Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Nurəddin Mehdixanlı-55

    Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. Vaxtilə, nəsillərinin soyadı olan “Mehdixanlı” onun səhnə təxəllüsüdür.

    Tahirli kənd orta məktəbini 1974-cü ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub və təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Oktyabrda hərbı xıdmətə çağırılıb və qayıdandan sonra yenə teatrın kollektivində aktyor işləyib.

    O, 1989-cu ilin sentyabrında Qarabağa Xalq Yardımı Komitəsinə işə girib və bir ay on gündən sonra teatrdan ayrılıb. Dörd il bu komitədə məsul vəzifələrdən birini tutan Nurəddin Mehdixanlı bir arada paralel olaraq Bakı Bələdiyyə Teatrında aktyorluq edib (1992-1994) və bu səhnədə Yazon (“Medeya”, Jan Anuy), Şahgir (“Tomris”, Oqtay Altunbay) rollarını oynayıb. Səhnə üçün doğulmuş aktyor 1994-cü il aprel ayının 18-dən yenə Akademik Milli Dram Teatrının truppasındadır.

    Mehdi və İkinci repartyor. “Səhra yuxuları”, Anar.
    Hidayət xan. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev.
    Ross. “Maqbet”, Vilyam Şekspir.
    Yazon. “Medeya”, Jan Anuy. Kiçik səhnədə.
    Eldar və Vaqif. “Vaqif”, Səməd Vurğun.
    Kamran. “Unuda bilmirəm”, İlyas Əfəndiyev.
    Pavel (böyük). “Gecənin sirri”, Anatoli Safronov.
    Kərim bəy. “Közərən ocaqlar”, Mirzə İbrahimov.
    Elxan. “İblis”, Hüseyn Cavid.
    Fərhad. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev.
    Təbriz. “Büllur sarayda”, İlyas Əfəndiyev.
    Rövşən. “Əliqulu evlənir”, Sabit Rəhman.
    Böyük bəy. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.
    Muxtar. “Təhminə və Zaur”, Anar.
    Ruz. “Atabəylər”, Nəriman Həsənzadə.
    Cavan şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.
    Idris. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə.
    Boksçu. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.
    Ulus. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri.
    Əbu Übeyd. “Od gəlini”, Cəfər Cabbarlı.
    Məşədi Təhməz. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.
    Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.
    Fərhad. “Günah”, Rəhman Əlizadə.
    Məşədi Əzizbəyov. “Tufandan əvvəl”, Arif Süleymanov.
    Xuan. “Qadın faciəsi”, Federiko Qarsia Lorka.
    Ayaz Turan. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.
    Xəzər. “Gecə döyülən qapılar”, Nəbi Xəzri.
    Şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.
    Gur Şad. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə.
    Sokrat və Aydar. “Sokratı anma gecəsi” (“Eşşək dəri üzəriııdə məhkəmə”),
    Çingiz Aytmatov və Muxtar Şaxanov.
    Orxan. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.
    Yaralı Əsgər. “Hələ “sevirəm” deməmişdilər…”, Ramiz Novruz.
    Aydın. “Aydın”, Cəfər Cabbarlı.
    İppolit. “Fedra”, Jan Rasin.
    Rəşid Axundov. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu).
    Ərtoğrul. “Afət”, Hüseyn Cavid.

    Sırf teatr aktyoru olan Nurəddin Mehdixanlı Azərbaycan Dövlət Televiziyasında Əzizə Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), Cəfər Cabbarlının “Solğun çiçəklər” (Bəhram), Nəriman Həsənzadənin “Kimin sualı var?” (İlham), Bəxtiyar Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) televiziya tamaşalarında da iştirak edib. “Dədəm Qorqudun kitabı” dastanının motivləri əsasında “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev rollarına çəkilib.

    Nurəddin Mehdixanlı 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 may 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
    1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 2000 və 1995-ci illər də keçirilən Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad birinci Dairə Seçki Komissiyasından VHP-nin namizədi olub.

  • VHP Ali Məclisinin sədri Rafiq Manaflıya

    VHP Ali Məclisinin sədri Rafiq Manaflının doğum günü ilə bağlı partiyanın təbriki yayılıb. Təbrikdə deyilir:

    «Hörmətli Rafiq bəy!

    Sizi doğum gününüz münasibəti ilə səmimi qəbldən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayırıq.

    Siz Azərbaycanın ictimai-siyasi fikir tarixində xüsusi önəmi olan adamsınız. Hələ Milli Azadlıq Hərəkatının ilk günlərindən AXC Ali Məclisinin üzvü və Qaradağ rayon təşkilatının sədri kimi apardığınız mübarizəniz, fədakarlığınız və ləyaqətinizlə minlərlə insana nümunə olmuş, böyük bir hərəkatın uğurla – Azərbaycanın müstəqilliyi ilə sonuclanmasına töhfələr vermisiniz.

     Azərbaycan müstəqillik qazandıqdan sonra isə ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması yolunda başlanan mübarizənin önündə durmusunuz. Aradan illər keçsə, bu yolda çoxları sıralarımızı tərk etsə də, Siz heç bir zaman geri çəkilməmiş, öz insani keyfiyyətlərinizi daim qorumusuz. Sizin bütün varlığınızla və heç bir maraq güdmədən, səmimi şəkildə Azərbaycanın demokratikləşməsi, insan haqq və azadlıqları, vətəndaş cəmiyyəti, hüququn aliliyi uğrunda apardığınız mübarizə haqqınızda eşidənlərin hamısı üçün bir nümunə, bir örnəkdir.

    Sizin bu mübarizəni illərdir Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında aparmağınız və həmrəylik ideyasının təmsilçisi olmağınız isə bizim üçün fərəhdir. VHP Ali Məclisinin sədri və Siyasi Şuranın üzvü kimi göstərdiyiniz prinsipiallıq, ümumi maraqları rəhbər tutmağınız, hər bir VHP-çiyə, hər bir Azərbaycan vətəndaşına sərvət kimi baxmağınız və onları qorumaq, ölkəyə dəyərli vətəndaş kimi yetişdirmək istəyiniz mənəvi zənginliyinizin və ləyaqətinizin ən bariz nümunələrindəndir. Bu mübarizəniz və mənəvi keyfiyyətlərinizin Vətənə tarixi xidmət olduğunu bilir və qiymətləndiririk.

     Hörmətli Rafiq bəy!

     Bir daha Sizi ad gününüz münasibətilə təbrik edir, Sizə can sağlığı, ailə səadəti və ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

     

     

    Hörmətlə,

     

    Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası»

  • VHP-dən AMİP-ə yaşıl işıq

    AMİP Mərkəzi Şuranın toplantısını VHP-nin qərargahında keçirə bilər. Belə ki, VHP bununla bağlı AMİP-in müraciətini gözləyir. Məsələ ilə bağlı VHP sədrinin müavini Samir Əsədli “OLAYLAR”a açıqlamasında bunları deyib: “AMİP Mərkəzi Şuranın toplantısını keçirmək üçün BŞİH-nə müraciət edib. Əgər BŞİH AMİP-ə bununla bağlı yer verməsə onda AMİP toplantını VHP-nin qərargahında keçirə bilər”.

  • VHP sədrinin yeni kitabı çapdan çıxdı

    Planetimizin və insanlığın uzayda, kainatda tut¬du¬ğu yer, sivilizasiyanın taleyi və Yerlə Göyü birləşdirən sevgi… Xalq şairi Sabir Rüstəmxanlının yeni nəsr əsərində bu mövzular müstəvisində oxucunun diqqəti cəmiyyətimizin ciddi sorunlarına yönəldilir.
    Görkəmli şair-publisist Sabir Rüstəmxanlının “Sunami” romanı “Qanun” nəşriyyatında çıxıb. 180 səhifəlik kitab 1000 tirajla buraxılıb, qiyməti 3 manat 50 qəpikdir.

  • VHP tərəddüd edir

    “Vətəndaş Həmrəyliyi Partiyasının təkrar bələdiyyə seçkiləri ilə bağlı konkret qərarı qəbul etməyib”.

    Bunu “OLAYLAR”a açıqlamasında VHP sədrinin müavini Samir Əsədli deyib. Onun sözlərinə görə, partiya bu yöndə qərar qəbul etməyə tələsmir: “Partiya üzvlərindən seçkidə iştirak etmək istəyənlər var. Ancaq buna baxmayaraq partiya bununla bağlı konkret qərar qəbul etməyib.

    Çünki ötən bələdiyyə seçkilərində VHP üzvləri, namizədlərinə yerli icra strukturları tərəfindən təzyiqlər, təqiblər oldu. Bu seçkilərdə də eyni vəziyyətin olacağını düşünürük”.

    S.Əsədli onu da bildirib ki, qanunda nəzərdə tutulmuş vaxt da var. Partiya bu müddət ərzində konkret qərar qəbul edəcək.

    Qərar seçkilərə qatılmaq, qatılmamaq və üzvlərə sərbəstlik verilməsi yönündə verilə bilər.

     

  • Xocavəndin işğalindan 19 il ötür

    Rayon erməni silahlı birləşmələri tərəfindən 1992-ci ildə işğal edilib

    Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 19 il ötür. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir.

    Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.

    1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xdmətindən ANS PRESS-ə verilən məlumata görə, sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunub.

    Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.

    Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

    Xocavənd rayonunun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.

    Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınmış, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

    Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.

    Daxil olmuş məlumatlara əsasən yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.(anspress.com)

  • Əli Həsənov hansı haqla müstəqillikdən danışır?

    Anar NİFTƏLİYEV

    Dünən televiziyaların birində dövlət müstəqilliyinin 20-ci ildönümüylə əlaqədar veriliş hazırlanmışdı. Bilirsinizmi, müstəqilliyin qazanılması yolu barədə kim çıxış edirdi? Əli Həsənov! Adam müstəqilliyin ağır sınaqlardan keçməsi, keşməkeşi, daha nə bilim, hansı zibili haqda elə ötkəmlə danışırdı ki, adamın gözü kəlləsinə çıxırdı!

    Bu ölkədə meyar qalmayıb, dəyər itib, artıq insanlar danışdıqları yalana görə bir qram da olsun, xəcalət çəkmirlər; həya yox, abır yox…
    Bunun adına nə deyəsən, axı? Əli Həsənov cəmi 20 il əvvəl – 1991-ci ildə parlamentdə qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası Aktının əleyhinə səs verən millət vəkili kimi tarixə düşüb! Amma hazırda bu adam müstəqil Azərbaycanın ən yüksək vəzifələrindən birini tutur, baş nazirin müavinidir, “Qaçqınkom”un sədridir – əleyhinə çıxdığı müstəqillik buna hər şey verib.
    “Cəhənnəmə” demək olar, “onsuz da müstəqillik əleyhinə çıxanlar hazırda vəzifədədirlər” söyləmək də mümkündür. Amma Müstəqillik Aktının 20-ci ildönümündə həmin adamların dövlətin azadlığa necə çıxmasını şərəflə, ləyaqətlə danışmasına “cəhənnəmə” demək olmur axı!
    Bu milləti nə qədər yaddaşsız, huşsuz, düşüncəsiz hesab edirlər! Bu milləti nə qədər aşağılayırlar, Ilahi!
    Müstəqilliyin Bərpası Aktını hazırlayanlardan, onun qəbulu uğrunda vuruşanlardan birini – Arif Hacılını Müstəqilliyin 20-ci ildönümündə türməyə soxub, bu müstəqilliyin əleyhinə səs verən adamın müstəqilliklə bağlı “tarixi” fikirlərini almağın məntiqi nədir?
    Cəhənnəm olsun məntiq – onsuz da bu hakimiyyətin atdığı addımların heç bir məntiqi-zadı yoxdur. Adam hansı mənəvi əsasla efirə çıxır? Hansı şücaətinə görə müstəqillik illərindən bəhs edir?
    Bu millətin azadlığı, dövlətin suverenliyi uğrunda çarpışan Məryəm Həsənova Siyəzənin hansısa qəsəbəsində, yataqxana binasının 14 kvadratmetrlik darısqal bir otağında, ayda 162 manat 50 qəpiyin ümidinə yaşayır, amma müstəqillik əleyhinə çıxıb milyonlara sahiblənən Əli Həsənov müstəqillikdən danışır…
    Istiqlalçı deputatlardan olan Tahir Kərimli bir xoruza yük edilir, zəlil günə salınır, hər yerdən dışlanır, ancaq Əli Həsənov müstəqilliyə doğru gedən yola işıq tutur…
    “Naxçıvan keçmiş SSRI-də ilk dəfə olaraq müstəqilliyini elan etdi” fikrinin nə boyda dəhşət olduğunu belə dərk etmir bu “siyasi uzaqgörən”. Müstəqilliyin əleyhinə səs verib, indi müstəqillikdən guruldadan Əli Həsənov guya Heydər Əliyevin xidmətlərini yada salır, müstəqilliyi “ümummillinin” adına geydirir. Hərəkatı kim başlamışdı? Müstəqillik uğrunda kim vuruşurdu?
    Millət azadlığı və suverenliyi uğrunda savaşa çıxanda Heydər Əliyev Moskvada ev dustağıydı; SSRI-nin dağılması artıq labüd fakta çevriləndə Heydər Əliyev hələ Naxçıvana gəlməmişdi; Naxçıvan Ali Məclisində üçrəngli bayraq qaldırılanda millət artıq 3 il idi ki, bu bayrağa bürünmüşdü, ölkə başdan-başa azadlıq içindəydi – indikindən fərqli olaraq.
    Tarix də cəhənnəm olsun – onsuz da Azərbaycanın ən yeni tarixi saxtalaşdırılır, tiraniyanın hakimiyyətini legitimləşdirmək, Ilham Əliyevin irsi olaraq kürsünü atasından təhvil almasını əsaslandırmaq kimi mücərrəd və alğasığmaz bir bataqlığa soxulur. Amma sən necə “Ilk dəfə Naxçıvan müstəqilliyini elan etdi” deyə bilərsən? Belədə sənin ermənilərdən fərqin olurmu?
    Ölkənin 2 subyekti var – biri Naxçıvan, biri Dağlıq Qarabağ! Naxçıvanın müstəqilliyindən dəm vuranda adamın gözünə Dağlıq Qarabağın “müstəqilliyini” soxmazlarmı?
    O ayrı məsələ ki, “Müstəqil Naxçıvanın” 1992-ci ilin sonlarına doğru Ermənistanla imzaladığı “sülh sazişi” nəticəsində Naxçıvandan hər hansı təhlükənin gəlməyəcəyinə arxayın olan ermənilər Sasun David briqadasını da Dağlıq Qarabağa göndərdi və müstəqil Azərbaycan dövlətinin apardığı uğurlu hərbi əməliyyatların qarşısını aldı.
    O ayrı məsələ ki, tarix hər şeyi öz adıyla mütləq çağıracaq – kim xəyanət etdi, kimlər oyun qurdu, kimlər Dağlıq Qarabağın ətrafındakı 7 rayonu ermənilərə “bufer zona” kimi hədiyyə verdi! Amma…
    Vallah heç nəyi unutmamışıq, billah heç nə yaddan çıxmayıb! Ayıbdı axı, barı müstəqilliyin qazanılmasından danışmayın!

  • Əlvidа, cənаb Qəddаfi!

    Ibrahim Quliyev

    Аmmа ürəyini sıхmа, аrdıncа gələn çох оlаcаq

     Hə… bu dа sоn, cənаb Qəddаfi! 31 il idаrə еtdiyin хаlq birdən кüкrəyib аyаğа qаlхdı. Sənin sоsiаlist cəmаhiriyyəni аlt-üst еlədi, sаrаyını yеr üzündən sildi, əzmətli pоrtrеtlərini cırıb аyаqlаr аltınа töкdü. Liviyаnın hər bucаğındаn bоylаnаn hеyкəllərini üzüquylu tоrpаğа yıхdı. Tаnış səhnədir. Bir vахt bizim də аtа-bаbаmız Stаlinin hеyкəlini nеcə аtın quyruğunа bаğlаyıb dərəyə yıхmаqlаrındаn dаnışırdılаr. Sənin bir çаğırışınlа аyаğа qаlхаn хаlqın indi səni bunкеrlərdə ахtаrır кi, bаşını bədənindən аyırsın. Bu qəribə dünyаdır, cənаb Qəzzаfi! Hеç кəsə hеç nəyi bаğışlаmır. Dünən düz 65 min insаn sənin həbsхаnаlаrındаn çıхdı. Оnlаrın günаhı nəydi? Sаdəcə insаn hаqqı, yаşаmаq hаqqı istəmişdilər. Sən isə оnlаrı bаsıb həbsхаnаlаrа dоldurmuşdun. Indi həmin insаnlаr bаşınа 1, 6 milyоn dоllаr qоyublаr кi, кim sənin ölünü, yа dirini gətirsə оnа hədiyyə vеrsinlər.

    Dünyа ibrət məкtəbidir. Hеç vахt buynuzsuz qоçun qisаsını buynuzlu qоçdа qоymur. Bаşdаn хаrаb və psiх оğlun dünənəcən еfirə çıхıb milləti hədələyirdi. Indi, Аllаh bilir, hаnsı siçаn dəliyindədir. Ölкənin bütün vаridаtınа yiyə durmuşdun. Indi həmin vаridаtın хаrici bаnкlаrdаn özünə qаrşı mühаribə аpаrır. Idаrə еtdiyin ölкənin Mərкəzi Bаnкının кеçmiş rəhbəri nələr оğurlаdığını və кimlərə sаtdığını аçıb töкür.

    Оnun dеdiyinə görə, Liviyаnın 170 milyаrd dоllаr həcmuində pulu və qızıl еhtiyаtlаrı оlub кi, indi оnlаrın əкsər hissəsi sənə qаrşı mühаribə аpаrаn dövlətlərin əlinədir. Niyə о pullаrlа хаlqını аdаm кimi yаşаtmаq istəmirdin? Hеç оlmаzsа bizdəкi кimi bir аsfаltı 10 dəfə qаşıyıb təzədən bаsаydın. Rusiyаyа inаnmışdın, Mоsкvаnın каdrıydın. Dünən о Mоsкvаdа sənin qаldırdığın bаyrаğı tоrpаqlаrа sаldı. Indi bir təк özünsən, bir də didərgin düşmüş və hər аn ölüm gözləyən аilə üzvlərin… Düzü, sənə yаzığım gəlir, cənаb Qəddаfi! Yох, bu təкcə sənin fаciən dеyil. Sənin bаşınа gələnləri görə-görə millətə zülm еtməкdə dаvаm еdənlərin hаmısının sоnu bеlə оlаcаq.. Bir gün tеz, bir gün gеc, hаmısı sənin qibətini yаşаyаcаq.

    Mütləq yаşаyаcаq. 1996-cı ildə sənin höкmünlə 1200 müsəlmаnın öldürüldüyü Əbu Səlim аdlı həbsхаnаn dünən bоşаldıldı. Həmin həbsхаnаdаn ümumiliкdə 40 min dustаq аzаd еdildi. Bаşqа bir həbsхаnаdаn isə 25 min məhкum sərbəst burахıldı. Nəydi оnlаrın günаhı? Bizdəкi кimi ictimаi аsаyişi pоzmuşduqlаrmı, аvtоbuslаrаmı təpiк аtmışdılаr? Yа qəzеtsаtаnа кüçədə qəzеt sаtmаğа mаnе оlmuşdulаr?.. О insаnlаr dа sаdəcə insаn hаqlаrınа, söz, mətbuаt аzаdlığınа, аzаd, dеmокrаtiк sеçкilərə nаil оlmаq istəyirdilər… Niyə hакimiyyətdən iкiəlli yаpışmışdın. Məgər bir аdаm dа 30 il – 40 il hакimiyyətdə оlаr? Yохsа Liviyа böyüкlüкdə bir ölкədə səndən bаşqа аğıllı bir insаn yохuydu? Niyə öz хаlqını bеlə gülünc vəziyyətə sаlırdın? Аrtıq bütün ərəb dünyаsı səndən üz döndərib. Dünən Ərəb Ölкələri Liqаsı dа sənin hакimiyyətini dеvirən Milli Кеçid Şurаsını lеgitim hакimiyyət кimi tаnıdı. Həmin təşкilаtın bаş каtibi Nаbil əl-Ərəbi кеçid höкumətinin Ərəb Ölкələri Liqаsınа tаm üzv кimi qəbul оlunаcаğını dа dеyib. Sənsə indi hаnsısа zirzəmidə təкsən, cənаb Qəddаfi! Bах, sоn bеlə оlur. Hакimiyyətə gəlmişdin, 5-10 il lidеrliк еdib, hакimiyyəti хаlqın irаdəsinə vеrib çıхıb gеdərdin. Nə bаşınа bu fəlакətlər gələrdi, nə də indi övlаdlаrını ölümlə üzbəüz qоyаrdın.

    Dünyаnın bütün кəşfiyyаt оrqаnlаrı səni ахtаrır. Və tаpаcаqlаr. Çох еhtimаl кi, аqibətin Səddаm Hüsеynкi кimi оlаcаq. Bu, sənə lаzım idimi? Dünyа ibrət məкtəbidir, gərəк həyаtı gözü çıхаn qаrdаşındаn öyrənəydin. Indi sənə həm аcığım tutur, həm də qibtə еdirəm. Аcığım tutur оnа görə кi, liviyаlılаrа хаrаbа qаlmış bir məmləкət qоyub gеtdin, qibtə еdirəm оnа görə кi, nəhəng, cаhаnşümul siyаsətçi оlmаsаn dа, Liviyаnın bir qаrışını dа yаdlаrа vеrmədin… Аmmа bu dа аzdır. Gərəк хаlqа öz istədiyi кimi yаşаmаq üçün siyаsi və iqtisаdi аzаdlıq vеrəsən. Sənsə vеrmədin, hər iкisini qаmаrlаdın. Fiкirləşdin кi, hакimiyyət sərvətini, sərvətinsə hакimiyyətini qоruyаcаq. Аmmа görüsən кi, bıçаq bоğаzа dirənəndə hеç birinin хеyri оlmur.

    Indi кəndir bоğаzınа кеçəcəк günü gözlə.

    Sаğ əlin кimin bаşınа оlаcаq, оnu dа zаmаn göstərəcəк.

    Hələliкsə əlvidа, cənаb Qəddаfi!

    Qоy indi də növbədəкi gəlsin!

  • Samir Əsədli: “Allah hərəyə bir tale qismət edib”

    VHP Siyasi Şurasının üzvü Samir Əsədli “Mərkəz” qəzetinin ”TEZ-BAZAR” rubrikasında

    – Özünüzü 2 sözlə təqdim edin.

    – Samir Əsədli.

    – Sizi necə təqdim edəndə razı qalırsınız?
    – Fəaliyyətimə uyğun.

    – “Mən kiməm?” sualına necə cavab verirsiniz?
    – Allahın bəndəsi.

    – Dost…
    – Çətin məsələdir.

    – İlk sevginiz?
    – Arxivdə qalıb.

    – Əsas ixtisasınız?
    – Geodeziya və Xəritəçəkmə.

    – İstifadə etdiyiniz nəqliyyat növü?
    – Ümumi nəqliyyat.

    – Sevdiyiniz maşın markası?
    – “Lexus”.

    – Sevdiyiniz brend?
    – Gözüm hansını tutdu.

    – Sevdiyiniz saç düzümü?
    – Səhər evdən çıxanda saçımı necə darasam, o.

    – Sevdiyiniz rəng?
    – Yaşıl.

    – Ən çox bəyəndiyiniz ölkə və şəhər?
    – Türkiyə, Bursa.

    – Sevdiyiniz yemək?
    – Dolma.

    – Ən çox istifadə etdiyiniz söz?
    – Salam.

    – Leksikologiyanıza yad olan söz?
    – Elə söz yoxdur.

    – Sizi nə həyacanlandıra bilər?
    – Bəd xəbər.

    – Ən çox sevdiyiniz kitab?
    – Coğrafiya kitabları.

    – Ən çox sevdiyiniz yazar?
    – Səməd Behrəngi, Sabir Rüstəmxanlı, Corc Oruell.

    – Ən çox bəyəndiyiniz ifaçı?
    – Qulu Əsgərov, Ağadadaş Ağayev, Flora Kərimova.

    – Ən çox bəyəndiyiniz musiqi janrı?
    – Klassik.

    – Özünüzdə qeyri- adi istedad hiss edirsizmi?
    – Bilmirəm.

    – Mənfi xüsusiyyətiniz?
    – Utancaq olmağım.

    – İdeal insan necə olmalıdır?
    – İdeal insan yoxdur.

    – Özünüzü ideal insan hesab edirsizmi?
    – İdeal insan yoxdur.

    – Sizi özünüzdən nə çıxarda bilər?
    – Bir sıra mənfi şeylər…

    – Həyat fəlsəfənizi ifadə edin?
    – Dostluq, xeyirxah iş görmək, Allaha bəndəlik etmək.

    – Siz xoşbəxtsinizmi?
    – Allah hərəyə bir tale qismət edib.

    – Bədbəxtliyin xüsusi düsturu varmı?
    – Yox!

    – Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
    – Yaxşı.

    – Ölüm niyə ölmür?
    – Allahın bu dünyada verdiyi vaxtın bitməsi ilə.

    – Dinlərə münasibətiniz?
    – Haqq dinlərə münasibətim haqq qədərdir.

    – Kimdən və nədən xilas olmaq istərdiniz?
    – Pis nə varsa hamsından…

    – Falçıya inanırsızmı?
    – Gərək, bədbəxt və qanmaz olasan ki, inanasan.

    – Daş olmaq yaxşıdır yoxsa daşlaşmaq?
    – Maraqlı sualdır.

    – Sevinciniz nə qədərdir?
    – Sevincim qədər…

    – İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
    – Səmini, düzgün, xoşxasiyyət olmalarına.

    – Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
    – Baxırda.

    – Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
    – Çayı keçib çay qırağındakı çayxanada oturub çay içmək yaxşı olar.

    – Gülməyi xoşlayırsız, yoxsa güldürməyi?
    – Baxır hansı məqama nə düşür.

    – Mənə sualınız?
    – Həyatı necə dərk edirsən?

    – Həyatı olduğu kimi dərk edirəm.

    Tural Türk

    http://merkez.az/samir-%C9%99s%C9%99dli-%E2%80%9Callah-h%C9%99r%C9%99y%C9%99-bir-tale-qism%C9%99t-edib%E2%80%9D.html

  • “Elçibəyə “İstiqlal” ordeni verilsin” – Bəyanat

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında “İslahat” deputat qrupunun növbəti toplantısı keçirilib. Milli Məclisin payız sessiyası öncəsi keçirilən toplantıda “İslahat” deputat qrupunun faəliyyət istiqamətləri, qrupa daxil olan partiyaların daha geniş müstəvidə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.
    “İslahat” deputat qrupunun müzakirəsinə çıxarılan əsas məsələlərdən biri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, bütün dünya azərbaycanlıları üçün həyati önəm daşıdığını qeyd edən millət vəkilləri bu münasibətlə bəyanat qəbul ediblər. Bəyanatda deyilir:
    “18 oktyabr 2011-ci il tarixdə Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyini bayram edəcəkdir. Bu böyük tarixi günlə əlaqədar biz, 17 mart 1991-ci il tarixdə SSRİ-nin saxlanılması məqsədilə referendum keçirilməsinin əleyhinə səs vermiş Azərbaycan SSR Ali Sovetinin 43 deputatını (sonradan vətənə xəyanətə görə məhkum olunmuşlar istisna olmaqla), o cümlədən Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əblülfəz Elçibəyi (ölümündən sonra) «İstiqlal» ordeni ilə təltif etməyə, bu şəxslərin və 1991-95-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin (dünyasını dəyişmiş şəxslərin isə ailə üzvlərinin) sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq qərar qəbul etməyə çağırırıq.
    Biz, bu şəxslərdən biri olmuş və hazırda həbsdə olan “Müsavat” partiyasının icra katibi Arif Hacılının da azad olunmasını xahiş edirik.
    «İslahat» deputat qrupu hesab edir ki, həmin şəxslərin bəziləri müstəqil Azərbaycan dövlətində vəzifə tutaraq dövlət hakimiyyəti orqanlarını gözdən salmış, Azərbaycan xalqının qanunun aliliyinə söykənən vətəndaş cəmiyyəti quruculuğuna olan inamInı, o cümlədən Dağlıq Qarabağı işğaldan azad edəcəyimizə dair ümidlərimizi müəyyən dövr üçün puç etmişlər. Hazırda onların içərisindən siyasətlə məşğul olan müəyyən şəxslərin mövqelərini bölüşməsək də, hətta bəzi məqamlarda məqbul saymasaq da Milli Azadlıq Hərəkatının öncüllərindən yalnız həmin şəxslərə parlament üzvlüyü nəsib olmuş və və həmin dönəmdə heç nədən çəkinməyərək SSRİ-nin əleyhinə səs vermiş, Azərbaycanın istiqlalına gedən yolda tarixi rol oynamışlar.
    «İslahat» deputat qrupu hesab edir ki, belə bir qərarın qəbul olunması, habelə hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, Cabbar Savalanlının, o cümlədən 2 aprel 2011-ci ildə mitinq keçirməyə cəhd etdikləri üçün həbs olunmuş digər şəxslərin azad edilməsi yaxın tariximizə hörmətimizi nümayiş etdirən ədalətli qərar olmaqla yanaşı, mili birliyimizə və ölkədə köklü islahatların keçirilməsinə də əlverişli zəmin yarada bilər”.
    Xatırladaq ki, “İslahat” deputat qrupunda Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət Partiyaları təmsil olunur.