Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Samir Əsədli: “Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb”

    Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb
     
    “Bu işdə “təcrübəli” sayılan rus general dərhal prosesə cəlb olunur və vaxt itirmədən Bakıya göndərilir”
     
    Rusiyanın müdafiə naziri Sergey Şoyqu təcili olaraq sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rustam Muradovu məzuniyyətdən geri çağırıb. Muradovun təcili şəkildə çağırılması generalın hərbi əsirlərlə bağlı İrəvan-Bakı arasında vasitəçi rolunu icra edəcəyi ilə əlaqəlidir. Məlumdur ki, Azərbaycan hərbçiləri tərəfindən noyabrın 16-da əsir götürülmüş erməni terrorçuları var. 
    Ehtimala görə, Rusiya bu dəfə də əsirlərin Ermənistana verilməsini xahiş edəcək. Məlumat üçün bildirək ki, dünən Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu qəbul edib. Ötən gün Rustam Muradovun Bakıdan İrəvana yola düşməsi, generalın Bakıdan sadəcə bir erməni cəsədi ilə geri dönməsi ilə bağlı xəbərlər yayılmışdı. Xatırladırıq ki, baş vermiş döyüşlər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə 13 erməni hərbçisi əsir götürülüb. Bundan başqa qeyd edilib ki, 24 hərbçinin taleyindən hələ də xəbər yoxdur.
    Muradovun yenidən səhnəyə çıxması ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycan və Ermənistan arasında yaranmış istənilən konfliktdə, gərgin situasiyada Rusiyanın vasitəçiliyi heç vaxt ölkəmizin xeyrinə olmayıb. Partiya rəsmisi bəyan edib ki, bu vaxta qədər Azərbaycanda olan erməni əsirlərin Ermənistana verilməsində Kreml vasitəçilik edib və Rustam Muradovun əli ilə həyata keçirilib: 
    “Bu işdə “təcrübəli” sayılan rus general dərhal prosesə cəlb olunur və vaxt itirmədən Bakıya göndərilir. Muradov Azərbaycandakı erməni əsirlərin Ermənistana qatarılması prosesinin hamısında rol oynayıb. Amma bu halların hamısında Azərbaycanın güzəşti birtərəfli olub. Hələ də minalanmış ərazilərin tam və dəqiq xəritəsi ortada yoxdur. Birinci Qarabağ savaşında əsir götürülmüş, itkin düşmüş soydaşlarımızın taleyi haqda məlumat verilmir.
     
    Ancaq əsirlərin qaytarılması və digər bu kimi hallarda Azərbaycan tərəfinin humanizminin şahidi olmuşuq. Haqsız və təcavüzkar Ermənistan isə bütün hallarda Rusiyanın əli ilə mükafatlandırılıb. İndiki halda da fərqli nəticə gözləmək olmaz.
     Buna görə də istər Muradov, istərsə də başqa soyadlı rus hərbçisinin hər hansı vasitəçiliyindən imtina olunmalıdır.
     
     Şəhid olan və yaralanan Azərbaycan hərbçiləri var. Bu cinayətin iştirakçıları, qatillər isə məhz həmin erməni hərbçiləridir. Onlar ən sərt şəkildə cəzalarını almalıdır. Əsgərimizi şəhid edən erməni quldurlarının Ermənistana verilməsini Azərbaycan ictimaiyyəti heç cür qəbul edə bilməz”.

  • VHP-nin Daşkəsən və Göygöl təşkilatları toplantı keçirib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Daşkəsən Rayon Təşkilatının genişləndirilmiş Məclis toplantısı və Göygöl rayon təşkilatının növbəti toplantısını keçirilib. Məclis yığıncaqlarında təşkilatdaxili məsələlər, ictimai-siyasi olaylar, rayonlardakı vəziyyət və bölgədə baş verən son hasisələr müzakirə edilib.

    Daşkəsən rayon təşkilatının sədri Zemfira Qafarova və Göygöl rayon təşkilatının sədri Samil Bağırlı ictimai-siyasi proseslər, rayon təşkilatının fəaliyyəti barədə məruzəsi dinləndikdən sonra partiia üzvləri arasında geniş müzakirələr aparılıb. Çıxışlarda ölkədəki ictimai siyasi durum təhlil edilib, xüsusilə cəbhədə yaranmış gərginliyə diqqət yetirilib.

    Partiya üzvləri təşkilatlanmanın və aktiv fəaliyyətin əhəmiyyətini vurğulayaraq, parlamentin əsas müxalifət partiyası kimi VHP-nin bütün məsələlərə çevik münasibət bildirməsinin vacibliyini dilə gətiriblər.

     

    VHP Daşkəsən rayon təşkilatı
    VHP Daşkəsən rayon təşkilatı

    VHP Daşkəsən rayon təşkilatı

    VHP Daşkəsən rayon təşkilatı

    VHP Göygöl rayon təşkilatı
    VHP Göygöl rayon təşkilatı
  • VHP rayon təşkilatlarnda sosial-iqtisadi müzakirələr

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şabran, Quba  və Oğuz rayon təşkilatlarınln Məclis toplantısı keçirilib. Toplantıda  ölkədaxili siyasi proseslər, sosial iqtisadi durum və partiyadaxili  təşkilati məsələlər, qarşıda duran işlər  müzakirə edilib.

    Şabran rayon təşkilatının sədri Rahib Camalov, Oğuz rayon təşkilatının sədri Famil Zakirov və Quba rayon təşkilatının sədri Sənan İmamquliyev  ictimai-siyasi olaylar, rayon təşkilatının fəaliyyəti və qarşıdan duran işlər barədə geniş məruzə ediblər.

    Çıxışlar ətrafında müzakirələrdə VHP üzvləri son günlər cəbhədə yaranmış gərginliklə bağlı fikirlərini bildirmiş, şəhidlərimizin xatirəsini sayğıyla anaraq ordumuzun cavab tədbirlərindən qürur duyduqlarını bildirmişlər.

    Toplantılarda həmçini son vaxtlar qiymət artımı, ərzaq və digər məhsulların süni bahalaşması, yanacağın, kommunal xidmətlərin  qiymət artımının əhalinin sosial durumuna hədsiz mənfi təsir göstərdiyi ifadə olunmuşdur. Çıxlşlarda bildirilmişdir ki, bölgələrdə  işsizlik, xüsusən gənclərin işsiz olması kənd və qəsəbələrin boşalmasına gətirib çıxarır . Aqrar sahədə mövcud olan problemlər kəndlinin həyatına mənfi təsir göstərir, kəndlinin becərdiyi məhsulu dəyərləndirən bazarla təmin olunmaması bütövlükdə ölkənin kənd təsərrüfatına zərər verir ki, bu da ərzaq təhlükəsizliyimiz üçün problemdir.

    VHP Şabran rayon təşkilatı
    VHP Şabran rayon təşkilatı
    VHP Oğuz rayon təşkilatı
    VHP Oğuz rayon təşkilatı
    VHP Quba rayon təşkilatı
    VHP Quba rayon təşkilatı
  • Parlamentin ictimai nəzarətin həyata keçirilməsində fəallığı, səyləri daha da artmalıdır.

    Azərbaycan Avropada tək ölkədir ki, parlamentində rəsmən müxalifət fraksiyası yoxdur. Bu, olduqca maraqlı faktdır. Baxmayaraq ki, parlamentdə müxalifət təmsilçisi hətta vitse-spiker postunu da tutur. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimli vitse-spikerdir. “Yeni Müsavat” məlumat verir ki, son olaraq BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu mövzunu gündəmə gətirib. Deputat deyib ki, parlamentdə fraksiyalar olsun və müzakirələr də fraksiyalarda aparılsın. Maraqlıdır ki, iqtidar və iqtidaryönlü partiyalar da fraksiya yaratmaq barədə düşünmürlər.

    Ümumiyyətlə, indiyə qədər Milli Məclisin təcrübəsində heç zaman rəsmi fraksiya olmayıb. Yalnız müstəqilliyin ilk illərində, Ali Sovetdə fraksiya olub, o zaman istiqlalçı deputatlar 25 nəfərdən ibarət “Demblok” qurmuşdular. Ondan sonra 2005-ci il seçkilərində parlamentdə yer alan Müsavat deputat qrupu olub. Ancaq bu da fraksiya deyildi, qeyri-rəsmi şəkildə yaradılan 5 nəfərlik deputat qrupu formalaşdırılmışdı. Ancaq fraksiya üçün mütləq 25 nəfər olmalıdır. Bu vəziyyətə səbəb nədir? Niyə müxalifət adına iddia edən partiyalar və ya müstəqil deputatlar bir fraksiyada birləşmirlər? Bunu əngəlləyən hansısa məhdudlaşdırıcı məqamlar varmı? Ümumiyyətlə, fraksiyanın yaradılması hakim partiya üçün hər hansı problem yarada bilərmi?

    Parlamentdə bir deputatla (Erkin Qədirli) təmsil olunan ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında əsas problemi ölkədə majoritar seçki sisteminin olmasında görür. Onun sözlərinə görə, Avropada proporsional seçki sistemidir: “Dəfələrlə sübut edilib ki, proporsional seçki sisteminin effektivliyi nədən ibarətdir. Ona görə fraksiyaların yaranmamasında əsas səbəb majoritar seçki sistemidir. İkincisi, parlamentdə iqtidar partiyasının fraksiyası da yoxdur. Bunun üçün 25 deputata ehtiyac var. Bu siyahıya YAP çata bilər, çünki 70-ə yaxın deputatı var. Digər partiyaların sayı çatmır. Ümumiyyətlə, müxalif partiyaların təmsilçiləri azdır, say məhdudiyyətinə görə də fraksiya yaratmaq mümkün olmur. Fraksiya yaratmaq üçün ya gərək say 10-15 nəfərə salınsın, ya da ən yaxşı yol proporsional seçki sistemi tətbiq edilsin. Majoritar seçki sistemi qeyri-effektiv variantdır”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı qeyd etdi ki, Azərbaycan müxalifətinin daha çox parlamentdənkənar bloklaşma təcrübəsi var: “Bu bloklaşmalar da uğursuzluqla nəticələnib. Amma ölkə siyasi sistemi yeni parametrlər, qaydalar üzərində qurulmaqdadır. Artıq həm iqtidar-müxalifət münasibətlərində, həm də parlamentin siyasi palitrasında yeni cizgilər cızılmaqdadır. Bu baxımdan Qüdrət bəyin parlamentdə müxalifət fraksiyasının yaranmasının zəruriliyini gündəmə gətirməsi tam yerindədir”.

    N.Şərəfxanlı bildirdi ki, parlamentdə fraksiyanın yaranması müxalifətin qanun layihələrini müzakirəyə çıxarması, ölkə iqtisadiyyatına və vətəndaşların sosial durumuna müsbət təsir edəcək prosesə start verəcək: “Amma fraksiya formal xarakter daşımamalı, real müxalifət gücünə və alternativ hüquqi fikir bazasına söykənməlidir. Fikrimcə, bu günə qədər fraksiyanın olmaması həm də ölkə siyasi sistemi ilə bağlı olub və ümumi dəyişikliklər prosesə müsbət təsir edəcək”.

    VHP funksionerinin sözlərinə görə, parlamentdə təkcə müxalif deyil, müstəqil deputatların da iştirakı ilə fraksiya yaradılması mümkündür: “Bu təşəbbüsü yerində sayıram. Parlamentin ictimai nəzarətin həyata keçirilməsində fəallığı, səyləri daha da artmalıdır. Fraksiyaların yaranması buna xidmət edə bilər. Habelə iqtidar da fraksiya yarada bilər. Amma müxalif partiyaların deputatları say baxımdan fraksiya qurmağa yetərli deyil, müstəqillərin də olması labüddür”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat” 

  • Cəlilabadda VHP Milli Dirçəliş Gününü qeyd edib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Cəlilabad rayon təşkilatı 17 Noyabr Milli Dirçəliş günü münasibəti ilə tədbir keçirib. Cəlilabad VHP-çiləri Azərbaycan istiqlalı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad edib.

    VHP Cəlilabad rayon təşkilatının sədri, xalq hərəkatının ilk gündən fəallarından olan Əliqismət Əlibəyli çıxış edərək milli azadlıq hərəkatının tarixi əhəmiyyətindən danışaraq. Azərbaycan xalqının istiqlal mübarizəsinin böyük tarixi örnək olduğunu vurğulayıb.

  • Bölgədə yaşanan gərginlikdə Rusiyanın mənfi rolu var

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şirvan şəhər, Astara rayon və Suraxanı rayon təşkilatı Məclis toplantı keçirib.
    Toplantıda ölkədəki siyasi olaylar, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.
    VHP Astara rayon təşkilatının sədri Səfərəli Teymurzadə, Suraxanı rayon təşkilatının sədri Rüstəm Fətullayev və Şirvan şəhər təşkilatı sədrinin birinci müavini Ramil Vəliyev ilk öncə üzvləri 17 noyabr Milli Dirçəliş günü ilə bağlı təbrik edib, ölkədə baş verən siyasi olaylar barədə, təşkilatın fəaliyyəti və qarşıda duran işlər barədə məruzə ediblər.
    Təşkilat sədrləri və üzvlər çıxışlarında son hadisələrə münasibət bildirərək, Qarabağ və sərhəd xəttində yaşanan gərginliyə etiraz ediblər. Çıxışlada vurğulanıb ki, Azərbaycan ordusu ərazi bütövlüyün tək qarantıdır və hər hansı təxribata gərəkən cavab verilməlidir. Eyni zamanda çıxışlarda bölgədə yaşanan gərginlikdə Rusiyanın mənfi rolu sərt şəkilldə pislənib.

    VHP Astara rayon təşkilatı
    VHP Astara rayon təşkilatı
    VHP Suraxanı rayon təşkilatı
    VHP Suraxanı rayon təşkilatı
    VHP Şirvan şəhər təşkilatı
    VHP Şirvan şəhər təşkilatı
  • VHP-dən sərt mövqe: Rus “sülhməramlıları” bölgəni tərk etsin

    Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik. Biz Azərbaycan ordusunun apardığı əməliyyatları alqışlayır və ordumuzla birgə olduğumuzu bildiririk.

    Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitlilin, sülhün pozulmasına yönələn addımların qarşısının almasını tələb edir. Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, “sülhməramlı” adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur. Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur. Rusiya son illərdə himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir.

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasını çağırır. Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir.

     

  • Şəhid Surxay Cəfərov anılıb

    Bu gün İkinci Qarabağ Savaşı şəhidi Surxay Cəfərovun anım günü keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Göygöl rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Şəhid Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 2004-cü ildən 2005-ci ilədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə son mənzilə yola salınıb. Ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    VHP Göygöl rayon təşkilatının sədri, İkinci Qarabağ Savaşı veteranı Samil Bağırlı 44 günlük Vətən Savaşından danışıb. O bildirib ki, Azərbaycan xalqı zamanı gələndə gücünü və birliyini ortaya qoymağı bacarıb: “33 il öncə 17 noyabrda istiqlalı üçün Meydanda yumruğa dönən xalqımız Vətən Savaşında da eyni gücü və iradəni göstərdi. Bizə ruh və döyüş əzmi verən xalqımızın birliyi idi. Torpaqlarımız şəhidlərimizin qanı və canı hesabına azad olundu. Döyüşə böyük ruh yüksəkliyi ilə qatılan, qəhrəmancasına döyüşənlərdən biri Surxay Cəfərov idi. Surxay vətənpərvər gənclərimizdən biri idi, vətənini və millətini çox sevirdi. Bu sevgi onu döyüşə apardı. Surxay kimi qəhramanlar heç vaxt unudulmayacaq. Biz qələbəmizi də, istiqlalımızı da şəhidlərə və qazilərə borcluyuq”.

     

  • VHP Neftçalada Milli Dirçəliş günün qeyd edib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatı 17 noyabr Milli Dirçəliş günü ilə bağlı toplantı keçirib. Tədbir iştirakçıları Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhunu yad edib.

    VHP Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov və yazıçı publisist Ələkbər Zahidov çıxış edərək bildirib ki, Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən parlaq hadisələrindəndir. Qeyd olunub ki, bu hərəkat elə bir hadisədir ki, bütün bayramlardan yüksəkdə durmalıdır. Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı. Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa edildi. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər gedilən yol SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür.

    Çıxışçılar bildirib ki, Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı. 32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Bu onu göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu.

  • VHP dən cəmiyyətə çağırış: Milli iradə zamanıdır

    Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulması onu göstərir ki, Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yaradır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar.

    Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. Üç tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi həm də ona işarə idi ki, sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər.

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bütün addımları qətiyyətlə pisləyir və o inamdadır ki, dövlətimiz bütün bunlara layiqli cavab vermək gücündədir. İndiki halda Azərbaycan cəmiyyətinin yenidən yumruğa dönüb iradəsini ortaya qoymaq zamanıdır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.