
Əziz qardaşımız, Ömər bəy!
Səni doğum günü münasibətilə təbrik edir, Sənə böyük gələcəyimiz naminə apardığın mübarizədə uğurlar və başarılar diləyirik! Bəri başdan Səni əmin edirik ki, bu mücadilə mütləq öz bəhrəsini verəcək. Çünki tarix həqiqət və ədalətin sonda qalib gəldiyini dəfələrlə sübut edib.
Ömər bəy! Normal ölkələrdə Sənin kimi gəncləri yetişdirmək üçün dövlət milyonlar sərf edir, təqaüd verir, onlara şərait yaradır, ictimai-siyasi fəaliyyətlərində yardımçı olur ki, perspektivli və vətənsevər gənclər ölkənin taleyində önəmli rol oynasınlar. Fəqət bütün avtoritar rejimlərdə olduğu kimi, bizdə də ölkənin, vətənin taleyinə biganə qalmaq istəməyən, aktiv ictimai və siyasi fəaliyyətlə məşğul olan gənclər təqib edilir, onları hər yerdə sıxışdırır, qondarma ittihamlarla həbs edir, necə deyərlər, ölkənin nəinki bu gününü, hətta gələcəyini baltalayırlar. Amma bu bir həqiqətdir ki, sonda bu balta zərbələri zalımın və şərin özünə qayıdır, onun öz kökünü qazıyır, çünki yeni gəncliyin mübarizə metodları, hücumu, problemə yanaşması yalnız ədalətə, həqiqətə, insan haqlarına söykənir. Üstəlik, bu gün hakimiyyətin yeni gəncliyi susdurmaq imkanı yoxdur: onların “Facebook”u, “Twitter”i, fləşmobları, yaradıcı videoları, şəkilləri, karikaturaları və s. var. Onlar ədaləti, həqiqəti, insan haqlarını dilə gətirdiklərindən heç bir ləkə götürmürlər. Telekanallardakı iyrənc təbliğat, qondarma ittihamlar, hər gün daha da rəzilləşən, yalan qusan yaltaq və məddahların iftiraları bu gənclərə qarşı mübarizədə heç bir effekt vermir, çünki simasızların silahları çoxdan köhnəlib. Bu baxımdan Sən və Sənin kimi gənclər həbsdə belə sizləri həbs edənlərdən daha azad və qüdrətlisiniz. Hakimiyyət bu mübarizədə Səni həbs etməklə öz gücsüzlüyünü və bacarıqsızlığını etiraf etmiş oldu.
Əziz qardaşımız Ömər bəy, ad günün mübarək!
Güclü olduğuna əminik, amma yenə də möhkəm ol! Sən 19 yaşında sadəcə dinc mübarizə ilə bu iqtidarı qorxutmağı bacardınsa, gənc lider kimi növbəti yaşlarında daha da ciddi uğurlar qazanacağına hər kəs əmindir.
VHP Gənclər Təşkilatı
Bəhruz
Bu gün VHP Siyasi Şurasının üzvü və partiya sədrinin müşaviri Nəsimi Şərəfxanlının 38 yaşı tamam olur.
İbrahim Quliyev
“Dünyada doğrudan da ikili standart var, bu, inkarolunmazdır. Amma biz ikili standart şəraitində yaşamağı və işləməyi öyrənməliyik. Bəzən biz çıxış yolları aramaq əvəzinə başqalarını ittiham etməyə başlayırıq. Nə edək ki, qüsurlarla bağlı növbəti ittihamlar deyilməsin”. Bu fikirləri Milli Məclisin iclasında xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanla bağlı əksini tapan tənqidlərə arqumentli cavab verməyi zəruri sayıb: “Biz nə vaxt mükəmməl bir sənəd hazırlayıb beynəlxalq təşkilatlara göndərmişik? Yoxsa öz aramızda “Amerika düz eləmir” deməyə ehtiyac yoxdur. Azərbaycan insan haqları məsələsində dünyaya nümunə ola bilər. Azərbaycanda irqçilik, milli, dini azlıqlara dözümsüzlük yoxdur. Ona görə də biz dünyanın aparıcı dövlətləri ilə də üz-üzə oturub sözümüzü deməliyik”.
Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi narkotik vasitə saxlama ittihamı ilə tutulmuş bloqçu Ömər Məmmədovun həbsi zamanı tutulma proseduralarının pozulmasından verilən şikayətə baxıb. “Media forum” saytının məlumatına görə, şikayət təmin olunmayıb.
O, 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib
Parlamentin 25 fevral iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.








