![]() Faiq Balabəyli VHP Siyasi Şurasının üzvü Telefon: 050 326 29 04 E-mail: faiq_balabeyli@mail.ru Sosial şəbəkələrdə: |
Tanıtım:
Balabəyli Faiq Ağaş oğlu, 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971-81 –ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981-84-ci illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982-84 – cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992-94 –cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996-2006 – cı illərdə “Ədəbiyyt qəzeti”ndə işləyib. Hal-hazırda “Millətin Səsi” qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. 1993-cü ildə “Eh ayrılıq nə yamansan”, 2003-cü ildə “Kəsilməyən həyacan fiti”, 2005-ci ildə “Sənə yazılan şeirlər”, 2008-ci ildə “Burda darıxmaq olmaz”, 2010-cü ildə “Yaşıl yuxulu dəniz”, 2011-ci ildə “Yaxın uzaq Elazıx” kitablarının müəllifidir . 1996-cı ildən AzərbaycanYazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb. 1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai RT sədri, 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür. Ailəlidir, iki övladı var. |
