Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Türkiyə Güney Azərbaycan liderinə hörmətsizlik etdi

    Sabir Rüstəmxanlı: “Çöhrəqanlının İranın tələbi ilə geri qaytarılması məyusluq doğurur”

    Türkiyənin Millətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu ölkəyə gələn Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Ankaranın hava limanından geri qaytarılıb. Bu haqda mətbuata onu qarşılamağa çıxanlar məlumat verib. Onlar bildiriblər ki, Mahmudəli bəy Türkiyəyə oğlu ilə birlikdə gəlibmiş: “Oğlunu buraxsalar da, özünü elə gəldiyi təyyarə ilə də geri qaytardılar”.

       
       Qeyd edək ki, Amerikada yaşayan hərəkat lideri Türkiyəyə yola düşərkən Vaşinqtondakı hava limanında jurnalistlərə açıqlama verib. O deyib ki, Türkiyədən deportasiya olunacağına inanmır: “Ümidliyəm, güman edirəm ki, Türkiyəm bu dəfə məni deportasiya etməyəcək”. Mahmudəli bəy onu da vurğulayıb ki, 2006-cı ildən etibarən nə Azərbaycana, nə də Türkiyəyə gedə bilir: “Ötən həftə Vaşinqtondakı Türkiyə səfirliyi ilə əlaqə yaratdım, amma viza ala bilmədim. Ankarada isə MHP liderləri aidiyyəti qurumlarla danışıqlar apararaq səfərin qanuniləşməsinə çalışdılar və mənə deyildi ki, əgər Amerika pasportunuz varsa, heç bir problem yoxdur, Ankara aeroportunda viza ala bilərsiniz. Hesab edirəm ki, məni Ankaranın Esenboğa limanında dostlar və Azərbaycanı sevənlərdən ibarət izdiham qarşılayacaq”. Amma hərəkat liderinin Türkiyə hava limanından geriyə qaytarılması, onun istəklərinin baş tutmamasına happy wheels demo səbəb oldu. 
       
       Məsələyə münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Şərq”ə deyib ki, Türkiyə bu məsələdə çox yanlış addım atıb. Onun sözlərinə görə, Türkiyənin M.Çöhrəqanlıya qarşı bu cür mövqe sərgiləməsində İranın təzyiqi istisna deyil: “Hesab edirəm ki, əgər MHP M.Çöhrəqanlını dəvət etmişdirsə, onun gəlməsi üçün də təminat almalıydı. Həmçinin GAMOH liderini MHP-dən olan millət vəkilləri qarşılamalıydılar. Amma təəssüflər olsun ki, Mahmudəli bəyə qarşı etinasız yanaşma olub. Təbii ki, bu işdə Türkiyənin addımını dəstəkləmirəm. Yəni Türkiyə dünyəvi ölkədir. Oraya bütün dünya ölkələrinin vətəndaşları kimi M.Çöhrəqanlı da səfər edə bilər. Amma necə deyərlər, İranın istəyi ilə onun Türkiyəyə buraxılmaması məyusluq doğurur və bu yanlışlıq hökmən aradan qaldırılmalıdır”. Millət vəkili qeyd edib ki, Türkiyə hökuməti heç bir zaman Güney Azərbaycan məsələsinə diqqət ayırmayıb: “Keçmişdə də bu belə olub, bu gün də həmin vəziyyətdir. Görünür, Türkiyənin rəsmi dairələri sözügedən məsələnin əhəmiyyətini anlamayıblar və bu cür hərəkatlara qarşı çıxmaqla türk dünyasının inkişafına, maraqlarına vuracağı zərbələrdən xəbərsizdirlər. Yəni Türkiyə bilməlidir ki, Cənubi Azərbaycan Türküstanla körpüdür və türk dünyasının bütövlüyünü qoruyub-saxlayır. Çox təəssüf ki, bu məsələyə önəm verilmir. M.Çöhrəqanlının deportasiyası isə bunun bariz nümunəsidir”. 

     

    “Şərq” qəzeti

  • VHP Ağdam RT sədri Həsən Xəlilova!

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın Ağdam rayon təşkilatının sədri Həsən xəlilovu ad günü münasibəti ilə təbrik edib. təbrikdə deyilir:

     

    “Hörmətli Həsən bəy!

    Sizi anadan olmağınızın 57-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə apardığınız mübarizədə uğurlar arzulayırıq.

    Siz uzun müddətdir VHP sıralarında Azərbaycanın demokratikləşməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması üçün çalışırsınız. Yetkin yaşda olmağınıza baxmayaraq, fəallığınız, yerli təşkilatı nümunəvi halda idarə etməniz bacarığınızın, səmimiyyətinizin göstəricisidir.

    Azərbaycanda hazırda müxalif siyasi partiyanın sıralarında olmaq ölkə vətəndaşından böyük ürək, fədakarlıq, təmənnasızlıq tələb edir. Siz sidq-ürəklə bu mübarizəyə qoşulmuş və ölkənin gələcəyi naminə əlinizdən gələni əsirgəmirsiniz.

    Hörmətli Həsən bəy!

    Bir daha Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə can sağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar diləyirik.

     

    Hörmətlə,

    VHP Siyasi Şurası”

  • VHP-çi gənclərə!

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  Gənclər Təşkilatının sədri Pünhan İmamlının, sədr müavinləri Fəridə Tağıyevanın, Jalə Ələkbərlinin və Nəzarət-Təftiş Qrupunun sədri Baba Qamətlinin bu həftə doğum günləridir. Bu münasibətlə VHP sədri , millət vəkili Sabir Rüstəmxanlı VHP-çi gənclərə təbrik ünvanlayıb. təbrikdə deyilir:

     

    “Əziz gənclər.

    Biləndə ki, bu gün VHP-çi gənclərdən bir neçəsinin ad günüdür, ayrı-ayrılıqda deyil, ümumilikdə Sizin hamınıza səslənmək istədim.

    Azərbaycanın müstəqillliyi bizim həyat idealımız, yaşam tərzimiz və mübarizəmizin ən böyük hədəfi olub. Gənc yaşlarımızdan sələflərimizin açıq və ya gizli şəkildə apardığı bu mübarizənin altına çiynimizi vermiş, milli yaddaşın oyanması, milli şüurun inkifaşı üçün çalışmış və nəhayət, buna xalqımızla bərabər nail olmuşuq.

    Azərbaycanın dövlət müstəqilliyi, üçrəngli bayrağı xalqımızın qazandığı ən böyük nemət, ən böyük uğurdur və bundan böyük nailiyyəti təsəvvür etmək çox çətindir. Nəzərə alsaq ki, dünyada 5 mindən artıq dil və deməli, bir o qədər də xalq, cəmi 200-dən bir qədər çox dövlət var, onda milli dövlətçilik şərəfinin heç də hər xalqa nəsib olmadığı aydınlaşar. Bu mənada bağımsızlığımız ali nemətdir, dövlətimiz Azərbaycan xalqının tarixi ənənəsinin məntiqi davamıdır və bu müstəqilliyin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi millətimizin başlıca qayəsidir.

    Biz xalqımızın dəstəyi ilə tarixi şansdan istifadə edərək dövlət müstəqilliyinə nail olsaq da, görüləcək işlərimiz hələ qarşıdadır və doğrusu, bu baxımdan daha böyük işlər sizin yolunuzu gözləyir. Müstəqil Azərbaycan Respublikası əslində Azərbaycan xalqının mənəvi sərhədlərinin çox kiçik bir hissəsini əhatə edir. Tarixi qaynaqlardan da bildiyiniz kimi, Azərbaycan bir ucu Dərbənddən başlayaraq Mosul, Kərkükə qədər 3 milyon kv.km-ə qədər bir ərazini əhatə etmiş, dövrünün qüdrətli dövlətlərindən biri olmuşdur. Bizim mənəvi sərhədlərimiz isə təkcə bununla məhdudlaşmır: Altaydan başlayıb Şərqi Avropaya qədər uzanan və dünyanın belinə kəmər kimi dolanan böyük türk yurdları xalqımızın mənəvi səltənətidir.

    Çox istərdim ki, düşüncə və ruh etibarilə mənəvi sərhədlərimizin hududları səviyyəsində düşünən və əməli addımlar ata bilən gəncliyin əsas simaları kimi sizləri görüm. Əlbəttə, Azərbaycanın daxili problemləri həddən artıq çoxdur: demokratiya və insan azadlığının təmini, iqtisadiyyatın inkişafı, şəffaf seçkilər, Qərbə inteqrasiyanın sürətlənməsi yaxın hədəflərdir və bu yük də sizlərin çiyinlərinə düşür. Ancaq sizlər bu məhdud çevrələrdə ilişib qala bilməzsiniz. Azərbaycan xalqının və dövlətinin maraqları, xüsusilə Dağlıq Qarabağ dərdi, yurdlarımızın işğal altında olması, Güneydə 35
    milyonluq soydaşımızın taleyi, Borçalı, Göyçə, Gəngəzur, Arazbasar, Vedibasar, Kərkükün taleyi sizin düşüncələrinizdə daim bütövləşməli, milli-mənəvi böyüklüyünüzü şərtləndirməlidir.

    Biz kimsənin torpağanı göz dikməmişik, tarixi ərazilərimizi də qaytarmaq və “Böyük Azərbaycan” xülyası ilə qonşularımız və digər xalqlarla konfliktdə yaşamaq bizim dəyərlərimizə ziddir. Ancaq torpağımıza dikilən gözlərin ovulması, çox çətin geosiyasi ərazidə yerləşən Vətənimizin maraqlarının müdafiəsi başlıca qayəmiz olduğu kimi, mənəvi sərhədlərimiz çərçivəsində düşünmək də halal, tarixi, milli haqqımızdır”.

    Əziz VHP-çi gənclər!

    Pünhan İmanlı, Fəridə Tağıyeva, Jalə Ələkbərli və Baba Qamətli – bu gün ad gününü qeyd edən gəncləri təbrik edir və bütün VHP-çi gənclərinə milli hədəflərimiz, böyük amallarımız, ideallarımız uğrunda apardıqları mübarizədə başarılar diləyirəm.

    Tanrı sizləri qorusun!  

  • VHP Qurban bayramı münasibəti ilə müsəlmanları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müqəddəs Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

     

    «Əziz soydaşlarım, müsəlman qardaş-bacılarım!

    Hər birinizi müqəddəs qurban Bayramı münasibəti ilə təbrik edir, Allah yolunda kəsdiyiniz qurbanlarınızın, etdiyiniz ibadət və dualarınızın qəbul olunmasını arzulayıram.

    Allahın öz elçiləri vasitəsilə insanlara vacib buyurduğu mərasimlər içərisində Qurban bayramının xüsusi məqamı var. Bu bayramın mahiyyətində yaradılmışlar üçün verilən nemətin Allah rizası üçün bir-birilə paylaşılmalı olduğunu xatırlatmaq istəyi dayanıb.

    Qurban bayramı insanlara bu dünya və axirət haqqında düşünməyə, Tanrı məqamındakı yerini aydınlaşdırmağa yardım edən böyük inancın tərkib hissəsidir. İldə bir dəfə müsəlmanlar arasında yaranan bu «süfrə bərabərliyi» yoxsul və zənginin Allah dərgahındakı bərabərliyinə işarədir: kimsə kimdənsə artıq və ya əskik yaradılmayıb, dünya nemətləri insanlar üçündür və bu nemət paylaşmasının mükafatını da Tanrı özü verəcək.

    Qurban bayramı – insanları humanizmə, bir-birinə qayğıya, inam və imana səsləyən, zülmdən, ayrıseçkilikdən, başqasının haqqını yeməkdən çəkindirən böyük törəndir.

    Bu müqəddəs günlərdə Tanrıya sidq ürəklə etdiyiniz dualarınızın qəbul olunmasını bir daha arzulayır, insanlarımıza hidayət, xalqımıza sülh və əminamanlıq diləyirəm.

     

    Sevgilərlə,

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili»

     

  • Anar Mahmudoğluna

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlunun  doğum günüdür.  Anar bəyin 39 yaşı tamam olur. Bu münasibətlə partiya rəhbərliyi ona təbrik ünvanlayıb.

    Təbrikdə deyilir: “Özü təpədən dırnağa kimi dövlət və xalq adamı olan, qanı və canı, qəlbi ilə Vətənə bağlı Anar bəyi elə Azərbaycana da bağlayan onun Azərbaycansevərliyi, ölkə vətəndaşı və Vətənin daşı olmasıdır.

    Anar bəyi ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Ona SÖZün ağıryükünü çəkməkdə dözüm, dostları ilə, həyatla və illah da bu qarışıq dünya ilə dil tapmaqda başarılar diləyirik və inanırıq ki, Anar bəy bundan sonra da dostlarını, doğmalarını və eləcə də mətbuatımızın sayılıb-seçilən simalarından biri kimi öz uğurları ilə oxucuları, eləcə də bizləri sevindirəcək.

    Bu gün Azərbaycan bir döyüş meydanıdır, həm də hər kəsin sınandığı bir döyüş meydanı. Ortada iki ordunun savaşı gedir: SÖZün və Şərin. İllərdir sözümüzlə apardığımız savaşın önündə olan isimlərdən biri də Anar Mahmudoğludur. İllərdir millətinin və dövlətinin adına haqq bildiyi bütün mövqelərin ən sərt məqamında onu gördük. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan bu yana harda Azərbaycan, Demokratiya, Vətəndaş söhbəti oldusa o söhbətlərin ətrafında Anar bəy də oldu…

    SAVAŞINDA SÖZ QƏLƏBƏN QUTLU OLSUN, TÜRK QARDAŞIM!!!… Doğum günün də…

     

    Xoş arzularla

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

  • Azərbaycan Avropa Hərəkatı VHP-ni təbrik edir

    Hər bir ölkədə bütün növ mədəniyyətlərin formalaşması üçün siyasi mədəniyyətin olması vacib amillərədn biridir. Bunun üçün isə ilk növbədə sivil metodlardan istifadə edən partiyaların olması şərtdir. Vətəndaş Həmrəylik Partiyasının (VHP) yarandığı gündən sivil metodologiyadan istifadə edərək əqidəli siyasi mübarizə aparması Azərbaycanın siyasi mədəniyyətinə böyük töhvələr vermişdir.
    Azərbaycanda Avropa sivil sferasına uyğun siyasi rəqabətin olması istiqamətində fəaliyyət göstərən Beynəlxalq Avropa Hərəraktının (BAH) yerli nümayəndəliyi olaraq bu bizi çox sevindirir. 
    20 illik fəaliyyətiniz boyu Azərbaycan siyasi sferasında göstərdiyiniz fəaliyyətın dəyərləndirilməsini özümüzə borc bilirik. 
    Azərbaycan Avropa Hərəkatı (AAH) olaraq Vətəndaş Həmrəylik Partiyasının rəhbərliyini və bütün üzvlərini partiyanın 20 yaşı tamam olması münasibəti ilə təbrik edirik, fəaliyyətində uğurlar arzu edirik. 
    Əminik ki VHP bundan sonra da sivil metodlarla Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətinin davam etdirəcək.

    Dərin hörmətlə,
    Azərbaycan Avropa Hərəkatının Prezidenti
    Ramin Hacılı
  • BAGT VHP-ni təbrik etdi

    Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) Vətəndaş Həmrəyliyi Partiyası (VHP)-ni  yaşı münasibətiylə təbrik bəyanatı yayıb.

    Bəyanatda deyilir: “ VHP Azərbaycanın müstəqillik tarixində, ölkəmizin demokratikləşməsi, insan haqlarının qorunması yönündə sivil mübarizə aparmış partiyadır Partiyanın rəhbərliyində bu gün gənclərin də təmsil olunması Partiyanın gənclər siyasətinin dolğun və aydın göstərir. VHP rəhbərliyi və Partiya təkcə quzey Azərbaycan yox Güney Azərbaycan məsələsin hər zaman siyasi meydana gətirməklə bir daha Azərbaycan insanın harda olmasından asılı olmayraq, soydaşlarımızın haqqlarının qorunması yönündə çalışan partiyadır. BAGT olaraq VHP-nin rəhbərliyin və üzlərini bu xoş günlərində təbrik edirik. Fəaliyyətlərində uğurlar arzilayırıq..”

  • İctimai Palatada istefalar gündəmə gəldi

    Rafiq Manaflı: “Hələ kimin getməsi, kimin qalması dəqiqləşməyib”

     Azərbaycan müxalifətinin əsas güc mərkəzi hesab olunan İctimai Palatanın Koordinasiya Surasında (İP KŞ) istefalar barədə məlumatların yayınlması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Belə ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədə Azərbaycan partiyalarının etiraz müraciətinin İP-də təmsil olunan müxalifət partiyaları tərəfindən imzalanması və bu müraciətin sonra İP KŞ-da say çoxluğu ilə  dəstəklənməsi istefalarla nəticələnib.
    Koordinasiya Şurasının sentyabrın 19-da keçirilən iclasında gedən müzakirələrdən sonra ctimai Palatanın Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn və Zəfər Quliyevin qurumdan istefa verdiyi barədə məlumat yayılıb.
    Pənah Hüseyn Koordinasiya Şurasından istefa verdiyini, lakin fəaliyyətini İP üzvü kimi davam etdirəcəyini deyib: “Mən və daha bir neçə nəfər İctimai Palatanın Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmək məsələsinə yenidən baxacağımız haqqında mövqe açıqlamışıq. Mən fəaliyyətimi İctimai Palatanın üzvü kimi davam etdirəcəyəm. Koordinasiya Şurasının üzvlüyündən çıxmağım və baş verənlərlə bağlı ictimaiyyətə daha geniş açıqlamam olacaq”. 
    İP Koordinasiya Şurasının keçmiş üzvü Zəfər Quliyev qurumdan dünən istefa verdiyini deyib: “İctimai Palatanın Koordinasiya Şurasının dünən keçirilmiş iclasında toplantıya sədrlik edən Pənah Hüseyn qurumun üzvlüyündən istefa verdiyi elan etdi. O bildirdi ki, Koordinasiya Şurasının bu cür fəaliyyəti onu qane etmir. Onun istefası qərarı mən və Köçəri Nağıbəyli tərəfindən dəstəkləndi. Biz də istefa verdiyimizə dair mövqeyimizi açıqlamışıq. Bizim istefa verməyimizə səbəb Koordinasiya Şurasının dünən keçirilmiş iclası və gündəlikdə duran məsələ olub”. 
    Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının 19 sentyabr iclasında siyasi partiyaların Avropa Parlamentinə göndərdiyi birgə müraciətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilib ki, İctimai Palatanın Koordinasiya Şurası Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycan siyasi partiyalarının birgə müraciətini imzalamış İctimai Palatanın üzvləri olan siyasi partiya liderlərinin bu addımını təqdir edir”.
    İctimai Palatada nələrin baş verdiyini və qurumdakı proseslərin hansı istiqamətdə cərəyan etdiyini öyrənmək məqsədi ilə “Üç nöqtə” İP KŞ üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı ilə əlaqə saxladı.
    R.Manaflı bildirdi ki, mübahisə mövzusu sözügedən müraciətin İP adından qurum olaraq dəstəklənməsinin vacib olub-olmamaması idi: “Həmçinin  qətnamədəki bəzi məqamlararla mağlı fakir ayrılıqları olub. Ümumiyyətlə, İctimai Palata vahid komandadır və komand aolaraq bu müraciətin müzakirəsi, dəstəklənməsi də məsləhət bilinmişdi. Fərqli düşünənlərin də narazı olması normaldır. Lakin istefa məsələləri və kimin getməsi, kimin qalması hələ dəqiqləşməyib. Mən bildiyimə görə, Pənah Hüseyn və Köçəri Nağıbəyli KŞ-dan istefa barədə qərarlarını hələ dəqiq açıqlamayıblar. Onların qurumdan ayrılacaqlarını düşünmürəm, İP-in ən fəal üzvlərindəndirlər. O ki qaldı İP-də parçalanma barədə məlumatlara, bu İP-I sevməyənlərin yaydığı məlumatdır”
    Lakin VHP Ali Məclisinin sədri etiraf etdi ki, prezident seçkiləri ilə bağlı İP-də  fakir ayrılıqları var: “Amma bu, parçalanmalara gətirib çxıarmayacaq. VHP sədri də bəyan edib ki, müxalifət seçkilərə vahid namizədlə qatılsa, biz seçkilərə partiya olaraq qatılmayacağıq. Lakin başqa partiyalar da qatılsa, onda biz də öz namizədimizlə seçkilərə gedəcəyik. Hər halda ümid edirik ki, seçkilərə az qalmış da olsa, İP-də vahid namizəd problemi həll olunacaq”.
    Rüfət

    “Üç Nöqtə” qəzeti

  • Nicаtımız: Vətəndаş Həmrəyliyindədir!

    Sаbir RÜSTƏMХАNLI

    Vətəndаş Həmrəyliyi Pаrtiyаsının sədri

    Kеçirdiyimiz 20 illik yоlun о bаşınа bоylаnаrаq, Vətəndаş Həmrəyliyi pаrtiyаsının yаrаnmа tаriхçəsindən dаnışmаq, pаrtiyаnın hаnsı şərаitdə, hаnsı tаriхi zərurətdən, hаnsı ziyаlı təbəqəsinin və təəssübkеş insаnlаrın isrаrıylа yаrаndığını təkrаrlаmаq istəmirəm. 

    1992-ci ilin sеntyаbr аyının 26-dа Gənc Tаmаşаçılаr Tеаtrındа rеspublikаmızın bütün bölgələrini əhаtə еdən nümаyəndələrin iştirаkıylа pаrtiyаnın təsis qurultаyı kеçirilmişdi. 
    Bu gün həmin ilin yаyındа böyük həvəslə yеni pаrtiyаnın yаrаnmаsınа girişən о insаnlаrı minnətdаrlıqlа yаdа sаlır, оnlаrа təşəkkürlərimi bildirmək istəyirəm. Məlumdur ki, ilk qurultаyın nünаyəndələrinin bir hissəsi bu gün sırаlаrımızdа dеyil, bəziləri dünyаsını, bəziləri yоlunu dəyişib. Mənim üçün “Dünyа” dеyilən аnlаyış еlə YОLdаn ibаrətdir və YОL dəyişmək də еlə dünyа dəyişmək kimi аğır bir fаciədir. Lаkin biz аdаmlаrı çörəklə, аzаdlıqlа, uşаqlаrının tаlеyiylə sınаğа çəkən rеаllıqlаrı nəzərə аlmаlı və insаnlаrın bu durumа düşməsinə аnlаşıqlı yаnаşmаlıyıq. 
    Pаrtiyаnın əsаs nüvəsi, rаyоn təşkilаtlаrının böyük əksəriyyəti ötən iyirmi il ərzində hеyrətаmiz dözüm və səbirlə, bütün əziyyətlərə, müхtəlif istiqаmətlərdən gələn təzyiqlərə, mаddi və mənəvi sıхıntılаrа tаblаşаrаq öz əqidələrindən qоpmаmış, VHP-nin ölkənin güclü siyаsi qurumlаrındаn birinə çеvrilməsinə nаil оlmuşlаr. 
    Аzərbаycаnın siyаsi lеksikоnunа və siyаsi həyаtınа “vətəndаş həmrəyliyi” idеyаsını biz gətirmişik. Pаrtiyа – аdi hаkimiyyətə gəlmək еhtirаsındаn dоğulmаyıb, 20 il əvvəl ölkənin düşdüyü аğır mühаribə şərаiti, sеpаrаtizmin, bölgüçülüyün, tаyfаbаzlığın, hаkimiyyət uğrundа mübаrizələrin kulminаsiyа nöqtəsinə çаtdığı, üstümüzə nеçə tərəfdən dişlər qıcаndığı nəzərə аlınаndа milli birliyin və vətəndаş həmrəyliyinin həyаtın diqtəsi, хаlqın хilаs yоllаrındаn biri оlduğu аydınlаşır. 
    Tаriх ibrətаmiz misаllаrlа dоludur. Əslində, еrməni işğаlının nəticələrini idеоlоji müstəvidəki birliklə yаnаşı, güc, qüvvə, silаh birliyiylə, хаlqın Vətən uğrundа ümumi səfərbərliyi ilə аrаdаn qаldırmаq mümkündür, lаkin dünyаnın yеni şərtləri içində bu, çаğdаş düşüncəli, dеmоkrаtik bir hаkimiyyətdən kənаrdа mümkün dеyildi və milli-dеmоkrаtik qüvvələrin hаkimiyyətini qısаldаn səbəblərdən biri də Аzərbаycаnı qələbəyə аpаrаcаq bu qаçılmаz prоsеsin qаrşısını аlmаq istəyi оldu. Düşmənin cаvаbını vеrmək əvəzinə, хаlqın diqqəti iç iхtilаflаrа yönəldildi. Vətəndаş Həmrəyliyi idеyаsı yеni dünyаgörüşün nəticəsidir. Zümrə, sinif, sаğ-sоl mübаrizələri tаriх üçün kеçilmiş mərhələdir, bu gün millətlərin tаlеyini оnlаrın siyаsi, intеllеktuаl, iqtisаdi və hərbi güclərinin bir аrаyа gətirilməsi, əməl və söz birliyi, milli həmrəylik həll еdir, bunа görə də pаrtiyаmız həyаtа “Nicаtımız – Vətəndаş Həmrəyliyindədir!” şüаrıylа аtılmışdı və bu gün də həmin idеоlоji хəttini dаvаm еtdirir. 
    Bu gün VHP оn minlərlə üzvü оlаn, rеspublikаnın yеtmişə yахın rаyоnunu əhаtə еdən, pаrlаmеntdə təmsil оlunаn, dеmоkrаtik qüvvələr düşərgəsində öz yеri оlаn güclü pаrtiyаlаrdаn biridir. VHP siyаsi qüvvələrin intеqrаsiyаsınа dövlətin və millətin vаrlıq şərtlərindən biri kimi bахır, milli mаrаqlаrı və siyаsi əхlаqı hər şеydən yüksək tutur, Аzərbаycаndа dеmоkrаtik dəyərlərin, fikir və söz аzаdlığının əsl vətəndаş cəmiyyəti quruculuğunun uğurlа nəticələnməsi yоlundаkı mübаrizəsində qətiyyətlidir, ölkə siyаsətində yеni münаsibətlər mühitinin fоrmаlаşmаsınа çаlışır. VHP – çохlu gündəlik çörəyə möhtаc оlаn sаdə аdаmlаrın, Аzərbаycаnın bütün vətəndаşlаrınа və bütün bölgələrinə еyni gözlə bахаn əsl vətənpərvərlərin, ölkənin düşdüyü vəziyyətdən çıхаrmаğа qаdir оlаn mütəхəssislərin və ziyаlılаrın pаrtiyаsıdır. 
    VHP – bütün ruhuylа bu tоrpаğа bаğlı оlаn və vətənimizin gələcəyini ilk növbədə öz millətimizin birliyində görən əsl milli qüvvədir! 
    VHP – tаm müstəqil, bütöv, güclü, insаncаsınа yаşаmаğın bütün şərtlərin yеrinə yеtirlidiyi dеmоkrаtik Аzərbаycаn pаrtiyаsıdır!.. 
    VHP-yə tutduğu bu yоldа böyük uğurlаr аrzulаyır və bütün pаrtiyа üzvlərini, əqidədаşlаrımızı, təəssübkеşlərimizi 20 illik yubilеy münаsibəti ilə ürəkdən təbrik еdirəm.

  • Sabir Rüstəmxanlı Əfşar Süleymanini yıxıb sürüdü-ITTIHAM

    ”İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan xəritəsi ilə bağlı açıqlama verib. O bildirib ki, hər kəs bir xəritə çap edə bilər, lakin bunlar boş şeylərdir: “Nəzərə alın ki, Ermənistanda neçə illərdir “Böyük Ermənistan” xəritəsi çap edilir. Siz bir xəritə hazırlaya və keçmiş SSRİ-ni Azərbaycan adlandıra bilərsiniz. Mən öz təcrübəmə, dünyagörüşümə, intellektimə əsasən deyirəm ki, bu məsələni ABŞ nə bacarar, nə də buna gedər”.

    Qeyd edək ki, Əfşar Süleymani hələ səfir olduğu dövrdə Bütöv Azərbaycan ideyasına qarşı özünün qısqanc, sərt mövqeyi ilə seçilib. O, 2006-cı ilin martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında Dünya Azərbaycanlıları Konqresinin o vaxtkı sədri Cavad Derəxtinin çıxışından əsəbiləşərək “Siz Bütöv Azərbaycanı, birləşməyi yuxunuzda görərsiniz” demişdi. Martın 17-də isə İran səfirliyi qurultayda səslənən çıxışlarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərmişdi. Sözsüz ki, indi heç bir rəsmi status daşımadığı halda onun bu cür danışması təbii qəbul oluna bilər. 

    Lakin Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı “Gündəlik Teleqraf”a bildirib ki, keçmiş səfiri cavabsız qoymaq doğru yanaşma deyil. Onun sözlərinə görə, Ə.Süleymani Bütöv Azərbaycan ideyasının boş bir şey olduğunu öz adından deyə bilər. Amma mənsub olduğu 50 milyonluq azərbaycanlının adından danışa bilməz: “Heç şübhəsiz ki, bu 50 milyonun içində Əfşar Süleymani kimi düşünən digər insanlar da var. Yaxud bütövlükdə İranın min il ərzində türk dövləti olduğunu və buna görə gələcəkdə də bütöv İranın türk dövlətinə çevriləcəyini, türklərin hakimiyyəti altında olacağını xam xəyal hesab edənlər var. Amma Azərbaycan xalqının azadlığı, müstəqilliyi, gələcəyi əfşar süleymanilərin iradəsindən asılı deyil. Bu, xalqın iradəsinə, tarixin hökmünə, Allahın yazdığı taleyə bağlıdır. Ona görə Əfşar Süleymani də bu iddia ilə özünü gülünc vəziyyətə salır. Əgər o müsəlmandırsa inanmalıdır ki, millətlərin də taleyi Allahdan, onun yazısından asılıdır. Bir gün bu birlik baş tutacaq. Ona doğru gedən yol ola bilsin ki, bir qədər mürəkkəb olsun, hələ güneydə müəyyən proseslər getməlidir. Amma biz bu birliyə 1945-46-cı illərdə çox yaxın olmuşuq. Güney və Quzey Azərbaycanın xəritələri o vaxt cızılıb. Onu əfşar süleymanilər cızmayıb, millət özü tarixi boyu, min illər ərzində cızıb. Hələ bizim eradan əvvəl, VII əsrdə güneydə sakların yaratdığı türk dövləti olub. Sərhədləri bəlli Manna, Atropatena dövlətləri məlumdur. Sasanilər, Əhəmənilər dövründə də türklərin yaşadıqları bölgələrin sərhədləri məlum idi. İndi coğrafi bölgünü qəlizləşdiriblər, əhalini müxtəlif bölgələrə dağıdıblar, amma bu gün də tarixi sərhədlərimiz bəllidir. Vaxtilə tək bir Azərbaycan ostanı vardı, indi o ostanlıq 6 yerə bölünüb. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan ostanlarıdır. Bu ostanlıqlar tarixən azərbaycanlıların yaşadıqları yerlərdir. Hətta biz tarixə bir qədər də baş vursaq, bu sərhədləri Kəngər körfəzinədək uzada bilərik. Buna şübhə etmək sadəlövhlük və ağılsızlıqdır”.

    S.Rüstəmxanlı qeyd edib ki, Ə.Süleymani İranın səfiri olsa da, onu Azərbaycan vətənpərvəri, Azərbaycanı sevən bir insan kimi tanıyıb: “Hətta o bir vaxtlar mənə demişdi ki, əgər mən səfir olmayanda Azərbaycan Qarabağ uğrunda Ermənistanla müharibəyə başlasa, mən də bir azərbaycanlı oğlu kimi, Azərbaycan əsgəri kimi çiynimə silah götürüb müharibəyə gedərəm. Mən onun bu sözlərini dəqiq xatırlayıram. Bu sözlər məndə ona qarşı hörmət yaratmışdı. Amma o, bu gün İran dövlətinin və bugünkü İran hökumətinin maraqlarını nəzərə alıb belə fikirlər işlədirsə, bunun da heç bir əsası yoxdur. Tarix bizi addım-addım o xoşbəxt günə yaxınlaşdırır. İran bir imperiyadır və imperiyaların sonunu görürük. Milli dövlətlərin yaranması prosesi yüz ildən artıqdır davam edir və bu proses qarşısıalınmazdır. Biz heç kimin torpağına iddia etmirik, sadəcə bu yerlər etnik azərbaycanlıların yaşadığı tarixi ərazilərdir. Bizim öz tarixi Vətənimizə iddiamızı və istəyimizi ortaya qoymağımız da heç bir dövlət tərəfindən qadağan oluna bilməz. Bu istək gec-tez həyata keçəcək”.