Fəzail İbrahimli VHP sədrinin İdeologiya məsələlər üzrə müavini Telefon: 050 211 99 48 Web: http://az.wikipedia.org/wiki/Fəzail_İbrahimli E-mail: f.ibrahimli@vhp.az
|
Tanıtım:
Fəzail Feyruz oğlu İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1989-cu ildən 1991-ci ilədək Azərbaycanın müstəqilliyi uğrunda aparılan siyasi mübarizədə iştirak edib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Müxtəlif vaxtlarda partiya Ali Məclisinin, Siyasi Şurasının üzvü olub. Hazırda partiya sədrinin İdeologiya məsələləri üzrə müavinidir. 2000, 2005, 2010-cu illərdə keçirilən parlamant seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib və 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvüdür. Ailəlidir, üç övladı var. |