Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Gənclər “Gələcək naminə”” forumu keçirir”

    Dostlar, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi ölkənin ərazi  bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin  başçısı Hacıbala Abutalıbova müraciət edib. Mitinqin məqsədi və digər məsələlərlə bağlı fevralın 25-i, saat 15:00-da VHP-nın (Vətəndaş Həmrəyliyi Partiyasının) mərkəzi qərargahının akt zalında gənclərin forumu keçiriləcək. Foruma yerli və beynəlxalq təşkilatlar, QHT-lərin nümayəndələri və özünü gənc hesab edən hər kəs dəvətlidir.

    Siz də gəlin. Gələcəyimiz naminə bir arada olaq!

    Dəyərli, KİV təmsilçiləri Sizləridə Forumda görməkdən məmnun olarıq!!!

    Qeyd edək ki, gənclərin mitinqinin martın 4-də saat 15:00-dan 17:00-dək Bakı şəhərinin meydanlarının birində keçirilməsi nəzərdə tutulur.

    Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” səsləndiriləcək..

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsində (GHMK)  –  VHP, Müsavat, AXCP, ADP-nın gənclər təşkilatları, “Azad Gənclik” Təşkilatı , “Dalğa” Gənclər Hərəkatı,  “Müsbət dəyişiklik” Gənclər Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı və  “İnsan Hüquqları” Klubu” təmsil olunurlar.

    Əlaqə:

    Ünvan: Xətai r-nu, X.Rüstəmov küç., 1210-cu məhəllə. Tele: 012 490 66 22, (050) 753 33 83

  • Gənclər mətbuat konfransı və forum keçirəcəklər

    Məlum olduğu kimi, fevralın 13-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.
    Həmin müraciətdə martın 4-də saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulur.
    Bu günədək Bakı Şəhər İcra Hakimiyyəti müraciətə heç bir cavab verməyib.

    Komitə yetkililəri bu məsələ və mitinqə hazırlıq, mitinq öncəsi keçirilən görüşlər və digər bu kimi məsələlərlə bağlı 23 fevral 2012-ci il tarixdə, saat 12:00-da VHP-nin mərkəzi qərargahının akt zalında mətbuat konfransı keçirəcək.

     

    Qeyd edək ki, 25 fevral tarixdə, saat 15:00-da VHP-nin akt zalında müxalifət və müstəqil gənclərin “Gələcək naminə” forumu da təşkil ediləcək.

    Xatırladaq ki, müraciət Gənclərin Hüquqlarını Müdafiə Komitəsi(GHMK) tərəfindən edilib. GHMK-da 4 partiya ,5 təşkilatı – “Azad Gənclik” Təşkilatı, “Müsbət dəyişiklik” Gənclər Hərəkatı, “Dalğa” Gənclər Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı, “İnsan Hüquqları Klubu” , “Vətəndaş Həmrəyliyi Partiyası”, “Musavat Partiyası”, “Azərbaycan Xalq Cəbhəsi Partiyası” və “Azərbaycan Demokrat Partiyası” Gənclər Təşkilatları təmsil olunurlar.

    Əlaqə:

    Ünvan: Xətai r-nu, X.Rüstəmov küç 1210-cu məhəllə.

    Tele: 012 490 66 22, (050) 753 33 83

  • Quba hadisələri ilə bağlı İctimai Palatanın bəyanatı

    İctimai Palata bu gun Qubada baş verən hadisələrlə əlaqədar rayon əhalisinin haqlı narazılığına və etiraz aksiyasına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edir və hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır.
    İctimai Palatanın Koordinasiya Şurası daxil olan məlumatları öyrənməkdə davam edir. Lakin istənilən halda aydındır ki, Qubada baş verənlər hakimiyyətin xalqazidd siyasətinin və məmur-oliqarx özbaşnalığının məntiqi nəticəsi və xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə müqavimətinin nümayişidir. 
    Cox həssas bir məqamda baş verən bu hadisə bir daha sübut edir ki, Azərbaycan artıq mövcud şəkildə idarə oluna bilməz. Ölkədə insanların can, mal güvənliyi, iş, maaş, yaşam haqları qanunla və ədalətlə təmin olunmalıdır. Azərbaycanda sosial, iqtisadi dəyişikliklər, köklü islahatlar günün tələbi və həyati zərurətdir. 
    İctimai Palata Quba əhalisini öz haqlı narazılığını və tələblərini yalnız dinc formada ifadə etməyə, ölkə ictimaiyyətini isə Quba əhalisinə mənəvi dəstək verməyə çağırır.
    İctimai Palata hakimiyyəti hadisələrdən düzgün nəticələr çıxarmağı, problemləri həll etməyi tələb edir. Hakimiyyət xalqın səsinə qulaq asmalı, yalnız Qubada deyil, bütövlükdə ölkəmizdə köklü dəyişikliklərin zərurətini dərk etməlidir.
    01 mart 2012

  • Sabir Rüstəmxanlı və Mahmudəli Çöhrəqanlının birgə fəaliyyəti

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanı arasında telefon və internet üzərindən görüşlər keçirilib.

    Söhbət zamanı İran və bölgədəki son durum, güneyli soydaşlarımızın taleyi mövzusunda fikir mübadiləsi aparan liderlər Güney Azərbaycan diaspor təşkilatlarının pərakəndəliyi və zəif təşkilatlanmasından narahatlıqlarını dilə gətiriblər. Siyasi proseslərin hazırkı mərhələsində Güneylə bağlı bütün qurumların bir-biri ilə əlaqəsinin zəruri olduğunu önə çəkən S.Rüstəmxanlı bu məsələdə məsuliyyətin daha çox sədrlərin üstünə düşdüyünü bildirib.
    Bir neçə gün davam edən müzakirələrdən sonra DAK və GAMOH-un əlaqələrinin yüksək səviyyədə qurulması barədə razılıq əldə edilib və fəaliyyətlərinin koordinasiya edilməsinin xırdalıqları razılaşdırılıb.

    Çöhrəqanlı DAK-ın fəaliyyətini izlədiyini və uğurlarına sevindiyini diqqətə çatdırmaqla növbəti qurultayda iştirak edəcəyini də söyləyib.

                                                                                                                                               VHP Mətbuat Xidmət

  • Sabir Rüstəmxanlının Milli Məclisdəki çıxışı

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanının) 2011-ci il üzrə illik məzruzəsində millət vəkiuli Sabir Rüstəmxanlının çıxışı: “Elmira Süleymanovanın baçşılıq etdiyi müvəkkiliyi Azərbaycanda normal fəaliyyət göstərən rəsmi qurumlardan biri olduğunu qeyd etdi. Sonra o, İnsan Hüquqlarının vəziyyətini cəmiyyətlə bağlı olduğunu və sistemin ümumi mənzərəsini əks etdirdiyini vurğulayaraq dedi: “İnsan Hüquqlraı geniş anlayışdır. Cəmiyyətin bütün təbəqələrinin, anaların, körpəlkərin, məktəblilərin, tələbələrin, əsgərlərin, müəllimlərin, işçilərin,  hüquq müdafiə orqanlarının, məhəmələrin, millət vəkillərinin,nəyayət, ıurnalistlkərin hüquqları. Bu sahələin hər birinin ölkəmizdəki vəziyyəti barədə ətraflı danışmaq olar. Bu geniş spektrin elə bir bölməsi yoxdur ki, orda qanunlar bütün gücü ilə işləsin. Ölkəmizdə İnsan Hüquqlarının mövcud vəziyyətini yaxşılaşdırmaq niyyəti ilə müəyyən rəsmi və hüquqi addımlar atılmışdır; Azərbaycan Respublikasının Prezidenti 2006-cı ildə konkret iş planı və ötən ilin dekabr ayının 27-də isə milli fəaliyyət proqramı imzalanmışdır. Milli Məclisdə bu sahə ilə bağlı bir sıra qanunlar qəbul edilmişdir. Yəni Azərbaycan vətəndaşlarının azadlıq hüququnun, seçki hüququnun, əmək hüququnun, sosila təminat, sağlamlıq, təhsil, mənzil, mülkiyyət hüquqlarının qorunmasına xidmət edən müvafiq hüquq bazası yaradılmışdır. Təəssüf ki, bu qanunlar işləmir və ya bütün mərhələlər üzrə kobud şəkildə pozulur. Bunun bir çox səbəbi var. Rüşvət, korrupsiya, özbaşınalıq kimi cəmiyyətin dayaqlarını sarsıdan  faktlardan danışmaq olar. Amma buna vaxt çatmaz. Ən başlıca bəlalardan biri hüquq mədəniyyətinin aşağı olmasıdır. Biz bu məclisdə məmur özbaşınalığı haqqında çox danışmışıq. Bu gün həmin məsələyə bir daha qayıtmaq istəyitəm. Bir vaxtlar  bu divarların arasında rayon rəhbərlərini balaca padşahlar adlandırmışdım. Indi onların özbaşnalığı padşah sözünün hüdudlarına sığmır. Rayonlarımızda icra başçıları addımbaşı öz səlahiyyət hədlərini aşırlar. Ona görə ki, çoxu bu işə yaramayan, az təcrübəli, ümumi təhsil və mədəniyyəti aşağı olan, xalqa hörmət hissindən uzaq, bölgələrin psixoligiyasını və qayğılarını bilməyən, göydəndüşmə,arxalı adamlardır. Qanunları bilmir və ona əhəmiyyət vermirlər. Bir sıra başçılar öz rayonlarının sakinlərini insan yerinə qoymur, onları qəbul etmir, şikayətlərini aylarla cavablandırmır və hətta küçədə rastlaşanda saılamlarını da almırlar. Onsuz da az olan iş yerləri “sərfəli”adam axtarışı ilə aylarla boş saxlanılır, təcrübəli, özünəgüvənən, yəni qul psixologiyasından uzaq adamlar və ya hər fürsətdən istifadə edib icra başçısına mədhiyyə deməyən əsil mütəxəssislər bu vəzifələrə götürülmürlər. Vəzifə sahiblərinin harınlığı, dövlət əmlakının israfçılığı, büdcədən gələn pulların divar və yol daşları dəyişmək kimi mənasız işlərə sərf olunması xalqın əsəbini tarıma çəkir. Hər icra başçısı getdiyi rayona öz şəxsi əmlakı, biznesi kimi baxır, istədiyi ərazini mənimsəyir, özəlləşdirir, mülkiyyət hüququ addımbaşı tapdalanır.

    Hüquq pozuntusundan danışarkən mənim belə uzaqlara, yəni rayonlara getməyimə ehtiyac yoxdur. Elə götürək bu məclisin özünü. Millət vəkillərimizin böyük bir hissəsi qanunlarımıza sayqısızlıq göstərərək, ciblərində deputat vəsiqəsi daşıya-daşıya bizneslə məşğul olur və xalqın verdiyi səlahiyyəti öz şəxsi bizneslərinin inkişafına sərf edirlər. Əhali arasında ciddi narazılıq yaradan məslələrdən biri də öılkədə mövcud olan YAP təşkilatlardır. Məhəllələr sökülür, sökənin kimliyi bəlli deyil. Yaşıllıq massivləri zəbt edilir, restoranlar, yaşayış evləri, toyxanalar Bakının onsuz da daralmış nəfəsini bir az da daraldır, on illərlə zəhmətlə böyüdülmüş bağlar, parklar bir axşamda yoxa çıxır günahkarı tapılmır. Hansı təşkilatdan soruşurusan çiyinlərini çəkir. Cavabdeh təşkilata üz tutursan “bizlik deyil” cavabını eşidirsən. Bəs onda kimin boynundadır bu qanunsuzlıuqlar. Dövlətin məmurları bu çiyinçəkmələrlə bütün təqsirləri özlərindən yuxarı orqanların boyunlarına yıxmağa çalışırlar. Təkcə bunun özü onların yerində olmadıqlarını göstərən bir sübutdur. Məmur və xalq münasibətlərində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti onun tabeliyində olanlara nümunə olmalıdır. O rayonları gəzir, adamlarla və dövlət məmurları ilə görüşür, onlara görülən işlər barədə hesabat verir. Bu bir yüksək mədəniyyət əlamətidir Halbuki, daha çox həmin adamlar öz gördükləri və görmədikləri işlər barədə prezidentə hesabat verməlidirlər. Bəzi icra başçıları bundan heç bir nəticə çıxarmırlar. Onlar öz tabeliyində olan adamlarla ayrı bir dillə Azərbaycan Respublikasına başucalığı gətirməyən harınlıq, kobudluq və özbaşınalıqla, daha çox maraq və tərəfkeşlik dili ilə danışırlar.

    Normal cəmiyyətdə insan və dövlət hüquqlarının sərhədləri dəqiq və dəyişilməzdir. Dözlət öz insanının hüquqlarını nə qədər ciddi müdafiə edirsə insan da öz dövlətininin hüquqlarına o qədər məsuliyyət və hörmətlə yanaşır. Bizdə bu sərhədlər pozulub. Bir çox məmurlar başa düşmürlər ki, onlar dövlət sözünü tutalqac edib insanları incitdikcə əslində dövlətə zərbə vurur və dövlət üçün problem yaradır, tədricən dövlət adından danışmaq hüququnu itiririlər. Unudurlar ki, dövlətini qurucusu insan olduğu üçün insan hüquqularının müdafiəçisi də dövlət olmalıdır”.  

  • Türkiyədə “Xocalı həftəsi” davam edir

    Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Xocalı həftəsi” Türkiyə Cümhuriyyətinin bütün bölgələrində geniş mərasimlər şəklində davam etdirilir.

    Bu barədə hazırda qardaş ölkədə keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. Millət vəkilinin bildirdiyinə görə, fevralın 22-də İstambulun “Bakı Palas” otelində Xocalı sakinlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Bengtürk TV-nin oteldən apardığı canlı yayımda Sabir Rüstəmxanlı, həmçinin Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı happy wheels demo çıxış etmiş, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişlər.

    Həmin gün İstambulun ən böyük ilçələrindən olan Esenyurdda da böyük mərasim keçirilib. Esenyurd Mədəniyyət Mərkəzində düzənlənən mərasimdə Türkiyə Böyük Millət Məclisinin və Azərbaycan Milli Məclisinin üzvləri, ziyalılar, Azərbaycanın İstambuldakı konsulu, Xocalı faciəsinin şahidləri iştirak etmişlər. Millət vəkili S.Rüstəmxanlı bu mərasimdəki çıxışında da faciə və onun nəticələri haqqında danışıb, dünyanın gözü qarşısında baş verən bu soyqırıma beynəlxalq qurumların laqeyd yanaşması önə çəkib.

     

     VHP Mətbuat Xidməti

  • Yaradıcı gənclər Sabir Rüstəmxanlı ilə görüşdü

    Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin bir qrup tələbəsi Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.

    Gənc yazarların istəyi ilə baş tutan görüşdə Sabir Rüstəmxanlı öz təcrübəsini, ədəbi baxışlarını, dilə münasibətini gənclərlə bölüşüb. Görüşdə ana dilinə və ədəbi ənənələrə laqeydlik, nəsillərarası narazılıq da müzakirə olunub.

     
    Ədəbi nəsillər arasındakı mübahisələrə münasibət bildirən Sabir Rüstəmxanlı hər zaman gəncliyin mövqeyini müdafiə etdiyini dilə gətirib: «Yeni nəslin özlərindən əvvəlki ədəbi nəsli qəbul etməməsi qanunauyğunluqdur. Biz də siz yaşda olanda belə mübahisələr vardı. Amma bu mübahisələr ədəbiyyatın sərhədlərini aşmamalı, şəxsi nifrət səviyyəsinə enməməlidir. Təəssüf ki, ədəbi gənclik mübahisələri bəzən şəxsi düşmənçiliyə çevirir» deyən S.Rüstəmxanlı yeni nəslin özünü ifadə etməsinə şərait yaratmağın, istedadların əlindən tutmağın yaşlı nəslin ədəbi borcu olduğunu söyləyib: «İmkanım daxilində gənclərdən heç bir dəstəyi əsirgəməmişəm və bu gün də əsirgəmirəm».

    Ədəbiyyatın ictimai həyatdan kənar olmadığı, dövrünün və mühitinin ağrı-acılarını hər zaman daşıdığı da müzakirə olunub. «60-cı illərdən başlayaraq milli şüurun formalaşmasında ədəbiyyatın gördüyü işi heç nəylə müqayisə etmək olmaz. Millətin varlığını qoruyan mənəvi nüvəyə vurulan zərbələrin, yad təsirlərin qarşısında hər zaman ədəbiyyat, mədəniyyət dayanıb» söyləyən S.Rüstəmxanlı ədəbi nəsillərin böyük bir missiya daşıdığını dilə gətirib.

    «Ömür kitabı»ndan sonra S.Rüstəmxanlı yaradıcılığında növbəti mərhələ olan «Göy Tanrı» romanı barədə də ayrıca müzakirə aparılıb. S.Rüstəmxanlı BSU Yaradıcılıq fakültəsinin gerçəkləşdirmək istədiyi «Göy Tanrı» romanının geniş müzakirəsində iştirak edəcəyini bildirib. 

    Daha sonra Xalq şairi dünya ədəbiyyatı, ədəbi cərəyanlar, sənət incəlikləri, yaradıcılıq mətbəxi və s. bağlı gənclərin suallarını cavablandırıb.

    Görüşdə gənclərin şeirlərini dinləyən və onlara münasibət bildirən   S.Rüstəmxanlı hələ çap olunmamış yeni şeirlərini də səsləndirib. Sonda gənclərin istəyi ilə S.Rüstəmxanlı imza mərasimi keçirib.

     

     

     VHP Mətbuat Xidməti 

  • Meriya qanunları pozdu

    Biz, adımlarımızı incə detallarına qədər heablayın inteloktual addımlar atırıq

    Martın 4-də mitinq keçirmək üçün Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin meriyaya müraciətinə hələ də cavab verilməyib.
    Məlumat üçün bildirək ki, mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə fevralın 13-də müraciət olunub. Qanunvericiliyə uyğun olaraq, bu xəbərdarlıq məktubuna ən geci bir həftə müddətində cavab verilməli, mitinq keçirilməsi nəzərdə tutulan meydanlardan birinin məqbul sayıldığı (məqbul sayılmazsa, səbəbi izah edilməli və alternativ yer təklif edilməlidir) göstərilməlidir.
    Ancaq Bakı şəhər İH son tarix kimi fevralın 23-də cavab verəcəyini bildirsə də, sonradan bu tarix fevralın 27-nə dəyişdirildi. Fevralın 27-də isə Bakı şəhər İH-nin şöbə müdiri Ramazanov ilə uzun axtarışlardan sonra danışa bildik. O bildirdi ki, fevralın 28-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri ilə görüşməyə və müraciəti müzakirə etməyə hazırdır. Lakin fevralın 28-də görüşün yalnız martın 1-də alınacağını söylədi.
    Martın 1-də isə Ramazanov “yoxa çıxdı”. happy wheels demo Bu gün əlaqə saxladıqda o, məktuba cavab verməməsinin səbəbini izah etmədən yaxın günlərdə meriyanın münasibətini rəsmən alacağımızı bildirdi.
    Bu gün də meriya ilə əlaqə saxladıq, bizə bildirdilər ki, Zaur Ramazanov burda yoxdur, sizə günün sonunda cavab verilə bilər. (?)
    Göründüyü kimi, meriya fevralın 13-də edilən müraciətə 20 gün müddətində cavab verməməklə qanunu kobud surətdə pozur. Eyni zamanda, bu, Azərbaycan hakimiyyətinin müraciətə cavab verməmək səviyyəsində laqeydləşdiyinin, sərbəst toplaşma azadlığının pozulmasının və insan haqlarının kobud şəkildə tapdanmasının, öz vətəndaşlarını saymamasının təzahürüdür.

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin bu qanunsuzluğuna hüquq müstəvisində iddialar qaldırılaraq, merya məhkəməyə veriləcək və kütləvi etiraz aksiyaları təşkil ediləcək, həmçinin 5 mart tarixdə  növbəti mitinq üçün yenidən müraciət ediləcək, bütün beynəlxalq qurumlara proses barəsində hesabatlarında əks olunması üçün  geniş məlumat veriləcə.

    Biz öz haqqımızı əldə edənə qədər mübarizə aparacağıq.  

     


  • Əsgər atasının məhkəmə barədə yazdıqları

    Hadisə ilə bağlı məhkəmə prosesləri hələ də davam edir. Dünyasını dəyişmiş əsgərlərdən Quliyev Zakirin atası Etibar bəyin fevral ayının 28-də Gəncədə keçirilən məhkəmə barədə göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

    “Məhkəmədə iştirak edən prokuror və hakimin “əməyi” nəticəsində elə bir vəziyyət yaranıb ki, 7 əsgərin öz hərbi xidməti vəzifələrini yerinə yetirərkən faciəli surətdə həlak olması əhəmiyyətsiz bir hadisə həddinə gəlib çatıb. Prokuror və hakim 7 əsgərin həlak olmasını aşkar edən faktarı protokola salmır, bu işə aid sualları verməyə icazə vermir və protokola salmır. 20 fevralda Göygöl rayonu N saylı hərbi hissədə baş verən hadisədəki ölümlərlə əlaqədar şahidlərə sual verilmir, biz valideynlər ölümlə əlaqədar sual verəndə bizi cərimə və ya 2 günlük həbslə hədələyirlər. Məhkəmənin bir hissəsi qapalı keçir, o da bəzi əsgərlərin şəxsi səhhət məsələlərilə əlaqəlidir.

    28.02.2012 –ci il tarixində baş tutan məhkəmə iclasında ATƏT monitorinq keçirirdi, lakin qapalı hissədə o iclasdan çıxarılır, açıq hissədə yenidən qayıdırdı. Bu qərardan bizim heç xəbərimiz də yox idi, çünki bunu bizsiz hazırlıq iclasında qəbul etmişdilər. 17.01.2012 məhkəmə iclasında bizi aldadıb Musazadə Kamranı (yalançı şahid) dindirəndə onun ifadəsinə şəxsi sirrini yaymamaq üçün qol çəkdirdilər. (O qərarın qəbul olunmasından biz valideynlər 28.02.2012-ci il tarixli məhkəmədə təsadüfən xəbər tutduq. Prokurorluq çox çalışıb ki 7 əsgərin həlak olmasını aşkar edən faktları yayındırsın. 90% istintaqda aparılan araşdırmalar 20.02 2011 ildə olan hadisəni ört-bastır edib gizlətmək üçün aparılıb. İndi də məhkəmədə bu davam edilir.

    Hadisədən bir il keçməsinə baxmayaraq bizə sənədlərin surətini vermirlər, əvəzinə, məktub göndərirlər ki, sizin sənədlərin surətini çıxarmaq ixtiyarınız var. Gəncəyə boş yerə gedib – qayıtmaqdan yorulmuşuq. Şahidlər (əsgərlər) deyirlər ki, hadisə onların (yalançı şahidlərin) dediyi kimi olmayıb, hakim əsgərlərə deyir ki, siz ayrı ifadə vermisiniz. Əsgərlər deyirlər ki, belə deməmişik. Neçə əsgərdən ifadə alınıb, ancaq əsgərlərə verilən sualları və onlara verilən cavabları protokola salmırlar. Səfər Əbiyev həqiqəti Azərbaycan xalqından gizlədir”.

  • İP Koordinasiya Şurasına yeni iddialılar

    Ictimai Palatanın gələn il yanvarın 8-də keçiriləcək sessiyasında Koordinasiya Şurasının yeni tərkibi seçiləcək. Koordinasiya Şurasına keçiriləcək seçkilərdə namizəd olmaq istəyən şəxslər yanvarın 6-ı saat 18.00-dək IP-nin katibliyinə müraciət edə bilər. Bu barədə qəzetimizə məlumatı Müsavat Partiyası başqanının müavini, Ictimai Palatanın katibi Gülağa Aslanlı verib.
    Bu günə kimi IP-nin rəhbər strukturunda təmsil olunmaq üçün 4 nəfərin namizədliyini irəli sürdüyünü deyən G.Aslanlı vurğuladı ki, bunlar VHP Ali Məclisinin sədri Rafiq Manaflı,
    Milli Demokrat (Boz Qurd) Partiyasının sədri Qələndər Muxtarlı, tanınmış siyasətçi Ibrahim Ibrahimli və Ixtiyar Abdulovdur. G.Aslanlı onu da bildirdi ki, Koordinasiya Şurasının hazırkı 13 üzvünün hamısı yeni tərkib üçün namizədliklərini irəli sürüblər. G.Aslanlı qeyd etdi ki, namizəd olmaq istəyən şəxslərin yanvarın 6-dək katibliyə müraciət etməsi kifayətdir.
    IP KŞ-da təmsil olunmaq üçün namizədliklərini irəli sürən şəxslərdən bu addımı atmalarının səbəbini öyrəndik.
    VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirdi ki, o, IP-ni müxalifətin vahid güc mərkəzi kimi gördüyü üçün bu addımı atır. IP-nin ötən müddət ərzində çox nüfuzlu bir təşkilata çevrildiyini deyən R.Manaflı vurğuladı ki, gələcəkdə təşkilatın idarəçiliyində partiya mexanizminin tətbiqi IP-ni daha da gücləndirə bilər. “Hesab edirəm ki, Ictimai Palatanın Koordinasiya Şurasında təmsil olunmaqla təşkilatın idarəçiliyinə müəyyən töhfələr verə bilərəm”, deyə R.Manaflı vurğuladı.

    http://azadliq.info