Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Vahid türk əlifbasına keçilməlidir”

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının Gün.Az-a müsahibəsi:

    – Sabir bəy, son dövrlər yenidən əlifba dəyişikliyi məsələsi gündəmə gəlib.

    Siz bir millət vəkili, ən əsası söz adamı olaraq bu haqda nə deyərdiniz, fikrinizcə, əlifbada müəyyən hərflərlə bağlı dəyişikliklərə və ya islahatlara doğrudanmı, ciddi ehtiyac var?

    – Bilirsiniz, mən lap əvvəldən Azərbaycan əlifbasının türk (Türkiyə) əlifbası ilə bir şəkildə olmasını istəmişəm, bunun tərəfdarı olmuşam, Milli Məclisdə məlum müzakirələr zamanı onu müdafiə etmişəm.

    Bütün müzakirələrdə fikrim bu olub ki, Türkiyə ilə bizim əlifbamız eyni cür olmalıdır, burada fərq olmamalıdır. Yəni, eyni bir dildə danışan, kökəncə eyni olan bir xalqın iki əlifbası ola bilməz. Onsuz da biz hələ ötən əsrin əvvəllərində latın qrafikasına keçəndə, yəni, ərəb əlifbasından imtina edəndə güneyli qardaşlarımız bizdən aralı düşüblər. İndi müəyyən bir fərqlə Türkiyədən də aralı düşürük.

    O vaxt təəssüf ki, dilçilər bu məsələdə daha çox yer aldılar, mən isə dedim bu məsələ biz dilçilərin işi deyil, bu məsələyə elmi yanaşmadan daha çox, siyasi yanaşma lazımdır. Amma əfsuslar olsun ki, bu məsələyə siyasi yanaşma olmadı, dilçilərin mövqeyi belə demək mümkünsə, nəzərə alındı. Axı, əslində bu – əlifba bir xidmət vasitəsidir.

    Məsələn, Türkiyə türkləri “ə” hərfini bizdən çox işlədirlər, amma “e” yazırlar. Nə olacaq ki? Dünya dağılmayıb ki? Bir də “ğ” yoxdur orda, dil bir az da cingiltili olub, daha gözəl səslənir. Onlar da bir şey itirmirlər, yəni, qoy əlifbamız eyni  cür olsun, bəlkə o biri türkdilli respublikalar da bizə baxacaqlar, onlar da bir əlifba qəbul edəcəklər?!

    – Sizcə, vahid əlifbanın hansı üstünlükləri var və ya ola bilər?

    – Əgər vahid türk əlifbasına keçilərsə, onda o “kiril”dəki günahlar və bizi ayrı salmaq üçün düşmənin ortaya atdığı ayrı-seçkiliklər də unudulacaq, aradan qalxacaq, o cümlədən, kitablarımızın da tirajı artacaq, qəzetlərimizin də tirajı yüksələcək, bir-birimizi də daha rahat oxuyacağıq.

    Həmçinin, 80 milyonluq Türkiyənin buraxdığı bütün kitablara daha da rahat əlimiz çatacaq və sair. Kompyuter məsələsində də nəzərə almışdıq ki, “ə” klaviaturada yoxdur, biz yazırıq, amma göndərəndə problem yaranır.

    Bütün bunlar hamısı o zamanlar ciddi müzakirə olunmuşdu və müəyyən razılığa gəlinmişdi. Təəssüf ki, o vaxt dilçilər belə qərara gəldilər ki, yox, 34 hərf-işarə qəbul edək, hər türk respublikası da bunu öz bildiyi kimi gəlib götürsün.

    Türkiyədə 28 hərfdir. İndi biz getdik 32 hərf götürdük, qazax 33, o birisi 34. Yəni, bu 6-7 hərfin müxtəlif variantları var – iki hərfi bir yerdə yazırlar və ayrı bir səs kimi səslənir. İndi məlum olur ki, bu 6 hərfin sayəsində daha 60 variant yaranır, bir-birimizin aramızda yaranan, yaşanan uçurumların aradan qaldırılması bir qədər də dərinləşir.

    Bu mənada mən Türkiyə ilə Azərbaycanın vahid əlifba işlətməsinin tərəfdarıyam və hesab edirəm ki, vahid əlifbanın tam oturuşması, bütün xırda qüsurlardan azad olunması üçün də müəyyən vaxt tələb olunur. Bunu da nəzərə almalıyıq.

    Bildiyiniz kimi, vaxtilə bilirsiniz rus-kiril əlifbasına keçəndə “ya”, ondan sonra “yu” hərflərini də qəbul etmişdik və sair. Amma zaman keçdikcə onlar da aradan qaldırıldı. Burada da bu xırda qüsurlar, xırda fərqlər aradan qaldırıla bilər və mən hesab edirəm ki, əgər 1400 illik ərəb əlifbasından gələcəyin müsafirləri əl çəkirsə, o zaman daha asan olan bir əlifba əldə etmək xətrinə, əslində bunlardan imtina edib Orxan-Yeniseyə də qayıtmaq olardı, əski türk əlifbasına da qayıtmaq olardı. Amma biz güneylə inteqrasiyanı, qaynaşmanı vacib hesab edirik…

    – Hesab edirsiniz ki, burada bu məqam da nəzərə alınmalıdır…

    – Əlbəttə ki. Bunsuz ayrı cür ola bilməz. Ona görə bu – vahid türk əlifbasını qəbul edəriksə, onu da elə qəbul etməliyik ki, Türkiyə ilə eyni olsun. Ya gərək Türkiyə əlavə olaraq “ə”ni, “x”nı qəbul etsin, ya da biz Türkiyə variantını qəbul edək, başqa yol yoxdur.

    Türkiyədə bu illər ərzində böyük bir okean qədər geniş kitab məhsulları var və belə halda Türkiyənin bundan imtina etməyini düşünmək ağlasığan görünmür, eləcə də, Türkiyənin əlifbası kifayət qədər elə bizim dilin tələblərinə cavab verir. Onda, mənə elə gəlir ki, tərəddüd etmədən – hər halda siyasi qərar qəbul etmək gərəkdir – Azərbaycanla Türkiyə və digər türk respublikaları vahid bir əlifbaya keçməlidirlər.

    Kamil Həmzəoğlu
    Gün.Az

  • VHP-dən ramazan təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

    Təbrikdə deyilir:

     

    “Əziz müsəlmanlar!

    Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, ayların sultanı olan Ramazan ayında tutduğunuz orucun, ibadət və dualarınızın qəbul olunmasını Allahdan diləyirəm.

    Ramazan ayı insanın öz nəfsi ilə mübarizəsini əks etdirməsi baxımından hər bir fərdin dünyagörüşündə xüsusi iz buraxan təqvimdir. Təsadüfü deyil ki, ayların sultanı olaraq qəbul edilən Ramazan halallığın, paklığın, könül toxluğunun təntənəsi hesab edilir.

    Bu ayda müsəlmanların həm də göz, qulaq, söz pəhrizi saxlaması dünyanın, yaranışın fəlsəfi mahiyyətini anlamaqda və bütün fanilərin bir gün Haqqın qarşısında duracağı hikmətinin dərkində mühüm rol oynayır. İnsanlar bu ayda təmizlənir, şeytani hisslərdən uzaqlaşır; halalla haram bu ayda bir-birindən ayrılır, ətraf aləmə tam ayrı gözlə baxmaq fürsəti qazanır. Bu baxımdan Orucluq ayı və Ramazan bayramından üzüağ, könlütox çıxan, qəlbi möhürlənməyən bütün soydaşlarımızı qutlayıram, Haqqın Ədalətini bu ayda belə dərk etməyənlərə isə hidayət arzulayıram.

    Ramazan ayı həm də insanların öləri, millət və ümmətlərin əbədi olduğunu xatırladır. Bu müqəddəs bayram ərəfəsində Dünya Azərbaycanlılarını Tanrı və millətimiz adına, ədalətin və haqqın təntənəsi naminə canları və malları ilə daha geniş mübarizə aparmağa, daha sıx birləşməyə çağırıram.

    Tanrı bu müqəddəs gündə dualarımızı qəbul etsin və xalqımızın əsrlərdən bəri üzləşdiyi ayrılığa, bölünmələrə son qoysun, haqq uğrunda mübarizəmiz başa varsın! 

    Təəssüflə qeyd etməliyəm ki, Cənubi Azərbaycanda baş verən zəlzələ, soydaşlarımızın üzləşdiyi fəlakət, yüzlərlə bacı-qardaşımızın həyatını itirməsi üzüntüsü ilə Ramazan bayramını qarşılayırıq. Bu günlərdə həlak olan soydaşlarımıza bir daha Allahdan rəhmət diləyir, onların doğmalarına səbir arzulayıram”.

  • VHP Nigar Yaqublunun həbsində narahatdır

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Müsavat partiyasını üzvü Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Müsavat partiyasının Məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtimobil qəzasının araşdırılması və istintaq aparılması qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarının birbaşa vəzifə səlahiyyətlərinə aiddir.

    “Ancaq nəzərə aldıqda ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi qaldırılarkən istintaq müddətində təqsirkar qismində şübhəli bilinən şəxs, xüsusilə xanım  barəsində məhəmə prosesinə qədər həbs qəti-imkan tədbirinin seçilməsi presedenti yoxdur, onda Nigar Yaqublunun həbsinin siyasi motivli olması ehtimalı yaranır.

    Siyasi rəqibə qarşı Azərbaycan hakimiyyəti indiyə qədər qeyri-məqbul və qeyri-demokratik vasitələrdən istifadə etsə də, milli-mənəvi dəyərləri həmişə qorumağa çalışıb. Müsavat partiyasının başqan müavini olan Tofiq Yaqublunun qızı Nigar Yaqublunun siyasi sifariş əsasında həbs olunmasını təsdiqləyən faktlar isə hakimiyyətin bu sahədə illərlə qoruduğu milli dəyərin pozulması anlamına gələ bilər.

    VHP Siyasi Şurası bu tendensiyanın yaranmasından ciddi narahatlığını bildirir və bəyan edir ki, bu hal milli dəyərlərə xüsisu önəm verən Azərbaycanda arzu olunmayan qeyri-siyasi mübarizə mühitinin yaranması təhlükəsini doğura bilər. Buna görə də VHP SŞ ölkənin siyasi hakimiyyətindən vətəndaş sülhünün güclənməsi və milli-əxlaqı dəyərlərimizə hörmət əlaməti olaraq hadisəyə birbaşa müdaxilə etməyi və müvafiq qərar qəbul etməyi xahiş edir”.

      VHP Mətbuat Xidməti      

  • VHP yeni qurumda təmsil olunmayacaq

    Sabir Rüstəmxanlı: “İçdən səmimiyyət olmadığına görə, müxalifətin bir araya gəldiyi qurumlar tez bir zamanda sıradan çıxır”

     “Azərbaycan müxalifətinin son illərdə dəfələrlə müxtəlif qurumlarda birləşib-ayrılmasını o qədər görmüşük ki, indi hər hansı bir  yeni birlikdə təmsil olunmaq fikrimiz yoxdur”-  vhp.az xəbər verir ki, bunu  açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı  müxalifət partiyasının təsis etdiyi Demokratik Qüvvələrin Məşvərət Məclisinə münasibətini bildirərkən deyib. 

    VHP sədri qeyd edib ki, içdən səmimiyyət olmadığına görə, müxalifətin bir araya gəldiyi qurumlar tez bir zamanda yarandığı kimi də  sıradan çıxırlar: “Ona görə də indi  biz bir partiya olaraq, vaxtımızı bu cür proseslərə sərf etmək istəmirik”.

    S.Rüstəmxanlının sözlərinə görə, DQMM-in  məlum yığıncağında VHP-nin də nümayəndəsi iştirak edib, amma bu o demək deyil ki, partiya sözügedən qurumun rəsmi üzvüdür:  “VHP təmsilçisi DQMM-in yığıncağında iştirak edib. Amma eyni zamanda, ciddi, qəti bir birlik yaranmayana qədər bizim hansısa  bu tipli qurumlar da təmsil olunmağımız mümkün deyil,  bizim belə bir fikrimiz yoxdur. Əgər səmimi, ciddi bir niyyət olsa, müxalifət arasında ciddi bir  birlik, təşkilat yaransa, onda biz o məsələyə baxa bilərik və baxacağıq…”.

  • Cабир Рустамханлы назвал Афродиту и Клеопатру проститутками

    «Я не представляю, в каком городе мира кроме Баку, и в целом Азербайджане, можно найти столько домов торжеств и ресторанов с вымышленными названиями», – выразил свое негодование депутат Милли Меджлиса Сабир Рустамханлы.

    Как информирует shebeke.az со ссылкой на Gun.Az, депутат отметил, что заключение брака, создание семьи – это святое дело, и никто не хотел бы его каким-либо образом очернить. По его словам, каждый мечтает, чтобы этот торжественный день прошел в незапятнанном, чистом месте и остался в памяти на всю жизнь.

    «Но посмотрите, сколько в Баку ресторанов, названных именами античных проституток?! «Афродита», «Клеопатра» и другие подобные имена. Некоторые из них названы людьми, которые не любят наш язык и преследуют цель оскорбить наш народ.

    Открывают дома торжеств, рестораны, и если не могут им подобрать названия в честь своих предков, то называют по-разному, лишь бы, не на азербайджанском языке. За всем этим стоят люди, ненавидящие Азербайджан и азербайджанский народ. Именно поэтому они дают своим ресторанам, домам торжеств имена проституток, а наши дети вынуждены делать в них свадьбы», – заявил он.

    Я думаю, что это пора прекращать, и нужно внимательно отнестись к этому вопросу, подчеркнул депутат.

  • Gürcüstanlı soydaşlarımıza qarşı amnistiya tətbiq edilməlidir

    Dünən Azərbaycan hökumətinin Gürcüstan azərbaycanlıları ilə bağlı son dövrlərdə tətbiq etdiyi siyasətə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirə toplaşmış və özlərini yeni miqrasiya siyasətinin qurbanları hesab edən soydaşlarımız ciddi problemlə üz-üzə qaldıqlarını bildirdilər. 

    VHP Siyasi Şurasının üzvü və Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) rəhbəri Əlövsət Əliyev isə ölkənin miqrasiya siyasətinin və bu sahədəki qanunların tamamilə normal olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti etnik azərbaycanlıların Gürcüstandakı doğma yerlərini tərk etməsini istəmir: “Eyni zamanda, problemlər də var. Bizə Azərbaycanda sənədsiz yaşayan beş mindən çox Gürcüstan azərbaycanlısı müraciət edib və əksəriyyətində sovet pasportları var”.

    Ə. Əliyevin sözlərinə görə, Azərbaycan dövləti Gürcüstanda, İsraildə, Ermənistanda və bir sıra digər ölkələrdə olduğu kimi. Gürcüstan azərbaycanlılarına münasibətdə amnistiya tətbiq etməlidir. Yəni, söhbət həmvətənlərə münasibətdə miqrasiya siyasətinin sadələşdirildiyi “Həmvətənlər haqqında” qanundan gedir. AMM rəhbəri 7 ildən artıq Azərbaycanda yaşadığı halda vətəndaşlıq ala bilməyən, habelə müvafiq sənədləri olmayan Gürcüstan azərbaycanlıları haqqında vahid məlumat bazası yaratmağı təklif etdi: “Təklif edirəm ki, bu şəxslərin hüquqları məhkəmə yolu ilə müdafiə edilsin. Hazırda 70 iş məhkəmədədir və artıq müsbət qərarlar var”. 

  • Gənclər soydaşlarımızın taleyindən narahatdılar

    İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Şahbaz Xuduoğlunun təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Ş. Xuduoğlu deyib ki, İranın rəsmi dairələri Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə, yaxud günahsız olmalarına dair hər hansı rəsmi məlumat vermir: “Biz bu olayın anlaşılmazlıq üzündən baş verdiyi qənaətindəyik və vətəndaşlarımızın taleyindən narahatıq”. 

    Ş. Xuduoğlu gəncləri həbsdə olan həmyaşıdlarının azadlığa çıxması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Onun fikrincə, bu məsələdə dövlət öz üzərinə düşən vəzifəni həyata keçirsə də, gənclər təşkilatlarının mövqeyi daha təsirli ola bilər: “Kim deyə bilər ki, bu gün həmyaşıdlarının taleyinə biganə qalanları sabah bu tale gözləməyəcək”. 

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının üzvü Samir Əsədli bir qrup gənclər təşkilatının İranın Azərbaycandakı səfiri ilə görüş təşəbbüsü ilə çıxış etdiyini xatırladıb. O deyib ki, ötən gün səfirlik rəsmisi onların müraciətinə iyulun 18-də cavab veriləcəyini söyləyib. 

    “Gənclər Klubu” İctimai Birliyinin sədri Zaur Əkbər, gənc fəal Bəxtiyar Hacıyev, Müsavat, Xalq Cəbhəsi, Demokrat partiyalarının, NIDA Vətəndaş Hərəkatının, “Dalğa” Gənclər Hərəkatının  “İrəli” İctimai Birliyinin nümayəndələri də çıxış edərək, İranda həbsdə saxlanılan azərbaycanlı gənclərin azadlığa buraxılması üçün gənclər təşkilatlarının aktivləşməsinin zəruriliyini vurğulayıblar. Gənclər təşkilatları bununla bağlı müvafiq proqram və fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanmasını məqsədəuyğun hesab ediblər. 

  • Müxalifət seçkiyə vahid namizədlə gedəcək

    “Prezident seçkiləri zamanı İctimai Palatada vahid namizədin müəyyənləşməsində narazılıqlar olacaq. İnanıram ki, İsa Qəmbər də, Əli Kərimli də vahid namizədin müəyyənləşməsi məsələsində iradə nümayiş etdirəcəklər. Bununla da İctimai Palata seçkiyə vahid namizədlə gedəcək”.

    Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib. O deyib ki, müxalifətin prezident seçkilərində vahid namizədlə çıxış etməsi həyati əhəmiyyət kəsb edir: “İlk növbədə müxalifət mütləq seçkilərə vahid namizədlə qatılmalıdır. Əlimizdə olan elektoratı parçalamaq olmaz. Bu sosial baza bizim seçkilərə vahid namizədlə happy wheels demo getməyimizi gözləyir. Müxalifət seçkiyə vahid namizədlə getməyə məcburdur”.

    R. Manaflı qeyd edib ki, İctimai Palatada hamı seçkiyə vahid namizədlə getməyin əhəmiyyətini anlayır və qəbul edir: “Əslində İctimai Palata prezident seçkilərində iştirak edən namizədlərini müəyyənləşdirib. İctimai Palatanın seçkidə iki namizədi mövcuddur. Bunlar AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Bunların arasında seçim isə situasiyanın dəyişməsindən asılı olaraq aparıla bilər. Hələlik isə bu seçimin aparılmasını ciddi şəkildə əsas məsələ kimi ortaya qoymamışıq. Çünki hələ problemlər çoxdur. Bu problemlərdən biri demokratik seçki mühitinin yaradılmasıdır. Bu mühit olmasa, seçki uduzulmuş kimi də görünür”. 

  • VHP sədrinin Güney Azərbaycanla bağlı açıqlaması

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, İran hökuməti icazə verərsə, minlərlə Azərbaycan vətəndaşı Güney Azərbaycandakı soydaşlarına kömək etməyə hazırdır: “DAK-ın da çoxsaylı üzvləri soydaşlarımızın faciəsinə şərik olmaq üçün İrana getməyi arzulayır. Amma İran hökuməti buna razılıq vermir”.

    S. Rüstəmxanlı Güney Azərbaycanda zəlzələ nəticəsində həlak olanların İran hökumətinin göstərdiyindən dəfələrlə çox olduğunu, on minlərlə evin dağıldığını bildirib: “Dağılmış evlərin şəkillərinə baxanda İran hökumətinin azərbaycanlılara diqqətinin ən aşağı səviyyədə olduğunu canlı görürsən. Azərbaycan kəndləri İran iqtidarının diqqətindən çox uzaqdadır. Burada insanların sosial vəziyyəti çox dözülməzdir, yol, həkim məntəqələri yozdur. Zəlzələyə davamsız evlər tikilib. Sanki azərbaycanlıların yaşadığı kəndlər İran rəhbərliyi üçün “Allahu Əkbər!”in qurtaran yeridir”.

    VHP sədri İranda Azərbaycan türklərinə ögey münasibət olduğunu diqqətə çatdırıb: “Bu ölkədə azərbaycanlılar rəhbərlərin vecinə deyil. Bütün yatırımlar Tehrana, Şiraza, yəni farslar yaşayan yerlərə qoyulur. İran türklərinə bütövlükdə bir biganəlik var. Təbii ki, İranın indiki rejimi yardım aparanların azərbaycanlıların yaşadığı indiki ağır durumu görməsini istəməz. Məhz bu səbəbdən də ABŞ-dan başlayaraq dünyanın çoxsaylı ölkəsindən qeyri-hökumət və humanitar təşkilatların müraciətlərinə müsbət cavab verilmir”.

    S. Rüstəmxanlı İranda baş verən zəlzələnin bu ölkənin apardığı atom-nüvə sınaqları ilə bağlı olması barədə də  şübhələrin olduğunu bildirib: “Nədənsə bu zəlzələ İranın daha çox qazıntı işlər aparılan mis mədənləri olan Əhərdə  baş verib”.

    VHP sədrib həmçinin İranda zəlzələ qurbanlarına yardım işinin çox zəif təşkil edildiyini deyib: “Burada zəlzələ qurbanlarına qan verən qohumlarına iftarın pozular deyirlər. Məscidlərdə həlak olmuş azərbaycanlıların ruhuna dualar oxunmur, Bəşər Əsəd rejiminə Allahdan yardım diləyirlər”.

  • VHP Vaqif Abdullayevin vəfatı ilə bağlı başsağlığı verdi

    Azərbaycan İslam Partiyasının sədrinin müavini Vaqif Abdullayevin vəfatı Azərbaycan ictiamiyyəti üçün böyük itkidir. Vaqif Abdullayev islam dinini dərindən məniməmiş kamil şəxslərdən biri idi. O, islam əqidəsinin, islam əxlaqının cəmiyyətimizdə möhkəmlənməsi üçün çox işlər görürdü. belə bir insanın vaxtsız vəfatı bizim hər birimizi bərk kədərləndirmişdir. Vaqifə bəyə Allahdan rəhmət, yaxınlarına, qohumlarına səbr diləyirik. Vaqif Abdullayev onu tanıyanların qəlbində əbədi yaşayacaq.

    Məkanı cənnət olsun! Amin!

    Vətəndaş Həmrəyliyi Partiyası