Konvensiyasının 7-ci maddəsinə görə razılığa gələn Dövlətin qanunu vətəndaşlıqdan imtina etməyə icazə verirsə, belə imtina müvafiq şəxs başqa vətəndaşlıq əldə etməyincə onun vətəndaşlığının itirilməsinə səbəb olmamalıdır.  .

    Təklif olunan dəyişikliklər eyni zamanda  Normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununun 5 ci maddəsinə ziddir. Belə ki, həmin maddəyə görə normativ-hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ-hüquqi aktlara uyğun olmalıdır.

    Hesab edirik ki,  bu qanun qəbulu mövcud qanunvericiliyə zidd olmaqla yanaşı 1 000 000 yaxın insanın vəziyyətini ağırlaşdıracaq,  Azərbaycanda ailələri dağılmasına, sənədsizlərin sayının artmasına, vətəndaşlığı olmayan şəxslərin sayının artmasına səbəb olacaq, vətəndaşlarımızın başqa ölkəyə inteqrasiyasına və diaspora işinə mənfi təsirini göstərəcək,  məmur özbaşınalığına  rəvac verəcək.

    Bundan başqa bu dəyişiklik vətəndaşlıqdan məhrum etmək  hədəsi ilə insanları siyasi hakimiyyətdən asılılığını artırmağa, Azərbaycanın imzaladığı readmissiya sazişini icra etməməyə,  Azərbaycanı tədricən qapalı ölkəyə çevrilməsinə və yaxın gələcəkdə vətəndaşların  icazə olmadan ölkədən çıxmasına məhdudiyyət qoyulmasına, miqrasiya sahəsində bütün səlahiyyətlərin bir quruma verilməsini təmin etməklə bu  məsələlərə vahid mərkəzdən rəhbərliyin təmin olunmasına xidmət edir.

     

    Milli Məclisin bütün deputatlarını bu layihəyə səs verməməyə, KİV-ləri isə bunu nəzarətdə saxlamağa ictimaiyyəti isə buna etiraz etməyə çağırıram.

     [1] Azərbaycan Respublikası 31 may 1996-cı ildə bu Konvensiyaya qoşulub.