VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Parlament İttifaqının Siyasi və İqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin yığıncağında çıxış etmişdir
Xəbər verdiyimiz kimi, İslam Konfransı Təşkilatı Parlament İttifaqının növbəti 7-ci sesiyası dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya respublikasının Cənubi Sumatra vilayətinin mərkəzi Palembanq şəhərində keçirilir. Sesiyada Azərbaycam raspublikası Milli Məclisinin nümayəndə heyəti də iştirak edir. Sesiyanın ikinci günündə Azərbaycan millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı Parlament İttifaqının Siyasi və İqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin yığıncağında çıxış etmişdir. O, sesiyanin gündəliyinə Azərbaycan tərəfindən təqdim edilən ” Ermənistan respublikasının Azərbaycan respublikasına təcavüzünə dair” qətnamə layihəsi barədə danşaraq qətnamənin qəbulunun əhəmiyyətini diqqətə şatdırmışdır. O,həmcinin bu il üstündən 20 il kecən Xocalı soyqıriminın bütün İslam ölkələrində anilması ilə bağlı İTK Gənclər forumu tərəfindən irəli sürülən başqa bir sənədin qəbulunun da İslam həmrəyliyi və azərbaycanlılara qarşı törədilmiş bu qəddar cinayətin dünyanin hər yerində gündəmə gətirilib ittiham edilməsi baxımından mühüm addım olacağını bildirmişdir…
Bundan əlavə, Sabir Rüstəmxanli İslam dövlətləri nümayəndələinə Dağlıq Qarabağ probleminin həlli üzrə “20 ildən bəri güya iş aparan və bu məsələni həll etməli olan” Minsk qrupuna başçılıq edən dövlətlərdən birində -Fransada senatin bu günlərdə qəbul etdiyi və “Erməni soyqırımı olmamışdır” deyənlərə cəza nəzərdə tutan qanunun təkcə Türkiyəyə qarşı deyil həm də Azərbqycana qarşı yönəldiyini bildirmiş; bu tipli sənədlərin dolayi yolla Ermənistanın işğalına haqq qazandirmaq məqsədi güddüyünü vurğulamışdır…
Bu qərar insanların öz fikrini sərbəst ifadə etməsinin qarşısını alır,yalanı rəsmiləshdirir, özünü demokratiyanin beşiyi sayan Fransanin iç üzüni göstərir. İslam dünyasında demokratik dəyərləri ilə seçilənTürkiyı kimı qabaqcıl bir dövlətə qarşı bəzi Qərb dövlətlərinin məqsədli təzyiqləri, terrorçuların dəstəklənməsi, tarixin siyasi mülahizələrlə saxtalaşdırılması,ardıcıl türk düşmənclliyi ,ciftli standartlar bütün müsəlman dövlətləri düşündürməli və narahat etməlidir. Bu kimi hallara qarşı mübarizədə İslam dövlətlərinin imkanlari birləşdirilməlidir. Çunki bu kimi hallar təkcə Turkiyəyə qarşı deyil,bütün İslam dövlətlərinə qarşı cevrilmişdir…
Çıxışınin sonunda S. Rüstəmxanli İslam Parlamentini bu məsələyə münasıbət bildirməyə çagırmışdır. Sonra Türkiyə nümayəndə heyətinin başçisi cıxış edərək S. Rüstəmxanlının təklifini müdafiə etmişdir…
Bir cavab yazın