Sabir Rüstəmxanlı: “Ola bilsin ki, kimlərsə gizlin şəkildə dayılarını müdafiə edir”
Erməni sosioloqu, “Sosiometr” mərkəzinin rəhbəri Aqaron Adıbekyan Ermənistan mətbuatına açıqlamasında ölkədəki ictimai-siyasi vəziyyətə münasibət bilidirib və hakimiyyəti tənqid edib. Amma o, narahatlığa əsas görməyib. Qeyd edib ki, nə qədər ki, Azərbaycan hakimiyyətində damarlarından erməni qanı axanlar təmsil olunurlar, narahatlığa əsas yoxdur. Aqaron Adıbekyan deyib: “Azərbaycanda son parlament seçkilərindən sonra ermənilərin xeyrinə irəliləyişlərin olacağı gözlənilir. Bəlkə də artıq bu cür irəliləyişlər var. O mənada ki, qonşu ölkənin yüksək eşelonunda hər 5 nəfərdən biri mənşəcə gizli ermənidir və ya erməni qadınla nikahdadır. Deməli, biz ermənilər “matryoşka” kimi onların içində gizlənmişik. Buna görə də hər hansı irəliləyişə ümid bəsləmək olar”.
Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərdən kimlərin ermənilərlə qohumluq əlaqələrinin olduğu çoxlarına bəllidir. Bu barədə mətbuatda dəfələrlə qeyd olunub. Təkrarlamağa ehtiyac görmürük.
Aqaron Adıbekyanın açıqlamasına münasibətini öyrəndiyimiz millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Ölkə”yə açıqlamasında erməni sosiloqunun fikirlərilə razılaşdığını bildirdi: “Azərbaycan hakimiyyətində, rəhbərlikdə qanı ermən qanına bulaşmış məmurlar kifayət qədərdir. Amma onlar Azərbaycanın maraqlarını qoyub erməni maraqlarına xidmət edə bilməzlər. Ola bilsin ki, kimlərsə gizlin şəkildə dayılarını müdafiə edir. Ermənistanın özündə də damlarlarından türk qanı axanlar kifayət qədərdir. Bizim belimizdən gələn erməni övladları var. Onlara cəsarət, igidlik verən də məhz damarlarındakı türk qanıdır. Amma bunun qarşısını almaq mümkün deyil. Bu gün bütün dünyada qan qarışıqlığı var. Kim özünü hansı millətdən hesab edirsə, onu elə həmin millətin nümayəndəsi kimi qəbul etmək lazımdır”.
RAMİL
“Ölkə” qəzeti
Bir cavab yazın