VHP Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ölkədə baş verən ictimai-siyasi proseslərə gənclərin baxışı və son vaxtlar gənclərə, jurnalistlərə edilən basqılarla bağlı Forum təşkil ediləcək.
Forumda ölkədə insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırılması yönündə hakimiyyətin apardığı mürtəce siyasət əsas müzakirə mövzusu olacaq.
Həmçinin, Forumda həbsdə olan gənc siyasi məhbusların durumu və iqtidarın təşkil etdiyi VI respublika gənclər forumu müzakirə ediləcək.
Əgər Forumda müzakirə ediləcək təklifiniz varsa, təşkilatçılara bildirə və ya tədbirin (eventin) divarına yaza bilərsiz.
Forumda müxalif və müstəqil gənclər iştirak edəcəklər. Eyni zamanda, Gənclər və İdman Nazirliyinə,
Forum: 02 noyabr 2011-ci il tarixdə, saat 14:00-da VHP-nin Mərkəzi Qərargahında keçiriləcək.
Əlaqə:
Emil Bağırov 055 843 23 95
Pünhan İmamov 055 485 60 76
Nicat Kamal 055 497 85 49
Ofis: 012 490 66 22; 050 753 33 83
Ünvan: Bakı şəhəri, Xətai r-nu Xəqani Rüstəmov küç. 1210-cu məhəllə (Xətai metrosunun yaxınlığı)
Bir cavab yazın