Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda səfərdə olan İstanbul Medya Başkanı Ali Rza Yıldız və İstanbul Medya Başkanı yardımcısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başkanı Gökhan Balcını qəbul edib.Blog
-
Sabir Rüstəmxanlı Türkiyəli jurnalistlərlə görüşüb- FOTO
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda səfərdə olan İstanbul Medya Başkanı Ali Rza Yıldız və İstanbul Medya Başkanı yardımcısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başkanı Gökhan Balcını qəbul edib.Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, son Qarabağ savaşı, savaş zamanı Türkiyənin Azərbaycana dəstəyindən söz açılıb. Eyni zamanda hazırki dönəmdə beynəlxalq müstəvidə Türkiyə-Azərbaycan birliyinin vacibliyi, bu birliyin inkişaf yolları müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, erməni lobbisinin böhtançı təbliğatına qarşı beynəlxalq arenada birgə fəaliyyət zəruridir. Görüşün sonunda Sabir Rüstəmxanlıya Tək Millət İki Dövlət plaketi təqdim edildi.Görüşdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli də iştirak ediblər. Qonaqlar İSBAM-ın dəvəti ilə Azərbaycana gəliblər. -
Vətən Müharibəsi Qəhramanı, Şəhid Amid Heydərov anılıb
Bu gün Vətən Müharibəsi Qəhramanı, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Amid Rəbbil oğlu Heydərovun şəhid olduğu gündür. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Lerik rayon təşkilatının rəhbərliyi və İkinci Qarabağ savaşı qaziləri şəhid Amid Heydərovun büstünü ziyarət ediblər.
Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qaldı. “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Anım tədbirində çıxış edən VHP Lerik rayon təşkilatınln sədri Həşim Nəsirov Vətən Müharibəsi Qəhramanı Amid Heydərovun döyüş yolundan danışaraq bildirib ki, o, Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. Vətən müharibəsində hücum əmri verilən kimi tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri də Amid idi. Zabit dostlarının dediyi kimi, o, əsgərlərinin önündə durub “Arxamca, irəli!” deyən komandir olub və aprel döyüşlərindən sonra leytenant rütbəsindən bir başa kapitan rütbəsinə yüksəlmişdi, Vətən müharibəsindən 5 ay əvvəl isə mayor rütbəsi almışdı. Cəsur döyüşçü 32 yaşında hərbi hissə komandiri idi.
Şəhidin məzarını ziyarət edən digər şəxslər də, Amid Heydərovun göstərdiyi qəhramanlığdan, keçdiyi döyüş yolundan danışaraq bildirib ki, Amid Heydərovun qəhramanlığı və keçdiyi döyüş yolu gənclərə, hərbiçilərə hər zaman örnək və nümunə olacaq. Onlar qeyd edib ki, Vətən Müharibəsində hərbiçilərimizin qəhramanlığını dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq və bu döyüş yolu yüz illərlə danışılacaq, yazılacaq. Hərbiçilərimizin qəhramanlığına dastanlar yazılacaq, necə ki, yazılır. -
Şəhid Əli Rzalı anılıb
Bu gün şəhid Əli Rzalının şəhidlik zirvəsinə yüksəldiyi gündür.Şəhid Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
VHP Yardımlı rayon təşkilatının Bilnə kənd özək təşkilatının üzvləri bu gün şəhidin məzarını ziyarət ediblər.
VHP Bilnə kənd özək təşkilatının sədri Mahir Alızadə şəhid Əli Rzalının həyat yolundan, vətənə olan sevgisindən danışıb. Bildirib ki, Vətən Müharibəsi başlanan kimi döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Əli Rzali Bilnə kəndinin ilk şəhididir. Onun qəhrəmanlığı və vətənpərvərliyi gənclər üçün hər zaman örnək olacaqdır.

-
Şəhid Ziya Atanın xatirəsi anılıb
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Kürdəmir rayon təşkilatının üzvləri şəhid Ziya Atanın (Ziyadxan Əliyev) məzarını ziyarət ediblər.Ziyadxan Əliyev 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziya Azərbaycan Texnik Universitetinin məzunu olub.
Ziya Ata 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırmış. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olur. Könüllü olaraq döyüş meydanına yollanan Ziya Ata, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub. Ziya Ata ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
VHP Kürdəmir rayon təşkilatının sədri Əliqulu Cəfərli Vətən Müharibəsində igid əsgər və zabitlərimizin şücaətindən, keçdikləri döyüş yolundan danışıb.
Əliqulu bəy qeyd edib ki, Ziya siyasi fəaliyyət göstərib. Gənc yaşından ölkənin siyasi həyatına qatılıb, insan hüquqları, siyasi və seçki azadlıqları uğrunda fəaliyyət göstərib. Ictimai-siyasi fəaliyyətində dövləti və xalqı üçün çalışıb, demokratiya uğrunda mübarizə aparan Ziya Ata Vətən Müharibəsi dönəmində vətən sevgisini sübuta yetirdi. O qısa ömründə əsl vətənpərvərlik nümunəsi göstərib.
Şəhid məzarını ziyarət edənlər şəhid Ziya Atanın vətənpərvərliyindən, vətənə olan məhəbbətindən söz açıblar.

-
Samir Əsədli: “Heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır”
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın hərbi əməkdaşlıq məsələsində apardığı siyasətin uğuru Vətən müharibəsi zamanı özünü göstərib:“Bizim düşmənlə müqayisədə texniki üstünlüyümüz qısamüddətli qalibiyyət savaşında təsdiqini tapdı. Hazırda Azərbaycan öz Silahlı Qüvvələrini dünya standartlarına uyğunlaşdırmasını, Türkiyə modelini əsas götürməsini bəyan edib. Eyni zamanda NATO ilə sıx əməkdaşlığımız da ortadadır və Azərbaycan bunu inkişaf etdirəcəyini bəyan edib. Amma hərbi əməkdaşlıq bir ölkə və bir tərəflə məhdudlaşa bilməz. Pakistan, İsrail kimi ölkələr də Azərbaycanın hərbi müttəfiqləridir. Belarus hərbi potensial baxımdan adıçəkilən ölkələr kimi cəlbedici olmasa da hər zaman ərazi bütövlüyümüz məsələsində birmənalı və qətiyyətli mövqe tutan ölkə kimi dostumuz sayılır. Bu baxımdan Belarusla hərbi sahədə kadr və digər məsələlərdə əməkdaşlıq məqbuldur. Amma heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır”. -
“Minsk qrupunun canlanmasında maraqlı olan tərəf rəsmi İrəvandır” – Samir Əsədli
“Otuz il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması bu qrupun mövcudluğunu faktiki olaraq puç etdi. İndi bu, ölü strukturdur”.Bu fikirləri VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli çərçivəsində 30 illik fəaliyyətsizliyi və bu gün yenidən aktivləşməsinə münasibət bildirərkən deyib.
S.Əsədli bildirib ki, Minsk Qrupunun fəaliyyətsizliyi yaxın tarixin işidir və bu unudulmayıb: “Münaqişəni həll etmək üçün Minsk Qrupu 30 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib.
Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görməyiblər. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk Qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib və öz ərazisi daxilində problemləri özü həll etmək iqtidarındadır”.
VHP funksioneri ATƏT Minsk Qrupunun fəaliyyətsizliyinin digər məqamları da üzə çıxartdığını bildirib: “ATƏT Minsk Qrupunun həmsədri olan ölkələrin mövqelərini də görmüşük. Prezident Emmanuel Makron Fransanı Minsk Qrupunun həmsədri kimi geri dönüşü olmadan diskreditasiya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu.
Makron hətta “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq” deməkdən də çəkinmədi. İyulun 9-10-da Şuşada səfərdə olan onlarla səfir və diplomatın arasında ABŞ, Rusiya və Fransanın diplomatik missiyalarının rəhbərlərinin olmaması da yaddan çıxmayıb.
O zaman bu neytrallıq adı altında pərdələndi. Amma bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə Qarabağa səfər ediblər və erməni separatçıların liderlərilə danışıqlar aparıblar. Nədənsə, o zaman neytrallıq məsələsi ortaya çıxmırdı və Bakı buna razılıq verirdi, eynilə Qırmızı Xaçın bölgədəki işi kimi”.
S.Əsədli indiki situasiyada ATƏT Minsk Qrupunun dövriyyəyə salınmasının Ermənistan üçün “saman çöpündən” yapışmaq olduğunu qeyd edib: “Öncə Minsk Qrupunun canlanmasında maraqlı olan tərəfə baxaq – bu, rəsmi İrəvandır. ATƏT-in Minsk Qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi “Madrid prinsipləri”dir. Ermənistan tərəfi 2007-ci ilin noyabrında ATƏT-in Madrid konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim olunan “Madrid prinsipləri”ndən imtina etmişdi.
2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə, “Madrid prinsipləri”ndən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk Qrupunun fəaliyyətindən imtina edilməsi demək idi. İndi isə başına dəyən “Dəmir Yumruq”dan gicəllənən Ermənistan yeni sayıqlamalar edir. Münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir, diplomatik təcrübədə müharibələr belə sona çatır. Bu gün Ermənistan üçün tək çıxış yolu 10 noyabr anlaşmasının şərtlərinə əməl etmək və rus sülhməramlılarının nəzarətində olan ərazilərdəki hərbçiləri geri çəkməkdir.”
-
Samir Əsədli: “Vasitəçiliyin real nəticə verməsi əsas şərtdir”
Gürcüstanın vasitəçilik təklifi realaşa bilməz“Vasitəçiliyin real nəticə verməsi əsas şərtdir. Əks halda ermənilərə görə vasitəçilərə də inam qalmayacaq”Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Ermənistana vasitəçilik təklif edib. Baş nazir bildirib ki, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə olub. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: “Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik”. Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovani də deyib ki, Tbilisi Cənubi Qafqazın münaqişə bölgəsindən sülh regionuna çevrilməsi üçün sülh və təhlükəsizliyin təşviqinə hər zaman hazırdır.Onun sözlərinə görə, bölgədə diqqət ümumi regional maraqlar naminə dialoqun təşviqi və etimadın möhkəmləndirilməsinə yönəldilməlidir: “Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşma tərəflər arasında dialoq üçün potensialı nümayiş etdirib və prosesin davamı üçün faktiki olaraq yaxşı zəmin yaradıb. Cənubi Qafqazda sülhün bərqərar olunması bölgədə mehriban qonşuluq münasibətlərini möhkəmləndirə və dayanıqlı inkişafa şərait yarada bilər”.Gürcüstanın vasitəçilik niyyəti ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, qonşu Gürcüstanın vasitəçilik təklifi alqışalayiqdir. Partiya rəsmisinin sözlərinə görə, Gürcüstan bölgə dövləti olaraq qonşuluğunda sülh və əminamanlıq istəyir:“Rəsmi Tbilisinin Bakı və İrəvanla münasibətləri normaldır. Gürcüstan bir dəfə vasitəçilik edib və müəyyən nəticə verib. Ancaq məsələ hansısa ölkənin vasitəçilik missiyasında yox, birbaşa Ermənistan tərəfinin sərgilədiyi mövqedədir. Məsələ ondadır ki, Gürcüstanın vasitəçiliyi ilə alınmış minalı ərazilərin xəritəsinin də çox az hissəsi dəqiq olub. Ermənistan tərəfi iki xəritə-əsir mübadiləsi həyata keçirib. Ancaq hər ikisində də saxtakarlıq ediblər. Ermənilərə etibar yoxdur. Ona görə də vasitəçi tərəf Ermənistana təsir gücünə sahib olmalıdır ki, verilən vədlərin yerinə yetirilməsini təmin edə bilsin. Yəni Tbilisinin tərəflərlə yaxşı münasibətinin olması faktı bizim üçün kifayət etmir. Azərbaycan bütün vasitəçilik təkliflərinə açıqdır, amma bu vasitəçiliyin real nəticə verməsi əsas şərtdir. Əks halda ermənilərə görə vasitəçilərə də inam qalmayacaq”.Şərq qəzeti -
Şəhid Elşən Aslanovun xatirəsi yad edilib
Bu gün İkinci Qarabağ savaşı şəhidi Elşən Aslanovun doğum günüdür. O 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində anadan olub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı orta məktəbdə alıb. İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq xidmət keçmək üçün cəbbhəyə yollanıb. Gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
“Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün VHP Qaradağ rayon təşkilatının və Qızıldaş qəsəbə özək təşkilatının üzvləri şəhid Elşən Aslanovun məzarını ziyarət ediblər.
VHP Qaradağ Rayon Təşkilatının Məclis üzvü, Qizildaş Bələdiyyəsinin üzvü Seymur Əsədli, VHP Qızıldaş qəsəbə özək təşkilatının sədri Anar Polad şəhid Elşən Aslanovun şücaətindən, vətənpərvərliyindən danışıblar. Qeyd olunub ki, Vətən Müharibəsi başlanan kimi Elşən könüllü döyüşə yola düşüb. Onun Vətənə, elinə, obasına məhəbbəti hər zaman diqqət çəkib. Amma Elşən Vətən məhəbbətini gerçək həyatında da sübut etdi. Tədbirə toplaşanlar bütün Şəhidlərimizin, o cümlədən Elşən Aslanovun xatirəsinin daim uca tutulacağını bildirib.

-
Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşüb
Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 27 sentyabr Anım Günü Neftçalada keçirilən tədbirlərdə iştirak etmişdir. S. Rüstəmxanlı anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri ilə görüşmüş , Şəhidlər Xiyabanını ziyarət etmişdir. Rayon rəhbərliyinin də qatıldığı tədbirdə çıxış edən millət vəkili Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi şücaətdən söz açmış, Neftçala rayonunun bu prosesdə xüsusi rolundan danışmışdır.
Sabir Rüstəmxanlı Neftçalada həmçinin seçicilərlə görüşmüşdür. Xol Qaraqışlaq və Qırmızıkənddə olan millət vəkili əvvəlcə kənd şəhidlər xiyabanında olmuş, sonra seçiciləri qəbul etmişdir. Görüşdə seçicilərin problemləri dinlənilmiş, kəndlərdə yaşanan ümumi çətinliklər öyrənilmişdir. Sabir Rüstəmxanlı bəzi məsələləri yerindəcə müvafiq icra qurumlarının diqqətinə çatdıraraq həll etmiş, yol, elektrik enerjisi, görüş yerləri kimi ümumi problemləri lazımi oqanlar qarşısında qaldıracağına söz vermişdir.

-
Fəzail İbrahimli şəhidlərin anım günündə Biləsuvarda şəhid ailələri ilə görüşüb – FOTO
Azərbaycan Respublikası Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin birinci müavini, millət vəkili Fəzail Ibrahimli 27 sentyabr anım günündə Biləsuvar rayonunda şəhid ailələri ilə görüşüb, Şəhidlər Xiyabanını ziyarət edib.
