Vətəndaş Həmrəyliyi Partiyası

“Borçalı” Cəmiyyəti Sabir Rüstəmxanlıya təşəkkür etdi

Written by

in

Aprelin 18-də Borçalı Cəmiyyətinin İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda Cəmiyyətin əsasən ötən ay gördüyü işlər dəyərləndirilib və gələn ay üçün fəaliyyət proqramı müzakirə olunub. Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək görülən işlər haqda məlumat verdikdən sonra İH üzvləri Hüseyn Yadigarov, Rüfət Muradlı, Cəmiyyətin fəalları Nazim Musayev, Elbəyi Cəlaloğlu, Mustafa Vəliyev qoyulan məsələlərlə bağlı öz düşüncələrini paylaşıblar.
İclasda Güney Azərbaycanda son günlər baş verən sel hadisəsinin qurbanları sayğı və rəhmətlə anılaraq Azərbaycan hökumətinə təbii fəlakətdən əziyyət çəkın soydaşlarımıza yardım üçün çağırış edilib. İH üzvləri qardaş Türkiyədə keçirilən referendumun sonuclarının da Türkiyə xalqı üçün uğurlu olmasını diləyiblər.
Borçalı Cəmiyyəti İdarə Heyətinin  mövcud qərargahdakı son iclası qurumun dörd ilə yaxın qərargahla təmin olunmasına yardım edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, DAK həmsədri Sabir Rüstəmxanlıya təşəkkür müraciəti ilə öz işini sona çatdırıb.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir