Neftçala Rayon Təşkilatı

Fərman Hüseynov
Neftçala Rayon Təşkilatı sədri
Hüseynov Fərman Kamran oğlu 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib.
1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram-kino” fakültəsini bitirib
1983-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib.
1983-1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub.
1985-1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib.
1992-1993-cü illərdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı işləyib.
1994-2020-ci illərdə mövcud hakimiyyətin təzyiqi ilə yeddi il işsiz qalsa da, sonrakı dövrlərdə Neftçala Bələdiyyəsində hüquq şöbəsinin müdiri, rayon Təhsil Şöbəsində filmotekanın metodisti və Mədəniyyət şöbəsində müxtəlif məsul vəzifələrdə işləyib.
1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun “Dövlətçilik” fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi ucbatından təhsili yarımçıq qalıb.
1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatı dönəmində Neftçala hərəkatının lideri olmub, Azərbaycan Xalq Cəbhəsinin (AXC) Neftçala rayon şöbəsinin ilk konfransında sədr seçilib. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan “Əqidə” qəzetini təsis edib.
1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri qanlı cinayət nəticəsində ağır güllə yarası alıb və III qrup yanvar hadisələri əlilidir.
1993-cü ildə ölkə prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uyğunda xidmətlərimə görə “Azadlıq Uğrunda Mübariz” fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. “20 yanvar” İctimai Birliyi Neftçala rayon şöbəsinin sədridir. 1989-cu ildən bəri bir il AXC-nin ali məclisinin üzvü, 2007-ci ilədək AXCP Neftçala rayon şöbəsinin sədri olub. Hal-hazırda Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
1999-cu ildə Respublikada ilk dəfə keçirilən Bələdiyyə seçkilərində Neftçala şəhər Bələdiyyəsinin üzvü seçilib.
2000-ci ildə AXCP tərəfindən, 2005-ci ildə isə “Azadlıq” blokunun vahid namizədi olaraq Milli Məclisə deputatlığa namizədliyim irəli sürülmüş və faktiki seçilsəm də hakimiyyətin total saxtakarlığı ucbatından qələsi.
2020-ci ildən VHP-nin Neftçala rayon təşkilatının sədr əvəzi və 61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlının deputat köməkçisidir.
Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşkilatı 1992-ci ildə təsis edilib. Rayon təşkilatı respublikanın və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edib. Bələdiyyə seçkilərində rayon bələdiyyələrinə öz namizədləri ilə qatılıb. 2020-ci il tarixində Milli Məclisə keçirilən növbədən kənar seçkilərdə partiya lideri Sabir Rüstəmxanlının namizədliyi 61 saylı Neftçala seçki dairəsindən qeydiyyata alınıb və partiya sədrinin təbliğat-təşviqat kampaniyası Neftçala VHP-çiləri tərəfindən təşkil edilib. VHP sədri 61 saylı Neftçala seçki dairəsindən millət vəkili seçilib.
VHP Neftçala Rayon Təşkilatına Şahmurad Kərimov və Zahir Əliyev rəhbərlik ediblər. Hazırda rayon təşkilatına Fərman Hüseynov rəhbərlik edir.