![]() Ofelya Rəşidqızı VHP Siyasi Şura üzvü və Şuşa RT sədri Telefon: 070 215 33 64 |
Tanıtım:
Bağırova Ofelya Rəşid qızı, 1948-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsini bitirib. İş fəaliyyətinə “Şuşa” qəzetində başlayıb. 1973-1980-ci illərdə Şuşa şəhər Pedaqoji Məktəbində kitabxana müdiri işləyib. 1980-1992-ci illərdə AzərKitabın Şuşa şəhərində yerləşən 77 saylı mağazasının müdiri olub. Şuşa şəhərini ermənilər tərəfindən işğal etdikdən sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaıb və 1995-ci ilə qədər Azərkitabda müxtəlif vəzifələrdə çalışıb. 1995-1997-ci illərdə AzərKitabda kadrlar şöbəsinin müdiri, 1998-ci ildə “Sensasiya” qəzetinin korrektoru, 1999-cu ildə isə “Qadın aləmi” qəzetinin təsisçisi və baş redaktoru olub. 2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvdür. Üç qızı anasıdır. |
