Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığə zamanı dövlət başçıları Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla vurğuluayıblar. Eyni zamanda regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazisində suverenliyini bərpa etdikdən sonra Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açılıb.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün intensiv danışıqlar davam etdirilir:
“İki ölkənin sərhədlərinin delimitasiyası sahəsində addımlar atılmaqdadır. Türkiyə dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin müsbət məcrada inkişafı Azərbaycan-Ermənistan münasibətlərindəki inkişafla ehtiva edilir. Son telefon danışığı zamanı münasibətlərin normallaşdırılması, ehtimal olunan sülh sazişinin imzalanması istiqamətində müəyyən danışıqlar aparılıb. Hətta yaxın günlərdə Rəcəb Tayyib Ərdoğanın İlham Əliyev və Vladimir Putinlə də telefon danışığı ola bilər. Bu danışıqlarda Cənubi Qafqaz məsələsi mütləq müzakirə olunacaq. COP29-a qədər nəzəri baxımdan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilir. Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə bərabər inkişaf edir”.
Samir Əsədli: Bu proses Türkiyə ilə də münasibətlərin normallaşdırılması ilə bərabər inkişaf edir
Analitik vurğulayıb ki, bu iki prosesi bir-birindən ayrı hesab etmək olmaz:
“Ankaranın mövqeyi belədir ki, İrəvan Bakının şərtlərini qəbul etməli və normal münasibətlər qurmalıdır. Əks halda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu da ən çox Ermənistanın özünə ziyandır. Dolayısı ilə Ankara İrəvana həm iqtisadi baxımdan lazımdır, həm də onun üçün təhlükəsizlik çətiridir. Buna görə də Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.
Aydın Baxış
Samir adı müxtəlif cür yozulsa da, əslində “səmir” kəlməsindən götrülüb. Yəni səs-səmir mənasında…
Bizə məlum olan və ya olmayan aləmlərin heç birində yad kimsə, eləcə də heç nə yoxdur. Bütün aləmlər yalnız Allahın yaratdıqlarından ibarətdir. Allah isə heç kimi, heç nəyi nahaq yaratmayıb. Qeyri-səlist məntiqə əsasən, Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq insanlar arasında fərq qoyulmamalıdır və kiməsə yuxarıdan aşağı baxmaq haqqı heç kimə verilməyib. Qanun-qaydalar, qadağalar insanların düşüncəsinin məhsuludur. Əmin-amanlıq, sülh, nizam-intizam olsun deyə, sonradan düşünüb həyata keçiriblər…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tapşırığı ilə Ankarada Əhməd Cavad adına İnstitut yaradılıb. Qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.
“Siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirəsi, cəmiyyətə birlikdə mesajlar verməsi əhəmiyyətli faktordur”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Nümayəndə heyətini Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edib. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli və beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib. Eyni vaxtda ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistana dəstəyimizi və bu ölkə ilə əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək məqsədilə İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk. Bununla yanaşı, o, apreldə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb: “Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir”, – deyə A.Blinken fikirlərini tamamlayıb. O həmçinin əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.
“Dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir”.