Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü

    Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib.
    “34 şəhidin izi ilə” layihəsi çərçivəsində “Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəallarının ölkəmizə bu ilk səfər proqramı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təşkilatçılığı altında gerçəkləşdirilib.
    Bir neçə gündür Bakıda olan şəhid ailələri bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüblər.

    Azərbaycan və Türkiyə arasında münasibətlərdən danışan S.Rüstəmxanlı hər iki ölkənin istiqlal savaşında qardaş xalqların birgə mübarizəsinin tarixdə başqa örnəyinin olmadığını bildirib:
    “Yüz il öncə Nuru Paşanın Azərbaycan türklərinə köməyə gəlməsi, eyni zamanda sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsinin nəticəsi idi. Şərqin ilk cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət, iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyada “Bir millət, iki dövlət” deyil, “Türk birliyi” ideasını həyata keçirmək zamanıdır. Bu zamanın və Türk dünyasının gələcək taleyinin diktəsidir”.
    Tədbirdə tanınmış türkiyəli yazıçı, tərcüməçi ,”Türk ədəbiyyatı” jurnalının rəhbəri İmdat Avşar, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Nilufər Lətif, VHP-nin Qadınlarla iş üzrə şöbəsinin müdiri, şair Aysel Xanlarqızı, türkiyəli şəhid ailələri və başqaları çıxış ediblər.
    RHİMİB-nin sədri Arzu Bağırova və Türkiyədən gələn qonaqlar adından “Kırşəhər şəhid ailələri” İctimai Birliyinin rəhbəri Mutlu Kılıc Aslan tərəfindən Sabir Rüstəmxanlıya xatirə hədiyyələri təqdim olunub. Qonaqlara isə S.Rüstəmxanlının türk dilində çap olunmuş imzalı kitabları təqdim olunub.

    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO
    Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO

  • BDU-da Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib

    Bakı Dövlət Unveristetinin 105 illik yubileyi münasibəti ilə “BDU məzunları” layihəsi çərçivəsində Xalq Şairi, Milli Məclisin deputatı Sabir ilə görüş keçirilib. Tədbiri yazıçı-publisist Məti Osmanoğlu şairin “”Sağ ol ana dilim” şeri ilə açaraq BDU rektoru Elçin Babayevə söz verib. Rektor Elçin Babayev Universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun Sabir Rüstəmxanlı kimi nüfuzlu məzunları ilə görüşlərin qürurverici olduğunu bildirib. O qeyd edib ki, Sabir Rüstəmxanlının milli düşüncənin oyanmasına səbəb olan əsərləri ilə bütöv bir nəsil yetişib, bu əsərlər örnək, dəyər hesab edilib. Tədbirin aparıcısı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında tələbələrə məlumat verib. Sabir Rüstəmxanlının yaradıcılığının milli səciyyə daşıdığını vurğulayan Məti Osmanoğlu tələbələri bu cür əsərlərlə mənəviyyatlarını zənginləşdirməyə çağırıb.
    Doğma Universitetdə tələbələrlə görüşə şad olduğunu deyən Sabir Rüstəmxanlı BDU-nun ölkəmizin həyatında böyük missiya daşıdığını vurğulayıb. O, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. “Ədəbiyyatsız millət olmaz, ədəbiyyatsız dünya ruhsuz bədənə dönər” deyən şair ilk şeirlərini elə universitet illərində yazdığını bildirib: “Mənim bütün həyatım mübarizə və savaş dolu olub, hətta sözümlə də mübarizə aparmışam. Azərbaycanın hər bir vətəndaşı millətin taleyində rol oynamağa hər an hazır olmalıdır. Milli düşüncənin formalaşmasına kömək etmək mənim ən böyük missiyalarımdan biridir. Bu, “Ömür kitabı”nda da belə idi, onun davamı olan “Vətəndaşlığın əlifbası”nda da. Tələbələrimiz bu dəyərləri daha çox mənimsəməli, müstəqillik ideyası daşıyan əsərlər dərsliklərimizə daha çox salınmalıdır”.
    Daha sonra şair son illərdə çap olunmuş “Vətəndaşlığın əlifbası”, “Qarabağa qayıdış”, “Ölüm son deyil: tanıdığım Heydər Əliyev”, “Şair və şər” kitablarından sitatlar gətirərək, bugünkü görüşün həm də bu əsərlərin təqdimatı olduğunu deyib.
    Sabir Rüstəmxanlı sevilən şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb, sonda kitablarını BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.

  • Sabir Rüstəmxanlı: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

    “Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır”.

    Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
    O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmək məsuliyyətinin az olmasından gileylənib:

  • “Seçkilərin erkən keçirilməsi çox ciddi hadisə deyil”

    “Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər”. Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

    Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP-29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) ilə eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: “Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.

    Son illər Azərbaycanda seçkilərin əksəriyyəti növbədənkənar keçirilir.

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Turan”a bildirib ki, bu il parlament seçkilərinin bir neçə ay tezləşdirilməsində heç bir səbəb axtarmaq lazım deyil: “Burada səbəb böyük beynəlxalq tədbirin keçirilməsidir. Həmin tədbirə on minlərlə insan gələcək. Onların qarşılanması, yerləşdirilməsi, yola salınması çox ciddi işdir və bunun öhdəsindən gəlmək asan məsələ deyil”.

    Deputatın fikrincə, həmin günlər seçkilərin keçirilməsi mümkün deyil: “Seçkilərin erkən keçirilməsi çox ciddi hadisə deyil. Burada başqa səbəb də axtarmaq lazım deyil. Səbəb elə COP-29 tədbirinin keçirilməsidir. Biz bu tədbirlərin Bakıda keçirilməsində maraqlıyıq. Ona görə də seçkilə

  • Sabir Rüstəmxanlı İYİ Partiyanın yeni genel başkanı Müsavat Dervişoğlunu təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili Sabir Rüstəmxanlı Müsavat Dərvişoğlunu İYİ Pariyanın genel başkanı seçilməsi münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir: “Sizi İYİ Partiyanın başqanı seçilməniz dolayısıyla təbrik edirəm. Qardaş Türkiyə Cumhuriyyətinin siyasi mühitində qısa müddət ərzində özünəməxsus mövqeyi olan İYİ partiya hər zaman milli mövqeyi və qətiyyəti ilə seçilib. Sizinlə illərə dayanan şəxsi tanışlığımız məndə əminlik yaradır ki, İYİ partiya Sizin rəhbərliyiniz dönəmində daha böyük uğurlara imza atacaq. Bir daha Sizi yeni görəviniz münasibətilə təbrik edir, işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Bizə Blinkenin mövqeyi vacibdir.

    Milli Məclisin Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan – ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, sülh prosesi, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.

    Görüşdə iştirak edən Azərbaycan – ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məlahət İbrahimqızı, Emin Hacıyev qonaqları maraqlandıran suallara cavab veriblər, Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər. ABŞ konqresmenlərini köməkçilərin Bakı səfəri ilk deyil. Ümumiyyətlə konqresmenlərin köməkçilərinin müxtəlif dövlətlərə belə səfərlər praktikası var. Amma bunlar əsasən tanışlıq və texniki səfər kimi dəyərləndirilir. Bəs belə səfərlərin hansısa əhəmiyyəti varmı? Xüsusən də səfər ermənipərəst konqresmenlərin Azərbaycanda 40 nüfuzlu şəxsə sanksiya tətbiq edilməsi haqda irəli sürdüyü qanun layihəsinin gündəmdə olduğu dövrə təsadüf edir. Ümumən Konqresdə erməni lobbisinin təsiri altında olan üzvlər var, bir də obyektiv mövqe sərgiləyənlər var. Bu görüşdə isə Seyidov onlara bütün aktual məsələləri çatdırıb. Bu görüş münasibətlərə təsir edəcəkmi?

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqlamasında bu görüşlərin vacibliyini ikitərəfli əlaqələrin güclənməsində görür: “Biz ABŞ kimi mühüm tərəfdaşla gərginliyin artmasında maraqlı olmamalıyıq. Razıyam ki, hansısa konqresmen suyu bulandırır. Amma bizə Blinkenin mövqeyi vacibdir. ABŞ-Azərbaycan əlaqələri son vaxtlarda yüksəlişdə olmasa da, Vaşinqton addımlarımıza əngəl olmur. Orada seçki dövrüdür deyə erməni lobbisindən dəstək almaq üçün bizi narazı salan addımların atılması gözləniləndir. Ancaq Azərbaycan təmasları davam etdirməlidir və konqresmenlərin köməkçiləri ilə müzakirələr də onların məlumatlandırılması baxımdan yaxşıdır”. 

    S.Əsədlinin fikrincə, Tramp prezident seçilsə, münasibətlər indiki formada olmayacaq: “ABŞ alqışlamalıdır ki, onun düşməni olan Rusiyanın sülhməramlı qüvvələri bölgədən razılaşma əsasında çıxıb. ABŞ sevinməlidir ki, onun rəqibi Rusiyanın vasitəçiliyi olmadan Vaşinqtonun dəstək verdiyi Paşinyan administrasiyası ilə rəsmi Bakı arasında ikitərəfli formatda sülh mətninin razılaşdırılması müzakirə edilir, kəndlər qaytarılır, praktiki olaraq sərhədlərin dəqiqləşməsi prosesi başlanıb, Ermənistanla Azərbaycan arasında bir etimad mühiti formalaşmaqdadır…Yəni orada hansısa bəyanatlar verməkdənsə, hesabatlar yaymaqdansa, əsassız qanun layihələri irəli sürməkdənsə, proseslərin Qərbin istədiyi şəkildə inkişaf etməsinə diqqət yetirməlidirlər”.

    Yeni Müsavat

  • Sabir Rüstəmxanlı: “Böyük Avrasiya türkün coğrafiyasıdır və burada yaşayan xalqların qarşılıqlı münasibətlərinin genişlənməlidir”

    “Türk dövlətlərinin bir araya gəlmək və Türk Dövlətləri Birliyi yaratmaq istiqamətində atdığı addımların real nəticəsində artıq Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağı artıb”.

    Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

    O, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfəri çərçivəsində türk dövlətlərinin ölkəmizə olan marağını şərh edib.

    S. Rüstəmxanlı düşünür ki, sözügedən səfərlər getdikcə intensivləşəcək və tərəflər bir-birini ziyarət edib tez-tez görüşəcəklər:

    “Bu, qaçılmazdır, çünki dünyada gedən proseslər onu göstərir ki, müsəlman-türk ölkələrini əzmək istəyən köhnə səlib dünyasının qarşısında birləşməkdən başqa yol yoxdur. Bizim taleyimiz, tariximiz birdir, bir-birimizi başa düşürük.

    Onsuz da bizim uzun müddət bir araya gəlmək arzumuz olub. Hələ türk dünyasının bir hissəsi Rusiyanın tərkibindədir. Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Yakutiya – Böyük Avrasiya türkün coğrafiyasıdır və burada yaşayan xalqların qarşılıqlı münasibətlərinin genişlənməsi, bir-birinin mədəniyyətini və tarixini öyrənmək, güclərini birləşdirmək, gələcəkdə eyni iqtisadi zonaya çevrilmək prioritet məsələdir”, – deyə o əlavə edib.

    VHP sədri xatırladıb ki, bununla bağlı müəyyən addımlar atılıb, TÜRKSOY, Türk Parlament Asssambleyası, TDT və s. qurumlar yaranıb:
    “Sözsüz ki, qarşılıqlı əlaqələr və inteqrasiya prosesi daha da genişləndirilə bilər. Ona görə də bu səfərlərə təbii baxıram və güman edirəm ki, bunun bölgəyə xeyri böyükdür. Digər yandan isə Azərbaycanın Qarabağda separatçı rejimi məhv etməsi, ermənilərin könüllü şəkildə oradan getməsi, həmin şeytan ocağına ümid bəsləyənlərin ümidlərinin qırılması Azərbaycanın dünyadakı beynəlxalq nüfuzunu gücləndirir. Baxmayaraq ki, bizə qarşı ermənipərəst qüvvələr əks-təbliğat aparsalar da, ermənilərin başlarını sığallayıb ciblərinə silah soxsalar da, təsiri yoxdur, çünki Azərbaycanın nüfuzu get-gedə artır.

    Rusiya sülhməramlılarının Qarabağdan çıxması, 4 kəndin geri qaytarılması, Azərbaycanın mövcud sərhədlərinin tanınması, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinə hazırlıq Azərbaycanın son 4 ildə apardığı uğurlu siyasətin və fəal diplomatik addımların nəticəsidir”.

    Xatırladaq ki, Qırğızıstan hökumətinin Ağdam rayonunda məktəb inşa etdirməsi planından daha öncə Qazaxıstan və Özbəkistan tərəfindən Füzulidə Kurmanqazı Yaradıcılıq Mərkəzi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikilərək istifadəyə verilib.

    Rafi Müslümov

  • Son gediş olsun – Sabir Rüstəmxanlının yazısı

    VHP sədri, Millət vəkili

    Rus ordusunun hələ Kiyev Rus Dövləti zamanından Güneyə, Qafqaza və o cümlədən Azərbaycana qanlı yürüşləri tarixin yaddaşından silinməyib.

    Bu yürüşlərdən biri – qədim şəhərimiz Bərdəyə olmuşdu və onun faciələri dahi Nizami tərəfindən də qələmə alınıb. O zaman işğalçıların çoxu heç sağ salamat qayıdıb Kiyevə çata bilməmişdi. Ondan sonra da rus əsgərlərinin Xəzərdən və qurudan dəfələrlə Azərbaycana yürüşləri olub. Eyni zamanda türklərin də Rusiya torpaqlarına sayı bilinməyən hücumları unudulmayıb. Hər bir millətin, dövlətin öz torpaqlarını qorumaq və imkan daxilində genişləndirmək istəyi tarixin reallıqlarıdır, bunu inkar etmək olmaz.

    Çar Rusiyasının hərbi yürüşləri son əsrlərdə ardıcıl xarakter aldı və bir sıra qonşu dövlətlərin, o cümlədən Azərbaycanın şimal xanlıqlarının uzun müddət davam edən işğalı ilə nəticələndi. 220 illik tarximizdə kabusa çevrilən fakt bundan ibarətdir ki, 1804-cü ildə Gəncə hakimi Cavad xanın məğlubiyyətindən sonra ruslar burda daimi yerləşdilər. Çar Rusiyasının ordusu sonrakı illərdə “Qızıl ordu”, “ Ağ qvardiya”, “Sovet ordusu”, “Rusiya Federasiyasının silahlı qüvvələri”kimi müftəlif adlar daşısalar da mahiyyət dəyişilmədi. Yalnız Xalq Cumhuriyyəti dönəmində və 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra qısa müddətdə rus ordusunun ayağı Azərbaycandan çəkildi. Amma sonradan biz bu ordunun Ermənistanın havadarı olduğunu gördük. Sovet otdusunun 366-cı alayının Xocalı qətliamında və bir çox kəndlərimizin işğalında rolu yaxın tariximizin faktıdır.

    Zəfər savaşı ilə torpaqlarımız azad olunduqdan sonra rus ordusu bu dəfə Azərbaycana sülhməramlı adı altında qayıtdı. Adı sülhməramlı olsa da bu ordunun da ermənipərəstliyini gördük, sülhməramlıların gözünün qarşısında separatçı rejimə Ermənistandan silah daşınırdı, ərazilər minalanırdi və bir çox hallarda sülhməramlılar qanunsuz erməni hərbi birləşmələrinə yardım edirdilər. Bütün bu tarixi göz önünə gətirəndə sülhməramlı adlanan rus ordusunun sakitcə çıxıb getməsi çox böyük tarixi uğurdur. Çünki 2020-ci il 10 noyabr sənədindən sonra sülhməramlı adı altında Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən ordunun nə vaxtsa burdan çıxacağı çoxlarına inandırıcı görünmürdü və bu faktla Azərbaycanın böyük qələbəsinə kölgə salmağa çalışırdılar.

    Sülhməramlıların Azərbaycandan sakitcə çıxarılması son 220 illik tariximizdə çox ciddi bir hadisədir. 220 il ərzində rus ordusu heç vaxt bu qədər müqvimətsiz və artıq burda gərəkli olmadığını etiraf edərək çıxıb getməyib. Bu ordu hər zaman gedərkən müəyyən sorunlar yaradıb ki, bura yenidən qayıtmağa bəhanə olsun. Bu dəfə isə bu ordu həmişəlik getdi. Bu, Azərbaycan dövlətinin apardığı çox uğurlu siyasətin nəticəsidir. Qazaxın 4 kəndinin heç bir kənar vasitəçi olmadan, güllə atılmadan boşaldılması da bu uğurun tərkib hissəsi və davamıdır!

  • Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq -PROQNOZ

    Qarşımızda heç bir əngəl qalmayacaq
     Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yaxın günlərdə Azərbaycana səfər edəcəyini deyib. Ersin Tatar iki dövlət arasında əlaqələrin qarşılıqlı səfərlərlə daha da möhkəmlənəcəyini bildirib. Qeyd edək ki, Ersin Tatar Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının yaradılmasının 47-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edib və Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşüb. Vurğulayıb ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin idmanda bir araya gəlməsi vacibdir.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Kipr türklərinin keçdiyi tarixi yol, torpaqları, halal haqları uğrunda vətənpərvər mübarizəsi, müstəqil dövlət atributlarının formalaşdırılması, idarəetmə institutlarının tam təşkil olunması, qanunverici hakimiyyət, məhkəmə orqanlarının sərbəst fəaliyyəti, iqtisadi imkanları imkan verir ki, Şimali Kipr müstəqil dövlət olaraq yaşasın, fəaliyyət göstərsin: 
    “Təəssüf ki, onlara qarşı beynəlxalq birlik tərəfindən çox haqsızlıqlar olub. Azərbaycan xalqı mənəvi olaraq kiprli qardaşlarımıza dəstək verir və gələcəkdə də verəcək. Qarşı tərəfin apardığı hiyləgər, hər hansı hüquq normalarına uyğun olmayan siyasətə qarşı olaraq, təbii ki, hüquq normaları çərçivəsində kiprlilərlə münasibətlərimizi qururuq. Daha çox mədəni əlaqələrə üstünlük verilir. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu əlaqələrin siyasi müstəviyə keçməsinə şərait yaranıb. Bu baxımdan Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin ölkəmizə səfəri  mühüm bir addımdır. Təbii ki, Ermənistanla münasibətləri tam yoluna qoyandan sonra Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı qarşımızda heç nə dayanmayacaq. Biz Kiprin müstəqilliyini tanıyacağıq, buna əminəm”.
  • Sabir Rüstəmxanlıdan gənclərə çağırış – FOTO

    Sabir Rüstəmxanlıdan gənclərə çağırış-FOTO

    Qaradağ rayonu, Qobustan qəsəbəsində Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
    Bakupost.az xəbər verir ki, görüşdə rayon ictimaiyyəti, ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirin əvvəlində Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, belə görüşlərin ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artmasına, dünyagörüşlərinin əhatəli olmasına xidmət edir.

    Vurğulanıb ki, Sabir Rüstəmxanlı geniş oxucu rəğbəti qazanmış “Ömür kitabı” adlı əsərin, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. şeir kitablarının, poemaların, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)” kimi romanların müəllifidir.
    Görüş zamanı şair tədbir iştirakçılarının ona ünvanladıqları sualları cavablandırıb, gənclərə öz tövsiyələrini verib, onları Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Xalq şairi şeirlərindən nümunələr söyləyib. Görüşün sonunda Sabir Rüstəmxanlı imzalı kitablarını hədiyyə edib.