“Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.
Blog
-
İcra başçılarına parkları məhv etdiklərinə görə medal verilsin – Sabir Rüstəmxanlı – VİDEO
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.Partiyalar hansı işləri görür?- “Elə bir gün yoxdur ki, tədbirimiz olmasın”… VİDEO
Son zamanlar demək olar ki, müxalifət partiyaları siyasi səhnədə heç bir aktivlik göstərmirlər.
Burada söhbət hansısa mitinq, piket planlarından getmir. Çünki mitinq, piket dövrünün bitdiyini müxalifətçilər özləri də etiraf edir.Ancaq dünya təcrübəsində müxalifətin işi yalnız piket keçirmək, seçkidən seçkiyə fəallaşmaqdan ibarət deyil. Normalda müxalifət partiyaları siyasi, elmi, ictimai məsələlərə dair konfranslar keçirir, ideyalar verir, faydalı işlərlə məşğul olurlar.
Bəs bizim müxalifət partiyaları bu cür təcrübələrdən niyə yararlanmır? Ümumiyyətlə, müxalifət partiyalarının qərargahlarında hansısa müzakirələr, aktivlik varmı?
Mövzu ilə bağlı Tv Müsavat-ın əməkdaşları Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında olub, sədr və üzvlərinin fikirlərini öyrənib.
VHP baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir
Jurnalist Aytən Məmmədova mayın 8-i tarixində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.Aytən Məmmədova 10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun məhkəməsindən ardıcıl reportajlar hazırlayıb, Süleymanovun işgəncələrə məruz qalması haqda məhkəmədə səslənən fikirlər, söylənən faktlar ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırıb. Aytən Məmmədova güman edir ki, ona qarşı olan hücum 10 yaşlı Nərmin Quliyevanın qətl işi ilə əlaqəli ola bilər.
Vətəndaş Həmrəyliyi Partiyası baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir. Əgər hüquq mühafizə orqanları bu faktla bağlı lazımı tədbir görməzsə, baş verən hadisə, öz peşə vəzifəsini yerinə yetirən bir jurnalistə qarşı deyil, bütövlükdə söz və ifadə azadlığına qarşı bir basqının göstəricisi kimi qiymətləndiriləcək. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni ən yüksək səviyyədə nəzarətə götürməsi günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin tapılıb, cəzalandırılması zəruridir. İnanırıq ki, ən yaxın zamanda hadisəni törədən şəxs tapılaraq cəzalandırılacaq.
Sabir Rüstəmxanlı Türk dünyası mədəniyyət festivalında – ÇIXIŞ
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Antalyada keçirilən Türk dünyası mədəniyyət festivalında çıxış edib.
Samir Əsədli: “Paşinyan hökuməti Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür”
“Tərəflər 2009-cu ildə imzalanmış ikitərəfli protokola oxşar bir sazişin gündəmdə olacağını bildiriblər”“Türkiyə də bu təşəbbüsün hər addımında Azərbaycanla birgə hərəkət edəcəyini və “Bir millət, iki dövlət” anlayışına xələl gətirməməyə çalışacağını bəyan etməklə bu məsələdəki həssaslığını nümayiş etdirib”“Paşinyan hökuməti Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür”Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada növbəti görüş baş tutub. Görüşlə bağlı bəyanat yayan Türkiyə Xarici İşlər Nazirliyi deyib ki, nümayəndələr iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər. Konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub: “Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarlayıblar”. Qeyd edək ki, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür.Ankara ilə İrəvan arasındakı normallaşma prosesi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Ermənistanın Azərbaycana məğlub olmasından dərhal sonra Türkiyə İrəvanla münasibətlərin normallaşması mesajını verməyə başlayıb. Ermənistan tərəfi də seçkilərdən sonra Türkiyə ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib. Partiya təmsilçisi qeyd edib ki, həm Türkiyə, həm də Ermənistan sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını bəyan ediblər. İki tərəf də bunun üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edib:“Tərəflər həmçinin yol xəritəsi yaratmağa çalışacaqlarını və 2009-cu ildə imzalanmış ikitərəfli protokola oxşar bir sazişin gündəmdə olacağını bildiriblər. Türkiyə də bu təşəbbüsün hər addımında Azərbaycanla birgə hərəkət edəcəyini və “Bir millət, iki dövlət” anlayışına xələl gətirməməyə çalışacağını bəyan etməklə bu məsələdəki həssaslığını nümayiş etdirib. Rusiyanın bölgədəki təsirini zəiflətmək üçün Türkiyə-Ermənistan yaxınlaşmasının ABŞ tərəfindən irəli sürüldüyü deyilir. 2021-ci ilin oktyabrında Romada keçirilən G-20 Sammitində Türkiyə-ABŞ liderlərinin ikitərəfli görüşündə bu mövzunun müzakirə edildiyi bildirilir. Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanın erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən yeganə insan Baş nazir Nikol Paşinyandır. Paşinyan tez-tez Xankəndidəki separatçı erməni qüvvələrinin reallıqlara uyğun olmayan iddialarının, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sayğısız yanaşmalarının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmanın da önündə ən böyük əngəl kimi durduğunu görür. Erməni xalqına bütün çılpaqlığı ilə gerçəklikləri izah etməyə, onlara sülh dövrünün şərtlərini bildirməyə cəhd göstərir”.S.Əsədli hesab edir ki, Paşinyanın Türkiyə ilə normallaşma cəhdləri keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından olan Robert Koçaryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngü ilə qarşılanır:“Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınan terrorçu Araik Arutyunyan Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam edir. Koçaryan isə Türkiyə ilə normallaşmanın, sərhədlərin açılması və ticarətin canlandırılmasının Ermənistana bir fayda gətirməyəcəyini bəyan edərək düşmənçiliyi davam etdirmək, soyqırım yalanını yaymaqda israr etməkdədir. Yaxın keçmişdə keçirilən seçkilərdə Paşinyana məğlub olmalarına baxmayaraq revanşistlər yenidən baş nazirin istefasını tələb etməkdə, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin həyata keçirilməsinə, sülh sazişinin imzalanmasına qarşı çıxmaqdadırlar. İndiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür. Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınçılıqda, xəyanətdə ittiham edir. Göründüyü kimi, erməni revanşistlərinin təxribat cəhdlərinin arxasında bu ölkənin hakimiyyət hərislərinin fəaliyyəti dayanır. Ölkədə bir qrup şəxsin mitinqlər keçirməsi dövlətçilik naminə deyil, Paşinyan hakimiyyətinin devrilməsi məqsədindən irəli gəlir. Amma gözüaçıq cəmiyyət tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançıların və koçaryançıların əsas niyyəti yenidən vəzifəyə sahiblənməkdir”.Sabir Rüstəmxanlı şəhid ailələrinə bayram sovqatı göndərdi – FOTO
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı seçildiyi Neftçala rayonuna bayram sovqatı göndərib.
Bakupost.az xəbər verir ki, sovqat 150-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, habelə imkansız ailələrə paylanılıb.Sovqatla yanaşı, həmin ailələrə millət vəkilinin Ramazan təbriki də çatdırılıb.Ailələr öz növbəsində göstərilən diqqət və qayğıya görə millət vəkilinə dərin təşəkkürlərini bildiriblər.

VHP sədri Sabir Rüstəmxanlının Ramazan bayramı təbriki
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
Əziz soydaşlarım! Bacılar və qardaşlar!
Sizi Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu ayda insanlar Tanrı qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Ramazan ayının millətimizə, ölkəmizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğaldan azad olan torpaqlarımızın abad olunaraq xalqımızın xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, ölkəmizdə milli həmrəyliyin daimi olmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.
Əziz soydaşlarımız! Sizin dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunsun , Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməsin.
Allah oruc və dualarınızı qəbul etsin!VHP-nin İranın Şuşa qurultayı təxribatına sərt bəyanat
Vətəndaş Həmrəyliyi Partiyasınından İranın Şuşa qurultayı təxribatına sərt bəyanatAprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Tehrandakı “Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmi işçisi qismində iştirak edən Vəli Kaleci adlı şəxs ölkə başçısına ünvanladığı sualda bikdirdi ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iranlı azərbaycanlılar İranın ərazi bütövlüyünə qarşı çıxışlar ediblər və niyə Azərbaycan tərəfi rəsmi qaydada buna etirazını bildirmir? Azərbaycan Prezidentinin cavabı mükəmməl və yerində idi. Amma İrandan gələn bu təxribatçı mesajla bağlı Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəzi məqamları geniş ifadə etmək vacib bilirik.
Hələ Dünya Azərbaycanlılarının Birinci Qurultayında da, ikincidə də İran rəsmiləri və KİV-i Azərbaycana qarşı çıxışlar edib, təhdid mesajları göndəriblər. Məsələn, Prezident İlham Əliyev o vaxt “mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm” deyəndə İran tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bunu çox böyük qısqanclıqla qarşılamışdı. Burada “xain xoflu olar” məsələsi var.
İranda hər il ənənəvi olaraq dünya ermənilərinin ümumerməni toplantısı keçirilirdi. Özü də, bu tədbir Qarakilsə tərəfdə, Cənubi Azərbaycanın Çaldıran şəhəri yaxınlığında təşkil olunurdu. Oraya dünyanın müxtəlif yerlərində yaşayan ermənilər gəlirdilər, danışırdılar, yeyib-içib, gülüb-oynayıb dağılışırdılar. Bu tədbirə İranın mədəniyyət adamları, hətta çox vaxt mədəniyyət naziri, rəsmiləri qatılırdı. İran dünya ermənilərinin bu tədbirinə ev sahibliyi etməyindən çox böyük iftixarla danışırdı. İndi dünya azərbaycanlılarının qədim Azərbaycan şəhərinə toplanması, qurultay keçirməsi İrandakı dairələri niyə qıcıqlandırır? Axı Güneydə, Dərbənddə, Borçalıda, Rusiyada, Türkiyədə, Avropada və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Qarabağın azad olunmasını istəyirdilər. İndi Qarabağ işğaldan qurtulub, Şuşada azərbaycanlılar Zəfər Qurultayı ilə bunu bayram edirlər. Bunun İranı narahat edəcək bir tərəfi yoxdur və ola bilməz.
Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, İran hakimiyyəti üzdə gülür, arxada da “pambıqla baş kəsir”. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan danışırlar, digər yandan ölkəmizə qarşı hədyan fikirlər səsləndirməkdədirlər.
İran həmişə ölkəmizə qarşı qərəzli münasibət bəsləyib. Biz buna Qarabağ müharibəsində şahid olmuşuq. İranda bir dənə də olsun azərbaycan dilində məktəb yoxdur. Soydaşlarımıza öz ana dillərində tədris mərkəzləri və nəşriyyat açmaq imkanları verilmir. Bütün haqları əllərindən alınmaqla bərabər, onlara qarşı repressiyalar tətbiq olunur. Tehran dünya azərbaycanlılarının bu məsələləri gündəmə gətirəcəyindən qorxur. Azərbaycanın güclənməsi və dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi və bir-birlərinə həmrəy olması İranda Azərbaycan türklərinin azadlıq hərəkatına çox böyük təsiri olacaq. Vətəndaş Həmrəyliyi Partiyası o inamı ifadə edir ki, gec-tez cənublu soydaşlarımız öz milli haqları və azadlıqları uğrunda mübarizəyə əl ataraq İranın imperalist dövrünə son qoyacaqlar. Cənubi Azərbaycan onsuzda öz azadlığına və müstəqilliyinə qovuşacaq.Samir Əsədli: “Ərdoğanı ağır vasitəçilik missiyası gözləyir”
Rusiya və Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin səylərindən asılı olacaqTürkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Xatırladaq ki, Ərdoğanla Ukrayna rəhbəri V.Zelenski arasında da telefon əlaqəsi olub. Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq.Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”. Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri diqqətə çatdırıb. Ukraynanın bəzi şəhərlərinə hücumların davam etdirildiyini deyən prezident Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq edilməsini tələb edib.Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə də Ankaranın münaqişənin həllində vasitəçilik missiyasından söhbət açıb. Səfir bildirib ki, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə normal əlaqələri olan bir ölkədir: “Biz bu əlaqələrimizi Ukraynada silahların susması üçün aktiv şəkildə istifadə etmək əzmindəyik. Müharibə başladıqdan sonra iki ölkə arasındakı ilk üst səviyyədə görüş martın əvvəli Antalyada xarici işlər nazirləri arasında baş tutdu. Bu görüşün ardınca bizim nazir Moskvaya və Lvova səfər etdi və bunun nəticəsində də iki tərəfin müzakirələrini İstanbulda bir araya gətirdik. İstanbuldakı görüşdən sonra bəzi perspektivlər meydana gəldi. Lakin təəssüf ki, bundan sonra Buça və İrpendə baş verən üzücü görüntülər ortaya çıxdı. Təbii ki, biz də Türkiyə olaraq bu müzakirələrin davamı və maksimum pozitiv nəticələr qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”.Türkiyənin vasitəçiliyi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Ukrayna savaşının nə qədər davam edəcəyi bilinmir. Ancaq savaş uzandıqca, hər iki tərəfdən itkilərin sayı artır. Humanitar vəziyyət ağırlaşır, dağıntıların əhatə dairəsi sürətlə genişlənir və mövcud vəziyyətin nəticələrinin aradan qaldırılması imkanları azalır:“Təbii ki, belə vəziyyətdə savaşın durdurulmasında maraqlı olan dövlətlərin vasitəçilik missiyasının əhəmiyyəti artmış olur. Belə missiyanı üzərinə götürməyə hazır olan və bu imkanlara sahib dövlətlər qlobal savaş təhlükəsi vəd edən bu savaşdan çıxış şanslarını dəyərləndirməyə çalışırlar. Ancaq savaşın dayandırılmasında maraqlı olan səmimi dövlətlərin sayı məhduddur. Rusiya və Ukrayna arasında vasitəçilik missiyası üçün ilk növbədə hər iki tərəfin güvənə biləcəyi ölkə statusu olduqca vacibdir. Hələlik belə ölkələrin sırasında Türkiyə ön plana çıxmış kimi görünür. Rəsmi Ankara vasitəçilik missiyası üçün konkret hərəkətə də keçib. Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri ilə təmasdan sonra Kreml sahibi Vladimir Putinlə də telefon əlaqəsi saxlayıb. Türkiyə prezidenti Rusiya və Ukrayna arasında danışıqların başlamasının vacibliyini vurğulayıb. Ərdoğan Kreml sahibinin diqqətini sülhün yolunun açılmasına yönəlik cəhdlərin önəminə çəkib”.S.Əsədli vurğulayıb ki, Türkiyə prezidenti Rusiya və Ukrayna arasında savaşı dayandırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmək potensialını sübuta yetirmiş durumdadır:“Üstəlik, Kreml sahibi Türkiyə liderinə Rusiyanın münaqişəni həll etmək üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla da dialoqa hazır olduğunu etiraf edib. Türkiyə prezidentini olduqca ağır vasitəçilik missiyası gözləyir. İndiki halda bu ağır missiyanı Türkiyə liderindən başqa üzərinə götürməyə maraqlı rəhbər yoxdur. Rusiya və Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin vasitəçilik missiyasından asılı hala gəlmiş kimidir. Əgər missiya uğur qazanarsa, Türkiyə Qərbin Ukraynada partizan müharibəsi ilə Rusiyanı uzun müddət savaşın içərisində tutmaq planını pozmuş olacaq”.VHP: “Vətəndaşının səbəbindən asılı olmayaraq kimlərsə tərəfindən zorakılığa məruz qalması faktını qətiyyətlə pisləyirik”
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) siyasi fəal Bəxtiyar Hacıyevin oğurlanması və təhqir edilməsi ilə bağlı bəyanat verib.Bəyanatda bildirilir: “21 aprel tarixində, saat 23 radələrində siyasi fəal və bloger Bəxtiyar Hacıyevin M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində başına torba keçirilərək naməlum istiqamətə aparılması, təhqir edilməsi, daha sonra Ramana qəsəbəsi yaxınlığında kimsəsiz əraziyə atılması haqda məlumat təəssüf doğurur.
Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda vətəndaşların hüququ Konstitusiya ilə qorunur. Azərbaycan vətəndaşının səbəbindən asılı olmayaraq kimlərsə tərəfindən zorakılığa məruz qalması faktını qətiyyətlə pisləyirik.
İnsan hüquq və azadlıqlarını qorumalıyıq. Ölkə qanunlarla idarə olunur, heç kim qanundan üstün deyil və vətəndaşa qarşı qanunsuzluq edə bilməz. Bəxtiyar Hacıyevə qarşı bu çirkin əməli törədənlərin tapılaraq cəzalandırılmasını tələb edirik”.