Bu gün VHP Siyasi Şurasının üzvü və partiya sədrinin müşaviri Nəsimi Şərəfxanlının 38 yaşı tamam olur.
Şərəfxanlı Nəsimi Çərkəz oğlu, 23 fevral 1976-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1993-cü ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin 2000-ci ildə bakalavr , 2002-ci ildə isə magistuta pilləsin bitirib. 2006-cı ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Dədə Qorqud adına Folklor İnistitunun Aspiranturasını bitirib. İxtisasca filoloqdur.
2006-2007-ci ildə Silahlı Qüvvələr sıralarında həqiqi xidmətdə olub. Rütbəcə Baş leytenantıdır. Azərbaycan Xalq Cəbhəsinin (AXC), sonar isə Elçibəy dönəmində AXCP-nin fəal üzvlərindən olub.
2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzvü olub. “Savaş” və “Gündəm Xəbər” qəzetlərinin baş redaktoru olub. Hazırda isə “Yeni Cümhuriyyət” qəzetinin baş redaktoru və “Vətəndaş Həmrəyliyi” qəzetinin redaktorudur.
2007-ci ildən partiya Ali Məclisinin və 2008-ci ildən isə Siyasi Şurasının üzvüdür.
Ailəlidir, 2 oğlu var.
VHP.AZ saytı Nəsimi bəyi doğum günü ilə bağlı təbrik edir. Ona siyasi və şəxsi işlərində uğurlar diləyir.
Bir cavab yazın