Vətəndaş Həmrəyliyi Partiyası Ağstafa rayon təşkilatının növbəti məclis iclası keçirilib. Toplantıda rayon təşkilatının sədri Dürdanə Həsənova ölkədəki ictimai-siyasi durum, partiyanın məsələlərə münasibəti və qarşıda duran vəzifələr haqda çıxış edib. Məclis üzvləri təşkilat sədri Dürdanə Həsənovanın Ağstafa şəhər bələdiyyəsinin üzvü seçilməsi münasibəti ilə təbrik edib.
Daha sonra çıxış ətrafında müzakirələr aparılıb, müxtəlif məsələlər üzrə təkliflər verilib. Gündəlik üzrə təşkilati məsələyə baxılıb, 7 nəfər yeni üzv qəbul edilib.

Bir cavab yazın