Bu gün gənc fəal Ömər Məmmədov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
VHPress.az xəbər verir ki, dünən yoxa çıxan Ömər Məmmədova bu gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə cinayət işi açılıb və barəsində həbs qəti-imkan tədbiri seçilib. O, hazırda Şüvəlandakı təcridxanada saxlanılır.
Gənc fəal Ömər Məmmədov 26 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. N!DA Vətəndaş Hərəkatının üzvü olub. O, 11 may 2013-cü ildən VHP Sabunçu RT-nin üzvüdür.
2013-cü ildə bir qrup gənclə “Axın” marifləndiriçi hərəkatını təsis ediblər.
Bu gün CM-nin 234.4.3 maddəsiylə ittiham olunaraq 3 aylıq həbsə məhkum edilib.
Bir cavab yazın