Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı Devlet Bahçeli ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Milliyətçi Hərəkat Partiyasının Genəl başkanı Devlet Bahçeli ilə görüşüb. Görüşdə Türk dünyasında baş verən olaylar, Qarabağ problemi və Türk ordusunun Afrində apardıgı uğurlu əməliyyat, Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilmişdir.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı MHP-nin 12-ci qurultayında iştirak etmək üçün Ankarada səfərdə olmuşdur.

  • Sabir Rüstəmxanlı Ankaraya getdi – MHP-nin qurultayında iştirak edəcək

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb.

    Bu barədə BakuPost-a partiyadan məlumat verilib. Bildirilib ki, VHP sədri qurultay ərəfəsində MHP sədri Devlet Bahçeli, millət vəkilləri və Azərbaycan diaspor rəhbərləri ilə görüşəcək.

  • İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi

    Səməndər Çaxmaqlı

    VHP-nin Şöbə müdiri, “Qərbi Azərbaycan – İrəvan Xanlığı Torpaqlarına qayıdış İctimai Birliyi”nin rəhbəri

    XVI əsrin əvvəllərində (1502-ci ildə) Səfəvilər dövləti Qərbi Azərbaycanı öz inzibati ərazi bölgəsinə daxil edərək, mərkəzi İrəvan şəhəri olmaqla Çuxursəd bəylərbəyliyini yaratdı. Bu ad Qərbi  Azərbaycanın ilk coğrafi adı hesab olunur. Qərbi Azərbaycanın əksər bölgələrinin bir bəylərbəyliyində birləşdirilməsi sonradan onun müstəqil dövlət kimi forma­laşmasında çox böyük rol oynadı.

    XVI əsrin ikinci yarısında Çu­xursəd bəylərbəyliyi Rəvan (İrə­van) əyaləti kimi tanınmaqla Qər­bi Azərbaycan bölgəsi yeni coğra­fi ad qazandı. Bölgənin İrəvan şə­hərinin adına uyğun olaraq adlan­dırılması sonralar bu yerin “İrəvan xanlığı”, “İrəvan quberniyası” və “İrəvan qəzası” kimi tarixə düş­məsinə səbəb oldu və Qərbi Azərbaycan həmin adla tanındı. Tarixi mənbələrə görə, “İrəvan” sözü hələ e.ə.VIII əsrdə mövcud olmuş, eramızın VII əsrindən baş­layaraq strateji mərkəz kimi tanın­mışdır. “İrəvan” türk sözü olaraq rəvanlıq, düzənlik mənasını verir. Şərq mənbələrində və orta rus ar­xiv sənədlərində İrəvan şəhəri  “Rəvan” adlandırılmışdır. Bu da şəhərin dağlarla əhatə olunmuş rəvan (düzənlik) yerdə yerləşməsi ilə əlaqələndirilmişdir. Məlum olduğu kimi, həmin bölgələrdə yaşayan azərbaycan türkləri “r” hərfi­nin əvvəlinə “İ” hərfi əlavə edir­dilər. Məsələn, Rza-İrza, Mirzə-İmiızə, rahat-irahat, rəhmət-irəhmət və s. Ona görə də Rəvan  şəhəri İrəvan adlandırılmışdır. Sonralar ermənilər bu sözü öz dil­lərinə uyğunlaşdıraraq onu “Erivan”, “Yerevan” kimi işlətmişdilər.

    …”Erebuni” qalası hələ eramız­dan əvvəl 782-ci ildə Urartu çarı I Arqişti tərəfindən İrəvan şəhəri ərazisində, şəhərin cənub-şərq tərəfində Qanlıtəpə adlı yerdə sa­lınmışdır. O, qədim türk şəhər – qalalarından biri olmuş və e.ə. IV əsrə qədər mövcud olmuşdur. Ta­rixi mənbələrdə Erebuni şəhəri “İşpini” kimi də göstərilmişdir. Erebuni sözü qədim türk dilində “ərlər boyu” mənasını verən “erbi” və urartu dilində “ölkə” mə­nasını verən “uni” sözlərindən ya­ranmış, “ərlər boyunun ölkəsi” anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da öz təsdiqini tapmışdır. Sovet dönə­mində ermənilər əski erməni əlifbası ilə yazılmış bir neçə daş par­çasını İrəvan qalası ərazisində tor­pağa basdırmış, bir müddət sonra, guya, qazıntılar zamanı tapıldığını iddia edərək bütün dünyaya yay­mışlar. Onlar İrəvanın erməni şə­həri olduğunu təsdiqləmək üçün hətta Yerevan şəhərinin 2500 illiyini də qeyd etdilər. Lakin onla­rın tarixi saxtakarlıqları indi də kağız üzərindədir.

    1590-cı ildə olduğu kimi, 1728 – ci ildə də İrəvan əyaləti Osmanlı imperiyasının tərkibində olarkən əyalətin müfəssəl dəftəri tərtib edilmiş, Naxçıvan bölgəsinin ic­ma dəftərindən Zəbil, Zar, Şərur nahiyələri çıxarılaraq İrəvan əya­lətinin tərkibinə daxil edilmişdir. Bu zaman İrəvan əyaləti Mülki, Axsaxala, Məvazeyi-Xatın, Aslanlı, Qarabağ, Dərəşam, Dərə-şahbuz, Bazarçay, Şərur, Zəbil, Zar, Əlincə, Sisyan, Azadçıqan, Ordubad, Şorlud, Dəmiqad kimi 16 nahiyədən və bir qəzası olan Naxçıvan livasından ibarət olmuş­dur. Əyalətdə türk müsəlmanlar 73%, ermənilər və qeyri millətlər 27%i təşkil etmişdir.

    1736 -1747-ci illərdə mərkəzi Təbriz şəhəri olmaqla Azərbay­can vilayəti yaradıldı. Bu zaman Çuxursəd bəylərbəyliyi də ləğv edilərək Qərbi Azərbaycan “İrə­van vilayəti” kimi Azərbaycan vi­layətinin tərkibinə daxil edildi. 1747-ci ildə Azərbaycan vilayə­tində, 20 müstəqil xanlıq yaradıldı və bu xanlıqlardan biri də İrəvan xanlığı oldu. İrəvan xanlığı Ağrıdağ düzənliyini, Göyçə gölü höv­zəsini və Araz çayının cənub-şərqə doğru uzanan ərazisini əhatə edirdi. Azərbaycanın şimal-şər­qində yerləşən bu xanlıq mərkəzi İrəvan şəhəri olmaqla Naiblərin idarə etdiyi Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərə kənd, Saatlı, Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçədən ibarət 15 mahaldan və Şörəyel sultanlığından ibarət idi. İrəvan xanlığı 1797-ci ilədək 50 il müs­təqil dövlət kimi mövcud olmuş­dur. Hətta 1797-1828-ci illərdə də bu bölgədə İran hakimiyyəti bərpa olsa da, xanlıq öz mövcudluğu­nu itirməmişdir.

    Xanlığın öz inzibati ərazi xəri­təsi, bayrağı, xüsusi idarəetmə formaları var idi. Qeyd edək ki, erməni kilsələrinin katalikosu da ölkənin başçısı olan xan tərəfin­dən təyin olunurdu. Erməni tarix­çisi Hovanes Şahxatun Erməni Sovet Ensiklopediyasında İrəvan xanlığından bəhs edərək yazır ki, 1410-cu ildən başlayaraq 1828-ci ilədək İrəvan xanlığını Azərbay­can türkü olan 49 xan idarə etmiş­dir.

    2s Capture_of_Erivan_Fortress_by_Russia,_1827_(by_Franz_Roubaud)

    Qərbi Azərbaycan İrəvan xanlı­ğının əhalisinin əksəriyyəti azərbaycan türklərindən, az bir hissəsi isə erməni və qeyri millətlərdən ibarət olub. XIX əsrin əvvəllərindən başlayaraq Rusiya ilə İran arasın­da gedən müharibələr zamanı rus qoşunları birinci növbədə strateji əhəmiyyət daşıyan İrəvan qalasını ələ keçirməyə çalışmışlar. İrəvan qalası Zəngi çayının kənarındakı Qanlıtəpə adlı yüksəklikdə yerlə­şirdi. Qalanın mübarizəsinə qalx­mış yerli əhali ölüm-dirim müha­ribəsinə girərək, böyük fədakarlıq göstərdilər. Ruslar bütün qüvvə­lərdən istifadə etsələr də, İrəvan qalasını ələ keçirə bilmədilər. La­kin xanlığın torpaqlarından Gorus, Qafan və Sisiyan mahallarını işğal etdilər. 1813- ci ildə bağlanmış Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan ikiyə bölündü. Naxçıvan və İrə­van xanlıqları İran torpaqları he­sab edildi. 1826-1828-ci illərdə II Rus – İran müharibəsi çar Rusiya­sının qələbəsi ilə nəticələndi. İrə­vanda müvəqqəti idarə üsulu ya­radıldı.

    1828-ci ilin mart ayının 21-də Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan və Naxçıvan xan­lıqları ləğv edildi, Rus çarının əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində “erməni vilayəti” adlı müvəqqəti idarə üsulu yaradıldı və İrəvan şə­həri ermənilərə paytaxt kimi “hə­diyyə” verildi.

    1828-ci ildən başlayaraq çar Rusiyasının havadarlığı ilə yaxın dövlətlərdən İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə ermənilə­rin kütləvi surətdə köçürülməsinə başlandı. Bu yeni erməni dövləti yaratmaq siyasəti bir əsrdən də çox davam etdirildi. Hətta bu köçürülmələrdən sonra da İrəvan xanlığı ərazisində azərbaycan türkləri və müsəlmanlar əhalinin 76,24 faizini, erməni və qeyri millətlər isə 23,46 faizini təşkil edirdi. Qər­bi Azərbaycan torpaqlarında er­məni dövləti yaratmaq üçün er­mənilər və onların havadarları bi­rinci növbədə yerli əhalini, azəri türklərini sıxışdıraraq dədə-baba yurdlarından qovmağı, onlara məxsus tarixi abidələri məhv et­məyi qarşılarına məqsəd qoydu­lar. XIX əsrin əvvəllərindən XX əsrin sonunadək onlar öz məqsədlə­rini həyata keçirmək üçün insanlı­ğa xas olmayan bütün vasitələr­dən istifadə edərək, milyonlarla azərbaycan türkünü əzəli və əbədi yaşa­yış məskənlərindən didərgin sal­dılar. Minlərlə tarixi abidəni yer üzündən sildilər. Təkcə İrəvan şəhəri və onun yaxınlığında dağı­dılmış möhtəşəm tarixi abidələr­dən bir neçəsi barədə məlumat vermək istərdim;

    • 1604-cü ildə I Şah Abbasın İrəvan qalası ərazisində Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.
    • 1725-ci ildə Rəcəb Paşa tə­rəfindən İrəvan qalasında inşa edilmiş möhtəşəm məscid.
    • İrəvan qalası və onun ətra­fında inşa edilmiş 8 məscid kompleksi.
    • 1510-cu ildə Şah İsmayılın əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məscidi (1918-ci il­də həmin məscidə müsəlmanla­rı dolduraraq od vurub yandır­mışdılar).
    • 1413-cü ildə inşa edilmiş Sərdarabad türbəsi.
    • 1510-cu ildə İrəvan sərdarı Əmirquni xan Qacar tərəfindən ucaldılmış və İrəvan xanı Hüseynəlixan tərəfindən 1782-ci il­dən təhkimləşdirilmiş Sərdar qalası.
    • Sərdarabad qalası – Türk- müsəlman qalası.
    • Uzunlar qalası və s.

    Ümumiyyətlə, 1912-ci ilədək Qərbi Azərbaycanın İrəvan qəza­sında 42, Üçmüəzzin qəzasında 33, Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr və məscid­lər dağıdılaraq yer üzündən silin­mişdir. Ermənilərin Qərbi Azər­baycana köçürülməsi 1828-ci il­dən başlayaraq mərhələlərlə hə­yata keçirilmişdir. Tarixi faktlara əsasən görürük ki, ermənilərin in­diki Ermənistana köçürülməsi 1953-cü ilədək davam etmişdir. Bununla bağli bir neçə dövrə nə­zər salaq:

     

    -1828-ci ildən başlayaraq;

     

    İrandan – 40.000 nəfər,

    Türkiyədən – 84.600 ııəiər,

    Suriyadan – 30.000 nələr.

     

    -1914-1922-ci illərdə;

    Türkiyədən – 70.000 nəfər.

    Fransadan – 30.000 nələr.

     

    -1945-ci ildən başlayaraq;

    İran, Suriya, Livan, Bolqarıs­tan,Yunanıstan, Rumıniyadan –   509.000 nəfər.

     

    -1947-ci ildən;

    Fələstin, Suriya, Fransa,

    ABŞ, Misir, Yunanıstan,

    İraq, Livandan – 35.400 ııəfər.

    -1948-ci ildən başlayaraq;

    Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan, İrandan – 40.000 nəfər,

    Rumıniyadan – 100.000 nəfər köçürülmüşdür.

    Əsası rus çarı I Pyotr tərəfindən qoyulan erməniləri himayə siya­səti sonralar Rusiyanın digər çar­ları və bolşevik Rusiyası tərəfin­dən davam etdirilmişdir. 1768-ci ildə Rusiya çariçası II Yekaterina ermənilərin himayə edilməsi haq­qında əmr imzalamışdır. 1802-ci ildə çar I Aleksandr Sisyanova yazdığı məktubda deyilirdi: ‘Nə olursa-olsun ermənilər Azərbay­canın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır “.

    Qərbi Azərbaycandan azərbaycan  türkləri mərhələli şəkildə qovulanıq də­də-baba yurdlarından çıxarılmış­dır:

    • mərhələ: 1828-1905, 595.000 nəfər;
    • mərhələ: 1905-1907. 275.000 nəfər;
    • mərhələ: 1918-1920.00nəfər;
    • mərhələ: 1948-1953.000nəfər;
    • mərhələ: 1988-1989, 250.000 nəfər qovulmuşdur.

    Bu mərhələlərdə 1 milyon nə­fərdən artıq azərbaycan türkü öldürül­müşdür. Qərbi Azərbaycandan qovulan azərbaycanlılara 105 mil­yarddan çox ABŞ dolları həcmin­də maddi ziyan dəymişdir. Təkcə 1988-1990-cı illərdə Ermənistan­dan qovulan azərbaycanlılara 6,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur.

    Göründüyü kimi, 1827-ci ildə İrəvan xanlığının işğalından sonra erməni faşistləri tərəfindən Qərbi Azərbaycan torpaqları tamamilə işğal edilmiş, azərbaycan türklərinə məxsus bütün tarixi abidələr dağı­dılmış, bütün yaşayış yerləri məs­kənlərinin adları erməniləşdirilmiş, bütün azəri türkləri dədə-baba yurdlarından qovularaq, mülki əhalinin əmlakı talan edilmişdir. İndi Qərbi Azərbaycanda bir nə­fər də olsun azərbaycanlı yaşamır.

    XIX əsrin əvvəllərindən baş­layaraq, əvvəllər Rus imperiyası­nın, sonralar isə bolşevik Rusiya­sının havadarlığına arxalanan er­mənilər qədim Azərbaycan torpa­ğında qondarma erməni dövləti yaratsalar da, bu torpaqların kim­lərə məxsus olduğunu çox yaxşı başa düşürlər. Bu torpaqların sa­hiblərinin gec-tez öz dədə-baba yurdlarına qayıdacağı, quldurların işğalından azad edəcəyi zaman uzaqda deyil. İndi tarixi havadar­larının böyük köməyinə arxalana­raq Qərbi Azərbaycan və Qarabağ torpaqlarını işğal altında saxlayan erməni daşnakları bilməlidirlər ki, bu torpaqlar hansı yolla olursa-ol­sun azad ediləcək və düşmən özü nəlayiq cəzasını alacaqdır.

    Ölkə Prezidenti İ.Əliyevin son zamanlar İrəvan xanlığı torpaqlarının Göyçə, Zəngəzur və s. mahallarının qədim Azərbaycan torpaqları olması və bu torpaqların işğaldan azad edilməsi barədə “Ermənistan”a qarşı kəskin mesajları vaxtında atılmış addımdır. Qərbi Azərbaycanlılar nəyin bahasına olursa olsun, gec-tez öz dədə-baba yurdlarına qayıdacaqlar.

  • Sabir Rüstəmxanlıdan 8 Mart təbriki: “Dünyanın heç bir qadını sizi əvəz edə bilməz”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Xalq şairi Sabir Rüstəmxanlının 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təbriki.
    Təbrikdə deyilir:

    Əziz xanımlar, analar və bacılar!
    Sizi Qadınlar bayramı münasibəti ilə təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti arzulayıram.
    Azərbaycan qadını- fədəkar ana, sadiq ömür-gün yoldaşı, milli-əxlaqi dəyərlərimizin qorunmasında, kimliyimizin və dilimizin yaşamasında müstəsna xidməti olan yüksək mənəviyyatlı vətəndaşdır. Dövlət Müstəqilliyinizin bərpasında kişilərimizlə yan-yana mübarizə aparmış qadınlarımız müharibənin acılarını da hamıdan çox çəkmişlər.
    Azərbaycan qadını – şəhid anasıdır, şəhid bacısıdır; min bir müsibət görmüşdür.
    Tariximizin dəhşətli ağrı-acılardan keçən Azərbaycan qadını bu gün də ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.
    Əziz analar və bacılar! Dünyanın heç bir qadını gözəllikdə, sədaqətdə, dürüstlükdə, zəhmətdə sizi əvəz edə bilməz!
    Dünyanın heç bir qadını ailəsini sizin qədər fədakarlıqla qoruya bilməz!
    Dünyanın ən gözəl sözləri sizin qarşınızda təsirini itirir.
    Siz dünyanın ən xoşbəxt qadını olmağa layiqsiniz. İnanıram ki, torpaqlarımız azad olacaq, yüz minlərlə ana və bacımız öz yurduna dönəcək və haqq etdiyi xoşbəxtliyə qovuşacaqlar. Bir daha sizləri təbrik edir, sizə sayğımı və sevgimi bildirirəm!

  • VHP-nin 8 mar təbriki

    Vətəndaş Həmrəyliyi Partiyası 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

    Hörmətli xanımlar!
    Əziz analar və bacılar!
    Sizi 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatda uğurlar arzulayırıq. Arzu edirik ki, bu bayram günlərini qayğı və çətinliklərdən, əzab-əziyyətdən uzaq, sevinc və firavanlıq içərisində, doğmalarınızla birgə arzuladığınız kimi keçirəsiniz. Sizlər, qoçaq və qorxmazlığınız qədər, həm də zərif və qayğıkeş olan Azərbaycan xanımları buna layiqsiz, öz mətanətiniz, cəsarətiniz və ağlınızla ən yaxşılarına haqq etmisiniz.
    Azərbaycan qadını dəyanət, sədaqət simvolu kimi qəbul olunur. Qadınlarımız həm də ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub. Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Ötən əsrdə xalqımız azadlığı və müstəqilliyi uğrunda ardıcıl mübarizə aparıb və iki dəfə öz məqsədinə çatıb. İftixar və qürur hissilə deyə bilərik ki, qadınlarımız da bu proseslərin ön cərgələrində addımlayıblar. Bu gün də ölkəmizdə azad və demokratik cəmiyyət quruculuğu uğrunda apardığımız mübarizənin ağırlığı həm də onların çiyninə düşür.
    Əziz xanımlar, bir daha sizləri bayramınız münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, azad və ədalətli cəmiyyətdə rahat həyat arzulayırıq!
    Tanrı sizləri qorusun!

  • VHP Gəncədə Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirib FOTO

    Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xocalı rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərindəki Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub. Abidə kompleksin qarşısında VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. “İndi rəsmi məlumatda Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin 613 nəfər olduğu bildirilir. Bu, yalnız meyiti tapılanlara, dəfn olunanlara aid rəqəmdir. Ancaq hələ rəsmi rəqəmlərdə əsir alınan 1275 nəfərdən 150-i barədə indiyə qədər heç bir məlumat verilmir. Onların ən ağır işgəncələr altında qətlə yetirildiyinə heç bir şübhə yoxdur. Bu və digər faktları nəzərə alaraq düşünmək olar ki, Xocalıda xüsusi amansızlıqla, işgəncə verilərək qətlə yetirilən insanların sayı daha çoxdur”.

    M.Nurməmmədli çıxışında həmçinin vurğulayıb ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Ancaq dünya öz gözü qarşısında baş verən, foto-video faktlarla sübut edilən və şahidləri yaşayan bir soyqırımı nədənsə görmür və ya görmək istəmir, yüz il əvvəl olmayan bir soyqırımdan danışır və qəbul edirlər: “Xocalı soyqırımının ildönümü ərəfəsində Hollandiya parlamentinin “erməni soyqırımı” adlı uydurma tarixi qəbul etməsi ikiüzlü siyasət, dünyanın ədalətsizliyidir. Belə olmasaydı, 26 ildir baş verən Xocalı soyqırımına hüquqi qiymət verilər, cinayətkarların cəzalandırılması üçün mexanizmlər tətbiq edilərdi”.

    Natiq qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətini, dünya dövlətlərini bu soyqırımına biganə qalmamağa, beynəlxalq hüququn prinsiplərinə əməl edərək, ona siyasi və hüquqi qiymət verməyə çağırır: “ Bununla əlaqədar beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, parlamentlərin qəbul etdiyi sənədlər olsa da, Xocalı soyqırımını həyata keçirən qaniçən erməni cəlladlarını, əli günahsız insanların, uşaqların qanına batmış qatilləri beynəlxalq məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Gün gələcək insanlıq əleyhinə cinayət törədənlər mühakimə olunacaqlar. Onlar heç zaman bu qanlı ləkəni üzərlərindən silə bilməyəcəklər”.
    Qeyd edək ki, erməni silahlı qüvvələrinin Rusiyaya məxsus 366-cı motoatıcı diviziyanın dəstəyi ilə 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıya hücumu nəticəsində 613 nəfər dinc sakin qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.

  • Sabir Rüstəmxanlı İraqlı siyasilərlə görüşüb. FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rustemxanli İraqın Türkmaneli Partiyasının sədri, İraq parlamentinin keçmiş deputatı Riyaz Sarıkahya ilə görüşüb. Görüşdə İraqda, Kərkükdə, Azərbaycan və türk dünyasında baş verənlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Riyaz Sarıkahya türkmanların vəziyyəti, bölgədə keçirilən son referendum və ondan sonra Kərkükdə yaranan vəziyyət haqda geniş məlumat verib. Bildirib ki, Azərbaycan və Türkiyə Kərkükün taleyinə biganə olmamalı, sahib çıxmalıdır.

    Sabir Rüstəmxanlı Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı qonaqları məlumatlandırıb.

    Səmimi keçən görüşdə partiyaların əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İraqda, İranda və Suriyada yaşayan türklərin gələcək durumu ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusən türkmanların ciddi dəstəyə ehtiyacı olduğu vurğulanıb.

    Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Türkməmeli Partiyasının təmsilçiləri Şahlar Azeroğlu və Yahya Ali Mehdi  iştirak ediblər.

  • Xocalı faciəsinin qisasını almalıyıq…

    Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycan türklərinin öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycan türkləri bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
    1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.

    Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və əsgəri iştirak etmişdir.

    Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
    Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

    Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
    Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir:
    “Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər”.
    Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

    Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
    Azərbaycan xalqı gec-tez erməni faşistlərindən Xocalı faciəsinin qısasını alacaqdır. Xocalı soyqırımını heç vaxt unutmaq olmaz!

    Qələmə aldı: Səməndər Çaxmaqlı

    Vətəndaş Həmrəyliyi Partiyasının Humanitar məsələlər  Şöbəsinin müdiri, “Qərbi Azərbaycana – İrəvan Xanlığı Torpaqlarında Dönüş” İctimai Birliyinin rəhbəri

  • Azərbaycan Dil Qurumunun Bəyanatı

    Fevral ayının 6-da Azərbaycan Dil Qurumunun növbəti yığıncağı keçirilmişdir.
    Yığıncağda Azərbaycan Dilinin Orfoqrafiya qaydaları və onun ictimai müzakirəsi barədə fikir mübadiləsi aparılmışdır.
    ADQ-nin başkanı Sabir Rüstəmxanlının, tanınmış dilçi-alimlərdən və yazıçılardan Qulu Məhərrəmli, Rasim Qaraca, Şahlar Göytürk və başqalarının çıxışları dinlənilmiş və Bəyanat qəbul edilmişdir.
    Bəyanatda deyilir: Azərbaycan Dilinin Orfoqrafiya qaydalarının AMEA-nın Nəsimi adına Dilçilik instititu tərəfindən ictimai müzakirəyə verilməsi özlüyündə lüğətçilik tariximizdə yeni hadisədir və müsbət qiymətləndirilməlidir. Sözlük ətrafında gedən mübahisələr, fikir ayrılıqları- Müstəqillik dövründə Ana dilinin inkişafına dövlət qayğısının artması ilə, eləcə də dilimizin yüksələn rəsmi və beynəlxalq statusu, Konstitutsiya ilə təsbir edilmiş hüquqlqrının qorunması zərurəti ilə bağlıdır. Azərbaycan Dünya dövlərləri arasında yerini möhkəmləndirdikcə ana dilimiz də əlaqələrini genişləndirir, yeni siyasi, ictimai, ədəbi-mədəni vəzifələri yerinə yetirməli olur. Kürəsəlləşmə və dünya ölkələri ilə ilişkilərin möhkəmlənməsi dilə kənar təsir və axınları çoxaldır, terminalogiyanı daim yeni suallar qarşısında qoyur və bu işin nəzarətdə saxlanılmasını tələb edir. Dilə yeni sözlərin gəlişini, yeni sözyaratma prosesini və qrammatikanın qorunmasını epizodiklikdən və subyektiv yanaşmalıardan kənar, elmi bir sistem üzərində qurmaq ilk növbədə “Azərbaycan Dilinin Opfoqrafiya qaydaları” ilə mümkündür.
    Müzakirənin konkret olaraq Orfoqrafiya qaydalarına aid olduğunu nəzərə alsaq sosial mediadakı yazıların bəzisi mənasını itirir. Yəni müzakirə konkret mövzu ətrafında aparılmalıdır; lakin yazıların müzakirə çərçivəsini aşması və daha geniş məsələləri əhatə etməsi dilimizin yaşadığı problemlərə cəmiyyətin həssaslığını göstərir və anlaşılandır.
    ADQ-nun Bəyanatında daha sonra deyilir: AMEA Nəsimi adına Dilçilik instititunun təqdim etdiyi Qaydalar bütövlükdə Azərbaycan türkcəsinin yüz illər ərzində formalaşmış mükəmməl qramatik normalarına, yazı prinsiplərinə və lüğətçilik təcrübəsinə əsaslanır, dilçilər arasında mübahisə yaradan bəzi məqamlarına baxmayaraq bütövlükdə etibarlı bir nəzərı mənbə sayıla bilər.
    Qaydalar bir daha göstərir ki, Azərbaycan dilinin orfoqrafiyası, yəni sözlərin yazılış şəkli, daha çox “deyilən kimi yazmaq” prinsipinə əsaslanır, və şübhəsiz gələcəkdə də alınma sözlərə münasibətdə bu xət qorunacadır. Bu yanaşma ana dilimizin həm yazı, həm nitq özəlliyini və təmizliyini qoruyur, onun gücünü göstərir.
    ADQ onu da qeyd edir ki, müzakirə edilən Orfoqrafiya qaydaları və nəşrə hazırlanan Orfoqrafiya sözlüyü Nəsimi adına Dilçilik instititu qarşısında böyük vəzifələr qoyur və bu vəzifə yerinə yetirilərkən müzakirə materialları və mütəxəsisilərin rəyləri diqqətlə gözdən keçirilməlidir. Ustəlik Azərbaycan Tərcümə Mərkəzinin hazırladığı İşlək Sözlərinn Orfoqrafiya sözlüyü bu işin əhəmiyyətini bir daha göstərmiş və Nəsimi institutunu işlrini sürətləndirməyə sövq etmişdir. Buna görə də Tərcümə mərkəzi ilə AMEA Nəsimi adına Dilçilik institutunu üz-üzə qoymaq yox, onların və Ana dilinin təmizliyinin qorunmasına çalışan digər qurumların səmərəli əməkdaşlığını təşkil etmək lazımdır.
    ADQ Ana dilinin qorunması və inkişafı yolunda fəaliyyət göstərən bütün qurumlarla əməkdaşlıq etməyə hazırdır.

    Sabir Rüstəmxanlı
    Azərbaycan Dil Qurumunun başkanı

  • Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 26 il ötür

    Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 26 il ötür.

    Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

    İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

    Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

    Qaradağlı indi də işğal altındadır.