Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Baş nazir!
Manisa ilçəsinin Soma bölgəsində kömür mədənində baş verən qəzada çoxsayda insanın həyatını itirməsi xəbəri bizi sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. Allahdan həlak olanlara rəhmət, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Başınız sağ olsun.
Dərin hüznlə,
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi
Bir cavab yazın