Azərbaycan-Ermənistan sərhəddində baş verən son gərginlikdən sonra yaranmış hərbi-siyasi vəziyyətlə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Dünya Azərbaycanlılarına müraciət edib. Müraciəti diqqətinizə çatdırırıq:
” Əziz həmvətənlər!
Hər şeydən öncə bir məqamı diqqətinizə çatdıraq ki, hərbi qarşıdurma erməni tərəfin Azərbaycan ərazisində silahlı qüvvələrimizin dislokasiya məntəqələri arasındakı əraziləri minalamasından sonra yaranıb. Ermənistan Baş Naziri tərəfindən də etiraf olunan bu fakt təxribatın qarşısını almaq üçün Azərbaycanın cavab tədbirləri gördüyünü təsdiqləyir. Unutmaq olmaz ki, ötən müddət ərzində həmin istiqamətlərdə mütəmadi olaraq Azərbaycan ərazilərinin atəşə tutulması və erməni tərəfinin hərbi təhdidləri Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmasını zəruri edirdi. Azərbaycan heç bir dövlətə ərazi iddiası irəli sürmədiyini dəfələrlə bəyan və sübut edib. Amma işğaldan azad olunmuş və quruculuq işləri görülən ərazilərin təhlükəsizliyini təmin etmək bizim beynəlxalq hüquqla təsbit olunmuş haqqımızdır! VHP son hərbi əməliyyatları Azərbaycanın Ermənistana təcavüzü kimi qiymətləndirən qüvvələrə 30 il ərzində torpaqlarımızın işğal altında qalması faktını xatırladaraq. Ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunanda da bəzi qərb dövlətləri Ermənistanı yox, bizi işğzlçı sayirdı. BM TŞ- nın 4 qətnaməsi qulaq ardına vurulurdu. Ərazilərimizi qorumaq bizim milli haqqımızdır! Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirən xarici qüvvələr və siyasətçilər özlərinin erməni lobbisinin oyuncağı olduğlarını nümayiş etdirirlər. Çox təəssüf ki, bu kampaniyaya bəzi azərbaycanlı şəxslər də qoşuldu. Ölkəmizin hərbi və siyasi uğurlarını gözü götürməyən qüvvələr cəbhədə gərginlik yaranan kimi bir mərkəzdən idarə olunaraq aktivləşməyə başladılar. İçimizdəki təxribatçılar, ermənilərə xidmət edənlər xalq arasında təşviş, xof yaratmağa yönələn məlumatlar paylaşıb cəmiyyətin çaşqınlıq işində olmasına çalışdılar . Yalan xəbərlər yaymaqla rəsmi məlumatları kölgədə saxlamağa çalışan satqın qüvvələr Azərbaycanın itkilərinin çox olması, hətta ərazi itkilərimizin olduğu barədə dezinformasiyalar yayırdılar. Artıq hər iki tərəf rəsmi şəkilə itikiləri açıqlayıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Düşmənin darmadağın edildiyi ermənilər tərəfindən də etiraf edilib. “İçimizdəki denikinlər” xaricdən aldıqları sifarişi yerinə yetirməkdədir. Bu ilk dəfə deyil. Son illər ərzində iddiası və şəxsi maraqları naminə hər yolu məqbul sayan, vətən və millət sevgisindən uzaq, milli və dini ənənələrimizi ayaq altına atmağa hazır şəxslərdən formalaşdırılmış və “demokratiyanı, insan haqlarını qorumaq” çətiri altında gizlədilmiş bu şəbəkələrin əsas qayəsi elə məhz kritik məqamlarda ortaya çıxarılıb Azərbaycan dövlətinə içdən zərbə vurmaqdır.Vətəndaş Həmrəyliyi Partiyası ən yaxın tariximizi yada salaraq xatırladır ki, istiqlalımızın ilk illərində hakimiyyət savaşına qalxmaq yerinə, həqiqi Vətən sevgisi, məsuliyyət və qeyrət hissiylə bir masanın arxasında toparlanmağı bacarsaydıq və bütün güclərini də iç savaşa deyil, qanımızı içməyə hazır olan düşmənlə mübarizəyə səfərbər etsəydik 30 illik işğal əzabı yaşamazdıq. Tarixdən dərs götürmək zamanıdır. “Azərbaycan Ermənistan ərazisinə hücum edib! Bizim orada nə işimiz var?!” fikrini durmadan tirajlayan, dünənədək “10 noyabrda niyə hərbi əməliyyatları dayandırdıq?” ittihamı irəli sürüb bu gün “Bu qədər şəhid niyə verdik?!” arqumentini səsləndirənlərin erməninin başını əzən “Dəmir yumruq”la birdəfəlik əzilməsi zamanıdır. Ermənistanla sərhədlərimizin dəqiqləşdirilmədiyi bir vaxtda hansi sərhəddən söhbət gedə bilər? 2 ildir ki, Azərbaycan sərhədlərin dəqiqləşməsini istəyir, Etmənistan tərəfi bundan imtina edir və Azərbaycana hücum üçün hazırlıq işləri görür. Şəhidlərinin ruhuna hörmət edən hansı dövlət bu revanşist proseslərə biğanə qala bilər? Milli Birlik və Vətəndaş Həmrəyliyi bu gün ən böyük silahımızdır.
Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, daxili və xarici bədniyyətli qrupların həyata keçirdiyi təxribatçı planlardan asılı olmayaraq, Azərbaycan öz hədəflərinə doğru addımlamaqdadır. Azərbaycan xalqı çox yaxın zamanlarda “Zəngəzur dəhlizi”nin açılmasına, Naxçıvana dəhliz vasitəsi ilə səfərlərin təşkil olunacağına, ən nəhayət Qarabağın dağlıq bölgələrinə Böyük Qayıdışa şahidlik edəcək. Buna heç kəsin şübhəsi olmasın!
Vətəndaş Həmrəyliyi Partiyası
20.09.2022”
Blog
-
VHP Dünya Azərbaycanlılarına müraciət etdi: “Milli Birlik və Vətəndaş Həmrəyliyi bu gün ən böyük silahımızdır”
-
Fəzail İbrahimli: “Nensi Pelosi elə yaşdadır ki, ona nə desən ağlayacaq”
“Çoxları elə bilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ermənilər üçün ağlayır, ancaq o elə yaşdadır ki, nə desən ağlayacaq”.APA xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Fəzail İbrahimli deyib.
Komitə sədri bildirib ki, N.Pelosinin ağlamağı heç bir xeyir vermir, əksinə Ermənistan üçün problem yaradan göz yaşıdır: “Onlar ağlamağı bacarmır, şou göstərir. ABŞ-da seçki keçiriləcək, Pelosi erməni lobbisinin səsini almaq üçün Ermənistana gəlib. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar. Ancaq Pelosinin ağlamaqdan ürəyi gedib orda ölsə də Azərbaycan əsgərləri yerindən tərpənməyəcək”.
-
VHP sədri şəhid Röyal Balaşzadənin hüzür mərasiminə qatılıb
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun Suraxanı rayonunda yas mərasimi keçirilib. Millət vəkili Sabir Rüstəmxanlı yas mərasimində iştirak edərək şəhidin yaxınlarına başsağlığı verib.Balaşzadə Röyal 23 noyabr 2003-cü ildə Yardımlı rayonu Anzov kəndində anadan olub. Ailəsi ilə birgə Bakı şəhərinə köçüb və orta təhsilini Suraxanı rayonu 315 saylı orta məktəbdə alıb. Röyal mehriban, ağıllı və mərd şagird olub. Yoldaşlarının sevgisini, hörmətini qazanıb. İbtidai sinifdə “ən böyük arzun nədir?” sualına qürurla “ŞƏHİD OLMAQ” deyən Röyal öz arzusuna çatdı.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!


-
VHP Mingəçevir şəhər təşkilatı toplantı keçirib
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mingəçevir şəhər təşkilatının Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilat sədri Mübariz Camıyev ölkədəki ictimai-siyasi durum, partiya qarşısında duran vəzifələr, şəhər təşkilatının vəziyyəti və partiyanın fəaliyyəti haqqında geniş çıxış edib. O çıxışında bildirib ki, son günlər Azərbaycan-Ermənistan sərhəddində baş vermiş gərginlik zamanı 70-dən artıq hərbi qulluqçumuzun şəhid olması bütün ölkə boyu dərin hüzn yaratsa da ordumuzun şücaəti xalqda inamı daha da yüksəltmişdir: “Baş verənlərin fonunda bəzi dövlətlərin və beynəlxalq təşkilatların yenə də ikili standartlarla yanaşması müşahidə olundu. Baş verənlər Azərbaycanın öz haqqını dünyaya qəbul etdirməsi üçün milli birliyin hər zaman qorunması vacibdir. Bu günlərdə yaranmasının 30 illiyini qeyd edən VHP-nin “ Nicatımız Vətəndaş Həmrəyindədir” şüarı həmişəkindən daha aktualdır”. Təşkilat sədri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi və bundan irəli gələn tapşırıqlarla bağlı Məclis üzvlərini məlumatlandırıb. M.Camıyevin çıxışı ətrafında müzakirələr aparılıb. Sonda təşkilati məsələlərə baxılıb və partiyaya yeni üzvlər qəbul olunub. -
VHP-dən Nensi Pelosinin fikirlərinə etiraz:”Siyasi riyakarlıqdır…”
Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin demarşına çevrildi. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin qanunverici orqanının rəhbərinin qondarma “soyqırım” abidəsi önündə axıtdığı göz yaşları sözün bütün mənalarında siyasi riyakarlıqdır. Uydurma erməni nağılına bu cür dəstək verən ABŞ rəsmiləri başa düşməlidir ki, onların bütöv bir xalqa, böyük türk toplumuna qarşı həyasız və əsassız iddialarla çıxış etməsi dövlətlərarası münasibətlərin mürəkkəbləşməsinə səbəb olur. Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş qaydada öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar əleyhinə bu cür səriştəsiz adamların fikirlər səsləndirməsi heç bir diplomatik etiketə sığmır . Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Azərbaycan dövləti bu cür adamlarla bağlı ABŞ-ın rəsmi dairələrinə diplomatik qaydada etiraz etməli, onların bu hərəkətlərinin əsassız olduğunu sərt şəkildə nəzərə çatdırmalıdır.. Lobbiçilik adı altında istənilən dövlətin əleyhinə istənilən fikir söyləmək mümkündürsə, onda hər kəs ABŞ dövlətinin yaranarkən yerli əhaliyə divan tutmasından, 80 min insanı qəddarcasına qətlə yetirməsindən danışmalıdır.
Azərbaycan ordusunun son əməliyyatları nə miqyasına, nə də insan təlafatına görə ABŞ-ın öz sərhəddindən min kilometrlərlə uzaqda – Vyetnamda, İraqda, Əfqanıstanda apardığı müharibələrlə müqayisə edilə bilməz. VHP qətiyyətlə bildirir ki, Azərbaycan olaraq bizim də söyləməyə kifayət qədər sözümüz var; ölkəmiz beynəlxalq hüquqlar çərçivəsində hərəkət edir, müəyyən faşist ideologiyasına məruz qalmış millətin çılğın iddialarına əhəmiyyət vermir. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərilməsi, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşılması, bütün bunlara görə ermənilərə qarşı heç bir bəyanat verilməməsi fonunda xanım Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi fikirlər ABŞ üçün utancvericidir.
VHP hesab edir ki, ABŞ-ın uzun illərdir ki, tərəfdaşı olan Azərbaycana qarşı bu münasibət məhz Amerikanın milli təhlükəsizlik maraqlarına qarşıdır. Yəni Ermənistanın maraqlarının bu cür sərt şəkildə müdafiə edilməsi əslində ABŞ-ın dövlət maraqlarına ziddir. Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr Palatası sədrinin heç bir reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən fikirlərini qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət rəsmisi və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz. -
Vitse-spiker Cəlilabadda şəhid mərasimlərində
Milli Məclisin sədr müavini Fəzail İbrahimli Cəlilabadda şəhid mərasimlərində iştirak edibErmənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi ölkənin hər yerində ehtiramla yad edilir. Bu gün şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu Cəlilabad rayonunun Bəcirəvan kəndində torpağa tapşırılıb.Şəhidin dəfn mərasimində Milli Məclisin sədr müavini Fəzail İbrahimli, rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etmişlər. Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Hüseynalı Nəbiyevin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.Bu gün həmçinin vitse-spiker Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 20 yaşlı əsgər Kəlbiyev İsa Rəhim oğlunun dəfn mərasiminə qatılıb.Şəhidlə doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində vida mərasimi keçirilib.Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.Milli Məclisin sədr müavini F.İbrahimli həmçinin Cəlilabad rayonu Vənlik kəndində DSX-nin giziri, şəhid Məmmədov Nahid Hüseynağa oğlunun, Əsədli kəndində baş gizir Məmmədov Nahid Hüseynağa oğlunun və Alar kəndində əsgər Qasımov Rəşad Ənvər oğlunun 3 mərasimində iştirak etmiş, şəhidlərin yaxınlarına başsağlığı vermişdir.Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Vətən sağ olsun!

-
Samir Əsədli: “KTMT adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur”
Əgər təşkilat toqquşmalara qarışarsa Türkiyə də vəziyyətə müdaxilə edə bilərKTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib. Bu təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini diqqətə çatdırıb: “Mövcud vəziyyət hərtərəfli araşdırma tələb edir”.İclasda operativ şəkildə atılması mümkün görünən addımlar təklif olunub. Onların arasında KTMT-nin baş katibi Stanislav Zasın dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, vəziyyəti təhlil etmək üçün Katibliyin və KTMT Birgə Qərargahının əməkdaşlarından ibarət işçi qrupun yaradılması da var.Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adı cəlbedici olsa da, ciddi hərbi təşkilat kimi qəbul olunmur. Onun sözlərinə görə, KTMT-ni alyans da adlandırmaq doğru olmaz:“Ona görə ki, alyans dedikdə ən azından bir neçə güclü dövlətin bərabərhüquqlu şəkildə bir yerdə birləşməsi nəzərdə tutulur. Amma bu anlayış ümumilikdə KTMT-yə şamil edilmir. Əslində üzvlər üçün qurumu önəmli edən məqam alyansın nizamnaməsinin 4-cü maddəsi, yəni üzvlərdən birinə hücum zamanı digər üzvlərin hamısının onun müdafiəsini təmin etməsidir. Lakin Krımın anneksiyası bu maddənin effektivliyi ilə bağlı müəyyən sualların yaranmasına gətirib çıxardı. 2014-cü ildə Krımın ilhaqından sonra yarımadanı KTMT üzvlərinin Rusiyanın ərazisi kimi tanımaması əslində tərəflərin şərti olaraq müttəfiq olduğu faktını bir daha təsdiqlədi. İkinci Qarabağ savaşı və ondan sonrakı dövrə nəzər yetirsək, keçmiş SSRİ ərazisində həm də yeni situasiyanın formalaşdığını görmüş olarıq. Hazırkı situasiyada Azərbaycan başqa bir ölkənin sərhədinə müdaxilə etməyib. Buna görə də başqa ölkələrin və ya təşkilatların hadisəyə birbaşa müdaxiləsi yolverilməzdir və heç bir əsası yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə qarışarsa, bu zaman Şuşa Bəyannaməsinə əsasən, Türkiyə də vəziyyətə müdaxilə edə bilər. Bu isə Rusiya üçün arzuedilən deyil”. -
VHP üzvləri Türk Şəhidliyini ziyarət etdilər- FOTO
Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edilməsinin ildönümüdür.Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası “Türk şəhidliyi” abidəsini ziyarət edib. Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı ilə birgə partiya üzvləri Bakının azad olunmasında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.Ziyarət zamanı şəhidlərin məzarları üzərinə və abidə önünə tər güllər, əklillər qoyulub, ermənilərin ötən əsrdən indiyədək azərbaycanlılara qarşı törətdikləri terror və vandallıq aktlarından bəhs olunub.Bildirilib ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də dünyanın şər güclərinə qarşı Azərbaycan Türkiyə qardaşlığı ayaqdadır.


-
VHP-nin Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklə bağlı bəyanatı
“Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacaq”Azərbaycanın Zəfər Savaşına başlamasının iki ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi stabilliyin yaranması üçün 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədib. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə sülh prosesini əngəlləyir.
Erməni hərbi birləşmələri 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Eyni zamanda son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin eyni istiqamətində təxribatları, Azərbaycan Ordusunun mövqelərinin mütəmadi atəşə tutulması müşahidə olunub. Hərbi qulluqçularımızın, o cümlədən ərazidə infrastruktur işləri aparan mülki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və suverenliyimizə qarşı mümkün hərbi təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu qəti cavab tədbirləri görüb.
Vətəndaş Həmrəyliyi Partiyası Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Vətən uğrunda savaşda birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir. VHP eyni zamanda bəyan edir ki, ermənilərin beynəlxalq hüququ pozduğunu və götürdüyü öhdəlikləri yerinə yetirmədiyini sakitcə seyr edən beynəlxalq ictimaiyyətin indiki halda Azərbaycana qarşı haqsız mövqeyi təssüf doğurur. Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacağını dəfələrlə bəyan edib, bu və bundan sonra baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşür.
-
Sabir Rüstəmxanlının “Qarabağa Dönüş” poeması Türkiyədə nəşr edildi
Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir. Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir. Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin notlar bədbinlik, məyusluq cizgiləri ilə əvəz olunmuşdur. Hərbi-siyasi hadisələrin təsiri ilə tədricən Qarabağ mövzusundan vətənpərvərlik, mübarizlik, döyüş səsləri də eşidilmişdir. Azərbaycan xalqının Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda səfərbər olmağa hazırlanmasında bu ədəbiyyat mühüm rol oynamışdır.44 günlük Zəfər savaşından sonra Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Zəfərin ədəbiyyatımızda genişhəcmli əsərlərdə bədii cəhətdən əks etdirilməsi prosesi başlanmışdır. Xalq şairi Sabir Rüstəmxanlının Qələbədən dərhal sonra, Zəfərin isti izləri ilə yazılmış “Qarabağa dönüş” poeması ədəbiyyatda Qarabağ mövzusunda yaranan əsərlərdə itirilmiş torpaqlarımızın qaytarılması, işğaldan azad edilməsi uğrunda mübarizə mövzusundan tarixi Zəfərin bədii cəhətdən dərk və şərh olunması mövzusuna dönüşün başlanma zərurətini meydana qoymuşdur. Eyni zamanda, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması ilə Vətən müharibəsi mövzusunda kiçik janrlardan geniş həcmə malik bədii əsərlərə dönüşün də ilk uğurlu anonsu verilmişdir. Zəfər savaşçının poetik qəhrəmanlıq dastanına çevrilən bu əsərin misraları arasında Azərbaycan əsgərinin heyrətamiz şücaəti tarixi şəxsiyyətlərlə birgə təsvir olunur və sanki tarixlə müasirliyin vəhdəti Şuşanı işğaldan azad edən orduya güc verir. Azərbaycan xalqının milli Qələbəsinin qısa bir zamanda poetik dastan kimi təqdim edildiyi “Qarabağa Dönüş” poeması tək Azərbaycanda deyil Türkiyə Cumhuriyyətinin ədəbi mühitində də oxucu auditoriyası qazanmışdır. Türkiyənin tanınmış yazarı, Azərbaycan və Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü İmdat Avşarın tərcüməsində qardaş ölkədə dərc olunan “Qarabağa Dönüş” poeması türk oxucular tərəfindən də böyük maraqla qarşılanmışdır və “Türk Ədəbiyyatı” aylıq dərgisində tərcümədən bir parçaya yer ayrılmışdır.