
94-cü ilini qeyd etdiyimiz Azərbaycan Parlamenti bütün müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub.
1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.
Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub.
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”
“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.
Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunub.
M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə belə qiymət verib: “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.
Parlamentin rəhbərliyi
Əli Mərdan bəy Topçubaşov Parlamentin sədri, Məmməd Yusif Cəfərov Sədrin I müavini , Sultan Məcid Qənizadə (Qəniyev) Sədrin müavini, Bağır bəy Rzayev Parlamentin baş katibi, Mehdi bəy Hacınski Parlamentin katibi, Bayram Niyazi Kiçikxanlı Parlamentin katibi
Azərbaycan Parlamentinin Tərkibi
“İran elə bilir ki, güneydə, öz tarixi torpaqlarında yaşayan 35 milyon xalqa öz tarixini unutduracaqlar, onların bütün hüquqlarını əllərindən alacaqlar. Bu mümkün deyil”. APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bu sözləri onun fikirləri ilə bağlı İran tərəfinin Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərməsi məsələsinə münasibət bildirərkən deyib.
Rafiq Manaflı: “İran tərəfi ilk növbədə şovinist siyasətə son qoymalı, insanların milli haqlarını tanımalıdır”
Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirdi ki, DAK sədrinin fikirlərini şərh etmək istəmir: “Lakin onu deyə bilərəm ki, Azərbaycan tərəfdən yox, İran tərəfdən gərginlik var və bu gərginliyi ilk növbədə İran tərəfi aradan qaldırmalıdır. İran rəsmiləri, din xadimləri dəfələrlə Azərbaycanı “İranın şimal vilayəti” adlandırıb, ölkəmizin daxili işlərinə müdaxilə ediblər. Bu məsələni də nəzərdən qaçırmaq olmaz”.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının APA-ya müsahibəsi
Sabir Rüstəmxanlı: «O, türk dünyasının yetişdirdiyi nadir zəkalardan biri idi. Bu cür insanlar dünyanın durna çıraqlarıdır, bəşəriyyətə yol göstərirlər”.
Vətəndaş Həmrəyliyi Partiyasnın sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni İl münasibəti ilə soydaşlarımızı təbrik edib
Separatizmi dəstəkləyən İranın insan haqlarına qarşı bəyanat verməsi təbiidir
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi üçün prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu haqda VHP-nin mətbuat xidmətindən məlumat yayılıb.