Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Bölgələrdə VHP-nin yerli təşkilatları toplantı keçiriblər- FOTO

    Biləsuvar/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Biləsuvar rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
    Təşkilat sədri Məharət Ağayev çıxışında ölkədə baş verən siyasi olaylar, qarşıda duran vəzifələr və partiyanın fəaliyyətindən danışaraq bu günlərdə Londonda Azərbaycan səfirliyinə edilən hücuma xüsusi diqqət çəkdi. O çıxışında hadisənin Azərbaycan dövlətinə qarşı yönəldiyini qeyd edərək ictimaiyyətin olaya sərt reaksiyasının yerində olduğunu və VHP-nin bu məsələdə dövlətin yanında olduğunu qeyd edib. Məclidə həmçinin son günlər Qarabağda, həmçinin sərhəd boyu ərazilərdə erməni separatçıların törətdiyi təxribatlar müzakirə edilib və çıxışlarda bildirilib ki, Rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçı silahlı qruplar tərki silah edilməlidirlər. Ərazilər tam formada Azərbaycan dövlətinin tərkibinə verilməlidir. Toplantıda həmçinin ölkədəki sosial-iqtisadi durum müzakirə edilib, hökumətin gözlənilən böhranın qarşısını almaq üçün təxirəsalmaz tədbirlər görməsinin vacibliyi bildirilib. VHP-nin yaranmasının 30 illiyi ilə bağlı müzakirələrdə bildirilib ki , Biləsuvar rayon təşkilatı ilk yaradılan rayon təşkilatıdır. Bu tədbirə ciddi hazırlaşmağın və təşkilati işlərin gücləndirilməsinin zəruriliyini qeyd edilib.
    Sonda təşkilati məsələlər müzakirə edilib. Partiyaya yeni üzvlər qəbul edilib.
    ***

    Ucar/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ucar rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilati məsələlər, bölgədə baş verən olaylar müzakirə edilib.

    Rayon Təşkilatının sədri Badam Məmmədova çıxışında ictimai-siyasi proseslər, son günlər bölgədə və ölkədə baş verənlərdən danışıb. O məclis üzvlərini siyasi proseslərə VHP-nin yanaşması, rayon təşkilatının fəaliyyəti barədə məlumatlandırıb . Qarabağda baş verən təxribatların maraqlı qüvvələrin etdiyini, bu məsələləri törədənlərin niyyətlərinin sülh danışıqlarını pozmaq olduğunu ifadə edən Badam xanım Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu və Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəlincə, onlar Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra tam təhlükəsiz yaşayacaqlarını bildirib. Son əməliyyatlarda da ordumuzun zərbə hədəfi məhz bölgədəki qanunsuz silahlı birlikər olub. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın.
    Təşkilat sədrinin müavini Elxan Məmmədov çıxışında rayon təşkilatının fəaliyyətindən bəhs edib, bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Bu əlamətdar olayın Ucar təşkilatında da qeyd olunmasının vacibliyini vurğulayıb.
    Sonda təşkilati məsələlərə baxılıb. Partiya sıralarına yeni üzvlər qəbul edilib.
    Yığıncaqdan sonra Məclis üzvləri Qəzyan kəndində Vətən müharibəsi şəhidi gizir Ələkbərov Vüqar Telman oğlunun məzarını ziyarət edib. Şəhidimizin ruhi şad olsun.

    ****
    Şamaxı/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şamaxı rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib.
    Təşkilat sədri Ədalət Məmmədov rayon təşkilatının fəaliyyəti barədə danışaraq bildirib ki, bu il partiyanın 30 yaşı tamam olur. Şamaxı rayon təşkilatı ilk təsis olunan yerli təşkilatlatdan biridir. Biz 30 ildir bu yolu şərəflə gəlirik. Yolumuz millətə xidmət yoludur.
    Ədalət Məmmədov VHP-nin 30 illik üzvü olmasını qürurunu yaşadığını bildirib.
    Təşkilat sədri ölkədəki ictimai-siyasi durum barədə çıxış edib, son günlər cəbhə bölgəsində və Qarabağda yaranan vəziyyətə diqqət çəkib. O, bildirib ki, ordumuz bir sıra yüksəklimləri düşməndən azad edib. Erməni təxribatlarının qarşısı tam alınmalı, suveren ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bölgədə sülh və əminamanlıq öz həllini tapmalıdır.
    Sonda təşkilati məsələlərin müzakirəsi keçirilib, partiyaya yeni üzvlər qəbul edilib.

    ****
    Naftalan/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naftalan şəhər təşkilatının Məclisinin növbəti yığıncağı keçirilib.
    Şəhər təşkilatının sədri Nizaməddin Şirinov ölkədəki ictimai-siyasi durum, iqtisadi məsələlərlə bağlı məruzə edib. Naftalandakı vəziyyət, əhalinin vəziyyəti, təşkilatın fəaliyyətindən danışan Nizaməddin bəy ölkədəki iqtisadi vəziyyət, işsizlik məsələlərinə toxunub və son dövrlər müşahidə olunan bahalaşmadan söz açıb. Bildirib ki, bu bahalaşma insanların dolanışığına, az təminatlı və işsiz insanların gündəlik güzaranına mənfi təsir etdiyini bildirib. Təcili tədbirlərin görülməsinə, monopliyanın aradan qaldırılmasının vacibliyinə toxunub.
    Məclisdə təşkilatın fəaliyyəti, qarşıdan gələn 30 illik yubiley və Naftalandakı vəziyyət müzakirə edilib. Yığıncaq partiyaya yeni üzvlərin qəbulu ilə yekunlaşıb.
  • Samir Əsədli: “Son əməliyyatlar təsdiqlədi ki, Ermənistanın destruktiv mövqeyinə qarşı Azərbaycanın qəti tədbirləri qüvvədədir”

    Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana yönəlik ittihamlar səsləndirib. Paşinyan İrəvanın 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əməl etdiyini iddia edib. Baş nazirə görə, rəsmi Bakı sazişdən irəli gələn öhdəliklərdən boyun qaçırır: “Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Bəli, biz öhdəlik götürdük və hər şeyi yerinə yetirdik”. O iddia edib ki, Azərbaycan da guya, öhdəlik götürüb. Paşinyan Azərbaycanın “bu öhdəliklərə” əməl etməsini istəyib: – “Dağlıq Qarabağ”ın (red: separatçı rejimi) mövcudluğunu tanımaq, Qarabağda “təmas xəttinin” mövcudluğuna və Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmaq.
    Qeyd edək ki, 10 noyabr kapitulyasiyasından sonra bu, Ermənistan rəhbərliyinin bütün diplomatik sərhədləri aşmasının və öhdəlikdən qaçmaq üçün növbəti həyasızlığının ən üst səviyyəsidir. Azərbaycan bəyanatda heç bir öhdəlik götürməyib. Sazişin mətnində bircə yerdə də olsun, “Dağlıq Qarabağın gələcək statusu” ilə bağlı söz belə yoxdur. “Təmas xətti” ifadəsi isə Ermənistan ordusunun rus sülhməramlıların gəldiyi vaxta qədər dayandıqları mövqelərə görə işlədilib. Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idi.
    Bununla da “təmas xətti” anlayışı tamamilə ləğv olunacaqdı. Qarabağın bir hissəsinə yerləşdirilən rus sülhməramlıları isə orda məskunlaşdırılan erməni icmasının təhlükəsizliyini müəyyən müddətə qədər təmin edəcəkdilər. “Dağlıq Qarabağ”ın mövcudluğunu tanımağı” dilə gətirmək Paşinyanın ciddi səhvi olmaqla bərabər, 10 noyabr bəyanatından imtina etməsi və müharibə səbəbidir. 10 noyabr bəyanatının tərəfi Ermənistandır, hər hansı separatçı-terrorçu ünsür deyil. Bəyanatın altında Ermənistan baş nazirinin imzası var. Lakin baş nazirin açıqlamaları onun öz imzasına hörmət etmədiyi, yenidən baş qaldırdığı, yenidən münaqişə yaratmaq istəməsini göstərir.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədir müavini Samir Əsədli “Şərq”ə deyib ki, Ermənistan hər yola əl atır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatsın. Partiya rəsmisinin sözlərinə görə, xüsusilə son aylar müşahidə olunanlar belə bir qənaətə gəlməyə əsas yaradır: 
    “Paşinyan əvvəl deyirdi ki, Qarabağın statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənməlidir, indi başqa hava çalır. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəlincə, bunu rus sülhməramlılarından əvvəl Azərbaycan öz üzərinə götürüb. Bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər və ölkəmizin qanunlarına tabe olsunlar. Silahlı birləşmələrə gəldikdə isə onları zərərsizləşdirmək 10 noyabr bəyannaməsinə əsasən elə rus sülhməramlılarının birbaşa vəzifə borcudur. Son əməliyyatlarda da ordumuzun zərbə hədəfi məhz bu qanunsuz silahlı birlikər olub. Azərbaycan Ermənistanı blokadadan çıxarmaq üçün kommunikasiyaların açılmasını, sülh müqaviləsinin imzalanmasını təklif edir. Azərbaycan istənilən danışıqlara gedir. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın.
     Ermənistan bunu istəyirsə, ortaya siyasi iradə qoymalıdır. Paşinyanın ikiüzlü, riyakar mövqeyi ilə uzağa getmək olmaz. Ermənistanda hazırkı iqtidara real rəqib yoxdur. Odur ki, hər şey Paşinyanın iradəsindən asılıdır. Əgər o istəsə sənədləri imzalaya bilər.
    Bunu Avropada da bilirlər. Hər iki senari bizə sərf edir. Baş nazirin təqdim olunan sənədlərə qol çəkməsi, əlbəttə, maraqlarımıza uyğundur. Bunun əksi də bizim üçün üstünlükdür.
     
    Çünki Ermənistanın destruktiv mövqeyi bir daha ifşa olunacaq. Bu, şübhəsiz, bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Son əməliyyatlar təsdiqlədi ki, belə destruktiv mövqeyə qarşı Azərbaycanın qəti tədbirləri qüvvədədir”.

  • VHP təşkilatlarının iclası keçirilib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Binəqədi rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
    Təşkilat sədri Zakir Kərimov çıxışında ölkədə baş verən siyasi olaylar, qarşıda duran vəzifələr və partiyanın fəaliyyətindən danışaraq son günlər Qarabağda, həmçinin sərhəd boyu ərazilətdə erməni separatçıların törətdiyi təxribatlardan danışıb. Bildirib ki, bu təxribatlar sülh prosesinə, birgə yaşayışa maneə, 10 noyabr razılaşmasını pozmaqdır. Bu mövzu ətrafında müzakirələrdə məclis üzvləri bildirib ki, Rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçı silahlı qruplar tərki silah edilməlidirlər. Ərazilər tam formada Azərbaycan dövlətinin tərkibinə verilməlidir. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə təminat verəcək. Bütün hallarda bu təxribatlar sülh nizamlamasına maneə olmağa hesablanıb. Maraqlı qüvvələr bu prosesi dayandırmağa çalışırlar. Toplantıda həmçinin ölkədəki sosial-iqtisadi durum müzakirə edilib, hökumətin gözlənilən böhranın qarşısını almaq üçün təxirəsalmaz tədbirlər görməsinin vacibliyi bildirilib.
    Təşkilatın Qadınlar Şurasının sədri Aytac Məmmədova çıxışında təşkilatın fəaliyyətindən danışıb. O partiyanın yaranmasının bu il 30 iliniin tamam olduğunu bildirərək, bu tədbirə ciddi hazırlaşmağın və təşkilati işlərin gücləndirilməsinin zəruriliyini qeyd edib.
    Sonda təşkilati məsələlər müzakirə edilib. Partiyaya yeni üzvlər qəbul edilib.
    ****
    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabirabad rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
    Məclis yığıncağında dünən Londonda Azərbaycan səfirliyinə edilən hücumla bağlı müzakirə aparılıb.
    Təşkilat sədri Elman Əliyev çıxışında bu olayı siyasi terror hadisəsi kimi qiymətləndirib. Bildirib ki, səfirlik dövlətimizin ərazisidir və bu hadisə birbaşa dövlətə təcavüzdür. Xüsusən bayrağımızın o şəkildə çıxarılması heç bir formada qəbul edilə bilməz və bizimlə heç kim təhdid, hədə və təzyiq dilində danışa bilməz. Heç kim Azərbaycan bayrağına o şəkildə davrana bilməz. Bu açıq formada terrordur və terrorçular ciddi şəkildə cəzalandırılmalıdırlar. Üç rəngli ay ulduzlu müqəddəs bayrağımız üçün minlərlə igid övladımız can verib. O bayraq müqəddəsdir və bayrağımıza uzanan kirli əllərin sahibi mütləq cəzasını qanun qarşısında almalıdır.
    Məclisdə həmçinin ölkədəki ictimai siyasi durum, cəbhədəki vəziyyət müzakirə olunub. Sosial iqtisadi böhranla bağlı fikirlər səsləndirilib, hökumətin təcili tədbirlər görməsinin vacibliyi bildirilib.
    Məclis üzvləri eyni zamanda Azərbaycan ordusunun son əməliyyatlarını sevinclə qarşıladıqlarını bildirərək, ərazi bütövlüyü və suverenlik məsələlərində VHP-nin hər zaman dövlətin yanında olduğunu ifadə ediblər.
    Sonda təşkilati məsələlər, partiyanın 30 illik yubiley tədbirinə hazırlıq müzakirə edilib. VHP-yə yeni üzvlər qəbul edilib.

    ****
    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Zərdab rayon təşkilatı Məclisininn növbəti yığıncağı keçirilib. Yığıncaqda ölkədə baş verən siyasi olaylar və təşkilati məsələlər müzakirə edilib.
    Rayon Təşkilatının sədri Kamran Musayev çıxışında ictimai-siyasi olaylar, partiyanın Zərdab təşkilatının fəaliyyətindən danışıb. O erməni hərbçilərinin son vaxtlar cəbhədə törətdiyi təxribatladan danışmış, Azərbaycan ordusunun cavab zərbəsini yüksək qiymətləndirmişdir. Kamran bəy həmçinin dünən İngiltərədə səfirliyimizə olan hüçüm barədə də Məclis üzvlərini məlumatlandırmış və qeyd etmişdir ki, Vyana Konvensiyasına görə səfirliyin yerləşdiyi bina təmsil etdiyi ölkənin ərazisi hesab edilir, buna görə hüçüm Azərbaycan Respublikası ərazisinə təcavüz və suverenliyimizə təhdid olan terror aktıdır. Cinəyatkarlar mütləq cəzasın almalılar.
    Toplantıda VHP-nin qarşıdan gələn 30 illik yubiley tədbiri ilə bağlı müzakirə aparılıb. Sonda təşkilati məsələlərə baxılıb və partiyaya yeni üzvlər qəbul edilib.

  • VHP-nin təşkilat yığıncaqları keçirilib- FOTO

    QUSAR: Vətəndaş Həmrəyliyi Partiyası Qusar rayon təşkilatı konfransdan sonra ilk Məclisinin toplantısını keçirilib. Toplantıda təşkilati məsələlər və ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
    Təşkilatın sədri Elşəfa Məmmədov çıxışında ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər və partiyanın fəaliyyəti barədə danışıb.
    Natiq son vaxtlar ölkədə bütün məhsulların, digər tələbat mallarının bahalaşması, işsizlik problemindən danışaraq qeyd edib ki, işsizlik insanların, xüsusən rayn əhalisinin dolanışığına mənfi təsis edir. Xüsusən sərhədlərin bağlı olması amili də buna təsis edir. Hökumətin bu məsələlərlə bağlı ciddi tədbirlər görməsinin vacib olduğunu deyib.
    Təşkilatın nəzarət təftiş komissiyasının sədri Məzahir İlyasov və məclis üzvü Elmira Mursaliyeva çıxışında rayon təşkilatının fəaliyyətindən danışıb.
    İctimai-siyasi məsələlər və təşkilati işlərin müzakirəsi ilə iclas davam edib. Edik Hacıxanov sədrin birinci müavini, Əfsanə Rəsulova və Elman Gərayxanov müavin təyinatı təsdiqlənib. VHP-yə yeni üzvlərin qəbulu ilə iclas yekunlaşıb.

    ***

    HORADİZ: Vətəndaş Həmrəyliyi Partiyası Füzuli rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi durum, Qarabağ ətrafında baş verən olaylar və təşkilati məsələlər müzakirə edilib.

    Ölkədədi ictimai-siyasi durum, Ermənisnanla sərhəddə və işğaldan azad olunan ərazilərdə baş verənlərin müzakirəsi zamanı son günlər erməni hərbiçilərinin atəşkəsi pozması, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə də separatçı dəstələrin törətdiyi təxribatların narahatlıq doğurduğu bildirilib. Tez bir zamanda məcburi köçkünlırin yurd-yuvalarına köçürülməsinin vacib olduğu vurğulanıb. Həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Şuşanın kəndlərinə də tez bir zamanda Azərbaycanın nəzarətinə verilməsinin vaxtı gəldiyi ifadə olunub. Xüsusən erməni hərbi birləşmələrinin, təxribatçı silahlı dəstələrin tez bir zamanda ərazidən uzaqlaşdırılmasının önəmi vurğulanıb.
    Təşkilat sədrinin müavini Qurban Namazəliyev təşkilatın fəaliyyəti, qarşıda duran işlər barədə məlumat verib. Təşkilati məsələlərin müzakirəsi ilə iclas yekunlaşıb.
  • VHP Abşeron təşkilatı toplantı keçirib -FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Abşeron rayon təşkilatı Məclisinin  növbəti toplantısı keçirilib. Toplantıda təşkilati işlər, ictimai-siyasi məsələlər müzakirə edilib.

    Rayon təşkilatının sədri və VHP Ali Məclisinin üzvü İlqar Salmanov çıxışında ölkədəki mövcud ictimai-siyasi vəziyyət, Qarabağda və ətraf ərazilərdə baş verən proseslər barədə danışıb.

    O, bildirib  ki, Qarabağda erməni separatçıları və Ermənistan tərəfi yenə təxribatlarından əl çəkmir. Bölgədə olan qanunsuz erməni silahlı birləşmələri dəfələrlə  təxribat xarakterli silahlı insident törədiblər. Təxribatlar həm  Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də  Qarabağ əraisində baş verib, bu bölgədə  yerləşən bölmələrimiz atəşə tutulub .

    Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən də insident  törədilib. Erməni silahlı birləşmələri tam şəkildə  bölgədən çıxarılmalı və azərbaycanlıların Xankəndi, Xocalı, Ağdərə, Xocavənd  və digər ərazilərə qaytarılması prosesi başlamalıdır. Bu məqam 10 noyabr razılaşmasında nəzərdə tutulub. Təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəcəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər şərtlərimizə boyun əyməli, mövcud reallığı qəbul etməli, ya da açıq-aşkar bizimlə müharibəyə qalxmalıdırlar. Hər iki halda nəticə bizim xeyrimizə olacaq.

    Təşkilati məsələrin müzakirəsi zamanı təşkilat sədrinin birinci müavini Taleh Əliyarov çıxış edib, təşkilatın qarşısında duran işlər və təşkilatın fəaliyyəti barədə danışıb. Bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Abşeron rayon təşkilatı da partiyanın ilk təsis edilən təşkilatlarından biridir. Biz də bu ələmətdar olayı qeyd etməliyik.

    Sonda  Məclis qarşıda duran işləri müzakirə edib və partiya sıralarına yeni üzvlər qəbul edilib.

  • VHP Sumqayıt şəhər təşkilatı toplantı keçirib- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sumqayıt şəhər təşkilatı növbəti məclis iclası keçirilib.
    Məclis iclasında ictimai-siyasi məsələlər və təşkilati işlər müzakirə edilib.
    Təşkilatın sədri Elmar Sadıqlı yığıncağı açıq elan edərək ölkədəki ictimai-siyasi durum, Qarabağ ətrafındakı son proseslər, təşkilatın və partiyanın fəaliyyəti barədə geniş çıxış edib. O çıxışında bildirib ki, bu gün Azərbaycanda geopolitik müstəvidə çox ciddi proseslər gedir və VHP bu proseslərə münasibətdə düzgün ideoloji siyasi kurs götürüb. Elmar bəy həmçinin sosial narazılıqlara da toxunaraq bu narazılıqların hüquqi müstəvidə həllinin vacibliyini bildirib. Çıxışında E.Sadıqlı bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Sumqayıt şəhər təşkilatı da partiyanın ilk təsis olunan təşkilatlarından biridir. Bu il bizim təşkilatın da təsis olunmasından 30 il ötür.
    Məclis ölkədəki ictimai-siyasi proseslərin müzakirəsi ilə davam edib. Məclis üzvləri təşkilatın fəaliyyəti, qarşıda duran işlər və ictimai-siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
    Sonda təşkilati məsələlər müzakirə edilib və partiya sıralarına yeni üzvlər qəbul edilib.
  • “Ermənistan nəyə nail olmağa çalışır?”

    Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbi birliklərinin olması faktını tamamilə təkzib edib. Erməni və rus mediası bir neçə gündür onun əsassız iddialarını təbliğ etməklə məşğuldur. Məsələ ondadır ki, Ermənistanın Baş Qərargah rəisinin müavini Qarabağa bundan sonra çağırışçıların deyil, muzdlu əsgərlərin göndəriləcəyini və oradakı həqiqi hərbi xidmətçilərin müqaviləli hərbçilərlə əvəzlənəcəyini bildirir. Bəs, bu cür məlumatların yayılması nəyə hesablanıb?

    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Arman Tatoyan rəsmi şəxs deyil və onun fikirləri rəsmi mövqe sayıla bilməz.

    “10 noyabr atəşkəs bəyanatının 4-cü bəndində deyilirdi ki, Rusiya hərbçiləri erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir. Proses nə vaxt başlayır, yaxud başa çatır? Əsas sual budur. Çünki indiyə qədər belə informasiyalar yayılsa da, çıxarılma gerçəkləşməyib.

    Bu haqda dəqiq informasiya hələ ki yoxdur. Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir. Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”.

    Analitik deyir ki, Ermənistan hərbi kontingentinin tam şəkildə çıxarılmasından sonra Qarabağda silahsızlaşdırmanın birinci mərhələsi tamamlanacaq:

    “Bölgədə qalacaq “yerli ermənilərin” təqribi 5 minlik silahlı dəstəsi artıq növbəti mərhələnin işidir və bu, daha asan olacaq”.

    Aynurə
    Demokrat.az

  • Samir Əsədli: “Xankəndiyə, Xocalıya doğru tələsməliyik”

    Qarabağda ermənilər təxribatların sayını artırıb
     
    Revanşa can atan ermənilərlə hədə dilində danışsaq da, onlara söz təsir eləmir
     
      Ermənistan tərəfi yenə təxribatlarından əl çəkmir. Ötən gün erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədiblər. Müdafiə Nazirliyi xəbər verib ki, təxribatların ikisi Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Erməni hərbçiləri Laçın rayonunda yerləşən bölmələrimizi atəşə tutublar. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən törədilib. Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərimiz müxtəlif çaplı silahlardan atəşə məruz qalıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. 
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, ermənilər sayı-hesabı dəqiq bilinməyən itkilərə rəğmən, dinc oturmaq istəmirlər. Partiya rəsmisinin sözlərinə görə, Nikol Paşinyanı acizlikdə və xəyanətdə ittiham edən erməni ictimaiyyəti bir tərəfdən Qarabağa əsgər göndərilməsinə qarşı çıxır. Digər tərəfdən isə Azərbaycan torpaqlarına iddiadan əl çəkmirlər: 
    “Qəribəsi budur ki, hətta sarsıdıcı zərbələrdən sonra belə, nə sadə əhali, nə müxalifət, nə də iqtidar köhnə “bayatı”lardan imtina etmək istəyir. Əlbəttə, prosesdə Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Rusiya bölgədə gərginliyi saxlamaq üçün əlindən gələni edib və edəcək. Bu mənada ermənilərin Rusiya sülhməramlılarına arxayın olaraq özbaşınalıqlar etməsi təəccüblü görünmür. Digər tərəfdən, sülhməramlıların Qarabağda anti-terror əməliyyatı üçün təlimlərə başlaması da suallar doğurur. Əgər sülhməramlılar Qarabağdakı terrorçuların zərərsizləşdirilməsində, yaxud bölgədən çıxarılmasında maraqlıdırsa, o halda niyə Laçın dəhlizinə nəzarət ciddi şəkildə aparılmır, yaxud Qarabağa yerləşdirilən ermənilər yoxlanılmır?!”.
     
      S.Əsədli vurğulayıb ki, bütün bunlar 44 günlük müharibədən sonra revanşa cəhd edən erməniləri şirnikləndirən əsas amillərdəndir: 
    “Ümumilikdə görünən budur ki, ermənilər fəallaşıblar. Qarabağda yeni fitnə-fəsad yaymağa başlayıblar. Revanşa can atan ermənilərlə hədə dilində danışsaq da, onlara söz təsir eləmir. Yaxşı olar ki, azərbaycanlıların Xankəndi, Xocalı və digər ərazilərə qaytarılması prosesi başlansın. Bu məqam 10 noyabr razılaşmasında nəzərdə tutulub. Təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəcəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər şərtlərimizə boyun əyməli, mövcud reallığı qəbul etməli, ya da açıq-aşkar bizimlə müharibəyə qalxmalıdırlar. Hər iki halda nəticə bizim xeyrimizə olacaq”.

  • VHP sədrindən Xamneyiyə etiraz: İran reallığl qəbul edə bilmir

    Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib.
    “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”,- deyə Əli Xamneyi yazıb.
    İran rəsmilərinin bu açıqlaması rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahatlığını bir daha təsdiq edir. Bununla bağlı fikirlərini bildirən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən İran rəsmilərinin bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiklərini bildirib:” Azərbaycanın Ermənistanla İran arasını bloklamaq niyyəti yoxdur, sadəcə koridor açıb, yol açıb Naxçıvana gedib-gəlmək işini asanlaşdırmaq istəyir, yəni İran yeni siyasi reallığı və baş verən prosesləri gərək başa düşsün. Biz Ermənistanla iranın sərhədini bağlamaq niyyəti güdmürük”.
    S.Rüstəmxanlı Xamneyinin daha bir fikrinə etiraz edərək bildirib ki, min illər ifadəsi də doğru deyil.” Min illər Ermənistan olub ? Bəlkə orda Ermənistan dövləti olub ? Bu məsələdə çox böyük yalnışlığa yol verir. Ermənistan 1918-ci ildən bəri mövcud olan süni qondarma dövlətdir. İranın uzun illər Ermənistanı zorla süni yolla nəfəs verib saxladığı da hər kəsə məlumdur. Açılan koridor əslində İranın da xeyrinədir, çünki Naxçıvan üzərindən həm də, dəmir yolu Təbrizə və İranın digər güşələrinə gedəcək. İranın özünün də şimal əraziləri ilə əlaqələri möhkəmlənəcək. Bu cür yanaşma doğru deyil. Bəlkə İranın niyyəti odur ki, Arazdan adlayıb İran üzərindən keçən yükləri nəzarətində saxlasın. Bu 30 ildə İran bunu edə bilərdi Azərbaycana böyük qardaşlıq yardımı etmiş olardı, təəssüf ki, indi onu eləmirlər. İndi Zəngəzur dəhlizinin açılması reallaşanda İran belə bir təkliflə çıxış elədi amma o da nə dərəcədə realdır onu bilmirik. Ümumiyyətlə, İran İslam Cumhuriyyətinin xristian ölkəsi olan Ermənistana himayədarlıq etməsi və onu qan qardaşı, qan qohumu sayması anlaşılan bir şey deyil. İran İslam Cumhuriyyətinin əslində siyasiləşdiyini və bütün islam aləminə ancaq öz fars marağı ilə yanaşdığını bir daha nümayiş etdirir. Çox təəsüf ki , hətta Türkiyə Cumhuriyyətinin çox hörmətli Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşündə də bu münasibət hiss olundu”.

  • Samir Əsədli: “Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub”

    “Rus sülhməramlıları Ermənistanı yenə qara zolağa itələyir”
     “Silah təxribatı yeganə fakt deyil. Bundan əlavə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub”. Bu barədə “Şərq”ə Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi qeyd edilib ki, Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının “Laçın dəhlizi”ndə qanunsuz söküntü işləri ilə məşğul olduğunu əks etdirən görüntülər yayılmışdı:
    “Həmin görüntülərdə rus hərbçilərinin 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökmələri əks olunmuşdu. Ən təhlükəli məsələ də ondan ibarətdir ki, hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni silahlı qüvvələrinin tör-töküntüləri var. Onlar ara-sıra bizə problemlər yaradırlar və onlar Rusiya sülhməramlılarının arxasında gizlənərək burada destruktiv fəaliyyətlə məşğuldurlar. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları amilinə arxalanaraq Ermənistanın köhnə siyasi rəhbərliyi destruktiv, pozucu bəyanatlarla çıxış edirlər. Lakin Ermənistanda bilməlidirlər ki, əgər Ermənistanın destruktiv siyasəti davam etsə, biz də müvafiq addımlar atmağa məcbur olacağıq. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Qarabağda silahlı birləşmələr çıxarılmalı və tərkisilah olunmalı idi. Lakin hazırda bunun əksi baş verir. Mülki əhali silahlandırılır və yeni hərbi birləşmə yaradılır. Bütün bu baş verənlər anti-terror əməliyyatını qaçılmaz edir”.