Vətəndaş Həmrəyliyi Partiyası

Category: Qadınlar

  • “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır”.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında VHP Qadınlar Şurasının təşəbbüsü ilə “Qadınların cəmiyyətdə rolu” mövzusunda dəyirmi masa keçirilib.

    VHP Qadınlar Şurasının sədri Aysel Səfərli çıxışında cəmiyyətdə qadınların rolu, VHP Qadınlar Təşkilatının fəaliyyəti barədə geniş danışıb.

    Daha sonra çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqımızın tarixində mühüm yer alan Bahar bayramı ərəfəsində qadınlarla görüşün təsadüfü olmadığını bildirdi: “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır. Azərbaycan xalqı hər zaman qadına yüksək dəyər verərək onu ailənin və cəmiyyətin üstün məqamında görüb. Bu gün də tarixi ənənələrimiz yaşayır və Azərbaycan xanımları dövlət idarəçiliyində, ictimai-siyasi həyatda öz sözlərini deyirlər”.

    Dəyirmi masada iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Narıngül Nadir, Şairə Şəfəq Sahibli, VHP Qadınlar Şurasının sədr müavini Aysel Bəgəliyeva, jurnalist İlhamiyyə Rza, Şairə Gülər Eldarqızı, 274 saylı orta məktəbin müəllimi Müşfiqə Baləddinqızı, əməkdar jurnalist Əntiqə Qonaq, “Harmoniya” Psixologiya Mərkəzinin direktoru Aygün Ağabalayeva, jurnalist Arzu Qaziyeva, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək görüş haqda xoş təssüratlarını bildirərək statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan qadınlarının hər zaman bir yerdə olmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğuladılar.

  • VHP Qadınlar Şurasına yeni sədr seçilib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının növbəti konfransı keçirilib. Toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi  dəqiqəlik sükutla yad edildi.

    İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı:  Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı.  İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”.

    Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs etmişdir.

    Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılmışdır. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış etmiş , partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib. VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçildi. Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçildi.

  • Sabir Rüstəmxanlı 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib

    Vətəndaş Həmrəyliyi  Partiyasının (VHP)  sədri, xalq şairi Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

     

    VHP mətbuat xidmətinin məlumatına görə, təbrikdə deyilir:

    Əziz xanımlar!

    Sizi 8 Mart Beynəlxaq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə xoşbəxtlik arzulayıram.

    Yaşı yüz ildən də artıq olan bu bayramın qeyd edilməsində məqsəd qadınların ailədə və cəmiyyətdə hüquqlarının tanınması, onların layiq olduğu qiymətin verilməsidir. Ancaq türk təfəkküründə qadın hüququnun tanınması deyilən bir anlayış olmayıb. Çünki xanımlarımız öz ərləri, həyat yoldaşları ilə bərabər ailənin məsuliyyətini daşıyıb, Xaqanın xanımları – xatunlar isə dövlətlərin, imperiyaların idarə edilməsində, taleyüklü qərarların verilməsində önəmli rol oynayıblar. Tarixən türklər ananı müqəddəs sayıb, “Ana haqqı Tanrı haqqı” deyib və xanımın cəmiyyətdəki mövqeyini qoruyublar.

    Yalnız Ərəb xilafəti zamanında xanımlarımızın hüquqları qismən əlindən alınıb, amma mərkəzi idarəetmənin zəif olduğu türk elatlarında, ucqarlarda əski ənənə yenə də qorunub, eyibsiz türk xanımları çadra geyinməyib, tərəkəmə ənənəsini qoruyublar.

    Təsadüfü deyil ki, ötən əsrin əvvəlində müstəqilliyini əldə edən kimi Azərbaycan Şərqdə ilk dəfə olaraq qadınların hüquqlarının bərpası istiqamətində addımlar atdı, onların seçib-seçilmək haqqını tanıdı. Çünki bu, türk əxlaqından, milli ənənədən gələn bir sifariş idi.

    Hazırda xanımlarımızın dövlət idarəetməsində iştirakı, parlamentdə təmsilçiliyi də genişlənməkdədir və bunu cəmiyyətin normal qəbul etməsi də ənənələrə bağlıdır.

    Əlbəttə, xanımların ictimai statusu ilə bərabər, övlad tərbiyəsindəki misilsiz xidmətini də unutmaq olmaz. Cəmiyyətin adət-ənənəni yaşatması, milli ruhun qorunması hər şeydən öncə ailədən, ana tərbiyəsindən başlayır və minillərin sınağından keçən bu böyük mədəniyyəti, dili, əxlaqı, milli kimliyi də yaşadan, övladlarına ötürən analarımız olmuşdur.

    Hər bir kişinin arxasında qadın dayandığı kimi, cəmiyyətdə sayılıb-seçilən hər bir xanımın da arxasında ər dəstəyi dayanır və dayanmalıdır. Əlbəttə, bu güvənc ailədən başlayır və cəmiyyətə müsbət mənada böyük impulslar verir.

    Əziz xanımlar!

    Bir daha sizləri təbrik edir, ailə səadəti, xoşbəxtlik arzulayır, əmin-aman cəmiyyətdə yaşamağınızı diləyirəm.

     

  • Papa hiç Vatikan`ın tarihini okudumu?

    Tənzilə Rüstəmxanlı

    Türkiye seçime gidiyor ve Türk Dünyasının kalbi Türklerin seçiminde…
    Biz bir millet, iki devletiz, sevincimiz ve üzüntümüz aynı, bir birimizin acısını kalbimizede hissederiz. Aynı tarihi paylaşmışız, sözün geniş anlamında kader ortağıyız.
    Türkiye`de baş veren olaylar anında Azerbaycan`da yankı bular, tarih sayfalarına baktığımızda aynı acılar, aynı anda canımızı yakmış ve biz bu acıları bizlere yaşatanları çok zaman masamızda,süfremizin baş köşesinde oturtmuşuz.
    Kader ortaklığı olan tarihimizden biri de sözde “Ermeni Soykırımı” yalanıdır.
    Gerçi artık, sözde yalan olmaktan çıkardılar ve bu yalana inanmak isteyen Hiristian dünyasını arkalarına alarak, bizim verdiyimiz tavizler sonucunda Türk Milletine soykırımçı gömleğini giydirmek peşindeler ki, nerdeyse onu bile yapacaklar.
    Ermenilerin gerçek soykırım yaptıkları Azerbaycan Türklerinin çektiği acıları ise görmek istemiyorlar. Uzun yıllardır, Doğu Anadolu`da Azerbaycan`da, Nahçivan`da, Karabağ`da ermenilerin yaptıkları soykırımı belgelerle sunan yüzlerle bilim insanlarının yazdıklarını görmez, söylediklerini ise duymaz oldular. Niyetleri gerçek soykırım yapanlarla mücadile değil, Türk milletinden kisas almaktır. Senmisin, haçlı seferlerinin önünü kesen, senmisin Vyana kapılarına dayanan, senmisin Bizans`ın adaletsiz düzenine son veren ve dünyanın başkenti İstanbul`u fetheden, senmisin Çanakkale`de bunların burnunu oyub, Kurtuluş savasında planlarını suya düşüren, “geldikleri gibi giderler” diyen.

    ***

    Silahla yenemeyeceklerini anladıkları için sihirli sözcükler buldular ki, onlardan biri de Demokrasidir.
    Nasıl bir sihirse,her kesin dilinde gül açtı ve bu sözün sihrinden mazlumlar nasibini göz yaşlarıyla almakdalar.Biz tarih boyu,milletlerarası savaşların, dinlerarası çatışmaların, mezheb kavgalarının alovlanmasında, mazlumların canlarının acımasızcasına yanmasında Kiliselerin, hıristian din adamlarının ve Vatikanın rolunu bildik ve gördük. Vatikan`ın her türlü fitne-fesat yuvası olduğunu bildiğimiz halda bundan netice çıkaramadık. Haçlı seferlerinde üstümüze gelen tapınak şovalyelerinin fikir babalarının da Vatikan`dakı din adamlarının olduğunu iyi biliriz ve bildiyimiz tuzaklara da düşürüz.
    Şimdi de Türkiyenin seçime adapte olduğu bir dönemde, gündemi Papa Fransis`in sersem açıklaması tutmuş… Ne olmuş yanı,beklenmedik bir açıklamamı yapmış? Bunu biz istemedikmi, bu ortamı biz yaratmadıkmı? Müslüman Türkiye`ni her türlü dinlerden olan haçlı zihniyyetinin çatışma alanına biz çevirmedikmi? Ruhban okullarını biz açmadıkmı? Kendisini aydın bulanlar ermenilerden üzür dilemedimi?
    “Hepimiz ermeniyiz” diyenlere yürüme iznini biz vermedikmi? Başbakan`a ermenini baş danışman biz yapmadıkmı? Türk Milletinin ve Türk Devletinin temelini çokdürecek anlaşmaları biz yapmadıkmı? Teröristbaşını baş müzakereci biz yapmadıkmı? Her türlü ihanetler içinde olanlara Akil İnsan gömleğini biz geydirmedikmi? Onun için canımız hala çok yanacak… Bu bir başlanğıc…
    Başımızı seçime katarak bir çok olaylara imza atacaklar.
    Türkiye seçime gedir… Şimdi bildinizmi bu seçim bizim için neden çok önemli! Azerbaycan ve Türk Dünyası için önemli! Bizi yenemezlerdi, Türk ve Vatan kavramının içini boşaltmasaydılar. Biz kendimiz olduğumuzda güclü oluruz! O zaman Roma Papası bile karşımızda diz çöküb, özür diliyor… Tıpkı Katalan savaşında Papa Leo`nun Tanrı`nın kırbacı Atilla`nın karşısında diz çökdüğü gibi…

  • VHP sədri Sabir Rüstəmxanlı qadınları təbrik etdi

    8 mart beynəlxalq qadınlar günü münasibəti ilə VHP sədri Sabir Rüstəmxanlının təbriki.

    “Əziz xanımlar!

    Sizlərin hər birini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, ailə səadəti arzulayıram.

    Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq haqqı İslam dininin gəlişi ilə müəyyən mənada arxa plana keçsə də, Azərbaycanda bu haqq həmişə qorunub. Qadınların çadraya bürünməsi və hüquqlarının məhdudlaşdırılması İslamdan daha öncə mövcud olan ərəb cahilliyi dövründən qalma ənənələrdən xilas olmaq üçün əslində irəliyə doğru atılmış addım olsa da, bu, türk təfəkkürü üçün gerilik sayılırdı. Çünki cahiliyyə dövründə ərəb aləmində doğulan qız uşaqları diri-diri torpağa basdırılarkən, türk dünyasında qadın və kişi bərabərliyi yaşanırdı.

    “Cənnət anaların ayaqları altındadır” deyən islam peyğəmbəri də bu sözləri ilə ərəb yarımadasındakı cəhaliyyət dövrünə məxsus mənfi ənənələrə qarşı çıxırdı. İslamın ən qatı dövründə, ən sərt məqamında belə dağlarda məskunlaşan türk qövmləri qadraya bürünmədi və ağsaqqal məsləhəti kimi, ağbirçək sözü də əziz tutuldu.

    Sizlər illərlə ana dilini unudulmağa qoymadınız: sizin laylalarınız, ənənəyə bağlılığınız milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə sizi ön sıralarda görməyimiz təsadüfü deyildi.

    Hazırda da bu ənənə Azərbaycan cəmiyyətində yaşayır və istər dövlətin kadr təyinatında, istərsə də sivil toplumların içərisin fəal xanımlar yetərincədir.

    Əziz xanımlar!

    “Hər bir güclü kişinin arxasında bir qadın dayanır” sözləri təsadüfü deyil. Sizlərin görünən və görünməyən xidməti, ailə tərbiyəsindəki rolunuz, milli ruhda böyütdüyünüz övladlar və bütün çətinliklərlə bərabər, milli taleyimiz üçün ən həssas məqamlarda önə çıxmağınız millətimizi yaşadan əsas səbəbdir.

    Sizlərin hər birini bir daha təbrik edir, hamınıza xoşbəxtlik, səadət arzulayıram.

  • Nazli Agayeva-55

    Vətəndaş Həmrəyliyi Partiyası VHP Qebele RT sedri Nazlı Ağayevanı ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əziz Nazlı xanım!

    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayırıq.

    Siz Azərbaycanın ədəbi mühitində və siyasi aləmində öz dəsti-xətti və mövqeyi olan şəxs kimi tanınırsınız. Şəxsiyyətiniz, ədalətli mövqeyiniz, vətəndaş təəssübkeşliyiniz sizi hamının sevimlisinə çevirib.

    Siz öz həyat tərzinizlə ziyalılıq missiyasını şərəflə danışırsınız. Bölgədə yaşamağınıza rəğmən, ölkədə baş verən prosesləri aktiv şəkildə izləyir, virtual aləmin verdiyi imkanlardan layiqincə istifadə edir və öz ziyalı mövqeyinizlə vətəndaşların düzgün rəyinin formalaşmasında iştirak edirsiniz.

    Sizi bizə bağlayan daha bir məqam isə həm də yaradıcı şəxs olmağınızdır. Əlbəttə, Sabir Rüstəmxanlı kimi ziyalının partiyamızın sədri olması və VHP-nin vətəndaş həmrəyliyi, milli birlik ideologiyasını daşıması yaradıcı şəxslərin daha çox bu qurumda birləşməsi üçün stimul rolu oynayır. Biz çox şadıq və qürur duyuruq ki, sıramızda Nazlı Ağayeva kimi ziyalı xanım var.

    Əziz Nazlı xanım!

    Bir daha Sizi ad gününüz münsibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayır, millətimiz və şəxsiniz üçün istəklərinizin həyata keçməsini diləyirik.

    Bütöv yazını göstər